
(ürək dostum şair Adil Mirseyidə.)
Ayağın altında Vətən yanğısı,
Başının üstündə zaman-hörümcək.
Köksünün altında qürbət ağrısı,
Gözünün içində qərib bir istək.
Yığmısan gözünə bəyaz yolları,
Gəzib-aradığın bəşər oğlu yox.
Özündən qabağa qaçan yolların
Üzünə açılan çıxış yolu yox.
Bu qərıb yollarda hər günün qəılb,
Sabahın hər gecə dərdə satılır.
Sözü qəribliyə salana-qərib
Gözündə həsrətdən ocaq çatılır.
Sözünü salsalar ayaq altına,
Tanrı dərgahından əlini üzmə,
Uzadib əlini əcəl atına,
Sözünü arama, özündə-gəzmə…
Gizlət gözlərində gül açan qəmi,
Ölümü özünə güldürmə, qardaş.
Kağız üzərində dil açan qəmi.
Kökləyib özünü öldürmə, qardaş.
Gözləri nəmlənən ümidin baha
Dərdini bələyib şeirlərinə.
Ürəkdə ürəklik qalmayib daha.
Yedirmə ürəyi şeirlərinə!
Bir cavab yazın