Post Views: 134 Təbiətin sirrinə bax Dağlar qardı kənt də çiçək, Hər ikisi gözəl göycək. Gəl bir yerdə seyr eyləyək, Təbiətin sirrinə bax. Kənt yaşıldi dsğıar ağdı, Bunlar yazdan bir soraxdı. Bülbül ötən güllü bağdı, Təbiətin sirrinə bax.
Azərbaycan ədəbiyyatı
Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər
Post Views: 127 Sən oldun Nə sağ nədə solunda Gəzdim bu eşq yolunda Sevgimin baş rolunda Mənə qalan sən oldun Dedilər atacaq səni Düşündüm olar yəni? Sevdiyin üçün sən məni Mənə qalan sən oldun Yaxınlarım uzaqda Gərək deyim bu haqda Xəstə ikən yataqda Mənə qalan sən oldun.
Məhəmməd ŞÜKÜRLÜ.”İkinci Dünya” (Hekayə)
Post Views: 154 Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı …
EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…
Post Views: 106 11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, …
Gənc xanım yazar Günay Həsənlinin yeni kitabı işıq üzü görüb
Post Views: 96 “Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü …
Gülnarə İSRAFİLQIZI.”Səni gördüm uzaqdan “
Post Views: 99 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …
Fidan ABBASOVA.”Ömrümə yazılmış ən gözəl anım…”
Post Views: 111 Seni elə sevdim inanmadım ki bu sevən mənəmi ? yada xəyalım Səni elə sevdim düşünmədim ki ömrümə yazılmış ən gözəl anım… Səni elə sevdim susdu çay səsi qəlbimdə döyünən sevginin səsi səni elə sevdim görən hər kəsi istədim şahidtək bura çağırım….. Səni elə sevdim dənizlər qədər bəlkədə göydəki ulduzlar qədər sən elə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 157 Bu sevginin üzü payıza tərəf İçində bir ovuc xəzan daşıyır, Həzindi, səssizdi, dinmir bu sevgi. Bir uçuq daxmada tənha yaşayır… Bu sevginin üzü payıza tərəf. Əlində kədər var, qəmini didir. Çaxılıb üzüstü daşa bu sevgi. Elə yarpaq- yarpaq tökülüb gedir, Bu sevginin özü payıza tərəf. Adı “sevgi” imiş… ad təsəllidi, Heç özü …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 112 * * * bir gün gələcəm sizə, elə-belə… təsadüf… qonşu qoyacaq sözə, -arsızdı, özü gəlib… keçəcəyəm mətbəxə, qaynayacaq çaydanın… dadı qalıb deyirlər, damağında dolmanın… eyninə alma, gülüm, çox dolmalar bişəcək… bizim toyun apreli hər təqvim bəzənəcək… Bakıda ayrı olur İlin dördüncü ayı… Gəncədə bir qız solur, Əynində həsrət payın… səndən küsən bu …
Şafa KAMİLLİ.Yeni şeirlər
Post Views: 94 Bəsdi yağdin ey yağiş… Bəsdi yağdin ey yağiş , Sən yağirsan aramsiz , Urəyimi uzursən , Qözlərimdə nəmim var . Qəlbimdə kədərim var , Bəsdi yağdin ey yağiş , Uzmusen urəyimi , Satlarla dərdləşdim , Sənınlə mən ey yağiş , Demim bəlkə azalar , Qəlbimdəki yaralar , Azalmadi ,ey yağiş . Bəsdi …
Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 95 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma Ay qonub” yeni kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakıgözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir Azərbaycanın …
Ülkər PİRİYEVA.”Yağışın hissi”
Post Views: 100 DGTYB üzvü Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə …
Əsmər QASIMLI.Yeni şeirlər
Post Views: 90 GƏTİR… Axtar, ara özgələrdən, Qar-qarışıq döngələrdən. Pərakəndə cərgələrdən, Səhmanımı gətir mənim… Könül mülkümdəki taxtdan, Qalıb təkcə quru taxtan. Ümidsizəm mən bu baxtdan, Fərmanımı gətir mənim… Alnındakı qara ləkə, Vay o günə fələk çəkə. Məhəl qoyma cütə, təkə, Dildarımı gətir mənim… Saf arzusan, kirli xəyal, Təbiətdən mənə pay al, Qar-borandan tapıb macal, Baharımı …
Şəhanə MÜŞFİQ.Yeni şeirlər
Post Views: 142 Tənhalığın simfoniyası Tənhalığın rəsmini çək, rəssam. Bir az aydın çək, qarışıq olmasın. Qarışıqlığın olmamasıdır Tənhalıq. Dağınıq saçlar çək, Küləyin böyük bir səylə üzünə dağıtdığı saçların xəfif toxunuşla düzəldənin olmamasıdır
Qafqaz ƏVƏZOĞLU.”Yeri get, qız”
Post Views: 108 Sən məni heç zaman sevə bilməzsən, Məni sevənlərin sonluğu – yalqız. Aldanma beləcə görkəmimə sən, Yeri sev ağıllı bir adamı, qız! Məni sevənlərin ağılı yoxdur, Mənim şıltaqlığım dözülməz, çətin. Yeri get yerində sakitcə otur, Vallah, mən deyiləm sənin qismətin! Səni qısqanaram mən yerə, göyə, Doğma ataya da, südvermişə də… Kasası – hamıya, …
İnsanlar, qoruyaq təbiəti Biz
Post Views: 125 Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız. Heydər Əliyev, Ümummilli lider Rafiq ODAY – şair, publisist (SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti) 2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 113 Yol Bu yol xarabalıq,bu yol abadlıq, Yolun ortasında ölüm oyanıb. Kim deyir başlanğıc doğum ilidi? Yolun lap sonunda ilim dayanıb. Bu yol məhəbbətdi, bu yol məşəqqət, Ayağım torpaqda sırsıralanıb. Yolun üzündəki mənim göz yaşım, Yolun ürəyində sirr sıralanıb. Bu yol qara geyib, bu yol ağ geyib, Əvvəli ortası sonu ağ-appaq. Yolun kiprikləri, …
Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)
Post Views: 97 Deyirdilər gedən üçün ağlama bilmirlər ki mən nə üçün ağladım heç bir zaman xatirəndə saxlama Xatirəmdə çox gümanki qalamdın….. Üzüb məni yetərincə sözlərin ağlar qalıb səndən sonra gözlərim şükür hələ gedə bilir dizlərim sən heç zaman gerçək hissim olmadın Saniyələr ötüşdükcə ömürdən çıxmaq olmur tale verib əmirdən çarəsini sarılaraq səbrdən sən heç …
Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)
Post Views: 164 Uşaqkən bilməzdim imtahan nədi… Sadəcə bilirdim qorxurlar ondan. Məni titrətməzdi sorğu-suallar, Keçməsəm həyatın sərt sınağından. Böyüdüm biliyim, təhsilim artdı, Hətta imtahan da etdilər məni. Mənə suallar da şirin gəlirdi, O zaman bilmirdim məhəbbət nədi. Məhəbbət deyilən nə ağır sınaq, Cavabsız suallar yaman çətindi. Keçəmməsəm ümidlərim sınacaq, Sınan qəlbin ağrısına döz indi.
Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)
Post Views: 89 bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən… arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi… aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi… gülmək taxım üzümə… axı “güclü qadın”am… öpüb yatım şəklini, yolun düşsün yuxuma… Nolur… bir …
Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)
Post Views: 124 İlk bahar çiçəyi təravətlidir, Sənə bəslədiyim hislərim kimi. Bülbül öz gülünə səxavətlidir, Sənə sadiq qalan ürəyim kimi. Bir bulaq suyu tək safdır göz yaşım, Süzülsə gözümdən eşqin yolunda. Günəş sönük qalar, bil, şöləsindən, Alışsa ürəyim sevgi odunda. Dağlar əzəmətin itirər o an, Sevgimin vüqarı danışsa əgər. Əslisi uğrunda Kərəmdir yanan, Bu sevgi …
Mais TƏMKİN.”Olmasın”
Post Views: 77 A dostlar, sərvətə meyl etməyək çox, Yaşayaq həyatda daim gözü tox. Yetmişdə, səksəndə köçsək, eybi yox, Vədəsiz bir ölüm-itim olmasın. Dəyməsin ürəyə kədərin tamı, Susmasın qəlblərin arzusu, kamı. Atalı, Analı böyüsün hamı, Heç kəsin balası yetim olmasın! Təmkinəm, səadət dilərəm sizə, Şadlanaq toylarda hey süzə-süzə. Allah hər neməti bol etsin bizə, …
Zeynəb DƏRBƏNDLİ.”Qayıtma daha” (Yeni şeir)
Post Views: 141 Məni var dövlətə satıb getmisən Eləbil arzuna çatıb getmisən. Özgəni qəlbində tutub getmisən, Dönmək istəsəndə, qayıtma daha. Mənim hər sözümü söz eylədin sən, Sirrimizi yadlara söylədin sən. Məni hər yetənə gileylədin sən, Dönmək istəsəndə, qayıtma daha. Məni yox, özgəni sevib inandın, Güya məhəbbətdən yanıb odlandın. Get, məni sevmədin, yad üçün yandın, Dönmək …
Allahşükür AĞA.”Bəzəyək həyatı sevgiylə, gülüm” (Yeni şeir)
Post Views: 106 Məhəbbət bağında, sevgi bağında, Bəzəyək həyatı sevgiylə, gülüm.. Ömrün çiçəkləyən gözəl çağında, Bəzəyək həyatı sevgiylə, gülüm…. Asta–asta gəlsin qoy neyin səsi, Qarışsın bahara könül nəğməsi, Duymuşam səndəki eşqi, həvəsi, Bəzəyək həyatı sevgiylə, gülüm…. Nə qədər imkan var sevək–sevilək, Şirin duyğularla döyünsün ürək, Ömür yollarında əl–ələ verək, Bəzəyək həyatı sevgiylə, gülüm… Hər səhər …
Şəhanə MÜŞFİQ.”Nə yazım?!” (Hekayə)
Post Views: 106 Qarşısında dəftər, əlində qələm dayanmışdı. Nə yazacağını, necə yazacağını bilmirdi. Hər zaman səsli – küylü, bir dəqiqə yerində dayana bilməyən nadinc uşaq indi bacardıqca hər kəsdən gizlənməyə çalışırdı. Bəlkə də əlacı olsaydı bu dəqiqə heç kim onu görməsin deyə yerin dibinə də getməyə razı olardı. Körpə qəlbi hürkmüş bir quş ürəyi kimi …
Şəfa KAMİLLİ.”Sən” (Yeni şeir)
Post Views: 102 Baharla bərabər ömrümə gələn, Bahar tək özünü mənə sevdirən Baharlı günləri mən bəxş edən, Təkcə sən, sən oldun ömrümə gələn, Gəlişin bahar tək gözəl, gözlədim yolun Bahar gəlişi kimi gözlərimi yolda qoydun , Hardaydın, de niyə belə gec gəldin?! Qışın buzun ,sazağını, soyuğunu sən əritdin, Ömrümə bahar gətirən adam. Ən yaxın sirdaşım, …
Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)
Post Views: 113 Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi …
Şəfa KAMİLLİ.”Özüm özümü tanımaz öldüm …” (Yeni şeir)
Post Views: 151 Həyatım çox sakit ,hissiz ,duyğusuz , Sən gəldin ömrümə ,özümü tanımaz oldum… Ölmüşdü hislərim bu həyat eşqim , Nə etdin sən mənə mən belə öldüm… Fikirli gəzirəm nütün günü mən, Özümdə bilmirəm nə istəyirəm. Àyığam, bəlkə də yuxuyadam mən, Ən əziz, ən doğma duyğudayam nəm. Nədən belə öldüm , bu nə haldı? …
Debüt: Xəyalə SEVİL (Gəncə şəhəri).Yeni şeirlər
Post Views: 205 Xəyalə Sevil (Abbasova Xəyalə Vaqif qızı) 1985-ci il mart ayının 18-də Gəncə şəhərində anadan olub.Azərbaycan Dövlət Müəllimlər İnistutunun “Pedeqoqika və metodika” fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.”Gənc ədiblər məktəb”ində təhsil alıb.”Səni sevdiyimi bilməyəcksən” , “Bəxtimə çıxan adam” , “Daş”,”Saçlarıma ay qonub” kitablarının müəllifidir. Saçlarıma ay qonub Düşdü …
Debüt: Anar ALIYEV (Qax rayonu).Yeni şeirlər
Post Views: 248 1973- cü il 21 iyun tarixində Qax rayon Almalı kəndində anadan olmuşam. Ailəmiz 7 nəfərdən ibarət idi. 3 bacım, qardaşım ,anam və mən.Atam dünyasını dəyişib.Tam orta təhsilimi doğma kəndimdə almışam.Ailəmiz ziyalı ailəsidir.1991-1996-cı illərdə hərbi xidmətdə olmuşam.1997-ci ildə bakı Dövlət universitetinin tarix fakültəsinə qəbul olmuşam.Müəllimlik fəaliyyətinə Qax rayonunun Almalı və Dəymədağlı kəndlərindən başlamışam.2005-ci …
Elnur ABDİYEV.”Bu gün gəldik,üz-üzə”
Post Views: 121 Bu gün gəldik,üz-üzə, Yanında həyatının, Yoluna yoldaş olan, Səni sənlə yaşayan, Bir sevgi heykəli var. Sənə baxdım ustaca, Toqquşarkən baxışlar, Endi gözlərdən yerə, Sarmaşdı,bir-birinə, O şirin sözlərimiz. Gör,nə qədər dəyişib? O uşaq üzlərimiz? O hamar çöhrələrə, Vaxt salıb şırımını. Araya salıb,gülüm, Həsrət aşırımını. Daha yollar haçalı, Sənin öz ocağın var. Bəlkə,bir gül …
Nail DAĞLAROĞLU.”Xəsdə tək dərdindən qoyma sozalım”
Post Views: 93 Elə dayanmısan bir maral kimi, Susuram önündə, sanki lal kimi. Yuxumu görürəm bir xəyal kimi?, Qıymaginən səsiz qalım, a zalım, Xəsdə tək dərdindən qoyma sozalım. Rəsmınə baxdıqca çoxalır dərdim, Xumar gözlərini duyğulu gördüm. Dağlar çiçəyindən bir cələng hördüm, Telinə düzməyə yetər gözəlim, Xəsdə tək dərdindən qoyma sozalım. Həsrətindən yanar oda qalandım, Səndən …
Əlirza HƏSRƏT.”Şehində şəfəqlər saçıb çəmənin”
Post Views: 100 …Gözünün yuxusu qaçıb çəmənin, Şehində şəfəqlər saçıb çəmənin. Külək yaxasını açıb çəmənin, Mindirib şöhrətə,şana gülləri. Qəfəsdə çırpınan divanə quşdum, Ən gözəl nəğməmi bahara qoşdum. Onda gözlərimdə suya qoymuşdum,- Dərib döndərdilər qana gülləri.
Hikmət MƏLİKZADƏ.”Sən elə bildin ki, eşq səltənətdir…”
Post Views: 118 Sən elə bildin ki, eşq səltənətdir, Hər axşam üzümə qapı bağladın. Qonşu elçi gəldi, baş barmağına Mənim rənglədiyim sapı bağladın. Dünən düşüb itib nişan üzüyün, Bilirəm, dünəndən əlin üşüyür. …Mənim də gözümdə məndən nigaran Bir ruhu havalı gəlin üşüyür… Könül vəsf eləmir sən deyən sözü, Götür nəyin varsa, canımdan gen dur. …Tanrı, …
Saqif QARATORPAQ.”Qabağımı kəsən var”
Post Views: 110 Daha səni qaçırası deyiləm, Daha yoxdu yollarının qorxusu. Anan bilsə çəkməyəcək daha qəm, Qaçmayacaq innən belə yuxusu. Yuxularım çin olmadı, neyləyim?! Nədən oldu?-Ya taledən, ya baxtdan, Sinəm dolu, üzüm gəlmir söyləyim, Köks ötürüb boylanıram uzaqdan. Arzularım, diləklərim, şüşəydi, Sındı qəfil, qəlpə-qəlpə töküldü. Səni tale, məni də ki vaxt əydi, Sınan qəlbi bacarırsan …
Mais TƏMKİN.Yeni şeirlər
Post Views: 135 Verin Demirəm ki, qızıldan siz mənə taxt-tac verin. Qaytararam yenə də, Yaxşılığı borc verin. Sevən qəlbi sıxmayın, Yandırmayın, yaxmayın. Şairləri yıxmayın, Həvəs verin, güc verin! …Sözdən başqa işim yox, Ayrı bir vərdişim yox, Sağlığımda ,,beş”im yox. Heç olmasa öləndə, Sağlığıma üç verin!! 22.03.2015 Dərdimin Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş …
Xalq şairi Səməd Vurğun doğum günündə anılıb
Post Views: 79 21 mart 2015-ci il tarixdə Qazax rayonunda yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi Səməd Vurğunun doğum gününə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin …
Gülnarə İSRAFİLQIZI.”Başa düşsəydin!” (Yeni şeir)
Post Views: 97 Başa düşsəydin! incitməzdi sözüm. bilirəm,başa düşməyəcəksən. yadındadır? çürütdüyün xəzinənə işıq daxil olmuşdu ki… xərclədiyin ləlin qədərini biləsən. hardan yadında olsun ki… yadında olsaydı, xəzinəni, başayaq keçən günlərə dəyişməzdin. bir udumluq, dünyanın ovcunda çiliklənməzdin… hardan biləsən ki, çilginin, doğrayır ömürünü. bir gün kaşlar, parçalarını birləşdirəcəkmi?! birləşmək, çiliklənmək qədərmi?! suallar cavab dolu… cavablarsa sual …
Fidan ABBASOVA.”Seçməsəydim, xoşbəxtliyim dururdu…” (Yeni şeir)
Post Views: 129 Nə ümidlər bəsləmişdim içimdə, bir başqası gəlib onu uçurdu. Tələsdim mən bu taledə seçimdə, seçməsəydim, xoşbəxtliyim dururdu… Vədəsinə səbr, dözüm qalmadı, təsəlliyə toxdur mənim ürəyim. Bir gün olsun axtarmadı, sormadı, indi artıq deyildir o gərəyim… Ruhu ölmüş, eşqi sönmüş küləm mən, ocaq altda, odun üstə səpilmiş. Gözü dönmüş , sözü bitmiş diləm …
Şəfa VƏLİYEVA.”Poçtalyona məktub…” (Yeni şeir)
Post Views: 109 Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon… Qırma yarın ürəyini, Eyləmə para, poçtalyon… Dəyişik sal o ünvanı, Başqa qapını silkələ… O ağlayaraq oxuyar, Başqaları gülə-gülə… Qaytar geri günahımı, Savabın da qoy bu olsun… Girmə mənim günahıma, Qıyma ki, gözləri dolsun.. . Qaytar geri məktubumu… Gəldiyi ünvana göndər… Vallah, ağladacaq onu, Titrəyəcək açan əllər… …
Şəfa EYVAZQIZI.”Bir şəklin qalaydı” (Yeni şeir)
Post Views: 161 O ötən günlərdən xatirə kimi, Nə ola bir şəklin qalaydı məndə. Qırıq ürəyimə kömək, təsəlli, Nə ola bir şəklin qalaydı məndə. Gecdi göz yaşımı töküm o günə, Günlər yas saxlamır itkin ömrünə. Mən kölgə oluram yollara yenə, Nə ola bir şəklin qalaydı məndə. Bilirəm rəsmin də qəm gətirəcək, Zilimi udacaq, bəm gətirəcək, …
Şəhanə MÜŞFİQ.”Məni Sənə qısqanan saat” (Yeni şeir)
Post Views: 101 Bu gün uzun oldu deyəsen, Sənsiz hansi günüm yerindədir ki? Yoxluğun könül evimdə taxt qurub, Səndən yadigardır deyə Ona da baş əyirəm… Sənsiz saat da qəsdimə durub elə bil, Əqrəbin hər addımı Adını pıçıldayır qulaqlarıma… Saat məni sənə qısqanırmış elə bil Səninləykən yel qanadı açan əqrəb Indi yeriməyə də tənbəllik edir. Üçümüzük …
Teymur HƏBİBİ.”O qızı unutmaram mən”
Post Views: 132 Gozlərim bir gozəl gordu, Məni gorub o da suzdu, Naz eləyib, həm də uzdu, O qızı unutmaram mən. Aşiq oldum zumrud gozə, Həsrət qaldım şirin sozə, Deyin, bu dərdə kim dozər, O qızı unutmaram mən. Urəyimdə arzu qaldı, O qız canımdan can aldı, Duşduyum bu hal nə haldır, O qızı unutmaram mən. …
İlkin ABBAS.”Tənha küçələrin “yol yoldaşı”yam” (Yeni şeir)
Post Views: 109 Yoxluğun gətirdi ömrümə qəmi, Soldum susuz qalan zəmilər kimi. Gedişinlə mənim sevən qəlbimi, Batırdın dəryada gəmilər kimi. Artıq ürəyimdə qalmayıb dözüm, Gözlərdən axan bir kədər yaşıyam. Ardınca qaçıram xəyallarının, Tənha küçələrin “yol yoldaşı”yam. Nəyin çatışmadı, de, axı nəyin? İnan acıyıram sənin halına. Mən sənə ömrümü hədiyyə verdim, Sən məni dəyişdin dünya malına. …
Vasif ZÖHRABOĞLU.”Yatmağa həvəsim yoxdu qəbirdə…” (Yeni şeir)
Post Views: 106 Dünya da küsdürdü özündən məni, Yox daha, ürəyim heç kəsi sevməz. Allahın sevdiyi kasıb bəndəni, Allahın qarnı tox bəndəsi sevməz. Baxdığın aynada özünü tanı, Səni bu aynadan qoparan da var. Allahdan havayı aldığı canı, Allaha minnətlə qaytaran da var. İnsanın ayagı torpağdadırsa, Torpağın bətnində kiriyər belə. Şamın kəraməti yanmağdadırsa, Şam da öz …
Elnur RƏSULOĞLU.”Məmməd Arazın” (Yeni şeir)
Post Views: 136 Kədərə qərq edib Azərbaycanı Ağlatdı vəfatı Məmməd Arazın. Nə qədər dünya var yaşayacaqdır, Bitsə də, həyatı Məmməd Arazın. Fırçatək yaratdı min rəng qələmi. Mizrabtək yaratdı ahəng qələmi. Həqiqət uğrunda tüfəng qələmi, Söz oldu sursatı Məmməd Arazın. İti qələmiylə söz kəsarəti Qaldırdı ayağa xalqı, milləti. Fəxri təltiflər yox, xalq məhəbbəti Oldu mükafatı Məmməd …
Elnur ABDİYEV.Yeni şeir
Post Views: 88 Gecə Vətən dərdinə, Söykənib baş qoyuram. Səhər Vətən ağrısın, Ağrım bilib gözümdə, Mən qəlbən yuyunuram. Dərdlərim damla-damla, Süzülür,gözlərimdən, “Tanış olaq,oxucum, Tanış olaq,bu mənəm!” Bu, mənəm ki səsimi, Xocalının ahına, Qəlbimin sevgi adlı, Vətən qibləgahına, Yönəltmişəm nə vaxtdır? Bu mənəm ki elimdə, Soydaşlarım yuxulu, Düşmənlərim oyaqdır. Bizi səsləyir,Vətən, “Tanış olaq oxucum, Tanış olaq,bu …
Debüt: Allahşükür AĞA (Saatlı rayonu).Yeni şeirlər
Post Views: 101 Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli …
Sadiq SALEH.Yeni şeir
Post Views: 141 Ey gül, eşidərkən gedişin qəmli küləklərdən, Bir ahu –nəva hasil olar göydə mələklərdən. Bir aşiqin əlbəttə ki, dövründə mənim qədri, Başı gözəlim çəkmədi ta dərd fələklərdən. Bülbüllərik əfqan edən hicrində ,əlamətdir, Qan yaşımızın rəngi,gülüm,bağda çiçəklərdən. Ya Məhdi zuhur etki düzəlsin bu fəna mülki, Ətrin gəlir hər bir açılan əldə,diləklərdən.. Yox taqətim ey …
Şəfa KAMİLLİ.” Sən necə unuda bilirsən məni?!” (Yeni şeir)
Post Views: 157 Deyirsən yaddaşım çox zəifləyib, Sən necə unuda bilmisən məni? Mən? Səni unutmaq? Gecəmdə, gündüzümdə, Hara baxsam gözümdə Sən varsan. Hər anımda, sən varsan, Min dəfə doğlub dünyay gəlsəmdə, Min dəfə bu dünyadan köçsəmdə, Qəlbimdə sevgin doğulub, Qəlbimdə sevgin ölərəm Amma düşünmə ki, Mən səni unuda bilərəm Sən mənim yuxusuz gecələrim, Yuxulu sabahlarımsan, …
Hikmət MƏLİKZADƏ.”Fikrim başayaqdır, duyğum ütüsüz” (Yeni şeir)
Post Views: 111 Fikrim başayaqdır, duyğum ütüsüz, Nifrət bombasıyam ta mən Allahsız. Ürək qızdırmalı bir bəndə qalmıb, Ya Allah mənsizdir, ya mən Allahsız. …Sən kimsən, nazından öldüyüm adam? Tətiyə yönəlmiş barmaq kimisən. Sən də, a ürəyi qara daş qadın, Könül bulandıran qarmaq kimisən… Mən fəda elədim yolunda, nə var, Ağlama, gözünə yazığın gəlsin. Yüz baxış …
Saqif QARATORPAQ.”Nəyi gözləyirsən susub bu qədər” (Yeni şeir)
Post Views: 177 Nəyi gözləyirsən susub bu qədər, Bəs niyə demirsən qəlbindəkini?! Dolanıb dünyanı əlində çıraq Gəzib tapammazsan bir də bu günü… Hələ səninkidi bu vaxt,bu vədə; Hələ əlindədir bütün ixtiyar. Bu saxta qüruru tulla bir yana, Bu qapı,bu kilid,bax,bu da açar. Tanrı qədəminə düzüb bu yolu, Bəs niyə gedirsən ayrı yolla sən? Qanrılıb o …
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib
Post Views: 129 11 mart 2015-ci il tarixdə, saat 14 : 00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə AYB üzvü,Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhməd, AYB və DGTYB üzvü, Gündəlik …
Kənan AYDINOĞLU.”Türkün Türkçülük Dastanı” (Poema)
Post Views: 1. 220 Azerbaycan türkcesinden Türkiye türkcesine çeviren: Kamran MURQUZOV Azerbaycanın Kültür ve Edebiyat Portalının Kurucusu ve Çevirme bölümünün Baş editörü “Türk’ün Türkçülük Destanı” (Poema) Türk-Müslüman dünyasının kurulmasında ve toprak bütünlüğünün korunmasında zaman zaman kendi hökmdarlı borçlarını layıkıyla yapan Nuri Paşa’ya, Osman Gazi’ye, Ertuğrul beye ulu sayqılarla! “Türk’ün Türkçülük Destanı” yoğrulub gelir Turandan, Türkler yine …
Gənc yazar Kənan Aydınoğlu ilə görüş keçirilib
Post Views: 153 10 mart 2015-ci il tarixdə, saat 13:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbin Rəhbərliyinin təşkilatçılığı ilə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimi və …
Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl…” (Yeni şeir)
Post Views: 99 Göydə ulduz əlçim-əlçim, Gözlərimə baxar, gedər… Bu həsrətə dözəcək kim, Həsrət məni yaxar, gedər… Göydə ulduz qatar-qatar, Sərnişini xəyalındı, Bəxtim elə yatar, yatar, Röyası da hicranındı… Göydə ulduz birər-birər, Hərəsi bir güvən, ümid… Məni məndən alar gedər, Vüsaldan üzülən ümid… Göydə ulduz düzüm-düzüm, Unutdurar məni mənə… Daha yoxdur sənə sözüm, Qaytar ver …
Ramil ƏHMƏD: Özüylə söhbəti…
Post Views: 143 Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını …
Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib
Post Views: 148 3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, …