Nəfəsin ocaqdı, qoymaz üşüyüm,
Qoynunsa beşiyim olubdu, anam!
Böyümüşük, tər çiçək tək açılıb,
Sənin al yanağın solubdu, anam!
Sənsiz necə ömür keçir, yaş gəlir,
Bahar ötür, payız keçir, qış gəlir,
Sən ki yoxsan, həyat vallah boş gəlir,
Murov da saçını yolubdu, anam!
Ata da olmusan, ana da bizə,
Gəlin də olmusan, sona da bizə.
Qoymadın “toz qona” üstümüzə,
Gözlərin bulud tək dolubdu, anam!
Dərdlərimi gülər üzün unudub,
Gizlətdiyin nəmli gözün unudub.
O şirincə “bala” sözün unudub,
Köksünə, qəlbinə salıbdı anam!
Ömür bir xalıdı, minbir naxışlı,
Dərəli-təpəli, eniş-yoxuşlu.
İllərin izidir – üzü qırışlı?!
Yamanca xəyala dalıbdı anam!
Hələ var ey qara gələn mayına!
Sənsiz keçən baharına, yayına!
Al məni bir dəfə isti qoyuna,
Bu balan laylasız qalıbdı, anam!
23 may 2021-ci il, Bakı, Müşfiqabad qəs.