Blog

  • “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə çap olunub

    Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

    Kitab ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək dediyi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır.

    Kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.

    Nəşrin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir. İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir.

    AVCİYA tərəfindən nəfis tərtib edilərək geniş oxucu auditoriyasına təqdim edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.

    Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.

    Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair fotoalbom yer alıb.

    Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.

    “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Bu seriyanın ideya müəllifi və naşiri assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb

    Jurnalın iyun nömrəsi Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. Bu nömrədə “Ulduz” jurnalı ilə “525-¬ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda şair Musa Urud, nasir Günel Anarqızı, kinorejissor Rövşən İsax danışır. “Ulduz”sevərlər tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını Aygün Ələkbərzadənin tərcüməsində oxuya biləcək.

    “Nəsr” bölməsində oxucularla görüşə yeni yazıları ilə Tural Cəfərli, Arzu Murad, Vüsal Bağırlı, Fariz Yunisli və Məlahət Hümmətqızı gəlib. Gülşən Əliyeva– Kəngərli “Tribuna”da “Meditativ şeirin poetik imkanları”ndan yazır. “Debüt”də İntiqam Can, Aqil Bəkirdir. “Qısa fikirlər xəzinəsi” dühaların fikirlərini, “Hücrə” Emin Pirinin “Posttənqidçi” yazısını təqdim edir. “Ulduz”un bu nömrəsində Əsəd Cahangirin “Xarıgülnar” poeması da işıq üzü görüb.

    “Şeir vaxtı”nın budəfəki qonaqları Elnur Uğur, Mahirə Nağıqızı və Kəmaləddin Qədimdir. Fərid Hüseyn Musa Yaqubun poeziyasından, Günel Eyvazlı “Xan qızı”ndan yazıb. “Türk eli”ndə şeirləriylə oxucuların görüşünə Canər Gökcəoğlu gəlib. “Tərcümə saatı” Vasili Belovun “Atlar” hekayəsini Elçin Hüseynbəylinin, Helen Bannermanın “Qızıl pəncərə” hekayəsini Zəhra Namazlının tərcüməsində təqdim edir.

    Qərib Mehdinin “Gülgünün rəngli muncuqları” sənədli hekayəsi, Rövşən Yerfinin “Şəhidlik zirvəsi” yazısı “Ulduz”un bu nömrəsində yer alıb.

    İlham Abbasov “Ədəbiyyat üzrə Nobel mükafatçıları” rubrikasında görkəmli Amerika dramaturqu Yucin O’Nildən yazıb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

    Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

    Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub

    Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM).

    Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.

    Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön söz” müəllifi professor Xəlil Yusiflidir.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatları olub

    Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də  kadr təyinatları olub. 

    Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib.

    Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.

     AYB.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • AYB Gənclər Şurasının iclası keçirilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının iclası keçirilib.

    AYB-in sədri, Xalq yazıçısı Anar birliyin Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib.

    İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, yaradıcı qurumların bir-birinə inteqrasiyası, gənc yazarların əsərlərinin çapı və sair məsələlər müzakirə edilib.

    Görüşdə AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid də çıxış edib, gənclərin təklifləri ilə bağlı fikirlərini bildirib.

    Sonda Xalq yazıçısı Anar gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Faiq Hüseynbəylinin “Arzuların şəhidi” kitabı nəşr edilib

    Şair Faiq Hüseynbəylinin yeni nəşr olunmuş “Arzuların şəhidi” adlı kitabı Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən Müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.

    Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.

    Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.

    Kitabın ön sözünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ümid Nəccarinin kitabı Özbəkistanda çap olunub

    Azərbaycanlı şair Ümid Nəccarinin “Unutmaq” adlı kitabı Özbəkistanda işıq üzü görüb.

    Kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo” yayınları tərəfindən Özbəkistanda çap olunub.

    Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib. Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu

    Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub.

    Edebiyyatqazeti.az xəbər verir ki, “Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin 100-ə qədər müxtəlif mövzulu şeirləri yer alıb. Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • 15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü

    Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif15 iyun 1924YenigünQazax qəzası – 14 sentyabr 1992Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).

    Həyatı[redaktə | əsas redaktə]

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Mükafatları[redaktə | əsas redaktə]

    Hüseyn Arifin xatirə lövhəsi

    Əsərləri[redaktə | əsas redaktə]

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri[redaktə | əsas redaktə]

    • Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    • Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

    Filmoqrafiya[redaktə | əsas redaktə]

    • Mən Hüseyn Arifəm… (film, 2010)

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı
  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər (2021)

    Cənab Ali Baş Komandan,

    halaldı Sizə

    Cənab Ali Baş Komandan,

    halaldı Sizə,

    istirahət eləməyə

    var tam haqqınız.

    44 günü siz yazdınız

    tariximizə,

    Günəş kimi dünyaya da

    doğacaqsınız.

    “Xarıbülbül” festivalı

    bir möcüzəydi,

    yerlər-göylər ovsunlanıb

    dedim, – Şuşada.

    Dağlar təzə, həyat təzə,

    yollar təzəydi,

    “Paytaxt Şuşa” doğulurdu

    qədim Şuşada.

    Dünən Qalib Sərkərdəni

    xalq alqışlayır,

    mən gördüm ki, növbədədi

    söz də, ülfət də.

    Baş Komandan harda durub,

    ordan başlayır

    bu dünyaya ilk xəbər də,

    müraciət də.

    “Sən azadsan, əziz Şuşa!” –

    doğma səsiydi,

    vurğusu da, nidası da

    yadda qalırdı.

    Festivalda işğalçının

    məhkəməsiydi,

    ilk dəfəydi, “əsir” dağlar

    nəfəs alırdı.

    Filankəsi, filankəsi

    dağlarda gördüm,

    Paytaxtın ilk qonağıydı

    Şuşada onlar.

    Üzeyiri də, Bülbülü də

    mən orda gördüm,

    Festivalda, yarışlara

    qoşulmuşdular.

    Ulu Öndər “Şuşa!”, – deyə

    nitq eləyirdi,

    – Vətən, Ana həsrətidi,

    Şuşa həsrəti.

    – Xoşbəxtəm ki, – oğlu İlham

    belə deyirdi:

    – Mən yerinə yetirmişəm

    bu vəsiyyəti.

    Cənab Ali Baş Komandan,

    halaldı Sizə,

    istirahət eləməyə,

    var tam haqqınız.

    44 günü Siz yazdınız

    tariximizə,

    Günəş kimi dünyaya da

    doğacaqsınız.

    Vaxt, dayan!

    Saat gedir,

    həyat gedir.

    zaman gedir,

                            insan gedir.

    Bəlkə Olimp

                oyunudu,

                            əqrəblərin

                                        bu yürüşü?

    Nə qaçışı

                bəlli olur

                            nə yerişi.

                                        nə sürəti.

    İnsan özü

                quraşdırıb

    mat qaldığı

                bu hikməti.

    Buyur görüm,

                yüyür görüm,

                            ya çat, görüm.

    Ya səsini

                ucalt görüm:

    ey Vaxt, dayan!

                            saxla anı.

    Nə “Buynuzlu”

                İskəndəri

                            eşitdi Vaxt,

    nə də şair

                Nərimanı.

    Anlar və illər

    (Naxçıvana məktub)

    Muxtar Vilayətin Ali Məclisinin Sədri hörmətli Vasif müəllim, 44 günlük qələbəmiz zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev atasının məzarı önündə – Xoşbəxtəm ki, ata, sənin vəsiyyətini yerinə yetirdim, – dediyi anlarda, 1991-ci ilin avqust ayını, Naxçıvana, ulu öndəri ziyarətə gəldiyimiz günü də xatırlayırdım.

    Moskva təqiblərindən sonra o, Sizin evinizdə qalırdı. Xalq şairi Bəxtiyar Vahabzadəni, şair Qasım Qasımzadəni, professor Rüstəm Əliyevi və məni Sizdə qarşıladı.

    Elə sevinirdi, elə uçurdu,

    tanıya bilmirdik ulu öndəri.

    Bir ev genişiydi,

                            öz doğma yurdu,

    bu dünya darıydı ondan ötəri.

    Tanrı qismətiydi taleyimizə,

    bizim o ziyarət, sizin od-ocaq.

    Onu qəlbimizdə gətirdik sizə,

    sizdə də görüşdük,

                            özüylə o vaxt.

    Bizi alqışladı Araz-Kür boyu,

    siz, oğlum yaşında bir gənc, bir cavan!

    İl var, yada düşmür bir ömür boyu,

    an var,

                        ömür boyu çıxmır yadımdan.

    Gözü bir kitabın varağındaydı,

    yollar təhlükəydi, ətraf qorxulu.

    Kiçik diktofonu qabağındaydı,

    özü təmkinliydi,

                            sinəsi dolu.

    Bu dünya onsuz da haray-həşirdi,

    dünyası başqa ulu öndərin.

    Ehtiyac içində,

                            fikirləşirdi,

    nəydi ehtiyacı ağır ellərin?

    Havası doğmadı, iqlimi tanış,

    bəs sirli-suallı olanı nədir?

    Bu il Naxçıvanda soyuq gəldi qış,

    ağaclar kəsildi,

                            bağlarda bir-bir.

    Bu yanda Türkiyə, o yanda İran,

    görüşə bilsəydi, söz deyəsiydi.

    Bəlkə də o dəmdə fikrində olan,

    İqdır körpüsünün

                            layihəsiydi?!

    Naxçıvan, zəvvarın əskiy olmasın,

    “Əshabi-Kəhf” özü bir niyyətiydi.

    Hər kəsin dilində xeyir-duası,

    burda,

                            bu torpağa ibadətiydi.

    Möminə Xatın da vüqarla durur,

    burda varaqlanır tarixi yerin.

    Burda daş oxuyur, torpaq oxuyur,

    bir qeyrət himnidi,

                            Atabəylərin.

    Şanlı keçmişi var köhnə dünyanın,

    qalxıb at belinə, o, səngərdədi.

    Cahan Pəhləvanın,

                            Qızıl Arslanın,

    qılıncı, qalxanı mərd əllərdədi.

    Heydərin pak ruhu, şöhrəti gəlib,

    torpaq salam verir ulu öndərə.

    Ana beşiyinə əbədi gəlib,

    postament üstündən,

                            baxır şəhərə.

    Dünən yer seçirdi Cavidə hələ,

    ürək gəzdirirdi o tək Türbəni.

    “Bakıdan gedənlə,

    Təbrizdən gələn,

    ziyarət eyləsin gərək, Türbəni”…

    Cavidin evində eşitdim onda,

    tabut ortadaydı,

                            xəbər də yeni.

    Onda xoşbəxt idi Turan xanım da, –

    xalq alqışlayırdı, “Xalq düşməni”ni.

    Gəldi teatra o böyük ürək,

    bəyəndi birinci şah əsərimi.

    – Hər gün,

                        “Atabəylər” oynansın gərək,

    Deyib ulu öndər sıxdı əlimi.

    O söz məndən ötrü haqq duasıydı,

    nə şeirə sığardı, nə də hecaya.

    “Hamlet” əsərinin tamaşasıydı,

    dəvət olunmuşdum,

                            mən də gecəyə.

    Hər kəsin haqqını el-oba versin,

    çətindi enişli-yoxuşlu yollar.

    Yeni dastanını qoy çapa versin,

    mənim şair dostum,

                            Asim Yadigar.

    Təzə dəmir yolu çəkiləcəkdi,

    Naxçıvan, mübarək yeni həyatın!

    Açılan hər sabah bir gələcəkdi,

    gözü yolda qalan,

                            gözünüz aydın!

    Ali Baş Komandan nurdu, işıqdı,

    Zaman səs veribdi onun səsinə.

    44 gün –

                            daimi bir tapşırıqdı,

    üçrəngli bayrağın qələbəsinə.

    Loğman təbiət

    İbn Sina davamçısı

    Abbasəli həkimə

    İbn Sina dedik… ruhu sizdədi,

    mən də fövqəladə bir sirrəm, həkim.

    O eşq, o sədaqət qəlbinizdədi,

    siz ona,

                            mən sizə “əsirəm” həkim.

    Sizsiniz torpağa “sevgilim” deyən,

    küsülü gülləri barışdıran da.

    Palıd yarpağıyla söhbət eləyən,

    nanəni,

                yarpızı

                            danışdıran da.

    Qoy bir də əyilim, öpüm torpağı,

    ağaclar bitirir burda o yay, qış.

    Çiyidi,

                meyvəsi,

                            kökü,

                                        yarpağı,

    hərəsi, hər dərdin bir loğmanıymış!

    “Şəkər”in dərmanı – ağ tut yarpağı,

    “Şəkər”in düşməni – ağ tutun özü!

    Səcdə elədiyim “Seyid ocağı”,

    bəlkə elə buydu?

                            Bu haqq ölçüsü!

    Gündə içdiyimiz adi su nəymiş?

    Abbasəli həkim deyirdi şərhsiz!

    Suyun möcüzəsi – müalicəymiş,

    bizim xeyrimizə,

                            bizdən xəbərsiz.

    Yerin insan adlı bir töhfəsiyəm,

    bütün yaranışın gözü məndədi.

    Mən ki, təbiətin bir zərrəsiyəm,

    niyə, tufanların özü məndədi?!

    Hər kim olsam belə, adi bəndəyəm,

    başqadır sizdəki gördüyüm ovsun.

    Gecələr bir yuxu həsrətindəyəm,

    verin,

    gündüzlərim sizinki olsun.

    Başqadır sizdəki gördüyüm ovsun.

    Ana

    “Qulağımdakı qızıl sırğaları

    çıxart, qızım. Sonra gec olar,

    əziyyət çəkərsən”.

    (Ölüm yatağında deyilən söz)

    Qızıl hərisləri qoy tələsməsin,

    fikir var ötəri, söz var qətiymiş.

    Həyatda ən ali fəlsəfə dərsi,

    bəlkə,

                            bir ananın vəsiyyətiymiş.

    İpəyə qarışır, tülə bürünür,

    gün doğur elə bil,

                            güləndə üzə.

    Bəs niyə bu qədər adi görünür,

    ana dediyimiz əsl möcüzə?!

    Dərk edə bilmədim mən bu həyatı,

    alın yazımızı hardadı yazan?

    Allahım, ya qaldır göyə ananı,

    ya özün yerə en,

                            bilək anasan?!

    Üçrəngli bayrağa bükülənlərim

    (Alboma yazılan şeir)

    Şəhid oğulların bu şəkilləri,

    hərəsi – gözümün bir işığıydı.

    Hərəsi – Tanrının bir şah əsəri,

    yerin də yer üstü yaraşığıydı.

    Gör, necə şax durub, canlı heykəldi,

    bu tuncdan əbədi tökülənlərim.

    Üçrəngli bayrağı qaldıran əldi,

    Üçrəngli bayrağa bükülənlərim.

    Tarix bir məqamı qoy unutmasın,

    Bizim andımızdı, sağ olsun Vətən.

    Nişan üzüyünü gör, neçə qızın,

    gətirən olmadı oğlan evindən.

    Bir əsgər istəyib doyunca gülsün,

    səngərdə səsinə səs verə bilmir.

    Neyləyim, düşmənin gözü tökülsün,

    kordu, gözəlliyi o görə bilmir.

    Xarici qonaqdan bir xahişim var,

    döyüş meydanıdı qədimdən bu yer.

    Şəhidi, Qazidi vaxtsız yatanlar,

    Asta keç, o ruhlar oyana bilər.

    “Gələn Yermolovdu, təslim ol, Qafqaz!..” –

    çoxları daş atdı taleyimizə.

    Yadelli bilmədi, qafqazlı qorxmaz,

    qafil,    bir yəhər də – Vətəndi bizə!

    Çapdı at belində qaçaq oğullar,

    Şəhid oğullara dönənə kimi.

    Şahid bu dağlardı, bir də bu yollar,

    yaşayır indi də ənənə kimi.

    Şəhid oğulların bu şəkilləri,

    hərəsi – gözümün bir işığıydı.

    Hərəsi – Tanrının bir şah əsəri,

    yerin də yer üstü yaraşığıydı.

    Zəng elə

    Gedirsən, arxanca gözüm yol çəkir,

    yadından çıxarma, mənə zəng elə.

    Dünyanın o qədər işləri var ki,

    özünü çox yorma, mənə zəng elə.

    Deyirlər, hamının Tanrısı birdi,

    bəs niyə yaşamaq sualdı, sirdi!

    Bəlkə bu qayğıdı, bəlkə fikirdi?

    tək olsan, tək durma, mənə zəng elə.

    Çox görmə bu eşqi, bu adı mənə,

    taleyim yan keçdi, baxmadı mənə.

    Dünyada bir səs var, doğmadı mənə,

    o səsdən ayırma, mənə zəng elə.

    Yaşayır

    Məzarı başında oxunan şeir

    Gəldin, getdin, ay Mir Cəlal,

    keçdiyin yol, iz yaşayır.

    Pak ailən, təmiz adın,

    yenə pak, təmiz yaşayır.

    “Manifesti” oxuyuram,

    nə yeyirəm, nə doyuram.

    Sən gedəli, göz qoyuram,

    dediyin haqq söz yaşayır.

    Nə Püstə xanımın səsi,

    nə özü var, nə əvəzi.

    Evində açıq süfrəsi,

    “Gülbəsləyən qız” yaşayır.

    Keçdim sənsiz Xan Arazı,

    ürəyimin tən parası!

    Təbrizdə Gəncə havası,

    Gəncədə Təbriz yaşayır.

    Taleyin qəsdi-qərəzi,

    buydumu ay “ev yiyəsi?!”,

    Dünya – bir daş, bir tərəzi!

    çəki çəkən düz yaşayır.

    Hörmət ulu sənətkara!

    gözüm dikilib yollara!

    Nə yaxşı: Arif, Elmira,

    Ədibə, Hafiz yaşayır.

    Baxt ulduzum olaydın kaş

    Baxt ulduzum olaydın kaş,

    səmadan seçərdim, səni.

    Ovcumu səndən doldurub,

    doyunca içərdim, səni.

    Bənövşə olsan, iylərdim,

    dərdimi gülə söylərdim.

    Şimşəyə dönsən, əylərdim,

    əynimə biçərdim, səni.

    Eşqinlə oxuyan quşam,

    səni gözümlə tutmuşam.

    Qorxuram, bir az bihuşam,

    əlimdən uçurdam, səni.

    Dəymə, Allahım

    Hər gülüşü həyat verir,

    o səsə dəymə, Allahım.

    Naza, qəmzəyə həsrətəm,

    qəmzəsə dəymə, Allahım.

    Göydən enib mələk kimi,

    yerdə bitib çiçək kimi.

    Sinəmdə bir ürək kimi,

    döyünsə dəymə, Allahım.

    Mən bir ovsuna düşmüşəm,

    yerin ovcuna düşmüşəm,

    Məcnun bürcünə düşmüşəm,

    Leylisə dəymə, Allahım.

    Millət sənin anan, qızım

    Nərminə xanım

    İsgəndərzadəyə, hörmətlə

    Qubadlıda

                tufan qalxıb,

                            yağış yağır,

                                        külək əsir.

    Qubadlıda

                qəbiristanda

                            bir örpəkli

                                        gəlin gəzir.

    Anasının

                məzarıdı

                            axtardığı,

                                        qəbir-qəbir.

    Başdaşları,

                Allah-Allah,

                            nə gündədir!

    Əlifbalar

                qırıq-qırıq,

                            kəsik-kəsik,

    anasının

                adı olar, –

                            oxuyur

                                        tələm-tələsik.

    Gözünün

                yaşını silir,

    bir qəbir

                daşını silir.

    Oxuya-oxuya

                susur.

    “Naləsi”

                bir qəbiristana

                            sığışmayır,

                                        guya susur.

    Yağış – onun

                yağışıymış,

                            külək – onun

                                        küləyiymiş,

                                        tufan – onun

                                        tufanıymış,

    o da onun

    “qurbanıymış”

                əsir düşən

                            əsgər kimi.

    Demə, qisas

    tələsiymiş,

                qəbiristan da

                            səngər kimi.

    Azərbaycan!

                Cəbhə boyu

                            səndən qaçan,

    başdaşını

                bombalayır

                            bu millətin.

    Dirisi yox,

                ölüsüylə

                            hesab çəkir.

    Ən ağırı

                budur, qansız!

                            cinayətin.

    İnsan olan,

                əlbəttə ki,

                            əzab çəkir.

    Gözündə

                qəsdi-qərəzi,

    nə ölçü var

                ondan ötrü,

                            nə tərəzi!

    Allah kəssin

                bu mərəzi!

    Eşitməyib

                onlar insan

                            duasını,

    anaların

                laylasını.

    Məscidləri

                ləkələyib

                            nəfəsləri.

                                        bir fənd ilə.

    Dinimizin

                paklığına

                            rişğənd ilə.

    Bu yaralar

                dedim, qatil,

                            sağalmayır

                                        peyvənd ilə.

    Qalx ayağa,

                ana, – deyib

                            yanan qızım.

    Sən anasan,

                millət sənin

                            anan, qızım.

    “Azıx mağarası”

    Prof. Məmmədəli Hüseynovun

    xatirəsinə

    Məmmədəli müəllim, –

                            gözəl bir

                                        insanıydı.

    Mənə sonra dedilər,-

                bizim

                            Qazaxdanıydı.

    Mir Cəlal müəllimin

                yaxınıydı,

                            tanışı.

    Kafedra müdiriydi,

                kafedrası

                            yanaşı.

    Mən aspirant babaydım,

                o, məşhur

                            alimiydi.

    Xasiyyəti – əvəzsiz,

                bir az

                            mülayimiydi.

    Elmi söhbətlərini

                dinləyirdim

                            arada.

    Bir çənə sümüyünü

                tapmışdı

                            mağarada.

    Köhnə ocaq yerində.

    Füzuli tərəflərin,

                bir az

                            o dağ yerində

    O Azıx mağarası,

                Azıxantrop

                            o qız!

    Moskvadan, Parisdən

                məktub –

                            saysız-hesabsız!

    Gördüm o imzaları,

    o zərli

    möhürləri.

    Rusca, ingiliscə də

                çıxan

                            qalın əsəri.     

    Dünən təsdiq edənlər,

                bu gün

                            danırlar, əfsus!

    İngilis, ya fransız,

    erməni əsilli rus,

    Nə vicdan, nə də namus!                  

    – Yüz yol o mağaraya

                getmişəm,

                            gəlmişəm mən, –

    deyərdi bizə hərdən.

    – Gah piyada düşmüşəm

                o yolların

                            ağına,

    gah yağışın altına,

                gah yelin        

                            qabağına.

    Çox çəkmişəm mən onda, –

    bir kəl arabası da,

                sevinmişəm,

                            tapanda…

    Cənab Baş Prokuror,

                kimə deyək

                            bunları?

    Qurtarmır bu dünyanın

                erməni

                            oyunları!

    Qəti qadağa qoyun

                yalan,

                            böhtan səsinə.

    Məni Şahid çağırın

                o haqq

                            məhkəməsinə.

    Xəyanət bəzəndi

    şüarla gəldi

    Sayılıb-seçilən fəxri bir adı,

    mən də çıxartmıram ömrümdə yaddan.

    Nobel mükafatı laureatı –

    sözsüz,

                mötəbərdi çox mükafatdan.

    Neftin qazancıydı bu var, bu dövlət,

    şair Məmməd Araz yazdı bir zaman.

    Rişğənd də elədi, səsində xiffət, –

    kimlərə verilir,

                kimin adından!

    Kreml üstümüzə tanklarla gəldi,

    Hər canda Bakının ağrı-acısı.

    Xəyanət bəzəndi,

                şüarla gəldi, –

    dinmədi bir Nobel mükafatçısı.

    Zaman hədələdi ölümlə-qanla,

    yerin də varıymış alın yazısı.

    Nobel prospekti doldu qoşunla,

    “görmədi”,

                bir Nobel mükafatçısı.

    Nə bir məktub aldıq, nə bir teleqram,

    xalqın ünvanına böhtan, ittiham?!

    Tərif eşitməyə adət edənlər,

    bilmədi,

                Bakıda söyülə bilər.

    Üstəlik, Qorbaçov aldı bu adı,

    şəhidlər qanına o, həris oldu.

    Nobel mükafatı laureatı! –

    şərəf lövhəsində,

                şərəfsiz oldu.

    Taleyimin töhfəsi

    Oğlum Nazimə

    Dil açan vaxtınıydı,

    təzə-təzə,

                            sən onda.

    “Cızza nandı” deyirdin,

    işığımız yananda.

    Sənin öz cümlələrin,

    öz mübtədan, xəbərin.

    Bir sən başa düşürdün,

    dediyini,

                            bir anan.

    O da “tərcüməçiydi”

    aramızda, sonradan.

    Güldün,

                qaçdın,

                            oynadın,

    yıxıldın birdən, oğlum.

    – Nə tapdın yerdən, oğlum?

    Bir az zarafatıydı,

    bir az ehtiyatıydı,

    sənə verdiyim sual, –

    Özün qalx yıxılanda, –

    deyirdim bir də onda.

    Bir gün də sənə qurban,

    dünyadan köçdü anan.

    Mən yıxıldım yatağa,

    özün düşdün qabağa.

    Bu dəfə tək səni yox,

    tək Ata! – deyəni yox,

    tapdım atam əvəzi,

    taleyimin töhfəsi!

    Yaşa, – həyatım mənim,

    “Cızza nandı” deyənim.

    Havada şaxtalı

    soyuq bir nəfəs

    (Prof. Rüstəm Əliyevi anarkən)

    Azərbaycanın İrandakı

    keçmiş fövqəladə və səlahiyyətli səfiri

    Abbasəli Həsənova

    İkiyə bölündü bir xalq, bir vətən,

    sözü üzə dedi şəhid oğullar.

    Rüstəm – bir körpüydü Arazın üstən, –

    hələ,

                sağlığında deyib Şəhriyar.

    Təfəkkür sahibi, söz yiyəsiydi,

    nahaqqı qoymazdı o, haqq yerinə.

    Rüstəm – bir intibah pəncərəsiydi,

    üzü –

                bu dünyanın sabah yerinə!

    “Quran”dan deyəndə, qaynar həvəsi,

    fitri bir istedad varıydı onda.

    Farsca, ingiliscə mühazirəsi,

    təkiydi,

                Tehranda,

                            Vaşinqtonda!

    Deyirlər, biliyi, dünyagörüşü,

    alimin özünü veribdi bada.

    Arazdan o tayda,

                Şahla görüşü,

    mat qoyub Arazın bu tayını da.

    Deyirlər, Arazı keçib gələndə,

    şübhəli adamlar salam veriblər.

    O ada,

                şöhrətə,

                            o şəxsiyyətə,

    burda, bu tərəfdə xitam veriblər.

    Uca çinarları əyibdi onlar,

    havada şaxtalı, soyuq bir nəfəs.

    Beləcə, hər nəslə göz qoyubdular,

    Mərkəz “rahat olub”,

                o vaxtkı Mərkəz!

    Görüşdük bir dəfə, gözündə bir nur,

    Üzündə təbəssüm hələ dururdu.

    Başıyla salamı – sadə və məğrur,

    başı çəkdiyini,

                unutdururdu.

    Bir iş vermişdilər… laborant yeri,

    keçdimi bu tale yolunu, Tanrım?

    Hardadı alimin o pak and yeri? –

    ziyarət eləyək,

                biz onu, Tanrım.

    Xilaskar

    Qələm dostum Bəxtiyar Sadıxovun

    “Xilaskar İlham Əliyev”

    kitabını oxuyarkən

    Bu qədər həsrətmi olar ürəkdə,

    bu qədər yanğımı olar, İlahi!

    Güllə yağışında,

                qarda,

                            küləkdə,

    meşəyə qaçdılar onlar, İlahi!

    Faşist ləhcəsində kəkələyənlər,

    yerin paklığını ləkələyənlər.

    tankların üstündə doldu şəhərə,

    daha az qalırdı

                            onda səhərə.

    İnsanın əlindən insan qaçırdı,

    görüb içindəki qəsd-qərəzini,

    qayalar insana qucaq açırdı,

    gülləyə verirdi

                            daş sinəsini.

    Əlsiz-ayaqsız da geri qalmayıb,

    – Qaçma, –

                bir-birinə deyib qaçırdı.

    Ağdam Qarabağın gözüydü,

                            hayıf,

    o gözü arxada qoyub qaçırdı.

    Sən onda səngərdə yuxusuzuydun,

    səni qoruyurdu,

                            səni yaradan.

    Düşmənin birini hədəfə qoydun, –

    Ağdamın hayfını alırdın ondan.

    Onda ki, göstərdi dəmir yumruğu,

    Ali Baş Komandan qalxdı ayağa, –

    silaha sarıldı hər vətən oğlu,

    and içdi,

                            əyilib ana torpağa.

    Onda ki, “Qarabağ Azərbaycandır!”,

    sən dedin,

                mən dedim,

                            bir millət dedi.

    Biz gördük, ölkədə

    xalq qəhrəmandı,

    nə dedi, ilahi bir qüvvət dedi.

    “Sənə qurban olum, a şəhid balam!”

    alovlu sinəndən qopan səs oldu.

    Qatillər əlindən qurtuldu Ağdam,

    Qarabağ torpağı,

                            müqəddəs oldu.

    “Sənə qurban olum, a türk qardaşım!” –

    bu da Qarabağın şirin diliydi.

    Qədim babaların bu qan yaddaşı,

    adi görünsə də,

                            dahiliyiydi.

    Xilaskar – əynində əsgər paltarı,

    odların içiydi keçdiyi o yol.

    Allahım,

                hifz elə sən Xilaskarı,

    Ali Baş Komandan, sən yaşa, var ol.

  • Şairə Ay Bəniz Əliyarlının “Ruhumun aynası” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Ay Bəniz Əliyarın “Ruhumun aynası” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

  • Şairə Ay Bəniz Əliyarlının “Ruhumuzun aynası” adlı şeirlər kitabının Ön sözü

    İnsanın Vətən vaxtı
    Söz, xüsusilə bədii söz hər bir fərdin,
    ələlxüsus yaradıcı adamın daxili aləmini,
    iç dünyasını açmaq vasitəsidir.

              Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb yaradır, artıq nüfuzlu dövrü mətbuatda çap olunan şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanınan AY Bəniz Əliyar!
             Sözü sipər edənlər, sözə sipər olanlar Ruh adamlarıdır. Onlardan kimi ruhunun əsiri, kimi də ruhunu dustaq edənlərdir. Ruhun səsini, ruhunun pıçıltısını haraya çevirib hayqıranlar isə onu azadlıqda tutanlar – sözdən qala quranlardır.  AY Bəniz Əliyar Ruhdur. Ruhunun səsini hayqıra bilən, cəsarətlə aydınladan, ondan qala quran cəsarətli söz ağasıdır. Bəzən həlim olub sözə sığal çəkə bilir, bəzən həzin-həzin elə pıçıldayır ki, ruhu, duyğusu olan oxucusunu mübhəm-mübhəm oxşayıb kövrəldir, bəzən də daha çox elə Aybəniz olur.

             Bəs Aybəniz necə AY Bəniz oldu?

             Qədim şəhərin mərkəzində qurulduğu gündən yaxın zamanın vaxt ölçüsündə bir saniyə belə çaşmayan Saat Qülləsinin altında durmuşam. Aybəniz, budu ey, baş küçə ilə üzü Çıraqqalaya doğru, başı yuxarı ley kimi gəlir. Yolun yoqquşu kimi elə bizim bu şairə xanımın da başı dikdir. Həmişə başı dik, addımları yeyin, beləcə yolu qabağına qatıb yeriyir. Diqqətlə baxanda sanki yerimir, uçur, – deyirsən. Əslində bu ona yaraşır, çünkü amalı dürüstlük, əl qoyduğu işdə iradəsi qətilikdir. İkinci ehtiyat variantı isə heç yoxdur… Görün bir nə deyir:- “Mən yumruğumu sıxmışamsa, demək, kimsə başına yiyə dura bilməyib” 

             Lakin doğrusunu mən bilirəm. Aybənizin sıxdığı yumruğu gözlərində gilələnən həyat çeşməsidir, başlara yox, ürəklərə endirilən şəfqət, qəlbləri nurlandıran həyat eşqidir.

    Bənd oldum bu yaşantıya,

    Bənd deyilən bəxtə düşə.

    Tanrı görən, tanrı duyan,

    Bir arzu taxmışam döşə.

    Ürəyə oxşayır.

        Aybənizlə ilk tanışlığım qəribə olub, deyərdim. Rayon məktəblərinin birindəydim. Azərbaycan dili və ədəbiyyatı sinifinin yazı taxtasının üstündəki “A4” vərəqdə çap olunub asılmış dörd bəndlik şeir diqqətimi çəkməyə bilməzdi:

    Zamanın qulu tarix,
    İndi qul zaman oldu.
    Qayıtdı ulu tarix,
    Dəvəçi Şabran oldu.

             Və sonuncu bənd də var:

    Nə xoş doğuldu bu yaz,
    Günəş gözündə almaz.
    Belə möcüzə olmaz,
    Dəvəçi Şabran oldu.

            Dəvəçi adının Şabran adıyla əvəzlənməsi üçün əməyi, zəhməti keçən bir insan kimi bu Şeir gözümdən yayına bilməzdi. Bilərəkdən və ya da bilməyərəkdən şeir yazı taxtasının görünən yerindən asılmışdı. Diqqətimin o şeirin üzərində kəsildiyini görən müəllimdən şeirin müəllifini soruşduqda öz bəlağətli səsi ilə Aybənizi nişan verdi. Mən də qiyabi də olsa Aybənizi bu şeiri ilə tanımış oldum. Hətta gileylənərək: -“Niyə bəs mən bunu indi bilirəm?”, – dedim. Artıq bir neçə gündən sonra həmin Aybənizin iki şeir kitabı stolumun üstündəydi. “İlk görüş” və “Dənizin dostu”. Məlum məsələ idi ki, ilk çap olunan kitablarda şairin elə ilk qələm təcrübələri çap olunur. Kitabları vərəqlədikcə hiss edirsən ki, şeirlərin içində bir neçə Aybəniz var. Özünü hələ də şeirlərdə və hisslərində axtaran Aybəniz. İçindəki şıltaq və qayğısız hisslərdən doymayan körpə, əzab çəkə-çəkə eşqi cəhənnəm əzabı kimi yaşayan qızcığaz, dünyadan baş açmağa macal tapmayan üsyankar insan və buludların üstündən yelləncək asıb yellənən şair Aybəniz… Hər vərəqdə az qala bir Aybənizlə tanış olursan. AMMA əslində, Şabranın bütün yollarından süzülən şeir topalarını öz qələminin mürəkkəbinə çevirən bir Ay Bəniz var. Sonradan onu belə adlandıracaqdıq. AY Bəniz! O, AY Bəniz olmaq üçün hələ üçüncü, dördüncü, beşinci şeir kitablarını da çapa hazırlayacaqdı. Üçüncü, “İşığa can atan arzular” adlı şeir kitabına dostumuz Aydın Tağıyev redaktorluq elədi. Ön söz sahibi oldu. Dördüncü “İntizar” kitabının da xeyir-duasını özüm verdim. Və artıq AY Bəniz sonrakı “Qürubda Günəş”, “Cənnətdən gələn məktublar”, “Darıxmaq” adlı növbəti kitabları ilə bu ədəbi yolda atdığı müvəffəqiyyətli addımlarla bizləri də sevindirməyə başladı.  Bəli, AY Bəniz dənizlə DOST oldu, sevindik. Bitib tükənməyən arzuları ilə İŞIĞa can atdı, nə gözəl, uğurlar tükənirmi? Əsla, İNTİZAR çəkməyin dadını, tamını dadızdırdı sevənlərinin ruhuna, canına. Gunəşə üz tutub cənnətdən gələn MƏKTUBLARla müjdələdi pərəstişkarlarını. Sonra da “Darıxmaq”la qəlbin durulmasının paklığa gedən yolda ümidə ünvan olduğu inamını möhkəmiəndirdi ruhumuzda. İndi də nə sözünü, nə də ədəbi düşüncələrini dərgilər qoyur “yerə düşməyə”. AY Bəniz gözümüzün qabağında kitabdan-kitaba böyüdü, duruldu, bizi təəccübləndirməyi bacardı… Taleyi onu Xaqani Poeziya Evi kimi bir məbədgahla mükafatlandırdı.
            İndi salam versəm bəlkə də eşitməz, ya da o qədər fikir dünyasına dalıb ki, heç duymaz. Çünkü bitib-tükənməyən təbi bir an da olsun onu özündən kənara qoymur, duyğuları onunla ən etibarlı yol yoldaşıdır. Bu gedişlə indi şer dolu heybəsini yəqin tezcənə kağızın üstünə tökməyə tələsir. Özü deyir axı, guya şerlərini əzbər bilmir. Bəlkə də belədir, şeir bir olar, beş olar! Dəvəçikənddən, stansiya deyilən dəmir yolu vağzalından ta ki, şəhərin yuxarı başındakı dağın dibinə, Xaqani Poezya Evinəcən bu üç-dörd verslik yolu yalın ayaq gəlib-gedənədək neçə şeir qoşur, neçəsinin də süjetini qurur. Hər səhər tez-tələsik Xaqani Poezya Evinə yetişib içinin yanğısını tökəcək kağızın üstünə, ya da elə indi, yol gedə – gedə beynində düzüb qoşur:

      “Dünyanın hər rəngində insan yaradıldı bu yer üzündə…”
            “Çoxdandır içimi gəmirən bir şey var ruhumda…”
                “Yazsam bitməz, bitməz ki,canım qurtula bəlkə!..”

         Belə! İstedadı ilə üsyankarlığını tərəziyə qoysan, nə biri az, nə də o biri çox, elə tən gələr. Allahın verdiyini halal zəhməti ilə yoğurub cilaladığı adını daşıyan, adına layiq ocağa çevirən, rəhbərlik etdiyi Poezya Evindəki Xaqani ruhunun əzəməti və üsyankarlığı ilə cilalanıb. Ola bilməz ki, Dahi söz ustadının ruhu adının qoyulduğu, ona yeni ünvan olan bu ocağa ziyarətə gəlməsin. Və gəlibsə, deməli, bizim AY Bənizin ruhuna da sirayət edib.

        AY Bəniz Əliyarın şeirlərini oxuduqca, o şeirlərdən oxucu kimi nə qədər bədii zövq alıb təsirlənirsənsə, həm də onu yaxından tanıyan biri kimi heyrətlənirsən; bu bəstəboy, zərif xanım daxilən, mənən “nə miqdar imiş…” ( M. Füzuli )
        “Ulduz” Ədəbiyyat dərgisində (may, 2021) Vətən müharibəsinə həsr etdiyi “Xarıbülbül” adlı üç pərdəli pyesini oxuyuram. Yazıb “Qalib bir ölkənin qalib əsgəri qürurla, əlində üçrəngli bayraq, marş sədaları altında fəxrlə addımlayır.”
        Aşağıdakı misralar da 44 günlük Vətən müharibəmizin qalib əsgərinə ünvanlanan qayğı dolu şair misralarıdır:

    Qələbə müjdəli dilək
    daşıyar əsgərim mənim,

    Yağma yağış, əsmə külək,

    üşüyər əsgərim mənim.

    Qaçmaz savaş meydanından,
    Ümman olsa da qanından.
    Qəhrəmanlıq dastanında
    Yaşayar əsgərim mənim.

        Şair ürəyi  hamının inancının üstündədir. Qələbəmizə inam da buna daxildir.
               AY Bənizin bu şeiri isə mənə bir panoramanı xatırlatdı. Sözün gücüylə şairənin yaratdığı təfsirə ehtiyacı olmayan poetik bir panorama…

    Məndə yenə heç-heçədi,

    Bilmirəm, sizdə necədi?

    Qara, qapqara gecədi,

    Əlimi açıb durmuşam.

    Ürəyim var özüm boyda,

    Sükutum var sözüm boyda.

    Oğlum boyda, qızım boyda

                     Dünyanı qucub durmuşam.   

           Eşq ilahi qüdrətdir, bunu Ay Bəniz qarışıq bütün söz ustadları belə deyib, etiraf ediblər, əslində. Ay Bənizin şeirlərində eşq yaşantı yox, həyatın içidir.

    Ağrıma, ömür, ağrıma,
    Şuma tum səpilən vaxtdı.
    Heç nə gəlməyir ağlıma,
    Olanlar-olmazlar haqqdı.

           Ay Bənizin hər şeiri söyləntidi, hər şeiri aydın və düşündürücü məntiqlə cilalanmış hekayədi, mərhələ-mərhələ kuliminasiyaya gedən yolu olan daha çox şirin, bəzən ya acı, ya da gərgin, bənzərsiz hıçqırıq-harayla səsləşən çağırışdı. Bir şeirinin son bəndləri, qafiyələridir bu aşağıdakılar:

             -“Ömrün göyərçin dövrüdü”, “İllər yol açır qırışa”, “Sirr var sahibi fələkdi”, “Ağla ha, göz yaşı bitməz”, “Yurd yeri cənnətdi bu yaz!”, “… İnsanın Vətən vaxtıdı.”

             Altı bəndlik bir şerdə bir kitab hekayət var, söylənti var.
          Hörmətli akademik İsa Həbibbəylinin təbirincə, “Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik.”
          Yeri gəlmişkən, Xalq yazıçısı Elçindən tutmuş Vaqif Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları da Ay Bəniz Əliyarın yaradıcılığı haqqında ürək dolusu xoş sözlərini deyiblər.
          İndi mən nə deyim? Poetik sözün, o sözün arxasındakı mənanın hüdudları çox genişdir, necə ki:

        Bu ömür nə ömürdü?
        Xərci bitmir ki, bitmir.
        Verilən cəzaların
        Borcu bitmir ki, bitmir.

                                   Və ya:

                           Doymayanda muradından,
    Qırılarsan qanadından…
    Başqasının həyatından
    Çaldığın ömrü neylərsən?

         Səslər oxşar ola bilər. Lakin hər bir qələm sahibinin, şairin öz poetik səsi olmalıdır ki, oxucusu onu tanısın. Bu misralar AY Bəniz Əliyarın poetik səsidir:

    Sabahlar sükutu dələ,

    Sevdalar sehrlə gələ.

    Səmalar səssizcə gülə,

    Göy üzü bələyin ola.

      Zamandan, xüsusən ötən zamandan az adam tapılar ki, gileylənməsin. Ən çox da söz, sənət adamları. Zaman və söz anlayışına Ay Bənizin yanaşması, zənnimcə, bir qədər fərqli və düşündürücüdür. Ay Bəniz də zamanı geri qaytarmağın mümkün olmadığını etiraf edir. Vaxtın, ötən günün arzulara, arzuların çin olmasına apardığını da yaddan çıxarmır. Yaş üstünə gələn yaş arzulara çatmağın yolu hesab edir. İnsanın, “adamın” itirmək qorxusu, unudulmaq əzabı ilə barışması AY Bənizə görə hissiz, həyəcansız bir ömür yaşamaqdan başqa bir şey deyil.

    Tanrım, ömür bitirən
    vaxtıma bax, vaxtıma…
    Padşahını itirən
    taxtıma bax, taxtıma…


      AY Bəniz Əliyarın yaradıcılığı haqqında qısa ürək sözlərimi onun öz misraları ilə tamamlamaq istəyirəm:

    Şeir bir az tapıntı,

    bir az Tanrı işidir.

    Onu korlar da oxur,

    karlar belə eşidir.

             Qədim Şabran torpağına qədəm, ayaq basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən boylanan əsrlərin daş yaddaşı əzəmətli Çıraqqala salamlayır.
             İllər keçəcək, Şabranı bu yerlərin daş yaddaşı ilə yanaşı, həm də bir söz yaddaşı da yaşadacaq. Təkcə bu günün yox, sabahın o söz yaddaşını yaradanlar arasında qələm dostumuz  AY Bəniz Əliyara yeni yaradıcılıq uğurları, poetik kəşflər, tapıntılar arzusu ilə.

                                                                 Novruz Nəcəfoğlu       

                                                                                    yazıçı-publisist

  • Elçinin “Ədəbi düşüncələr”i yenidən nəşr olunub

    Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri olduğu kimi, eyni zamanda  görkəmli ədəbiyyatşünas və tənqidçidir. Onun «Ədəbi düşüncələr»i oxuculara yaxşı tanışdır. Dünya ədəbiyyatı klassiklərinin, eləcə də müasir yazıçıların əsərləri barədə yazılmış qısa esselər yazıçının bəşəri və milli ədəbiyüyatla bağlı düşüncələridir. Elçin bəhs etdiyi əsərləri mənəvi dəyərlərə əsaslanaraq, onları müasir elmi-nəzəri səviyyədən mənalandırır. Onun dünyaşöhrətli əsərlər barədə söylədiyi fikirlər, irəli sürdüyü mülahizələr öz orijinallığı və dolğunluğu ilə seçilir. İlk dəfə 2002-ci ildə nəşr edilmiş «Ədəbi düşüncələr» oxucuların da, ədəbi ictimaiyyətin də böyük marağına səbəb olmuş, xarici dillərə tərcümə edilmişdir. Türkiyədə aypı-ayrı nəşriyyatlar tərəfindən çap edilmiş «Ədəbi düşüncələr» qardaş ölkənin universitetlərində də öyrənilməkdədir.

    Bu günlərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzi «Ədəbi düşüncələr»i nəfis şəkildə yenidən nəşr etmişdir. Müəllif yeni nəşrə yazdığı ön sözdə deyir: «Bu kitaba toplanmış ədəbi qeydlərdə – «esseciklərdə» oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.» Kitaba bir sıra yeni esselər də daxil edilmişdir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şəfa VƏLİYEVA.”Günəşi axtararkən…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə yaxın vaxtda oxucu marağınızı səsləyəcək bir kitabdan danışmaq istəyirəm: Şahanə Müşfiqin “Hərənin öz romanı”ndan…

    Kitabda Şahanənin yelkəni dərddən olan qayıq misalı hisslərin burulğanlarında batmamağa, məhv olmamağa çalışan insanların taleyindən bəhs edən hekayələrilə yanaşı “Qaranlıqlar günəşi” povesti də yer alır. Şahanənin hekayələri haqqında əvvəllər bir-iki dəfə fikir bildirmişəm. Ona görə bu dəfə yalnız povest haqqında danışmaq istəyirəm. İllərdir adını eşitdiyim, amma, oxumaqçün məhz bu ili-karantinin “üzünü ağ çıxarmaq” naminə çalışdığımız bir dövrü gözləməliymişəm. Bu da taledir…Zahid Sarıtorpaq deyirdi ki, “ədəbi mühitdə hərənin bir taleyi var”. Mənsə, elə düşünürəm ki, bu tale, bəxt, şans deyilən nədirsə, müəllifdən ötə mətnə aiddir. İki misrasının şöhrətinə ömrünü oyuncaq edənləri də çox gördük, cild-cild romanların unudulmasıyla adı unudulanı da… Gördük… “Görməz olaydıq” demirəm, bu da tale işidi. Bizimki yazmaqdısa, taleylə nə işimiz var?!

    Şahanənin “Qaranlıqlar günəşi”ndə günəşin özünü görməksə, oxucu taleyidir. Ümid edirəm, oxucular da o günəşi görəcək… Görməlidirlər… Bu yazıda günəşin bütöv rəsmin hansı etüdündə gizləndiyinə dair ipucu verəcəyəm, sonra deməsinlər ki, “səmt göstərənimiz, cığır manşırlayanımız olmadı, mətnin içində azdıq…” Bəli, o ipucunu bu yazıda tapa biləcək oxucular…

    Hələliksə, Şahanənin məni bir oxucu kimi kompyuterin qarşısından qalxmağa, yaşaran gözlərimi hikkəmə yenik düşməsin deyə yumağa məcbur edən düşüncələrindən bəhs edəcəyəm.

    “Hərdən oxuduqlarını beynindən keçirirdi: “İnsan fərd kimi dünyaya gəlir və şəxsiyyət kimi formalaşır. İnsanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətin rolu danılmazdır.” Belə anlarda öz-özünə sual verdiyi də az olmurdu: “Hansı cəmiyyət? Mənə xor baxan, özlərindən təcrid etməkçün əllərindən gələni edən cəmiyyət? Görəsən, bu cəmiyyət məni necə formalaşdıracaq?” Suallarının cavabını tapmaq üçün hələ tez idi; hələ ki, həyat yolunun bu cığırında qarşısına çıxanlar xırda çınqıllar idi…” – Səidədən bəhs edən bu cümlələrdə mən Şahanənin özünü gördüm. Onun həyata baxışına, təkcə öz əllərinin deyil, min illərdi dünyanın ətəyinə uzanan bütün əllərin dərdinə yanmasına bələdəm çünki… Və elə burdaca Şahanə həyat yolunun min bir döngəyə burulan cığırlarından, bu cığırlardakı “keçilməz”lərdən, “gedər-gəlməz”lərdən öyrəndiklərini anlatmağa cəhd edir; əsl həqiqətin insanın əlini dünyanın ətəyinə deyil, sonsuz qüdrətlinin sevgisinə və vəfasına doğru uzatmasında olduğunu söyləyir…

    Povestdəki qadın obrazlarının dərdləri taleyin hörüklərinin üç cığasıdı. Lakin, tale burda “saçın ucun hörməzlər”i unudur, çəlmə-keçir edir hörüyünün ucunu, ona görə də hörüyü bənd almır, açılır, cığaların hərəsi küləyə qoşulub bir səmtə havalanır.

    Əvvəlcə, Ceylan Mumoğlunun “Qadının üç yaş dövrü” romanını xatırlayıram, Humayı gətirib Gülarənin qarşısına qoyuram. Gözləyirəm ki, görüm, kim kimi danlayacaq: qadınlığına, insanlığına yenilib balasına yadlaşan Humay Gülarəni acizlikdə, itaətkarlıqda suçlayacaq? Yoxsa, “balamı atmamışam” deyə-deyə öz günahsızlığına günahkar axtaran Gülarə qulaqlarını balasının səsinə yumduğu üçün Humaya küsəcək? Heç biri olmur amma təsəvvürümdə… İkisi də anadı axı… İkisi də… İkisinin də ürək dağında “bala” adlı bir göynək var… İkisinin də balasının dilini yandıran bir kəlmə var… Bu kösövə dönən kəlməni Şahanə povestdə elə qəribə anladır ki… İlk dəfə anasını görərkən Nazilənin yaşadığı hisslərdə gizlidir həmin kösövün yanğısı: “İllər boyu deməyə ünvan tapmadığı, dilində közə, ürəyində min cavabsız suala dönən o kəlmənin lənətmi, ərməğanmı olduğunu dərk etməyə çalışdı, bacarmadı… Sadəcə, o sözü dilinin ucundan geri qaytarıb udmağa, ömür boyu elədiyi kimi sükunətə məhkum etməyə gücü çatmadı, sinəsindən qopan “ah” o sözü itələyib dilinin ucundan balalarının məsumiyyətinin üstünə çilədi:

    – Ana?!”

    İkinci xatırladığım əsər Ancela Karterin “Öpüş” hekayəsiydi. Hekayədə Teymurləngin xanımı memarı öpür ki, Teymurləng döyüşdən dönənədək məscidin souncu tağını da bitirsin. Bunu ərinin naminə etdiyinə özünü inandırmaq istəyir, di gəl, öz-özünü günahlandırmaqdan yaxa qurtarammır. Özü də bilir ki, Teymurləng bundan heç vaxt xəbər tutmayacaq; nə o, dilinə gətirməyəcək, nə də memar kəlləsinin havaya uçmasını gözünün altına almayacaq… Yenə də qadın daxilən ərinə xəyanət etdiyini dərk edir, özünü bağışlaya bilmir, əri gələndə onun üzünə baxmır.

    Bu özünü bağışlamamaq Gülarənin də daxilində var; o da anlayır ki, taleyin cığırlarını alaq otlarından təmizləmək iqtidarında deyil, cəhd etsə də, bunu bacarmaz. Yenə də içdən-içə balasızlığında günahkar axtarışına çıxır, atasını, analığını, ərini, qaynanasını düşüncəsində yan-yana düzür, hamısının gözlərinin içinə baxıb “Niyə?” sualını ünvanlamaq istəyir… Amma, onda belə səsi çıxmır Gülarənin… Onda belə susur… Kipləşən dodaqları ürəyindəki harayın kiminsə qulağına çatmasına izn vermir, beləcə, Gülarə uzun illər ürəyində bala nisgili, ruhunda günahkarlıq hissi yaşamağa məhkum olur… Və bir gün Nazilənin ona ünvanladığı “Niyə?” sualına cavabı bu olur: “Mən səni ev-ev, küçə-küçə axtarsaydım, bəlkə də tez tapardım, qızım… İş orasındadır ki, mən səni öz taleyimin tüstüçıxmaz bacalarında, bəxtimin su çəkmiş kömüründə, cığırını ot basmış komalarında axtarırdım… Səni tapmaq bir yana, özüm də azırdım…”

    Bir də daxma obrazı var Şahanənin povestində… İnsan talelərinin alatoranlığında siluet kimi görünən bu daxma haqqında Şahanə elə qəribə cümlələr işlədir ki…

    “Təbii ki, qoca daxma bunları bilmirdi; onun təsəllisi başqaydı… İllərdi kainata kədərli mesajlar, göz yaşları ötürdüyünə görə utanan daxma bu gün özünü kainatın mərkəzi sayırdı…”

    “…O axşam Nazilə və uşaqları çox şeydən danışdılar; Vahiddən, Səriyyə xaladan, onlara həmişə tənə edən, yuxarıdan aşağı baxan qonşulardan, Səidənin “Gün işığı” essesindən… Ən çox da qoca daxmadan…”

    Hər köçdə bir dəfə tərk edilməyi yaşayan daxmanı yenə ayrılıq gözləyir. Sonuncu əşyaları götürüb daxmadan ayrılan Naziləylə Səidə təpəyə çatanda Nazilə ağlayır. Qızı ondan niyə ağladığının səbəbini soruşanda deyir: “Bu daxmaya ağlayıram. Bax, biz də gedirik, daha onun hənir edən heç kimi olmayacaq”.

    İndiyədək Şahanənin şeirlərində, hekayələrində SEVGİni çox görmüşəm, onun haqqında gah şikayət, gah tərif, gah da dostyana ərk “eşitmişəm” bu mətnlərdə… “Qaranlıqlar günəşi”ndə isə Şahanə “sevgi və xoşbəxtlik” problemini müzakirəyə çıxarır. Öz arqumentini “Sevgini tanıyan hansı ürək dərdin gözünün içinə dik baxmır ki?! Və çərxidönmüş fələk hansı böyük sevgiyə xoşbəxtlikdən heykəl qoyub ki!?” – cümlələriylə masaya qoyur. Mən bu masadan tez qalxdım, bildim ki, dediyim hər kəlmənin arxasında ya şərtilik, ya da sərtlik olacaq. “Bir az vaxtım var” povestimdə dediyim ki, “sevgi- bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…”

    Burdan da keçib söz verdiyim ipucunun yanında dayanıram. Tural Sahabın “Türkan” romanının qəhrəmanıyla “Qaranlıqlar günəşi”nin qəhrəmanını xəyalən tanış edirəm, üz-üzə oturduram… İkisi də-Türkan da, Səidə də qaranlıqların içində işıltıya dönürlər, işıqlarını yorulmadan, usanmadan ətrafdakılara, xüsusilə də, yaşadıqları mühitə, cəmiyyətə ərməğan etməyə çalışırlar. Və işığın mənbəyinə-günəşə gedən yol burdan başlanır: bu günəş təhsildir… Bəli, təhsil! Təhsil və qadın haqqında deyilən müxtəlif yozumlu fikirləri, aforizmləri ard-arda düzməyəcəyəm, yox, bunu istəmirəm! Oxucu özü hansı yozumda, hansı deyimi xatırlayacaq, bu, onun öz işidir…

    Sevinirəm… Şahanənin bu povestini oxumaq şansım olduğuna görə, onun növbəti kitabının tezliklə nəşr olunacağına görə. Povestdə Aytacın Səidəyə dediyi bir cümlə var: “Yoxsa, yazıçılar sevinməyə birtəhər baxır?” Bəlkə də, sevincimin altındakı o kövrək nisgilin adıdır “birtəhərlik”, kim bilir?

    Yenə də sevinirəm… Və sevirəm tezliklə kitaba dəyər verənlərin masasında yerini tutacaq bu kitabı…Gəlişini sevərək gözləyirəm… Bu ilin aprelində Şahanə artkaspi.az saytına müsahibə vermişdi. Demişdi ki: “Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox…” Onun fikri məni gülümsətmişdi… Məntiqə sığınanda doğrudur, di gəl, könlünü şeirə əsir edənlərə məntiq yaman yad olur ha… Elə bu səbəbdən, bəzən bir əsərə görə müəllifi, müəllifə görə də əsəri sevdiyini dərk edəndə, artıq gec olur…

    Bəlkə də sevincimin altında gizlənən əsas səbəb Şahanənin bu kitabının redaktoru olduğumdur? Bu suala qəti bir “Hə!” desəm, bundan əvvəl “Ulduz”dan oxuduğum “Zaman çatı”, “Bir qutu peçenye” hekayələri məni bağışlamaz…

    Nə isə… Əsas odur ki, çox yaxında kitab dünyamıza “Hərənin öz romanı” adlı bir kitab gəlir. O yaxın zamanı gözləyə-gözləyə bu axşamın laylasında kitabı əlinə götürdüyü an Şahanənin sevincini, orda “redaktoru: Şəfa Vəli” sözlərini görəndə anamın necə sevinəcəyini düşünürəm… Edip Cansever`in “İzmirin axşamları” şeirindəki kimi: “İzmirin axşamları İzmirin, Hər kəs səadətini düşünür…”.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı çap olunub

    Ədəbiyyatşünas, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı Hədəf nəşriyyatında işıq üzü görüb.

    Kitabda Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir. 

    Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Cavid Zeynallının romanı təkrar nəşr olunub

    Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə “Köhlən” nəşriyyatında çap olunub.

    Müəllif qeyd edib ki, “Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. “Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu, mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”, – deyə yazıçı əlavə edib.

    Kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı gənc xanım yazar Şəfa Eyvazın şeiri “Hece Taşları” ərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın ” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” dərgisinin 76-cı sayında dərc olunub.

    “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov,
    məsləhətçisi isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevadır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şəfa VƏLİYEVA.”Aşıq ellər ayrısı..”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    “Aşıq ellər ayrısı”…
    Eşqi qoru ellərdən…
    Adın alnım yazısı
    Dar ağacın tellərdən…

    “Şana tellər ayrısı”…
    Saçlarımı sanadım…
    Dərdi bağrıma basıb,
    “Ağ gün”ümə ağladım.

    “Bir gününə dözməzdim”…
    Dözürəm…
    Ürəyi daşam…
    Yox, mən sənsiz ölməzdim!
    Sənlə nə yaşamışam?!

    “Oldum illər ayrısı”…
    Aman…
    Illər nə illər…
    Hərdən bəxtim qarası,
    Hərdən küsüb gedənlər….

  • Şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.

    Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə 2018-ci ildə “Xəyallarımın göz yaşları” adlı şeirlər və hekayələr, 2019-cu ildə isə İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeirlər kitabları ilə oxucuların görüşünə gəlib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Zəlimxan YAQUB.”BU AXŞAMI SƏN GƏTİRDİN”

    Ömrümüzün səhərləri, axşamları çox,
    Çiçək-çiçək ulduzları, ağ şamları çox.
    Axşamlara işıq verən adamları çox,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

    Bara döndü, budaqları əydi bu axşam,
    Min səhərin ləzzətinə dəydi bu axşam.
    Bir gözələ könül vermiş bəydi bu axşam,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

    Arı qonar, çiçəklərin şəhdini əmər,
    Bahar adlı fəslə çatar muştuluq, nəmər.
    Barmağında üzük oldum, belində kəmər,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

    Qara saçlar, qara tellər, qara hörüklər,
    Bir dəmirçi kürəsitək qəlbi körüklər.
    Qəlbə hopar, qana keçər, cana yeriklər,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

    Suyu duru, havası saf, çeşməsi sərin,
    Sözü şəkər, söhbəti bal, sevgisi dərin.
    Kölgəsində sığınmışıq gözəlliklərin,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

    At oxunu, qaşlarının yayı çox olsun,
    Səni verən Yaradanın payı çox olsun,
    Belə-belə axşamların sayı çox olsun,
    Bu axşamı sən gətirdin mənim ömrümə.

  • Xalq şairi Zəlimxan YAQUB.”BİR BAYATI SƏNSƏN, BİR BAYATI MƏN”

    Mənə can desən də, canım yox daha,
    Bir ruha, nəfəsə dönən çağımdı.
    Bahar buluduyam, səhər mehiyəm,
    Kövrələ-kövrələ dinən çağımdı.

    Sevgi nə, sevmək nə, sirrini qandım,
    Sevdalar yolunda yatdım, oyandım.
    Dodaqdan yanağa çıxdım, dayandım,
    Dodaqdan buxağa enən çağımdı.

    Bir bayatı sənsən, bir bayatı mən,
    Bağrıma basıram bu həyatı mən.
    Tamam yandırardım Kainatı mən,
    Yaxşı ki, səngiyən, sönən deyiləm.

  • Xalq şairi Zəlimxan YAQUB.”DƏLİ OLMAĞIMA BİR ADDIM QALIB”

    Bilmirəm heç nəyi, lələ, bilmirəm,
    Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
    Getmişəm, özümə gələ bilmirəm,
    Dəli olmağıma bir addım qalıb.

    Ömrümün bu yaşda nağılına bax,
    Nağıldı, ay Allah, nağıl, ona bax.
    Ağılsız eşqimin ağılına bax,
    Dəli olmağıma bir addım qalıb.

    Əl açar, sevginin əli utanmaz,
    Xırmanı iş görər, vəli utanmaz.
    Yiyəsi utanar, dəli utanmaz,
    Dəli olmağıma bir addım qalıb.

    Bilmirəm heç neçə yaşındayam mən,
    Eşqin iştahında, aşındayam mən.
    Uçrumun, yarğanın qaşındayam mən,
    Dəli olmağıma bir addım qalıb.

    İşarə yıxacaq, him aparacaq,
    Əlimi saz yeyib, sim aparacaq.
    Məni evimizə kim aparacaq?
    Dəli olmağıma bir addım qalıb.

    Məcnun dərs oxuyub – kitabı Leyli,
    Məcnun sərxoş olub – şərabı Leyli,
    Məcnun dərdə düşüb – əzabı Leyli,
    Dəli olmağıma bir addım qalıb.

    Gülməsin bu halda məni görənlər,
    Tər çiçək nədirsə, bilir dərənlər.
    Ayılın, ay mənə ağıl verənlər,
    Dəli olmağıma bir addım qalıb.

    Görüş sevincindi, həsrət ahındı,
    Sevənlər sevgili bir dərgahındı.
    Zəlimxan, mən kiməm, hökm Allahındı,
    Dəli olmağıma bir addım qalıb.

  • Xalq şairi Vahid ƏZİZ.”ÇƏTİN ADAM”…

    Zəkalı nələrsə şeirimdən duyub,
    soruşub-“Nəçiyəm,kimə simsaram?”,
    imanlı-haqqımı ortaya qoyub,
    söyləyib-“”Bununçün “Çətin adamam””.

    Alqışlar dilinə düz danışanın,
    nə satqın,nə də ki,qumarda varam,
    içində çırpınıb yaşantıların,
    fırlar bağlamışam-“Çətin adamam”.

    Uşaqnan uşağam,böyüknən-böyük,
    gözümün düşməni–binəva, nadan!
    oğruynan,quldurnan olsaydım şərik,
    “Yuxarı” çatmazdı–“Çətin adamam!”.

    O qədər simasız insan görmüşəm;
    zəhərli-ilantək,sümsük-it kimi!
    Tanrı varlığını dərk eləməyən,
    nə cür başa düşüb- “Çətinliyimi”?!

    Əsil şairlər də Peyğəmbər kimi,
    millətin dərdinə ürək yandırar,
    Peyğəmbər–insana Tanrı sözünü,
    Şairlər Allaha giley çatdırar!

    Vaxtı haqsızlarla nizamlamayın,
    onlar riyakarlar,minsifətlilər,
    şairlər sözünü yerə salmayın-
    torpaqdan güc alıb tikan göyərdər.

    Çiçəkdən kövrəyəm,ipəkdən zərif,
    sadəcə olaraq-alverdə xamam,
    bu söz mənim üçün dəyərli tərif:
    Eşq olsun,yaxşı ki–“Çətin adamam”!

  • Xalq şairi Vahid ƏZİZ.” MƏNDƏN SORUŞMAYIN…”

    У природы нет плохой погоды,
    каждая погода благодать…
    “Служебный роман”
    filmində olan mahnıdan

    Baxma ki,heç nəyi yetişmir ələ;
    əkirik,biçirik…hava batırır,
    dünyanın ən bərbad havası belıə-
    havasız məzardan min yol yaxşıdır,

    Hava hökümdardı–göyün də rəngi
    tutulub-açılır vaxt havasıynan,
    mənimçün ən ağır hava odur ki,
    içdəki uyuşmur bayırdakıynan,

    Hərdən yayınmaqçün qarğaşalardan
    başımı şəhərdən alıb gedirəm,
    nə doğma,nə tanış,nə özgə olan
    yerlərdə özümnən söhbət edirəm,

    Çəmənlər bezmişdi leysan əlindən,
    yağmurlar selləmə yuyub-keçdilər,
    Gün çıxıb havanı dəyişdi həmən,
    həmən də çəməni gəlib biçdilər!

    Dünya yola verir uzanan qışı,
    çillələr havanı gəlib düzəldir,
    mənimçün payızın qəmli baxışı
    yayın odlusundan daha gözəldir,

    Nə isə…dünyada gözəldir hər şey-
    istili,soyuqlu,qaralı,ağlı,
    bir şeyi bilirəm–havadan giley
    insan qəlbindəki havaya bağlı,

    Adamlar,hər cürə havanı sevin,
    yetər ki,tufandan uçmasın yuvan,
    məndən soruşmayln-“Nə cürdür kefin?”,
    soruşun-“Necədir içində havan?…”

  • Xalq şairi Vahid ƏZİZ.” ÖMRÜNÜ BƏXTƏVƏR YAŞAMAQ ÜÇÜN…”

    Gözəli odur ki, varsan Vətəndə,
    ən azı–yaxında sevən bir ürək,
    təqsirin yoxdursa–küsüb gedən də,
    hirsi soyuyanda dönüb gələcək,

    Doğma obalarla verin əl-ələ,
    ellərdə sayılar nəslin,kimliyin,
    Qürbətdə səyyahtək olanda belə,
    dəryadan atılmış balıq kimiydim,

    Atılsın qəlblərdən qəzəbli kinlər,
    qınağa partlama mərmilər kimi,
    ana da övladdan inciyə bilər,
    özgə də öyrədər həyat dərsini,

    Sözüm çətinliklər görməyənlərə:
    “”Həyatdı,nə cürə desən çağ olar,
    Yurda küfr etməyin “qıtlığa” görə,
    bu gün”qara”çörək sabah”ağ”olar””!

    Hayıf,görməmişlər artır ilbəil,
    bu qədər var-dövlət yığmaq olarmı?
    şan-şöhrət dalınca sürünən cahil,
    özünə O,səni yaraşdırarmı?

    Alovdan incimə sönərsə ocaq,
    qəlbimdə ümiddən köz gəzdırmişəm,
    kimisə günahkar bilənnən qabaq,
    özüm-öz içimdə göz gəzdirmişəm,

    Haçansa açılar hər düşən düyün,
    ən azı-özündən heç nə gizləmə,
    ömrünü bəxtəvər yaşamaq üçün,
    Ulu Yaradandan çox şey istəmə…

  • Xalq şairi Vahid ƏZİZ.”DAĞLAR-DÜNYA KİMİ…”

    Döşündə yayxanar dumanı-çəni,
    Dərədə çeşmələr,daşlarda kəklik,
    Dağların qoynunda insan məsgəni,
    Zirvəyə qartalla-buludlar şərik.

    Təkcə meyvələri məlhəmlik olmur,
    Çəməni,çiçəyi çiy-çiy yeyilir,
    Amma ki,dağlar da əbədi qalmır;
    Qalanla yaşayır,köçənlə-gedir.

    Ümidlər bəxş edər məğrur görkəmi,
    Qütblərin yerini bildirər mamır,
    Anasın özləmiş körpələr kimi,
    Arandan qaçanlar dağa sığınır.

    Başında hər cürə huylar, havalar,
    Zirvədən qopan qar dərədə çaydı,
    Bineyi-qədimdən zülmət kahalar
    Dağların səfalı buzxanasıydı,

    İzləri şəst ilə gedən zamanın
    Qalar simasında qayanın, daşın,
    Ahıl dağ adamı tay-tuşlarından
    Ərk edib soruşmaz:”Neçədir yaşın?”

    Hər şey buralarda həddini bilir,
    Dağlar dünya kimi mükəmməldilər,
    Çıxıb-getməlilər vaxtında gedir,
    Qalanlar dünyanı tutub gedirlər…

  • Xalq şairi Vahid ƏZİZ.”İTİRMİŞƏM…”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    Ömrüm uzandıqca səbrim gödəlir,
    illəri qazanıb,yaş itirmişəm,
    hərdən bir bayatı ağlıma gəlir-
    misralar içinə baş itirmişəm.

    Dərdlər mələyinin imanı hanı?,
    elə bəla versin,tapım dərmanı!
    bir yol verilirsə ömür-zamanı,
    mən niyə bu qədər boş itirmişəm?

    Ümidsiz əllərim qapılar döyüb,
    tənbəllik ovcumda qabarlar yeyib,
    qaşımı qayıran-gözdən eləyib,
    görənlər gülüşüb-“Qaş itirmişəm”

    Boğaza yığıram hərdən qələmi,
    o vaxtlar yazardım gələndə dəmi,
    indi,həsrətində gəzdiklərimi,
    əhvalım olanda xoş-itirmişəm!

    Arabir evimdə telefon çalır,
    deyirlər-“Halini dost xəbər alır”,
    gözəl soraqlardan quş kimi olur–
    elə bil çiynimdən daş itirmişəm.

    Toxta,Vahid ƏZİZ,yetişir vədə–
    atayam,babayam,sayılan dədə!
    göydən salınanlar buyrulmaz itə–
    ovlarda o qədər quş itirmişəm!

    Solan yanaqların şırımlarında
    selləmə leysanlar,yaş itirmişəm…

  • X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 iyun 2021-ci il

    Mənbə: https://president.az

  • Şəfa VƏLİYEVA.”son” adlı hər qatili

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    “son” adlı hər qatili
    “ilk” adlı sevgi doğar…
    sev həsrəti,
    ağılllım,
    axı səni kim aldadıb
    “hər eşqdən vüsal doğar”?!…

    mənə inan…
    təkcə mənə!
    eşq qısırdı, mən dəli…
    nolsun, gəlmir əynimə,
    sənin aldığın donlar,
    yetər nimdaş köynəyin…

    Nə biz “iki könülük”,
    nə dünya “dalda yeri”…
    Biz-həyata könüllü
    gəlmirik ki, sevinək…
    Dünya bir edam yeri…

  • Ülkü OLCAY.”UYANIŞ”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Dışarda ilkten bahar
    içim telaşlı neşe
    Yeşermiş güzden kalma
    gül goncalı has bahçe

    Erguvanlar dermişim
    boyumun yettiğince
    Yüreğim kar tanesi
    su damlasından sade

    Kanatlanıp uçardım
    senin olduğun yere
    Şavkı loş evinizin
    önündeydim kaç kere

    Yasemenler açardı
    hep seni düşününce
    Sevmeyi aşk sanmışım
    çocuksu sevinçlerle

    Aslında sen aynıydın
    dev olmuştun gözümde
    Sen kudretli hükümdar
    ben kapında bir köle

    Derken titredi zaman
    hakikati görünce
    Bir rüyaydı uyandım
    paramparçaydı gece

    Hayallerim pürhüzün
    âtide bir tükenme
    Savruldukça kayboldum
    dalgası sert denizde

    Bir yağmur damlasına
    mutlu oldum gönlümce
    Mevsimler geldi geçti
    aklımda o düşünce

    Rastlaşsaydık bir yerde
    sorabilseydim keşke
    Büyüdüğüm için mi sen
    küçüldün öylece ?

  • “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin may sayı işıq üzü görüb

    “Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə nəşr olunur.

  • Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin may sayı işıq üzü görüb

    “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.

    Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.

  • Azərbaycanlı şair Qafqaz Əvəzoğlunun şeiri “Yarpuz” dərgisində çap olunub

    http://www.yarpuzedebiyatdergisi.com/wp-content/uploads/2021/06/YARPUZ-28.SAYI_.pdf

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun “Şuşam!” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” aylıq ədəbiyyat dərgisinin 38-ci sayında Azərbaycan dilində dərc olunub. 

     “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov,
    məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri  dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycan Aşıqlar Birliyi yeni audiodisk buraxıb

    Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb.
    Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlanan diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb.
    O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.

    Mənbə: https://azertag.az/

  • XX əsr Pakistan şeiri – Fəxxar ZAMAN

    Fəxxar Zaman

    Fəxxar Zaman (1943) – Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.

    Həyat üçün ödənişlər
    və bəzi şərtlər

    Əzablar, yoxsulluq, problemlər –
    pərakəndə satış qiymətinə.
    Qulaqlarını bağlasan –
    əlavə endirim.
    Yumsan gözlərini –
    daha bir endirim.
    Üstəlik, qıfıllasan dilini –
    ən yüksək endirim.
    Hələ fikir bərəsinə bütün keçidləri bağlasan
    Daşqınlar Zamanı Yardım Fondundan
    mükafat da alacaqsan o zaman.
    Əzablar, yoxsulluq və problemdir yekun;
    danışmanın, görmənin və düşüncənin yoxluğu.
    Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,
    ödənişlər, endirimlər və mükafatlar.

    Bağlı qapılar

    Giriş qapıları bağılıdır:
    Kim bilir nə vaxt gələcəkdi bu qatar?
    Və hansı qatar gələcək:
    adi sərnişin qatarımı, sürət qatarımı,
    ya bəlkə kiçik stansiyalarda
    dayanıb durmayan qatar var ha, onlardan biri,
    yaxud manevr imkanı olan parovoz?!
    Olmaya yoxlanış qatarı gələcək,
    içində səlahiyyətli məmurlar,
    belələri, əlbəttə ki, var…
    Hardan, hansı səmtdən, ha tərəfdən:
    yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!
    Hər halda işıqlar bildirəcək,
    bircə yansın yaşıl…
    Hələ ki yol bağlıdır, bağlı.
    Qapı ağzında
    hər iki tərəfdən tıxac yaranıb.
    Amma bu, sərnişinlərin günahı deyil,
    yollar da idarəetmə otağındakı
    yüksək rütbəli
    komendantlara tabedir…
    Nə vaxt açılacaqdı yollar,
    kim bilir?

    Yazıçı

    Həqiqi yazıçı
    Hind çayının balığıdır,
    şiddətli axına qarşı üzür.
    Həqiqi yazıçı – təkandır,
    dəyişdirir,
    duzlu suyu şirin edir.
    Ürək dərmanıdır
    həqiqi yazıçı,
    ürək döyüntüsü
    həddini aşanda
    onu ram edir.

    Boşluq

    Hamı heç kimdir,
    heç kim hər şey demək deyil.
    Boşluq var
    hamıyla heç kim arasında,
    Anlaşılmaz
    və keçilməz.

    Tərcümələr Səlim Babullaoğlu və Sona Səlimlinindir

    Mənbə: http://edebiyyatqazeti.az/

  • XX əsr Pakistan şeiri – Məhəmməd İQBAL

    Məhəmməd İqbal

    Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın “mənəvi atası” titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və “Qurani-Kərim” üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim kimi çalışıb. İlk şeirlərinin dərci də həmin dövrə təsadüf edir. 1905-ci ildə Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən İqbal Londonda yaşadığı 3 il ərzində Ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o, Almaniyanın Münhen şəhərində fəlsəfə üzrə doktorantura təhsili də alır. 1908-ci ildə Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində böyük işlər görüb.

    O, şeirləri ilə Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan verib, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə misilsiz xidmət göstərmişdir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat edib. “Əsrar və rumuz”, “Məşriqdən xəbər”, “Cəbrayılın qanadları”, “Ziyarətçi” və başqa əsərlərin müəllifidir. Əsərlərini urdu, pəncabi, fars və ingilis dillərində yazıb.

    Şeir

    Sən “həyatlı ölümün”, ya da “ölümlü həyatın” səhnəsindəsən,
    vəziyyətini dəqiqləşdirmək üçün kömək istə üç şahiddən
    Birinci şahid şüurundur:
    özünə özünlə işıq salaraq bax.
    İkinci şahid başqa bir sənin, nəfsinin şüurudur:
    özünə o başqasıyla da işıq salaraq bax.
    Üçüncü şahid Tanrının şüurudur:
    özünə Tanrı işığında bax,
    özünü Onun qədər əbədi və canlı hiss edərək, sayaraq.
    Yalnız niyyət və qeyrət edən həqiqidir,
    yalnız həqiqi olan layiqdir Tanrı ilə üz-üzə gəlməyə.
    Merac nədir ki? Şahid axtarışı.
    Elə bir şahid ki, təsdiqi əbədiyyətdir.
    Kim ki, təsdiqləyəcəkdir
    qarşısında titrəmədən durmaq mümkün deyil.
    Kim ki, duracaq, bax, yalnız o, xalis qızıldır.

    Sən sadəcə bir toz dənəsisən,
    nəfsinin kəndirini möhkəm çək.
    Və möhkəm yapış öz kiçik varlığından.
    Necə də gözəldir nəfsini arındırmaq
    və yoxlamaq onu günəşin işığı altında.
    Yenidən yığ bir yerə o qədim çərçivəni
    və yarat öz yeni mənliyini
    Bax həmin mənlikdir həqiqi olan,
    yoxsa nəfsin sadəcə bir tüstü halqası.

    Şair

    Bədən – xalqdır, bədənin hissələri – adamlar;
    Ayaqlar, əllər elə hey durmadan çalışar.
    İqtidar sükanını ucaldanlar – Siması;
    Şairlər öz xalqının görən Gözü, aynası.
    Bədən ağrısa əgər Gözü yaşlı görərsən,
    Xalqa sonsuz sevgini şairlərdən bilərsən.

    Dördlük

    Sorursan köksündəki o könül nədir axı?
    Sualına cavabım belədir əvvəl-axır:
    Könül ağlın yanması, ürəyin cəfasıdır,
    Olmasa könül deyil, o palçıq parçasıdır.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Azərbaycan dili və ədəbiyyatı müəllimi Mərdan Həsənov onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb

    Azərbaycanlı istedadlı yazıçı Mərdan Həsənov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gürcüstanda Rəşad Məcidin “Tbilisi yağışı” kitabı nəşr olunub

    Gürcüstandakı “İverion” nəşriyyatı şair Rəşad Məcidin şeirlər toplusunu nəşr etdirib. “Tbilisi yağışı” adlanan bu kitabdakı mətnləri gürcü dilinə yazıçı və tərcüməçi İmir Məmmədli çevirib.

    Nəşriyyatın bu barədə yaydığı məlumatda qeyd olunur ki, ilk səhifələrindən maraq doğuran “Tbilisi yağışı” kitabı birnəfəsə oxunur, əminik ki, oxucu da onu sevinclə qarşılayacaq. Tərcüməçi İ.Məmmədlinin R.Məcid və onun bu kitabı haqqında fikirlərini əks etdirən ön söz də gürcü oxucuların diqqətinə çatdırılıb: “Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – şair, nasir və publisist Rəşad Məcid çoxlu kitab müəllifidir. Onun şeirləri və hekayələri dünyanın bir çox dilinə tərcümə edilib. Bu əsərlərdə əsas cəhət yeni deyim tərzi və müasir aləmin nəbzinə uyğun intonasiyadır.

    Düşünürəm ki, yazarın haqqında olan bu kiçik həcmli mətndə onu da qeyd etməliyik ki, 90-cı illərdə, yəni ümumi çətinlik fonunda ədəbiyyat da öz ağır günlərini yaşadığı bir dövrdə Rəşad Məcid Azərbaycanda ədəbi həyatı canlandıran, özü də geniş oxucu auditoriyasında əsl populyarlıq qazanan “525-ci qəzet”i təsis etdi. Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, “525-ci qəzet” həmin şöhrətini bu günə qədər quruyub saxlaya bilib.

    Bir dəfə özəl bir söhbətdə Rəşad müəllimdən soruşdum: qəzetinizin niyə belə qəribə adı var? O, mənim sualımın cavabında dedi: “Həmin dövrdə ölkədə qəzet bumu var idi, onların sayı yağışdan sonrakı göbələklər kimi hər gen artırdı. Bu gün o qəzetlərdən media meydanında cəmi bir neçəsi qalıb… Onda qeydiyyatdan keçəndə məlum oldu ki, bizim qəzetimiz sayca 525-ci qəzetdir. Mən də çox çək-çevir etmədən elə oradaca qəzetin adını “525-ci qəzet” qoydum.

    Bu yerdə onu da xüsusi vurğu ilə qeyd etməliyik ki, şəxsiyyətinə xas olan bu cür aydınlıq və sadəlik yuxarıda dediyimiz ədəbi xüsusiyyətlərlə yanaşı, yazarın bədii yaradıcılığına da xasdır. Bu da onun əsərlərinin yuxarıda dediyimiz xüsusiyyətlərinə yeni çalar, oxucunu ilk baxışdaca özünə cəlb edən bir cəhət əlavə edir”.

    Mənbə: https://525.az/

  • Şəfa VƏLİYEVA.”Söz vermişəm, gözlərinə”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Söz vermişəm, gözlərinə
    Yaraşacam damla-damla…
    Qatıb ağu sözlərimə,
    Göndərəcəm “xoş məramla”…

    Həsrətinlə qamçılayıb,
    Vur, yıx, döy məni, döy məni…
    Hər xoş gününə saxlayıb,
    Orda söy məni, söy məni…

    Qırmızı lalə istədim
    Çəmən göyərdi dərdimdə…
    Eşqdən piyalə istədim
    Butasız gəldi dərviş də…

    Bu çəmənin içindəcə
    Boya göy məni, göy məni…
    Sonra dağ dərdimə baxıb,
    Gülüm, öy məni, öy məni…

    (2013)

  • Şair Əziz Musa vəfat edib

    em

     Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü şair Əziz Musa vəfat edib.

    Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

    “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.

    Allah rəhmət eləsin.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirildi

             Bu günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı həyata keçirildi.

              “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50 nəfərdən çox ziyalı iştirak edirdi.  Xatırladaq ki, bu kitab “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və yazıçı-jurnalist, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslanın müəllifliyi ilə nəşrə hazırlanmışdır.

             Tədbirin moderatoru “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva tədbir iştirakçılarını salamladıqdan sonra müzakirəsi keçirilən kitab haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Gədəbəydə doğulan şairlərin bir kitabda toplanaraq oxucuların ixtiyarına verilməsi və yenidən çağdaş ədəbi mühitə təqdim olunması toplunun çapında əsas məqsəd olub. Yazgül Abdıyeva onu da qeyd etdi ki, əslində bu kitabın daha geniş auditoriyada Gədəbəydə təqdimatının keçirilməsi planlaşdırılırdı. Lakin məlum pandemiya səbəblərinə görə təqdimat onlayn formatda keçirilir. Yaxın vaxtlarda yəni pandemiya ömrünü başa vurduqdan sonra kitabın təqdimatı Gədəbəydə açıq havada – təbiət qoynunda keçirilərək, həmin günün hər il “Gədəbəydə poeziya bayramı” günü kimi simvollaşdırılması nəzərdə tutulur. Yazgül Abdıyeva onu da bildirdi ki, qısa müddətdə “Gədəbəydə doğulan şairlər” kitabı ilə yanaşıdaha bir kitab – “Gədəbəy rayonunun şəhidləri” kitabı da nəşr olunmuş, eyni zamanda ötən bir il ərzində şairlərdən Aybəniz Qaragilənin, Rizvan Cəfərlinin və Vahid Aslanın şeirlərinə əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova tərəfindən mahnılar bəstələnib, ifa olunmuşdur.  

             Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev çıxış edərək belə bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. O, çıxışında həmçinin ölkə Prezidentinin uğurlu siyasətini önə çəkərək qazanılan uğurlardan, o cümlədən mənfur düşmən üzərində qazanılan Böyük Qələbədən danışdı. İbrahim Mustafayev Gədəbəy rayonunun gözəl təbiətə, böyük turizm potensialına malik olduğunu, eyni zamanda da ziyalıların və yaradıcı adamların məskəni olduğunu vurğuladı.

             Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva nəşr olunan kitabın Azərbaycan ədəbiyyat tarixinə bir ərmağan olduğunu vurğulayaraq, kitabdakı materialların öz oxucularına rahatlıqla çatması üçün pdf formatında internetdə yayımlanmasını tövsiyyə etdi. Qənirə xanım qalib ölkənin vətəndaşları olduğumuzdan qürur hissi yaşadığını dilə gətirdi.

             Millət vəkili Sevinc Hüseynova kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkür edərək bildirdi ki, bu kitab həm də ona görə qiymətlidir ki, burada ədəbi mühitə o qədər də məlum olmayan istedadlı gənc imzalar da təqdim olunmuşlar.

             Millət vəkili Arzu Nağıyev də bu xeyirxah işin təşəbbüskarlarını təqdir edərək, təmsil etdiyi Gədəbəy rayonunun həm də bir aqrar rayonu olduğunu önə çəkdi. O, bildirdi ki, iş adamları yaradıcı adamlarla əl-ələ verəndə belə gözəl və qiymətli kitablar da həyata vəsiqə qazanır.

             Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın ifa etdiyi, Vahid Aslanın sözlərinə yazılmış “Gədəbəyim” mahnısı tədbirə xüsusi gözəllik bəxş etdi.

             Kitabın tərtibçisi və redaktoru Vahid Aslan hesabat xarakterli çıxışında bildirdi ki, bu kitab nəşrə hazırlanarkən əsas meyar, qəbul olunan 1500 səhifəlik materialların arasından poetik cəhətdən keyfiyyətli olan şeirlərin seçilməsi olmuşdur. Kitabda Miskin Abdaldan başlayaraq müasir gənc şairlərə qədər layiq olanlar yer almışdır. Nəticədə 51 şairin yer aldığı 344 səhifəlik bir toplu işıq üzü görmüşdür. Kitaba daxil ediləcək şeirlərin qiymətləndirilməsində obyektivlik gözlənilsin deyə, redaksiya heyəti yaradılmışdır. Vahid Aslan qiymətləndirmədə əmək sərf etdikləri üçün redaksiya heyətinin üzvlərinə – Məlahət Yusifqızına, Süleyman Abdullaya və İntiqam Yaşara öz minnətdarlığını bildirmişdir.

             Təqdimatda professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, 311 saylı tam orta məktəbin direktoru Esmira Muradova, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, hərbi həkim, mayor Namiq Əliyev, tanınmış jurnalist, tarixçi-alim Füzuli İsmayılov, şairlər Cəmil Hüseynli, Süleyman Abdulla , Məlahət Yusifqızı, İntiqam Yaşar, Aybəniz Qaragilə, Natiq İsalı, Sahib Camal, Qabil Gədəbəyli, hazırda Rusiyada yaşayan şairlər Ülvi Hüseyn, Rizvan Cəfərli və əslən Gədəbəydən olan hazırda Rusiyada yaşayan iş adamı Arif Cəfərov çıxış etdilər.

             Təqdimatda digər qonaqlarla yanaşı, mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova da iştirak edirdi.

             Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, “Gədəbəydə doğulan şairlər” kitabı təşəbbüskarlar tərəfindən Gədəbəyli şairlərin yaradıcılıqlarına verilən böyük dəyər və sonsuz ehtiramdır.

    Nuray Əsgərli,

    “Müəllim sözü” qəzeti

  • Xalq yazıçısı ANAR.”Tahir Salahovla söhbət”

    Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.

    Aradan illər keçib… Həyatın yeni bir seansı başlayıb. Anar müəllim yenə də həmin iç dünyasına çəkilib. Hədsiz dərəcədə dalğındı. Ağır dost itkisindən həyatı ağrıyır. Təsəllisi haqq dünyasına qovuşan böyük dostundan qalan bu unudulmaz söhbətlər, birgə yaşanan anların unudulmazlığıdı…

    Tahir Salahovla söhbət

    Rəssamlar danışmağı, adətən, çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsilə ifadə edirlər.

    Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, – bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı – “danışdıra” bilib.

    Sənətşünaslıqda Tahir Salahov “sərt üslub”un yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. “Sərt üslub” – çoxcəhətli həyat gerçəkliyini bütün qəlizliyiylə, çətinlikləriylə ifadə etməkdir. Çətinliklərə mərd-mərdanə sinə gərmək və qalib gəlməkdir. “Sərt üslub” dünyaya çəhrayı eynəklə yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək cəhdidir. “Sərt üslub” qurucu, yaradıcı insanların – fəhlələrin və bəstəkarların, neftçilərin və yazıçıların bədii obrazlarını plakat nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu “sərt üslub” hardasa rəssamın uşaqlıq və yeniyetməlik çağında qarşısına çıxmış sərt həyat sınaqlarıyla bağlıdır.

    Tahirin atasını – görkəmli partiya işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş, 1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:

    “O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyəcanla: – Nə olub? – deyə soruşdu. Atam: – Məndən şübhələnmə – dedi – narahat olma, tezliklə qayıdacam.

    Onu apardılar. Mən pəncərədən baxırdım. Atam onu aparan iki adamla tini burulub gözdən itdi. Bu səhnə ömürlük yaddaşıma həkk olundu. Bundan sonra atamı daha heç vaxt görmədim”.

    O zaman Tahirin doqquz yaşı varmış və donub qalmış kinokadr kimi bu səhnəni bütün həyatı boyu unutmayıb. On illərin içindən keçirib hafizəsində saxlayıb.

    R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin hansı əzab-əziyyətlərə, məşəqqətlərə düçar olduğundan danışır. Anasının – Sona xanımın beş uşağı necə qəhrəmancasına böyüdüb yetişdirməsindən bəhs edir. Ən yaxın qohumların, qonşuların daha onların qapılarını açmamalarından söz açır. Amma Tahir müdrik mərhəmətlə onları qınamır. Zəmanənın insanları ağır imtahana çəkdiyini nəzərə alır.

    Ən gənc yaşlarından afişalar çəkərək, asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin az çox dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik yaşlarından atası təlqin edib. Moskvanın və Leninqradın ali rəssamlıq məktəblərinə daxil olmaq istəyilə bütün imtahanları uğurla verib və instituta… qəbul edilməyib. Axı tərcümeyi-halında siyasi məhkum olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın altını qırmızı xətlə cızırmışlar, Tahir Salahovun əksər əsərlərində sənətinin özəl işarəsi kimi qırmızı xəttin, ya qırmızı detalın olması burdan doğulmayıbmı?

    R.Abbasova rəssamı elə məsələlərdən danışmağa vadar edir ki, o, təbii təvazökarlığı və nəcabətinə görə özü heç vaxt bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcümeyi-halında izsiz qalmamalıdır. Özü əqidəli və bu sözün ən dəqiq, ən yüksək mənasında realist Tahir Salahov heç bir dəbdə olan “izm”lərə meyil göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə, ayrı üslublarda işləyən rəssamların da – əgər onlar həqiqətən istedadlıydılarsa – dəyərini bilir. Bu baxımdan o, “Abşeron məktəbi” adlanan və o dövrdə rəsmi siyasi və sənət dairlərində saya salınmayan bir qrup rəssamı – Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi “hədsiz dərəcədə istedadlı” sayaraq onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.

    Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt üçün çox böyük məbləğ – 15 min manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında müalicəsinə yardım edir. Səttar Bəhlulzadə də xəstələnəndə təcili şəkildə onun işlərini alıb müalicə üçün gərək olan məbləğlə təmin edir.

    Toğrul Nərimanbəyovun anası İrmanın bəraət qazanıb Bakıya dönməsi, mənzillə təmin olunması da Tahirin xidmətidir.

    Tahir Salahov rus rəssamı Pavel Nikonovun “Geoloqlar” tablosunu xilas edib. Məhz bu əsərinə görə N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xruşşov və onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş işini ona təqdim edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən necə xoşbəxt olduğunu təsəvvür etmək olar.

    Həqiqi istedadın bir cəhəti də başqalarının istedadlarına sevinməkdir. Paxıllar o adamlardır ki, həsəd çəkdiklərindən nə qədər aşağı olduqlarını özləri də dərk edirlər. Dərk edirlər, amma xislətləriylə bacara bilmirlər.

    Tahir Salahovun “peredvijniklər” adlanan XIX əsr rus rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara bədii cəhətdən deyil, mövzuları baxımından qiymət verir. O işlərini qeyd edir ki, onlarda sosial mövzular qabarıq ifadə olunub – Perovun “Üçlük”, Yaroşenkonun “Hər yerdə həyat”, Repinin “Təbliğatçının həbsi” və “Gözləmirdik” əsərlərinə münasibəti T.Salahovun özünün də sənətdə vətəndaşlıq mövqeyinin nə qədər önəmli saydığını göstərir.

    İctimai xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın obrazlarına yaxındır), Frensis Bekon (əlbəttə, orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi bütün dünyanın bələd olduğu çağdaş sənət örnəkləriylə ölkəni də tanış etmək idi. Onu da deyək ki, bütün bu rəssamların sənəti Tahir Salahovun estetik prinsiplərindən çox uzaqdır. Elə bunda da rəssamın tolerantlığı, başqa üslublara yalnız dözümlülüyü deyil, həm də anlaşıqlı, dəyərverici münasibəti görünür.

    T.Salahov özündən qabaqki nəslin nümayəndələri – Azərbaycan rəssamlarına da xüsusi ehtiramla yanaşır. Sələflərə inkarçı, yekəxana, lovğa, bəzən təhqiredici yanaşma yalnız nankorluğun yox, eyni zamanda tərbiyəsizliyin örnəyidir. Yalnız rəssamlar deyil, başqa sənət sahibləri də keçmişə nəcib münasibət bəsləməyi Tahirdən öyrənməlidirlər. T.Salahov özündən əvvəlki sənətkarlar – Qəzənfər Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev haqqında böyük hörmətlə danışır.

    Mən də Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə Məmmədxanlının həyat yoldaşı Tağı Tağıyevin evində tanış oldum. Qonşu idilər. Tez-tez dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov Tahirgilə qonaq gələrdi. Bəzən onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov Tağıgilə keçərdilər.

    Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun yaradıcılığı atamın də diqqətini çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi. Moskva Konservatoriyasını bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən biri də atam idi. Qarayevin bir söhbətini xatırlayıram. Şostakoviçə qarşı növbəti yöndəmsiz tənqid kampaniyası başlayanda onun tələbələri Qarayev və Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini bilmək üçün “Quran” səhifələrinə üz tuturlar. Müqəddəs kitabı açıb rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir dəyənəklərlə döyəcəklər – Qarayev bunu gülə-gülə danışırdı. Çox illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi: Yox, orda belə yazılmışdı: – Sizi dəmir qırmaclarla döyəcəklər.

    O vaxt Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək məqsədilə xüsusi olaraq məhz onunçün yeni vəzifə yaradır: – Kinoteatrların musiqi rəhbəri. Axı o illərdə kinoteatrların öz orkestrləri vardı və seansqabağı çalardılar.

    Rəsul Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu – Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu… İndi onlar klassik sayılır və o hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib, sanki heç belə şeylər olmayıb.

    Qəribə şakərimiz var. Sənətə bənzərsiz yaradıcılıqla gələn gənc istedadlar ilk addımlarında top-tüfənglə qarşılanırlar, özlərini təsdiq edəndən, hamı tərəfindən qəbul və təqdir olunandan sonra onları vaxtilə tənqid edənlər də bu xora qoşulurlar, haçansa nəinki onlara, hətta onların müdafiəçilərinə də hücumlarını yaddan çıxarırlar.

    Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk addımlarında onlar da şiddətli və əsassız tənqidlərə məruz qaldılar, Bir gün Toğrulun tamamilə bədbinləşib ölkədən çıxıb getmək istəməsini də xatırlayıram. Amma gənc rəssamlara qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan rayonlarına aparırdı, barələrində müsbət rəy yazırdı. Toğrul haqqında “Pravda” qəzetində, Tahir haqqında Moskvanın “Tvorçestvo” jurnalında. T.Salahovun əsərlərini – “Səhər eşalonu”, “Rezervuarlar”, “Fəhlənin portreti”ni yüksək qimətləndirdiyinə görə Moskvanın mötəbər sənətşünası Andrey Lebedev Rasul Rzaya ciddi iradlar bildirmişdi.

    Gənc rəssamlara iradları yalnız mühafizəkar sənətşünaslar deyil, bəzi partiya xadimləri də tuturdular. Belə hadisələrdən birini Tahir xatırlayır:

    “Yadımdadır mənim “Yeni dəniz” (1970) şəklimin təqdimatında MK-nın məsul işçilərindən biri məndən soruşdu: – Tahir, niyə sənin fəhlələrin belə ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər Əliyev söhbətə qarışdı: Onlar niyə gülməlidirlər ki… İşləyiblər, əmək sərf ediblər – bu çox ağır zəhmətdir”. Bir qədər sonra “Yeni dəniz” tabloma görə mən ilk dövlət mükafatımı aldım”.

    Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi, onun böyük istedadını, həyatın müxtəlif sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.

    Tahir Salahov tez bir zamanda sənətiylə özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən müxtəlif mükafatlara və ən yüksək adlara layiq görüldü. Rəssamın ilk yaradıcılıq dövründə – gəncliyinin ən kövrək, həssas illərində aldığı yaralar da sağaldı, bəlkə də unuduldu.

    Sovet sisteminin sənətkarlara münasibətində qəribə bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən salırdı. Tahir Salahovun portretlərini çəkdiyi sənət adamları da bütün bunları yaşamışdılar – Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də, Andrey Voznesenski də. Eyni aqibəti Rəsul Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr tutan, fəxri adlarla təltif olunan şair qısa müddət ərzində qurduğu və on il rəhbərlik etdiyi ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı, deputat “seçilmədi”, SSRİ Yazıçılar İttifaqı İdarə Həyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də İdarə Heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı adı aldı. Ömrünün məhz o bəlalı dövründə Tahir atamın portretini çəkdi. Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.

    Rəsul Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm söhbətimiz zamanı dedi ki, atasını çox erkən yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində Rəsul Rzanın ona atalıq qayğısını heç vaxt unutmur.

    Rəsul Rza Tahirə məqalə həsr edib və orada portret üzərində işi xatırlayır:

    “Bir də görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən bir tərzdə səni otuzdurur və başlayır işləməyə. Baxıb görürsən ki, doğrudan, çəkdiyi şəkil istər oxşarlığı, istər üzünun ifadə məzmunu etibarilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki, Tahir bütün kompozisiyanı dəyişib təzədən başlayır. Belə bir, iki, üç dörd dəfə…Bir də görürsən ki, yalnız əlləri çəkməklə bir neçə seans məşğul oldu”.

    Raya xanım mənə T.Salahovla söhbətlər kitabına Ön söz yazmağı təklif edəndə qarşıma problem çıxdı. Məsələ ondadır ki, 2003-cü ildə Tahirin 75 illiyində onun haqqında “Sədaqət” adlı böyük esse yazmışdım və bu yazı “Bakinski raboçiy” qəzetində dərc olunub, mənim “Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti” üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam haqqında demədiklərimi söyləməyə cəhd etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:

    “Bir dəfə özüm də bilmədən Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək istəyir. Onun çox gərgin həyat ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama xatırlatmırdım. İki il bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik. Televizoru qurmuşduq. Bəstəkar haqqında nekroloq səslənməyə başladı. Altı yaşından tanıdığım və bütün şüurlu həyatımı çiyin-çiyinə yaşadığım bir dost haqqında bu vida sözlərini eşidərkən nə hala düşdüyümü təsəvvür etmək olar. Bu hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra Tahirin demə, bu vaxt çəkdiyi qrafik portretimdən bildim. Yəqin ki, bu mənim ən kədərli şəklimdir. Amma mənə çox əzizdir. Həm Eminin xatirəsiylə bağlı olduğuna görə, həm də Tahirin qələmindən çıxdığına görə”.

    O gündən çox illər keçdi və bir səhər Tahir zəng elədi, məni İçərişəhərdəki muzey-emalatxanasına dəvət etdi. Məlum oldu ki, portretimi çəkmək niyyətindədi.

    Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim və şəkil çəkdiyi zaman da əlimdə qəlyan tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi eynən elə tutaram – elə bil əlimdə qəlyan var. Bir az düşünüb köməkçisini göndərdi eynən belə bir qəlyan aldırdı və yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə başladı. Mən sənətkarın ən xırda detallara belə necə “vasvasılıqla” yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi. Tahir Salahovla bu yaradıcılıq görüşləri, iş seansları, məhrəm söhbətlər ömrümün unudulmaz xatirələrindəndir. Tahir özü də bu barədə deyib:

    “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının – gözəl şair Rəsul Rzanın portretini çəkmişdim. Anar – bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.

    Tahirə çox minnətdaram bu səmimi sözlərinə görə də, birini mənə bağışladığı gözəl portretlərimə görə də.

    Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli Əmək ordeniylə təltif etdi.

    Böyük sənətkarımıza nə arzu etmək olar, uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları…

    Bir də mənim bir arzumun həyata keçirməsini. Bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun, klassik və çağdaş şairlərimizin parlaq portretlərini çəkib. İstərdim ki, gənc Füzulinin də portretini çəksin. Məhz gənc Füzulinin, çünki adətən bu şairi çox qoca yaşında təsvir edirlər. Sevgi haqqında ən incə və ən ehtiraslı şeirlər müəllifini saçı-saqqalı ağarmış ixtiyar obrazında görmək adama qəribə gəlir. Tahir Salahovun fırçasıyla canlandırılmış gənc Füzuli onun şeirlərindən aldığımız zövqə uyğun bir obraz olardı. Bir də Tahirə təklif etdim ki, milli faciəmiz Xocalı soyqırımını əks etdirən bir tablo barədə düşünsün. Tahir Salahov belə bir şəkil çəksə İnsanlığın Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur “Hernika”sıyla yanaşı yer tutardı.

    R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm fikirlərini söyləyir. Sanki özü özüylə təkbətək danışır.

    Təklikdə, amma bizim hamımızla birlikdə.

    2 dekabr 2018

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Xalq şairi Zəlimxan YAQUB.”MƏNƏ SEVDİKLƏRİM QALAR”

    Ömür yolu – sevgi yolu,
    Mәnә sevdiklәrim qalar.
    Sevgilәrlә qәlbim dolu,
    Mәnә sevdiklәrim qalar.

    Əlәnib keçәr әlәkdәn,
    Tәmizlәnәr un kәpәkdәn.
    Balı süzәllәr pәtәkdәn,
    Mәnә sevdiklәrim qalar.

    Kimdi ölü, kimdi diri,
    Kimdi bu ocağın piri.
    Seçәrәm çaqqalı, şiri,
    Mәnә sevdiklәrim qalar.

    Solar yanaq, çatılar qaş,
    Düşünmәkdәn yorular baş.
    Zaman keçәr yavaş-yavaş,
    Mәnә sevdiklәrim qalar.

    İz var itәr, daşda qalmaz,
    Söz var gedәr, huşda qalmaz,
    Yaddan çıxan başda qalmaz,
    Mәnә sevdiklәrim qalar.

    Dağım deyil, çәnim deyil,
    Tarlam deyil, dәnim deyil,
    Sevmәdiyim mәnim deyil,
    Mәnә sevdiklәrim qalar.

    Yaşıldı, aldı, bilmәrәm,
    Tirmәdi, şaldı, bilmәrәm.
    Kimә nә qaldı bilmәrәm,
    Mәnә sevdiklәrim qalar.

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.”Yavaş-yavaş alışırsan hər qəmə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Yavaş-yavaş alışırsan hər qəmə,
    Adilləşir sol qolunun ağrısı.
    Yavaş-yavaş gözdən düşür ömür-gün,
    Deyirsən ki…
    Ürəkdi də,qoy ağrıyır-ağrısın…

    Qoy sevinsin qeybətini qıranlar,
    Gülə-gülə gəl hamını yola ver.
    Xatirələr göz yaşında durulsun,
    Külə dönən ümidləri yelə ver!

    Eh…kimə nə ağlayırsan, gülürsən,
    Bəlkə elə unutmusan adını.
    Bu gecə də tənhalıqdı qonağın,
    Çıxardırsan darıxmağın dadını.

    Açıq qalıb səhərəcən pəncərən,
    Qəfil yağış pərdələri isladıb.
    Gözlərinə düşən gündən oyandın,
    Bu sabah da öz-özünü aldadıb…

    Aman Allah saat səkkiz otuzdu…
    Di qaç görüm,birinci dərs başladı.
    Səbrin çatmır bir stəkan çaya da,
    Bu günün də heyif….çox nəs başladı…

    Lap beləsə,kefini də pozma heç,
    Dərd eləmə,keçib gedər hər nə var.
    Təbəssümün işıq tutsun yoluna,
    Ötəridir,keçəridir ağrılar…

    Eh…bu gün də baş-başasan özünlə,
    Bir az kövrəl,gəl özünü dilə tut.
    Göz yaşınla buludları şad elə,
    Kədərini çiçəyə tut,gülə tut.

    Bu günü də bax beləcə yola ver,
    Ötüb keçər bu dumanlar,bu çənlər.
    Hər adamın sevinməyə haqqı var,
    Qoy sevinsin inciyənlər,küsənlər.

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.”Belə getməz, hər gedişin var sonu”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Belə getməz, hər gedişin var sonu,
    Çox asandı,bir nağılı bitirmək.
    Bilə-bilə inadından yıxıldın,
    Indi bildin necə olur itirmək.

    Mən bilirəm,yaman olur bu yanğı,
    Çox axtardım,qar tapmadım qış günü.
    Tir-tir əsdim,bir isti əl yoxdu ki,
    Barı örtə bir gecəlik üstümü.

    Yollar uzaq…yollar yaxın…adam çox…
    Kimdi gəzən,ya axtaran itəni.
    Yollar yaman vəfasızdı,qaytarmaz,
    Göz yaşını səpələsən gedəni.

    Yaman olur təklənməyin ağrısı,
    Otağında pəncərə də yas tutur.
    Unudursan, “unutmaram” desən də,
    Zaman keçir,elə hamı unudur…

    Bir də gördün, öz içində azmısan,
    Nə qapı var,nə baca var çıxmağa.
    Nə əlini isitməyə nəfəs var,
    Nə çiyin var gözlərini sıxmağa…

  • Monteneqroda “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitab çap olunub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə Azərbaycan – Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, publisist Bojidar Proroçiçin həmmüəllifliyi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub.

    AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib.

    Kitabda, həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanından və İkinci Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.

    Mənbə: http://azertag.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ölümlü gecəm”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    İslatdı dərdimi göz yaşlarımda,
    Qucağında ölüm gətirən gecə.
    Hönkürtü səsində açılan səhər,
    Kəsdi kələyimi dan yerinəcən.

    Donmuş nəfəsimdə şehə bələndi,
    Ruhumun can adlı sızıltıları.
    Sən demə dərd elə üzə güləndi,
    Açıldı ömrümün ölüm qatları.

    Susdu kabus kimi, susdu o gecə,
    Ölüm küləyinin əsdi yelləri.
    Asdı ürəyimdən kəfənliyimi,
    Açıldı qəbrimin qərib dilləri.

    Bir ölüm gətirdi mənə o gecə,
    Bir ölüm oxudu ömür payıma.
    Mən can diləmədim, heyf bu ömür-
    Can verə bilmədi vətən hayına.

    04.05.2019

  • Azərbaycanlı şair Əziz MUSA.”Sevirəm səni”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ruhuna vurulub göylərə uçdum,
    Sevmək nə zamandan günahdı söylə.
    Mən eşqin qırxıncı qapısın açdım,
    Qəlbibin qapısı bağlıdı hələ.

    Ürəyim çat verib sənin əlindən,
    Yerləri, göyləri saymayan mələk,
    Bir xoş söz eşitmədim sənin dilindən,
    İnsafsız görmədim vallah sənin tək.

    Günümü bükmüsən bir göy əksiyə,
    Yenə nişan alıb dərd ürəyimi.
    Əllərim çatmayır o yüksəkliyə,
    Çırpmısan daşlara sən istəyimi.

    Ruhum bənövşətək boynunu əyib,
    Çəkilmir gözümdən həsrət buludu.
    Elə fələklər də xətrimə dəyib,
    Yoxsa sevgi budu, məhəbbət budu.

    Üzünün işığı kor edib məni,
    Sənin eşqin ilə döyünür ürək,
    Bütün varlığımla sevirəm səni,
    Axı gözəl olur tikanlı çiçək.

  • Ədalət RƏSULOVA.”SÜLEYMAN RƏHİMOV”

    Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. O, 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il ərzində başqa fənnlərlə yanaşı rus və dünya ədəbiyyatı nümunələri, Azərbaycan klassiklərinin, XX əsrin əvvəllərində fəaliyyət göstərən yazıçıların əsərləri ilə də yaxından tanış olmuşdur.
    Fevral burjua inqilabından az sonra Qubadlı məktəbi bağlandığından Qori seminariyasında təhsil ala bilmədiyi üçün kəndə qayıdan gənc Süleyman, kasıb ailədən olduğu üçün heç yerdə iş tapa bilmir. 1917-1920-ci illərdə əvvəlcə öz kəndlərində sonra isə yaşadıqları başqa yerlərdə mal-qara otarmışdır.
    Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Süleymanın atası Hüseyn kişi oğlunu nahiyyə inqilab komitəsinə, köhnə tanışı Qara İsmayıloğlunun yanına gətirərək oğluna bir iş verməsini xahiş edir. Nahiyyə inqilab komitəsinə kargüzar qəbul olunan Süleyman Leninin əsərlərini ilk dəfə orada oxumuş, zəhmətkeşlərin qələbəsini möhkəmləndirmək naminə gərgin mübarizənin baş verdiyinə daha ayıq nəzər salaraq inanmışdır ki, hökuməti alqışlamaq azdır, onları həyata keçirənlərlə əl-ələ verib işləmək mübarizədən çəkinməmək gərəkdir.
    1921-ci ilin mayında inqilab komitəsi tərəfindən Şuşaya altı aylıq pedaqoji kursa göndərilən gənc, kursu bitirəndən sonra bir neçə il Xanlıq, Qubadlı, Laçın rayonunun Hocaz kənd məktəblərində müəllim və müdir olmuş, fəal komsomolçulardan biri kimi etibar qazanmışdır.
    1928-ci ildə Süleyman Rəhimov Bakı şəhərinə gəlib ali məktəbə daxil olmuş, 1932-ci ildə Pedaqoji İnstitutun tarix-ictimaiyyət fakültəsini bitirmişdir. Elə bu zamandan da ədəbi fəaliyyətə başlamışdır.
    1938-ci ildən Bakıda yaşayan ədib Azərbaycan SSR Nazirlər Soveti Yanında İncəsənət İşləri İdarəsi Komitəsinin sədri və idarə rəisinin müavini, (1938-1939) Azərbaycan KP-nın Bakı Komitəsinin katibi, Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsi müdirinin müavini, Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının direktoru, (1940-1944) Azərbaycan SSR Nazirlər Soveti Yanında Mədəni Maarif Komitəsinin sədri (1945-1953) olmuş dəfələrlə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri seçilmişdir.(1939-1940), (1944-1945, 1954-1958)
    1958-ci ildən bədii yaradıcılıqla məşğul olsa da partiyanın həyata keçirdiyi tədbirlərdə (xalq elçisi) məhşur yazıçı kimi yaxından iştirak edir.
    Bu illər ərzində xüsusiilə səmərəli işləyən ədib bir sıra hekayə və oçerklərlə yanaşı, povestlər və romanlar da çap etdirmişdir. Bu baxımdan “Ana abidəsi”, “Qafqaz qartalı”, “ Uğundu ”, “ Qoşqar qızı ” povest və romanları ədəbiyyatımızı yeni mövzu və surətlərlə zənginləşdirmişdir.
    Süleyman Rəhimovun demək olar ki, bütün əsərləri rus dilinə tərcümə olunaraq Sovet İttifaqının hər yerində geniş yayılmışdır. Yazıçının “Ata və oğul” povesti, “Su ərizəsi”, “Gəlin qayası”, “Oyun” və bir sıra başqa hekayələri ərəb, ingilis, alman, fransız, polyak dillərinə tərcümə edilmişdir.
    1975-ci ildə Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
    “Şamo” nun birinci variantını və “Aynalı” povestini çap etdirməklə sənət aləminə qəti addımlar atan S.Rəhimov tez-tez ön və arxa cəbhədə çıxış etsə də yazı masasından ayırlmamışdır. O, “Şamo” və “Saçlı” romanları üzərində işi davam etdirməklə yanaşı eyni zamanda povest və hekayələr, məqalələr də yazmışdır. Ədibin “Torpağın səsi” (1941), “ Medalyon ” (1942), “ Qardaş qəbri ” (1945) kimi əsərlərində zəhmətkeş insanların vətənə məhəbbəti, mərdlik və qəhrəmanlıqları bədii vasitələrlə əks olunmuşdur. “Medalyon” əsərində yazıçı Valentina, Arkadi, Pəri nənə, Aleksey Vasilyeviç kimi müxtəliv şəraitdə böyümüş adamların surətini rəğbət hissi ilə yaratmış müəllif, inandırıcı surətdə göstərmişdir ki, Vətənin tarixində ciddi sınaq günlərində onların hamısını müqəddəs bir hiss, vətənpərvərlik hissi birləşdirir. S.Rəhimov özünəməxsus bir həssaslıqla Valentinanın bir ana və vətandaş kimi canlandırmağa;- Vətənə məhəbbətin hər şeydən üstün olduğunu qələmə aldığı “Medalyon” povestində daha qabarıq şəkildə əks etdirmişdir.
    Azərbaycan ədəbiyyatının qiymətli ənənələrindən olan xalqlar dostluğu mövzusu yazıçının yaradıcılığında önəmli yer tutmuşdur. Azərbaycan xalqının qardaş Zaqafqaziya xalqları ilə əsrlərdən bəri davam edən iqtisadi mədəni əlaqələri XIX əsrin əvvələrindən başlayan qardaşlıq münasibətləri bədii ədəbiyyat üçün əhəmiyyətli olmuşdur.
    Vətənin ağır günlərində qələbəyə vətəndaşların sonsuz inamını və dözümünü əbədiləşdirən əsərlər arasında “Medalyon” və “Qardaş qəbri” (1945) xüsusi əhəmiyyətə malikdir.
    Məhz yazıçının bu dövrdə qələmə aldığı “Mehman” (1944) povesti Azərbaycan nəsrinin müvəffəqiyyəti oldu. Yazıçı bu əsərində də otuzuncu illərin əvvəllərində oxucuların əlindən düşməyən qiymətli bir sənət əsəri yarada bilmişdir.
    Əsərdə müəllifin ən böyük nəaliyyəti qbaqcıl müasirlərimizin təmsilçisi olan Mehman surəti ilə əlaqədar idi. Gənc hüquqşünas özünün vətəndaşlıq borcunu yerinə yetirmək üçün çətinlikdən və fədakarlıqdan çəkinmir, mübarizəni özünün vətəndaşlıq və insanlıq borcu bilir. Mehman ona müraciətlə “Təmiz ol” :- deyən anasının və müəlliməsinin, nəhayət rayon partiya komitəsinin katibi Vahidovun sözlərini əsla yadından çıxarmır, həmişə təmizliyini, düzlüyünü qoruyur.
    Sinfi düşmənlər povestdə prokurorluğun süpürgəçisi Qaloşlu adam vasitəsi ilə hərəkət edənlər, çox incə, ağlagəlməz bir vasitə ilə Mehmanın ailəsinə yol tapırlar. Mehmanın qaynanası, sabiq tacir arvadı Şəhla xanımın iti nəfsi qapıları gizlindən, taybatay onların üzünə açır. Qaloşlu adam böyük məharətlə rüşvət saatı gənc prokurorun arvadı Züleyxaya bağışlayır. Lakin Mehman tərəddüd etmədən düşmənin hiyləgərliklə hörülmüş torunu qopara bilir.
    Mövzunun və problemin həyatiliyi, surətlərin hərəkətlərinin ictimai – psixoloji planda inandırıcılığı, dilinin sadəliyi və bədiiliyi ilə güclü olan “Mehman” ədibin parlaq istedadına olan ümidləri doğruldur. Mehman müəyyən dərəcədə birtərəfli bir surət kimi işlənmiş olsa da özünün barışmazlığı və prinsipallığı ilə rəğbət qazanır…
    S.Rəhimov müharibədən sonrakı otuz ildə Azərbaycan xalqının azadlıq uğrunda mübərizə tarixinin səhifələrinə müraciət etmişdir. İstər uzaq tarixi keçmişdən, istərsə də müasir dövürdən yazanda hadisələri aydın müasirlik baxımından qiymətli sənət nümunələri yaratmışdır. Ədibin əsərlərini uzun ömürlü edən amillərdən biri də müasirlik olmuşdur.
    S.Rəhimov XX əsrin əvvəllərində Azərbaycan kəndində genişlənən sinfi mübarizə hərəkatının (daşnaqların) fitnəkar siyasətinin şahidi olmuş, hakimiyyətə qarşı çıxanların qəddarlığını və rəzilliyini görmüşdür. Zəhmətkeşlərin xoşbəxtliyi yolunda mərd mübarizlərin, fədakar, ölümlə üzləşəndə də fikrindən dönməyən məslək qəhrəmanlarının şücaəti, mübarizə arzusuna qanad vermişdir. Kəndin, vətənimizin siması, adamların məişəti, dünya baxışı gözü qabağında dəyişmişdir. O, sadəcə müşahidəçi olmamış, yeniliklə köhnəliyin, tarixi mübarizənin fəal iştirakçısı kimi yaşamış fəaliyyət göstərmişdir. Müəllim və partiya işçisi, yazıçı və ictimai xadim, çox müxtəlif tellərlə xalq həyatına, zəhmətkeşlərin yeni cəmiyyət quruculuğunun fəal iştirakçılarından olmuşdur.
    Respublikanın müxtəlif yerlərində qazanılan nəaliyyətləri görəndə, müxtəlif adamlarla görüşəndə yazıçı müşahidəsi ilə adamların şüurunda adət ənənələrində baş verən dəyişiklikləri hafizəsinə həkk edərək yaşatmış və bir sənətkar kimi gördüklərinin dərin mənasına vararaq axtarışlarını davam etdirmişdir.
    Xalq yazıçısı S.Rəhimov nəsrin müxtəlif janırlarında sınanmış yazıçılardandır. Əsərləri Azərbaycan və rus ədəbi – bədii tənqidində povest, hekayyə, roman və oçerkləri yüksək qiymətləndirilmişdir. Ədəbi-ictimai fəaliyyətinin çoxcəhətliliyi ilə yanaşı ona böyük sənətkar şöhrətini qazandırmış və romançı kimi tanınmışdır. “Şamo” (1931-1974), və “Saçlı” (1940-1949) romanları Azərbaycan sovet ədəbiyyatının nəaliyyəti kimi qiymətləndirilmişdir. Xalqımızın bir əsrlik həyatının bədii səlnaməsi olan bu romanlarda inqilabi baxışlar inandırıcı və bədii əksini tapmışdır.
    S.Rəhimovun ədəbi fəalliyyətinin tənqid və qələm dostları tərəfindən necə qiymətləndirildiyini göstərmək üçün mülahizələrdən bəzilərinə nəzər salmaq zəruridir.
    “S.Vurğun Böyük Vətən Müharibəsi günlərində demişdir ki, S.Rəhimov romançıdır, böyük yazıçıdır, xalq yazıçısıdır”. (“Ədəbiyyat və incəsənət” 16iyul 1960-cı il.)
    M.Arif : “S.Rəhimov nasirlərimiz içində böyük bir realist, dərin müşahidəçi, incə bir psixoloq olması son zamanlarda hər kəs tərəfindən təqdir edilməkdədir”. (M.Arif “seçilmiş əsərləri” birinci cild 1967 səh. 262)
    S.Rəhimovun özünə məxsusluğunu aydın təsəvvür etmək üçün yadda saxlamaq vacibdir ki, o böyük realistdir. Lakin onun realizmi heç vaxt hadisələrin ardınca gedərək onları qeydə almaqla kifayətlənməmişdir. Romantika bu realizmin üzvi bir hissəsidir. Realizmlə romantikanın üzvi vəhdəti ömrü boyu ədibin yaradıcılıq axtarışlarını müşaiyyət edib, əsərlərinə dərinlik və yüksəklik gətirmişdir. “Şamo” üzərində işlədikcə özünün müsbət surətlərini, onların məhəbbət və fədakarlıqlarını romantikləşdirmək meyli get – gedə qüvvətlənmiş, Şamo, Qəmər, Maşallah, Alagöz, Kamran və Alo kimi surətlərin işlənməsində bu vasitədən geniş istifadə olunmuşdur. S.rəhimovun xalq yaradıcılığı ilə əlaqəsi mürəkkəb, daima davam edən bir proses olmuşdur. “Şamo” əsərində Şamo, Alo, Qəmər, Kamran kimi surətlərin təsvirində olduğu kimi, təbiətin canlandırılmasında, sərt – sıldırım dağların və qalaçaların təsvirində də biz xalq yaradıcılığı ilə yaxınlığı hiss edirik. Bu özünü mövzu və surətlər aləmi ilə yanaşı bədii təsvir vasitələrinin seçilməsində də göstərir. Xalq yaradıcılığı üslubu ilə sıx surətdə bağlı olan “Güzgü göl əfsanəsi” (1967), “Kəsilməyən kişnərti” (1969) ədibin yaradıcılığını yeni çalarlarla zənginləşdirmişdir. Beləliklə xalq yaradıcılığı ilə bağlılıq və dünya sənətinin realizm təcrübəsində ədibin sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirən amillər sırasında xüsusi əhəmiyyətə malikdir.
    S.Rəhimovun bədii axtarışlarında inqilabdan əvvəlki kənd mövzusu mühüm yer tutur. “ Şamo ”, “Qafqaz qartalı ” kimi iri həcmli romanlarında, “Ötən günlər dəftərindən” silsisləsinə daxil olan hekayələrində, “Pirqulunun kürkü” (1975) povestində Böyük Oktyabr sosialist inqilabından əvvəlki Azərbaycan kəndinin geniş lövhəsi yaradılmış, xalqın arzu və əməlləri adət – ənənələri geniş planda canlandırılmışdır. Uşaqlığı və gəncliyi kənddə keçmiş müəllif hakim ictimai münasibət və baxışların zəhmətkeşlərə nəsib etdiyi acınacaqlı həyatı, alçaldılan və təhqir edilən kasıbların qəzəbini şəxsən görmüş, bilavasitə yaşamışdır. Həyat materialına bələdlik böyük yazıçı istedadı ilə birləşərək əsərlərinə müvəffəqiyyət qazandırmışdır.
    S.Rəhimovun yaradıcılığında inqilabdan əvvəlki həyata maraq adları yuxarda çəkilən əsərlərlə məhdudlaşmır. Müəllif “Ata və oğul” (1949) povestində, “Ağbulaq dağlarında” və “Ana abidəsi” romanlarında da yeri gəldikcə surətlərin vasitəsi ilə bu həyatın müəyyən epizodlarını canlandırmış, həmin mövzuya həsr olunmuş əsərlərini tamamlayıb genişləndirərək ümumi lövhəni yeni çalarlarla zənginləşdirmişdir.
    Azərbaycan sovet romanı səviyyəsinə yüksəlmiş “Şamo” nun ilk variantı (1931) əlli ilə yaxın bir müddətdə müəyyən fəsillərlə olsa da axtarışlarını davam etdirən müəllif əsərin ayrı – ayrı cildlərinin bir neçə variantını işləmişdir. Zənginləşən həyat təcrübəsi, dünya görüşü, qələminin püxtələşməsi, çoxmillətli ədəbiyyatımızın nailiyyətlərindən qidalanaraq çox cildli bir əsərin yaranmasında mühüm əhəmiyyətə malik olmuşdur. Əsər otuzuncu illərdə mühüm ədəbi hadisə kimi qarşılanmış, Azərbaycan ədəbiyyatı S.Rəhimovun “Şamo” romanı ilə yeni bir müvəffəqiyyət qazanmışdır. “Şamo” nun bu variantı, əlbəttə, bədii dəyəri ilə yox, ilk dəfə nəsrin iri formalarında Azərbaycanda vətəndaş müharibəsi tarixinə müraciətlə cəbhədə qəhrəmanlıq göstərənlərin surətini yaratmaqla, müəllifin siyasi niyyətinin, ideya mövqeyinin aydınlığı ilə güclü olub diqqəti cəlb etmişdir. Bu həm də təəssüratı zəngin, görüb eşitdiklərini istismarçılar cəmiyyətində hökm sürən əlaqə və münasibətlərin eybəcərliyini bütün dəhşəti ilə göstərməyə çalışan, bunun əhəmiyyətini yaxşı dərk edən bir gəncin vətəndaş narahatlığının məhsulu idi.
    Buna baxmayaraq, “Şamo” əsəri öz müəllifini istedadlı, həyata bələd, müşahidəçi-realist yazıçı kimi tanıtdı. S.Rəhimov öz qəhrəmanlarının ruhi çırpıntılarını, arzu və istəklərini real planda canlandırmağa nail olmuşdur.
    1940-cı ildən sonra ədibin dönə – dönə üzərində işlədiyi “Şamo” istər qaldırılmış siyasi ictimai problemlərin əhəmiyyəti , istərsə də sənətkarlıq xüsusiyyətləri baxımından oxucunun rəğbətini qazanmış əsərlərdən biri kimi qiymətləndirilmişdir.
    “Şamo” nu ümumittifaq , hətta dünya əhəmiyyətli roman sayan Y.Libedinski inqilabi mübarizə səngərlərində yeni keyfiyyət kəsb edib möhkəmlənən xalqlar dostluğunun məziyyətlərindən biri kimi qiymətləndirmişdir. (Azerbaydjanskaya sovetskaya literatura 1951)
    1940-cı illərdən sonra S.Rəhimovun yaradıcılığı Azərbaycan ədəbi – bədii tənqidinin : Azərbaycan sovet ədəbiyyatşünaslığının diqqət mərkəzində duran əsas hədəflərdən biri olmuşdur. Onun ayrı – ayrı əsərləri çapdan çıxdıqca müntəzəm surətdə qiymətləndirilmiş, xüsusiilə romanın inkişafı problemləri ilə məşğul olan alimlər tərəfindən əsərləri təhlil olunmuşdur.
    Ədib haqqında yazılanları nəzərdən keçirəndə aydın olur ki, yazıçı özünün yeni əsərlərini, xüsusiilə “Şamo” əsərini işləyəndə bu tənqidi fikirləri diqqətlə nəzərdən keçirmiş, müəyyən bir qismini (məsələn : – Bakı partiya təşkilatının kənddə inqilabi hərəkatın genişlənməsinə köməyini , baş qəhrəman kimi Şamonun xarakterini fəal mübarizədə açmağın zərurəti və s.) qəbul etmişdir.
    Müasir rus ədəbi tənqidi də yazıçının yaradıcılığına müəyyən diqqət yetirmiş, xüsusən, son iyirmi beş ildə ədibin yaradıcılığını izləyən Z.S.Kedrina rus dilində çıxan “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında” əsərləri haqqında müqəddimə ya da son söz yazmışdır.
    “Şamo“ xalq həyatının, zəhmətkeşlərin arzu və əməllərinin geniş təsviri ilə gücldür. Bu nöqteyi nəzərdən S.Rəhimovun təcrübəsi Azərbaycan sovet tarixi romançılığının təcrübəsini zənginləşdirmişdir. İllər boyu xalq həyatının özündən keçib gələn və dərin bir çay kimi , üzərində yeni səmanı əks etdirən , həyat materialı ilə zəngin olan belə əsərləri oxuyanda istər – istəməz müəllifin iradəsini və fikirlərini canlandıran mənbə haqqında düşünməli olursan. Ədib inqilabdan əvvəlki həyatı işıqlandırmış, inqilab ərəfəsinə məxsus cəhətləri ilk plana çəkmişdir. Bu müəllifin mühüm ideya bədii nəaliyyətidir. “Şamo“ nun son variantında müəllif , əsrlərdən bəri qul vəziyyətində yaşayan yoxsul Azərbaycan kəndlilərinin psixologiyasında əmələ gələn dəyişikliyi, inqilabi fikrin tədriclə xalq kütlələrinin dərin qatlarına yayılmasını Bakı fəhlələrinin köməyi ilə xalq etirazının axırda sarsılmaz bir qüvvəyə çevrilməsini əks etdirməyə çalışmışdır. İllər ərzində yazıçının məlumat dairəsi genişlənib, ilkin müşahidələri zənginləşdikcə niyyəti də dəyişmişdir. Romanın mərkəzində bir neçə şəxsin taleyi deyil , azadlıq uğrunda mübarizəyə qalxmış xlqın tarixi müqəddəratı, xalq həyatının geniş təsviri durur. Birinci variantdan fərqli olaraq Şamo əsərin baş qəhrəmanı deyil, müəllifin sevimli surətlərindən biridir.
    “Şamo“ da xalqın əzəməti və mənəvi gücü parlaq bədii boyalarla əks etdirilmişdir. S.Rəhimov azadlıq hərəkatının gedişində ruh yüksəkliyini, inamın sarsılmazlığını , müsbət qəhrəmanların vətənpərvərlik hisslərini və yüksək mənəvi keyfiyyətlərini ilk plana çəkdiyindən , xalq tarixin yaradıcısı, xoşbəxt gələcək uğrunda fəal qurucusudur.
    “Şamo“ istər mövzusu, istərsə də bədii ifadə vasitələri baxımından son dərəcə zəngindir. Romanda – Gülsənəmin qaçırılması təxminən 1908 – 1909 illərə aiddir. Bu vaxtdan başlayaraq S.Rəhimov Azərbaycan kəndində baş verən sinfi toqquşmaları, müxtəlif sinif və təbəqələrə mənsub qüvvələrin həmin illərdə baş vermiş hadisələri təfsilatı ilə izləmiş, Azərbaycan kəndinin real mənzərəsini canlandırmışdır. Müəllif tez – tez əsas surətlərin tərcümeyi halına müraciət edib, xarakterlərin formalaşmasına, əvvəlki hadisələri canlandırmaqla məlumatı daha da genişləndirmişdir. Roman üzərində iş davam etdikcə S.Rəhimov mühüm ictimai – siyasi hadisələri təkcə tanınmış alimlərin tədqiqatlarından deyil , həm də arxiv sənədləri əsasında öyrənmişdir. O, tarixi fakt və sənədlərdən istifadə etsə də, surətlərin əksəriyyəti yazıçı xəyalının təxəyyülüdür. Bununla belə əsər üzərində iş davam etdikcə, tarixiliyi qüvvətləndirmək zərurəti duyan müəllif, M.Əzizbəyov, N.Nərimanov, M.S.Ordubadi , inqilabçı Ocaqqulu kimi real şəxslərin surətini yaratmış , tarixi faktlara daha tez – tez müraciət etmişdir.
    Əsərdə Lenin mövzusu mühüm yer tutur . Müəllif Lenin ideyalarına, onun şəxsiyyətinə inamı müxtəlif vasitələrlə canlandırmışdır. Bu ad çəkiləndə insanların üzü gülür, elə hesab edirlər ki, onları Lenin gündəlik həyatlarındakı çətinlik və qayğılardan xilas edəcəkdir.
    Heybət Dağbaşı yaralanmış Şamonun qanına boyanmış dəsmalı bayraq kimi yuxarı qaldırıb üz – üzə dayananları barışığa çağırır. Şamo və Alo da ən çətin vaxtlarda Lenini yada salır , əmin olurlar ki, mütləq Lenin onlara kömək edəcəkdir. S.Rəhimov qəhrəmanlarının fəaliyyətini bütün ölkədə genişlənən inqilabi hərəkatla əlaqələndirməyə nail olmuşdur. Bakı kommunasının müvəqqəti məğlubiyyətindən sonra Həştərxana işləməyə gedən N.Nərimanov Dağbaşı səngərindəki toqquşmadan xəbər tutur. Onun Dağbaşı səngərindəki çıxışı , qardaşlığa çağıran səsi bütün ölkədə müraciətə çevrilir , inqilabi yüksəlişlə əlaqələnir.
    Yazıçı Azərbaycan kəndini geniş planda canlandırdığı kimi , kənd həyatını daha canlı və inandırıcı vermişdir. Əsərdə Bakı və Həşdərxan hadisələri daha geniş yer tutmuş və bir sıra yeni surətlərlə zənginləşmişdir. Ədib surətlərin xarakterini, ictimai – siyasi hadisələri , adət ənənələri izləyir və tədqiq edir. Dərinliyə varan müəllif eyni sinifə mənsub adamların müəyyən hadisələrə müxtəlif münasibətlərinin səbəbini araşdırır, inandırıcı əsaslandırır.
    Romanda qüvvətli və ehtiraslı insanlar üz – üzə gəlir, ölüm – dirim mübarizəsinə girişirlər.
    S.Rəhimovun inqilabdan əvvəlki kəndi təsvir edən əsərlərində hadisələr müxtəlif yerlərdə cərəyan etdiyi kimi , yoxsulların və varlıların, xaraktercə müxtəlif rəngarəng surətlərini yaratmışdır. Mahiyyət etibarı ilə eyni arzularla yaşayan xarakterlər bir – birinə bənzəmir və bir – birini təkrar etmirlər.
    “Şamo“ və “Qafqaz qartalı“ nın mərkəzində dövrün ən böyük ictimai konflikti durur : azadlıq hərəkatı müxtəlif sinifləri təmsil edən canlı surətlər, iki böyük cəbhə üz- üzə dayanır. Bir tərəfdə çar məmurları və yerli hakimlər, Sultan , Gəray, Müqim , Ağaxan, Hətəmxan kimi varlılar və onların əlaltıları Yasavul Kərbalı , Balay , Ələmdar və başqaları , digər tərəfdə isə Nəbi və Həcər, Şamo, Alo, Safo, Gülsənəm, Qəmər, Fərzəli, Sibir Matvey, Mirzə Polad , kənkan Qeybalı bir sözlə , Azərbaycan, rus və gürcü xalqlarının ən yaxşı oğulları , azadlıq mübarizləri özlərinə məxsus xüsusiyyətləri ilə yadda qalırlar.
    Əsər Şehli hadisələrinin təsviri ilə başlanır. Müəllif təbii yolla əhatə dairəsini genişləndirir , kiçik dağ kəndini gözəgörünməz bağlarla ölkə ilə əlaqələndirir. S.Rəhimov məharətlə Dəli dağ, Eloğlu, Cavanşir, Dağətəyi və Şuşanın bir – birinə bənzəməyən mənzərələrini canlandırır. O, bütün səyi ilə göstərir ki, zəhmətkeşlərin vəziyyəti hər yerdə ağırdır, onlar çıxış yolu axtarırlar. Cəmi otuz evdən ibarət olan Şehli kəndi bir – birini yaxından tanısa da, parçalanmış yaxın qohumluq, mehriban qonşuluq münasibətləri pozulmuşdur. Bir tərəfdə yoxsullar, digər tərəfdə varlılar arasında gizli və aşkar toqquşmalar illər boyu davam edir. Torpaq qazmalarda yaşayan ac – yalavac kasıb uşaqlarının əyinləri paltar, ayaqları başmaq görmür. Hampalar və ruhanilər əlbir olub camaatı talayır, gözümçıxıtıya salırlar. Varlıların və yoxsulların dolanışığını əks etdirən epizodlar romanda inandırıcı dəlillərlə verilmişdir. Cəmiyyətdə hakim qanunlar düzlüklə yaşamaq, insani ləyaqəti qorumaq çətindir. Xalqın ən yaxşı oğulları bu həqiqəti dərk edib mübarizəyə başlamışdılar. Köhnə kəndi yaxşı tanıyan ədib təfərrüatları yerində işlətməklə azadlıq mübarizlərinin qarşısına çıxan çətinlikləri hərtərəfli araşdırır. Əsərdə xüsusi mülkiyyətçilik vətəndaşlar arasında bərabərsizliyin doğurduğu ədalətsizlik bütün çılpaqlığı ilə göstərilmişdir. “Şamo“ da elə bir dövr əks olunmuşdur ki, sinfi şüuru oyanan zəhmətkeşlər birləşir, mübarizəyə qalxırdılar. Azadlıq hərəkatı öz iştirakçılarına mərdlik , fədakarlıq, dözüm dərsi verir. Bu həqiqət əsərdə özünü aydın göstərir. Yeni şərait mübarizlərini, Şamo, Heybət, Arşaq, Suren, Heydərəli, Seyfəli surətlərində yeni inqilabçı nəslinin yetişməsində kommunist ideyalarının təbliğatının rolunu göstərir. S.Rəhimov yoxsulların acınacaqlı vəziyyətlərinə göz yummur, bunu onların mübarizəyə qaldıran əsas amillərdən biri kimi mənalandırır. Əsərdə Zeynəb özü kimilərinin acınacaqlı taleyinə göylərin təyin etdiyi bir qismət kimi baxırsa da , oğlu Qeybəli mübarizənin ən qızğın yerində dayanır. Əəsrdə bir ailənin , bir dam altında yaşayan adamların dünyabaxışlarının müxtəlifliyində əks olunmuşdur. Belə ki, məruz qaldığı haqsızlıqların qabağında xəstə və qoca Safo xilası göylərdən gözləyir , lakin onun oğlu kommunist Şamo başa düşmüşdür ki, azadlığa çıxmaq üçün silahlanmaq , qurban vermək , fədakarlığa hazır olmaq lazımdır. Yazıçı əsərdə Şamonun inkişaf yolunu inandırıcı göstərə bilmişdir. Realist yazıçı gənclərin xarakterlərinin formalaşmasında XX əsrin ikinci onilliyində baş verən hadisələrin və düşdüyü yeni mühitin həlledici rolunu göstərməklə yanaşı, xalqın əsrlərdən bəri gözəl, əxlaqi – mənəvi keyfiyyətlərinin əhəmiyyətini də unutmamışdır. Bir vaxtlar özünü göstərən şəxsiyyət kimi tanınmasında sözü bütövlük , dostluqda sədaqət kimi sifətlər şüurlu bir inqilabçının dünya görüşündən daha artıq xalqın əsrlərdən bəri əxlaqi qənaətləri ilə bağlanır.
    S.Rəhimovun xalqla bağlılığının mühüm xüsusiyyətlərindən biri uşaqlıqda eşitdiyi nağıl və əfsanələrin, dastan və rəvayətlərin onun yaddaşında tükənməz bir mənbə olmasıdır. Ədibin uşaq hafizəsinə həkk olunmuş ilk həqiqi qəhrəman Nəbi və Həcər olmuşdur. Bu təsadüfü olmayıb, yazıçının illər keçdikcə real qəhrəmanlar yadından çıxmamış, onların igidliyini dəyanətini, məhəbbət və sədaqətini yadda qalan bədii vasitələrlə əks etdirə bilmişdir. Demək olar ki, S.Rəhimovun iri həcmli romanlarında, povest və hekayələrində IX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan kəndlərində hökm sürən ictimai – iqtisadi münasibətlər geniş şəkildə canlandırılmışdır. Bu nöqteyi – nəzərdən tədqiqatçılar ədibi heç kəslə müqaisə etmirlər. Onun əsərlərində sadə zəhmətkeşlərin hüquqsuz və acınacaqlı vəziyyəti hərtərəfli təhlil olunmuş, əsərlərindən təfəkkürlərə keçərək canlı nitqə daxil olmuşdur. Bu, sənətkarın qüdrətini və xalqa bağlılığını parlaq surətdə göstərən dəlillərdən biridir. Kənddə sosializm quruculuğunun, onun tarixi nəaliyyətlərinin şahidi olan ədib , inqilabdan əvvəlki kəndə nəzər salmış, sinfi şüuru oyanan, insani həyat uğrunda mübarizəyə qoşulan qüvvələrini ilk plana çəkərək, xalqın azadlıq hərəkatına başçılıq etmiş mətin kommunistlərin surətlərini böyük məhəbbətlə yaratmışdır. Ədibin bu məsələ ilə əlaqədar mülahizələri xalq və cəmiyyətə münasibətini aydınlaşdırmaq nöqteyi – nəzərindən çox əhəmiyyətlidir. O, məqalə və çıxışlarında dəfələrlə göstərmişdir ki, sosializm realizmi yeknəsəqliyə deyil , sənəd rəngarəngliyinə , kəşviyyatçı , ixtiraçı olmağa səsləyir. ( “Yazıçı və həyat” səh. 356) Həyata bağlılıq əlaqəsini geniş mənada qəbul edən yazıçı əsərin cəmiyyətin zəruri tələblərindən doğmasını vacib saymışdır.
    Azərbaycan sovet ədəbiyyatının inkişafı tarixində mövzu və bədii ifadə vasitələri baxımından öz yolu olan yazıçı uzun illər ərzində özünün mənalı sənət aləmini yarada bilmişdir. S.Rəhimovun əsərləri hərşeydən əvvəl həyat materialları və dəqiqliyi ilə diqqəti cəlb edir. O, deyir : – “ Mən əlimə qələm alıb yazmağa başladığım gündən bu qənatdə olmuşam ki, əsərin mövzusunu, materialları, səciyyə və surətləri də yazıçıya bitib tükənməyən həyat qaynaqları verir”. ( “Yazıçı və həyat“ səh. 404)
    Beləliklə S.Rəhimov taleyi ilə bağlı düşüncələrindən çıxış edərək demişdir: – Müəllif əməyə münasibəti ilə əsər üzərində sona qədər inadla işləməli axtarışlar aparmalıdır. “Mən yaradıcı əməkdən qorxan ilhamın səmərə verəcəyinə zərrə də olsa inanmıram, yaradıcı zəhməti olmasaydı istedad sönərdi, zəhmət səmərə verməzdi”. S.Rəhimov ağır zəhmətdən sonra çap etdirdiyi əsərlərdən birdəfəlik əl çəkmir , imkan olanda onları yenidən işləyir, “Şamo“ və “Saçlı” kimi iri həcmli romanların ayrı – ayrı nəşrləri yazıçının öz əsərləri üzərində diqqət və səylə işlədiyini əyaniləşdirir. Onun fikrincə müasir Azərbaycan kəndindən yazan müəllif kəndin dünənini bilməsə, hzırda orada nə baş verdiyini ictimai mədəni dəyişikliklərinin əhəmiyyətini lazımı qədər qiymətləndirə bilməz.
    Çoxmillətli Azərbaycan sovet ədəbiyyatı öz inkişafının ilk mərhələlərindən başlayaraq tarixi mövzuların işlənməsinə mühüm əhəmiyyət vermişdir. Trixi mövzular xalqın yadelli işğalçılara və istismarçılara qarşı mübarizəsinin parlaq səhifələrinin canlandırılması zəhmətkeşlərin vətənpərvərliyi mühüm əhəmiyyətə malik olmuşdur. Otuzuncu illərin əvvəllərindən başlayaraq, Azərbaycan yazıçıları azadlıq və xalq hərəkatının parlaq səhifələrinə müraciət etmişdilər. Tarixə bu gün də azalmayan dərin maraq Azərbaycan ədəbiyyatının xarakter xüsusiyyətlərindən biridir. Tarixi mövzuların meydana çıxması Azərbaycan romanının inkişafında mühüm əhəmiyyətə malikdir.
    “S.Rəhimov böyük sənətkardır ” , – dedikdə , onu da nəzərə almaq lazımdır ki, ədibin əsərlərində xalqımızın inqilabdan əvvəlki həyatı kimi, onun sosializm cəmiyyəti quruculuğunda fəaliyyəti yeni dünya görüşünün formalaşması özünün bütün mürəkkəbliyi və əlvanlığı ilə əks olunmuşdur.
    S.Rəhimov otuzuncu illərin əvvəllərində Azərbaycan kəndində gedən kəskin sinfi toqquşmanın real mənzərəsini “Saçlı “ romanında canlandırmış,
    əsərdə tərəflərin mövqeyi, arxalandıqları tarixi həqiqətlər, zəhmətkeş insanların yeni qurluşun həyatiliyi və humanizminin nəticəsi, tarixi məğlubiyyətin labüdlüyü qarşısında acizliklərini etiraf etmək istəməyən istismarçı toqquşması ilə müəyyənləşmişdir. Yeni cəmiyyətin qabaqcıl qurucularının fəaliyyətini əks etdirən “Saçlı” Azərbaycan sovet nəsrinin inkişafı tarixində özünə məxsus yeri olan əsərlərdən biridir. Otuzuncu illərdə ədibin bir neçə il Azərbaycanın müxtəlif rayonlarında partiya işində çalışması, kollektivləşmə, kəndin yenidən qurulması uğurunda gedən mübarizədə bilavasitə fəal iştirakı , eyni vaxtda gördükləri və eşitdikləri roman üçün zəngin material vermişdir. Xalqın ən yaxşı oğulları, kommunistlər, fəhlə sinfinin kəndə göndərdiyi adamlar şəxsi mənfəət və rahatlıq bilmədən qələbəni möhkəmləndirmək yolunda səylərini əsirgəməmişdir. Hakimiyyətlərini, var – dövlətlərini itirmiş qolçomaqlar, kəşfiyyat orqanlarına satılmış xainlər yeni quruculuğa qarşı çıxaraq quruculuğu pozmağa, müvəqqəti çətinliklərdən kütlələrin avamlığından çirkin məqsədlərinə çatmaq üçün cəhd göstərirdilər.
    “Saçlı“ otuzuncu illərin birinci yarısında Azərbaycan kəndinin həyatını real şəkildə əks etdirir. Müəllifin qələmə aldığı dövr səciyyəvi hadisələr : – kollektivləşmə , əsrlərdən bəri qanun şəkli almış adət ənənənin sarsılması mühüm ictimai – siyasi dəyişikliklərin adamların məişətində və psixologiyasında doğurduğu böyük inqilabi çevriliş sənətkara maraqlı material vermişdir. Mübarizədə sosializmin dostları ilə düşmənləri arasında mübarizə genişlənirdi. Yazıçı, kimlərin ardınca getmələrini tarixi həqiqətə müvafiq olaraq onların arzularının həqiqətə çevrilməsi kimi qələmə almışdır. “Saçlı“ sosializmin kənddə qələbəsini əks etdirən bir əsərdir. S.Rəhimov zəhmətkeşlərin əmək coşqunluğunu və sevinclərini xüsusi bir diqqətlə canlandırmağa müvəffəq olmuşdur. Əsərdə ədibin ən mühüm ədəbi nəaliyyəti müsbət qəhrəman surətlərinin canlılığı və inandırıcı göstərilməsi, daxili aləmlərinin psixoloji dəqiqliklə işıqlandırılmasıdır. Ona görə də oxucu qəhrəmanları alqışlamaqla yanaşı onları bir insan kimi də sevirdilər. Yazıçının qabaqcıl müasirlərimizin surətini yaratmaq nöqteyi – nəzərindən roman mühüm əhəmiyyətə malik əsərlərdən biridir.
    S.Rəhimovun ayrı – ayrı vaxtlarda irəli sürdüyü mülahizələr göstərir ki, müsbət qəhrəman surəti bir sənətkar kimi ədibin düşüncələrini həmişə məşğul etmişdir. Amma o, həmişə özünün şəxsi təcrübəsinə əsaslanmışdır. Müsbət qəhrəman necə olmalıdır ? – sualı ətrafında mübahisələri rədd edərək deyirdi : – Gəlin zəmanəmizin müsbət adamının dolğun surətini verək ! Qoy bizim müsbət qəhrəmanlar sevinən , gülən , yeri gələndə öz əqidəsi uğrunda ölməyi bacaran , yoldaşının ölümünə ağlayan , sonra da onun hər qətrə qanına bir düşmən öldürən real insan olsun! “ ( “Yazıçı və həyat “ səh. 62)
    Yazıçının etiraf etdiyi kimi rayonda partiya işində çalışması, kollektivləşmə uğrunda fəal mübarizənin iştirakçılarından biri olmağı “ Saçlı “ nın yazılmasına zəngin material vermişdir. S.Rəhimov etiraf etmişdir ki, əsər bütünlüklə mənim həyat müşahidələrimin əsasında yazılmışdır. (“Yazıçı və həyat” səh.155)
    Yazıçı kollektivləşmə mövzusuna gec müraciət etmiş olsa da təkrara yol vermədən kəskin sinfi mübarizənin mahiyyətini açmağa müsbət qəhrəmanlarının əməllərini əbədiləşdirməyə nail olmuşdur. “Saçlı“ müəllifin yaradıcılıq nəaliyyətləri kimi qeyd edilmişdir. Əsərdə Dəmirov, Zamanov, Qocaoğlu, Mədət, Qiyasəddinov, Cəlilzadə eyni məsləkin insanları, daxili aləmləri ilə fərqlənən canlı insanlarıdır.
    Əsərdə vəzifəsinə, partiyanın etimadının nəticəsi olaraq, xalqa daha səmərəli xidmət etməyə çalışan Tahirin arzuları daha canlı verilmişdir. “ O, arzu edərək deyirdi ki, – Bütün kənd evlərində neftsiz lampalar – elektirik lampaları yansın, radio səsləri eşidilsin. Qoy gündüz alın təri ilə işləyən zəhmətkeşlər rahat həyat sürsünlər. Hər bir kəndlinin evində suyu, kəndində həkim məntəqəsi olsun”. Tahir çətinliklərə, sinfi düşmənin fitnəkarlığı nəticəsində mürəkkəbləşən vəziyyətə baxmadan inam və həvəslə işləyir, günün vəzifələrini unutmur, hər şeydən əvvəl onları həyata keçirməyə çalışır, eyni zamanda da işıqlı sabah haqqında düşünür. O, cəmiyyətə arxalanan bir müsbət qəhrəman kimi partiya təşkilatının irəli sürdüyü planların əhəmiyyətini başa düşərək daha da əzmlə çalışır. Tahir cəmiyyətin sağlam qüvvələrini öz ətrafına toplayır. İşlədiyi bu ucqar rayonun gözəlliyini nəzərində canlandırdıqca, ancaq müşahidəçi mövqeyi tutmayaraq, rayonu daha da abadlaşdırmaq arzusu ilə yaşayır. Eyni zamanda onu da başa düşür ki, sinfi düşmənə qarşı ayıq və amansız olmaq lazımdır.
    Süleyman Rəhimov romanın mövzusu baxımından dövrün böyük ictimai – siyasi həqiqətləri, kənddə sosializmin qələbəsini yığcam və tarixi faktlarla verməyə nail olmuşdur.
    Böyük Vətən Müharibəsi ərəfəsində başlanmış, tarixi qələbədən bir neçə il sonra tamamlanmış “Saçlı“ mükəmməl bir əsər kimi tədqiqatçılar tərəfindən qəbul edilmiş, ədibin əməyi yüksək qiymətləndirilmişdir.
    S.Rəhimovun əməyi partiya və hökümət tərəfindən qiymətləndirilmiş, müxtəlif illərdə orden və medallarla təltif edilmişdir.

    1. 1942-ci il 6 fevral – “Şərəf nişanı ordeni”
    2. 1959-cu il 9 iyun – “Əmək bayrağı ordeni”
    3. 1960-cı il – “Azərbaycan SSR Xalq Yazıçısı fəxri adı”
    4. 1970-ci il 20 mart – “Lenin ordeni”
    5. 1972-ci il – “Qızıl qələm mükafatı”
    6. 1975-ci il 4 dekabr – “Sosialist Əməyi Qəhrəmanı”
    7. 1980-ci il 5 mart – “Xalqlar dostluğu ordeni” və s.

    Xalq yazıçısı Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Rəsulova Ədalət. AMEA Nizami Gəncəvi adına Ədəbiyyyat İnstitutunun əməkdaşı.

    Süleyman Rəhimov
    Xülasə

    Məqalə görkəmli Azərbaycan yazıçısı Süleyman Rəhimovun həyatı yaradıcılığı, keçdiyi həyat yolu, “Şamo” və “Saçlı” romnları əsasında hazırlanmışdır.
    Açar sözlər: Süleyman Rəhimov , “Şamo”, “Saçlı” obrazlar, konflikt.

    Сулейман Рагимов
    Резюме
    Статья основана на жизни и творчестве выдающегося азербайджанского писателя Сулеймана Рагимова, его жизни, романах «Шамо» и «Сачли».
    Ключевые слова: Сулейман Рагимов, «Шамо», «Волосатые» образы, конфликт.

    Suleyman Rahimov
    Summary
    The article is based on the life and work of prominent Azerbaijani writer Suleyman Rahimov, his life, the novels “Shamo” and “Sachli”.
    Keywords: Suleyman Rahimov, “Shamo”, “Sachli” images, conflict.

  • Görkəmli Azərbaycanlı yazıçı Eyvaz ZEYNALOV.”“Əli metroda işləyir” (Hekayə)

    Yırğalana yırğalana tuneldə sürətlə irəli şütüyən qatar stansiyalarda arabir dayanıb nəfəsini dərir, düşənlər düşür, minənlər minir, təzədən havanı yara-yara qıjıltı ilə yoluna davam edirdi…

    Baxışlarım bir qədər aralıdakı Əlidə, qulağım isə mənimlə yanaşı əyləşmiş iki cavan hərbiçidə, gizirdəydi.

    • İndiki prizivniklərlə işləmək dəhşətdi. Biri o birinə şikayətlənirdi.

    Sırada təpik döyməsin deyə valideynləri pulla hərəsinə bir sürücülük vəsiqəsi alıb ki, şofirdi. Amma nə rolu düz saxlaya, nə də skorusu əməlli dəyişə bilirlər.

    Necə deyərlər, adı bunlarındı, dadı bizim, hara gedirik, uyuq kimi yanımızda oturdur, maşını özümüz sürürük…

    • Ağzıgöyçəklər də orda burda deyir ki, orduda əsgərləri qazdıyırlar. O biri istehza ilə qımışdı. Qazı qazdıyallar, hələ o yana da keçəllər.
    • O günü təzə komandir əmr elədi ki, maşınları verin prizivniklərə, birinci dedi. Səki baxış keçirirdi. Denən, maşınlardan çastın həyətində salamat cağ mağ, güllük filan qaldımı?..
    • Guya biz remontnuda kefdəyik? Goplayırlar ki, qrajdannıda maşın ustası işləmişik.

    Di gəl hırnan zırı qanmırlar. Dünən maşının altında yamadayam. Salaqanın birindən on yeddi açarı istədim. Neynəsə yaxşıdı? Açarların hamısın gətirdi ki, komandir, on altısın tapdım, birin tapmadım.

    Gizirlər bir birinə qoşulub gülüşdülər…

    Əli qalxıb yerini vaqona təzə daxil olan əlizənbilli qadına təklif etdi. Qadın qapıya işarə ilə nəsə dedi (yəqin tez düşəcəyini qandırırdı), amma o, əl çəkmədi. Qadın minnətdarlıqla gülümsəyərək əyləşdi. Əlinin xoşbəxtliyi üçün bu bəsdi.

    Üz gözündən sevinc, bəxtiyarlıq yağırdı. Elə bil adi bir centelmenlik yox, nəsə böyük bir xeyirxahlıq, qəhrəmanlıq eləmişdi!..

    Qadın növbəti dayancaqda düşdü.

    Əli ətrafına göz gəzdirib ayaq üstə başqa bir qoca, qadın, şikəst qalıb qalmadığını yoxladı. Yerinin cavanlar tərəfindən tutulacağından qorxub özü əyləşdi.

    Əslində məsələ yer məsələsi deyildi. Yerə qalsa, halal haqqıydı. Əvvəl özü yaşda bir kişiyə, sonra da əlizənbilli qadına güzəştə getmişdi.

    Cavanlar hər iki halda özlərini görməməzliyə vurmuş, ayağa durmamışdılar…

    Başının ortası dazlaşmasaydı Əliyə 40 45 dən artıq yaş vermək olmazdı.

    Tısbağa tək qınına çəkilərək qaş qabağını sallayıb bikef oturanda yüz ilin qocasına oxşayırdı. Yaşlı qadın kişi, ya da qə¬şəng bir xanım görəndə birdəncə canlanır, tez yerini ona təklif edirdi.

    Təklifi keçməyəndə uşaq kimi mısmırığını sallayır, tanımaza bilməzə inciyir, küsürdü. Az maz tanıyan, bələd olan xətrinə dəymir, bir dayanacaq da olsa əyləşir, sanki ona dünyanı bağışlayırdı…

    Hər gün evdən işə, işdən evə metro ilə gedib gəlirəm.

    Bu başda minir, o başda düşür, o başda minir, bu başda düşürəm.

    Əvvəldən axıra, təbii, axırdan da əvvələcən keçdiyim stansiyaların sayı on üçdü.

    On dördüncü stansiyanı tikib məni qismətimə düşmüş bu nəhs rəqəmdən qurtarmağa tələsmədiklərinə görə metrotikənlərdən qətiyyən narazı deyiləm. Hər şeydən qabaq, ona görə ki, ayaq üstə qalmaq dərdi çəkmirəm.

    Başlanğıcda vaqonlarda boş yer tapmaq həmişə mümkündü. Başdan başa getməyin bir üstünlüyü də var. Hərdən vaqonda mürgüləsən də doğma stansiyanı ötüb keçə bilməzsən.

    Sərnişinlər, ya da metro işçiləri silkələyib oyadacaqlar ki, cənab, mənzil başına çatmısan, qalx, vaqonu boşaltmaq lazımdı…

    Yaxşı, yoxsa pis xasiyyətdi, bilmirəm, bekarçılıqdan dayanacaqlarda minib düşənləri müşahidə etməyi, söhbətlərinə, pıçıltılarına qulaq asmağı xoşlayıram.

    Bunun hesabına nəinki ölkəmizdə, bütün dünyada baş verənlərdən səhər səhər hamıdan qabaq xəbər tuturam…

    Metroda mənimlə eyni vaxtda gedib gələn sərnişinlərin çoxunu üzdən tanıyıram.

    Bəziləriynən münasibət də yaratmışam. İmkan olmayanda adamların ara bərəsindən göz qaşla salamlaşır, imkan olanda əl verir, müxtəsər hal əhvallaşırıq…

    Əliynən hardan hara? Əşi, o, mənim yaxın qonşumdu.

    Həm də keçən ilə qədər bizim idarədə mühasib işləyirdi.

    Sakit, başıaşağı, işini bilən adamdı. Nədən, necəsə birdən-birə yazığın başı pozuldu. Dəlixanaya düşdü. Neçə ay müalicə olunub çıxandan sonra daha öz işinə qaytarmadılar.

    Qaldı bekar. İki üç ay bundan əvvəl səhər səhər işə yollananda təsadüfən binanın qabağında rastlaşdıq. Görən kimi məni tanıyıb yaxınlaşdı. Danışa danışa metroya üz tutduq. Soruşdum:

    • Qonşu, hara gedirsən?
    • İşə, dedi.
    • Harda işləyirsən?
    • Metroda.
    • Dolanışıq çıxır?.. Hansı işə düzəldiyi ilə maraqlanmadım. Yəqin ona görə ki, indiki zamanda əsas məsələ dolanışıqdı.
    • Allah bərəkət versin, dedi.
    • Yola verə bilirsən, çətin deyil ki?..
    • Çətindi, gileyləndi. Axşam olanda it kimi yoruluram.

    Bilirsən, qonşu, bizim vaxtımızda cavanlar belə deyildi. Hamısı ağlı başında, böyüyün kiçiyin yerini bilən, qanacaqlı-mərifətliydi. İndikilər yaman sitallaşıblar.

    Qadını, qocanı, şikəsti qətiyyən veclərinə almırlar.

    Heç kimə yer vermirlər. Gör nə qədər əlsiz ayaqsız qocalarımız, cavan Qarabağ əlilimiz var. Baxıram, ürəyim ağrıyır.

    Hamısına yer düzəltmək, rahatlamaq lazımdı. Mən də tək… hə… Təəssüflə başını bulayaraq dərindən köksünü ötürdü.

    • Əli, bir dəqiqə gözlə, deyib adətim üzrə qəzet almaq üçün metronon ağzındakı köşkə çatanda ayaq saxladım.

    Əli məni gözləmədi.

    • Hələlik, qonşu, gecikirəm, mən getdim, deyib tələsik uzaqlaşdı.

    Axşam arvadıma qonşumuz Əlinin metroda işə düzəldiyini deyəndə güldü.

    • İş güc nəəzir? Arvadı deyir, necəsə beyninə verib ki, bunu metroda işə götürüblər. Nə qə¬dər eləyirik evdə bənd almır. Səhər çay çörəyini ala yarımçıq yeyib çıxır, bir də axşam qayıdır.
    • Bəs günorta yeməyini harda yeyir?
    • Orda burda nə gəldi tıxır. Arvadı deyir, metro işçiləri də artıq onu yaxşı tanı¬yır.

    Keçiddən öz adamları kimi pulsuz buraxırlar. Sərnişinlərdən yazığı gələn, halına acıyan yeri bəhanə eləyib hərdən xırda pul zad da verir…

    O gündən özümdən asılı olmayaraq metroya girəndə hər yerdə gözüm Əlini axtarır…

    Gizirlər düşəndən sakitlikdi. Fikrim Əlidə qalmasaydı mürgü məni çoxdan yaxalamışdı. O, artıq bayaqdan bəri yerini dalbadal dörd nəfərə güzəştə getmişdi.

    Qatar mənzil başına yaxınlaşdıqca vaqonda sərnişinlər seyrəlirdi.

    Əli rahatlanmaqdansa ti¬kan üstdə oturan adam kimi narahatdı. Bashabas üçün darıxır, gözü kimisə axtarırdı. Əlini başa düşürdüm. Qalxıb ona yaxınlaşdım. İtiyini tapmış kimi o saat üzü işıqlandı. Yerini mənə verdi…

    Nəhayət, sonuncu dayanacağa çatdıq. Vaqondan çıxanda cibinə pünhanca qəpik quruş salmaq istədim. Məndən cəld tərpəndi, əlimi geri itələdi. Əyilib qulağıma pıçıldadı:

    • Qonşulardan pul götürmürəm… Razı halda gülümsədi.

    Perronda:

    • Vəziyyət necədi? soruşdum.
    • Dünənəcən yaxşıydı, dedi, bu gün işim yenə sarvat oldu.
    • Niyə?..
    • Özümə bir köməkçi tapmışdım. İki nəfər daha çox adama xidmət edirdik. Bu gün köməkçim işə çıxmayıb.
    • Bəlkə xəstələnib?
    • Yox, oğlu icazə vermir.
    • Nəyə görə? Fikirləşmədən soruşdum.
    • Bizi başa düşmür. Hamı kimi… Mağmın mağmın üzümə baxıb dayandı.

    Hə, aydındı. Elə bil birdən ayıldım.

    • Bəs niyə dayandın? Evə getmirsən?
    • Yox hələ.
    • Gecdi axı. Bir azdan hava qaralacaq.
    • Neyniyim, məcburam, çiyinlərini qısdı, planı doldura bilməmişəm.
    • Nə plan? Plan nədi, ay Əli? güldüm.
    • Bu gün müştərilərim az olub. Otuz doqquz nəfərə yer vermişəm, cibindən çıxartdığı ka¬ğızı açıb göstərdi. Səliqə ilə xətlənmiş, başdan il, ay, günlər yazılmışdı.

    Xətlərin arası ağzıaşağı üstəgəllə (+) doluydu. Axırıncı günün altında otuz doqquz üstəgəl (+) işarəsi saydım. Ondan qa¬baqkı günlərdə əlli, bəzən daha artıq üstəgəl vardı.

    Demə, Əli arabir iki daşın arasında cibindən çıxardaraq gizlicə qaraladığı kağız bu imiş. Gərək əlliyə çatdıram…

    • Sabah olmaz?.. Onu fikrindən daşındırmağa cəhd etdim.
    • Yox, deyib əks tərəfdə dayanmış qatara tərəf boylandı.

    Qatarın tərpənməsinə lap az qalırdı. Əli mənə görə narahatdı. Canını məndən tez qurtarmaq istəyirdi. Bu zaman qatara minik üçün axırıncı xəbərdarlıq eşidildi.

    • Məni bağışla, qonşu, getməliyəm, Əli birdən çönüb qatara tərəf götürüldü.
    • İşin avand olsun, qardaş, deyib arxasınca baxdım ki, görüm çatacaqmı.

    Sərnişinlərdən biri son anda ayağını bağlanmaqda olan qapının arasına qoymasaydı, yəqin ki, minə bilməyəcəkdi…

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Sizlərə xoş ovqatla”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    (Hüseyn Arif sayağı)

    “Gəl çıxaq seyrinə uca dağların”,
    Görməsin nə çiskin, nə duman bizi.
    Ətrinə bürünək gözəl bağların,
    Görməsin nə payız, nə xəzan bizi.

    Öpək çiçıklərin ipək telindən,
    Söz alaq torpağın şirin dilindən,
    Tutaq tər güllərin şehli əlindən,
    Görməsin nə qanqal, nə tikan bizi.

    Qəhqəhlər, gülüşlər yayılsın düzə,
    Meşələr, çəmənlər boylansızn bizə,
    Yaşdan söhbət düşüb çıxanda üzə,
    Görməsin nə dövran, nə zaman bizi.

    Arzular qoynunda dil açdıq yenə,
    Çıxmışıq gəncliyin bahar seyrinə,
    Hicran əzabına gəl gərək sinə,
    Görməsin nə təbib, nə loğman bizi.

    Yaşayaq sevgilim, yaşayaq belə,
    Həsrətin dumanı çökməsin telə,
    Nəcibəyəm, ötəm yaxşılar ilə,
    Görməsin nə kədər, nə yaman bizi.

  • Məhəmməd NƏRİMANOĞLU.”Eldən gedənlər”

    Buz bulaqlardan ötrü təşnə idi…
    Çoxlarının “Cümşüd dayısı nə qədər nikbin olsa da, o qədər DƏRD daşıyırdı
    Yaddaşıma daş atdım ki, bəlkə ötənləri-itənləri bir balaca olsa da xatırlayım. Nə gizlədim, ilk yadıma düşən o oldu. Yalnız ona görə yox ki, xatirimiz bir-birimizin yanında əziz idi. Bəlkə də tanıyıb-bildiklərimin arasında daha çox səmimi, sakit təbiətli olmasından idi ki, çox istəyirdim xatirini.
    Kəlbəcərdə orta məktəbi bitirib ali təhsil almaq üçün evdən və eldən çıxıb uzaqlaşmışdım, rayona qayıdanda nə mən çoxlarını, nə də çoxları məni tanımırdı. İlk iş yerim Aşıq Şəmşir adına Kəlbəcər şəhər Mədəniyyət Evi oldu. İstedad qapı açandır,-o zaman hiss elədim. Rayon mədəniyyət şöbəsinin müdiri, dramaturq, şair, aktyor və musiqişünas Kamal Neməti də elə orada tanıdım. Tanıdıqlarımın hər birinin özünəməxsusluğu var idi. Məsələn, baş mühasibimiz Famil Cavadovla mədəniyyət evinin direktoru Şəfaqət Süleymanovu müqayisə eləmək olmazdı. Biri ciddi, həddindən artıq, digəri o dərəcədə zarafatcıl…
    Hamı onun “bacıoğu-bacıqızı”sıydı elə bil
    Mədəniyyət işçilərinin bir dayısı var idi Cümşüd adında: fağır, sakit, təbəssümlü, astayerişli, ortaboy… Hamı da dayı qədər çox istəyirdi xatirini. Bunun səbəbləri vardı. O da yaşından asılı olmayaraq, sanki hər kəsin dayısı olduğunun fərqindəydi, hamıya “bacıqızı”, “bacıoğlu” deyirdi. Day belə insana necə dayı deməyəsən ki?
    Yox, yox, rayonumuzda “Dayı”ləqəbli bir ağsaqqalımız, xeyirxahımız, Hacı Zeynalabidin kimi səxavətlimiz (oxu: “pulunun dəlisi”) var idi- Mamed Xudaquliyev. Kimsə onun adının Məhəmməd olduğunun fərqinə varmazdı, dayı kimi tanınırdı, adını da demirdilər. Amma Cümşüd Kamalov dayı statusunu mədəniyyət şöbəsində qazanmışdı.
    Kəlbəcər rayonunun hər tərəfi əsrarəngizliyi ilə diqqət çəkib. Keştək bölgəsinin isə bir özgə füsunkarlığı vardı. Yellicə kəndi də Göyçə gədiyinə yaxın salınmış kəndlərdən idi. Dağların əlçatmazlığında binələnən bu obada dünyaya göz açanların da arasında istedadlılar az deyildi. Cümşüd dayının nəsil-nəcabətində belələri barmaqla göstərilirdi. Yalnız 3-nün adını çəksəm bəs edər: İsməli Dağlaroğlu ilə Zahid Muxtar və Ədalət Dəlidağlı…
    Hər iki şairin qələminə, qəlbinə nəinki kəlbəcərlilər, bu gün xalqımız bələddir, Ədalətin sazına isə Türk dünyası heyrandır. Fikrim bu şairləri və aşığımızı yenidən təqdim etmək deyil.
    “Qəpik-quruş” davası eləməzdi
    Cümşüd dayı mədəniyyət evində, eləcə də şöbədə çalışan işçilərin həm də ay ərzində ümid, güman yeri kimi tanınırdı. Mədəniyyət şöbəsinin metodisti vəzifəsində olsa da, həm də xəzinədarı idi. And içərəm ki, mədəniyyət işçilərinin aylıq əməkhaqqından ona qalan “qəpik-quruş”u da elə orada xərcləyirdi. Bunu da ürəklə edirdi. Kənd mədəniyyət işçilərinin vaxtında almadıqları əməkhaqqıları digərlərinin ehtiyacına əsirgəmirdi. Bu da xeyirxahlığın bir forması idi.
    Cümşüd Kamalovu bu xarakterinə görə hamımız çox istəyirdik. Vicdanı təmiz, əqidəsi saf olan belə kişilər ac qalmazlar. Cümşüd dayının da süfrəsi açıq idi, ürəyi kimi. Onunla zarafatlar da dadlı-duzlu olardı. Sanki istedadına görə seçilənlərdən idi. Famil Cavadovla dostluğu daha yaxşı tutardı. Kənd mədəniyyət müəssisələrini yoxlamağa gedib-gəldikdən sonra bu, bir “dastan”a çevrilərdi.
    Bir dəfə Ayrım bölgəsindəki (Lev ərazisini deyirdi) klublara, kitabxanalara illik avadanlıqların yoxlanması üçün gediblər. Gəlib danışırdı ki, “bacıoğlu”, klubda tribunaya söykənib soruşdum ki, “bacıqızı”, tribuna hanı, yoxdu?
    Klub müdiri də elə qorxulu hala düşüb ki, çaşıb qalıb, anlamayıb ki, tribuna nə olan şeydi. Elə bilib ki, evə apardığı radio-maqnitafonu deyir. Tez dodaqalrı əsə-əsə deyib:
    -Cümşüd dayı, sınmışdı, aparmışam usta düzəltsin.
    Cümşüd dayı da gülüb deyib:
    -Bacıqızı, bəs bunun (o, söykəndiyi tribunanı göstərir) adı nədi?
    Klub müdiri anlamayıb. Üzünü Famil Cavadova tutub ki, bəlkə kömək eləsin. O da Cümşüd dayıya sarı dönüb deyib:
    -İndi deyirsən ki, bu yazıx bir aylıq maaaşını verib ustaya canını qurtarsın?
    Cümşüd dayı eyhamı anlayıb vəziyyəti düzəlib:
    -Cavadov, nə deyirəm ki, düzəltdirsin də, qoysun yerinə.
    Belə məzəli hadisələr Cümşüd dayı ilə Famil Cavadovun başına az gəlməzdi. Onu da iş yerinə gələn kimi danışıb-gülərdilər.
    “Məktub” məsələsi, “toypayı” siyahısı…
    Cümşüd dayı qanunu sevər və hamıya da bunu təlqin edərdi.
    Yaxşı xatırlayıram. Deyəsən, sonbeşik oğlu Tapdıq olan vaxtlar idi. Ya uşağın görümünə, ya da kiçik toyundan sonra kollektiv Cümşüd dayıgilə getmişdik, başda Kamal Nemət olmaqla. Mədəniyyət işçiləri də “itoynadan” olur axı: hamı da zarafatcıl. Yaxşıca yeyib-içdlər. Hamının “keyfi düzəldi”. İndi siyahı yazılmalıdır axı, toypayı. Ayın elə vaxtıdır ki, əməkhaqqını götürüb işçilərə verməyiblər. Əslində, Cümşüd dayının vaxtı olmayıb ki, bankdan əməkhaqqını götürüb versin. İşçilər də fikirləşdilər ki, bəs necə etsinlər? Axı, kollektivin üzvlərinin birinin xeyir-şərindən qalmayan Cümşüd dayının bu işinə necə getməsinlər?!
    “Əlac” tapıldı. Famil Cavadov “məsləhət elədi” ki:
    -Dünya dağılmayıb ha, Kamal müəllim, kollektiv gedək xeyir işimizə (bizi ayrıca qonaqlıq üçün dəvət edib haa!-M.N.), orda da gizlicə konverti verək Kamalova. Açıb oxuyanda görsün ki, günah özününküdür.
    Sən demə, bir məktub yazılıb hazır olub. Məktubda yazılıb “…vallah, günah səninkidir, Kamalov, maaşı vermədiyin üçün pulsuz gəlməyə utanıb bu məktubu yazmalı olduq. İnşallah, maaşı alanda özün adambaşına 20-25 manat tutarsan, vedomostla”…
    Beləcə, getdik yeyib-içməyə. Haqqüçünə, gözəl bir qonaqlıq oldu. Sazlı-sözlü məclisdə az adam keflənmədi, əksəriyyətimizin halı yaxşıydı. Aşıq Əzizə dedilər ki, daha gecdi, yığışın, gedək. Əziz də nə desə yaxşıdır:
    -Kamal müəllim, tova, bura bizim evdən yaxşıdır. Uyyy Allah, hara gedim ey? Gejənin bu vaxı Sınıxkilsiyə gedim, arvat məni itnən qovsun?!
    Beləcə, o məclisimiz başa çatdı. Hamı yeyib-içib kefləndi, pul-zad da yazdıran olmadı.
    Cümşüd dayı bizdən sonra məktubu açıb baxmaq istəyir ki, görsün siyahıda kimlərin adı var. Baxır ki, nə siyahı ey? Yarım vərəqlik bir məktubdur-üzürxahlıq edilir. Bilmir ki, gülsün, yoxsa əsəbləşsin. Evdə üstünü vurmur. Sabahısı işə gələndə baş mühasibin otağında bu məsələni bir-iki nəfərə dedi, həm də utana-utana. İnanın Allaha ki, bizim əvəzimizə yazıq kişi özü utandığından, qıpqırmızı olmuşdu.
    Məsləhət oldu ki, maaş veriləndə işçilər özləri yazılacaq. Maaş vaxtı da gəldi, əməkhaqqnı alıb otaqdan çıxanların üzünə də baxmadı ki, bəlkə müftə yeyənlər başa düşüb siyahı yazılsınlar. Beləcə, nə özünü o yerə qoyan oldu, nə də Cümşüd dayı başını qaldırıb bircə nəfərə demədi ki, balam, bəs borcun?..
    Cümşüd dayı hər ayın sonunda maaş alınanda əsas simaları qonaqlığa aparanda düşünürdüm ki, yəqin bu dəfə rəhbərlər qoymaz xərci o ödəsin. Lakin, hər dəfə də kassanın qəpik-quruşunu yeməkxanada-kababxnada qoyub çıxanda, rəhmətlik Söhrab dayı deyirdi:
    -Kamalov, cibinə min-bərəkət.
    Bax, əsas məsələ də elə bu “bin-bərəkət, min bərəkət”dəydi. Heç vaxtı cibindən pul əskik olmazdı. Kənddə təsərrüfatları var idi, səxavətliliyi ilə mərdanəliyi Cümşüd Kamalovu kollektivimizə elə sevdirmişdi.
    SSRİ-nin “usquşnu günü” keflilik…
    Daha bir maraqlı xatirəni də yazmaya bilmədim. Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev ölən günüdür. Biz mədəniyyət işçiləri də raykomluğun satqınlarından guya oğurlanıb Tərtər çayı boyunca günorta naharına getmişik. Yenə də bizi Cümşüd Kamalov nə ilə bağlısa qonaq aparıb. Yeməkxanadan çıxanda şöbə müdiri Kamal müəllim qayıdıb geri – maşının içərisində bizə baxıb dedi:
    -Ayə, ay uşaqlar, vayyyy! Evimiz yıxıldımı? Bu gün Brejnevin dəfn günüdü, biz də yeyib-içməkdən gəlirik!
    Hamı bir-birinin üzünə baxdı. Kamalov, deyəsən, lap çox qorxmuşdu. Axı, o da
    partiyaçı idi. Həm də raykomluqdan bilsələr, satacaqdılar. Burada partiyadan qovulmaqdan daha çox həbsolunma da ola bilərdi ha! Bundan qorxurdu. İstisu mineral sudoldurma zavodunun yaxınlığındakı yeməkxanadan Keştəyin suyuna kimi maşınla gəldik. Burada Cümşüd dayı dedi:
    -Kamal müəllim, indi burda nə var ki? Elə hesab eliyin: biz də yasdan gəlirik dayna. Urusdar ölüsünü basdırmamış yeyib-içmilər ki?!
    Hamının eyni açıldı. Amma, deyəsən, Cümşüd Kamalov bunu bizim kefimizin pozulmaması üçün deyirmiş.
    Bir az keçməmiş o, yenidən dilləndi:
    -Bəşir (sürücümüzün adını çəkdi), saxla mən düşüm, bacıoğlu, evdən idarəyə gətiriləsi əmanət var.
    Sürücü maşını saxladı. Cümşüd dayı maşından düşüb “Dəlikdaş” adlanan yerdən Yuxarı düzə qalxan yola düzəldi, payi-piyada. Biz də 5-6 nəfər gəldik Mədəniyyət şöbəsinə. 1-2 saat keçdi, Cümşüd dayı gəlib çıxmadı. Kamal müəllim işçilərdən birini göndərdi ki, ( o zaman əl telefonu yox idi axı) otur maşına, gedin Kamalov Cümşüd görün niyə gəlmədi? Birdən halı pis olar, ürəyi ağrıyan adamdı, yolda həyacanlanmışdı.
    Doğrudan da Cümşüd dayı evə özünü zorla çatdırıb yorğan-döşəyə düşmüşdü. Sadəcə, ürəyindən yox, həm də həyacan və qorxudan ki, raykomun “Qaloş”ları onu da sata bilər və partiyadan qovar, həbs edərlər.
    Cümşüd Kamalovun həyatından, onunla bağlı xatirələrdən bir dastan yaza bilərəm. Lakin, məqsədim, əlnəttə, el-obamızın belə sakit təbiətli, qonşu və el adamlarını xalqımıza tanıtmaqdır.
    Didərginlik illrində Gəncədə görüşdük. Az qala tanımadıq bir-birimizi. İkimiz də qan-yaş axıtdıq. Oğlu İsməli müəllimin qələminə əhsən dedim, sevindi, güldü. Dedi ki, bəs dədəm də yazan idi. Sən demə, İsmayıl baba da sinəsi dolu gedib bu dnyadan.
    Cümşüd Kamalov Kəlbəcərdə şəxsiyyət kimi tanınmış nəsillərdən birinin layiqli təmsilçisi idi. Yeri behişt, balaları, nəvələri sağ olsun. Onlara Kəlbəcərə, Yellicəyə, Baş yurda, Əli daşına, Anqutdu gölünə dönməklərini arzulayıram.

  • Məhəmməd NƏRİMANOĞLU.” Anamsız da bahar-yaz olar?!”

    Nəfəsin ocaqdı, qoymaz üşüyüm,
    Qoynunsa beşiyim olubdu, anam!
    Böyümüşük, tər çiçək tək açılıb,
    Sənin al yanağın solubdu, anam!

    Sənsiz necə ömür keçir, yaş gəlir,
    Bahar ötür, payız keçir, qış gəlir,
    Sən ki yoxsan, həyat vallah boş gəlir,
    Murov da saçını yolubdu, anam!

    Ata da olmusan, ana da bizə,
    Gəlin də olmusan, sona da bizə.
    Qoymadın “toz qona” üstümüzə,
    Gözlərin bulud tək dolubdu, anam!

    Dərdlərimi gülər üzün unudub,
    Gizlətdiyin nəmli gözün unudub.
    O şirincə “bala” sözün unudub,
    Köksünə, qəlbinə salıbdı anam!

    Ömür bir xalıdı, minbir naxışlı,
    Dərəli-təpəli, eniş-yoxuşlu.
    İllərin izidir – üzü qırışlı?!
    Yamanca xəyala dalıbdı anam!

    Hələ var ey qara gələn mayına!
    Sənsiz keçən baharına, yayına!
    Al məni bir dəfə isti qoyuna,
    Bu balan laylasız qalıbdı, anam!

    23 may 2021-ci il, Bakı, Müşfiqabad qəs.

  • Məhəmməd NƏRİMANOĞLU.”May gələndə dağlara”

    Dərd yumağı sarıram,
    May gələndə dağlara.
    Anam yadıma düşür,
    Vay gələndə dağlara,
    May gələndə dağlara!

    Açmır çiçək, solur gül,
    Qan ağlar dəli könül.
    Oxumur sarı bülbül,
    Qıy gələndə dağlara,
    May gələndə dağlara.

    Guruldamaz göylərim,
    Çiçək açmaz yerlərim.
    Susar tütək, neylərim,
    Toy gələndə dağlara,
    May gələndə dağlara.

    Nə dağlar yaşıl geyər,
    Nə bağlarda meynələr.
    Bənövşə boynun əyər,
    Yay gələndə dağlara,
    May gələndə dağlara.

    Çən-dumana bürünməz,
    Ayağına sürünməz.
    Nərimanoğlu görünməz
    Bu ay gələndə dağlara,
    May gələndə dağlara