Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan mətbuatında 50 ildən artıq yazıları ilə çıxış edən görkəmli və istedadlı yazıçı-publisist Natiq Səfiyevin “Ürəkdə daş” kitabı 2013-cü ildə “Təknur” nəşriyyatı tərəfindən 44 səhifə olmaqla 300 tirajla dərc olunub.Kitabın redaktorları Cahan Vəliyeva və Güntəkin İlyasovadır.
“Ürəkdə daş” kitabı tanınmış monqol yazıçısı Sengiyn Erdenin müxtəlif illərdə qələmə aldığı hekayələrinin toplusudur.Həmin hekayələri Azərbaycanın istedadlı nasiri və tərcüməçisi Natiq Səfiyev 1965-ci ildə Moskva şəhərində “Proqress” nəşriyyatı tərəfindən rus dilində çap olunan “Çistiy istoçnik” (“Təmiz su mənbəyi”) kitabından götürmüşdür.Bu kitab Monqolustanın Xalq Respublikası elan edilməsinin 90 illiyinə həsr edilir.
Bu kitab tərcüməçinin 11-ci kitabı olub, 3-cü tərcümə əsəridir.Hekayələri dilimizə tərcümə olunmuş, tanınmış yazıçı Sergiyn Erdenin bu kitabı oxucular qarşısında qardaş monqol xalqının həyatından maraqlı səhifələr açılır.Yazıçının hekayələrində mövzu dairəsi həm özünəməxsus, həm də rəngarəngdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ürəkdə daş” kitabına “Ürəkdə daş”, “Yeni alaçıq”, “Ana”, “Çəpiş”, “Həyat dərsi”, “İntiqam”, “Pinəçi”, “Xonqor-Zul”, “Yolda”, “Ağ çiçək” hekayələri daxil edilmişdir.