11017528_447704908733924_2122182663440572457_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Dolanır boynuma sarmaşıq külək,
Yollar qucağıma yüyürüb gəlir.
Ahaa! Gözün aydın, qaranlıq küçə,
Gəlib, gəlib o qız, amma həsrəti,
10 ildi gözündə qarıyıb gəlib.

O oğlan yoxdu yox,
Yoxdu, gəlmədi!
O oğlan deyirlər dişini sıxıb,
Taleyi, qisməti söyür, nə bilim.
Şəklimi əlinin içindən asıb,
Hər gecə gözünü döyür, nə bilim…

Ulduzlar göz kimi açıldı göydə,
Biz gözə gəlmişdik, ulduz gözünə.
Off! İndi dərdimi ağlayım sənə,
Bir qadın gözünə, bir qız gözünə…

Dolanır boynuma sarmaşıq külək.
Yollar qucağıma yüyürüb gəlir.
Mənim gözlərimin qaranlığından
Hər axşam bir gecə törəyib gəlir.