Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə həsr edirəm.

Çox əziz və sevimli Mehriban xanım! Siyasi liderə xalqın sevgisi – ona olan hörmət və etimadın nəticəsidir. Allahın kərəmiylə “Qurani-kərimin” mahiyyətini anlayaraq onu özunuzə rəhbər bilib “Allahin nuruna” büründünüz! Sizi Allah sevgisində saxlayan qüvvə dünya və axirət savabına nail olmaq istəyinizdir. Rəhbərin insanlara nümunə olması Allahın ən böyük ehsanıdır. Allah-taala belə insanları sevər və onların gözəl əməllərinin sayını artırar.
Çox əziz Mehriban xanım, sizin dəmir iradəniz biz azərbaycanlı xanımları qürurlandırır. Haqq uğrunda gözəl dünyamızın hüzur tapıb yaşaması uğrundakı mübarizə və çabalarınız – bizə haqq verir ki, sizinlə fəxr edək, öyünək!
Sizin bu gün haqq etdiyiniz vəzifənin məsuliyyətini dərk edən biz xanımlar da, öz işimizlə vətənimiz Azərbaycana xeyir-bərəkət gətirərək, onun gücünə güc qatacağıq, inşaalah!
Allahın təyin etdiyi raham və yasaqların “qorxulu sərhəddindən” ayıq-sayıqlıqla keçdiniz. Hər səfərə çıxmazdan əvvəl atdığınız hər mərhəmətli addım – sizə qəlblər qazandırmış, xeyirxah əməllərinizsə məmləkətimiz Azərbaycana yağmur kimi – xeyir-bərəkətlər bəxş etmişdir.
Böyük məqsədlər uğrunda mübarizə aparan qadınlarımız Fironun möminə xanımı “Asiyə” anamız kimi , xanımlar-xanımı Fatimeyi-Zəhra (ə) kimi sarsılmaz iradə və iman gücü ilə, zülm dolu təzadlı dünyada həm şəxsiyyətlərini, həm də insanlıqlarını mühafizə edərək mənəvi yüksəlişə nail olmuşlar,
Etiraf etməliyik ki, yaşadığımız “xaotik” bir əsrdə Allahın razı qaldığı işləri görmək – özü böyük bir xoşbəxtlikdir.
Müharibələr və siyasi çaxnaşmalar dövründə ümummilli liderimiz Heydər Əliyev cənablarının evinin sevimli gəlini olaraq – siz, əziz Mehriban xanım, ona dayaq olmuş, onun sizə olan etimadını coşqun Allah sevgisiylə ödəmişsiniz. Həmd olsun, Mehriban adında bəndəsini vücudunu sevgi və mərhəmətlə naxışlayan Allaha!
Həyatınızın bütün mərhələlərində Allah sevgisi ürəyinizin cövhəri olmuş, bu sevgi sizə qeyri-adi Mələk gücü bəxş etmişdir. Sizin işinizdəki nümunəvi ideallıq, gözəllik mücəssəməsi – yer üzünün əşrəfi sayılan insanlığı qururlandırır. Həmd olsun Allahın qürur və izzətlə yaratdığı bəndəsinə!
Sizin həyat ritminiz elə bil zamanla yarışa girib, maşaallah! Xalqın sizə olan böyük sevgisi – onlara göstərdiyiniz etimadın məntiqi nəticəsidir. Siz elə bil ki, qadınlarımızın “islah damarlarını” tapmaqla onların ürəklərində taxt qurmusunuz. Həmd olsun Allaha! Sizin gördüyünüz işlərdən ilham alan qadınlarımız qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək fədakarlıqla çalışır, müharibənin gətirdiyi çətinliklərə baxmayaraq övladlarına elm oxutdurur, tərbiyə verir, vətəçün ölməz Mübarizlər yetişdirirlər.
Həmd olsun könüllərdə həyat eşqini coşduran Allaha!
Allah qanunlarının “tapdağa” döndüyü xaotik bir zamanda rəhbər və vətəndaşlarının borcu – Əhli Beyt və onun əshabələrinin həyat təcrübələrindən tədbir alaraq yaşamaq, yer üzündə Allah sevgisinin tamamlanması istiqamətində fəaliyyət göstərməkdir.
Şəfəqlərlə dolu gözəl dünyanızın hüzur tapıb gözəlləşməsi uğrundakı mübarizəniz bizə haqq verir ki, “dünya adlı anamız vətənlə” birlikdə öyünək!
İnsan gözəllik və cənnət həsrətilə daim intizardadır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz.
Çox əziz Mehriban xanım, sizin çəkdiyiniz intizar anamız dünyanı çox sevdiyiniz üçündür. Ana balasını çox sevdiyi üçün məzəmmət olunmaz.
Biz də çalışacağıq ki, Allahın ehsanı olan zaman adlı nemətin şükrünü anındaca dəyərləndirib, anamız dünyaya və doğma Azərbaycana doğma qəlblər və məhəbbətlər qazandıraq.
Bizim bəşəri sevgimizi nəzərə almadan, vətənimizdə fitnələr törədən yaxın qonşumuz ermənilərin törətdikləri – soyqırım, qətliyamlar, işğal, təcavüz, maddi və mənəvi işgəncələr soydaşlarımızı vətənsiz, uşaqlarımızı atasız qoyub. Bu gün yaxın qonşuluq haqqnın fərqinə varmadan bizimlə düşmənçilik edən ermənilər iblis ordusunun əsgərləridir.
Allahın və insanların lənəti olsun iblisə və onun ordusunun əsgərlərinə!
Əziz və sevimli Mehriban xanım, sizi – Azərbaycanın birinci vitse-prezidenti seçilməniz və “8 Mart Beynəlxalq Qadınlar Günü“ münasibətilə ürəkdən təbrik edir, sizə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram

Böyük hörmət və ehtiramla:

Ulduzə Süleyman qızı Nəsir,
Azərbaycan Respublikasının əməkdar artisti,
şairə-publisist.