Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
İçimdən keçənlər…
Nifrətin əli ilə,şərin özü ilə Boynunu vurmuşam parlaq günəşin Kainat mat qalıb özü-özlüyündə Məni illər boyu uşaq kimi aldadan Xoş gələcək arzusu ilə yaşadan Yalançı,fırıldaq ümidlərimi qəlbimdən qoparıb bir-bir boynunu vurdum edam kötüyündə. Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı Hamısın yığıb bir yerə onları dəfn elədim Keçmişimin dərinliyində… Şaxtalı bir qış gecəsi,vaxt dayanıb Göydə ay,uduzla da donub… Bu sükutu bircə pozan Döyünən,arsız ürəyimdi. Bircə anda dayanmayan xəyallarım,diləyimdi …Yaşamıram,mən yoxam,mən yoxluğam Bir günahkar ruh sürünür can yerinə Tikə-tikə doğrasanda heç nə çıxmaz Damarımda nifrət dolanır qan yerinə Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı… Söz deməyə haqqım,yaşamağa yerim yox… Aslı qaldım mən göylərin ətəyində.
Keçir
Qəlbim ayrılıqdan eləyir fəryad
İçimdən bir ümid ayrılıb köçür
Hicranın alovu yandırır məni
Dodağım gözümün yaşını içir
Bu cür sədaqətlə gözlə yolumu
İnsan nə əkirsə,onu da bicir
Hayana getsən də,çıxma bu yoldan
Sevginin yolları qəlbimdən keçir
MƏNƏ Gözümə göründü bir anlıq siman Həsrətin yarası qövr etdi yenə Təkcə bu yaralı ürəyim deyil, Bütüncə varlığım həsrətdi sənə Bürünsə də nura bütün kainat Sənsizlik əbədi zülmətdir mənə Səndən ayrı düşmək unutmağı yox, Uzaqdan sevməyi öyrətdi mənə
Qar çiçəkləri
Doğmalar içində bir yadam mən. Sanki yaddan çıxıb,unudulub xatirə dəftərinin vərəqləri arasında qurumuş gül ləçəkləri… Dərdlərimi çətir etdim başıma. Döyəcləyir yaz yağışı. Öz əlimlə ağı qatdım aşıma. Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı. Yaralı budaqlar sərilib yerə, Əlimdə ağlayır nar çiçəkləri… Dua etdim üflədim ovuclarıma. Uça bilmədi… Arzularım,istəklərim,diləklərim qanadları islanmış may böcəkləri… Qar yağır varlığıma. Ruhumda fırtınalar,tufanlar İçimdə şaxta,sazaq. Ürəyim buz bağlamış bir qaya. Boynubükük ümidlərim günəşə boylanan qar çiçəkləri…
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Gördüm
Gecə kimi həsrət idi səhər Bu gün,nəhayət ki,mən yarı gördüm. Hələ küçələr də fəsli qış idi Onun gözlərində baharı gördüm
Gözündən gözümə bir eşq boylandı. Qamarda qanım da donub dayandı. Qısqandım,ürəyim alışdı-yandı. Telini oxşayan rüzgarı gördüm
Haqqın söylədiyin yazır qələmim Onunla bağlıdır sevincim qəmim Yolum gözləyir o gülzar mənim Yarımda vəfanı, ilqarı gördüm
Göz yaddaşı
Saçların tək uzun bir qış gecəsi Qarşımda dəftərçə,əlimdə qələm Səni düşünürəm tənha otaqda Kaş xəyal da olsa yanına gələm Rəsminə baxıram gözümü yumub Döyünmür ürəyim ,bir sükut çöküb Bu şəkli nə rəssam, nə fotoqraf Sevən gözlərimin yaddaşı çəkib
Gözlərin dəniz
Gözlərin dəniz, baxşın uçurum. Tut əlimdən,yıxılmaqdan qorxuram. Mən üzməyi bacarmıram,bilirsən. Gözlərində boğulmaqdan qorxuram. …………………………………………………. Xəzan fəsli gül olmaqdan qorxmuram. Eşq odunda kül olmaqdan qorxmuram. Torpaqlara gömülməkdən qorxmuram. Sənin üçün yox olmaqdan qorxuram.
Gülüm….
Bilsən ayrılıqdan nələr çəkmişəm?! Həsrətdən göylərə sovrulub külüm. Eşqim iddiamdır,şahidim cəfa Tanrıdan tək səni diləyir könlüm
Pəncərəni açıq qoyub yatarsan Gələcəm səninlə dərdimi bölüm Ruhum qonağındır,yenə bu gecə Bu an əbədilik olsunmu, gülüm?
Əllərin titrəyir,baxışlar ürkək Saçların gül qoxur,dodağın çiçək Mənimsə dodağım bal arısıtək Sənin dodağına qonsunmu gülüm?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bu ömür inan ki, sənsiz heç nədi, Sənsən həyatıma bal, şəkər qatan. Sənsiz dünya özü bir əfsanədi, Varmı gözəllikdə de sənə çatan.
Sənsiz yaşamaram ürəyim mənim, Sənsən yeri, göyü sevdirən mənə, Başımın tacısan, nazlı mələyim, Gözəl günlər üçün borcluyam sənə.
Sən mənə dünyanı vermisən canan, Günəşi, Ayı da nurladan sənsən, Ay gülüm, mən səni gördüyüm zaman, Elə bilirəm ki, cənnətdəyəm mən.
Nə yaxşı bəxtimə düşmüsən mənim, Şükür bu qismətə, şükür bu paya. Sən varsan tay yoxdu başqa istəyim, Dəyər bir gülüşün bütün dünyaya.
Ətirli gülümsən, qönçə çiçəyim, Ömrümün, günümün mənası sənsən. Bir şirin canım var, sevən ürəyim, Sənə qurbandılar, nə vaxt istəsən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Mənim səndən özgə bir çiçəyim yox, Tanrının sevdiyi cənnət gülüsən, Səndən yaraşıqlı bir mələyim yox, Başımın tacısan, qiymətli ləlsən.
Məni məst eyləyən gözünə qurban, İlahi verdiyi butamsan mənim. Sevgt bağçasında nazlanan ceyran, Səninlə bəzənib ümid çəmənim.
Sənsiz gül-çiçəklər sevgi qoxumur, Sənsiz arzularım hələ qönçədir. Gül-çiçək görməsə, bülbül oxumuz, Ruhum çox kövrəkdi, qəlbim incədir.
Sənsiz dünya-aləm gözümdən düşər, Günəşli könlümü bürümə çənə. “Can” sözü dilimdən ,sözümdən düşər, Vallah can atıram hər zaman sənə.
Sən məni bağışla göz yaşlarıma, Məndən üz döndərib, dərdi qudurtma, Gətir ayı, günü baxışlarıma, Qönçə çiçəkləri vaxtsız qurutma.
Yapış əllərimdən, qalxım ayağa, Qənirsiz gözəlsən, bənzərsiz mələk, Yaz gəlib, gül qonub, o gül yanağa, Eşqinlə döyünür sinəmdə ürək.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Sevinc bizdən uzaq idi,
Kədərin də üzü döndü.
Bumeranqdır sanki həyat,
Nə etdiksə,bizə döndü.
Haqq yoluna üz qoyduq.
Yaramıza duz qoyduq.
Qəlbimizə buz qoyduq.
Buz bir anda közə döndü.
Günah da yük,savab da yük. Qələm balta,vərəq kötük. Günahları edam etdik. Savabımız sözə döndü. 09.04.2020
Elə bu axşam…..
Gözlərimə işıq düşür, Zülmət çöküb daxilimə. Büvə düşmüş xalı kimi, Sökülürəm ilmə-ilmə
Yaddaşımın çığırların İtirmişəm,ot basıbdır. Xəyallarım,arzularım Məni yolda azdırıbdır.
Bu həsrətin qoxusu da, Çin çıxmayan yuxusu da Tək qalmağın qorxusu da Yalnızlıqdan dəhşətlidir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
★★★★★★★★★★★
Axtarıram, tapammıram Dil ucunda söz kimiyəm. Xatirələr pərən-pərən Alaq basmış iz kimiyəm.
Ay qəm-kədər ,yaxamdan düş. Bütün bunlar sanki bir düş Ocağından ayrı düşmüş Öləzimiş köz kimiyəm
★★★★★★★★★★★
Bilirsənmi
dərd ortağım olandan,
Çatlayıb ürəyimtək pəncərə də.
Yarışır göz yaşımla yaz yağışı,
İz buraxır yanağımda,pəncərədə.
Xəyallar
qoynunda elə yol gedir,
Dünyanı dolaşır dolaşıq fikrim.
Ancaq onu təqib edib izləməyə,
Nə atım var,nə qanadım,nə yelkənim.
Nəfs öldürüb insanlığı,sevgini, Göylərin fəryadı ürək dağlayır. Yağış deyil buludlardan süzülən, GÖZ YAŞIDIR,TANRI BİZİ AĞLAYIR!!!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Bədənimdə meyit kimi uzanan Ürəyimin ağrısı, Xoş gəldin. Gözümün qaçan yuxusu, Unudulmaq qorxusu, Yanağımın nəm torpaq qoxusu, Xoş gəldin. Məni ağrıdan ayrılıq Onu ağrıtmadısa, Əllərinin divarından Asmadısa, şəklimi, Nə sözü, nə məhəbbəti Özün doğrultmadısa, Heyf oldu!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Köhnə yara sağalır, Üstünü qaysaq tutub. Neçə ildi axtardığım sevgini Duyğularım Suç üstündə sağ tutub. Qəribə şeylər olur, İçimdə yaz havası. İndi kimin cəsarəti, İndi kimin hünəri var Bu havanı Ürəyimdən qovası? Həə, bir də, onu da deyim, Nə yerliyəm, nə qonağam. Qala bilsən, yurd yeriyəm, Köçərisən, köç məndən. Nə istəsən seç məndən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
…1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür… Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır: “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”. Ardnca da: “İnsanlar panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz… Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də… Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi… Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş… Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…” Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”… İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…” Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər, göz yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz, pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir. Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?! Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi… Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolcuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in baş redaktoru Reshad Mecid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”. Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:
Unudulmaq yaman dərddi, Gülüm, başına gəlməsin…
Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir… Atatürk Mərkəzinin şöbə müdiri, şair Ekber Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…” Üstəlik, “Karantin günlərinin iki şeiri”ni yazdı, bizə-onu özünə Ustad sananlara karantin günlərində necə davranmaq barədə maarifləndirici yazılar ünvanladı… “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…” Shahane Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Serdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın… Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun “Kəhanətlər” kitabı da daxil oldu. İddia olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur? Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik. Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?” Bu məqamda Silviya Brownun xoşuma gələn bir sözünü də xatırlayıram: “Zamana çox bağlıyıq”. Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
*** Öncə sevgi gəlir Söyləyə bilmirsən Qalır dillə dodaq arasında. Sonra ayrılıq gəlir Zamansız bir vaxtda İki daşın arasında. Daha sonra ölüm gəlir Bir göz qırpımında Qaşla gözün arasında.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
O, gündən küləklər bir başqa əsdi, Bir başqa döyüldü qapım o gündən. Oyandım səhərin onun da durdum Quruca sağ olsuz çıxıb gedəndən.
Otağım eləcə tökülüb qalıb, Qab-qacaq, üst üstə yığıldı qaldı. Tor basdı pəncərəm it günə düşdü. Divarda saatın onu sualdı,
Bu da ki, dünəndən qalma yeməkdi, Çörək də küflənib iylənib qalıb. Çay desən dünəndən dəmlədiyimdi, Bu da ki, özü bir gəlmə deməkdi.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Durnalar köç etdi, qayıtdı gəldi, Qəlbimin o bahar həsrəti qaldı. Öldürsən, parçala vətənsiz heçəm, O, taydan üstümə uzanan əldi. Tutsam istisinə isinən mənəm!
Sevinc Ağa Xəlilqızı
(Basqallı) Ulu öndərə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” şeirini oxuculara
təqdim etdi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr
etdiyi yeni şeirini oxuculara təqdim etdi.
Müəllifin bütün həyatını doğma xalqına həsr edən, milli
dövlətçiliyin əsasını qoyan dahi lider
Heydər Əliyevə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” adlanan bu şeiri fenomen insana olan sevginin bariz
nümunəsidir. Şairə şeirində hər zaman oz
xalqının qəlbində yaşayaraq əbədi yer tutmuş bu müdrik insanla qürür duyduğunu
vurğulayır və Azərbaycan xalqının onunla fəxr etdiyini söyləyir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media
mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı
laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının qələmə aldığı “Azərbaycanım”
şeiri videoçarx formasında izləyicilərə təqdim olunur.
Azərbaycanın
müxtəlif zonalarına aid rəngarəng fotolar sistemli formada toplanaraq videoçarx şəklində hazırlanmış və
videoçarx Nəsibə İsrafilqızının şeirinin Müşfiqə Baladdinqızının ifasında səslənir.
Azərbaycan ruhunu özündə əks etdirən videoçarx
aşağıdakı linkdə verilib.
Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər
Həydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata
keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və
uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki
inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi ulu öndər Həydər
Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş ədəbi-bədii
kompozisiya hazırlayıb. Kompozisiya videoçarxda əks olunub.
Kompozisiyada tanınmış sənət ustalarının və mədəniyyət xadımlərinin ifasında Ulu öndərə həsr edilmiş şeirlərdən
parçalar səsləndirilib.
Şeirlərdən parçalar Azərbaycanın
görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Məleykə Əsədova, əməkdar artist Fuad İbrahimov, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi,
şair Baba Vəziroğlu, əməkdar
artist Turan Manafzadə, xanəndə, muğam ifaçısı, xalq artisti Mələkxanım Əyyubova, xanəndə, xalq artisti Mənsum İbrahimov, əməkdar
artist Azad Şükürün ifasinda səsləndirilib.
Heydər Əliyev 1941–1944-cü illərdəNaxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildəAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat — 2003[79]
ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru — 2003[80]
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[81]
Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı — 2002[82]
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[52]
Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!
Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda izin var, bu izi silmək çətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Vətənin hər daşını sevginlə naxışladın, Bu yurda kəc baxanın yolunu yoxuşladın, Sən qalan ömrünü də xalqına bağışladın, Əbədiyyət rəmzi var kökündə bu ülfətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Əshabi-kəhf timsallı neçə pirlər burada, Hər qayanda qorunur neçə sirlər burada, Sənə yön çevirdilər “91-lər” burada, Bir daha bəlli oldu xalqına sədaqətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sən haqqa arxa durdun, əsarətə yox dedin, Acın dərdini bilməz heç bir zaman tox, dedin, Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin, Aydınlıq nuru qonsun üzünə məmləkətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Bu dövlətin qırılmaz təməlində yaşarsan, Ən müqəddəs, ən ülvi əməlində yaşarsan, Vətən sevdalıları cəm elində – yaşarsan, Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin, Yüksəliş müjdəlidi hər açılan səhərin, Daha yolu rəvandı aşılmaz zirvələrin, Bütün dünya çevirib yurduma öz diqqətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Ən böyük əmanətin İlham Əliyev bizə, Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə. Onunçün o, qatır ki, gecəsini gündüzə, Heç zaman laxlamasın özülü bu qüdrətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi, Bütün cahan bir ola boğa bilməz bu səsi, Hələ qarşımızdadır Qarabağ təntənəsi, Ürəyində gömərik düşmənin bəd niyyətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
And içirik günəşin sübh doğan çağına, And içirik qan ilə boyanan torpağina, And içirik üçrəngli müqəddəs bayqağına, Kokünü kəsəcəyik hər zülmün, hər zillətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
28 il bundan qabaq bu günü mən Təbriz şəhərində idin. Dostum gilə qonaq getmişdim Azərbaycan nümayəndə heyyəti Tehranda Ermənistanın nümayəndə heyyəti ilə görüşüb müqavilə imzalayırdı. O vaxtkı baş prokror Murad Babayev başda olmaqla bir dəstə Təbrizə gəlməli idi.Azərbaycan incəsənət ustaları başda Zeynəb Xanlarov olmaqla TƏBRİZDƏ idilər. . May ayının 8- də könsert olmalı idi. Döstum bilet almışdı Biz ayın 7- də Şəhriyarım məqbərəsini ziyarət edib axşam evə qayıdanda gördük ki ermənilər konsrtin afişalarını cırır. Səhər tezdən dostum ağlaya-ağlaya gəlib dedi ki, ermənilər Şuşanı işğal ediblər. Elə bil başıma bir qaynar su tökdülər. Azərbaycan nümayəndə heyyəti də kor-peşiman bakıya döndü. Mən də səhərisi günü geriyə qayıtdım.
(POEMADAN BİR PARÇA)
Axır gilə-gilə gözümün yaşı, O yerlər yuxuma girir hər gecə. Unuda bilmirəm torpağı, daşı, Ay Allah bu dərdə tablaşım necə.
Hələ qan qoxuyur yurdun səhəri, Dağlara nur saçan günəş görünmür. Viranə qalıbdı kəndi, şəhəri, Qaçqın, köçkün ellər geriyə dönmür.
Qalıb yad əlində ölkənin tacı, Şuşada bülbüllər susubdu çoxdan. Həsrətin, hicranın yoxmu əlacı, Ulu qeyrətimiz düşübdü taxtdan.
Daha fələklər də bizlərə baxmır, Cıdırda dolaşır qotur yabılar, Səsimiz, ünümüz zirvəyə qalxmır, Yiyəsin gözləyir bağlı qapılar.
Qəm, qüssə göyərir torpaqda, daşda. Yollarda , izlərdə abrımız gedib, Biz necə gəzdirək papağı başda, Qarabağ talanıb, Şuşamız gedib.
Yolları bağlıdı hələ bu köçün, Çobanı, qoyunu nəfsin quludu. Doğma Qarabağa qayıtmaq üçün, Bir yol var , o da ki, döyüş yoludu.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Buludlar tutubdu göyün üzünü, Ayımı, Günümü görə bilmirəm, Yuyuram, sərirəm hələ sözümü, Solur gül, çiçəyim dərə bilmirəm.
Keçib ürəyimin düz ortasından, O kaman qaşından atdığın oxun, Ayrıla bilmirəm qəmin yasından, Üzür ürəyimi sənin yoxluğun.
İncidən də sənsən, küsən də sənsən, Dönmüsən naləyə şeirlərimdə Dünya bizim olar, əgər istəsən, Qarışııq düşübdü xeyir, şərim də.
Bu necə möcüzə, bu necə sirdi, Açır yanağında lalə, qızılgül. Ruhum gözlərində çoxdan əsirdi, Sənsiz uşaq kimi ağlayır könül.
Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 may 2020-ci il.
R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 may 2020-ci il.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək alçaltma məni Nifrətin sevgiyə çevrilər bir gün
Daha məni heç nə təəccübləndirmir Daha mənə heç nə qeyri-adi gəlmir.Fikirlərim dar beynimə,Hisslərim qafiyəyə,Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.Sıxılıram, boğuluram..“Haqqa” doğru yol gedirəm,“Həqiqət”i özləyirəmTamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəmMən, keçmişindən xəbərsiz,Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəmAtası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəmHər şeyin nəfsinə qurban verənəsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.Əsirlikdə təhqir olan qadınların ismətiyəm.“Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdamTamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmışBoz qurdam.Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?…yox!yox!Deyəsən,elə mən ölmüşəm..Ağzımdan çıxaraq havada iz buraxan,Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür Darıxdım sənsiz…. Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası,duyğular soyuq Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır,səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz. Dodağım Məktubun sonunda öpürəm yazdınAğacda yarpaqtək əsdi dodağımOnu belə kövrək görəndə dilimDedi sızlamağın bəsdi dodağım Bir an da əhdindən üz döndərməyibHaqlını haqsıza qurban verməyibSənin qeybətinə dözə bilməyibDişimlə dilimi kəsdi dodağım
“Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.
Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş virtual tədbirlər və
layihələr həyata keçirir.
Bu layihələrdən biri Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvlərinin ifasında Esmiralda Hüseynovanın
bəstələdiyi “Heydər baba” mahnısıdır. Kollektivin bədii rəhbəri Esmiralda
Hüseynovadır. Mahnını izləyicilərə təqdim edirik.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Şair dostum əzizim dəyərlim gözəl insan qohumum el oğlum şair Alik Dənizsevər dən gözəl bir şeir dəyər vermək poeziyanın ən gözəl nemətidir şairimizə uğurlar diləyirəm darıxmışam sizin üçün…
Onda bildim ki, Sevməkdən çox sevilməlisən. Bir söz üçün Gündə min yol ölməlisən. Axtar tap, Tələsmə yazmağa, Nə zamanım var. Gördüyüm yuxuları yozmağa Onda bildim ki, Məndən keçənlərin Sağ olun da unuduldum, Görməməzliyə vurduğum şeyləri Oldu da Yudum-yudum Hər içimə atdıqca Hər gün biraz biraz içdim Onda bildim ki Bir dərdlik də ölə bilər insan.
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransa Azərbycanla yanaşı Türkiyə, Qazaxıstan, Rusiyadan elm xadimləri qatılıblar. Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli açaraq bildirib ki, “Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycanın rəhbəri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görmüş, milli oyanışda mühüm rol oynamışdır. Onun Azərbaycanı müstəqilliyə hazırlama xidmətlərinə 1978-ci ildə Azərbaycan dilini rəsmi dövlət dili elan etməsini, zabitlər hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məhz Azərbaycanda açılmasını və digər çoxsaylı işlərini nümunə göstərmək olar”.
SSRİ-nin süqut dövrünün şərhini verən akademik
əlavə edib ki, həmin dövrlərdə Naxçıvanda yaşayan Heydər Əliyevin sayəsində üçrəngli
bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisində qaldırılmış, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri
çıxarılmış, SSRİ-nin qorunub-saxlanması ilə bağlı keçirilən referendumda Muxtar
Respublika iştirak etməmişdir.
Daha sonra ümummilli liderin müstəqillik illərindəki
fəaliyyətinə işıq salan akademik İsa Həbibbəyli
onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər
salıb. Heydər Əliyevin Türkiyə Cumhuriyyəti ilə münasibətlərə xüsusi önəm
verdiyini, 1994-cü ildə Çinə, sonralar bir neçə dəfə ABŞ-a səfərlər ediyini
müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm
addımlar olduğunu diqqətə çatdırıb. Müasir dövrdə onun siyasətinin Prezident
İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Akademik həmçinin Heydər
Əliyevin elm, incəsənət və ədəbiyyat xadimlərinə xüsusi diqqət və qayğısından
da bəhs edib. Eləcə də, onun qayğıkeşliyinin bu gün elm adamları tərəfindən
yüksək qiymətləndirildiyini əlavə edib. Buna nümunə olaraq AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda hazırlanan ikicildlik “Ədəbiyyatda Heydər Əliyev
obrazı tarixi gerçəklikdən ideala” kitabını misal gətirib.
Sonra Beynəlxalq Türk
Akademiyasının prezidenti, professor Darxan Kıdırali “Türk xalqları arasında qarşılıqlı
əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edərək əsas diqqəti
Heydər Əliyevin Qazaxıstan-Azərbaycan və ümumiyyətlə, türk dünyası üçün xidmətlərinə
yönəldib. Bildirib ki, Heydər Əliyevlə Nursultan Nazarbayevin şəxsi dostluq
münasibətləri dövlətlərimizin də əlaqələrinin inkişafına təsir göstərib.
TÜRKSOY və digər bu kimi qurumların yaranmasında Heydər Əliyevin rolunu xüsusi
vurğulayıb. Türk dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsinin onun adı
ilə bağlı olmasını, “Dədə Qorqud”, “Manas” kimi dastanlarımızın yubileylərinin
qeyd edilməsində xüsusi xidmətlər göstərdiyini bildirib. Bugün onun yolunu
uğurla davam etdirən Prezident İlham Əliyevin Türk Şurasının, TürkPa-nın.
TÜRKSOYun, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə böyük təkan verdiyini nəzərə
çatdırıb.
Videokonfransda Şimali
Kiprin Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Sadıqoğlu “Kiprdə Heydər
Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın
Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq
İnstitutu) rektoru, professor İmran Əkbərov “Azərbaycan-Rusiya münasibətlərinin
formalaşmasında Heydər Əliyevin rolu”, KÜNİB-in rəhbəri, professor Ramazan
Qorxmaz “Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzələrlə
çıxış ediblər.
Daha sonra AYB-nin katibi, “525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı
məruzəsində Ümummilli liderin mətbuat üçün gördüyü işləri və onunla bağlı xatirələrini
bölüşüb. Baş redaktor qeyd edib ki, “Heydər Əliyevin hələ sovet dövründə ədəbiyyata
və ədəbiyyat xadimlərinə, jurnalistlərə verdiyi dəyər əfsanə kimi danışılırdı.
Biz də 1993-cü ildən sonra onun addımlarını işıqlandırırdıq. “525-ci qəzet”in
müxbiri həmişə onun keçirdiyi görüşlərdə olub, ən müxtəlif suallara cavab alıb.
Onun 6 avqust 1998-ci ildə imzaladığı fərmanla senzura tamamilə ləğv edildi,
bununla da tam yeni bir mənzərə yarandı. Həmişə problemli situasiya yarananda
ulu öndər mətbuatın tərəfində olub. O, Azərbaycan qəzetlərini və
televiziyalarını diqqətlə izləyirdi və mətbuatın qaldırdığı problemlərə xüsusi həssaslıqla
yanaşırdı. Ümumiyyətlə o, ictimai idarəetmənin ustası idi”.
Onlayn elmi konfransda AMEA-nın
Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyevin Naxçıvan
dövrü fəaliyyəti”, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu
“Heydər Əliyev və Azərbaycan dili”, Memarlıq və İncəsənət İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyevin obrazı
xalçaçılıq sənətində”, Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə elmləri
doktoru Eynulla Mədətli “Azərbaycan diplomatiyasının inkişafında Heydər Əliyev
fenomeninin rolu”, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Heydər
Əliyev və Azərbaycan qadını” mövzusunda məruzələrlə çıxış ediblər.
AMEA-nın digər əməkdaşlarından
Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri
doktoru Elnarə Akimovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı”, Yeni Azərbaycan
Partiyası AMEA ərazi partiya təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru
Ulduzə Mehvalıyevanın “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu
kimi”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin məruzələri
dinlənilib.
Videokonfransda Ədəbiyyat İnstitutun
direktor müavinləri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, filologiya
üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəşad Qasımov və İnstitutun elmi
katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli də iştirak ediblər.
Ədəbiyyat İnstitutun digər əməkdaşlarından
Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Binnətova, İnstitutun Təhsil şöbəsinin müdiri,
sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Ədəbiyyat İnstitutunun YAP ilk
özək təşkilatının sədri, filologiya
üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Gülnar Qasımlı da konfransa qatılıb.
Onlayn konfransda Dendrologiya
İnstitutundan Tünzalə Zeyvəliyeva, AMEA Gənc
Alimlər və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin
Salmanov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova
da iştirak ediblər.
Dünya belə dünyadı, Baş açmazsan felindən. Bir də gördün lalı da Tora saldı dilindən. Aləmdən bac alan da Dad eyləyib əlindən. Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama, Ağlama, boyuna qurban.
Ömür öz köçündədi, Yaşadın, yaşamadın. Bir qarışqa yükünü Daşıdın, daşımadın. Bu necə ağlamaqdı – Gözünün yaşı – yadın! Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama. Ağlama, boyuna qurban.
Karvan bayaqdan ötüb, Gecikən sən olmusan. Butan vaxtında gəlib, Gec içən sən olmusan. Tez ikən özgə idin, Gec ikən sən olmusan. Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama. Ağlama, boyuna qurban.
HAVADAN AYRILIQ QOXUSU GƏLİR
Əbəsmiş dayanmaq bu yağış altda, Qismətim yenə də qəhər olacaq. Göyün ulduzları yır-yığış altda, Yəqin ki, bir azdan səhər olacaq. Gecədi, birtəhər sovuşub gedir, Qarşıdan səhərin qorxusu gəlir. Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
Dan yeri ayrılıq doğdu bu səhər, Bu sərsəm doğuşdan, qəfil doğuşdan İçimə ayrılıq toxumu düşdü, Bilmədim azımı, çoxumu düşdü. Gözümdən süzülən göz yaşıdımı, Yoxsa ki, bir əlçim yuxumu düşdü. Bəlkə ona görə səkilərin də, Otun da, daşın da, kol-kosların da. Gecəni yatmayan bu «dostlar»ın da Qapanır gözləri, yuxusu gəlir. Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
Ağlaya bilmirəm ağac gözüylə, Çiçək gülüşüylə gülə bilmirəm. Nə məndən bir yolluq sağ qalan olmaz, Nədəki, bir yolluq ölə bilmirəm. Göz yaşım gözümdə donub haçandı, Çətini hər şeyin sonunacandı. Ölməyin, qalmağın sonu bəllisə, Hər şeyin cilidi, donu bəllisə, Bəs niyə hayana əl ətıramsa, Əlimə hicranın yaxası gəlir? Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
ÖZÜN DEMƏDİNMİ…
Sən mənim dünyada ən şirin yuxum, Sən mənim ən gözəl dərdimsən, gözəl. Bir özgə dərd varsa, mən orda yoxam, – Gecəli, gündüzlü dərdim – sən, gözəl.
Göynətdi sinəmi bu “Göyçəgülü”, Oxşadım bu yercə, bu göycə gülü. Harda görmüşəm mən bu göyçək gülü? – Əl atıb çəməndən dərdim – sən, gözəl.
Özgə aləmi var bu bar dərməyin, Sevənlər, sevgidən qubar dərməyin! Qisməti bu günmüş nübar dərməyin, – Özün demədinmi, “dər, dinsəm…”, gözəl!
NƏ DANIM
Daha titrək əllərindən Üzülüb əlim, nə danım?! Hamıdan ağıllı olan, Hamıdan dəlim, nə danım?
Qəlb didən oxun yox idi, Sevgisiz yuxun yox idi, Bir kərə “yox”un yox idi, Ay mənim “bəli”m, nə danım?!
Aramıza iblis girdi, Girdi, özü də pis girdi. Seryağublar şər püsgürdü, Vuruldu pəlim, nə danım?!
Daha düşmür pay qarmağa, Baxıb gülür çay qarmağa, Heymi qalıb hayqırmağa? – Olmuşam həlim, nə danım?!
Hanı o xoş anlı çağım, Ötüb dəliqanlı çağım, Ömürlə qanlıbıçağam, Gülür əcəlim, nə danım?!
Hər tərəf kor, hər yan sağır, Göydən həsrət, nisgil yağır, Bəlkə son deyil, sən çağır, Mən donüm gəlim… nə danım…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Şuşa alınarsa bir paslı güllə, Vurmayıb başına söz verən hələ… Dönüb ümidlərim tamam müşkülə, Düşən yuvasından pərən bir quşam, Dönüb oyuncağa satılan Şuşam!
Hələ bir kimsəyə çatmayır ünün, Hələ bir zülmətdi hər gələn günün. Sinəsi gülləli neçə büstünün, Ümid qığılcımı sönür hər axşam, Dönüb oyuncağa satılan Şuşam!
Olmasa bu qədər qeyrət çəkənin, Qoynuna qayıtmaq gümandı sənin! İnanıb vədinə yadın, özgənin, Hələ xəyallarla qucaqlaşmışam, Dönüb oyuncağa satılan Şuşam!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Necə də qəşəngsən, vurğunam sənə, Sən ki, bir gözəllik ilahəsisən. Baxmaqdan doymuram o gül hüsnünə, Sən sevgi çələngi, eşq nəgməsisən.
Könlümü oxşayır gül üzün sənin, Çirindi gülüşün, baldı dodağın, Elə bil nəğmədir, xoş təbəssümün. Vallah tamaşadı alma yanağın.
Sanki günəş gülür gül camalında, Gözlərin can alır od-alovuyla. Nurlu bir Günəşdi qara xalın da. Sən bəhsə girirsən Günəşlə, Ayla.
Tanrının sevimli bir bəndəsisən, Üzü qələm çəkib o göz, qaşına. Elə Ay da sənsən, elə Gün də sən, Ulduzlar dolanır sənin başına.
Şəfəqlər süzülür, baxışlarından, Yaradan heyrandı öz mələyinə. Yoxdu bu dünyada o göz, qaşından, Heyranam gözəlim, gözəlliyinə.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Son zamanların ya da yakın zamanın en cesur ve en insancıl, en doğru açıklamasını Diyanet İşleri Başkanı yapmış, aynı zamanda bu açıklama Diyanet tarihinin de yakın zamandaki en saygın, en güncel ve en sosyal açıklaması olmuştur. Allah’ın haram kıldığı eşcinselliğin, Dünyada yaşanabilecek en rezil işlerden biri olduğunu hiç değilse bu açıklamayla cümle âlem yeniden, bir daha duymuş olduğu gibi bu rezaleti kimlerin savunduğu da ortaya çıkmış oldu. Bence, Diyanet İşleri Başkanın konuşmasını bahane ederek Yüce İslam Dinine yapılan bu rezil saldırı hakkında ilk başta hukukçular dava açmalıdırlar diye yazacakken soruşturma açıldığını öğrenmiş olduk. Hukuk demek; her türlü haksızlık ve saldırıya karşı koymak, herkesin ve her şeyin hakkını korumak demektir, buna inanç ve ahlâk kuralları da dâhildir. “Sesi çağlar öncesinden gelen” sözü tam da bu anlamda yani hukuk açısından bir saldırıdır ve tahrik yüklü düello sözüdür. Bu sözleriyle Allah katından gelmiş bir dini, aklı sıra aşağılayarak bir kavga ortamı açmak için Allah’ı da eleştirecek kadar cüretkâr ifadeler kullananların kimlere hizmet etmiş oldukları bilinmektedir, ümit ediyorum ki; hukuk bu tuzağı görecek ve gerenini yapacaktır. HİV virüsünün eşcinsellik aracılığı ile oluştuğu, ürediği, bu gayrimeşru ilişki içerisinde olanların kanlarından alanlara bulaşarak yayıldığı ilmen ve tıbben sabitken nasıl bir insan hakkından söz edilmektedir? Eşcinsellik, ahlaksızlık olmaktan başka asla hak değildir, bilakis haksızlığın ta kendisidir. Bu gayrı ahlâkî ilişki sonucu ortaya çıkan HİV virüsünün, çeşitli yollarla masum insanlara bulaşmasına ve günahsız insanların, çare ararken sürüm sürüm sürünmelerine, hatta ölümlerine sebep olanlar hakkında dava açılmalı ve ilgilileri yargılanmalıdır. Kimi kişiler belayı kendileri çağırır, kimileri de menfaatlanmak için bela üretirler, heveslerine uyanlar da belalarını bulurlar. İşte tarih şahittir ki; geçmişte Allah, bir topluluğu bu yüzden yani ahlâksızlıkları yüzünden, homoseksüellikleri, eşcinsellikleri yüzünden helak etmiştir, yaşananları tarihten silmek mümkün değildir, bu kişiler daha nasıl bir bela görmek istemektedirler? İnsanın gözü bir kere dönmeye görsün; bakan gözler görmez olur, kör olur. Bu nasıl bir ahlâk yozlaşmasıdır ki; ahlak dışı bir fiil insan hakları olarak görülebilmektedir. Kafamda sivri sorular dolaşmaktadır; bu kadar masum insanların ölümüne sebep olan, hayatı işlemez hale getiren coronavirüsün üremesine sebep önce yarasalar deniliyordu, şimdi yarasalar olmadığı söyleniyor, o zaman bunun altında ne vardır? Zaman her şeyi ortaya çıkaracaktır, Belki de Allah bizi bunlarla imtihan ediyor. Genel olarak bilinen şudur ve tarih de bu tür ibretlik olaylarla doludur; Ahlâk kurallarını korumayan toplumlarda insan onuru güvende olamaz, namus ilkeleri korunamaz, namus, insanın onurudur. Kişilerin keyfi davranışları yüzünden şahsen ben helak olmak istemiyorum, Allah’ın gazabına uğramak da istemiyorum, toplumun böyle bir sıkıntıya düşmesini de istemiyorum. Bunların bu cesareti buldukları boşlukların kapatılmasını beklediğimizi de belirtmek istiyorum. Bu yazı 30.04.220 tarihinde YORUM GAZETESİ’inde yayınlanmıştır.
Yunus aleyhisselam otuz yaşına gelince Nineve ahâlisine peygamber olarak gönderildi. Putlara tapan Nineve halkını senelerce Allahü Teâlâ’ya îmân ve ibâdet etmeye dâvet etti. Kavmi ona îmân etmedikleri gibi birçok ezâ ve cefâda bulundular. Onunla alay ettiler. Fakat Yunus aleyhisselam yılmadan ve ümitsizliğe kapılmadan onları hak dîne dâvet etti. Allah Teâlâ’nın azâbıyla korkuttu. Fakat Nineve halkı, “Tek bir kişinin hatırı için azap inip herkesi yok edecekse müsâde et bu azap gelsin.” deyip alay ettiler. Yunus aleyhisselam kavminin küfürde israr etmesine üzülüp onların arasından ayrıldı. Allah Teâlâ ona vahyedip; “Kullarımın arasından ayrılmakta acele ettin. Geri dön, kırk gün daha onları îmâna çağır.” buyurdu. Yunus aleyhisselam bu ilâhî emir üzerine kavmine döndü ve onları hak dîne dâvete devam etti. Otuz yedi gün aralarında kaldı. Kavmi yine inanmadı. Bunun üzerine Yunus aleyhisselam; “O halde üç güne kadar başınıza gelecek azâbı bekleyin. Bunun alâmeti önce benizleriniz sararacaktır.” buyurdu ve ilâhî bir emir gelmeden üzüntüyle aralarından ayrıldı. Yunus aleyhisselamın haber verdiği gün gelince Ninevelilerin benizleri sarardı. Gökyüzü karardı. Şehri simsiyah bir duman kapladı. Herkesi korku ve telaş sardı. Feryat ve figâna başladılar. “Yunus aleyhisselam aramızda ise korkmayın, eğer gitmişse azâb bizi helâk edecektir.” diye söyleştiler. O zaman Allah Teâlâ kalplerine pişmanlık hissini verdi. Onlar tövbe etmek arzusu ile yaşlı sâlih bir zâta geldiler ve ne yapmaları gerektiğini sordular. O zât da henüz azâbın gelmesine iki gün olduğunu ve tövbe etmelerini ve azâbı kaldırması için dua etmelerini tavsiye etti. Bunun üzerine Nineve halkı şehrin yakınındaki bir yüksek tepeye çıkıp Allah Teâlâ’ya ve O’nun peygamberi Yunus aleyhisselama îmân ettiler. Allah Teâlâ’ya dua edip azâbı kaldırmasını niyaz ettiler. O zamana kadar yaptıkları her türlü kötülük ve haksızlığa da tövbe ettiler. Hattâ öyle oldu ki, evlerindeki başkasına âit olan taşları söküp sahiplerine iâde ettiler. Bunun üzerine Allah Teâlâ tövbelerini kabul edip, azâbı üzerlerinden kaldırdı. Duânın yapıldığı gün Cumâ günüydü.
Bakı şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Ucar rayon
Mərkəzi Kitabxanası ilə birğə layihə əsasında Azərbaycan xalqının ümummilli
lideri, dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr
olunmuş videoçarx hazırladı. “Heydər Əliyev – milli sərvətimizdir” sözlər videoçarxin
devizi olmuşdur.
Qeyd olunmalıdır ki, Azərbaycan
dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı
naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir
göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi
ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Videoçarxda qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi
zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Burada Ümummilli liderin keçdiyi həyat yolu qısa
şəkildə işıqlandırılır: Azərbaycan KP MK-nın
birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və SSRİ-nin
rəhbərlərindən biri, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri,
Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan
Respublikasının Prezidenti.
Daha sonra vurğulanır ki, dünya
şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması
istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan
etmişdir. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf
etməkdədir.Ulu öndərin bizə qoyduğu bu
irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş,
nailiyyətlər əldə edilmişdir. Ölməz öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil,
gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaqdır.
Videoçarxda Ulu öndərin məşhur sözləri,
nitqlərindən fraqmentlər, maraqlı və tarixi fotoşəkillər, onun haqqında yazılan
bir neçə kitabın fotoşəkilləri də əks olunmuşdur.
Yaraladım neçə qolu-budağı, nə yaxşı ki,ağıl verdi yarpağı: “Peyvənd tutmaz özcə bağın budağı, tutsa belə,qol-budağı olmayıb!”.
Ayıb olar,yolu kimnən soruşum, büdrəyəndə gah ayağım,gah huşum? ya Qürbətdə,ya qəbirdə tay-tuşum, yaşıdlardan salamatı qalmayıb.
Odur–bizi xəlbir-xəlbir ələyən, gölü-ümman,”mıxı-mismar eləyən”! həndəvəri ələk-vələk eliyən, nə səbəbdən məni saya salmayıb? Uşaq vaxtı qoca gördüm babamı, elə bildim: “Babam uşaq olmayıb”..
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002 ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abbasov Tariyel Abbasqulu oğlu
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev Kyazım Ənvər oğlu
Abdullayev Mətləb Fətəli oğlu
Abdullayev Sərxan Qəhrəman oğlu
Abdullayeva Xurşud Lütfəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Axundov Bəxtiyar Ağayar oğlu
Allahverdiyev Vasif Kərim oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Babayeva İnarə Əhməd qızı
Bağırov İzaməddin Zeynal oğlu
Bayramov Salman Bayram oğlu
Bəxtiyarov Rəşad Bəhram oğlu
Butenko İqor Leonidoviç
Cəfərov Mircavad Mirqəfər oğlu
Cəfərov Novruz Adil oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Əmrah Balaxan oğlu
Eyvazov Anar Əli oğlu
Eyvazov Yasəf Alxas oğlu
Eyyubov Musa Eyyub oğlu
Əbdülsəmədova Zemfira Feyzulla qızı
Əflaki Ədilə Osman qızı
Əhmədov Əhməd Ural oğlu
Əhmədov İlkin Qənbər oğlu
Ələkbərzadə Mehriban Zaur qızı
Əliyev Sərvər Bəhlul oğlu
Əliyev Vaqif Səfər oğlu
Əliyeva Afət Məmməd qızı
Əliyeva Böyük Xanım Həsənbala qızı
Əliyeva Dilarə Asif qızı
Əliyeva Münəvvər Sabir qızı
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Şəfəq Rəsul qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədova Səbinə Çingizovna
Əsgərov Əli Rəhim oğlu
Əsgərov Əsgər Əkbər oğlu
Əskərov Qoçaq Məhərrəm oğlu
Ferştandt Makar Sergeyeviç
Gözəlova İradə Vaqif qızı
Hacıyev Əli Əliyusif oğlu
Hacıyev İlqar Xəlil oğlu
Hacıyev Ümüd Səyyad oğlu
Hacıyeva Naylor Fidan Hacıağa qızı
Hacıyeva Sevil İnşalla qızı
Hacıyeva Səbinə Sabir qızı
Heydərova Çinarə Yaşar qızı
Həmidov Əjdər Qüdrət oğlu
Həsənova İradə Aslan qızı
Həşimov Orxan İlqar oğlu
Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynli Anar Vaqif oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynov Tofiq Əbdülrəhim oğlu
Hüseynova Kamilla Fikrət qızı
Hüseynova Kəmalə Müzəffər qızı
Hüseynova Laləzər Ramil qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Nadir Şənbə oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Səbinə Vaqif qızı
İbrahimova Şəhla İbrahim qızı
İmanov Vaxtanq Yaşar oğlu
İmanova Gülbacı Əliəkbər qızı
İskəndərova Sənubər Sabir qızı
İsmayılov Qurban İbrahim oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Cəmilə Rüstəm qızı
Kərimova Qərinə Rəhim qızı
Kərimova Nərgiz Faiq qızı
Qarayev Elnar Cəfər oğlu
Qasımov Məmmədsafa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Qəhrəmanov Abbas Əhməd oğlu
Qəmbərli Ayaz Vahab oğlu
Qəmbərov Salman Hüseyn oğlu
Qəribova Nargilə Dursun qızı
Qrafkin Boris Fyodoroviç
Quliyev Cəmil Elşad oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyev Rövşən Vaqif oğlu
Quliyeva İntizar Təhməzqulu qızı
Qurbanov Cahangir Qafar oğlu
Qurbanov Cahangir Vahid oğlu
Qurbanov Oruc İzzət oğlu
Qurbanova Gülzar Qurban qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehmandarov Mustafa Adil oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədxan Ucal İsa oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Maqsud Fazil oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədov Sabir Novruz oğlu
Məsimov Qurban Abdulla oğlu
Mikayılov Anar Şamil oğlu
Mikayılova Sonaxanım Məmmədağa qızı
Mirişli Nazim Ramiz oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyev Sucəddin Qiyas oğlu
Musayeva Səmayə Məmməd qızı
Musayeva Şükufə İmran qızı
Mustafayeva Laləzar Bəşir qızı
Nəbiyev İbad Fərrux oğlu
Nəsirova Hicran Fətəli qızı
Nəzərov İlham İslam oğlu
Novruzova Nubar Qulu qızı
Nurzadə Əli Qayıb oğlu
Osmanov Bəhram Məcid oğlu
Osmanov Fuad Tacəddin oğlu
Piriyev İvtixar Fəhrat oğlu
Poladov Əkram Nicad oğlu
Rəhmanov Rəhman Tofiq oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Nurlan İbrahim oğlu
Rzayev Vüsal Elman oğlu
Salahov Əbülfət Yusif oğlu
Salamova Gülcahan Əhməd qızı
Salmanov Nicat Fərhad oğlu
Seyidov Uran Seyid Musa oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu
Səlimov Ruslan Xanbala oğlu
Səmədov Şükür Hacıbala oğlu
Süleymanlı Ceyhun Təvəkkül oğlu
Şarovskaya Natalya Yuryevna
Şeyxov Nizami Hüseyn oğlu
Şərifəliyeva Səidə Vahid qızı
Şıxəliyev Ramin Tofiq oğlu
Şirəliyev Elşən Şıxəli oğlu
Şirəliyeva İlhamə Şərbətəli qızı
Şirməmmədov Namis Xanmirzə oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyev Nofəl Abdulməcid oğlu
Vəliyeva Nigar Natiq qızı
Yaqubova Ella İsmayıl qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zeynalov Elnur Əli oğlu
Zəki Mehriban Mürvət qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 may tarixli 1172 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 893) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əmirov Cəmil Fikrət oğlu
Göyçayev Teymur Ənvər oğlu
Xanı-zadə Bəxtiyar Oqtay oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Quliyev Qabil Əzizulla oğlu
Şərifov Vaqif Abdulla oğlu
Tağızadə İranə Tofiq qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Централизованная библиотечная система Ясамальского района в связи с карантином по поводу пандемии коронавируса с конца марта нынешнего года осуществляет проект «Виртуальное путешествие по Азербайджану». Виртуальные туры уже были осуществлены в Губинский, Бардинский, Хызынский, Гейчайский, Дашкесанский, Гахский, Товузский, Аджебединский, Исмаиллинский районы, города Гянджа и Шеки.
Очередное путешествие состоялось в Сиязаньский район,
созданный 11 февраля 1940 года. В районе, территория которого составляет 7384 km2 1 город, 1 поселок и 32 села. Население района составляет
свыше 40 тысяч человек.
Богатство флоры и фауны района отражается на видеоролике.
Здесь перечисляются леса Саглочан, Мяшриф, Даггушчу, Арзикюш, Сядан и др. и
размещены их фото.
Сиязан богат своей историей. На его территории находятся
усыпальница Халила, некрополь Даш гутусу, оборонительные стены Гильгильчай,
поселение Бешбармаг, крепость Диндаг фотографии которых можно увидеть на
видеоролике. Здесь же содержатся сведения о датах их строительства.
Далее следует список выдающихся сиязанцев. Среди них
поэты и писатели Айдын Тагиев, Алисафа Азаев, Октай Гаджи Гусалы, Гяндал
Тачайлы, Мехти Новрузов, Ильяс Хатаи.
Интересно выглядят фото кухни этого района – жаренная
рыба, кюфтя бозбаш, фясяли, гей гутаб и др.
Завершается видеоролик показом горы Бешбармаг,
находящейся на отрогах Большого Кавказского хребта. Здесь же размещены фото рек
Ата чай, Гиль-гиль чай.
В
исполнении Заслуженной артистки республики Мятянят Искендерли звучит песня
Аббасгулу Наджафзаде «Сиязян» на слова Наджмеддина Мурватова.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi təşkil olunmuşdur. Layihə əsasında bir çox virtual səyahətlər həyata keçirilir. Xatırladaq ki, Quba, Gəncə, Bərdə, Xızı, Göyçay, Daşkəsən, Qax, Tovuz, Şəki, Ağcabədi, İsmayıllı və s. rayonlara təşkil olunan virtual turlar sosial şəbəkələrdə də təqdim olunur.
Virtual
izləyicilər üçün hazırlanmış növbəti səyahət 11 fevral 1940-cı il tarixində
yaradılan Siyəzən rayonunadır. Videoçarxda ilk olaraq, bir şəhər, bir qəsəbə,
otuz iki kənddən ibarət olan rayonun ərazisi (7384 km2), əhalisi (40500
nəfər) haqqında məlumat verilmiş, bu ərazidə yerləşən müasir bina və parkların
siyahısı və fotoları təqdim olunmuşdur.
Təbiətə
əsrarəngiz bir rəng qatan rayonun flora və faunası bütün gözəlliyi ilə
videoçarxda nümayiş olunur. Bitkilər kateqoriyasına qərbi, dağ nanəsi, cirə,
yovşan, itburnu və s. daxil edilmiş, bununla yanaşı meşələrindən Sağlocan, Məşrif,
Dağquşçu, Ərziküş, Sədan və digərlərinə aid fotolar toplanmışdır.
Tarixi
ilə qədim olan Siyəzən ərazisində Xəlil türbəsi, Daş qutusu nekropolu,
Gilgilçay müdafiə səddi, Beşbarmaq yaşayış yeri, Dindağ qalaçası kimi tarixi
abidələrin fotoları və yaranma tarixləri ilə bağlı faktlar da videoçarxda əks
olunmuşdur.
Videoçarxın
davamında görkəmli və tarixi şəxsiyyətlərin siyahısı ardıcıl formada
verilmişdir. Siyahıda Aydın Tağıyev, Əlisəfa Azayev, Oktay Hacı Gusalı, Gəndal
Taçaylı, Mehdi Novruzov, İlyas Xətai kimi şair və yazıçıların adı da yer alıb.
Mətbəxinə
aid balıq qızartması, küftə-bozbaş, fəsəli, göy qutabı və bu kimi ləzzətli yeməklərin
fotoları da videoçarxda yerləşdirilmişdir.
Videoçarx
Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Beşbarmaq dağı, rayonun müxtəlif
zonalarından axan Ata çay, Gil-gil çay kimi çayların fotoları ilə yekunlaşır.
Videoçarxda
əməkdar artist Mətanət
İsgəndərlinin ifasında Abbasqulu Nəcəfzadənin
Nəcməddin Mürvətovun sözlərinə yazılmış “Siyəzən” mahnısı səslənir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş interaktiv plakat hazırlandı
Xəbər verdiyimiz kimi, beynəlxalq əməkdaşlıq çərçivəsində
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sistemi Rusiya Federasiyası Orenburq Vilayətinin P-Pokrovka model kitabxanası
ilə 2018-ci ilin payızından əməkdaşlıq etməyə başlamışdır. Bu əməkdaşlıq çərçivəsində
uğurlu layihələr həyata keçirilir, mühüm hadisələrə həsr olunan interaktiv
plakatlar hazırlanır.
Növbəti interaktiv plakat «Böyük qələbə. Великая
победа – 75» sovet xalqının Böyük Vətən müharibəsində (1941–1945-ci illər) qələbəsinin
75 illiyinə həsr olunub.
Plakatda Azərbaycan və rus dillərində verilən
materiallarda Böyük Vətən müharibəsində Azərbaycan hərbiçilərinin şücayətindən,
azərbaycanlıların antifaşist hərəkatında iştirakından, Vətənimizin övladlarının
arxa cəbhədə əmək fəaliyyətindən, ölkə iqtisadiyyatı və xüsusilə də Bakı
neftinin əhəmiyyətli rolundan bəhs edilir.
Plakatda
Azərbaycan müharibə illərində, Qafqaz uğrunda döyüşlər, milli hərbi bölmələr
haqqında ətraflı məlumat almaq olar.
Burada akademik Yusuf Məmmədəliyevə həsr
olunmuş bölmədə onun ixtira etdiyi yüksək oktanlı benzin («Molotov kokteyli»)
haqqında məlumatlar verilmişdir.
İnteraktiv
plakatda izləyicilər Sovet İttifaqı Qəhrəmanı adını almış 39 azərbaycanlı ilə də tanış ola bilərlər. Bundan başqa
plakatda Mehdi Hüseynzadə, Həzi Aslanov və Rixard Zorge haqqında vikipediyadan
götürülmüş məlumatlar da əks olunmuşdur.
İnteraktiv
plakatda həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən ikiqat Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlanmış
informasiya bülleteni, Həzi Aslanova həsr edilmiş şeirlər toplusu, əfsanəvi
partizan Mehdi Hüseynzadənin (“Mixaylo”) 100 illik yubileyi münasibəti ilə hazırlanmış
videoçarxla da tanış olmaq olar.
İnteraktiv
plakat MDB kitabxanalarına və həmçinin ölkəmizin bir çox kitabxanalarına göndəriləcək.
Централизованная библиотечная система Ясамальского района осуществляет проект «Великая победа – 75», посвященный 75 летию победы советского народа в Великой Отечественной войне. В рамках проекта в библиотеке организована книжная выставка, подготовлено информационное письмо о дважды Герое Советского Союза Ази Асланове, собраны стихотворения, посвященные этому герою, проведен конкурс детского рисунка и лучшие рисунки отправлены на суд жюри в Москву. В рамках данного проекта сегодня читателям представляется композиция-реквием «Полк бессмертных: дети, внуки и правнуки ветеранов Великой Отечественной войны», посвященныйпамяти ветеранов Великой Отечественной войны в исполнении учеников 3 класса средней школы №164 Насиминского района, подготовленный под руководством педагога этой школы Туран Гусейновой. Туран Гусейнова является дочерью ветерана Великой Отечественной войны Байрамгулу Аманова. Композицию-реквием можно посмотреть на канале YouTube https://www.youtube.com/watch?v=CW2AujjIemg Мы представляем вниманию читателей стихотворение, написанное другой дочерью этого ветерана, известной детской писательницей Солмаз Амановой. Вечная память, Вечный огонь! И на войне цветут цветы, Не передать их красоты. Солдаты Землю стерегут, Природу нашу берегут. А в мире много так чудес, И не боится войны лес. Стоит стеной назло врагу, Цветут ромашки на лугу. А на Земле лежит солдат, Душа его у райских врат, В руке сжимает он цветок, Вновь поднимается росток.
Bakı şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata
keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə M.Ş.Vazeh adına
Yasamal rayon Mərkəzi Kitabxananın nəzdindəki Mirzə Şəfi məclisinin üzvü Eldar
Allahverdiyev də qoşuldu.
Eldar Allahverdiyev 137
№-li tam orta məktəbin 5-ci sinif şagirdidir. Məclisin kiçikyaşlı üzvü virtual rejimdə
faəliyyət göstərən kitabxanaya “Koronavirusun bizdən aldıqları” adlı yazısını təqdim
etdi. O, koronavirus pandemiyasının həyatına təsiri ilə bağlı fikirlərini qələmə
alıb.
Hal-hazırda evdə
qalaraq əvvəlki həyat tərzi üçün darıxan Eldar Allahverdiyevin yazısı tam mətni
aşağıda verilib.
Koronavirusun bizdən
aldıqları
Mən,
Allahverdiyev Eldar 5-ci sinif şagirdiyəm. Mart ayının 3-ü dərsdən çıxanda bizə
bildirdilərki, sabahdan martın onunadək dərs olmayacaq. Sevincək halda müəllimdən
səbəbini soruşduq. Müəllim bizə koronavirusla bağlı məktəbin dezinfeksiya
olunacağını bildirdi. Koronavirus haqqında xəbərlərdə eşitmişdik. Bu virus Çində
yaranmışdı. Çinlə bizim ölkə arasında məsafəni fikirləşəndə, bu virusun bizə gəlib
çatması mümkünsüz olmağını fikirləşirdik. Biz heçdə əhəmiyyət vermədik, çünki
yaxınlaşan təhlükənin fərqində belə deyildik. Evə gəldik və sevincli halda “bir
həftə dərslərin olmadığını”, – dedik.
Valideynlərimiz heçdə
sevinmədilər, onlar təhlükənin artıq ölkəmizədə gəldiyini hiss edirdilər. Bir
neçə gündən sonra dərslərin mart ayının iyirmi doqquzuna qədər uzadılması barədə
televiziyada elan verdilər. Yenə də sevinirdik, hətta bu tətilə “Koronavirus
bayramı” deyirdik. Amma getdikcə evdə darıxmağa başladıq. Məktəbə getmək, sinif
yoldaşlarımızla görüşmək istəyirdik.Səbirsizliklə martın iyirmi doqquzunu gözləyirdik.
Xəbər yayıldı ki, dərslər
aprel ayının otuzuna qədər təxirə salınıb. Həəə… artıq vəziyyətin nə qədər təhlükəli
olduğunu dərk etməyə başladım. Evdən çölə çıxmırıq, dostlarımızla oynaya bilmirik.
Evdə dərslə məşğul olmağımıza baxmayaraq, yenədə nəqədər dərslərdə gerilədiyimi hiss edirəm. Fikirləşirəm:“Məktəbə
gedə bilməmək, təhsil ala bilməmək nəqədər pis bir hiss imiş”.
Televizordan Suriyadakı
uşaqların məktəbə getmək üçün üsyanlarını görəndə, deyirdim:“Məktəb üçündə belə
üsyan olar?!” Sən demə biz əlimizdə olan imkanların qədrini bilmirdik. İndi
anlayıram ki, təhsildən uzaq qalmaq, məktəbə gedə bilməmək heçdə yaxşı hal
deyilmiş. Bəzəndə fikirləşirəm ki, Suriyada yaşayan insanlara olan haqsızlığa
dünya ölkələri biganə qaldığına görə Allah təala bütün dünyanı cəzalandırır.
Koronavirus bizdən hal hazırda təhsilimizi, sərbəstliyimizi
alıb. Amma çalışaq sağlamlığımızı almasın.Koronavirusun bizə öyrətdikləridə
oldu məsələn: ehtiyatlı olmağı, təmizliyə riayət etməyi, yaxınlarımızı
qorumağı.
Ümid edirəmki, tez bir
zamanda bu qara buludlar dünyamızı tərk edəcək, al günəş üzümüzə güləcək. Yenidən
gözəl günlərə geri dönəcəyik.Dərslərimizə qaldığımız yerdən davam edərək,
biliklərimizi dahada dərinləşdirəcəyik.
Atalarımız yaxşı deyib:
“Yaman günün ömrü az olar”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Mən bir səhər hamıdan çıxıb gedə bilərəm, Bir söz də söyləmərəm,qınamaram heç kimi. Nə varsa yaddaşımdan qazıyaram,silərəm, Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.
Canım,vallah,yalandı şairlik də,filan da, Bax,hər gecə özümü ürəyimdən asıram. Bir əzabın odunda közərdirəm sözləri, Mən şeir ha yazmıram,sinəmə dağ basıram.
Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq, Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə. Elə yanıb əllərim,uzatmağa qorxuram, Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə…
Qəm yemə,keçdi getdi…indi susuz səhrayam, Bir əlçim bulud tapım gözlərimi sıxmağa. Güclə sürüyüb gedir hərə öz şələsini, Axtarsan bir adam yox,kövrəlib darıxmağa.
Zamanın qatarında kim yatmış,kim oyaqdı?! Kim var bircə gecəılik düşüb qonaq qalmağa?! Qoymadılar qayıdam bir gün uşaqlığıma, Qoymadıar məni də dönüb adam olmağa.
Köhnələrdən…
Qaçırdı hamını göy gurultusu, Çəkildi xəlvətə boz sərçələr də. Bir dəli yağışdı,bir də ikimiz, Gəzib dolaşırıq boş küçələrdə.
Bir ara əlindən çıxdı çətirin, Az qaldı küləyə qoşulub gedə. Bayaqdan dolaşır ayaqlarıma, Bir pişik balası çıxıb döngədən.
Dağıdıb saçını söyüd ağlayır, Çolaq dilənçinin boş qalıb yeri. Yağış asta-asta yuyub aparır Hisini-pasını qoca şəhərin…
Bir sevgi məktubu ilişib qalıb Titrəyə-titrəyə bir gül koluna. Sahildə üşüyən qoşa fidan şam Girib bir-birinin yenə qoluna.
Axşam necə düşüb xəbərimiz yox, Qara gözlərindən vaxt axıb gedir. Bir azca üzünə soyuq baxanda, Incik qonaq kimi eşq çıxıb gedir…
Gün günə bənzəməz,tale taleyə; Bir ömür axtarsan tapılmaz itik. “Sənə demədimmi qoşulma mənə…” “ Çox gecdi…sonuncu qatar da getdi…”
…Bir də haçan yana sönən işıqlar? Qurut ürəyimdə yaş əllərini. Doldurub bir ovuc işıq da apar Evə qayıdanda boş əllərini.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Pıçıltı
Nə bir rahat yuxum var, nə yuxumda bir dinclik. Bir nazik ipin üstdə oynamaq zülüm işdi. Səni çəkib yuxumdan evimə gətirmişəm, gör necə xarabadı… Divarlarda boya-boy hər yerdə sənin şəklin. Gəlişinə sevinən qapım necə ağlayır, pəncərəm açıq qalıb görən hansı axşamdan? Masamın üstü dolu…yer yox barmaq qoymağa, burda nələr desən var,bir sevincdən savayı. Ağ varaqlar üşüyür sükutun soyuğundan… əllərin nə soyuqdu. Sən gələndən dayanıb divardakı saat da, əqrəblər üst-üstədi. Sonsuzluğun içində biz ikicə nəfərik. Sən yaralı göyərçin… Istəmirəm mən sənə dəmir qəfəs olmağı, yaranı sarımağa bir azca göz yaşım var. Ağacların yarpağı Gecənin qulağına gör nələr pıçıldayır… Şam əriyib qurtarıb… Bir söz denən,yandırım ürəyimi sübhəcən.
***
Heyif,mən də beləyəm, Bir az zalım adamam. Hər addımda aldanan, Uşaq kimi inanan.
Gözlərimi qırpmadan Tərk edərəm bu canı. Mənimçün canı vermək, Can deməkdən asandı.
Qoy səni aldatmasın Şairliyim,filanım. Ələsən,çıxar üzə Neçə-neçə yalanım.
Dərdim başımdan aşsa Söyləmərəm birini. Özümlə aparacam Neçə gizli sirrimi.
…Çox da gülməli deyil Taleyin zarafatı. Günahkaram sənintək, Sevirəm bu həyatı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SƏNİ GÖRMƏYƏNDƏ
Sənsiz öz köksünü ötürür bu yaz, Göylər də açılmır dərddən, kədərdən, Sənsiz azan yoxdu, gecikir namaz, Əlimi üzmüşəm mən göydən ,yerdən,
Ümid böyüdürəm köksümdə hələ, Sənsiz günlərimi ağlayıram mən, Axır gözlərimdən yaş gilə-gilə, Yaralı sinəmi bağlayıram mən,
Sənsiz dünya mənə məzardı indi, Məni yuxularda qoyub getmisən, Nolar ruhumu yavaşca dindi, Sən könül bağımı viran etmisən.
Sənsiz ağı deyir ağlayır ürək, Şeirimə, sözümə bükmüşəm səni Qara gözlərimdə oynayır şimşək, Sənli misralarım incidir məni.
Ən şirin sözləri sənə qoşuram, Həsrətdən alışır dilim, dodağım, Səni görməyəndə vallah çaşıram, Gəl güldür qəlbimi, ay gülyanağım.
BU SEVGİ
Üzür ürəyimi, üzür bu həsrət, Hicranın əlindən gəl qurtar məni. Ağlayır, sızlayır sevgi, məhəbbət, Ürəkdən sevirən inan ki, səni.
Gözümü yolunda kor eyləmişəm. Hər gün misra-misra əriyirəm mən, Gülüzlüm mən sənə, can söyləmişəm, Kəsib yollarımı indi duman, çən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SƏNSƏN
Ay mənim qismətim, ay mənim payım, Sənsiz bu dünyanı neyləyirəm mən. İşıqlı səhərim, Günəşim, Ayım, Qəlbimdən keçəni söyləyirəm mən.
Sənsən bağ-bağçanın yar-yaraşığı, Səninlə necə də bəxtiyaram mən, Sənsən gözlərimin nuru, işığı, Səndən şəfəqlənən bir baharam mən.
Sən mənə xoşbəxtlik, sevinc vermisən, Könül sarayımın sultanı sənsən. Qurbanın olaram əgər istəsən, Göylərin, yerlərin xoş nəğməsisən.
Yerlərin göylərin bir mələyisən., Sənsən çiçəklərin, güllərin təri, Necə də gözəlsən ey nazlı süsən, Sənsən gözəllərin ay bəxtəvəri.
Nəğmələr qoşuram hər zaman sənə, Sənin eşqin ilə qanadlanıram, Heyranam o gözəl , göyçək hüsnünə, İlhamı hər zaman səndən alıram.
SÖYLƏ
Günəş iftar açıb, Ay oruc tutub, Yuxumu danışım, qulaq as bir az, Demə yollar, izlər bizi unudub, Bizsiz gülərmi heç, söylə bahar, yaz.
Ay başımın tacı, gözümün nuru, Bəxt yazan səni də yazıbdır mənə. Sevgimiz təmizdi, eşqimiz duru, Dərd, kədər qalama yanan qəlbimə.
Saçlarım nə vaxdır sığal görməyir, Fikrim, xəyalım da, ruhum da sənsən, Ayrılıq nə vaxtdır qəddimi əyir, Səpmə saçlarıma vaxt, vədəsiz dən.
Susuz balıq kimi çırpınır ürək, Dur gəl, bal eşqimin sən pətəyi ol, Ah-nalə götürmür müqəddəs fələk, Könlümün ən şirin bir istəyi ol.
Sənsiz öz köksünü ötürür bu yaz, Yollara baxıram mən səhər , axşam, Mənim tər bənövşəm, gəl eyləmə naz, Sənsiz qanadları qırılmış quşam,
Ruhumu göylərdən qaytar geriyə, Qoyma Əziz Musa qalsın avara, Qoyma ayaq açıb, dərd, qəm yeriyə, Dur gəl, qapımızı açaq bahara.
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
BİLMİRƏM /”Vətənimdir” – silsiləsindən/
Bəd illər az qalır qərinə olsun, Qübarı könüldən silə bilmirəm. Çatlamış, boş sənək çətin ki, dolsun, Şuşasız, Laçınsız, gülə bilmirəm.
Neçə ki, Kəlbəcər qolu bağlıdır, Neçə ki, Ağdamım sinədağlıdır. Neçə ki, “stepan”, “Qarabağlıdır”, Necə yaşayıram, hələ bilmirəm.
Cəbrayıl yaralı, həm də qəfəsdə, Füzuli can verir, qulağı səsdə. Qubadlı, Zəngilan, kürəyi üstə, Məzarım qazılıb, ölə bilmirəm.
İrəvan, Zəngəzur, Göyçəm hardadır? Mehri, Qafan, Vedim, gör nə haldadır. Gorusum, Ağkilsəm, çoxdan dardadır, Həsrətin zirehin, dələ bilmirəm.
Aprel döyüşləri, mesaj- düşmənə, Bir kimsə dünyada, qızammaz mənə. Zərbələr vuracam, hey dönə- dönə, Yurdda eldən- elə, gələ bilmirəm.
Yüksəldək Murovdan “Cəngi”nin səsin, Silək Ulu Yurdun, qara ləkəsin. Dövran vəsf eləsin, Odlar Ölkəsin, Nəyi gözləyirik, bilə bilmirəm?!…
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
BU GÜN KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR-
YA QİSMƏT Vətən borcumuz çox, ömrümüzsə az, Kəlbəcəri bir də görəm- ya qismət. Taledən, qismətdən kimsə qaçammaz, Dağında lalələr dərəm- ya qismət.
Zirvədə buludu qatar- qatardır, Güneyi nərgizli, quzeyi qardır. Dörd fəslin hamısı burda bahardır, Süsəni sünbülə hörəm- ya qismət.
Səs sala dağına Şəmkirin sazı, Bütün igidlərə çata avazı. Ola qoç döyüşü, qeyrət davası, Köksümü qabardıb, gərəm- ya qismət.
Yığam Mübariztək vətən gəncini, Çaldıram Murovda sanlı cəngini. Qaçıram düşmənin murdar rəngini, Hayqıram:- “Ər oğlu-ərəm”- ya qismət.
Qarşısı alınsın qanlı sellərin, Ordum xilaskarı doğma ellərin. Dövran da yurdunun bütün güllərin, Ayağı altına sərə, – ya qismət.
BU GÜN HEÇ KİMİN UNUTMAYACAĞI ” 31- MART AZƏRBAYCANLILARIN SYQIRIMI! GÜNÜDÜR/
TÜRK SAVAŞI Daş yazılar salnamədir qalın-qalın, Oxuyun siz keçmişimdən xəbər alın. Sədasını dinləyin siz daş qavalın, Türk elləri döyüşlərdə deyil naşı, Qiyamətdən betər olar türk savaşı.
Od yaranıb, od doğulub, od diyarım, Sönməz oddur, oğlum, qızım, ixtiyarım. Oddur kaman, oddur sazım, oddur tarım, Alovdandır, atəşdəndir od yaddaşı, Qiyamətdən betər olar türk savaşı.
Yad baxışlar kor olubdur od elimdə, Qədəm basıb qovrulublar od selimdə. Şahinlərim qiyyə çəkib at belində “Cəngi”ləri titrədibdir dağı, daşı, Qiyamətdən betər olar türk savaşı.
Vətən üçün candan keçən fədaim var, Tomrisim var, Cavanşirim, Xətaim var. İsrafilim, Mehdim, Həzim, Gərayım var, Əziləcək yağıların mənfur başı, Qiyamətdən betər olar türk savaşı.
Sevinməsin o kəmfürsət, qanlı yağı, Uzaq deyil Qarabağın zəfər çağı. Çəkiləcək pak torpaqdan yad ayağı, Dövran qoymaz yad əlində bir qarışın, Qiyamətdən betər olar türk savaşı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şəhid ayım, aprelim
Bahar nəfəsli sinən güllələrə tuş gəldi, Ağu dedi bülbülün, qaranquşun nəğməsi. Çiçəklərin, güllərin gözlərindən yaş gəldi, Daraldı hər bir yerdə təbiətin nəfəsi. Şəhid ayım, aprelim!
Qönçə-qönçə gül açan güllərin güllələndi, Şəhid ətrin yayıldı, qara geydi buludlar. Hər arzun, hər diləyin qəlbində düyünləndi, Torpağına, daşına başın əydi buludlar. Şəhid ayım, aprelim!
Dalğalandı dəniz tək, çaxdı ildırım kimi, İgidləri hayladı azadlığın işığı. Ölümə sinə gərən ərən oğullarına, Əbədiyyət yaratdı o bahar yaraşığın. Şəhid ayım, aprelim!
Nəfəsində igidlik toxumları səpildi, Şəhidlərin ruhunda açıldı danın gözü. Qönçələrin qan əmdi, küləklərin acıdı, Çiçək açdı dilində azadlıq adlı sözün. Şəhid ayım, aprelim!
Vətən adllı tarixin düşüb igid payına, Aprel şəhidlərimin qızıl səsli bu ünü. Şəhidlərim doğuldu dil açdı sinən üstdə, Apeliin ikisində yazıldı doğum günü. Şəhid ayım, aprelim! 2019 aprel
Şeirimin bahar gözü, Yaşla dolub, kövrəlibdi. Yaz nəfəsli ürəyimdə Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi, Qara xallı laləsi var. Vətən deyən dillərimin Göyə qalxan naləsi var.
Misra-misra qocalıram, Kəlmə-kəlmə can verirəm. Şeir-şeir ucalıram, Vətən boyda qan verirəm.
Sözlərimin soyqımı, Dillərimdən asılıbdı. Qələm tutan əllərimi Gör kimlər daşa basıbdı.