Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan ədəbiyyatı

Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Post Views: 62 18 aprel 2015-ci il tarixdə “Dostluq Məşəli” İctimai Birliyi tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyeva Prezident təqaüdünə layiq görülüb

Post Views: 64 Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazarlar AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru Şəfa Valiyeva ədəbi yaradıcılıqlarındakı fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.”Qarabağ”

Post Views: 67 Vətəndən gözəl yer cənnət sayılar, Vermə bu elləri yağı düşmənə. Dərd çəkmə yatanlar bir gün ayılar, Vermə başı qarlı dağı düşmənə. Qurumuş bədənlər torpağın üstə, Güllələr uçuşur evlərin üstə, Kimsəsiz uşaqlar qucağı üstə, Oxusun analar ağı düşmənə Xarı bülbülünü,sarı gəlini, İncə lalələrin şirin ətrini, Qəhrəman oğullar verən elini, Vermə qara bəxtli bağı …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Peyğamberim”

Post Views: 55 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Nisan’ın yirmisinde şeref verdin dünyaya, İki cihan serveri Hazreti Muhammed’im. Nur oldun yıldızlara, doğan güneşe, aya, İki cihan serveri Hazreti Muhammed’im. Haşimoğulları’nın adı anlı şanlı san, Baban Abdullah idi değerli, dürüst insan, Sen dünyaya gelmeden göçmüş idi dünyadan, İki cihan serveri Hazreti Muhammed’im.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Heç bilirsən ayrılıq nə rəngdədir?” (Hekayə)

Post Views: 100 -“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə? Günəş gülümsəməyə çalışırdı… …

Azərbaycan ədəbiyyatı

Eyvaz ZEYNALOV: “Onlar quşa döndülər” (hekayə)

Post Views: 59 Farzuq Seyidbəyliyə Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir. Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziyarətçilərə çatdırmaq üçün o dövrdən təsadüfən bu abidələrin arasında yaddan çıxıb qalıb. …

Azərbaycan ədəbiyyatı

Eyvaz ZEYNALOV: “Meşədən qayıdarkən” (hekayə)

Post Views: 58 Bir dəfə nəvəm dirəndi ki, onu meşəyə, göbələk yığmağa aparım. Mən də apardım. Nəvəm şəhərdə böyümüşdü. Birinci dəfəydi meşəyə ayaq basırdı. Burda onunçün hər şey yeni, maraqlı idi. Addımbaşı dayanır, yar­­paqların pıçıltısına, quşların cəhcəhinə qulaq asır, ətrafı dinşəyir, elə hey nəsə so­­­ruşurdu.

Publisistika

Tural SAHAB–”Anlatmalıyam…” (Köşə yazısı)

Post Views: 53 İnsanlara sevginin hekayəsini anlatmalıyam və hekayəni sevgi ilə… Zaman dəyişə bilər, ancaq dəyişən zamanın içində dəyişilməyən şeylərin də var olduğunu. Çox sevməyin üzsüzlük olmadığını, sevda uğrunda mücadilə etməyin acizlik olmadığını və sevgilini unuda bilməyənlərin nakişi olmadığını anlatmalıyam… Elə bir zamanda yaşayırıq ki, ürəklərimiz ağlımıza təslim olub, ağlımız da, ancaq heyvani istəklərin arzusunda…

Azərbaycan ədəbiyyatı

Debüt: Abdulla MƏMMƏD (Quba şəhəri).Yeni şeirlər

Post Views: 75 Abdulla MƏMMƏD (Məmmədov Abdulla Qəzənfər oğlu) 1963-cü il noyabr ayının 4-də anadan olub.1970-1980-ci illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb.1981-1985-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.1985-ci ildə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.1990-1992-ci illərdə məktəb direktoru, 1997-2002, 2004-2009-ci illərdə direktor müavini vəzifəsində çalışıb.Ailələlidir, …

Azərbaycan ədəbiyyatı

Qabil ƏDALƏT.Yeni şeirlər

Post Views: 71 Qalıb hələ… barmağından üstümə çıxarıb atdığın üzüyün tökülmüş qaşları… çırpdığın qapının zərbəsindən divarların əməmlə gəlmiş çatları… qalıb hələ… sındırdığın güzgüdə çiliklənmiş əksimin dabanımın qanı ilə yuduğum üzü… çərçivədən çıxarıb yandırmaq istədiyin toy şəklimizin əzikləri…

Azərbaycan ədəbiyyatı

Debüt: Həsən MİRAT (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

Post Views: 98 Hüseynov Həsən 1982-ci il iyunun 26-sı, Naxçıvan MR-nın Ordubad rayonunda dünyaya göz açıb. Orta təhsilimi Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı məktəbdə başa vurub, 1999-cu ildə Ali məktəbə daxil olmuşam. Təhsilimi bitirib 2006-cı ildə hərbi xidmətə yollanmışam və 2007-ci ildə hərbi xidmətimi bitirib qayıtmışam. Bakınin Buzovna kəndində Hacı Arif Buzovnalının rəhbərliyi …

Publisistika

Kənan AYDINOĞLU.”Səmimi hislərin carcısısan sən” (Məqalə)

Post Views: 63 QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış …

Publisistika

“Səmimi hislərin carcısısan sən” (Məqalə)

Post Views: 76 QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış …

Türkiyə ədəbiyyatı

Harika UFUK.Muhteşem şiirler

Post Views: 59 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Hoşgörü Sevgi köprüsünden geçenler bilir, Kalpten kalbe giden yoldur hoşgörü. Dostluk pınarından içenler bilir, Tadına doyulmaz baldır hoşgörü. Güvercin uçuran mavi semada, Kubbede kalacak yalnız hoş seda, Savaşa, kavgaya, kine elveda, Birlikte, barışta seldir hoşgörü.

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Ülkər Piriyevamüsabiqənin qalibi oldu

Post Views: 63 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, DGTYB üzvü,Bakı Slavyan Uiversitetinin İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvü Ülkər Piriyeva “Yaradıcılıq” müsabiqəsində qalib gəlib. Qeyd edək ki, müsabiqə aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə” Kabinetinin təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.Yeni şeirlər

Post Views: 63 RUHUM İLLƏR YORĞUNU… Açılmayan bir səhərin sorağıyla yumuram gözlərimi. Səhər ruhumun səhəri… Tale yüklü ürəyimdən qələmimə axıb gələn sıraladım sözlərimi, O söz ruhumun qəhəri… Dolub sinəm arzulanmaz arzularla Fikrim qanadlanıb uçur arzulardan-arzulara Yol çəkərkən baxışlarım ən ucqari bir nöqtəyə Kimsə bilmir,tuşlanıbdır nəzərlərim Xoşbəxtlik adlı zirvəyə. Xəyalımda addım-addım o zirvəyə yol aldıqca Ürəyimdə …

Azərbaycan ədəbiyyatı

Əli RZAZADƏ.”Onun bir mənzili vardı..” (Hekayə)

Post Views: 78 Onun kiçik bir otağı vardı, həyətdə evdən bir az kənar, indi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankalar yığardılar. Daha sonra boşaldılmış və istfadə edilməyən bir yerə çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. …

Azərbaycan ədəbiyyatı

Məhəmməd ŞÜKÜRLÜ.”İkinci Dünya” (Hekayə)

Post Views: 111 Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı …

Azərbaycan ədəbiyyatı

EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…

Post Views: 74 11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Günay Həsənlinin yeni kitabı işıq üzü görüb

Post Views: 62 “Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü …

Türkiyə ədəbiyyatı

Harika UFUK.Muhteşem şiirler

Post Views: 57 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Konçerto Konçertodan dökülen nağmeleri Topladım eteğime. Beethoven çalıyordu. Kontrbas içindeki mahpusluğum bitti, Piyanoda ilk nota vurulurken… Gözler, kulaklar, eller birleşmişti, Notaların gizeminde… Yorgundu viyola, keman ise acı çekiyordu. Hafifledi iniltisi, sonra birden haykırdı! Kısacık dinlenirken sazlar piyano coştu, Yunan mitolojisinin yarı insan, yarı at tanrısı …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Səni gördüm uzaqdan “

Post Views: 69 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Ömrümə yazılmış ən gözəl anım…”

Post Views: 78 Seni elə sevdim inanmadım ki bu sevən mənəmi ? yada xəyalım Səni elə sevdim düşünmədim ki ömrümə yazılmış ən gözəl anım… Səni elə sevdim susdu çay səsi qəlbimdə döyünən sevginin səsi səni elə sevdim görən hər kəsi istədim şahidtək bura çağırım….. Səni elə sevdim dənizlər qədər bəlkədə göydəki ulduzlar qədər sən elə …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 92 Bu sevginin üzü payıza tərəf İçində bir ovuc xəzan daşıyır, Həzindi, səssizdi, dinmir bu sevgi. Bir uçuq daxmada tənha yaşayır… Bu sevginin üzü payıza tərəf. Əlində kədər var, qəmini didir. Çaxılıb üzüstü daşa bu sevgi. Elə yarpaq- yarpaq tökülüb gedir, Bu sevginin özü payıza tərəf. Adı “sevgi” imiş… ad təsəllidi, Heç özü …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 74 * * * bir gün gələcəm sizə, elə-belə… təsadüf… qonşu qoyacaq sözə, -arsızdı, özü gəlib… keçəcəyəm mətbəxə, qaynayacaq çaydanın… dadı qalıb deyirlər, damağında dolmanın… eyninə alma, gülüm, çox dolmalar bişəcək… bizim toyun apreli hər təqvim bəzənəcək… Bakıda ayrı olur İlin dördüncü ayı… Gəncədə bir qız solur, Əynində həsrət payın… səndən küsən bu …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 59 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma Ay qonub” yeni kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakıgözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir Azərbaycanın …

Azərbaycan ədəbiyyatı

Ülkər PİRİYEVA.”Yağışın hissi”

Post Views: 66 DGTYB üzvü Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.Yeni şeirlər

Post Views: 64 GƏTİR… Axtar, ara özgələrdən, Qar-qarışıq döngələrdən. Pərakəndə cərgələrdən, Səhmanımı gətir mənim… Könül mülkümdəki taxtdan, Qalıb təkcə quru taxtan. Ümidsizəm mən bu baxtdan, Fərmanımı gətir mənim… Alnındakı qara ləkə, Vay o günə fələk çəkə. Məhəl qoyma cütə, təkə, Dildarımı gətir mənim… Saf arzusan, kirli xəyal, Təbiətdən mənə pay al, Qar-borandan tapıb macal, Baharımı …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Yeri get, qız”

Post Views: 62 Sən məni heç zaman sevə bilməzsən, Məni sevənlərin sonluğu – yalqız. Aldanma beləcə görkəmimə sən, Yeri sev ağıllı bir adamı, qız! Məni sevənlərin ağılı yoxdur, Mənim şıltaqlığım dözülməz, çətin. Yeri get yerində sakitcə otur, Vallah, mən deyiləm sənin qismətin! Səni qısqanaram mən yerə, göyə, Doğma ataya da, südvermişə də… Kasası – hamıya, …

Azərbaycan ədəbiyyatı

İnsanlar, qoruyaq təbiəti Biz

Post Views: 79 Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız. Heydər Əliyev, Ümummilli lider Rafiq ODAY – şair, publisist (SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti) 2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Günaydın!” (Köşe yazısı)

Post Views: 91   Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Pek çok kişinin bildiği gibi iki kız annesiyim. “İki kızım, iki gözüm” derim her zaman… Kitaplarımda da onlarla alakalı şiirler, yazılar bulunur. “Güz İkindisi” adlı serbest şiirlerimden oluşan kitabım iki kızıma armağanımdır. İçine baktığınızda Bu kitabımı hayatıma anlam katan sevgili kızlarım Sena ve Seda’ya …

Publisistika

Tural SAHAB.“ Anamın kitabı”  bizə nə demək istəyir

Post Views: 71 Söhbət Mirzə Cəlilin əsərindən gedir. Bu əsər nə üçün yazıldı, bizə nə demək istəyirdi?! Bir  yazarı tanımaq, onun düşüncələrini görmək üçün yalnız və yalnız əsərlərini oxumaq lazımdır. Həyatı yazarın düşüncələrini deyə bilməz. Hələ, hələ bu dövr sovet dövrü isə  heç deyə bilməz. Yazar hər şeydən öncə bir insandır. Qorxuları, əndişələri ilə sadə …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

Post Views: 69 Yol Bu yol xarabalıq,bu yol abadlıq, Yolun ortasında ölüm oyanıb. Kim deyir başlanğıc doğum ilidi? Yolun lap sonunda ilim dayanıb. Bu yol məhəbbətdi, bu yol məşəqqət, Ayağım torpaqda sırsıralanıb. Yolun üzündəki mənim göz yaşım, Yolun ürəyində sirr sıralanıb. Bu yol qara geyib, bu yol ağ geyib, Əvvəli ortası sonu ağ-appaq. Yolun kiprikləri, …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)

Post Views: 62 Deyirdilər gedən üçün ağlama bilmirlər ki mən nə üçün ağladım heç bir zaman xatirəndə saxlama Xatirəmdə çox gümanki qalamdın….. Üzüb məni yetərincə sözlərin ağlar qalıb səndən sonra gözlərim şükür hələ gedə bilir dizlərim sən heç zaman gerçək hissim olmadın Saniyələr ötüşdükcə ömürdən çıxmaq olmur tale verib əmirdən çarəsini sarılaraq səbrdən sən heç …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)

Post Views: 103 Uşaqkən bilməzdim imtahan nədi… Sadəcə bilirdim qorxurlar ondan. Məni titrətməzdi sorğu-suallar, Keçməsəm həyatın sərt sınağından. Böyüdüm biliyim, təhsilim artdı, Hətta imtahan da etdilər məni. Mənə suallar da şirin gəlirdi, O zaman bilmirdim məhəbbət nədi. Məhəbbət deyilən nə ağır sınaq, Cavabsız suallar yaman çətindi. Keçəmməsəm ümidlərim sınacaq, Sınan qəlbin ağrısına döz indi.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)

Post Views: 55 bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən… arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi… aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi… gülmək taxım üzümə… axı “güclü qadın”am… öpüb yatım şəklini, yolun düşsün yuxuma… Nolur… bir …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)

Post Views: 56 İlk bahar çiçəyi təravətlidir, Sənə bəslədiyim hislərim kimi. Bülbül öz gülünə səxavətlidir, Sənə sadiq qalan ürəyim kimi. Bir bulaq suyu tək safdır göz yaşım, Süzülsə gözümdən eşqin yolunda. Günəş sönük qalar, bil, şöləsindən, Alışsa ürəyim sevgi odunda. Dağlar əzəmətin itirər o an, Sevgimin vüqarı danışsa əgər. Əslisi uğrunda Kərəmdir yanan, Bu sevgi …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Olmasın”

Post Views: 48   A dostlar, sərvətə meyl etməyək çox, Yaşayaq həyatda daim gözü tox. Yetmişdə, səksəndə köçsək, eybi yox, Vədəsiz bir ölüm-itim olmasın. Dəyməsin ürəyə kədərin tamı, Susmasın qəlblərin arzusu, kamı. Atalı, Analı böyüsün hamı, Heç kəsin balası yetim olmasın! Təmkinəm, səadət dilərəm sizə, Şadlanaq toylarda hey süzə-süzə. Allah hər neməti bol etsin bizə, …