11779918_101627430190085_4117224101828465388_o

Ömür əmanətdir insane vallah,
Nə boran, nə tufan, sellər görəsən.
Qəmə urcah olub düşəndə dara,
Köməyə uzanan ellər görəsən.

Nə günəş tutula, nə yağış yağa,
Dünya gözlərində dönə yaylağa.
Qəlbi ovutmağa, könül almağa,
Bağında çiçəklər, güllər görəsən.

Gözəllik nə dizi, nə gözü yordu,
Naxışı, ilməsi işıqdı, nurdu.
Gəzib qarış-qarış bu ana yurdu,
Səfalı obalar, ellər görəsən.

Xoş ola insanın günü, əhvalı,
Olasan qadından, qızdan həyalı.
Dağlarda gəzəsən yamacı, yalı,
Aranda yamyaşıl çöllər görəsən.