Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə, karantin də bəzilərinin kim olduğunu bizə tanıtdı. Yaxşı insanlar xeyirxahlığı ilə yadda qaldı ac qarınlar doydurdu, pis insanların isə maskası yırtıldı. Kimi xalqı dilənçi adlandırdı, kimi də kəndi, rayonu bir-birinə qatıb zirzəmilərdən vurub, podyezlərdən çıxdı. Bu gün də Nazilə Səfərli şairəmiz deyib ki, imkanlı şəxslər əhd eləməyib ki, kasıblara kömək etsin. Adətən xalqın qayğısına şair, yazıçı qalar, onun haqq səsinə səs verər. Nazilə xanım isə əksinə imkanlı şəxslərin qayğısına qalmaqdan ləzzət alıb. Hə, bax belə yerdə bu koronovirusa minnətdar olmaya bilmirəm. Hamının maslkalanmış sifətinin eybəcərliyini bir-bir üzə çıxarır. Ay Nazilə Səfərli, sən o imkanlı şəxslərdən eninə də, boluna da yaxşıca istifadə etmisən. İmkan ver bu kasıb camaata da nəsə etsinlər. Bu qədər qısqanclıq olmaz axı. Sənin heç nəyə ehtiycın yoxdu, bilirik. Təsadüfən bu imkanlı şəxsləri icarəyə götürməmisən? Ehtiyac içində yaşayanları görmək üçün gərək insan olmağı bacarasan. Efirə çıxmaq, veriliş aparmaq hələ nə şair olmaq, nə də insan olmaq demək deyil. Bax, bunu da bilməyin vacibdir.