Yazıçı, şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rahilə Veysəllinin imzası ən azından sum¬qa¬yıtlı oxuculara “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “İkiyə bölünmüş dünyam” adlı şeirlər, “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik, “Dərd şələsi” adlı iki hissəli povestlər kitabından yaxşı tanışdır. Göründüyü kimi Rahilə xanım Veysəllinin yaradıcılığı ədəbiy-yatın bütün janrlarını əhatə edir və sadalanan səkkiz kitab da son səkkiz ildən də az bir müddət ərzində nəşr edilərək oxucuların ixtiyarına verilib.
Dünən – martın 6-da gözəl bir xəbər aldıq. 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Rəhilə xanım Veysəlli Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə səmərəli ədəbi-bədii və publisistik yaradıcılığına görə “Qızı qələm” Media mükafatına layiq görülüb.
Qələm dostumuzu bu mükafatla təltif olunması münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti