Aysel NƏSİRZADƏ.Seçmə şeirlər



Dibçəklərə əsir edilən güllərin,
Azadlığı yoluxa ürəklərə.
Sevgi hissiylə bəslənən, əzizlənən.
Qanadlanıb uçmadan
Ruh vücuda sarılaraq yaşaya azadlığı.
Bu dünyanı cənnət edə
O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.

HƏYATA YARI YAMAĞAM

Elə tutubdur tərsliyim,
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.

Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.

Dua etdim, duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib, son görüşdü.

Ümidimin üstü yırtıq,
Həyata yarı yamağam.
Hamı ev sahibi olmuş,
Bu dünyaya mən qonağam.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir