Dolanım başına, mehriban Ata!
Eşit, mən söyləyim övlad salamı.
Dünyada olmusan Sən mənə pusa,
Eşit, mən söyləyim övlad salamı.

Adını çəkəndə titrəyir dilim,
Sən mənim əzizim, Sən mənim elim.
Sizdə mehman olub şeyda bülbülüm,
Eşit, mən söyləyim övlad salamı.

Vətənim olubdu qocaman Sibir,
Söyləyim qəlbimi Sən eşit bir-bir.
Asdanın salamı Sizə daimidir,
Eşit, mən söyləyim övlad salamı.

7 may 1963-cü il. Orta məktəb.