Ay xumar baxışlım, ay gülər üzlüm,
Tək sənsən könlümün gözəl maralı.
Sən mənim dərdimi qanan, düşünən,
Bir anda düşmərəm sənnən aralı.
Sən mənim yarama məlhəm olmusan,
Mənlə ağlamısan, mənlə gülmüsən.
Dərdi-qəmlərimi yarı bölmüsən,
Uzaq düşmə qoyma məni yaralı.
Bir dənəmsən sənnən ayrı kimim var,
Sözümüz bir, dil-dil ötən simim var.
Nail deyər dəmlər üstə dəmim var,
Yanaq lalə, gözün, qaşın qaralı.