birdən ölmümümə doğru gedirəm
birdən dirilərək yoxa dönürəm
birdən azalıram özüm özümdən
birdən əriyərək çoxa dönürəm.
Bu halım hal-bahal qorxudur məni
birdən asanlaşır, çətinləşirəm.
birdən öz içimdə məğlub oluram
birdən öz içimdə mətinləşirəm.
hər şey birdən olur, hər şey qəfildən
od tutub alışır gözümün üstü.
birdən çiçəkləyir, birdən də solur
birdən də şehləyir üzümün üstü.