This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Söz vermişəm, gözlərinə
Yaraşacam damla-damla…
Qatıb ağu sözlərimə,
Göndərəcəm “xoş məramla”…

Həsrətinlə qamçılayıb,
Vur, yıx, döy məni, döy məni…
Hər xoş gününə saxlayıb,
Orda söy məni, söy məni…

Qırmızı lalə istədim
Çəmən göyərdi dərdimdə…
Eşqdən piyalə istədim
Butasız gəldi dərviş də…

Bu çəmənin içindəcə
Boya göy məni, göy məni…
Sonra dağ dərdimə baxıb,
Gülüm, öy məni, öy məni…

(2013)