1425096966_ulkerxanim

Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Ürəyimə yağış yağır bu gecə

Gözlərindən baxışların tökülür,
Od nəfəsim sənlə dara çəkilir…
Varlığımda eşq sarayı tikilir,
Bir xəbərsiz eşq yaranır gizlicə,
Ürəyimə yağış yağır bu gecə..

Bəxtim sənə nə göz yaşı ol deyir,
Nə tökülən göylər daşı ol deyir..
Bir ürəyin gəl sirdaşı ol deyir,
Arzularla ötüb gedir gün necə,
Ürəyimə yağış yağır bu gecə..

Baxışınla gözlərimə dolanda,
Ta qayıtma… Sığın onda qal onda…
Adın qəlbdə, taleyinsə alında,
Sənsiz günüm nə yaşana, nə keçə,
Ürəyimə yağış yağır bu gecə..

Gecə

Gəl bağrıma daş tək basıl,
Uyu qoynumda gecə…
Uşaq nağıllardan bezib,
Böyüklər ağılardan.
Dərdlərim salxım kimi,
Asılıbdır tənəkdən,
Min bir dərdi ələrəm
Biri keçməz ələkdən.
Dünya da bir ələkdir..
Keçən heç vaxt
Diri keçməz ələkdən..
Dünyanın işinə matam doğrusu,
Canavar gözünü çıraq eləyir.
Qanun keşiyində milyon oğrusu,
Qəpik oğrusunu dustaq eləyir..