Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Sən qoxulu şəhər”

Post Views: 48 Bu gün yenə keçirdim, Sən qoxulu şəhərdən. Yollar mənə danışdı, Sən adlı bir nəfərdən. Dedim a yollar, baxın, Necədir mənim halım? Qonaq olur röyama, Tez-tez onun xəyalı… Yollar, o bir mələkdir, Geyinib insan donu. Mənə özəl yaradıb, Xaliqi-Sübhan onu. Onun qara qaşına, Gözünə qurban olum. Hər səhər sizdən keçən İzinə qurban olum. …

Azərbaycan ədəbiyyatı

Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”

Post Views: 86 Ah,nə ola bir dəfə, Baxışımız toqquşa. Dayanaraq üz-üzə, Gözlərimiz danışa. Danışmaya dilimiz, Hətta bir kəlmə belə. Qorxuram dilimizdən, Acı zəhər tökülə. Heç yaxın da gəlmərəm, Inan mən sənə sarı. Heç nəyə dəyişmərəm, Bircə o, baxışları. Hər səhər o, baxışlar, Salam verib keçəydi. Düşünəydim gün boyu, O baxışlar necəydi? Mən sənə baxmaq üçün, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

Post Views: 55 Deyirsən: ,, Yox, tanımıram,” Sən tanımasan da, olar. Səni heç də qınamıram, Sən tanımasan da , olar. Qartal gəzən dağda varam, Bülbül uçan bağda varam, Budaqda, yarpaqda varam, Sən tanımasan da , olar… Həm bəmdənəm, həm zildənəm, Dörd hikmətdən.. fəsildənəm. Halal əsil-nəsildənəm, Sən tanımasan da, olar. Sufi, dərviş, abid mənəm, Görünməzə şahid …

Ana səhifə

Rəşad MƏHƏMMƏDOĞLU.”Şüşədən boylanan Şuşamız!”

Post Views: 71 Uzun illərdir özləri yolda qalan Qarabağdaki yollarımın sinəsi cadar-cadar olub. Başı aşağı ikilən dağlarımız, sinəsi yanan tarlalarımiz 23 illik həsrətin əsarəti altındadır.Qarabağmızın döyünən ürəyi Şuşamız da bu həsrətin təsirindən uçüb sökülür. Biz isə hələ də müharibəsiz mübarizə parırıq.Hələki sadəcə özümüzu qoruyuruq, Bakının işğal olacağnı düşünərək qorunuruq. Amma Qarabağmızı işğal edən ermənilər isə …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”

Post Views: 58 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Arada bir zəng elə, De ki, səni sevirəm. De ki, sənin ətrini, Güldən ala bilmirəm, De ki,ay mənim ömrüm, Sənsiz qala bilmirəm. De ki, sənin həsrətin, Məni buza döndərir, Şirin-şəkər söhbətin, Ömrü yaza döndərir. De ki, sənin gülüşün, Gül-çiçəkli bahardı, De ki, sənin öpüşün, Təzətərdi, nübardı! …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”

Post Views: 66 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Köhnə qapı kimi cırıldayır Göy, Göyün bir üzünü tüstü aparır. Anamın alnında can verir qırış, Kimsə ovduğumuz bustu aparır. Düz otuz ildi ki, canıma yükdü, Nə vaxtsa kölgəmi asacam mən də. Adamtək alçalmaq böyüklükdüsə, Bugündən səbrimi basacam mən də. Nə …

Azərbaycan ədəbiyyatı

Tural SAHAB.”Leksik mənamsan mənim”

Post Views: 53 leksik mənamsan mənim yəni həqiqətim Sənsiz qoşma, bağlayıcı uzaq başı ədat, nida olaram dodaqlarda uzaqlarda yəni sənsiz ürəyimdəki sözlərdə boğularam Ürəyimin hərəkəti hərəkətinin tərzi, yeri, zamanısan sevgin rəngdədi damarımda qanım mən varlıq, sən adım əvəzliklərə kimidi sözüm söhətim səndən sonrası yox səni əvəz edən yox bax belə bir taledi, qədərdi mənim həyatım …

Azərbaycan ədəbiyyatı

Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir

Post Views: 88 Məni həsrət qədərsevənmi var ki? məni ümid qədər axtaranmı var? Məni ümid qədər itirmədilər, məni həsrət qədər axtarmadılar. Mənə ruhum kimi göz qoymadılar, qara kölgəm kimi izləmədilər. Gedəndə dalımca kimsə baxmadı, gələndə yolumu gözləmədilər. Axı bir eh boyda çəkilmədim mən, axı bir ah boyda yaşamadım ki. Yer boyda savabın qurbanı oldum, axı …

Azərbaycan ədəbiyyatı

Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”

Post Views: 59 Batmağa yollanar gün yavaş-yavaş, Şəkilim üşüyər başın üstündə. Mən dəli bir sevgi, sən həykəltaraş, Yon mənim əksimi daşın üstündə. Bu daş ki, sükutdur-sükut hələlik, Tozumdan gözünə vurmasın külək. Biraz tənhalıq ver, biraz dəlilik, Vicudum ruhunu oxşasın gərək! Ürək qoy sinəmin üstünü oyub, Bəlkə də qədrimi bilərsən mənim. Darıxsan gözünün üstünə qoyub, Arada …

Azərbaycan ədəbiyyatı

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu

Post Views: 87 Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır. sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi. Labоratоriya 1989-cü ildə yaradılmış və …

Azərbaycan ədəbiyyatı

Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”

Post Views: 70 İçimdə təşviş var, Elə yorulmuşam bu axtarışdan. Çox uzaq ulduztək yaxın ol mənə. Yaxınlıq görünər uzaqlığında… Yoxsa ki, yoxsa ki… Sayım saat-saat sənsizliyimi… Unudub özümü haraya gedim?! Bircə əlacım var, Elə bu gecə… Saydıqca yorulub yuxuya gedim. Aparsın ovcunda məni ta yuxu, Hardasa,hardasa sən olan yerə… Nə bilim… bəlkə də daha qar …

Azərbaycan ədəbiyyatı

Cahan GÜLSÜN.”Ölü Dəniz”

Post Views: 46 Qulaq ver səsimə,duy harayımı, İndi təsəlliyə ehtiyacım var. Viranə qoyublar qəlb sarayımı, Səntək gözəlliyə ehtiyacım var. Gəlmişəm hal-əhval edim səninlə, Dalğalar ruhumu alsın aparsın. Gəlmişəm baş alıb gedim səninlə, Bu zalım dünyadan canım qurtarsın. Bəs sənə nə olub niyə durğunsan?! Gözümə birtəhər dəyirsən bu gün. Bir az kədərlisən, bir az yorğunsan, Bir …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”

Post Views: 61 Kaş kəpənək olaraq bu dünyaya gələydim… Çiçəklərdən zövq alıb ömrü vuraydım başa, Bir kəpənək ömrüyle mən də ömür sürəydim, Qısacıq məhəbbətim onda dəyməzdi daşa… Kaş kəpənək olaraq bu dünyaya gələydim… Qanadlarım zər dolu, ipək kimi qalaydı, Kaş bu sözü o zaman men ürəkdən deyəydim, Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı… Kaş kəpənək olaraq …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb

Post Views: 66 Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir. Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”

Post Views: 54 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü nə eləsən elə… yadıma gəlmir, necə açılmışdı tale qapımız… Bakı küçələri tapa da bilmir harda dolaşıbdı addımlarımız… bizim pəncərəmiz yaman utanıb, örtüb rübəndini yanaqlarına… “bizim” dediyimiz ömür qurtarıb, yaşam artıq “sənin”, “mənim” adında… o qız ölüb… məzar daşı ömrünün …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Bayatılar”

Post Views: 95 Əzizim, ala gözlər, Bircə cüt ala gözlər. Qorxuram baxışlarla Canımı ala gözlər. Əzizim, dağlar qalıb, Sinəsi dağlar qalıb. Laçında ürəyimiz, Şuşada dağlar qalıb. Əzizim, gözəl yara, Vurğunam gözəl yara. Bu sevən qəlbimə sən Vurma, ey gözəl, yara. Əzizim, gözlər qalıb, Üz solub, gözlər qalıb. Evlərdə neçə uşaq Atasın gözlər qalıb. Əzizinəm, aranı, …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”

Post Views: 55 Ruhumu oxşayır bahar ətirli çiçəklər, bənövşə , yasəmən kimi Üzümdə canlanlr dərin sətirli qəlbimdə çalınır nəğməmim simi… Qaranquş yuvadan boylanır baxır Qəlbimdə ən dərin sevgi oyanır cəh -cəhlə hər yanı rəngə boyanır Əlimdə ən isti əllərin kimi… Sanki ilk eşqimi xatırlayıram Qaranqus gələndə bahar yaz kimi onu hər nəfəsdə arzulayıram ömrümün ən …

Azərbaycan ədəbiyyatı

Allahşükür AĞA.”Qoca…”

Post Views: 48 Sual işarəsinə oxşayır qoca, Sualın içində yaşayır qoca, Yol gedir. yol gedir xatirələrə… Sualın cavabı nəvələr gəlir, Nidalar kimi.. Ayağını azca ləngidir qoca Bir azca əyir belini Nəsə tapırmış kimi Yenidən boylanır xatirələrə… Xatirələr uzaqda deyil ki, Əlində, üzündə qollarındadır. Onunçün torpağa o əyilir ki, Xatirələr getdiyi yollarındadı.. Əyilir birini qaldıra bilmir, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qəribəm yurdumda, qəribəm, canım”

Post Views: 63 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə didilən bir əlçım yunam, …

Azərbaycan ədəbiyyatı

Debüt: Qızbəsti QULİYEVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

Post Views: 87 Qızbəsti Quliyeva 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur. Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik. Şəhid …

Azərbaycan ədəbiyyatı

Elnur Abdiyevi doğum günü münasibətilə təbrik edirik! (5 may 1980-ci il)

Post Views: 53 Abdiyev Elnur Dilavər oğlu 1980-cı il may ayının 5-də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurub. 2005- ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hal-hazırda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. İki kitab və bir neçə publisistik yazıların müəllifidir. Qadın göz yaşına …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Gəl otur, hərəyə yüz qram içək”

Post Views: 55 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Gəl otur, hərəyə yüz qram içək, Sənin sağlığına qəmlənək bir az. Soyun əynindəki çulu-çuxanı, Eşqin dumanında nəmlənək bir az. Araya nə qədər ağ pəri girib, Həyat torpaq kimi dadın itirib. …Adəmin günahın almaq əbəsdir, Kişi Həvva boyda qadın itirib… Məndən …

Türkiyə ədəbiyyatı

CEMAL SAFİ RÖPORTAJI

Post Views: 46 Sayın Cemal Safi hangi tarihte, nerede dünyaya geldiniz? Eğitiminiz nedir? 15 Ekim 1938’de Samsun’da dünyaya gelmişim. Sakarya İlkokulunda eğitimime başladım. Samsun Sanat Okulu’nun Torna Tesviye bölümünü bitirdim. Ailenizden kısaca söz eder misiniz? Anneniz, babanız, kardeşleriniz… Babam rahmetli Mehmet Safi Azeriler gibi konuşurdu. Babam henüz üç yaşındayken ailece Azerbaycan Karabağ’dan Türkiye’ye göç etmişler. …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Mən adlı kim qaldı ki..?”

Post Views: 54 yaz gecəsində görüşdük, ağaclar qrov bağlamışdı soyuq nəfəsindən dolanmışdı qapımıza qaranlıq zolağı nəyisə xatırladırdı, yada anladırdı. onda nəfəsim çox istiydi, kin-küdurətsizdim illər keçdikcə, soyuqluğun ciyərlərimə dolurdu buzladırdı ciyərlərimi.. nəfəs almaz olurdum. yay gecəsində, tənginəfəsdim.. öləcəyimdəm ölmüşümə gedirdim. dünya öldükcə ölürdü. bir qığılcım vardı ovcuma topladıqlarımda. ovcumdan atdıqlarımda. gömülməyə gedirdim dünyanın ürəyində. getdim… …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Kaş ki bu sevgini görə biləydin”

Post Views: 60 Böyük ümüdlərlə sevmişdim səni kaş ki bu sevgini görə biləydin bax yarı yoldada tərk etdin məni kaş bunu ilk gündən görə biləydim… Səni tanımadım tələsdim bir az düşündüm zamanla sevərsən məni axı zorla belə gözəllik olmaz zərrədən bir dağa çevirdim səni… Vəfasız dedilər heçə saymışıq deməli sevməyən vəfasız olur bunu bilirəmki gec …

Azərbaycan ədəbiyyatı

“Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi keçiriləcək

Post Views: 60 Silahlı Qüvvələr gününə həsr edilmiş “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın bütün cəbhə bölgələrində yerləşən rayonlarında keçirilməsi planlaşdırılır. Hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Azərbaycan Respublikasının bütün cəbhə rayonlarını: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, …

Azərbaycan ədəbiyyatı

Pərviz HƏKİMOV.”Əvvəli öndədir gəldiyin yolun”

Post Views: 49 Dönüb simuzərə mini birində, Daha kəraməti yoxdur pirin də. Göz yaşı qaynayır hər ləpirində, Üstündə şadlanıb güldüyün yolun. Sevinc buludundan yağan kədərdir, Allahın günahı bəxtdır,qədərdir. Sirri,müəmması milyard qədərdir, Ovcunun içitək bildiyin yolun. Hərə bu dünyanı bir cürə yozdu, Fikir çəmbərində saydı,uduzdu. Sənin həyatına xəmirdi,duzdu, Üstündə bayılıb öldüyün yolun. Şirin sabahların zəhər dadıdır, …

Azərbaycan ədəbiyyatı

Debüt: Qalib ŞAMXALOĞLU (Füzuli rayonu).Yeni şeir

Post Views: 49 Millətim yatıbdı fil qulağında, Gəlirin, çıxarın bilmədi, vallah! Çapıb talamağa gəlirlər bizə, Gələn xoş niyyətlə gəlmədi, vallah! itirə-itirə gəlirik!-Hanı, Yurdun Zəngəzuru, ya İrəvanı?! Bölgələrə bölürük Azərbaycanı, Yad gəlib bizləri bölmədi, vallah! Dərbəndim,Təbrizim müdam ağlayır, Qarabağlıların qara bağlayır! Borçalının dərdi ürək dağlayır, Kərkük göz yaşını silmədi, vallah! Bir sancı doğruyur qəlbimi mənim, Bizə …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Dünyada”

Post Views: 49 Dünyada Sən qəlbimin hərarəti, atəşi, Səndən gözəl ola bilməz dünyada. Gözəlliyin utandırar günəşi, Səndən gözəl ola bilməz dünyada. Bu məqamı gözləmisən xeyli sən, Vurulmusan, sən də mənə meylisən Divanəyəm, Məcnun mənəm, Leyli sən, Səndən gözəl ola bilməz dünyada. Bir xəstədir, sənsən şəfa Elnura, Əbəs yerə vermə cəfa Elnura. Sevgidə sən göstər vəfa …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.” Bu kürədə yaşa sevgi hörmək üçün”

Post Views: 53 Bu gün kənd qəbiristanlığında Şəhidlərin məzarlarını ziyarət etdim. Baxdım,baxdım,sadəcə qəlbimdə bir qürur hissi doğdu. Bu məzarlar şanlı tarix səhifəsi, Uyuyublar, Vətən ömür sürmək üçün. Hər bir şəhid özü boyda Yer kürəsi, Bu kürədə yaşa sevgi hörmək üçün. O qanlarla Bayrağımda Vətən gülür, Ruhu enməz şəhidlərdir,Vətən gülü. Haqq yolunda ölənlərə demə ölü, Onlar …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Edə bilsin”

Post Views: 85 Ürəyimdə güclü məhəbbət oyat, Ömrün sonunadək bəs edə bilsin. Duyğular müqəddəs, saf, təmiz olsun, Dillənsin ürəkdə səs edə bilsin. Elə et ki, hazır olum olməyə, Təkcə sənnən danışmağa, gülməyə. Mənimlə dərdini yarı bölməyə, Qoyma snnən qeyri kəs edə bilsin. Nailəm, eşqinlə alışım yanım, Sənsiz keçən günə qoyma dayanım. Sənnən ayrı düşsə bu …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar müsabiqənin qalibi olub

Post Views: 83 1 may 2015-ci il tarixdə Azərbaycan Dİllər Universiteti tərəfindən Azərbaycan Xalqının ümummilli lideri, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri və müəllimləri iştirak edib.Müsabiqənin qalibi …

Azərbaycan ədəbiyyatı

Nigar RÜSTƏMQIZI.”Qabriel Qarsia Markizdən…”

Post Views: 58 Gecənin zülmətinin tozunu üstümdən çırpmamış səhər açılmışdı… Onsuz keçən günlərimin hədiyyəsi Şillə kimi üzümü qızartmışdı. Dünyadakı heç bir həzzi bu iztiraba dəyişməzdim. Tipik Oxatanlar kimi inadkardım, Oysa o qədər mərhəmətli idi ki, hətta Iblisə də yazığı gəlirdi… Ehh, kim təsəvvür edə bilər ki, bu nə cür xoşbəxtlikdir. Daha ölməyə azca da niyyətim …

Publisistika

Ülviyyə VAHİD. “Vaqif Səmədoğlu haqqında düçüncələr”

Post Views: 53 Şəxsiyyətlərindən biri,əvəzsiz insan,Səməd Vurğunumuzun yadiğarı, şair-drammaturq Vaqif Səmədoğlu bu gün dünyasını dəyişdi. Bu dahi şəxsiyyət haqqında zamanında deyilib və bundan sonra da daha çox xoş sözlər deyiləcək,əminəm.Çünki gerçəkdən də ölümü ilə ölümsüzlüyün zirvəsini qət edənlərdən oldu,Vaqif Səmədoğlu. Sadəcə onu deyim ki,yanvar ayını heç sevmirəm.Doğma,dəyərli,əvəzsiz və s. bütün insanları məndən almaq üçün illərdir, …

Azərbaycan ədəbiyyatı

Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeirlər

Post Views: 61 XATİRƏ QALACAQ Bir yol olub, yürüdüyüm illərim, Sirdaş olub mənə,ötən günlərim. Yazdığım hər misralarım,sözlərim, Bu ömürdən bir xatirə olacaq. Enisli-yoxuşlu uzanan yollar, Güvənli dağlara yağan o qarlar, Yaşanan uğurlar,həm imtahanlar, Bu ömürdən silinməz iz salacaq. Yaşanan illərin qışı, həm yazı, Vusalın sevinci, hicranın yası, Ürəkdən süzülub gələn hər yazı, Bu ömürdən bir …

Azərbaycan ədəbiyyatı

AYB Gənclər Bölməsi yeni kitabın təqdimatını keçirib

Post Views: 63 01 may 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Ədəbi nümunələrdə Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözüylə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı qələm sahibləri üçün tükənməz mövzudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq “Altın Yıldız” …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Adamı” (Yeni şeir)

Post Views: 71 Dostlar, olmaz dadı-duzu, Söz-söhbəti şit adamın. Nə arı var, nə həyası, Ruhu çılpaq, lüt adamın. Haqqa dəvət etsə mini, Yenə eylər bildiyini. Yox imanı, yox bir dini, Səcdəgahı büt adamın. Üzdə tərif yapan gördüm, Hiylə yolun tapan gördüm. Arxadan çox qapan gördüm, Belə qapmaz it,- adamı. Xainlərin qəlbi kindir, Nə danışdır, nə …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Uzaqdan-uzağa bu nədi belə?”

Post Views: 65 Sən və sənlə bağlı hər şey incidir məni, Uzaqdan-uzağa bu nədi belə? Qəlbim yanında olduğu üçün, Hiss edir sənin hər halını, Axı nə gizlədim darıxıram mən, Deyəsən sənin də bir sıxıntın var , Ehtimal edirəm, bu belə deyil, Sadəcə bu mənim hislərim olar , Şadlanan qəlbinlə, gülən üzünlə, Sanki yanmdasan,sən mənimləsən. Butü …

Türkiyə ədəbiyyatı

Mahmud Kaşğari.“Divani-lüğət it-türk” əsəri

Post Views: 912 Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Divani-lüğət it-türk” əsəridir. Bu əsərin müəllifi XI əsrdə yaşayıb-yaratmış məşhur türkoloq Mahmud Kaşğaridir.Müəllif bu əsəri 1075-ci ildə yazmağa başlayır.Əsəri 1077-ci ildə tamamlayır.Bu əsər ərəblərin türk dilini öyrənmək məqsədi ilə yazılıb. “Divani-lüğət it-türk” əsərində 7500-dən çox sözün şərhi verilib.Bu sərdə türk xalqlarının həm şifahi, həm …

Türkiyə ədəbiyyatı

Yusif Balasaqunlu.”Kutadqu bilik” əsəri

Post Views: 93 Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Kutadqu bilik” poemasıdır.Poemanın müəllifi Yusif Xas Hacib Balasaqunludur.Müəllif bu əsəri 18 ay ərzində yazıb.Poemanı 1069-cu ildə tamalayıb.Əsəri Qaraxni dövlətinin hökmdarı Süleyman Arslan Qaraxana həsr edib.Hökmdar bu poemanı yüksək qiymətləndirib.Əsərin müəllifinə “Xas Hacib” fəxri adını verib. “Kutadqu bilik” poeması 85 bölmə və 6520 beytdən ibarətdir.Şeirlər …

Türkiyə ədəbiyyatı

Gülten Ertürkü doğum günü münasibətilə təbrik edirik!

Post Views: 58 Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik …

Azərbaycan ədəbiyyatı

Gənc yazarlar “Shahbulaq.az” saytına keçdi

Post Views: 59 30 aprel 2015-ci il tarixdə “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, tanınmış yazıçı Eyvaz Zeynalov tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, gənc yazarlar Nigar Rüstəmqızı, Cahan Xanım, Kənan Aydınoğlu “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının Redaksiya heyətinə üzv qəbul olunublar.Yetişməkdə olan yeni nəsil Azərbaycan ədəbiyyatının nümayəndələrinin-gənc yazarların tanıdılması istiqamətində mühüm tədbirlər …

Azərbaycan ədəbiyyatı

Afət Viləşsoyu doğum günü münasibətilə təbrik edirik! (27 aprel 1985-ci il)

Post Views: 66 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə …

Publisistika

“Sözlərlə rəqs edən şair”

Post Views: 64 Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Kadir Gecesi”

Post Views: 52 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Çok şükür ki ulaştık mübarek Ramazan’a, Herkes sevinçli mutlu; baba, oğul, kız, ana, Kur’an-ı Kerim’imiz bildirir her insana, Bin aydan daha kutsal yetiş Kadir Gecesi. Kibirden uzaklaşır bütün rütbeler, sanlar, Çünkü Allah katında eşittir tüm insanlar, İftar sofralarında toplanır dostlar, canlar, Bin aydan daha kutsal …

Azərbaycan ədəbiyyatı

Debüt: Təbriz ELXAN (Gədəbəy rayonu).Yeni şeirlər

Post Views: 74 Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Adımı yaz sinənə”

Post Views: 49 Deyirəm, ay sevgilim, Sən, adımı yaz sinənə. Qızıldan hərflərlə, Lövhə düzəlt, as sinənə. Ürəyində mənimçün, Gizli cığır aç sinənə, Kim bilir, kim inciyir, Dəxli yoxdu, heç mənə nə?!. Deyirəm, bu dünyanın, Hər bir işi sirr müəmma, İnsanlığı olmayan, Gəzir şöhrət azarında. Sevənə lağ eləyir,ağız əyir, Özü, amma, Batıb çirkab içinə, Alış-veriş bazarında! …

Publisistika

Hikmət MƏLİKZADƏ.” “YaşaM”ın kod açılışı” (Məqalə)

Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Mənzərə xanımın “YaşaM” kitabına qısa baxış “YaşaM” adı zənnimizcə, ya bir məxfi qrif, ya bir kod, ya da bir şifrədir. Bu adın güzgü konsepsiyası da maraq doğurur. Bu məxfi adın açılışına çalışaq. İlk olaraq bu adın sol yarımkürə vəziyyətini şərh …

Azərbaycan ədəbiyyatı

Gənc yazar Elşad Baratın yeni kitabının imza günü keçiriləcək

Post Views: 52 23 aprel 2015-ci il tarixdə, saat 12:00-da, Kitabevim mağazasında Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

Ana səhifə

Gənc yazar Elşad Baratın yeni kitabı işıq üzü görüb

Post Views: 61 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində “Vektor” nəşriyyatı tərəfindən 120 tiraj olmaqla, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru tanınmış şair Elçin İsgəndərzadədir. Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş …

Publisistika

Çinarə ÖMRAY.”Uzunömürlü kəpənək” (Məqalə)

Post Views: 58 Sizə “Eşq haqqı” adlı bir rəngli kəpənəkdən danışmaq istəyirəm. Biz Günayla lap əvvəldən tanış idik. Sonra qismət elə gətirdi ki, biz həm də qrup yoldaşı olduq. Mənim hər zaman insanlarda bir şey diqqətimi çəkib. Çox zaman insanların adlarıyla xarakterləri və ya yaşam tərzləri bir-bri ilə vəhdət təşkil edir. Hansısa bir oxşarlıq mütləq …

Azərbaycan ədəbiyyatı

Debüt: Cahan GÜLSÜN (Masallı şəhəri).Yeni şeirlər

Post Views: 75 Cahan Gülsün 3 mart 1993-cü il tarixində Masallı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli orta məktəbi bitirib.2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Hal-hazırda Bakı Dövlət Universiteti, Filologiya fakültəsi Dünya ədəbiyyatı kafedrasının magistrantıdır. Ədəbi-bədii yaradıcılığıa erkən hələ uşaq yaşlarından başlayıb.Şeirləri “Yeni nəfəs”, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçirilib

Post Views: 45 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da,Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma ay qonub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Çağırış”

Post Views: 58 Ay mənim ömrümün saat əqrəbi, Yaman tez keçirsən ömrümdən, yaman. Günlər əvəzləyir biri-birini Nə sən qayıdırsan, nə durur zaman. Ay mənim ömrümün yaralı yeri, Qaysaq tutmağına varmı bir güman? Kimsə söyləməsin unudum səni, Kimsə toxunmasın yarama, aman. Ay mənim ömrümün günəş sevgisi, Nə qədər sürəcək bu zülmət duman? Ay xəstə adamın son …