AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bütün səhvlər, xəyanətlər
Bəxtimin yeddi rəngiymiş…
Bəd görünən əlamətlər
Qaratoyuq nəğməsiymiş…
Ciyərə çatmır havası…
Bakının dumanı sarı….
Qara qızın baxt davası
Yola salır “xoş baxtlar”ı…
Sevdiyim “3”-lər “böyüdü”…
Boyu boyuma çatmadı…
Yazdı gör kimlər öyüdü?!
-eh…
“Öyüdlülər” azalmadı…
Dərdi bilən söz söyləməz…
Uçar….uçar… qanadı söz…
Desinlər-bu qız düzəlməz!!!
Desinlər ki, tutmadı söz!!!
Bircə sən bil…o bildiyin
Yaman ağrıtdı bu qızı..
Hamının atdığı yerdə
Təkcə söz tutdu bu qızı!!!