Əziz MUSA.”Bu qız”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bahar ətirlidi, qönçə çiçəkdi,
Camalı mat qoyur ayı, ulduzu,
Bilmirəm hüridi, yoxsa mələkdi,
Gözəllik tacıdı zalımın qızı,

Elə bil şəfəqdən, nurdan yaranıb,
Adamın ağlını başından alır,
Gör necə bəzənib, necə daranıb.
Baxışı adamı odlara salır,

Gülüşü, baxışı aləmdi, aləm,
Belə bal olarmı, qaymaq olarmı,
O, olan dünyada nə qüssə, nə qəm,
Belə bir gözəldən doymaq olarmı?