Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə ədəbiyyat sahəsi üzrə “İlin gənci” seçilən Şəhanə Müşfiqin “Şəhanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb.
“Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşridir.
Nəşrin önsözünü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Redaktoru şair Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir.
Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, şair-publisist Xəyal Rzadır.
Qeyd edək ki, bundan öncə 2015-ci ildə “aybkitab” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhra yuxuları” kitablar işıq nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.