12107261_1681684228734233_7942365331840835205_n (1)

UNUDARSAN BƏLKƏ DƏ

Gözlərimin rəngini,
Tellərimin ətrini,
Şeirimin hər sətrini,
Unudarsan ,bəlkə də.

Sevdiyin gülüşümü,
Hərdən ərköyünlüyümü,
Elə mənim özümü,
Əzaba dözümümü,
Unudarsan, bəlkə də.

Könlümün həsrətini,
Yoxluğunun dərdini,
Sənlə ömrümə gələn
Cəhənnəmin qəsdini,
Çarəsiz bir xəstəni,
Unudarsan ,bəlkə də.

Getmə

Unudarsan adımı,
Unudarsan yaşımı,
Lakin unuda bilməz
Gözlərin baxışımı.
Xoşladığım rəngləri,
Adından ilham alıb,
Arzusuna çatarkən
Yolun sonuna yaxın
Ayağını qırdığın
Zavallı xatirələri,
Unudarsan ,bəlkə də.
Mənə aid hər şeyi,
Axı nə oldu sənə?
Səndin mənim hər şeyim,
Ürəyimi dərd yeyir,
Əzab bağrımı didir,
Ötən sadəcə gündür,
Sənsiz keçən illəri
Min il qədər böyükdür,
Ehh …unudarsan, bəlkə də,
Xəyal qurardıq sənlə,
Körpəmizin adından,
Sənin arzularından,
Mənim arzularımdan,
Xoşbəxtliyin dadından,
Sevginin ehtirasından,
Unudarsan ,bəlkə də.
Bütün kəlmələrimi,
Bütün cümlələrimi,
Nifrətimi ,eşqimi,
Bircə sözümdən başqa,
Lap məni unutsan da,
Dilimə almadığım,
Gözümün söylədiyi,
Bir sözü
Əbədiyyətə qədər unudamazsan,