1420617081_10806371_726695134074552_1134252513031383192_n

Duyğuların ən ülvisi sevgidir
Bir gün , bir vaxt kimisə sevəcəksən
içindəki qısqanclığın hissidir
dəli kimi sevmə dəyişəcəksən…

Fikirlərdən qocalacaq arzular
nə ümüdün , nə isdəyin qalacaq
boğacaqdır qəlbindəki duyğular
bəzən səni sevə sevə yoracaq…

Bəzən məndə yalnız qalıb düşünsəm
çevrilib arxaya baxıb üzüldüm
demirəm ki, mən heçvaxt sevməmişəm
mən çox sevdim ancaq sonda əzildim…

Məni qınamayın yazdım hər zaman
sınıq məhəbbətdən, sınıq sevgidən
ağlamaqdan yoruldusa gözlərim
bunu belə gizlətmişdim özümdən…

Nə əlimi tutanım var əzizim
nə halımı sorub candan yananım
nə bilim ki, qalmayacaq bir iziim
olsa idi yarınlara gümanım…

Darıxmışam mən sonsuzu seçmişəm
geri dönüş yoxdur daha içimdə
bilsən belə bilməsəndə bitmişəm..
həqiqət var bu deyilən sözümdə…

Üzüntünü , göz yaşını gizləmə
axı vicdan səni rahat buraxmaz
getdisədə dönüşünü gözləmə
Fidan əsla yalan sevgi daşımaz…