Şişa torpağına hər gün dağ basıb,-
Zalımlar gözümdə yaş oynatdılar.
Açdım qucağımı vətənsizlərə,
Qərib beşiyi tək boş oynatdılar.
Döyüş meydanında qada var,qan var,
Tərsinə ötüşür vədələr,anlar.
Başsız bədənlərə bu toy tutanlar,-
Gör nüçə bədənsiz baş oynatdılar.
Nişan al,qurşun sıx,yerə oturt da,
Qisas sevdası var ulayan qurdda.
Qartalı çarmıxa çəkilən yurdda,-
Yuvası dağılmış quş oynatdılar.