http://s011.radikal.ru/i317/1511/c5/8c1a4aa35b79.jpg

Fidan Eldarın nömrəsinə bir-neçə dəfə zəng etdi, cavab vermədi. Sonuncu zəngdən məlum oldu ki, telefon söndürülüb. Təhminə qapıdan içəri girdi.
– Sabahınız xeyir, ev əhli.
– Təki xeyir olsun.
– Nə olub yenə?

Fidan stolun üstündəki qəzet parçasını Təhminəyə uzatdı. Təhminə qəzetə baxmamış dedi:
– Dünən anonslarda dedilər. Məmur oğludur, deməyə bilməzlər.
– Sən uşağa baxa bilərsən? Eldarın iş yerinə gedəcəm. Mütləq danışmalıyam.
– Məncə, imkan ver bir az sakitləşsin. İndi əsəbidir.
– Danışmaq istəyirəm. Mənim də ürəyim doludur.

Fidan paltarını dəyişdikdən sonra, yolda taksi tutdu, Eldarın ofisinin qarşısında düşdü. Eldar ofisin qapısını təzə açırdı. Fidanı görəndə təəccübləndi. Birlikdə ofisə girdilər.
Eldar – Təzə adətdir?
Fidan – Bir evləndiyimiz gün, bir də bugün Səfəri üzümə vurursan. İzah elə.
– Nəyi izah edim? Həyatını məhv edirsən. Deyirəm buyur, istədiyin qədər məhv et. – Sənin də təzə adətin var. İşçidən əvvəl gəlirsən işə.
– Heç dəxli var? Sözünü de, çıx get. İşim var.
– Birlikdə yaşamağımız sənə əzab verirsə, bir il gözləməyə də bilərik.
– Ümumiyyətlə biz boşana bilmərik Fidan. Bilirsən niyə? Səni qohumlarım bilir. Hamısının gözündə Yaşar mənim oğlumdur. Yenə də haqlısan. Evliliyimiz əzəldən düzgün deyildi. Elə bilirdim məni ailən bilirsən.
– Onsuzda ailəmsən.
– Kağız parçasından danışmıram.

Fidan başını aşağı saldı. Deməyə söz tapmırdı. Eldar davam etdi:
– Mənə inanırsan. Sabah adam öldürsən, gəlib deyəcəyin yeganə insanam.Düzdür? – Düzdür.
– Nə olsun. Sevmirsən. Ürəyində Səfərdir.
– Sən məni Səfərə qısqanırsan. Omayan insane. Çox nahaq.
– Xahiş edirəm, get evə.
Fidan Eldarın qarşısına keçir, diqqətlə gözlərinin içinə baxır. Başını aşağı salır, ofisdən çıxır.
Fidan piyada yola tərəf gedəndə Eldar qapının ağzında ona baxır. Ürəyi dözmür, Fidanın arxsınca gedir.

Zaman Lamiyəni Fidanın yaşadığı ünvana gətirir. Lamiyə maşından düşür, dəmir qapını döyür.
Təhminə qapının döyüldüyünü eşidir, körpə ağladığından həyətə çıxa bilmir.
Lamiyə qapını təkrar yenə döyür. Səbri tükənir, maşına tərəf gedir.
– Evdə yoxdular.
– Gözləyəcəyik?
– Yarım saat gözləyək. Lazım olsa, sabah yenə gələrik.

Yarım saat keçməmiş Eldar maşını qapının ağzında saxladı. Fidan maşından düşdü, açarla dəmir qapını açdı. Lamiyə şübhəylə Fidana baxdı. Eldarla Fidan içəri girəndə maşından düşdü, qapını döydü.
Qapını üzünə Eldar açdı:
– Buyurun.
Lamiyə gülümsədi – Bağışlayın, sizi narahat edirik. Maşınımız birdən dayandı.
Sürücü maşınla məşğul olanacan qonağınız ola bilərəm?

Eldar bir az ondan aralı dayanan Fidana tərəf baxdı. Bir-birilərinin üzünə diqqətlə baxdılar.
Eldar – Tanış gəlirsiniz. Sizi hardasa görmüşəm?
Lamiyə gülümsədi. – Qəzetdə şəkilimi görərsiniz.
Eldar Lamiyəni tanıdı. Qapının ağzından çəkildi, Lamiyəyə yol verdi.
– Buyurun, xoş gəlmisiniz.

Lamiyə içəri keçdi. Fidanla göz-gözə gəldilər. Bir-birilərini tanıdılar. İkisi də özlərini itirdilər. Lamiyə az qala ağlayacaqdı. Dilinə gətirməsə də ürəyində deyirdi – Bu necə taledir belə? Oğlumu övladlığa ərimin keçmiş nişanlısı götürüb.
Fidan da dilinə gətirə bilmədiklərini ürəyindən keçirirdi.
– Bircə bu çatmırdı. Səfər də buralara gəlsə, vəssalam.

Eldar Zamana yaxınlaşdı.
– Kömək lazımdır?
– Çox sağ olun. Özüm həll edəcəm.

Eldar bir söz demədi, şübhəylə həyətə girdi.
Fidan Lamiyəyə oturması üçün divanda yer göstərdi.
Lamiyə evi gözdən keçirirdi. Eldar içəri keçdi. Təhminə qucağında körpə otağa girdi. Lamiyəni görəndə təəccübləndi, Fidana baxdı.
– Salam.
Lamiyə – Salam.
Lamiyə gözlərini Yaşardan çəkmirdi. Həyəcanını gülümsəməklə gizlədirdi, Eldar şübhələndi.
Eldar – Nə isə olub?
Lamiyə – Xeyr, maşallah şirin uşaqdır.
Fidan oğlunu Təhminədən aldı.
Fidan – Çox sağ olun.
Təhminə – Siz Kərim Kərimovun gəlini deyilsiz?
Lamiyə – Bəli mənəm.
Təhminə mətbəxə keçdi. Fidanla Eldar yanbayan divanda Lamiyəylə üzbəüz əyləşmişdilər.
Lamiyə – Oğlunuzdur?
Eldar – Bəli.
Lamiyə Eldarın səsindəki soyuqluqdan hiss etdi ki, gəlişi onun xoşuna gəlməyib.
– Bağışlayın, narahat edirəm sizi.
Fidan – Yox, narahat etmirsiniz. Bizim üçün gözlənilməz oldu.
Fidan üzünü Eldara tutur. – Düzdür, əzizim?
Eldar – Doğrudur, gözlənilməz oldu. Yoldaşınızın adı…

Lamiyə – Səfərdir. Səfərlə böyük sevgiylə ailə qurduq. Hələki övladımız yoxdur.

Fidan diqqətlə qarşısındakı qadına baxdı. – Allah başacan eləsin. Buralarda nə əcəb?
– Qohumumu görməyə gəlmişdim. Qayıdanda maşın dayandı.
Təhminə Lamiyəyə fincanda çay gətirdi.
– Buyurun. Lamiyə Çaydan iki qurtum içəndən sonra ayağa qalxdı.
– Adınızı bilməsəm də, sizi tanımağıma şadam.
Eldar – Niyə tələsirsiniz? Maşın bəlkə düzəlməyib?
– Düzəlməsə də taksiylə qayıdaram.
Fidan – Yoldaşım sizi apara bilər.
Lamiyə – Qətiyyən olmaz. Yoldaşım qısqanc insandı. Xahiş edirəm.

Lamiyə Fidana yaxınlaşdı, qucağındakı oğluna baxdı.
– Qucağıma ala bilərəm?
Fidan körpəni Lamiyəyə uzatdı. Lamiyə Yaşara baxdı, qoxlayıb üzündən öpdü. Sonra körpəni anasına qaytardı.
– Allah saxlasın.
Fidan – Çox sağ olun. Sizə də qismət olsun.

Lamiyə evdən çıxdı. Eldar da arxasınca. Lamiyə həyət qapısından çıxanda Zaman dedi:
– Gedə bilərik Lamiyə xanım.

Zaman arxa qapını açdı, Lamiyə əyləşdi.
Eldar qapını hirslə çırpdı, evə girdi. Fidan mətbəxdə tək idi.
Eldar – Arvadının bura gəlməsi təsadüfdür?
Fidan təəccüblə – Başa düşmədim.
– Sənin Səfərlə münasibətin var? – Başlama da…
Fidan mətbəxın qapısını örtdü.
– Ağıl var, məntiq var. Əriylə münasibətim olsaydı, arvadı mehriban danışmazdı. Qapıdan içəri girən kimi saçlarımdan tutub evdə sürüyərdi. Adətən belə olur.
Eldar Fidanın dediklərindən sonra sakitləşdi.
– Bağışla, düz deyirsən. Yersiz qısqanclıq elədim.
– Dalaşmaq istəmirəm. Ümumiyyətlə, evdə söz-söhbət istəmirəm. Xahiş edirəm.
Eldar əlləriylə Fidanın üzündən tutdu, gözlərinə baxdı, sağ yanağından öpdü.
– İşə qayıtmalıyam.
– Yaxşı yol.
Eldar mətbəxdən çıxdı.

Fidan mətbəxin pəncərəsindən Eldar qapıdan çıxanacan izlədi.
Lamiyə evə gələnəcən ağladı. Maşından düşəndə Zaman təklif etdi.
– İstəsəz , başqa yolnan da həll etmək olar?
– Necə?
– Uşağı oğurlayarıq.
– Sonra? Evə hansı adla gətirəcəm?
– Yoldaşınız evdə olanda qapının ağzına qoyaram, sonra övladlığa götürmək üçün razı salmaq sizin boynunuza.
– Elə bilirsən, asandır? Fidanın əri bərk adama oxşayır.
– Məndən təklif etməkdir. Yenə də fikirləşin.
Lamiyə fikirli evə gəldi.

Qapıdan içəri keçəndə öz – özünə danışmağa başladı.
– Mənim oğlumdur. Zaman haqlıdır. Səfərin ürəyini əlimdən aldın Fidan, oğlumu əlimdən almağına imkan verməyəcəm.

Axşam Səfər sexdən çıxdı. Evə getmək istəmirdi. Maşını barların birində saxladı. Bara girdi, qırmızı şərab sifariş verdi. Ofisiant sifarişi gətirdi. Səfər rəqs edən yarıçılpaq qızlara baxa-baxa şərabını içirdi. Neçə saat barda qaldığını xatırlamadı. Ayağa qalxanda hiss etdi ki, sərxoş olub. Hesabı ödəyəndə yaşı iyirmidən çox olmazdı, qız ona yaxınlaşdı.
– Salam.
Səfər könülsüz salam verdi. Qız Səfərin yarımçıq qalmış şərabını başına çəkdi.
– Bəlkə getdiyin yerə məni də aparasan.
– Bağışla, sənə ehtiyacım yoxdur.

Səfər qızı əliylə kənara itələdi, bardan çıxdı. Maşına oturub qapını bağlamağıyla uşaq kimi hönkürüb ağlaması bir oldu. Fidanla bağlı xatirələri yadına düşdü. Nişanlandığı günlər, ilk dəfə bərabər olduğu anlar elə bil gözünün qarşısında canlandı. Səfər göz yaşlarını sildi, maşını sürmək üçün işə saldı.

Fidan Yaşarın yeməyini yedizdirirdi. Həyətdə it birdən hürməyə başladı. Az qala zəncirini qıracaqdı. Fidan maraqla pəncərədən həyətə baxdı. İt qapının ağzına tərəf baxıb hürürdü. Fidan telefonunu cibindən çıxartdı, Eldarın nömrəsini yığdı.
– Hardasan?
Eldar maşın sürürdü.
– Çatıram az qalıb. Nə olub?
– İt bəyaqdan hürür. Evin qapısına tərəf hürür.
– Necə? hardasan indi? Yəni hansı otaqdasan?
– Uşaqla öz otağımdayam.
– Otağın qapısını bağla, mən gələnəcən açma.

Fidan otağın qapısını örtdü, açarla bağladı, stulu da qapının ağzına qoydu.
– Niyə elə dedin? Kimsə evə girə bilər ki?
– Az qalıb çatıram. Qorxma.
Fidan telefonu taxtın üstünə atdı. İtin də hürməyini eşitmirdi. Körpəsi ağlayanda qucağına aldı, sakitləşdirirdi
Körpə sakitləşəndə Fidan beşiyinə qoydu. Bir gözü qapıda pəncərəyə yaxınlaşdı. İti yerdə səssiz uzanmış gördü. Fidan qorxdu, asta-asta geri çəkildi. Qəfildən pəncərəyə atılan daşdan pəncərənin şüşələrinin qırılmasıyla, Fidanın qışqırmağı bir oldu. Körpə də yuxuda diksinib ağladı. Fidan körpəsini qucağına götürdü, qorxudan ağlayırdı.
On beş dəqiqə Fidan körpəsi qucağında şkafın küncünə qısılmışdı. Otağın qapısı döyüldü.
– Mənəm,aç qapını.
Fidan Eldarın səsini eşidən kimi cəld qapıya yaxınlaşdı, açdı.

– Hardaydın? Pəncərəni sındırdılar. – Fidan ağlaya-ağlaya deyirdi. Eldar oğluyla Fidanı qucaqladı. Fidan başını Eldarın sinəsinə qoymuşdu, əsirdi.
Eldar – Qorxudan əsirsən.
Eldar Fidanı taxtda uzandırdı, körpəni beşiyinə qoydu. Sakit idi körpə. Eldar arvadının üstünü ədyalla örtdü.
– Fidan, qurban olum, qorxma. Yanındayam
Fidan – O kim idi? Nə lazımdı onlara?
Eldar – Bilmirəm kimdi, kimlərdi. Qorxma, nə qədər ki, mən varam,qorxma.

Fidan Eldarı qucaqladı. Eldar Fidanın başından öpdü. – Rəşadgil də gələcək bir azdan. Narahat olma. Lazım olsa, bir müddət onlarda qalarıq.
– Oğlumuz da qorxdu. Birdə bizi tək qoyma, bizi tək qoyma. Fidan Eldara qısılmışdı. Eldarın gözləri dolmuşdu. Hiss edirdi, Fidan zamanla onu sevecek.

Rəşadla Təhminə gələndə Fidan yatmışdı. Təhminənin gözlərindən hiss olunurdu ki, yolda ağlamışdı.
Təhminə – Fidanla uşağa heç nə olmayıb?
Eldar – Fidan da, uşaq da yatıbdı.
Təhminə yataq otağına getdi. Rəşadla Eldar həyətə çıxdılar, itə yaxınlaşdılar. İti gülləylə vurmuşdular. Çox güman səsboğucudan istifadə etmişdilər.
Rəşad – Sən kimdən şübhələnirsən?
Eldar – Nə bilim. Düşmən bir deyil, iki deyil..
– Bu adam buracan gəlibsə digər ailən də təhlükədədir deməli.
– Onlara toxuna bilməz. Qoruyucular var. Sürücü də tutmuşam. Səhv elədim, gərək Fidangilə də adam tutardım. Səncə o ola bilər?
– O kimdir?
– Camal.
– Yəni, bu qədər axmaqdır ki, qayıtsın?
– Hər şey olar. Çox nahaq onu sağ qoyduq,
– Sabah bu haqda maraqlanacam.
– Aeroportdakı adamımızla da əlaqə saxla. Gör o əclaf qayıdıb, ya yox.
– Mütləq.
– Bir müddət sizdə qalacağıq. Görək başımıza nə iş gəlir.

Eldarla Rəşad evə keçdilər. Fidan oyanmışdı. Təhminəylə uşağın paltarlarını, yeməklərini çamadana yığırdı. Eldar Fidana yaxınlaşdı.
– Dincəl, özüm yığaram çamadana.
Təhminə əldən zirək olduğundan paltarları Eldarla birlikdə çamadana yığdı.Rəşad çamadanı götürdü, evdən çıxdı. Təhminə də Yaşarı qucağına aldı, Rəşadın arxasınca çıxdı.
Fidan Eldarın qolundan tutdu.
– Düzünü de, o adam kim idi?
– Vallah bilmirəm. Bilsəm indi yanında olmazdım.
– O, qayıdacaq.
– Nə qədər ki, yanındayam, heç nədən, heç kimdən qorxma. İndiyəcən mənə necə inanmısansa, bundan sonra da inan.Gedək.
Fidan Eldarın qoluna girdi, birlikdə evdən çıxdılar. Eldar qapıları bağladı, Rəşada işarə verdi ki, qabaqda getsinlər. Qapını açdı, Fidan qabaqda əyləşdi, özü də maşına mindi Rəşadgilin arxasınca sürdü.
Yolda aşmış maşın gördülər. Adamlar, polislər maşının ətrafına yığışmışdılar. Fidan da diqqətlə adamlara baxırdı.
– Kimdirsə, Allah köməyi olsun.
Eldar – Amin.
Təcili tibbi yardım maşınının qapısı açıldı. Səfəri həkimlər bir-neçə adamın köməyi ilə yerdən qaldıranda Fidan görmədi. Eldar maşınla hadisə yerindən çoxdan uzaqlaşmışdı…

Təhminə Fidanın əvvəlki otağını hazırladı. Yaşarın da yeməyini vermişdi, körpə yatmışdı. Eldarla Fidanın sirrini bilmədiyi üçün Eldara başqa otaq hazırlamamışdı. Fidan hamamdan çıxıb otağına gəldi, Eldar pəncərədən çölə baxırdı.
Eldar – Həmişə təmizlikdə – deyib, otaqdan çıxmaq istəyəndə Fidan əlindən tutdu. Eldar Fidana baxdı. Fidan – İstəmirəm gedəsən.
Eldarla Fidan birlikdə taxtda uzandılar. Fidan Eldarı qucaqlayıb yatmışdı. Eldar da Fidanı qucaqlamışdı. Yata bilmirdi. Düşməninin kim olduğunu düşünürdü.

Ardı var…