
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2025-ci il dekabrın 15-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Mənbə: https://culture.gov.az/