ÇOX EVLİLYİN SƏBƏB OLDUĞU ÇƏTİNLİKLƏR

Yazacağım bu məqalə çox evliliyin və ya qeyri-qanuni yaşayamların çox zaman törətdiyi ziyanlı nəticələrlə bağlıdır.Baxmayaraq ki,nəinki müsəlman ölkələrdə,başqa dinə mənsub ölkələrdə də ta qədimdən çoxevlilik olmuş,hal-hazırda da davam edir.Bu bəzən normal qarşılansada çox zaman tənqid hədəfi olmuşdur.Müasir zəmanəmizdə texnikanın sürətlə inkişafı telefon,internet vasitələri,xüsusi tanışlıq ünvanları artıqca çox təssüf ki,bəzi yüngül xasiyyətli qadınlar aldanaraq evli bir kişinin ov torunun qurbanına cevrilir.Mariflənmək üçün çoxlu bilik yerləri olsada qadınları aldadıcı kişi torundan qurtarmaq üçün televiziya və radio verlişlərində ,eləcə də xüsusi internet saytlarında ,məlumatlar yayımlansada bəzi qadınlar onları ayıltmaq istəyən bu məlumatlardan yan keçir.Bu hadisəni ya ehtiyacdan qurtulmaq,çətinliklərdən azad olmaq ,xoşbəxt olmaq istəyiylə bağlayırlar.Sonradan onlara dəyən zərbənin təsirindən ayıldıqda isə çox peşiman olsalarda təbii ki,sonrakı peşimançılıq fayda verməz.Belə aldanışların nəticəsi nə olur? Təbii ki,qadın ucuzlaşır,adiləşir.

Evli kişilərin toruna çox zaman hansı qadınlar düşür?

Yəqinki boşanmamış bir kişi başqa qadına meyil edib onu ya gizli ya aşkar bir yerdə saxlayırsa deməli o öz qadınını sevir,və ondan imtina etmək istəmir.Elə isə ikinci qadına yaxınlaşması nə səbəbdəndir?Çox-çox anlarda belə hallara səbəb qadının zahiri görünüşü və yüngül davranışı səbəb olur.Özünü ucuzlaşdıran qadın belə bir iyrənc torun qurbanı olur.Elə qadınlar varki əri və övladları olduğu halda başqasıyla qaçır.Evli bir kişi isə ya gizli yada aşkar hətta qadının yanına belə qadın gətirir.Bu da çox zaman boşanmanın bir səbəbi olaraq ailə dağılmasına gətirib çıxarır.Bir ailə qadını boşanırsa (təbii ki,yüngül qadın)əvvəlki ərindən intiqam almaq məqsədiylə ikinci,hətta üç və dördüncü evliliyə də əl atır.Belə qadınlar haqqında dahilərdən biri sitat da gətirmişdir:-Qadınlar qədər intiqam almaqdan zövq alan yoxdur-(Juvenal)

Çox evlilik və ayrılmaların ailədəki övladlara təsiri

Ailədəki ayrılmalar ata-ana münasibətindəki uyğunsuzluq və münasibət pozğunluğundan ən çox ailədəki övladlar əziyyət çəkir.Atanın və ya ananın ona yad olan başqa bir insana meyilliyi övladın xasiyyətində eqoistlik yaradır.Sanki o depresiyaya düşür.Cəmiyyətdən özünü ayrı hiss edir.O ata və anasına qarşı daima qəlbində bağışlanmaz hisslərlə,küskünlükə yaşayır.Belə ki,ögey valideyn ən yaxşı insan olsun belə yenə valideyn doğmalığın verə bilməz.

Şahidi olduğum hadisə

Mən yazdığım bu məqalə ilə bağlı çox hadisələrin şahidi olmuşam. Vəzifəli bir ata öz ailəsini atıb,başqa bir qadınla yaşayırdı.Ailəsini yalnız maddi cəhətdən təmin edirdi.Onun övladı öz yaşıdları arasında atasının onun üçün göndərdiyi bahalı geyimdə belə xəcalət çəkdiyinin şahidi olmuşam.Beləki onun yaşıdları arasında ən kasıbı atasının nəvazişindən və qayğısından danışdıqca vəzifəli şəxsin övladı kövrəlirdi.Bir ata ki,övladı yanında olmayacaq onu ancaq madii yardımla təmin edəcək o ata nəyə lazımdır? Bəzən belə ailənin uşaqları üzdə biruzə verməsələr də daxildə çox əzab çəkirlər.Ailə kiçik bir dövlətdir.Onun nə qədər məsuliyyətli olduğuna ötərəmi nəzər salınmalıdır? Bir ağır yük çəkilə bilməyəcəksə ,yarıda atılıb qaçılacaqsa nə üçün ailə qurulur? Bir ailəyə baxmağa güc çatmırsa onu yarıda buraxıb ikinci və ya üçüncü evlilyə niyə addım atılır?Məsəl var:-bir əldə iki qarpız tutmaq.Niyə günah bir odun parçasısa bir ocaq edilir? Sevib-sevgisindən Məcnun olacaq insan nə üçün başqasıyla dəyişilir?

Ayrılan qadının çətinlikləri

Ailədəki kişi öz ailəsini atıb başqa bir yerdə başqa qadınla yaşayırsa onun əvvəlki qadını işləmirsə əziyyəti daha çox olur.Uşaqlarının hər gün atam-hanı?və ya nə zaman gələcək sualını cavabsız qoyarkən çəkdiyi əziyyətlər,övladının istəklərinə madiyyat çatışmazlığı,qonşu uşaqların ataları evə gəldiyi zaman övladının həmin mənzərəyə boynu bükük kövrəlmiş halda baxmasını görən qadının həmin anlar çəkdiyi əzabları görmək çətindir. Çox zaman ailə yolunu ayrılmayan uzun bu yolu ikiyə bölən xəyanət olur.Çox hallarda xəyanət kişilər tərəfindən törənir.Yəqinki kişilər bu məqaləni oxuduqda məni qınayacaq.Mən bu məqaləni ancaq qadın düşkünü və ailə yükünü çəkə bilməyən o zəhmətə alışmayan kişilərə şamil edirəm.Çox zaman belə hallar imkanlı kişilər tərəfindən törənir.Pulun çoxluğundan istifadə edib başqa bir xanımla yaşamaq qərarına gəlirlər.Hətta pulunun çoxluğundan lovğalanıb:-mən nəinki bir arvad hətta onun da ala bilərəm-söyləyən kişilər də olur.Qadınlar məndən sarı ölürlər.Amma belə kişilər üçün ölən qadınlar yəqinki həmin kişi çox kasıb təbəqəli bir sənət sahib olarsa(pulunu daşdan çıxaran olarsa) bir çörəyni pulunu güclə qazanacaq olarsa ona tərəf belə baxmazlar.Belə kişilər bilmir ki,belə qadınlar onları yox onların imkanını sevir.Bir gün o imkan yox olduqda çətinlik üz verdikdə ,xəstəlik ,qocalıq çatdıqda o qadınlar onu belə tanımayacaqlar.Əsl sevgiylə sevən yalnız bir qadın yanında olacaq. Bu cümləmi kişilər unutmasınlar:-Əgər siz evli ola-ola bir qadını sevib onu almaq onunla yaşamaq istəyirsinizsə o qadın da buna razısa onda həmin qadın sizi sevən yox sizin ən böyük düşməninizdir.Biz müasir dövürdə yaşamağımıza baxmayaraq hələdə bəzi qadınlarımız mariflənməyib.Əgər bunu təhsillə bağlayırıqsa yanılırıq.Bizim nənələrimiz müharibə dövründə üzlərini küllə boyayıb küçəyə çıxarmış ki,kimsə onu bəyənməsin.Namusuna bir eyib söz deyilməsin.Bəzən bəzi verlişlərə bir qadın yanında iki-üç uşaqla çıxırki bəs məni bir evli kişi aldadıb qaçırıb.Bəs sonrada bilməmişəm ki o evlidir bir neçə uşağı da var.Bir deyən yoxdur ki biz zorakılıq dövründəmi yaşayırıq ki,səni zorla qaçırsınlar? Yaxşı birini aldatdılar bəs başqaları?Utanmadan o kişilərdən kömək istəyirlər.Vay o günə kişi kasıb adam ola.Onda belə çıxır ki,birinci qadının uşaqlarınin çörəyi alınıb bu qadının övladlarına verilməlıdir?

Çox evliliyin kişilərə mənfi təsiri

Çox qadın düşkünü olubda qadını üstünə qadın gətirən kişilərin özləri də çox zaman əzab çəkir.İki qadın və ya bir neçə qadın arasında qalıb onların çəkişməsi arasında boğulan kişi təbii tez ürək xəstəsi olur.Sevdiyi qadına xəyanət edib peşiman olan kişi o qadına qayıtmaq istəsədə təbii ki o qadın razı olmaz.Belə olduqda da kişi ömrünün sonuna qədər vicdan əzabı çəkir.Zyalı kişilər çox zaman bir evlilyə üstünlük verirlər.Ömürlərinin sonuna qədər də bu evlilkdən zövq alaraq yaşayırlar.Çünki var dövlət əbədi deyil.Bir gün hər şey yox olduqda mütləq bir kişi yanında bir qadın qalır.

Kişilərimizin çoxu xarici ölkələrdə xüsusən Rusiyada çörək pulu qazanmağa gedirlər.Təbii ki,orada çoxusu rus qadını ilə qeyri rəsmi yaşayır.Nəticədə uşaq dünyaya gəlir.Mən uzağa yox tanıdığım bəzi insanlar haqda misal gətirmək istəyirəm.Rusiyada elə kişilərimiz varkı rus qadınlarından olan uşaqlarından bağça açmaq olar.Amma buradakı övladı atasının üzünü belə görməyib.Təbii ki,həmin kişi rus qadınlardan olan övladlarına da baxmayır.Amma nə olsun ki,o rus qadınıdır? Bir müsəlman kişinin ani bir ehtirasdan bir neçə övladı beləcə böyüyəcək.Məgər dində belə qanunsuz evliliyə icazəmi var? Bəzi gənclərimiz varki Avropanın bir çox ölkələrində bəzi yaşam tərzinə həsədlə baxırlar.Məndə bir gəncəm.Heç bir xarici ölkədə olmamışam.Amma bilirəm ki,bütün ölkələrin həsəd aparacağı gözəl ailə birliyi yalnız bizim ölkədədir.İki insan bir-birini sevərək ağsaqqal razılığı ilə ailə qurur.Nəticədə övladları olur.Onları böyüdürlər ev-eşik edirlər.Hər bir ailədə övlad nəinki öz bibisini, xalasını hətta babası və nənsinin uzaq qohumun belə tanıyır.Bu da insanların bir-birinə dar ayaqda kömək etməsinə kömək edir.Amma çox xarici ölkələrdə övlad atasını anasını belə tanımır.Çox təssüfki biz də onların yoluna deyəsən addım atırıq.Bu yolun sonu isə uçurum və ailə parçalanmasıdır.Mən kişilərə ailədəki qadınla yaşamaq istəmədikdə zor duruma gəldikdə belə bir məsləhət verərdim:- əgər evlənəcəyiniz qadınla yola getmirsinizsə və ya o əxlaqsızlıq və oğurluq üstündə cəzalanıbsa onu boşayın.Amma onun və ondan olan övladınızı ömrünüzün sonuna qədər imkanınız olduğu qədər təmin edin.Yoxsa onu ehtiyac içində və verdiklərinizi də alıb buraxmayın.Rəbbimiz də hətta ailə ayrilmasının ədalətli olmasını istəmişdir.

–Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birisinə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şeyi geri almayın.Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız!?- Qurani-Kərim-Ən-nisa surəsi-(Qadınlar-20 ayə)

–Siz onu necə geri ala bilərsiniz ki,vaxtilə bir-birinizə yaxınıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.- Qurani-Kərim-Ən-nisa surəsi-(Qadınlar-21 ayə)

Görün rəbbimiz nə gözəl qanunlar göndərmiş və qadın hüququnun tapdanmaması üçün Qurani-Kərimdə surə (Ən-nisa-Qadınlar) göndərmişdir.

Bəzən kişilərə qadındüşkünlüyü və çoxevlilik barədə irad tutduqda onlar özlərini müdafiə kimi:-Bizim dində çox evlilyə icazə verilir-deyirlər.Məndə müsəlmanam.Ağlım kəsəndən dinimin belə bir qaydaya icazə verdiyini eşitmişdim.Yaşa dolduqca Qurani-kərimi oxuduqdan sonra belə bir kəlamla rastlaşdım:-Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlarla iki,üç və dörd nəfərlə nigah bağlayın.Əgər onlarla da ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin.(yaxud:o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin)Bu ədalətli olmağa(ədalətdən kənar çıxmamağa)daha yaxındır.-Qurani-Kərim-Ən-nisa surəsi-(Qadınlar-3 ayə)

Rəbbimiz də bəndəsinin ailəsinə qarşı ədalətli rəftar etməsini istəyir.Ədalətli olmağa isə bir evlilyin daha münasib olduğunu uyğun bilir.Hətta bəndəsinin öz ədalətinə əmin olmadığına görə də ona ədalətli yolu göstərir.

— Siz nə qədər çox istəsəniz də ,arvadlar arasında heç vaxt ədalətlə rəftar etməyi bacarmazsınız .Barı (birisinə) tamamilə meyil göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli nə də boşanmış kimi boşanmış) qoymayın.Əgər özünüzü islah edib (belə hərəkətlərdən)çəkinsəniz (allah sizi bağışlayar).Həqiqətən, allah bağışlayandır.Rəhm edəndir- Qurani-Kərim-Ən-nisa surəsi-(Qadınlar-129- ayə)

Doğurdanda bu belədir.Bir kişi istəsədə hər iki qadınına və ya hər iki qadının övladlarına eyni ruzini,geyimi,müxtəlif yaşamaq üçün problemləri həll etsin bunu bacarmaz.Ya imkan buna şərait yaratmaz ya da ki hansısa qadının qorxu və ya qısqanclıq qəzəbi onu bu fikirdən yan keçməyə vadar edər.Bu da ədalətli olmaq istərkən ədalətsiz olmaqdır.Axı hansı kişi eyni anda iki qadına eyni sevgini verə bilər? Mütləq həmin anda qadınlar arasında qısqanclıq yaranar biri bəlkədə ikisi o kişidən üz döndərər.Hər bir qadın istərki öz sahibini(həyat yoldaşının) yeganə ideal qadını olsun.Əvəzolunmaz olsun.Bir kişinin eyni anda sevgisini və ya ehtiraslnı qazanan qadın yəqinki əxlaqsız qadın olar.Ya da ki gərək o kişi qəlbi və əməlləri o qədər təmiz və pak ola ki qadınlar arasında sevgini bərabər bölə.Ancaq belə sevgini hansı bir kişi edə bilərki.Mütləq evdəki qadınından gizli başqa qadın yanına gedər.Evə gəldikdə isə işdən gec çıxdım və ya qonaqlıqda idim deyərlər.Məgər sevdiyi qadını aldatmaq onu sevməkmi deməkdir?

Bəzən deyirlər ki,peyğəmbərlərin də bəziləri çox evli olmuşdur.Bildiklərimizdən:-İlk peyğəmbərimiz həzrəti Adəmin haqqında danışarkən onun adı yalnız bir xanımla həzrəti Həvvayla çəkilir.İbrahim peyğəmbər Sara xanım yaşlı olduğu üçün,övladı olmadığı üçün həzrəti Hacərlə evlənir.Allahın rəsulu sonuncu peyğəmbərimiz Xədiceyi Kübra vəfat etdikdən sonra Ayişə ilə evlənmişdir.Dörd xanımla evləndiyi deyilsədə həzrətin haqqında danışarkən çox zaman yalnız bu iki xanımın adı çəkilir.Təbii ki,yer üzündə peyğəmbərlər allahın elçiləri sayılır və onlarda bütün gözəl xüsusiyyətlər cəmlənmişdir.Onlar nəinki bir hətta iki,üç qadınla evlilikdə hər bir xanıma gözəl rəftar etməyi asanıqla bacarmışlar,Onlar nəinki öz zamanının özlərindən sonrakı zamana belə həyatda düzgün yaşamağı öyrətmək üçün göndərilmişdir.Onlar yer üzünün mələkləri idi.Onlarla yaşayan qadınlarda onlarla fəxt edirdi.Və həmin qadınlarda müqəddəslik və paklıq rəmzi sayılır.Pis əməl və pis xüsusiyyətlərdən uzaq idilər.Rəbbimiz əgər bəndələri arasında fərq qoymursa onun elçiləri də zaman,zaman bəndələr arasına gələrək zamanın insanlarına fərq qoymamışdılar.Belə hallara sahib olduqlarını bildiyimiz üçün bəzi kişilərimiz özlərinə bəraət qazandırmaq üçün din və peyğəmbərlərdən misal gətirilərsə yanılırlar.Çünki hər bir peyğəmbər allahın elçisi və ədalət rəmzidir.Onlar hər an özlərini səbirli tutmağa çalışanlardır.Adi bir bəndə onlarda olan xüsusiyyətin yarı faizi ola bilməz.Adi bir bəndə onlarda olan ədalətə gözəl xüsusiyyətlərə sahib ola bilməz.Hansı bir adi bəndə allah elçilərindən başqa,müqəddəslərdən başqa qadınlar arasında ədalətlə rəftar edə bilər?Qadın arasında eyni bərabərə sahib olmayacaqsa onların arasında hər birinə eyni ruzini tən bölməyəcəksə eyni geyimi almayacaqsa o belə evlilkdən uzaq olmalıdır. Bəzi müqəddəslər dövürlərində isə qoşun əsgərlərindən və yaxın insan itkisindən başsiz qalan qadınlar düşmən əlinə əsir və ya intiqam almaq məqsədiylə düşməməkşün siğə olunarmış.Bu haldan da həmin müəyyən dövrün bəzi insanları sui istifadə etsələr də ama savadsiz və namuslu qadının qorunması üçün yad ələ keçməməsi üçün qorunacaq vasitə idi.Amma o zamanın qadınları avam və savadsız olduğu üçün,iş yerləri olmadığı üçün ac-səfalətdən qurtarmaq üçün qadın razı idisə bu vasitə bəz hallarda xeyirli idi.İndisə kişidən çox qadınların savad alması üçün çoxlu təhsil ocaqları,və işləmək üçün iş yerlər vardır.

Tarıxdə də bir çox dövrün fironu ,şahı,xanı,bəyi,ağası qadındüşkünlüyünün və çoxevlilyin qurbanı olmuşdur.Birinci xanım ərinin hakimiyyətinin ikinci qadına qalacağından qorxub ərini öldürüb hakimiyətə sahib olmuşdur.Belə hallarda böyük ailə parçalanmasından nəinki həmin ailə böyük bir hakimiyyət də ziyan çəkmişdir.Bir ailədə baş verən ziddiyətlər bəzən uğursuz qələbələrə də yol açmışdır.Hətta qədim dövürlərdə ailə daxili münaşiqə böyük hakimyətin parçalanmasına və ölkədə müstəqil kiçik hakimyətlərin yaranışına da səbəb olmuşdur.Ölkədəki hakimiyyət zəifliyindən və daxili çəkişmələrdən istifadə edən yad ölkələr həmin ölkəyə yürüş edib o ölkəni talan etmişlər.

İstər kişi istər qadın ədalətlə rəftar edə biləcəyi addımı atmalıdır.Çəkə biləcəyi yükü çəkməlidir.Bir qadına uyubda övladı ata qayğısında məhrum edib böyütmək olmaz.Qocalıb əldən düşdükdə ,xəstəliklə üz -üzə qalanda elan və ya hansısa bir verlişə çıxıb övladımı axtarıram-məni bağışlasın-demək artıq çox gec deyilmi?