Səsini eşitdim,həzin bir səsi,
Bəxş etdin ömrümə nurlu bir ömür!
Kəsildi qəlbimin ahı,naləsi,
Ağlım sevincimdən özümə gəlmir…
Səsin bir ilahi səs idi,gülüm,
İlhamım titrədi şirin dilintək…
Bu nəğmə ruhumun səsidi,gülüm,
Sığal çək misrama qara telin tək…
Baxışın göründü səsində sənin,
Gözlərim dikildi ceyran boyuna:
Qarşımda nazlandı bir bəyaz gəlin,
Bəy kimi tələsdim sənin toyuna.
Səsin həyəcanlı,özün sevincək,
Mən nələr duymadım o anda,bilsən…
Ömrümə,günümə şadlıq gələcək,
Bir gün səsin kimi özün də gəlsən…