Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (III hissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Gördüm


Gecə kimi həsrət idi səhər
Bu gün,nəhayət ki,mən yarı gördüm.
Hələ küçələr də fəsli qış idi
Onun gözlərində baharı gördüm

Gözündən gözümə bir eşq boylandı.
Qamarda qanım da donub dayandı.
Qısqandım,ürəyim alışdı-yandı.
Telini oxşayan rüzgarı gördüm

Haqqın söylədiyin yazır qələmim
Onunla bağlıdır sevincim qəmim
Yolum gözləyir o gülzar mənim
Yarımda vəfanı, ilqarı gördüm

Göz yaddaşı

Saçların tək uzun bir qış gecəsi 
Qarşımda dəftərçə,əlimdə qələm
Səni düşünürəm tənha otaqda
Kaş xəyal da olsa yanına gələm 
Rəsminə baxıram gözümü yumub
Döyünmür ürəyim ,bir sükut çöküb
Bu şəkli nə rəssam, nə fotoqraf
Sevən gözlərimin yaddaşı çəkib

Gözlərin dəniz

Gözlərin dəniz, baxşın uçurum.
Tut əlimdən,yıxılmaqdan qorxuram.
Mən üzməyi bacarmıram,bilirsən.
Gözlərində boğulmaqdan qorxuram.
………………………………………………….
Xəzan fəsli gül olmaqdan qorxmuram.
Eşq odunda kül olmaqdan qorxmuram.
Torpaqlara gömülməkdən qorxmuram.
Sənin üçün yox olmaqdan qorxuram.

Gülüm….

Bilsən ayrılıqdan nələr çəkmişəm?!
Həsrətdən göylərə sovrulub külüm.
Eşqim iddiamdır,şahidim cəfa
Tanrıdan tək səni diləyir könlüm

Pəncərəni açıq qoyub yatarsan
Gələcəm səninlə dərdimi bölüm
Ruhum qonağındır,yenə bu gecə
Bu an əbədilik olsunmu, gülüm?

Əllərin titrəyir,baxışlar ürkək
Saçların gül qoxur,dodağın çiçək
Mənimsə dodağım bal arısıtək
Sənin dodağına qonsunmu gülüm?!