Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədri, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və istedadlı şairi Saqif Qaratorpağın “Şamın kölgəsində” adlı ilk şeirlər kitabı 2006-cı ildə Bakı şəhərində “Adiloğlu” nəşriyyatı tərəfindən 124 səhifə olmaqla 200 tirajla dərc olunub.Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul Katibi,  Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və istedadlı şairi İbrahim İlyaslı, ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsaldır.

Mənsub olduğu ədəbi nəsil içərisində öz ruhu, öz nəfəsi, öz deyim tərzi ilə seçilən bu imza əsl poeziyanın dərkinə varanlara yaxşı tanışdır.Duyğularını və düşüncələrini səmimiyyətlə, poetik, rəvan, obrazlı bir dillə qələmə alması Saqif Qaratorpağın şeirlərini daha oxunaqlı edir.İnanırıq ki, “Şamın kölgəsində” Saqif Qaratorpağın oxucuları ilə əsl görüş yerinə çevriləcək.