Mən bir payız ömrü oldum,əzizim,
İndi məni ha xatırla,ha ara.
Vaxtsız
əsən küləklərə dözməyib,
Yarpaq-yarpaq tökülmüşəm yollara.
Günlər yağıb,aylar düşüb üstümə,
İzlərində qarış-qarış itmişəm.
Yuxu kimi,nağıl kimi illərin
Dodağında misra-misra bitmişəm.
Uralanıb bar verməyən bu sevdam,
Çiçəyini qara yellər aparıb.
Ətəyindən yapışdığım ümidi
Gözlərimdən sızan sellər aparıb.
Mən bir payız ömrü oldum,əzizim,
İndi məni ha xatırla,ha ara.
Vaxtsız düşən küləklərə dözməyib,
Yarpaq-yarpaq tökülmüşəm yollara…