ts

KİNƏ ƏLƏNİB…

Sinəmdə yaralar, ağaran telim.
Vətəndə köçkündür, elsizdir elim.
Yanan ürəyimdir, qaysağı təzə,
Acıyan könüldü, alışan dilim.

Saçımın hər teli ömür yolumdur,
Həyat da fanidir, çatan sonumdur.
Dağların yorğanı, bəyaz tellərim,
Biçdiyin libasın, həyat donumdur.

Sazaq da üşüyüb, sinəmə yağıb,
Əllərim telimdə, əlimə yağıb.
Üşüyən hər telim, ruhumu öxşa,
Ruhumdu üşüyən, dilimə yağıb.

Elimin qızıyam, Vətənin daşı,
Daş atır elimə, yetənin başı.
Dilimdə ağım var, Şəhidə ağlar,
Şəhidlər yaşayar, bitməz ki, yaşı.

Dərdlərim bir deyil, minə ələnib,
Sovuşub yellərə, tinə ələnib.
Vətənin hər daşı, canı qan ağlar,
Göz yaşı nifrətdən, KİNƏ ələnib.

Ağaran saçlarım, gileyin nədir?
Nələri düşündün, bildiyin nədir?
Toxunub saçıma, sığal çəkəndə,
Yonulan telimə, dediyin nədir?

30.08.2015.

ÜZÜ TİKİLMİR..

Taleyə ayna tut, bəxtini hayla,
Zaman ki, dəyişdi sonunla oyna.
Əvvəlin sonun da, qara torpaqsa,
Allahın lütfünü, fitrəti oyla.

Atılan hər daşı, özündə axtar,
Sözünün dəmini, üzündə axtar.
Yalanın həyası, səni vurubsa,
Ağıldan kəmlərin, gözündə axtar.

Dünyamız avazla, laylay oxuyur,
Zaman da, İpini lay,lay toxuyur.
Ovçunun,ovçuya payı şirinsə,
Hər tula, ovunu bir cür qoxuyur.

Qarışıb ağlılımız, fikir bişirmir,
Qaraya ağ yamaq, tkir bitirmir.
İynəsi təts gedir, dərzi də çaşıb,
Cevirir astarı, üzü tikilmir.

Dövrandı astarın, sökülən üzü,
Açılıb, süfrəyə qoyulan üzü.
Boxçada süfrənin qatı əzilsə,
Tən olar astara, BÜKÜLƏN üzü.

28.08.2015.

TAPAQ DEYİM Kİ…

Hədəfi düz vuran, özümü gördüm.
Əyridə, düzümün üzünü gördüm
Dilimi əridən, sözümü gördüm,
Ağzımı yandıran, dilim deyil ki?!

Üzülən ipliyə, sökən əl gərək,
Uc vurub düyünə, ötən əl gərək,
Açılan sandığa, tökən əl gərək,
Dilimi doğrasam, dilim deyil ki?!

Bəzəkli süfrənin, bəhrəsi bizdə,
İnəklər sağılır, nəhrəsi bizdə
Qocalmış nənənin cəhrəsi bizdə,
Toxunan hər palaz, kilim deyil ki?!

İtibdi, itiklər o bizdə deyil,
Vurulub, möhürü qəbz də, deyil,
Dəyişən zamansa, qəliz də deyil,
Baxıram həyata, filim deyil ki?!

Yaşadım həyatda, insan olaraq,
İnsanlıq adına, nişan olaraq,
Hayladım vicdanı, ehsan olaraq,
Bəlkə insanlığı, TAPAQ deyimki!

26.08.2015.