Post Views: 34 Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri …
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert Ulu Öndərin 100 illiyinə həsr olunacaq
Post Views: 38 Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək. AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə istedadlı violin ifaçıları Ümidə Abasova və Dəniz …
Bakıda növbəti Uşaq Kitab Festivalı təşkil olunacaq
Post Views: 46 Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq. Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, …
Muğam Mərkəzinin səhnəsində premyera – “Meyvələrin söhbəti”
Post Views: 41 Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında hazırlanmış “Meyvələrin söhbəti” tamaşasının premyerası olacaq. AZƏRTAC xəbər verir ki, tamaşa “Muğam dünyanı birləşdirir!” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi gənc tamaşaçıları Azərbaycanın xalq musiqisi və digər ölkələrin ədəbi əsərləri ilə tanış etməkdir. Tamaşada rolları İskra Tarant, Yevgeni Maksimov, Məmməd Əlili və …
“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi təşkil olunub
Post Views: 35 2023-cü ilin martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirildi. Sözügedən sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə …
Azərbaycanda ilk teatr forumu keçiriləcək
Post Views: 37 Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək. Forumun rəsmi açılış mərasimi aprelin 10-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Tədbirdə …
Mədəniyyət Nazirliyinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsi
Post Views: 68 Mənbə: https://culture.gov.az/
Namiq HACIHEYDƏRLİ.”Doğru”
Post Views: 46 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Bilmədim qul, şah eşqi,Gecə, nə sabah eşqi,Ürəkdə ALLAH eşqi,Gedirəm sona doğru. Quş kimi söz dənlədim,Təkcə, Sözdən inlədim,Övliyalar dinlədim,Baxmadım şana doğru. Bu sevgi candan gəlib,Sümükdən, qandan gəlib……Əvvəlim Ondan gəlib,Dönəcəm Ona doğru.
Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…”
Post Views: 45 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru bir də qayıt… bir də gəl…bir də ölüm-itim mən…sonra yenə çıxıb get,kol dibində bitim mən… arada qırpım gözümü…döyüm kirpiklərimi…dilim qıymaz özümə,söyüm sevdiklərimi… aylar keçsin, öyrənim,çayı sənsiz …
Banu MUHARREM.”Mən bir alov parçası, fövqəl bir fəlakətəm”
Post Views: 60 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Mən bir alov parçası, fövqəl bir fəlakətəm.Ürəyimdə yanardağ,göz yatağım şəlalə.Qayğılardan yonulmuş ömürlük xəsarətəm.Doğmalarım didərgin, xəyallarım sülalə. Mən pisliyi bilmərəm, hər pislik məni tapar.Yastığımın boynuna ahdan qırış çəkərəm.Qulağım guruldayar, yatağım qıcırdayar. Sən ağlımdan keçərsən.. Bir gün yuxum çin olar, mən köksünə köçərəm.Uşaq ağlım inanar, yolu …
Xəyalə SEVİL.”Sən bircə məni unutma”
Post Views: 46 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Sən bircə məni unutma,Qalan hər şey düzələr. Keçib gedər aramızdanBu soyuq havalar da.Bu ərköyün küsmələrBu şıltaq davalar da. Sözlərim axşam tərəfi,Sözlərim səhərdi mənim.Niyə küskün dayanmısan?Gözlərinin dərdi mənim. Sən keçdiyin gündüzlərinGecəsi …
Arzu HÜSEYN.”Darıxmışam sənin üçün elə bil”
Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Darıxmışam sənin üçün elə bil,Baxışımdan can çəkişir pəncərəm.Bu ürəkdir döyüş meydanı deyil,Darmadağın edib gedə hər gələn. Darıxmışam sənin üçün elə bil,Möhkəm olur ayrılığın yaddaşı.Yollarına hönkürən leysan deyil,Həsrətimin göz yaşıdır, göz yaşı. Darıxmışam sənin üçün, amma mənUnutdurdum zənglərimə nömrəni.Ola bilər …
Bakıda “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılışı olub
Post Views: 32 Azərbaycanın Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri …
Moskvada İnci Vəliyevanın rəsmlərinin sərgisi olub
Post Views: 40 Moskvada rəssam İnci Vəliyevanın rəsmlərindən ibarət “İnam. Ümid. Sevgi” adlı sərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən sərginin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi çıxış ediblər. İnci Vəliyeva Bakıda dünyaya gəlib, Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. O, 2017-ci ildə, 45 yaşında V.İ.Surikov …
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək
Post Views: 47 Aprelin 7-dən 16-dək Sankt-Peterburqda “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı keçiriləcək. AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, mədəni forum görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşacaqlar. Ölkəmizi bu festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət …
Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib
Post Views: 37 Azərbaycanın Qırğızıstandakı səfirliyi Novruz bayramı münasibətilə təntənəli tədbir keçirib. Tədbirə digər dövlətlərin səfirləri, qardaş ölkənin siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun və Qırğızıstan ictimaiyyətinin tanınmış nümayəndələri dəvət edilib. AZƏRTAC xəbər verir ki, Qırğızıstanda çıxan “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporovanın məqaləsində bu tədbirdən bəhs edilir. Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov …
Rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş konsert
Post Views: 39 Aprelin 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunacaq. Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət …
Arzu HÜSEYN.”Min kərə zamandan imdad istədim”
Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Min kərə zamandan imdad istədim,Min kərə əyildim xatirələrə.Bağışla vaxtında gələ bilmədim,Qatarlar gecikir sizin şəhərə. Yolların yaddaşı yox imiş demə,Silinib izlərin, sənə kim çatar?Qəlbini titrədər bir fit səsinə,İzsiz biyabanda azmış bir qatar. Bilmirəm ölüyəm, yoxsa diriyəm,Sənsiz yaşamağı başa salsana?Gecikmiş qatarın …
Arzu HÜSYEN.”Ömürlük məhəbbət olmur, əzizim”
Post Views: 64 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ömürlük məhəbbət olmur, əzizim,Hər yazın qış payı, payız payı var.Mürgülü dənizin, susqun dənizinKüləklər yuxusun oğurlayırlar. Bir də görürsən ki, boşalıb için,Əlindən salmısan, düşüb dağılıb.Daha heç kim deyil o kəs səninçün,Baxırsan, yerində sınıqlar qalıb. Toxunsan, əlini yaralar o qəm,Qınayıb qalarsan …
Kitabxanada “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial hazırlanıb
Post Views: 55 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən xalqın Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi, eləcə də gənclər arasında təbliği məqsədilə həyata …
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Post Views: 62 “Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur. Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. O qeyd edib ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil …
Kənan M.M: “Kişi qadını yumruqla vurursa, qadın kişini…” – Müsahibə
Post Views: 52 Kulis.az rejissor Kənan M.M.-lə müsahibəni təqdim edir. – Kənan bəy, son illər çəkilən filmlər və seriallar haqqında fikirləriniz necədir? Bu layihələrin keyfiyyəti sizi qane edirmi? – Var film, var ekran əsəri… Bunlar başqa-başqa şeylərdir. Mən bir film çəkmək istəyəndə yaxınlarım, ətrafım, guya sənətdən anlayışı olanlar, xətrimi istəyənlər deyir ki, bu film izlənilməyəcək, …
Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatmaq üzrədir
Post Views: 48 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatmaq üzrədir. AZƏRTAC xəbər verir ki, martın 28-dək müxtəlif şəhər və rayonlar üzrə ümumilikdə 21 min 300-ə yaxın uşaq qeydiyyatdan keçib. Bu statistika müstəqillik dövrünün …
Beynəlxalq turizm sərgisi – “AITF” yenidən fəaliyyətə başlayır
Post Views: 38 Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açılacaq. AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, …
Kamera və Orqan Musiqisi zalının səhnəsində konsert – “Fleyta və piano gecəsi”
Post Views: 42 Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Fleyta və piano gecəsi” adlı konsert təşkil edilib. AZƏRTAC xəbər verir ki, musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri) və Həsən Əsədov (kontrabas) öz rəngarəng ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Ferens List İspan rapsodiyası cis-moll, …
“SHORTS MEXİCO” beynəlxalq film festivalı keçiriləcək
Post Views: 33 Sentyabrın 1-30-dək Meksikada “SHORTS MEXİCO” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu il 18-ci ildönümünü qeyd edən, Latın Amerikasındakı ən böyük ixtisaslaşmış qısametrajlı film festivalı olan “SHORTS MEXİCO”, dünyanın hər yerindən yeni başlayan və tanınmış kinorejissorların yaradıcılığını dəstəkləyən və təbliğ edən bir platformadır. Xüsusilə qısametrajlı filmlərə həsr olunmuş festival 2023-cü …
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını açıqlayıb
Post Views: 43 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprel ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək. AZƏRTAC teatrın aprel repertuarını təqdim edir. 1 aprel – Ərəb xalq nağılı “Sindbad”, H.Cavid “Şeyx Sənan” 2 aprel – Y.Entin, V.Livanov “Bremen musiqiçiləri”, Aprel döyüşlərinin ildönümünə həsr olunur Y.Abramov, L.Bəyim “Yarımçıq qalmış…” 8 aprel – A.Şaiq “Danışan gəlincik”, F.Dürrematt “Dəlixanada …
Azərbaycanda ən çox satılan kitab yenidən nəşr olunub
Post Views: 38 Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub. AZƏRTAC xəbər verir ki, “Azərkitab” yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı mağazalarından əldə etmək mümkündür. “Sonuncu ölən ümidlərdir” Varisin 2008-ci ildə – tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk …
Kukla Teatrının aprel repertuarı
Post Views: 33 Azərbaycan Dövlət Kukla Teatrı aprel ayı üçün maraqlı repertuar tərtib edib. AZƏRTAC sənət ocağının aprel repertuarını təqdim edir. 1 aprel- “Qar kraliçası” 1 aprel- “Qoğal” (rus dilində), 2 aprel- “Məlikməmməd” 2 aprel- “Düyməcik” ( rus dilində), 7 aprel- “Cırtdan” 7 aprel- “Üç cəsur” (rus dilində) 8 aprel- “Düyməcik” 8 aprel- “Düyməcik” ( rus …
Respublika Gənclər Kitabxanası “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir
Post Views: 36 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək. Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 …
“Artım” da sərgi – “Keçmiş nəsillərdən qalan izlər”
Post Views: 34 Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq. AZƏRTAC xəbər verir ki, aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək. “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv …
Akademik Musiqili Teatr aprel repertuarını açıqlayıb
Post Views: 37 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayı üçün zəngin və maraqlı repertuar tərtib edib. AZƏRTAC sənət ocağının aprel repertuarını təqdim edir. 1 aprel –“Bremen musiqiçiləri və Pen” , “Ər və arvad” 2 aprel –“Düyməcik”, “Mən dəyərəm min cavana” 7 aprel –“Nəğməmə inan” 8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir” 9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq …
Opera və Balet Teatrında premyera
Post Views: 36 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunub. AZƏRTAC xəbər verir ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub. Dünya balet sənətinin ən populyar əsərlərindən olar “Korsar” baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri …
Opera və Balet Teatrının aprel repertuarı
Post Views: 52 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı gələn ay maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxacaq. Həmişə olduğu kimi, bu dəfə də teatrın repertuarı zəngindir. AZƏRTAC sənət ocağının aprel repertuarını təqdim edir. 1 aprel – “Koroğlu” (opera) 2 aprel – “Xanım vı Xuliqan” (balet), “Balero” (balet) 5 aprel – “Jizel” (balet) 8 aprel …
HÜSEYN BOZALQANLININ 160 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Post Views: 43 Bu il Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus rolu olan ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubiley ilidir. 1863-cü ildə Tovuzda anadan olmuş və XIX əsrin sonları, XX əsrin birinci yarısında ustad aşıq kimi təkcə Gəncə-Tovuz bölgəsində deyil, Azərbaycanın hər yerində, eləcə də Göyçədə və Borçalıda da məşhur olan Hüseyn Bozalqanlının …
Mən yazanlar şeir yox, Tanrının möcüzəsi… – İbrahim İlyaslının şeirləri
Post Views: 48 Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,Mən haqqa tapınmışam – mənim Allah varımdı. Mən yazanlar şeir yox, Tanrının möcüzəsi –Ağaca, daşa, suya, oda məktublarımdı! Qələm, dəftər – dörd divar,Sevinc, qəm, giley güzar…Şeir qoşmağa nə var?! –Şair olmaq zülümdü! Tanışlıq Kimə nə, kiməm, nəçiyəm? –Hər gələn baxır, adamam.Dünyanın ən bəd əməliAdamdan çıxır – …
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
Post Views: 63 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir. Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. …
Bu gün tanınmış aktyor Səməndər Rzayevin anım günüdür
Post Views: 71 Bu gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anım günüdür. AZƏRTAC xəbər verir ki, ölümündən 37 il ötən Səməndər Rzayevin Azərbaycan teatr və kinosunda yaratdığı bir-birindən bənzərsiz obrazlar dünən olduğu kimi bu gün də maraqla qarşılanır. Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Xalq artisti Rza Təhmasibin məktəbindən …
Bu gün Sabit Rəhmanın doğum günüdür
Post Views: 55 Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlıq”da qovuşur, “Nişanlı qız”ların “Hicran”ına son …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Atasının gül balası…” (Hekayə)
Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün …
Müasir Vyetnam ədəbiyyatı haqqında kitab işıq üzü görüb
Post Views: 40 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Sevda Məmmədovanın “Müasir Vyetnam ədəbiyyatı; Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ” kitabı işıq üzü görüb. Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş bu monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı qərarı ilə …
Azərbaycanlı şairə Nigar Arifin şeirləri Çinin beynəlxalq “ Rendition of İnternational Poetry Quarterly” jurnalında dərc edilib
Post Views: 46 Azərbaycanlı şairə Nigar Arifin şeirləri Çinin beynəlxalq “ Rendition of İnternational Poetry Quarterly” jurnalında dərc edilib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Nigar Arif (Azerbaijan)
Post Views: 112 Nigar Arif (Azerbaijan) Nigar Arif was born in 1993 on the 20th of January in Azerbaijan. She studied at Azerbaijan State Pedagogical University in the English faculty in 2010- 2014 and graduated from “III Youth Writers’ School” in “Azerbaijan Writers’ Union” in 2016- 2017. Nigar Arif is a member of “Azerbaijan Writers’ …
Şəfa VƏLİYEVA.”Gedirdim…”
Post Views: 54 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gedirdim…Yoluma bir döngə çıxdı,Gölməçə döngəyə göyün payıydı…Əlləri kəsilən kötük gülürdü,Dili də, dişi də bomboz palçıqdı…Kötüyün üstündə dünya düz idi,Bir qoca oturub sərçə sayırdı… Gedirdim…Yolumdan eylədi məniBuludun …
Şəfa VƏLİYEVA.”Şairlər gününə özəl…”
Post Views: 70 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Ölə bilmir şairlərÖlümü özü yazanBir şair var haradasa…Onu sevindirmir dan,Günəş batırır yasa…Qaranlığın aşiqi,Məsumluq şeytanıdır…Gecənin yaraşığı,Əcəlin sübh anıdır…Ağlamır…QəhərindəQələmi üzdürür o…Dünyanın səhərindənŞeirini küsdürür o…Gözünün qarasındanBəzəyir vərəqləri…Ayla gün arasındanKeçirir …
Xəyalə XEVİL.”Yaşımın az vaxtından”
Post Views: 48 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Yaşımın az vaxtındanBoylanır xatirələr.Aramızdan ötüb keçənNəhəng illər görünürSaçlarının ağında.Necəsən, ömrüm-günüm?Məndən sonra nə oldu?Hansı üzü əzizlədinƏlinin sığalında?Bütün köhnə xəbərləriDanış, təzədi mənə.Söylə, onun üzü, gözü,Nəyi bənzədi mənə?…Sən gəlsən,Hamıdan çıxıb gedərdim-Nələri xatırladım.O şəhəri, …
Xəyalə XEVİL.”Səni çox xatırladırdı”
Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Səni çox xatırladırdı,Yatıb öldürdüm gecəni.Dağıtdım fikrimin səliqəsiniKi, düşünməyim heç səni.Nə yeridi,Nə vaxtıdı həsrətin.İndi səni düşünməyəBəs axı nə gərək var?Fikirli gəzirəm,Qəmgin gəzirəmGörən deyir,Bu işdə bir ürək var.Ümid bitir,Təsəllilər başlayır:Qoy getsin gedənlər,Nə …
Arzu HÜSEYN.”Səni gözləməyi yadırğamışam”
Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Səni gözləməyi yadırğamışam,Unudub pəncərəm yol izlərini.Üfüqə boylanıb ruhum hər axşam,Boyamır həsrətə gündüzlərini. Səni gözləməyi yadırğamışam,Qəmin yox beynimin xatirəsində.Əllərin çoxdandır cığır çəkməyir,Tərli bədənimin xəritəsində. Səni gözləməyi yadırğamışam,Taqət də qalmayıb ayaqlarımda.Daha həya edib qızara bilmir,Eşqin, ehtirasın yanaqlarımda. Səni gözləməyi yadırğamışam,Nə qərib …
Arzu HÜSEYN.”Aldığım nəfəs kimisən”
Post Views: 52 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Aldığım nəfəs kimisən,Bircə ölümə bəndsən.Çalış daha dönmə geri,Bu dəfə çıxıb getsən. Gecə olsan, mən də sərinSinən üstə uyusam.Qaynayan səhra qumu tək,Soyusam e, soyusam. Başım üstə kərkəslərin,Uçuşuna baxarsaq.Bəlkə yenə ümüd doğar,Sabaha sağ çıxarsaq. Ruhum iftar süfrəsiydi ,Ac gəldin yedin, bitirdin.Mən …
Sona İNTİZAR.”AYRI DÜŞÜB YERLƏRİMİZ”
Post Views: 39 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Mən sevirəm, sən biganəAlışıram yanə-yanəSən bir yanə mən bir yanəAyrı düşüb yerlərimiz*Həsrət mənə, sevinc sənəDərd – qəm düşüb yenə mənəŞadlıq-baş tacı sənəAyrı düşüb yerlərimiz*Ahu-fəğan eyləmirəm ,Danışmıram, nə gülmürəm ,El deyir, mən ki, demirəmAyrı düşüb yerlərimiz*İNTİZAR ləqəbim olubKədər də sirdaşım olubDərd çəkənDərdimi bölənQələm, bir də …
Sona İNTİZAR.”HƏYATIN QULU”
Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müaviniSadə bir qızam mən, yara inanan,Canın qurban edən, eşqə sığınan,Gəncliyi puç olan, ömrü dağılanVəfasız həyatın quluyam, qulu*Alışır ürəyim, közərir hisslərAldanıb, çarəsiz ağlayır gözlərKarıma yetməyir o şirin sözlərVəfasız həyatın quluyam, qulu*Dözdüm hər əzaba, sinə gərib mən,Döndüm İNTİZAR-a, buna səbəb sənSən oldun ömrümü məhv edib gedənVəfasız həyatın …
Cəfərova Filizə dəstək!
Post Views: 48 Qeyd edək ki, Cəfərova Filizin atası Daşdəmir Cəfərov 17 ildir ki, Rəşadətli Azərbaycan Milli Ordusununun hərbi qulluqçusudur. II Qarabağ müharibəsi iştirakçısıdır. Silahlı Qüvvələrin MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI, Azərbaycan Respublikasının PrezidentiZati-aliləri cənab İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” medalı təltif olunub.
Körpə Həsən və Hüseynə dəstək olaq
Post Views: 42 “Körpə Həsən və Hüseynə dəstək olaq” kampaniyası davam edir. 2016-cı il təvəllüdlü Cəfərov Həsən və Cəfərov Hüseyn üçün hər kəsə göstərilən hesaba pul köçürə bilərlər. Əməliyyata ehtiyacı olan hər iki qardaş üçün toplanılmalı olan məbləğ 75000 dollara bərabərdir. Qeyd edək ki, Həsən və Hüseynin atası Daşdəmir Cəfərov 17 ildir ki, Rəşadətli Azərbaycan …
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 79 Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz …
21 Mart-Novruz bayramıdı!
Post Views: 40 Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox …
22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
Post Views: 45 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …
22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
Post Views: 37 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü. Mündəricat Həyatı[redaktə | mənbəni redaktə et] Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu …
21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Post Views: 48 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …
Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var
Post Views: 30 Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. 16 mart tarixinədək müxtəlif şəhər və rayonlar üzrə 15 minə yaxın uşaq qeydiyyatdan keçib.Xatırladaq ki, uşaq festivalı 21 …