https://c.radikal.ru/c03/1907/30/51baf2f9b7f4.jpg

https://a.radikal.ru/a15/1907/7a/8a26d298c36a.jpg

https://d.radikal.ru/d08/1907/d4/4103dc9ae217.jpg

https://d.radikal.ru/d30/1907/28/68f76206c480.jpg

https://c.radikal.ru/c37/1907/19/6389373d4d3b.jpg

https://d.radikal.ru/d11/1907/5e/1e76de38bb1a.jpg

https://a.radikal.ru/a23/1907/0a/eb369cd7ae78.jpg

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq 6 ayın yekunları, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, mədəniyyət işçilərinin işə davamiyyəti, musiqi məktəblərinin fəaliyyəti, şagird qəbulu, mədəniyyət müəssisələrində aşkarlanan problemlər, nizam-intizam qaydaları, eləcə də sosial şəbəkələrdə aktivliyin artırlması, idarənin mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, “Bögələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə müəssisələrin fəal iştirakı ilə bağlı mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

Müşavirədə Sumqayıtın 70 illik yubileyi ilə bağlı regional tədbirlərin keçirilməsi, mahnı, şeir və rəsm müsabiqələrinə Sumqayıta həsr olunmuş mahnıların, şeirlərin, rəsm işlərinin təqdim olunması müzakirə olunub.

Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.