Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 4021 - 4080 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Bizi”

Post Views: 105 Nə qədər böhtandan, nahaqdan qaçdıq, Yenə gəlib tapdı şər, böhtan bizi. “Dosta” qapımızı ürəklə açdıq, Saldı min əzaba bu “nöqsan” bizi. Tarix zülmət yolda sınıq əsadır, Yalanın, yamanın ömrü qısadır. Duya bilərdikmi fitnə-fəsadı, Zaman etməsəydi imtahan bizi? Tutuldu yolumuz, bəndi-bərəmiz, Təkcə özümüzə qaldı çarəmiz, Dar gündə edilən tövbələrimiz, Qurtara bilmədi günahdan bizi. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.“SƏADƏTDİR AZADLQ” poemasından

Post Views: 107 Misli görünməmiş qırğındı, qırğın, Bakı qan içində çabalayırdı. Düşmən bir günahsız , silahsız xalqın, Sınmaz inamını bombalayırdı. Ələk-vələk edib tanklar şəhəri, Ölüm gəzdirirdi tırtırllarında. Atdılar üstünə böhtanı , şəri, Qəzəbdən titrəyən oğulların da. O gecə sübhəcən insan qırdılar, Xalqın qırmaq üçün iradəsini. Bütün keçidlərə tələ qurdular, Güya batırdılar haqqın səsini. Bu ölüm …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Çarəsiz qadın”

Post Views: 81 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Gecə düşür, çöl soyuq, Şaxtadan naxış düşüb, Divara oyuq-oyuq. Bir qadın gördüm bu an, Dedi ki, “carəsizəm… Neçə şikayət etdim, Bunu kimə söyləyim? İmkanım yox, işim yox, Bədbaxt canım, neyləyim?” Bəlkə də bəxtin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Həyatı və Yaradıcılığı

Post Views: 96 Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 87 Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 75 İLAHİ Coşğun dəniz könlümdə, Ləpəyə bax,ilahi. Tək əllərin çaldığı,- Çəpiyə bax,ilahi. Bir pətəksiz şan yerdə, Oldum pərişan yerdə. Sular qarışan yerdə,- Köpüyə bax,ilahi. Məndən düşüb ayna yan, Yoxdur qanım qaynayan. Kölgəsiylə oynayan,- Köpəyə bax,ilahi. Qürbətdə vətən tutan, Ruhumsan bədən tutan. Dağın əlindən tutan,- Təpəyə bax,ilahi! BİR ADAMLIQ YER KÜRƏSİ ŞƏKLİNDƏ Vədə verib …

Azərbaycan ədəbiyyatı

Elnarə GÜNƏŞ.”Eylər-eylər

Post Views: 85 “Dağ çiçəkləri” ədəbi dərməyi, İsmayıllı yazarları, Ağsu yazarları ictimai ədəbi birlikləri və “İti qələm” Respublika ədəbi birliyinin üzvü Adam var ki, qızıl libas geyindir, Söyləyəcək bu çox ucuz geyimdir. Tərif etsən, deyəcək boş deyimdir, Çəkilən zəhməti, zay eylər-eylər. Adam da var can evindən talanıb, Kökü üstə od-ocaqlar qalanıb. Ruh adamı tərki-dünya yaranıb, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 105 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ƏRİK AĞACI Bu dərd çiçəklədi, barını gördüm, Baxdım, gözüm doldu, çoxaldı dərdim, Sinəmi palaz tək altına sərdim, Barını görmədin ərik ağacı. Qönçə çiçəklərin düşdü şaxtaya, Qoruya bilmədi səni dağ, qaya, Çiçəyinin barı çıxmadı …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Bu da bir sevgi tarixçəsidi…”

Post Views: 90 Bu da bir sevgi tarixçəsidi… 14 iyun, yağışlı yay axşamında görüşdüyümüz gün… yadımdadır… Yadımdadır, həmin gün, həmin görüş… Bu görüş bizim ilk görüşümüz, Gələcəyə ümidimiz idi… Görüşdük… Bir sevgi də biz qapdıq ulduzlu səmadan… Görüşdük… Yaşadığımı dərk etdim mən səni tanıyanda… Yeni təqvim olmuşdu bu sevgi tarixçəsi, Yox idi bu təqvimdə səndən, …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Həsrət”

Post Views: 86 Həyatımda tək mirvarım, Göz bəbəyim, uzaq yarım. Lap kəsilib ixtiyarım, Həsrət bizə yaraşarmı? Daim xəyal qurar aşiq, Vəsf etməyə sözüm əskik. Nazın belin kimi nazik, Əlim vursam, dolaşarmı? Ağ üzündə xalın gördüm, Gözüm qaldı, gözə gəlmə! Aşiqini salma qəmə, Sevinc qəmə bulaşarmı? Xar olmağa gücüm yetməz Məhəbbətin yollarında. Qolbaq olsam qollarında, Yarım …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Gəlmədin”

Post Views: 98 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Heç də sanma asandı, Sənsiz həyat, gümandı. Yazıq könlüm usandı, Sevdiyimi, bilmədin. Ey daş ürək, gül sinə, Yol tapmadım köksünə. Saldın məni pis günə, Dərdi mənlə, bölmədin. Olacaqdın baş tacım, Dərdlərimə əlacım. Xoş ağrımsan, xoş acım, Baxma üzə, gülmədin. Toxunmadım telinə, Qərq …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”İstək”

Post Views: 101 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Neyləyim ki, uzaqdayam, çox uzaq, Əlim yetmir dağın zirvə qarına. Şəhərdə yox sərin hava, meh, sazaq, Tamarzıyam yaylaqların barına. Yaşıl yala bulud sala kölgəsin, Dalğalana nazlı-nazlı ot dəniz. Dinləyəsən küləklərin nəğməsin, Onda görən deyər sənə gülbəniz. Dağ armudu aça sənə çətrini, Dövrə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Tüm sabahlar fərqlidi…”

Post Views: 93 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bundan öncə və sonra Tüm sabahlar fərqlidi… Bu sabah umutlara Geyindirdiyim dərddi… Pəncərəmdən süzülən Gün işıqları solğun… Yanağıma düzülən Yaş təkəmseyrək… Nolsun… Nolsun sənsizləmişəm?! Sən ki, çox uzaqdasan. Ağlamışam… Hirslənmişəm… Nolsun… Bu sabah yoxsan! Çiynimdə battaniyə, Əlimdə kağız dəsmal Yalvarram …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Sən bildinmi, bilmirəm…”

Post Views: 97 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Üşüdünmü bu axşam? Keçdimmi ürəyindən? Mən elə darıxmışam. Sən bildinmi, bilmirəm… Ütüləyib yığdığım Xatirələri açdım. Bir vaxtlar utandığım Şəkillərinə baxdım. Adın şəkdim… bəzəndi Dünyam nişanlı qıztək. Günlər ürək üzəndi, Gəl, ömrün ipini çək. Gəl, götür əllərimdən Əlinin yaddaşını… Pozmağa da …

Azərbaycan ədəbiyyatı

Nazir Ziya TALISTANLI.”Evin qadını”

Post Views: 134 Evin işığıdı, yaraşığıdı, Dadıdı, duzudu evin qadını. Yaxşısı sərvətdi, vardı, dövlətdi, Halal-haqq yazıdı evin qadını. Odur el içində hörmət gətirən Kişi şərəfinə, kişi adına. Zaman-zaman adlı-sanlı kişilər, Borclu olub evindəki qadına. Əkinçidir,biçinçidir hər zaman, Ən dar günə xırmanında dəni var. Dərdi könlündədir, yükü çiynində, Anadır, hər dərdə dözən günü var. Ağ gündə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 100 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist QURAN DAN GÖZƏL Tənhalıq ürəyə yara salandı, Dəmir çıraq geydi, yar əsalandı. Zülməti sevənlər yarasalandı, – Könüldə min büsat …

Azərbaycan ədəbiyyatı

Gənc yazarların Sumqayıtda görüşü-FOTOLAR

Post Views: 98 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki,iyulun 2-də Sumqayıt şəhər “28 May” Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və “28 May” Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilib. Sumqayıtlı yazarların da qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, …

Azərbaycan ədəbiyyatı

Muzəffər MƏZAHİM.”Özünü”

Post Views: 90 Fürsəti fövtə verib eyləmə yardan özünü, Çünki məhrum eləyərsən o bahardan özünü. Bir gülün bülbülü ol , olma gülüstan əsiri. Qoru həm tək gülünü, həm də ki , xardan özünü. Demə ki , ovçusuyam mən bu gözəllər gölünün, Özünü ov eləyər , gözlə şikardan özünü. Həsrətin çəkmək ilə çatmaq olarmı vüsala? Çox …

Azərbaycan ədəbiyyatı

Muzəffər MƏZAHİM.”Öyrəş müstəqilliyə”

Post Views: 128 Xalqımızı ən şərəfli bayramımız olan Respublika günü münasibəti ilə təbrik edirəm. Bu yolda mübarizə aparan bütün əcdadlarımızı və müasirlərimizi hörmət və məhəbbətlə yad edirəm. Müstəqilliyimiz əbədi olsun. Öyrəş müstəqilliyə, Dirçəl a xalqım mənim. Çox bəlalar çəkibdir, Bu gülüstan Vətənim. Qoru bu gülüstanı, Əziz tut ki , canından. Su içib hər ləçəyi, Şəhidlərin …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Darıxıram qadınım…”

Post Views: 92 Səni sevib, unudacam bu axşam… Şam ahına yazıram bu günahı… Sevgi deyib büdrəyəndə o ağ şam… Deyəcəksən: darıxıram, qadınım… Şeirlərin də qəzəbi tutacaq sənə, O dörd divar hey üstünə gələcək… Bir qadının yalanına aldanıb, Elə qəfil dönəcəksən bir heçə… Sonra canın sevdalardan qorxacaq… Əksin güzgülərdə söyəcək səni İndi səni bir qadın unudacaq… …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Uzaq qadınam…”

Post Views: 97 məni sevmə… yazıq olar canına… ahu gözlərimdə dumanlanarsan… ya nə bilim… oxşadarsan anana, ya məni baharın gülü sanarsan… məni sevmə… yazıq olar canına… mən axı baharın gülü deyiləm… hər əsən yarpağa kövrəlməyim var, hər yağan yağışdan umub-küsürəm… məni sevmə… yazıq olar canına… “qara sevdan….,, olsam əgər yanarsan… fəsil-fəsil səndə ölsəm dinmərəm… gedişimi …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Əzəmətli Gədəbəyin”

Post Views: 85 Əzəmətli Gədəbəyin, Havasına qurban olum. İsti ana qucağında, laylasına qurban olum. Bağça salıb gül bitirən, Evlərə sevinc gətirən, Vətənə oğul yetirən, Anasına qurban olum. Sinəsini sipər salan, Gecə gündüz çöldə qalan, Vətən üçün şəhid olan, Balasına qirban olum. Nail deyər gözəl yazlı, Bülbülü var xoş avazlı. Aşıqların telli sazlı, Sinəsinə qurban olum.

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Son zəng”

Post Views: 83 Azərbaycanımızın sabahki bütin məktəb məzunlarını ürəkdən təbrik edirəm və gələcək həyatlarında uğurlar arzu edirəm! Bir məzinin xahişiylə Birinci sinifdən bir addımladıq, Bizə ayrılğı saldı bu son zəng. Ata, ana kimi müəllimləri, İndi əlimizdən aldı bu son zəng. Ayrıldı gör neçə sinif yoldaşı, Aldı əlimizdən dostu sirdaşı. Gözlərdə həm sevinc həm kədər yaşı, …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.”Gözlərin”

Post Views: 89 Məhəbbət süzülür baxışlarından , Yenə məni oda saldı gözlərin . Qəlbimi gizlədim , kömək olmadı , Qəlbimi , könlümü çaldı gözlərin . Düşmüşəm sevdanın biyabanına , Aşiq qovuşmazmı öz cananına ? ! Nə dərdin , bəlan var gəlsin canıma , Məni mənliyimdən aldı gözlərin . Bu xəzan çağımda bahar kimisən , Qurumuş …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Bu gözəl qız Vüsalədir”

Post Views: 98 Gözəl dostum, ailəmizin fəxri üzvü sandığım Avrasiya-net saytının əməkdaşı əzizim, xanım Vüsalə Rüfətə ən xoş arzularla… Sözləri inci, dürdanə, Gözəllikdə o, bir danə. Tellər tökülüb gərdənə, Sanki axan şəlalədir, Bu gözəl qız Vüsalədir. Baxsa bihal olur adam, Yandım Anam, yandım Atam. Ağzı püstə, gözlər badam, Yanaqları al lalədir, Bu gözəl qız Vüsalədir. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Yaşaya bilmədi yaşatdıqlarım”

Post Views: 85 Yaşaya bilmədi yaşatdıqlarım, Yaşındı bəşərin yaş göynəyindən. Köksümdən çıxarıb yaş atdıqlarım, Yaşardı torpağın yaş köynəyində. Qurunun oduna yanmadı yaş da, Qəmli baxışımda yaşardı-qaldı. Fələk saydığımı saymır bu yaşda, Saydığım günlərdən yaşartı qaldı. Yaşıl ümidlərim yaşıla çalmır, Günlər yarpaq-yarpaq saralır nədi. Nəğməm zildən düşür yaşıla çalmır, Payız havasına sarılır nədi. Yaşıma yaş gəlir …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Yevlaxım”

Post Views: 92 Son dərəcə ecazkar səsiylə, könül oxşayan avazıyla geniş tamaşaçı kütləsinin rəğbətini qazanmış Xanəndə, həm də , gözəl Saz ifaçısı əziz dostum Ziba Hüseynovanın dilindən… Qoynunda boy atıb mən yaşa doldum, Səndən ayrı düşsəm, saralıb-soldum. Gözümü açandan sənə vuruldum, Sən mənim könlümə yaxından-yaxın, Əziz Ana yurdum, gözəl Yevlaxım. Cənnətdir çiçəkli, güllü bağların, Səninlə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Birimizə çatmayır”

Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri Bax, beləcə ötüşür… Almaların üstündə Dalaşırdı nəvələr. Axı alma üç …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Rübailər

Post Views: 130 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Ağıllanmaz görməyincə baş daşı, Oğulsansa, bu zamanda baş daşı. Atıb getdin, səndən qalan bir-iki Xatirədir sevgimizə başdaşı. Yüz yaşardıq, …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Gözəlim payız…”

Post Views: 98 Umudları yarpaqlara tapşıraq, Mənim payızlarım üzüdönükdü… Gəl, bircə yol ayrılığı unudaq, Kəpənək ömrüdü ömür… sönükdü… Biraz torpaq olaq, yelə sovrulaq… Səhər şehində durulaq nə olar… Sevdamızı yudum-yudum yaşayaq, Axşama tapınsın qoy ayrılıqlar… Ölümü mən sənə yaraşdırmıram… Payız sevdamıza ölüm qıymasın… Saat əqrəbində köçkün ömürlər, Payız toyumuzu unutdurmasın… Yel-yel ötüncə.. yadımdan çıxıb.. Ayrılıq …

Azərbaycan ədəbiyyatı

Müzəffər Məzahimi doğum günü münasibətilə təbrik edirik! (1 iyul 1957-ci il)

Post Views: 104 Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir. Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Qadındı… qadınlar dözə bilirlər…”

Post Views: 184 gedirsən.. al apar bir qadın ahı.. birdə ki… içimdə boğulan qəhər… kişilər özündən uydurub axı, “qadındı… qadınlar dözə bilirlər… sənin gözlərində susan qadına sən ən çox… hüznü yaraşdırmısan… bəlkə də demirsən… mən sənə yadam… bəlkə də yuxunu qarışdırmısan… mən elə divanə… mən elə solğun… mən elə dərd-sər düşkünüyəm ki… mən elə sən …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Sən məni düşünmə…”

Post Views: 89 hələ dumanların duru vaxtıydı… hüznün doğmasıydım… sevincin yadı… ayna sulardan da gün uzağıydı… aydan “bəxt üzürdü” bir “nakam qadın…” hələ incikliyim… nazdan ötəydi… nazım ulduzlara keçərdi ancaq… qadınlıq “o şıltaq qızdan” ötəydi… qadındı… nə vaxtsa Ana olacaq… hələ torpağın da dan üzü vardı… könlümü alardı… geri verməzdi… yaşıl yarpağın da qan üzü …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Belə…”

Post Views: 95 yağışa təslim oldu… gözlərim yenə gülüm… uçurumlar yoruldu… qəhqəhə çəkdi ölüm… toz-duman qəhərləndi… mənsə… yıxıldım göyə… axşamın adı dərddi… uçuruma götürürsə… üzülmə… ötər indi… gecədən bir bayatı… ürəklər divanədi… uçurumlar ovudur…

Azərbaycan ədəbiyyatı

GƏNCLƏRƏ YAŞIL İŞIQ

Post Views: 90 Əslində bizim gənc yazarlara dəstək layihələrimizin tarixi 10 ildən də o yana gedib çıxır. Gənc şairlər və yazıçılar üçün 2001-ci il tarixindən – ilk ədəbi almanaxımızın işıq üzü görməsiylə başlayıb (15 il ərzində 15 ədəbi almanax tərtib edərək nəşr etdirmişik). Cənc jurnalistlər üçün isə 2004-cü il tarixindən – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ovundurur özümüzü”

Post Views: 161 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Günahımız nədir görən, Əzdi zalim əyyam bizii. El pərişan, pərən-pərən, Kül qapadıb közümüzü. Əlif qamət dönüb dala, Vüsal qalıb, gör nə hala? Qəhər, kədər dalba- dala, Həsrət yumub gözümüzü. Hiss etmədən dolduq yaşa, Bəyaz qırov qondu başa. Uzaq olduq dost, sirdaşa, Duyan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ürəyim bir ovuc Kərəm külüdür”

Post Views: 99 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Əzəldən mən səni görməyəydim kaş, Ələmdə, fəryadda gecə-gündüzüm. Qəm könül evimdə qurubdur bardaş, Sönən kül altında gizlənib közüm. Məcnuntək səhrada gəzir izlərim, Hicran başım üstə qəm bulududur. Qarışıb zamana kəlmə, sözlərim, Oxuyub, sızlayan yanıq bir uddur. Fərhadın çaldığı külüng sinəmdə. Ürəyim bir …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Gəncəmizin rəsmini çək”

Post Views: 147 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bədii yaradıcılıq fəaliyyətində Gəncəyə xüsusi yer ayıran, şeirlərini və hekayələrini böyük məmnunluq hissi ilə oxuduğum, müəllifin Gəncə ilə bağlı şeirlərini “Gəncədə yazılan şeirlər” deyə adlandırdığım Canım Bacım Şəfa Vəliyevaya xüsusi minnətdarlıq hissi ilə Azərbaycan-Ana torpaq, Vaxt olub ki, vahid olub. Qədim …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Nə var ki?..” (Yeni şeir)

Post Views: 78 Həyatda itirən, uduzan da biz, Talanıb- çapılan yurda nə var ki? Aranı tülkülər, çaqqallar vurur, Adı bədnam olan qurda nə var ki? Haqsızlıq dünyanı bürüyüb gedir, Haqq donub heyrətdən, quruyub gedir. …Gün dəyir, yox olub əriyib gedir, Torpağa ələnən qarda nə var ki?.. Hər naşı sözündə nöqsan aradı, Mais, de, ondanmı qəlbin …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Düzələn deyilik… “

Post Views: 122 “Hikməti sözündə axtar” (kitab) Paxıllıq kök salıb canımızdadı, İlişib damara, qanımızdadı. Şeytan uzaq deyil, yanımızdadı, Tanrını düşünmür ürək, baş, daha, Düzələn deyilik, a qardaş, daha! Adəmin ağlını iblis alıbsa, Ortaya min fitnə-fəsad salıbsa, Qan tökmək Qabildən* bizə qalıbsa, Qurtarmaz bu dava, bu dalaş daha. Düzələn deyilik, a qardaş, daha. Bir şahlıq quşundan …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Özünə güvən”

Post Views: 100 Yenə də həmlə var yüz yerdən sənə, Ey Türküm, sıx dayan, səfini pozma. Qoyma zərbə dəysin bu şərdən sənə, Qoru qürurunu, kefini pozma. Sən qranit dağsan, əyilməz, mətin, Çox küləklər əsib başının üstən. Dözüb tablamısan olsa da çətin, Bir daş da qopmayıb daşının üstən. Sən öz dərdlərinə özünsən şəfa, Vermə yad əlinə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Şax-şax”

Post Views: 114 Dəng eyləməyin qoy qazanım pulları şax-şax, Gərdiş eləyim “Cip”lər ilə yolları şax-şax. Dövlət pulunu həzm edirəm min cür üsulla, Mədəm əridir avro, manat, dolları şax-şax. Hər harda ola yağlı bir aş orda başam mən, Açsın mənə millət yenə də qolları şax-şax. Arvad-uşağım keyf eləyir qışda Dubayda, Yayda gəzirik Karlovıda xolları şax-şax. Bir …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Gəl, bir şeir danışım”

Post Views: 87 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Əntiqə Səməndərə Dostum, küsə bilərsən, Yenə ikinci oldun. Getdi bütün sevgilər, Mənsə seyrci oldum. Sənə “bağışla” demək Günahım sayılacaq. Dodağım büküləcək, Gözlərim qıyılacaq. Bu qız sənə tanışdı, Darıxar özü üçün. Gəl, bir şeir danışım, Elə belə, söz üçün. Küssək də …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Səni sevirəm, tanqo…”

Post Views: 144 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Gəncənin hər küçəsi Xatirənlə rəqs edir… Tarix: bizdən ötəsi… Ünvan: hələ yol gedir… Ah…Gəncə küçələri… Işıqlar sarı atlas… Dölmələr əl jestləri… Tozanağı ehtiras… Xatirənin ardınca Düşmüşəm məhlə-məhlə… Hisslərim dam boyunca… Ağlayıram ürəklə… Axır damarlarımda Çılğın sevda oyunu… Xatirəm qollarında, Səni …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Rübailər

Post Views: 166 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Son ümid də budağından üzüldü, Həsrət yaşı gözlərimdən süzüldü. Çıxıb getdi, arxasına baxmadan, Elə bil ki, heç yoxmuşam yüz …

Azərbaycan ədəbiyyatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kardelen” dərgisində çap olunub

Post Views: 91 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”İnan”

Post Views: 103 Sevda sildi gözden feri Döker gönül ecel teri Gittiğin o günden beri Harabeye döndüm inan… Duygularım karman çorman Gönül evim darma duman Gözde yaşlar seldir yaman… Viraneye döndüm inan…. Keder doldum hep üzgünüm Çözüldü yar kalp dizginim Yerlerdeyim çok ezginim Avareye döndüm inan… Savruldum bak çöllerdeyim Ağızlarda, dillerdeyim Koptum senden ellerdeyim Divaneye …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Ne fayda…”

Post Views: 91 Ömrüme son bahar yelleri esti Saçlarıma güller taksan ne fayda Seller sular aktı umudu kesti Ateşler yağdırıp yaksan ne fayda . Bir ömür gözlerim yollarda kaldı Hasretin kalbimi dertlere saldı Seven yüregimi soğuk, kar aldı Sevdalı gözlerle baksan ne fayda. Yıllarca kalbime doldurdun çile Bu suskun aşığı getirdin dile Gözümden döküldün hep …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dağlar”

Post Views: 89 Vətən keşiyində dayanan ərdi, Xeyrə könül açar, şərə sipərdi. Özü başdan-başa qızıldı, zərdi, Aldanmaz nə qızıl, nə zərə dağlar. Zirvədə Qartalın zəfər səsiylə, Kəkliyin, Turacın zümzüməsiylə, Könüllər ram edən möcüzəsiylə, Yaradıb hər yanda mənzərə -dağlar. O kimdi, hüsnünə baxıb coşmadı? Sevinci qəlbində aşıb-daşmadı? Sirli qıfılbənddir, təcnis, qoşmadı, Sığışmaz bir şeirə, qəzələ dağlar. …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”Bu getmək deyil ki”

Post Views: 100 Gedirəm mən daha Yetişdi zaman. Yetişdi ayrılıq, vida saatı. Dərdimi içimə çəkib gedirəm. Taleyin sınağı çox ağır oldu, Kəlmələr içindən bəxtimə düşən ”Sənsizlik” sözünü seçib gedirəm. Gedirəm ,bu görüş ,bəlkə, son görüş, Gedirəm, bəlkələr bir gün görməmiş. Könlümü əzaba məhkum edirəm. Ayağım aparır məni uzağa, Qəlbimi qəlbində qoyub gedirəm. Qorxuram yolumuz bir …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”Dayanın, çalmayın sonuncu zəngi!”

Post Views: 125 Dayanın ,çalmayın sonuncu zəngi! O zəngdə illərin xatirəsi var. Sevinci, kədəri, Min təlatümü, O zəngdə könlümün ilk nəğməsi var. Bir də qayıdarmı o günlər geri? Unutmaq mümkünmü heç o günləri? Ən gözəl xatirə yazan dəftəri? Bizə elm adında həyat öyrədən, Hər biri nazımızı çəkən bezmədən. Unutmaq olarmı müəllimləri? Qızıldan qiymətli hər kəlmələri. …