Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3841 - 3900 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gecikdim”

Post Views: 96 Arzu göyərtməyə gəldim həyata, Qəlbim günəş oldu, iradəm alov, Sevincə bərabər nə var dünyada, Qəmdən betər olur gec gələndə o. Neçə yol boylandım yaz səhərinə, Bəxtimə düşəcək günü gözlədim. Döndərdim könlümü əkin yerinə, Bir ovuc ümiddən zəmi gözlədim. Gözləyə-gözləyə xərclədim ömrü, Səbrimin səddini aşa bilmədim. Kəsdi yollarımı taleyin əmri, Fürsət nə vaxt …

Azərbaycan ədəbiyyatı

Gənclər mükafatçısı Gülnar Səmanın şeiri “Usare” dərgisində çap olunub

Post Views: 162 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ələsgər yurdunda dinən nəğmələr”

Post Views: 95 Ələsgər yurdunda dinən nəğmələr, Yenə gözəllərin dodağındadı. Gözündəb süzülən ayırlıq özü, Dumduru bir nəmli yanağındadı. Baharı izləyib, yaznı çəkmək, Qələmlə qaşını, sazını çəkmək, İşvə gözəllərin nazını çəkmək, Əzəldən bu yurdun ocağındadı. Saz kimi göynəyib, ney tək inləmək, Axan bulaqların səsin dinləmək, Dost olan Allahı haqqa ünləmək, Min şeir mülkünün qucağındadı. Günəşin doğmağı, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Keçilməz sədləri yarıb, gəlmişəm”

Post Views: 129 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Allaha sığınıb, həyatı boyu, Keçilməz sədləri yarıb, gəlmişəm. Ustadım Yunus tək illər uzunu, Bu qərib dünyanı yorub, gəlmişəm Gözümü açandan “Quran”ı gördüm, Bir vaxtlar Muğanı, Aranı gördüm, Türkün diyarında TURANI gördüm, Dostların halını sorub, gəlmişəm Kədərlə üz-üzə qalmışam mən də, Allahı …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Bu dünya qədərdir qədərinəcən”

Post Views: 90 Məni sarsıtsan da sınan deyiləm, Hələ sınmaq deyil qarılmağım da. Yapış əllərimdən saman deyiləm, Gözlərin qorxmaın qırılmagımdan. Külümü sovurma, qorum alışar, Qoruna bilməzsən qorun əlindən. Qaçmasam ağ olar-gorum alışar Eybinə kor olan korun əlindən. Bu dünya qədərdir qədərinəcən, Hər kədər qədərlə yoğrulan dərddir. Mənə qəm yedirmə yetərinəcən, Onsuz da yerimə doğulan dərddir. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”İnana bilmirəm”

Post Views: 140 Sən bir uşaqsanmiş mən bir oyuncaq Sən demə sevgimiz əyləncə imiş. O ara verməyən gizli görüşlər Günlərdən asilmiş yelləncək imiş. Gözümü bağladin göz görə görə, Özümə gəlməmiş özündən getdin. Söz verib and içib peyman bağladiq, Gözümü açinca sözündən getdin. De, necə unudum sənsizliyimi, Yoxsa sənin kimi itirib gedim Dünən gözlərimdə gülən sevgimi …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Hardasan?”

Post Views: 110 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Əl çatmayan,ün yetməyən uşaqlığım, Xəyalımı tərk etməyən uçaqlığım. Yaddaşımdan heç itməyən uşaqlığım- Hardasan? Köhnə kəndin,köhnə dəbli məktəblisi, Həm çalışqan,həm əsəbli məktəblisi. Məktəbinin ən ədəbli məktəblisi- Hardasan? Hərarətsiz,soyuq,sönük cavanlığım, Özü sısqa,dərdi böyük cavanlığım, Etibarsız,üzü dönük,cavanlığım- Hardasan? İlk baharım,güllü yazım,arzularım, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Seyri-Səfa”

Post Views: 116 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Gəlsə də yay fəsli,yaylaqda yazdır, Heç solmaz dağların gülü,çiçəyi. Zirvə yay tanımır,hey qarı vardır, Qırov bağlayıbdır dağın birçəyi. Rayihə bürüyüb yalı,çəməni, Şəfalı bitkilər ürkəkcə baxir. Yamaclar yamyaşıl,sanki səməni, Qar suyu dərədə şur ilə axır. Baldırqan,gicitkən,qaraqınığa, Lilpar qantəpərə qaş-göz eyləyir. Süsən,solmazgülü yanaq-yqnağa, Həmərsün …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.Yeni şeirlər

Post Views: 104 “Ağlama…” Dənizlərdə ötən qəhər Ümidləri söndürməsə… Buludlanan xatirələr Yağışları öldürməsə… Ağlama… Siqar-siqar güllələnib Sevdalanıb küllənməsən… Məhzun gözlər xəyallarda Yel-yel olub yellənməsə… Ağlama… Gözəl göydə bir arzuluq Ulduzuna axmasalar… Saçlarında səhra qumu, Qucağında haqqın qulu Olmasa… bax, Ağlama… “Gecəyə bir əlçim şeir…” Həsrəti başıma çəkəcəm… Yudum yudum yox olacam… Göz yaşıma “yel bükəcəm” …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.Yeni şeirlər

Post Views: 153 Oxunmayacaq şeirim…. Ana… Bağışla atamı… Onda mən də bir belə oxşamaram payıza… Ana… Bağışla atamı… “Bizə pislik edənə ən böyük qisas bağışlamaqdısa…,, Ana… Bağışla atamı… Mən hələ yoxluğa təslim etməmişəm onu… Qorxuram çöl adamı kimi kimsəsiz, səssiz və… bizsiz olacaq sonu… Ana… Bağışla atamı… Səni and verirəm o payız toyunuza… Səni and …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”

Post Views: 76 Könlümü titrədən həsrət yelidir, Görüş yerindəyəm, gələcəkmisən? Gecənin yuxusu səksəkəlidir, Qəlbimin nigaran döyüntüsündən. Ümidim göylərdən asılı qalıb,- Demişdin: Gələcəm ay doğan kimi. Bu salxım söyüd də küsülü qalıb, Darıxır mən sənsiz darıxan kimi. Söykənib könlümün kövrəkliyinə, Məcnun bülbüllərin açılıb dərdi. Həyandır gecənin bu təkliyinə, Bülbülün naləsi, mənim həsrətim. Ulduzlar min illik karvan …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Torpaq”

Post Views: 81 Zəhmət kitabıdır, qeyrət dastanı, Oxu, varaq-varaq çevir torpağı. Onun tək insana yaxın dost hanı? Aqillər binadan sevir torpağı. Odur bu dünyanın doğum sənədi, İlk zəfər nəğməsi ona deyilib. Nəsillərə keçən bir dəfinədir, Əzəldən torpağa Ana deyilib. Atamın ovcuna bənzəyir bir az, Ətrindən, dadından, səxavətindən. Əkib becərməsən bir dən də qıymaz, Zəhmət ətri …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Olmaz”

Post Views: 139 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Altmışında eşqə düşən, Nə bilər ki, nədi gülşən, Dibi paxır qabda bişən, Yeməkləri yemək olmaz. Söz adamı tutmayanda, Söz ürəyə yatmayanda, Söz adama çatmayanda, Şeiri, sözü öymək olmaz, Bir misra da bir əsərdi, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Bir kənd vardı”

Post Views: 121 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir kənd vardı o dağlarda, İndi əlim yetmir ona. Bülbüllər susub bağlarda, Qalıb boylana-boylana. Uçub perikib quşları, Qapılar adam gözləyir, Göyərib qara daşları, Cığırlar addım gözləyir. Əyilib qəbir daşları, Möhtacdı ilahi səsə. Axan …

Azərbaycan ədəbiyyatı

Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)

Post Views: 98 Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı. – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. …

Azərbaycan ədəbiyyatı

Gülnarə MAHMUD.”Ağbutalı səma” (Hekayə)

Post Views: 112 Ülkərin bir xəstə üçün nəziri var idi. Xəstədən ümidverici xəbər eşitdiyindən bu dəfə nəzirini gecikdirmək istəmirdi. İşə gedəndə yolüstü verəcəkdi. İşi İçərişəhərdə, lakin nəzirinin ünvanı Təzə Pir məscidi olduğun dan ayrı-ayrı səmtlərdə yerləşirdi. İşəgecikməsin deyə hər dəfə təxirə salır, bu da nəzirini gecikdirməsinə səbəb olurdu. Bu gün səhər işə tez getməli idi. …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Sevgidən necə yazmayım?!”

Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Məhəbbətin üzük qaşı, Adın ürəyimin başı, Olmamışam hələ naşı, Həsrəti necə pozmayım, Bu bağda necə azmayım? Sevgidən necə yazmayım?! Sənsiz gündüzüm qaradı, Ürəyim para-paradı, Bilmirəm yerim haradı? Həsrəti necə pozmayım, Bu bağda necə …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Bağışla!”

Post Views: 76 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Dağ başını duman, çiskin alanda, Yollarımı yaman azdım, bağışla, Çox dedilər, getmə belə yolu sən. Məhəbbətə quyu qazdım, bağışla! Mizrabını vur, o sədəfli sazın, Ocağına ömrün boyu, get qızın. Qəm eləmə, istəsən özgə …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.Yeni şeirlər

Post Views: 141 “Çox günahkardı…,, evində güzgülər bir ah tanımır.. sənin pəncərənin gecəsi olmur.. yaqut dodaqlarım çox günahkardı… amma… elə yenə yağmur qoxuyur… qəhərim qəhqəh çəkir küncdə-bucaqda.. saçlarım?.. sən getdin çilikləndilər… çəkmən qapıdadı, yanır ocaq da… söndü… yəqin ki, gəlməyəcəksən… ulduzlar?.. yox.. daha çox ötmür… daha diləmirəm onlardan səni… sənə pıçıldasam səsim hönkürmür… böyümüşəm… bilirəm …

Azərbaycan ədəbiyyatı

Mirzə TƏRXAN.Yeni şeirlər

Post Views: 82 Dön özünə bax! Bir dəli oğlanam dünya gözümdə Beş qəpik dəyəri verməyir inan. Məni fikirləşən dərdimi çəkən Get öncə özünün dərdlərinə yan. Bax dünya kürkünə bürünmüsən sən Bu kürkü soyunsan sanki ölərsən. Amma bilginən ki, mütləqdir bir gün Kürün arxasınca baxıb gülərsən. Bu gülüş içinin ağrısı olar Həqiqət mülkünün oğrusu olar. Sənin …

Azərbaycan ədəbiyyatı

Mirzə TƏRXAN.”Türkiyəm!”

Post Views: 100 Ey millətim! Kökün var, taki Mu qitəsindən. Tarixin var tarixin əslindən, ötəsindən. Çətən minilliklərin ən sağlam çətəsindən. Soyun sağlam bir soydur, sağlam dur sən, Türkiyəm! Azadlıq peşindəsən, daim hürrsən, Türkiyəm! Sən İslam dünyasının , sütunusan, belisən. Sən mərdlər ocağısan, qəhrəmanlar elisən. Sən Müsəlman Türklərin dünyadakı dilisən. Dilini qısa tutma, Haqqı söylə Türkiyəm! …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.Yeni şeirlər

Post Views: 143 * * * evində güzgülər bir ah tanımır.. sənin pəncərənin gecəsi olmur.. yaqut dodaqlarım çox günahkardı… amma… elə yenə yağmur qoxuyur… qəhərim qəhqəh çəkir küncdə-bucaqda… saçlarım?.. sən getdin çilikləndilər… çəkmən qapıdadı, yanır ocaq da… söndü… yəqin ki, gəlməyəcəksən… ulduzlar?.. yox.. daha çox ötmür… daha diləmirəm onlardan səni… sənə pıçıldasam səsim hönkürmür… böyümüşəm… …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Vüsalın xoş gecəsi yar vədəsində gəlmədi” (Qəzəl)

Post Views: 95 Vüsalın xoş gecəsi yar vədəsində gəlmədi, Meydanım oldu mənim dar, vədəsində gəlmədi. Ürəyim döndü közə, alışdı hicranı ilə, Odu ram eyləməyə qar vədəsində gəlmədi. Könlümdən seyr eləmək keçdi baği-behiştini, Əl atdım, əllərimə nar vədəsində gəlmədi. İstədim yar şəninə məclisi-toyxanə qurum, Gecikdi məclisimə tar, vədəsində gəlmədi. Gəlməliydi, ay Mais, görən nə üz verdi …

Azərbaycan ədəbiyyatı

“Ruslan Dostumun Kitabı” adlı ilk şeirlər kitabının “İmza günü” keçiriləcək

Post Views: 91 12 avqust 2016-cı il tarixində saat 17:00-da Beynəlxalq Mətbuat Mərkəzində AYB vəDGTYB üzvü, Prezident təqaüdçüsü, Türküstandakı Ə.Yasəvi adına Qazax-Türk Universitetinin öyrəncisi, istedadlı gənc şair Ruslan Dost Əlinin yeni işıq üzü görmüş “Ruslan Dostumun Kitabı” adlı ilk şeirlər kitabının “İmza günü” keçiriləcək. Ünvan: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23. Beynəlxalq Mətbuat …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)

Post Views: 89 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Yalan” (Hekayə)

Post Views: 80 Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım. – Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq… Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gəldi”

Post Views: 79 O gün ki , dünyaya göz açdı insan, Kim kefə , kim də ki , əzaba gəldi. Kim çıxdı allahın , haqqın yolundan, O da ilahidən qəzəbə gəldi. Saydığım üç şeydən qorun dünyada: Qoyma ləkələnsin arın dünyada, Qudurma artsa da varın dünyada, Bir də ki , sədəlik hesaba gəldi. Səni yaradanın duy …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Deyən, çox yaşadım”

Post Views: 73 Deyən, çox yaşadım, qocaldı dünya, Məni saxlamağa taqəti yoxdur. Onu da çaşdırdı gördüyüm röya, – Xaliq özü vardı, xilqəti yoxdu… Şəffafmı əlində tutduğu qələm? Hərdən tərsə düşür sıralaması. Güya bərabərmiş sevinclə ələm, Bizik Tanrımızın qaralaması. İşıqlı dünyaya can atırıq biz, Divlar aləmidir bu zülmət dünya. Qırxıncı otaqdır hələ qəbrimiz, Sirrini saxlayıb məhşərə …

Azərbaycan ədəbiyyatı

Gülnarə MAHMUD.”İri gözlər” (Hekayə)

Post Views: 100 – Ay Zibeydə xala, deyirəm qorxu qalıbe bu Asimanın canında. Hər gecə yerindən dik atılır. Müharibədə necə qorxu keçiribsə, elə o vaxtdan heç canından çıxmır da. Deyirəm bəlkə bir çildağçıya göstərək? – çıxılmaz vəziyyətdə qalan Minəxanım qaynanasından kömək istədi: – Amma heç bilmirəm bunu ona necə deyim, ora necə aparım? Bəlkə səni …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ay işığında”

Post Views: 79 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sonetlərim – silsiləsindən Sənin o növraqlı yolların üstə, Çiçəkli baharam,qönçə güləm mən. Bir ömür istərəm ,qolların üstə, Sevgimi,eşqimi sənlə böləm mən. Könül can atanda ilk görüşünə, O axşam hədiyyən vüsalın oldu. Ayın nuru qondu xoş gülüşünə, Söyüdlər həsrətlə saçların yoldu. Olub eşq …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ana dilim”

Post Views: 81 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yaradanın duasıdır, Xalqın könül butasıdır. Lisanların atasıdır, Doğma dilim, Ana dilim. Ümman qədər dərindir, Gəl sən də dinlə, dindir. Qənddən, baldan şirindir, Doğma dilim, Ana dilim. Günəşlədir, ayladır, Qəlb oxşayan layladır. Güldürür, həm ağladır, Doğma dilim, Ana dilim. Güvəni var özünə, Hər …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qapımı açmışam dağlara sarı”

Post Views: 122 Qapımı açmışam dağlara sarı, Dağlardan əsən meh üzümdən öpür. Neçə kədərimə dağlar hasarım, Gözüm zirvələrin gözündən öpür. Qürubun gözündən qərib bir həsrət, Günəşin üzündən qəm-qüssə yağır. Bu günüm ömrümə yazılan qismət, Sabahım RƏBBİMİN əlinə baxır. Solur buludların qızıl yanağı, Qaralır səmanın mavi bənizi. Çəkdikçə ay üzdən bəyaz düvağı, Əriyir göylərin zülmət dənizi. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Gerçək yuxulu gecə”

Post Views: 84 Bu gecəni sükut yeyir, Bu gecə-sənsiz bir gecə. Sənli günü həsrət geyib, Bu gecədən çətin keçəm. Bu gecə neçə söz ölüb- Dirilir,qatır başımı. Bu gecə-göydən süzülən Ulduz-ulduz göz yaşımı?! Üzümdə ayın işığı, Gözümdə dərd gecələyir. Üzür məni tənhalığım, Ürəyimi gecə yeyir. Üşütməzdi qəm sevgimi, Gəlməzdi həsrət qapıma. Ulduzları təsbeh kimi Düzsəydim sevda …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Neftçalam”

Post Views: 87 Ömür yolcusuyam , limanım sənsən, Sevginlə qaynayır qanım , Neftçalam. Yelkənli qayığam , ümmanım sənsən, Sənə əmanətdir canım , Neftçalam. Sən mənə sadəcə ünvan deyilsən, Ümid qaynağısan , ata ocağı. Varsan , həqiqətsən , güman deyilsən, Mehrin , məhəbbətin ana qucağı. Xəzər şirin-şirin çalır laylanı, Oxşayır hüsnünü gilavar , xazri. Günəş səndə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gərək”

Post Views: 83 Hər ürək yansın Hüseyn eşqilə pak olsun gərək, Hər könül qoy məst olub bu eşq ilə dolsun gərək. Məsləki, andı, səbatı, etibarı öyrədən, Bir imamın məqsədi örnək kimi qalsın gərək. Etdi insanlıq üçün canın fəda, oldu şəhid, Bu məqamı bəndələr hər gün yada salsın gərək. Ən müqəddəs bildiyi Allah yoluydu, dönmədi, Bu …

Azərbaycan ədəbiyyatı

Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi Sumqayıtda qeyd edilib

Post Views: 78 Sumqayıtda Mərkəzi Kitabxanada Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub. Tədbir Şəhər Mədəniyyət Evi və kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvan Səməd Vurğun yaradıcılığı haqqında məlumat verib. Daha sonra yubiley tədbiri …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Gülüm”

Post Views: 82 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sonetlərim – silsiləsindən Yoluna baxmaqdan yorulub gözüm, Hər anım, saniyəm qəhərdir, gülüm. Məcnuntək çöllərə aparır izim, Gecəm, gündüzüm də kədərdir, gülüm. Rəvamı bir ömür hey ağlayasan? Əl çəkmir dərd, ələm yaxamdan, gülüm. Hicranı nə qədər qucaqlayasan? Haçan de, üzümə gülər dan, gülüm. …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Bilmirəm”

Post Views: 80 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sonetlərim – silsiləsindən Nə vaxtdır hicrana çələng hörürəm, Bitəcəkmi həsrət hələ bilmirəm. Hara baxıramsa səni görürəm, Ağlar gözlərimi silə bilmirəm. Boş bir quş yuvası bu könül sənsiz, Kimsəsiz, viranə, quru budaqda. Bir ömür yaşandı fərəhsiz, şənsiz, Sevgi nəğmələri dondu dodaqda. Ayrılıq yelləri …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Tək odur”

Post Views: 87 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı İndi dünyanın kiridiyi Bir yerdəyəm. Günahlarım dar ağacım, Tək odur şirinim, acım. Sünbül saçlarım kəndir olub, Asıb məni günahlarımdan. Qurtarmaq istəyir sabaha Hayqıran ahlarımdan… Bu vasvası dünyanın, Mənə işgəncəsi nə?! Ağzı göyçəklərin Düşüncəsi …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Şəhid Rövşən”

Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı 29 may, 1976-cı ildə, Cəlilabadın Zopun kəndində anadan olmuş, 23 fevral, 1997-ci ildə, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan Abiyev Rövşən Mailxan oğluna həsr olunur. Bu torpaqda şəhid kimi yatmısan, Qəhrəmanlıq zirvəsində dayandın. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gərəkli dostum”

Post Views: 91 Bu gün-iyul ayının 31-də dostum, gözəl insan, Qarabağ müharibəsi qazisi Zabit Dadashlinın doğum günüdür, Zabit qardaşımı səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar diləyirəm. Dostum Zabit Dadaşlıya Çətindir hər kəsin karına gəlmək, Hamıya sevdirdi özünü Zabit. İşi, əməlilə qazandı hörmət, Qoydu ürəklərdə izini Zabit. Qəlbində hamıya məhəbbət, qayğı, Üzündə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qəlb odu gərək”

Post Views: 120 Göz yaşı ürəkdən süzülər , axar, Kiprikdən qopdusa , yanaqda durmaz. Hər şeyin öz yeri , öz məqamı var, Meyvə yetişdisə budaqda durmaz. Fələk öz işində , – qan-qadasında, Sevinc əsir qalıb qəm adasında, Ağa günahından , qul xatasından, Tanrı kərəmindən qıraqda durmaz. Təndir soyuqdursa kündə neyləsin, Mərd , namərd işlədən fəndə …

Azərbaycan ədəbiyyatı

Deyişmə: Mais TƏMKİN və Yeganə BAĞIROVA

Post Views: 102 Mais Temkin Sevgimiz, eşqimiz zirvələr aşa, Arzu-istəyimiz çıxmasın boşa. Seyr edək dünyanı, gəl gəzək qoşa, ,,Mən də rahatlaşım, sən də rahatlaş.” Əllərim şəlalə telində gəzsin, ,,Can” sözü bal-şəkər dilində gəzsin. Qolum kəmər olub belində gəzsin, ,, Mən də rahatlaşım, sən də rahatlaş.” Nə mən həsrət çəkim, nə sən qəm yemə, De, sənsiz …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Bu dünya”

Post Views: 86 Bu dünyanın yaşı yaşdan yuxarı, Babaların babasıdır bu dünya. Sevgilərin doğulduğu səhərdir, Soyuq hicran gecəsidir bu dünya… Kamı kamdan ayrı salan fələyim, Qəlbi qırıq şairlərin dostudur. Keçmişimə dəfn olunub diləyim, Daş üstündə daşı durmur, yaşlıdır… Dolayıbdır öz çərxinə hamını, O, yıxıbdır başımızın damını. Dəyişibdir zaman-zaman donunu, Özü heç vaxt dəyişməyib bu dünya… …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Narahat ruhlar”

Post Views: 117 Hər gecə bir ömrün sonu kimidir, Hər gecə sakitlik çökür şəhərə. Danışan dillərə kilid bağlanır, Açarı atılır dərinliklərə… Yenə ruhlar sürünür arxamca,… Rahatlıq axtarır nakam ürəklər. Yenə kədər gəzir mənim dalımca, Dondurur qəlbimi soyuq küləklər… Sükutun içində gəzən gözlərim Qaranlıq dünyada işıq axtarır. Ruhları tapıram mən öz yolumda, Bilmirəm, bu yollar hara …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU..”Üç il keçdi”

Post Views: 92 Sənsiz qaldığımdan üç il də keçdi, Getdi ömrümüzdən üç qış, üç bahar. Bu sevgi nağıl tək keçmişə köçdü, Geriyə mən qaldım, bir də almalar! Üç il, hər birisi həsrət düyünü, Olmadı bəxtimin düyünün açan. Gördüm dost toyunu, qohum toyunu, Görmədim özüm tək sevgidən qaçan. Bəli, doğru dedim, qaçdım sevgidən, Etibar etmədim, ürək …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

Post Views: 105 Dəyişən bir sənsən,bir də ki zaman, Yer də həmən yerdir,göy də həmən göy. Sənin bu dünyayla işin olmasın, Yetər,deyindiyin arxasınca hey! Bir damla göz yaşın sonda ölən köz, Dilinlə gor eşmə ürəyim də sən. Dünən sevincimə şərik olan,qız, Bu gün kədərinlə ürəyimdəsən. Əllərim bulaşır göz yaşlarına, Alın yazısıdır-göz yaşı deyil. Qucub dizlərini …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Tanrım,məni o dünyaya bağışla”

Post Views: 82 Bu dünyanı talan-saldı düyünə, Allı-güllü yalan saldı düyünə. Köçən köçdü,qalan qaldı bu günə, Tanrım,məni o dünyaya bağışla. Kimə baxsan-ürək dolu,göz dolu, İş görəndən vəd verən çox-söz dolu, Sevinənim,gülənim yox göz dolu, Tanrım,məni o dünyaya bağışla. Nə insaf var,nə mürvət var dünyada, Haqqı danan hərəkət var dünyada, Daşdan çıxan bərəkət var dünyada, Tanrım,məni …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Gəl, hakim ol ürəyimə”

Post Views: 93 Sənin kimi bir mələklə, Ömür sürəm xoş diləklə. Mən ömrünü gül-çiçəklə Gərək bəzəyəm, qadası. Uzaqdasan, yetmir əlim, Bir gün səslə, uçub gəlim. Bir az çılğın, bir az həlim, Bir az məzəyəm, qadası. Tapıb bir yol ürəyimə, Gəl, sakin ol ürəyimə. Süzülüb dol, ürəyimə, Könlü kuzəyəm, qadası. Sözümdə bütövəm- tamam, Bu sevdada yanan …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Mənə yalan danışdılar…”

Post Views: 89 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Mənə yalan danışdılar… İnandım… Sənsiz ömrün bu başından O başınacan qaçdım… Sən deyil, Məni çobanyastığı aldatdı… Sən getdin… “Uç-uç baba”lar da qayıtmadı… Yay gəldi… Hər ad günümdə bir hədiyyə; Bir il daha sənsizliyə…

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Varmış”

Post Views: 88 Aman Allah, ömrümüzün, Zili varmış, bəmi varmış. Həm sevinci, toy, büsatı, Həm kədəri, qəmi varmış. Duyğu qəlbin bar-bəhəri, Dilimin qəndi, zəhəri. Yerli-yersiz həm qəhəri, Həm könlün xoş dəmi varmış. Gözlər oxdur, qəlb kamanı, Qəlbin eşqsiz yox sahmanı. Başımın sevgi dumanı, Gözlərimin nəmi varmış. Kaş sevilsin, sevsin ürək, Polad xeyir biç, xeyir ək. …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Umacağım yox”

Post Views: 116 Qovurdu qorğatək oynatdı yaman, Həyat sıxa-sıxa yaşatdı məni. Nə qədər can atdım vermədi aman, Güldürə-güldürə ağlatdı məni. Sevgidən dolanda gözümün yaşı, Dəryanın üstündə şeh imiş sanki. Tüstümdən alışdı bağrımın başı, Üzümə toxunan meh imiş sanki. Özgəyə oxşamaq həvəsi ilə, Özümü itirib dönmədim yada. Hər kəsə yaxşılıq müjdəsi ilə, Əlimi uzadıb yetişdim dada. …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Ol”

Post Views: 150 Ürəyimdə dağ olan kəs, Kürəyimdə gəlib dağ ol. Ay üzümə ağ olan kəs, El içində üzüağ ol. Daş, kəsək atma önümə, Yetiş dada, çat ünümə. Şərik oldun xoş günümə, Pis günümə gəl ortaq ol. Deyə-deyə yalan-palan, Keçən keçdi oldu olan. Mənəm yanan, qeydə qalan, Yaxşı saydın məni, sağ ol. Mən incidim, sən …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Səcdə qıl”

Post Views: 91 İslamın açarı, sirri namazdır, Uca yaradanla o bir təmasdır. Sən sığın namaza, tək Allahı gör, Aləmlərin rəbbi, ulu şahı gör. Haqqa qovuşmağın şifrəsi namaz, Allahın ən varlı süfrəsi namaz. Burda turlu-türlü hər neməti var, Rəhməti, rəğbəti, mərhəməti var. Qapısı açıqdır hər zaman, hər an, Əliboş qaytarmaz, olma nagüman. Qəlbən istəyənin gülər arzusu, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ürəyi günəş atam”

Post Views: 98 Mən onun evladıyam … Zəhmətkeş bir atanın, Eşqınin , həvəsinin alovuyam , oduyam. Nəzərimdə hünərin, mərdliyin ,əzəmətin ölməz rəmzidir atam. Hər yanda , iftixarla öyünürəm bu ada. Bu ad arxam, dayağım, bu ad cəsarətimdir. Bu həyat yollarında yenilməz qüvvətimdir. Bu adın işığında gələcəyə baxıram. Qürurla səhər- axşam mərd əlləri sıxıram. O qabarlı …

Azərbaycan ədəbiyyatı

Aşıq Ədalətin külliyyatı hazırlanır

Post Views: 95 Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə tanınmış aşıq, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun repertuarı yazıya alınacaq, külliyyatı işıq üzü görəcək. Bu barədə AZƏRTAC-a AAB-dən məlumat verilib. Aşıq Ədalət saz havalarının bənzərsiz ifaçısı kimi şöhrət qazanıb. Onun ifaları dünyanın bir çox ölkələrində ən mötəbər məclislərdə dinlənilib. Saz sənəti bu böyük sənətkarın sayəsində ən …

Azərbaycan ədəbiyyatı

Azərbaycan aşıqları beynəlxalq folklor festivalına qatılacaq

Post Views: 88 Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyulun sonu, avqustun əvvəllərində keçiriləcək VII “Dağlılar” Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında Azərbaycan aşıqları da iştirak edəcək. Azərbaycan Aşıqlar Birliyindən (AAB) AZƏRTAC-a verilən məlumata görə 12 nəfərdən ibarət nümayəndə heyətimiz artıq Mahaçqalaya yola düşüb. AAB-nin katibi Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan Əməkdar …

Azərbaycan ədəbiyyatı

Sumqayıt poeziya klubunun yeni ünvanı

Post Views: 151 Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olan Poeziya klubunun artıq yeni ünvanı müəyyənləşib. İdarədən AZƏRTAC–a bildiriblər ki, mərkəz artıq Poeziya evi kimi fəaliyyət göstərəcək. Artıq Poeziya evinin binasının üzərinə onun yeni adını əks etdirən lövhə də vurulub. Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubu 1990-cı ilədək müxtəlif mədəniyyət evlərinin nəzdində ictimai …