Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Daha seni qınamıram;
Qoca dünya; ulu dünya.
Sən heç düzələn deyilsən;
Kor fələyin qulu dünya.
Həqiqət az haqsizliq çox;
Vurulur ürəklərə ox.
Bircə kəlmə; düz deyən yox;
Yalanlarla dolu dünya.
Məna vardır dünenimdə;
Çaqqal çoxdur vətənimdə.
Gül yerine çəmənimdə;
Bitir tikan kolu dünya.
Zeynəbəm; üreyim yanar;
Nadan olan lovğalanar.
Qarabağda; mərdiməzar;
Bağlayibdir yolu dünya.