Cabir A

28 yaşında maşın qəzası nəticəsində həlak olmuş həmkəndlimiz,
rəssam dostum Eldar Sadıq oğlu Muradovun əziz xatirəsinə

Həyat borclu bu dünya bir dayanacaq,
Hərəmiz bir sınağa can…
Gəlib çıxar maşın – əcəl
Dünya bizi,
Biz dünyanı dərk eləyib duyanacan…
Hər səhər yuxumuzdan,
Yapışıb yaxamızdan
ölümmü, həyatmı bizi oyadan,
Yoxsa qismət adlı alın yazısı,
Övlad boyu,
övlad toyu görməkmi arzusu?!
Yoxsa bu dünya acın?!
Ayrılıb da dünyadan
Yaşarığ dünya üçün:
Ona səndən qalan bu az yaşında
Sənətin, övladın, məzar daşındı;
Sənət dünyalıqdı, övlad talelik,
Baş daşı məzardan göyə naləlik…