11903330_912599932158091_787684036_n

Əzizim Qalib Şəfahət bəy. Yaxşı ki, tale bizi görüşdürdü. Açığını deyim, poeziyanız mənə nəsrinizdən daha doğma və munis, daha ədəbiyyatca göründü. Bəlkə də yanılıram. Nəsrinizi də bir toplu halında oxuyanda bəlkə düşüncələrimə korrektə edəcəyəm. Ya da bəlkə bu anda ovqatım nəsrə deyil, poeziyaya köklənib, o səbəbdən bunun belə olduğunu düşünürəm. Hər halda, ilk şəxsi tanışlığımız mənə çox şey verdi. Yadıma Nəcib Faziillə Şeyx Arvasinin “söhbəti” düşdü. Görüşmüşdülər. Heç nə danışmamışdılar. Amma nələrisə bir-birinə təlqin etdilər. İndi mənim yazı stolumun yaxınlığında kitab rəfinin bir küncündə vaxtilə Anadoluda mənə bağışladıqları rəmzi bir qab var. Yunus Əmrənin rəsmi və yanında da Yunusun sözləri: Yunusun sözü, Qan ağıar gözü. Doğrudur sözü Aşqın əıindən. Sevəlim seviləlim. Göndəriyiniz şeirlər ardıcıllıqla çap olunacaq. Söhbətimizdən belə başa düşdüm ki, Eyvaz Zeynallı ilə də dostsunuz. Müsaid olsa onun da yazılarını qəzetə yönləndirin. Əziz Qalib Şəfaət həkim. Siz həkimsiniz. Məncə ürək həkimisiniz. Bu mövzuda yazmalı nə qədər mövzular var. Məsələn Şopenin ürəyi adlı bir esse yazardınızmı?

Sayqılarımla, Azər Turan