Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

“Aşıq ellər ayrısı”…
Eşqi qoru ellərdən…
Adın alnım yazısı
Dar ağacın tellərdən…

“Şana tellər ayrısı”…
Saçlarımı sanadım…
Dərdi bağrıma basıb,
“Ağ gün”ümə ağladım.

“Bir gününə dözməzdim”…
Dözürəm…
Ürəyi daşam…
Yox, mən sənsiz ölməzdim!
Sənlə nə yaşamışam?!

“Oldum illər ayrısı”…
Aman…
Illər nə illər…
Hərdən bəxtim qarası,
Hərdən küsüb gedənlər….