Xəyalə Sevilin yeni işıq üzü görmüş “SOLDAN BİRİNCİ KÜÇƏ” adlı şeirlər kitabının təqdimat mərasimi olacaq

Əziz dostlar, oxucular, poeziyasevərlər !

01 iyun 2019-cu ildə (Saat: 13:30) Azərbaycan Milli Kitabxanasının “Açıq Kitabxana” bölməsində AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şairə Xəyalə Sevilin “Zirvə Tədris Mərkəzi”nin “ZirvəKitab” layihəsi çərçivəsində çap olunmuş yeni – “Soldan birinci küçə” şeirlər kitabının təqdimat və imza günü təşkil olunacaq. Yazarın son illərdə yazılan şeirlərindən ibarət olan yeni kitabının redaktoru İntiqam Yaşardır.

Arzu edən hər kəs tədbirə dəvətlidir.

(Ünvan : Azərbaycan Milli Kitabxanası…”Sahil” metrosunun yaxınlığı…Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz)