Salam, Əziz və Hörmətli Dostlar!
Çağdaş Azərbaycan Ədəbi Elektron Məkanında yeni bir İnformasiya Agentliyi tezliklə fəaliyyətə başlayacağı barədə öncə sizi bilgiləndirmişdik.İnformasiya Agentliyinin nə vaxt fəaliyyət başlayacağı, hansı adla fəaliyyət göstərəcəyi məlum oldu.Məlumata görə, adı bir müddət gizli saxlanılan “Gundelik.İnfo” İnformasiya Agentliyi bu gün axşama yaxın fəaliyyətə başlayacaq. Bu haqda məlumatı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına adı hələ ki, gizli saxlanılan İnformasiya Agentliyinin Mətbuat Xidmətindən bildiriblər.
İnformasiya Agentliyinin Mətbuat Xidmətinin Rəhbəri Kamran Aydınoğlu Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının əməkdaşına müsahibəsi zamanı bu sözləri deyib: “Çağdaş Azərbaycan Ədəbi Elektron Məkanında bir neçə İnformasiya Agentliyi fəaliyyət göstərir.Faktiki olaraq Azərbaycan oxucularını yeni məlumatlarla təmin edirlər.Biz də öz növbəmizdə yeni İnformasiya Agentliyi açıb fəaliyyətimi daha da genişləmdirmək və oxucuları yeni məlumatlarla təmin etmək istəyirik!”.
Qeyd edək ki, portalda yer alacaq yeni məlumatlar Avropa və Rusiya mətbuatına istinadən yayımlanacaq.