http://s018.radikal.ru/i521/1504/02/fca6a246a02f.png

20 aprel 2015-ci il tarixdə, saat 14:00-da,Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma ay qonub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva, AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin orqanı “Qobustan” jurnalının Baş redaktoru Narıngül,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Vasif Zöhraboğlu və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Xəyalə Sevilin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbiri idarə etmək üçün AYB və AJB üzvü, şairə Fərqanə Mehdiyevaya həvalə edib.Fərqanə Mehdiyeva da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Xəyalə Sevilin ədəbi-bədii yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairənin müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin gedişatında iştirak edən qonaqlar gənc xanım yazar Xəyalə Sevilin yeni işıq üzü görmüş kitabı haqqında öz duyğu və düşüncələrini bölüşüblər, uğurlarının bol olmasını diləyiblər.Düzənlənən tədbirin keçirilməsini yüksək səviyyədə təşkil olunduğunu bildirən tədbirin əsas səbəbkarı sevimli şairə Xəyalə Sevil yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinə müraciət edərək, təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti