Özbəkistanın “Sevimli” televiziya kanalında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Bakıda keçirilən “Nəsimi və özbək ədəbiyyatı” adlı beynəlxalq konfrans haqqında özbək dilində videosüjet verilib.

Bildirilir ki, konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nəsiminin özbək dilində çap olunan “Cananı sevərmən” adlı kitabının təqdimatı da keçirilib. Vurğulanır ki, konfransda Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolu, “Nəsimi və özbək ədəbiyyatı” və digər mövzularda məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər Nəsiminin Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi ən böyük dühalardan biri olduğunu bildiriblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mənbə: azertag.az