Sumqayıtdakı hörgü festivalında 100-ə yaxın şəhər sənətkarının toxuduğu əl işləri nümayış olunub

https://b.radikal.ru/b40/1907/e8/bf6aad32db3c.jpg

Sumqayıt Dövlət Rəsm Qalereyasının qarşısındakı meydançada şəhərin yaranmasının 70 illik yubileyi münasibətilə hörgü festivalı keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən festival-sərgidə 100-ə yaxın şəhər sənətkarının toxuduğu müxtəlif geyimlər, çantalar, aksesuarlar və sair əl işləri nümayiş olunub.

Tədbirin sonunda festival iştirakçılarına fəxri fərmanlar təqdim olunub.

Mənbə: azertag.az