12113359_1644259745815327_8563565984306098338_o

Xəzər…
Coş ay Xəzər…
Ümmanları , dalğaları
Sinən üstdə yellə biraz…
nə olar ki qırma mənim ürəyimi…
Bir az nazlan cilvə elə
Vallah gələr
Xoş ay Xəzər…
Coş ay Xəzər
Ağla biraz
O yelkənli dalğalarda
Ümid gətir…
mənə biraz sevinc gətir
Həsrətimə vüsal gətir…
Coş ay Xəzər…
Coş ay Xəzər..

* * *

Yenə ərşə qalxıb diləyim Allah
İlhama köklənən günlərimdəyəm
Gülüşü unudub yanağım Vallah
Qüssədən yüklənən günlərimdəyəm

Elə gözüm baxır yola yol çəkir…
Heç bilmirəm dərdim nədir ünüm nə?
bu durğunluq vərəqlərə nur əkir
Şeirlər çoxalır….noolsun? Günüm nə?

Həsrətmi bu qədər qəlbimi yoran?
Yoxsa qəriblikdi ya da ki nədi?
Yaman deyinirəm vallah ömürdən
Həyatın çörəyi dizlərimdədi…

* * *

Göylərə baxma gülüm…
Göylərə baxma…
yerə baxma…
Sağa baxma
Sola baxma…
Elə sevgimiz olsun ki
Həyatdan nə umursansa
gözlərin nə axtarırsa
Ürəyin nə axtarırsa
Mənim gözlərimdə tapasan
Mənə bax!
Ancaq mənə
Sadəcə mənə!
Gözlərimiz doymasın vüsaldan…
Qısqanıram gülüm
Baxma heç yerə baxma….