Blog

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *
    burax, əllərində ölsün qırışlar,
    çərçivə olmasın baxışlarına,
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın.
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”,
    Dilimdə təkbirdi adın.

    burax, qoy qocalsın “Sabir küçəsi”
    heç kimin ilk sevda qəsri olmasın
    “saçımda ağ kağızın boz kölgəsi
    -demişdin,
    o kölgə heç canlanmasın.

    burax, dizlərində kükrəsin zaman,
    burax, at oynatsın sevinc üzündə.
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”
    qalmışam şeir düzündə.

    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm,
    duam himn kimi
    “Laylay, bənövşəm
    Lilitin sonuncu lənətçisiyəm.

    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım.

    * * *
    Bağışla, bilmədim elə gün gələr,
    Sevgi zirvəsinə çıxan yıxılar.
    Niyə bircə dəfə gerçəyə dönmür,
    O sənli yuxular, sənli yuxular.

    Bağışla, sevmişəm sevənlər kimi,
    Kitabsız, ünvansız, qayda-qanunsuz.
    Mən Əsli olmadım, Xan Kərəm kimi,
    Alışdım oduna atəşsiz, odsuz.

    Bağışla, nə edim, əlimdə deyil,
    Hər gecə röyama mehman olursan.
    Ağlım yaddan çıxar, unut, at deyir,
    Axı ürəyimdəsən, unudulmazsan.

    * * *
    Səndən qalan xatirəndə,
    Bir sevginin yası vardır.
    Hey ağlayan gözlərimdə,
    Nakamlığın adı vardır.

    Səndən qalan yuxularda,
    Sənsizliyin kabusu var.
    Sənsiz gələn sabahlarda,
    Həsrətinin qoxusu var.

    Dünyan qalıb mənə sənsiz,
    Atmosferi hicran dolu.
    Şəhərləri sənsiz, səssiz,
    Hər yolu bir ölüm yolu.

    Addımlaram bu yolları,
    Səndən qalan arzularla.
    Yaşayaram çox illəri,
    Səndən qalan xəyallarla.

    Bir həyatın qəm-kədəri.
    Səndən qalan tək xatirə,
    Yazıq qəlbin ümidləri.
    Yazıq oldu arzular da,

    Mənim səni sevməyimdə.
    Küsüb getdi vüsalın da,
    Səndən qalan xatirəndə.
    Heç demədim öləcək bu,

    Heç demədim öləcək bu,
    Hicranın əliylə bir gün.
    Yanan qəlbin közü, odu,
    Sönər göz yaşıyla bir gün.

    Səndən qalan bir xatirə,
    Bir həyatın qəm-kədəri.
    Səndən qalan tək xatirə,
    Yazıq qəlbin ümidləri.

    * * *
    Bəlkə bir gün qarşılaşsaq…
    Yanağımdan iki gilə yaş axar,
    Biri sənin, biri mənim adımda.
    Gözlərim dirənib yerlərə baxar,
    Bir daha qalmasın sənin yadında.

    Ürəyim yenə də susar, danışmaz,
    Küskün kədərlərə məkanlıq eylər.
    Sənin yoxluğuna yenə alışmaz,
    Amma, sənsizlikdə sultanlıq eylər.

    Nə səndən əl açıb sevgi istəyər,
    Nə də üz döndərib get deyəmmərəm.
    Sadəcə könlümün başı göynəyər,
    Bircə kəlmə sənə söz deyəmmərəm.

    Bir gün qarşılaşsaq…Yenə ümidlər,
    Boy atar, cücərər, saralar, solar.
    Bir gün qarşılaşsaq… Eh, nələr, nələr,
    Dəli könül daha nələr arzular.

    * * *
    Səhərim adınla başladı gülüm,
    Axşama çox qalıb, bəlkə görüşdük.
    Ülvi istəkləri qılınc eyləyib,
    Dan sökülənədək yenə döyüşdük.

    Sən öz dünyanın sərkərdəsisən,
    Mən də göz yaşlarımın şahzadəsiyəm.
    Sən neçə ürəyin İskəndərisən,
    Mən sənin qəlbinin Nüşabəsiyəm.

    Yenəcəm sevgimlə fatehliyini,
    Qarşımda öləcək cəlladlığın da.
    “İskəndər yenilməz, yenər” sehrini,
    Alacam əlindən Şəfalığımla…

    SEVGİMİN COĞRAFİYA DƏRSİ

    İtmiş bir məhəbbət adalarıydı,
    Ömür xəritəmdə sənli cizgilər.
    Ya da, yad əlindən dad-amanıydı…
    Hardasa duyulmaz bir harayıydı,
    Toydan bir gün sonra sınan güzgülər.

    Nə yaman, nə yaman həsrətin varmış,
    İzlər addım-addım hara getsəm mən.
    Sənə gedən yollar nə yaman darmış…
    Uzaqda olmağın demə yaşatmış,
    Yoxsa mən küsərdim ömürdən, gündən.

    Sən uzaq…Çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə savannalar, tropik meşə?
    Bəlkə də zərif, incə bənövşə…
    Ya bəlkə, quruca bir səhrasan sən?!

    AYRILIQ ÖLÜM DEYİL Kİ…

    “Ayrılıq ölüm deyil ki…”
    -deyib də getməyə nə var…
    Bax, o qaraçı deyir ki:
    -Yollara gülməyə nə var…

    İzlərinlə naxışlanmır,
    Cığırlar yiyəsiz qalıb.
    Gicitkənlər ovxalanmır,
    Quzuqulağı qocalıb…

    O kənd bir başqa darıxıb…
    O kənd bizi axtarırmış…
    Dağlar kənd yoluna baxıb
    Dərə boyu ağlayırmş…

    Fikrin varmı, kiriyərmi
    BİZi görsə o dağ kəndi?
    Həyasından əriyərmi
    Aramızda həsrət bəndi?

    ***
    hər bazarertəsi tənha ağaclar
    sevinir duyanda gülüşlərini…
    o boz göyərçinlər, ala qarğalar
    sevdirir Tanrının əl işlərini…

    səninlə açılan hər səhər yaşıl,
    yerişin yaraşır bütün yollara…
    nə olsun xəyalın sərhədlər aşır?!
    mənimçün uzaqdı ikicə dalan…

    hərdən ürəyimə sığmır iş vaxtın-
    sonsuzluq simvolu o səkkiz saat…
    sənə xatir yaşayıram həyatı…
    açıram zəngini, zamanı uzat…

  • Şəfa EYVAZ.”Mənim həsrətimin yordamı yoxdu!”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Mənim həsrətimin yordamı yoxdu,
    Nə yol bilir, nə iz tanır binəva.
    Ağlayıram məlul baxır üzümə,
    Nə dil bilir, nə söz qanır binəva.

    Ovuclayıb göz yaşımı içir hey,
    Məndən ötüb ürəyimə keçir hey,
    Məni tanıyır, elə məni seçir hey,
    Nə sirr bilir, nə də danır binəva.

    Seçim ola, ömrü bir də seçəsən,
    Bu həsrətdi, su deyil ki, içəsən.
    Yolmu qalır, bu həsrətdən keçəsən,
    Nə sol bilir, nə sağ sanır binəva.

    Bu ömür də gəlib keçir beləcə…
    Həsrət qoxur yan-yörəmiz bax necə?
    Korun-korun tüstüləyir eləcə,
    Nə kül bilir, nə də yanır binəva.

    09.12.2019

  • Gülnar SƏMA.”Ayrılıq bəhanəsi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ayrılıqlar həmişə
    Öz bəhanəsiylə qonaq gəlir.
    Sən olmaz dediyin şeylər
    tez-tez gündəmə gətirilirsə,
    demək, növbəti dayanacaq
    ayrılıqda dayanmayacaq.

    Sürət daha da artacaq
    olmazlar özlərinə yer edəcək.
    Sənin görmək istəmədiyin situasiyalar
    əslində ayrılığın əlamətləridir.
    Ayrılıq isə bədii təyin deyil,
    əbədi təyinatdır.

    Ayrıldınsa, bəhanələrin də
    canı qurtarır.
    Onları da boş-boşuna
    narahat etmirsən.
    Hər şey üstünə gəlir,
    amma sən heç yerə getmirsən.

    Səbəbsiz bəhanələrin
    nəticəsini alqışlamaqdan başqa
    seçimin qalmır.
    Yox əgər hələ bəhanələr qalıbsa,
    onda bu ayrılıq olmur.

  • Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş Tezis”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN TƏDRİSİ ELMİ-METODİK PROBLEM KİMİ

    Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsinin elmi-metodik ədəbiyyatda həm nəzəri, həm də metodik aspektdən qoyuluşu bu problemin elmi-nəzəri və metodik baxımdan həll edilməsini ortaya qoyur. Hər bir xalqın dilində onun malik olduğu əxlaqi-etik görüşlərinin, mənəvi dəyərlərinin təzahürü olan hazır nitq modelləri vardır ki, onlar dilçilikdə nitq etiketləri yaxud nitq yarlıqları adı ilə verilir. Nitq etiketləri tərkib hissəsi olduğu nitq mədəniyyəti kimi milli səciyyə daşıyıb, məxsus olduğu xalqın etnik-milli dəyərlərinin nitq prosesində təzahürüdür. Onlar milli olduğu qədər də bəşəridir. Çünki nitq yarlıqları dünya dillərinin hər birində mövcuddur və universal dil hadisəsidir.
    Nitq etiketləri cəmiyyətdə insanlararası münasibətlər sistemində stereotipə çevrilmiş əxlaqi-etik davranış normalarının tənzimləyicisi kimi çıxış edir və davranış etikası ilə birbaşa bağlıdır. Nitq etiketləri gündəlik istifadədə nitq və dil səviyyəsində reallaşır və dilin başlıca funksiyası olan cəmiyyətdə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olması nitq etiketlərinin məzmununda təzahür edir. O, mədəni ünsiyyətin təşkilində mühüm rol oynayır. Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən eyni dərəcədə asılı olan anlayışlardır. Müxtəlif nitq-ünsiyyət situasiyalarında işlənən nitq etiketləri daşlaşmış, hazır dil modelləridir. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Nitq etiketləri bu və ya digər situasiya üçün uyğun olan, norma hesab olunan etik ifadələrin seçilməsini tələb edir.
    Nitq etiketlərinin məzmununda daşıdığı etik xarakteri onun fəlsəfi termin olan “etika” ilə eyniləşdirilməsi haqqı vermir. Nitq və etiket bir-birilə ayrılmaz, üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır. Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitq etiketindən bəhs açarkən onun digər etiket növlərinin daxilində verilməsi və ya digər etiket növləri (xarici görünüş etiketi, davanış etiketi) ilə qarışdırılması halları müşahidə olunur. Lakin nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir.
    Ümumtəhsil məktəblərinin Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsədilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. Nitq etiketlərinin tədrisi ümumtəhsil məktəblərinin V-XI sinif kursunda nəzərdə tutulması heç də təsadüfi xarakter daşımır. Bu məsələnin vacibliyi, hər şeydən əvvəl, nitq etiketlrəinin daşıdığı funksiyalarında təzahür edir. Nitq etiketlərinin kontaktyaratma funksiyası ünsiyyət prosesində həyata keçir. İnsanların bir-birilə əlaqə və münasibət qurmasına kömək edir. Apelyativ funksiya ünsiyyətin yaranması, dialoqun baş tutması üçün əsas vasitə rolunu oynayan müarciət formullarını özündə ehtiva edir. Kontativ funksiya (adlandırma) barədə görkəmli rus dilçi alimi prof. Lidiya Federenko müraciət formullarını şərh edərkən bildirir ki, müraciət sadəcə çağırmır, həm də onu adlandırır, yəni kontativ funksiya daşıyır. Volyuntativ funksiya nitq etiketlərinin emosional-dəyər funksiyası ilə bağlı olub, xahiş, dəvət, icazə, məsləhət, təklif situasiyalarında fikirlərin etik ifadəsini təmin edir. Emotiv funksiya nitqin emosional-ekspressiv funksiyası ilə bağlıdır, onun vasitəsilə həmsöhbətlər bir-birinə öz duyğu və arzularını ifadə etməyə kömək edir. mədəni ünsiyyət prosesində sadalanan funksiyaların böyük rolu var. Məktəb şagirdlərinə nitq etiketlərini lazımi qaydada mənimsətməklə bu funksiyalardan səmərəli istifadə təmin olunur. Müasir təlimdə nəticəyönümlülük başlıca prinsip qəbul edildiyindən müəllim keçdiyi mövzunun hansı nəticə verəcəyini əvvəlcədən müəyyən edir. Təlim nəticələri mövzunun nəzəri və praktik əhəmiyyətini qabardır və müəllimi fəaliyyətə sövq edir. Nitq etiketlərinin tədrisi ilə şagirdlərin əldə edəcəyi keyfiyyətləri aşağıdakı şəklində qruplaşdırmaq olar:
    • Cəmiyyətdə insanlarla mədəni ünsiyyət qura biləcəklər, məqsədli, düşünülmüş və etik nitqə yiyələnəcəklər.
    • Nitq etiketləri aid olduğu xalqın etik-mənəvi dəyərlərinin təcəssümü olduğundan şagirdlər milli-mənəvi tərbiyə görmüş şəxsiyyətə çevriləcəklər.
    • Nitq etiketləri cəmiyyətdə etik davranış normalarının tənzimləyicisi kimi çıxış etdiyindən onların şagirdlər tərəfindən mənimsənilib bacarıq və vərdişə çevrilməsi şagirdlərdə etik rəftar və davranışı təmin edəcəkdir.
    Nitq etiketlərinin şagirdlər tərəfindən dərindən və möhkəm mənimsədilməsi üçün müəllim onların işləndiyi situasiyalarla tanış etməlidir. Bunu ya bilavasitə əyani şəkildə, ya da mətn üzərində iş ilə həyata keçirə bilər. Əyani şəkildə tədris “rollu oyun” iş üsulundan istifadə ilə qurula bilər. Bir ədəbi əsər üzrə şagirdlər arasında rol bölgüsü aparıb, onları birbaşa nitq situasiyalarına cəlb edib lazımi nitq etiketini işlətməsini tapşırıq kimi vermək olar. Mətn üzərində işin səmərəli şəkildə təşkili üçün müəllim mətni məqsədəuyğun, şagirdlərin yaş, anlama səviyyəsinə müvafiq seçilməlidir. Seçilən mətn həm də didaktik xarakterdə olmalı, şagirdlərin mənəvi tərbiyəsinə kömək etməlidir. VI sinif “Azərbaycan dili” dərsliyində verilmiş “Sənin kimi olacağam” mətnində ata yazdığı inşa ilə müəlliminin tərifini qazanan oğlunu alqışlamaq üçün “Afərin sənə! Sükanı belə saxla!” alqış etiketindən istifadə edir. mətnin davamında bir başqa situasiya verilir. Belə ki, oğlan atasına onu itələyən Asifi vurduğunu deyəndə ata “Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!” şəklində reaksiya verir. Lakin oğlunun “Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik” sözü atanı bir növ ayıldır və sözlədiyi sözə peşman edir. Ata-oğul dialoqu şəklində verilmiş mətndə atasını böyük məhəbbətlə sevən oğlun “Mən də atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir” sözləri atanı sarsıdır və pulu ödəmədiyinə görə əməliyyat etmədiyi xəstə yadına düşür, dərhal zəng vurub hamını işə çağırır və əməliyyata başlayır.
    Təlim prosesində müəllim “karusel”, “sankveyn”, “ziqzaq” və s. kimi iş üsullarına da müraciət edə bilər. O, iş vərəqələrində müxtəlif məqamlarda işlədilən nitq etiketlərini verir və onları situasiya tiplərinə görə qruplaşdırır. Qruplaşdırılma aparıldıqdan sonra həmin iş vərəqələrini təşkil etdiyi ayrı-ayrı qruplara paylayır. Məhz bu zaman şagirdlər müşahidələrinə, oxuduqlarına əsaslanaraq yaxud özünü bilavasitə situasiyada təsəvvür edib hansı məqamda hansı nitq etiketini işlətməyin lazımlı olduğunu düşünüb müəyyən edəcəklər. Hər qrup üçün ayrı verilmiş iş vərəqələri digər qrup üzvlərinə də ötürülür. Bununla da, şagirdlər həm digər nitq-ünsiyyət situasiyaları və o məqamlarda işlədilən nitq etiketləri ilə tanış olur, həm də bir-birlərinin fikirlərini öyrənib onlara öz tənqidi münasibət bildirirlər.

    ADPU, Elmi rəhbər: filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif İsrafilov

  • Təhminə VƏLİYEVA.”AXC-100: Keçən günlərin soyuq küləyi”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    Fevral ayı… Bakı yenə küləklidir! Əsən külək küçənin ortası ilə gedən təxminən 60-70 yaşlarında olan qadını ayaq saxlamağa məcbur edir, külək nəinki onu irəli getməyə qoymur, hətta yolunda dayanmış sərt maneəyə çevrilir. Necə ki illər əvvəl əsən soyuq küləyin gətirdiyi bəla kimi! Səkiyə keçir və birdən canına üşütmə gəlir. Bu əsən külək sanki ona tanış gəlir və anidən keçən günləri xatırladırdı. Bəli, o soyuq qış səhərini! Artıq 50 il keçirdi, amma soyuğun hərarəti hələ də canında idi. Küləyin səngiməsi ilə yolu keçib binaya daxil olur. Çoxdandır bağlı saxladığı otağın qapısını açır və kitab şkafının üst rəfindəki dəftəri vərəqləməyə və o, keçənləri xatırlamağa başlayır.
    Ucqar kəndlərdən birinə təyinat almış gənc müəllimə onun üçün ayrılmış evdə yır-yığış edib əşyalarını yerləşdirməklə məşğul olurdu. Gecənin zülmət qaranlığı kəndə hakim kəsilmiş, az da olsa səs-səmir, hənirti yox idi. Yalnız bir evdən zəif lampa işığının yandığı sezilirdi. Saat əqrəbi 3-ü vurur, 23 yaşlı gənc müəllimə isə öləziməkdə olan zəif lampa işığında gələcək barədə planlar qurur, dəftərində ara-sıra cızma-qara edirdi.
    Ailəsinin tək övladı olan Aytən anasının ciddi cəhdlərinə baxmayaraq, atası sayəsində naz-nemətlə böyümüş, ərköyünləşmişdi. Mehriban, səmimi və ünsiyyətcil olmağı ilə istənilən kollektivdə seçilməyi və hamının sevimlisi olmağı bacarırdı. Inadkarlıq, cəsurluq və qəti qərarlılıq Aytənin xarakterinə hopmuşdur. Onun kəndə müəllim getmək qərarı valideynlərinin heç ürəyincə olmamış, onu qərarından döndərmək üçün nə qədər səy göstərdilərsə də boşa çıxmışdı. Indi isə o, kəndə necə uyğunlaşacağı barədə düşünür, dərs deyəcəyi sinif otağını görməyə və şagirdləri ilə tanış olmağa tələsir və olduqca həyəcanlanırdı. Gələcəyə sonsuz ümidlə baxan müəllimə bir gecədə min xəyal qurmağa o qədər aludə oldu ki, yerindəcə – stola başını söykəyib yuxuya daldı.
    Səhər banı açılmış, kənd oyanmışdı. Xoruzun zil səsinə qalxan Aytən tezliklə səhər yeməyi üçün tədarük görüb dərsə hazırlaşırdı. Get-gedə həyəcanı artırdı. O, sanki dünən gecə dərsini necə quracağı barədə saatlarla düşünməmiş və yenidən dərsin planını hazırlayaraq onu bürüyən həyəcana təslim olmamağa, özünü ələ almağa çalışırdı. Budur, kəndxuda Mahmud, məktəb direktoru Qulamhüseyn və təhsil idarəsinin müdiri yoldaş Mixayılov gənc müəlliməni kənd camaatına tanıtdırmaq və dərs deyəcəyi məktəbə aparmaq üçün gəlib çıxdılar. Aytən cəld əynini geyib yola düşdü. Kənd camaatı tərəfindən yeni müəlliməyə yarısevinc, yarışübhə, hətta istehza dolu baxışlar tuşlanmışdı. Kənd əhalisi içərisində elmə, təhsilə önəm verənlər barmaqla sayılası qədər idi. Uşaqlarını mal, örüş otarmağa göndərən valideynlər isə təhsilə barmaqarası baxır, boş məşğuliyyət hesab edirdi. Hətta təhsilə dindən, millətdənçıxma vasitəsi kimi baxanlar da az deyildi. Aytən bu baxışlardan işinin çətinliyini anlayır, ancaq geri çəkilməyi ağlına belə gətirmirdi. Beləliklə, kənd əhalisi yeni müəllimə ilə tanış olduqdan sonra Aytən sinif otağına daxil olur və ilk dərsini keçir.
    Dərsdən evinə qayıdan müəllimə şagirdləri içərisində nisbətən yaşca böyük olan Mehribanla kəndi qarış-qarış gəzib kəndin hər yerinə, guşəsinə bələd olmağa çalışırdı. Fevral soyuğu onları buz kimi kəsirdisə də Aytənlə Mehriban dişləri bir-birinə dəyə-dəyə danışmaqda davam edirdilər. Küçənin sol döngəsində uçuq-sökük bir tikili Aytənin nəzərini dərhal özünə cəlb etdi və tikili barədə Mehribandan xəbər aldı:
    – Mehriban, bəs bu tikili nədir belə?
    – Deyilənə görə, əvvəllər bura kitabxana imiş, yaxşı da kitablar olarmış. Amma yanğından sonra bura heç baxan olmadı. Kənd əhlinin də ən sonuncu dərdi kitabxanasının olmaması olar deyə belə vəziyyətə qaldı,- dedi və dərin bir ah çəkdi.
    – Mən içəri keçib baxmaq istəyirəm, – deyə, Aytən cavab verdi və bir qədər fikrə dalaraq astadan dedi:
    – Kim bilir, bəlkə də indi orda nə xəzinə yatıb!
    – Gəlin birlikdə baxaq! Tək girməyin! Ora toz-torpaq içindədir və həm də içərisi çox qaranlıqdır.
    – Elə isə gedək evə lampanı gətirim.
    Evə daxil olan müəllimə cəld lampanı yandırdı. Sonra canlarına istilik gəlsin deyə Aytən şagirdini bir stəkan çaya qonaq etdi. Daha sonra lampanı götürüb köhnə kitabxanaya doğru yola düşdülər. Tikiliyə daxil olanda gördüyü mənzərə Aytəni dəhşətə gətirdi. Bura Mehribanın dediyindən daha betər bir vəziyyətdə idi. Hörümçək torları arasından keçib zülmət qaranlığa daxil oldular. Qaranlıq iki gənc qızı istər-istəməz qorxuya salır, lakin onlar cəsarətlərini toplaya bilib divarları uçmuş, pəncərələri qırılmış kitabxananı xeyli dolaşdılar. Kitabxanadakı kitabların bir qismi tamam yanmış, bəzilərinin yalnız bir neçə səhifəsi sağlam qalmışdı. Lakin hələ də sağlam qalan kitablar da az deyildi. Aytən kitabxanadan çıxmaq istəyərkən ayağı nəyəsə ilişir. Lampanın işığını tutub baxdıqda onun M.Ə.Rəsulzadənin “Cümhuriyyətimiz” adlı kitabı olduğunu görüb vərəqləməyə başlayır və evə aparıb oxumağı qərara alır. Uçuq-sökük kitabxanada gördüyü mənzərədən dəhşətə gələn gənc müəllimə lazımi tədbirlərin görülməsi üçün birbaşa kəndxuda və təhsil idarəsinin yanına gedir. Kəndxuda Mahmud bu işə nəinki yanaşmır, “Ay qız, sən allah get dərsini keç, belə işlərə baş qoşma! Nə mənim başımı ağrıt, nə də özününkünü” deyib heç onu dinləmir də. Əlac yoldaş Mixayılovun yanına getməyə və dərdini ona açmağa qalır. Aytən həm də onun nitqində təhsilə, maarifə necə önəm verdiyini bir az öncə eşitmişdi, məsələnin həll ediləcəyi ümidi ilə bir qədər uzun olan məsafəni də yeyin addımlarla keçib ünvana çatır.
    İdarəyə daxil olan kimi 50-55 yaşlarında bir kişi Aytənin qarşısında dayanıb, dedi: “Obed vaxtıdır, indi olmaz! Get, sonra gələrsən”. Aytən isə qaşlarını çataraq “Nə obed vaxtı?! Hələ bir saat var” deyib, içəri daxil oldu.
    İşin gərginliyindən başı ayılmayan yoldaş Mixayılov güzgü qabağına keçib təzə hədiyyə olunmuş qalstukunu səliqəyə salırdı. Elə bu vaxt Aytən otağın qapısını döyüb nəzakətlə içəri daxil oldu. Müəlliməni başdan-ayağa süzən yoldaş Mixayılov ona əyləşməyi təklif etdi. Aytən bu baxışlardan narahatlıq duysa da bəlli etmədi və birbaşa mətləbə keçdi. Aytən gördüyü mənzərəni bütün təfərrüatı ilə təsvir edib, “bir halda ki, kəndin sahib olduğu yeganə kitabxana bu vəziyyətdədir, elə isə camaatı təhsilə, maarifə necə çəkmək olar? Bu kitabxananın bərpası digər kəndlərdən də qız və oğlanlarımızın kitabxanaya və onun vasitəsilə də təhsilə cəlb olunmalarına şərait yaradacaq. Beləliklə, savadlı gənclərimizin sayı birə beş artacaq, savadlı cəmiyyət, millət yaratmaq arzusu təmin olacaqdır. Savadlı cəmiyyətin yaranması isə uğurlu gələcəyin bünövrəsinin qoyulması deməkdir”. Müəllimə fikrini yekunlaşdırdıqdan sonra yoldaş Mixayılov ona yeni mədəniyyət evinin tez bir zamanda kənddə açılacağı və kitabxanadakı bütün kitabların oraya daşınacağını dedi. Aytən bu xəbəri eşidən kimi öz minnətdarlığını bildirir və sevincək halda əlindəki kitabı ona göstərir. Kitabın cümhuriyyət dövrünə aid olduğunu yəqin edən yoldaş Mikayılov hiyləgər baxışlarını Aytənə yönəldir və deyir:
    – Bəs bu kitab nədən bəhs edir? Bağışlayın, sizə də zəhmət verirəm, ancaq mən bu barədə o qədər də məlumatlı deyiləm.
    – Elə buna görə də dediyiniz mədəniyyət evinin tezliklə inşa ediməsinə və insanların bu cür yandırılmış, məhv edilmiş kitabxanalarda gizlənən mədəni sərvətimizlə tanış olsun. Saxtalaşdırılmış, dəyişdirilmiş tarix əvəzinə həqiqəti öyrənsin. Tariximizin ən şanlı səhifələrini vərəqləsin. Rəsulzadələrin, Xoyskilərin Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini yaratdığını bilsin və əsarətdən qurtulmağa can atsın. Bu qəbildən olan kitablar çox fayda verəcək
    Aytən bütün bunları böyük coşğu və şövqlə deyir və ehtiyatlanmadan “əsarətdən qurtulmaq” ifadəsini işlədir.
    – Əsarət? Kimdir əsarətdə olan? Sovetlər Birliyi beynəlmiləlçilik bayrağı qaldırıb, xalqların dostluğuna çalışır, sizsə əsarətdən danışırsınız! Bizim ölkədə “dost”, “birlik” anlayışı var, düşmən yox. Hər kəs halından razı, xoşbəxtdir, bircə siz narazısınız deyəsən, düz anlamışam?
    – Xoşbəxt? Bu xalqın nəyi xoşbəxtdir? Onun hər şeyi – maddi-mənəvi hər nə varsa hər şeyi əlindən alınıb, bir millət olaraq öz kimliyindən, tarixindən uzaq düşüb.
    – Belə çıxır ki, siz bura təhsil vermək adı altında inqilab təşkil etməyə gəlmisiniz. Yoxsa nəyinizə lazımdır azadlıq, müstəqillik.
    – Bu tək mənə deyil, bütün xalqa lazımdır. O da Babəyi kimi bir gün azad olmağın sevincini dadsın deyə, müstəqilliyin dəyərini bilsin deyə lazımdır. Əlbəttə, sizin kimi məmurlar bu vəzifələrdə var olduqca biz inkişaf yox tənəzzülə, müstəqilliyə yox əsarətə düçar olacağıq. Xoşbəxt o xalqdır ki, onun məmuru da, ziyalısı da, müəllimi də öz mövqeyi və vəzifəsindən sui-istimal etmədən xalqın inkişafı, tərəqqisi üçün çalışır. Yoldaş Mixayılov sizin kimilər isə nəinki xalqı inkişafa qaldırmağa çalışar, hətta baltanın birini də elə o özü vurar.
    – Müəllimə nə dediyinizin fərqində deyilsiniz deyəsən?! Biz xalqa xidmət üçün burda- vəzifə başındayıq.
    – Çox təəssüf edirəm! Vaxtınızı aldım! Nə də olsa bu nemət sizə xalqınıza xidmət edəsiniz deyə verilib. Kaş bunun dəyərini anlaya biləydiniz.
    Yoldaş Mixayılov söhbət zamanı Aytənin idarədə doğma Azərbaycan dilində danışmasına ikrahla baxırdı və nəhayət ona müraciət etdi:
    – Belə görürəm, siz qara camaatın dilinə vurğunsunuz! Axı siz ziyalısınız. Ziyalının ana dili Sovetlərin bizə bəxş etdiyi ən böyük nemət – rus dili olmalıdır. Hələ bir cəsarət edib Təhsil İdarəsində qara camaatın dilində danışırsınız. Bura sizin üçün kənd məhəlləsi deyil.
    Getməyə hazırlaşan müəllimə ayaq saxladı və:
    – Məgər siz azərbaycanlı deyilsiniz? Siz ana dilində dil açmamısınız? sizə ananız laylanı rus dilində oxuyub? Nə tez unutdunuz öz dilinizi?! Nə vaxtdan Sovetlər əmanəti nemətimiz oldu? Axı bizim bu nemətə ehtiyacımız belə yoxdu.
    Aytənin dediyi sözlərin yoldaş Mixayılova heç təsir belə etmədi və etinasız halda cavab verdi:
    – Eh, camaatdan biri olmaq başqa, vəzifədə olmaq başqa! Sizə də məsləhət görürəm ki, millətçilik, şovinizmdən uzaqlaşıb xalqlar dostluğuna çalışasınız!
    Söylədiklərinin qarşısındakı üçün heç bir məna kəsb etmədiyini və onun yatmış vətənpərvərliyini oyatmaq üçün indiki cəhdlərinin heç bir bəhrə verməyəcəyini anlayan müəllimə sağollaşıb evə tərəf yola düşdü.
    Yoldaş Mixayılov isə fürsəti əldən verməyib öz vəzifə borcunu yerinə yetirmək üçün kəndə yeni təyinat almış gənc müəllimə barədə nazirliyə yazılı məktub göndərdi. Məktubda müəllimənin siyasi məqsədlə gəldiyini qeyd edir, niyyətinin inqilab təşkil etmək olduğunu və dərhal onun barəsində əməli addımların atılmağının gərəkliliyini vurğulayır. Məktubu gizli təxribat işinin üstünü açdığına görə daha yüksək vəzifəyə yüksələcəyinə əmin halda bağlayıb, poçtla göndərdi. Məktub indi onu yeni “uğurlara”, yeni vəzifələrə daşıyacaq ümid çırağı idi.
    Aytən bu “maarifpərvər” insanın simasını və sözlərini xatırlayaraq bütün gecəni yata bilmədi. Nə edə bilərdi axı? Kiməsə nə deyə bilərdi ki? Sabahkı dərsini cümhuriyyət öndərlərinə həsr etməyi qərara aldı. Heç olmasa, şagirdləri bu tarixi həqiqət barədə az da olsa məlumat alsınlar. Dərsi üçün bəzi qeydlər götürüb yuxuya getdi. Səhər ayıldıqda sanki dünənkiləri unutmuş və özünü daha gümrah hiss edirdi. hazırlığını görüb məktəbə inamlı və əmin addımlarla yola düşdü. Ona bu əminliyi verən də AXC sevgisi, müstəqillik duyğusu idi. Öz şagirdlərini cümhuriyyət öncülləri tanış etmək, tarix səhifəsindən çıxarılan şanslı səhifələrə nəzər salmaq bu gün amalına çevrilmiş və ona hədsiz güc bəxş etmişdi.
    Sabahın soyuq küləyi bütün bədəninə işləyirdi. Əlləri tamam donmuşdu. Məktəbə gedərkən kənd camaatı hərəsi bir yandan, hərəsi bir dillə gənc müəlliməni dindirir, rəğbət bildirirdilər. Havanın get-gedə istiləşməsi yerinə daha da soyuqlaşması kənd əhlinin əhvalını yaman təlx edirdi.
    Sinifdə şagirdləri ilə salamlaşan müəlllim bugünkü dərsinə başlayır. Dünya xəritəsini açıb orada Azərbaycanı və Şərqi göstərən müəllim kiçik xalqın böyük tarixi xidmətlərini sadalayır. Şərqin ilk demokratik respublikasının, bayrağımız, himnimiz, ordumuzun, ilk ali təhsil müəssiəsinin – Bakı Dövlət Universitetinin yaranışı məhz Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Cəmi 23 ay yaşamış Cümhuriyyətin əsası böyük çətinlik hesabına 28 may 1918-ci ildə Tiflisdə qoyulmuş, paytaxt Gəncə, daha sonra Bakıya köçürülmüşdür. AXC-nin digər tarixi xidməti ilk dəfə qadınlara seçki hüququnun verilməsi idi. Sovet ideoloji maşınının Azərbaycanda möhkəmlənməsi AXC-nin süqutuna və milli-mənəvi dəyərlərimizə əl qoyulmasına səbəb olur. Bu tarixi faktları sadaladıqdan sonra cümhuriyyət öncüllərinin fəaliyyəti barədə şagirdlərində təsəvvür yaradır. Bəli, artıq müəllimə üzərindən ağır mənəvi yükün qalxdığını hiss edir.
    Evinə təzəcə çatmış müəllimə dincini almamış qapı döyülür. Budur, xüsusi geyimli üç nəfər komandir qapı arxasında dayanıb. Müəllimə qapını açdıqda ondan zəhmli səslə zabitlərdən biri soruşdu:
    – Aytən Mirzəzadə sizsinizmi?
    Aytən heç nədən xəbərsiz və çaşqın halda cavab verdi:
    – Bəli, mənəm.
    – Bizimlə gəlməlisiniz!
    – Axı niyə? Nə baş verib?
    – Sual verməyin, orda hər şey sizə aydınlaşacaq!
    Aytənin bədəni əsməyə başlayır, axı o nə edib?, hansı günahı işləyib ki, onu günahkar qismində aparmağa bir dəstə əlisilahlı gəlib. Getməyə də bilməzdi, çarəsi tükənir və dərin nəfəs alaraq paltosunu geyib maşına tərəf gedir. Maşın hərəkətə gəldiyi zaman içindən bir səs bir də bu evə, bu kəndə qayıtmayacağını deyir. Şagirdlərini bir də görə bilməyəcək, onlara dərs keçə bilməyəcək və yenə hər şey yarıda qalacaqdı. Bu fikirlərin onda necə yarandığına özü də şübhə edir, bir anlıq başını dik tutaraq nikbin olmağa çalışır. Onun ki heç bir təqsiri yox idi.
    Təzəcə təyinat aldığı və arzusunu reallaşdırdığı məktəbin önündən keçəndə Aytən maşını durdurmağı xahiş edir və son görüşün gətirdiyi həyəcan və kədərlə məktəbə, dərs dediyi sinif otağına baxmaq üçün tələsik maşından düşür. Qəhər boğur onu, ağlamaq istəyir, amma…. bacarmır. Indi daha aydın hiss edirdi ki, bu, sondur! Bir də bu məktəbə, bu dərs otağına gəlməyəcək. Kaş, kaş indi şagirdlərini də son dəfə görə biləydi, onları qoynuna basıb qucaqlaya, vidalaşa biləydi….
    Məktəbin qarşısında dayanmış direktor Qulamhüseyn onu bu vəziyyətdə görüb yanına yaxınlaşır və təəssüfü üzündən bəlli olurdu. Əlini qızın çiyninə qoyaraq deyir:
    – Axı sənin nəyinə lazım idi cümhuriyyət dövrü, ana dili…. Niyə belə elədin? Gəncliyinə salıb emosionallığa qapıldın, axırı da bu…
    Aytən göz yaşlarını saxlaya bilmir. Hönkür-hönkür ağlayır və nəhayət özünü toparlayaraq deyir:
    – Deməli, o… o mənim millətimdən, mənim qanımdan olan o nainsaf … Mən, mən inqilab edək, dövlət yaradaq demirdim ki. Mən öz tariximizi, dilimizi, kökümüzü, özümüzü bilək deyirdim. Yalanlara aldanmayaq, həqiqəti bilək və həqiqət uğrunda mübarizə aparaq deyirdim. Deyirdim bu milləti əsarətdən çıxaraq. Bu da ancaq maariflə olacaq. Savadlı, vətənpərvər ziyalılarımız xalq üçün yeni, möhkəm bazası olan gələcək inşa edəcək.
    – Eh, sən xəyallarda yaşayırsan, ay qız! Bu millət belə gəlib, belə də gedəcək.
    – Yox, yox mənim kimi neçə gənclər bu cür mənən sarsılacaq, amma ayağa qalxmağı, mübarizə bayrağı qaldırmağı bacaracaq və mənəvi əsarətə son qoyulacaq!
    – Sənin sürgünə ya da həbsə göndərilməyinə mane olmağa çalışacağam. Amma birdən mən barədə sorğu-sualda nəsə soruşsalar heç nə danışma. Yaxşı?
    – Aha.
    – Allah özü yardımçın olsun və özü sənə rəhm eləsin!
    – Hələlik!
    Aytən maşına əyləşir və pəncərənin önündə soyuq küləyin bütün hərarətini hiss edir. Soyuq, bumbuz külək onu yandırır, için-için yandırır. Gözlərində iki damla yaş gilələnib, yanağına süzülür və aram-aram yuxuya qərq olur.
    Zabitlərdən ucaboylu olanı Aytəni oyatdı. Maşın dayanmış, ətraf sükuta qərq olunmuş, arabir gözətçi əsgərlərin səsi gəlirdi. Aytən əliqandallı halda, yanında iki əlisilahlı zabit bölməyə daxil oldu. Hər kəs ona günahkar, xalis cinayətkar kimi baxır, ikrah dolu nəzərlərini qıza yönəltmişdilər. Bu vəziyyət gənc müəlliməyə o qədər ağır gəlirdi ki… başını aşağı salıb yeyin addımlarla gedirdi. Onu qaranlıq bir otağa gətirdilər və enlikürək bir gənc zabit içəri daxil oldu. Güzəştə getməyən, zəhm dolu baxışlarını qıza yönəltdi və sorğu-suala başladı. Saatlarla sürən sorğu-sualda neçə hədə-qorxu, neçə təhqir, neçə böhtan deyilmiş, necə dözülməz fiziki və mənəvi zülmə, əzaba düçar olmuşdu… Illər sonra bu acı xatirənin yada salınması ilə ürəyinə bir dözülməz sancı gəlir. Xatirələr isə aman vermir və o günü yada salmamağa çalışır və dəftəri bağlayıb sandığa qoyur. Bu zaman nəvəsi Aynişan otağa daxil olur, nənəsinin nəyisə gizlətdiyini zənn edib soruşur:
    – Ay nənə, qızılmı gizlədirsən sandıqda?
    Aynişanın bu sualı nənəyə sanki güc, cəsarət verir. Yaşlı nənə birdən qərara gəlir ki, hər şeyi- o günləri, o xatirələri, o yaşanmışları nəvəsinə danışsın. Qoy o da bilsin, Azərbaycanın acı dünəni barədə və bugünkü müstəqilliyin necə zəhmət hesabına əldə olunduğunu. Dəftəri ona göstərir və nəfəsini dərərək o ötənləri danışır. Haqsız yerə sürgünə məruz qalması, öz arzularının bir anda puç olması barədə kədər və təəssüflə danışsa da öz inam gücünü AXC-dən aldığını etiraf edərək deyir: Ancaq mən heç zaman geri çəkilmədim, qızım! Bir gün müstəqil olacağımıza inanırdım. Bu gücü, bu inamı da verən Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyim dərsimdə şagirdlərimin o vətənpərvər ziyalılara rəğbətini görmək, azadlığa can atma meylini yəqin etmək idi. Mən inanırdım, inanırdım ki, onlar bizə AXC kimi demokratik respublikanı yaratmaq üçün çalışacaqlar. Və biz bunu bacardıq!

  • Ceyhunə MEHMAN.”Sənə kim deyib ki”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Sənə kim deyib ki,
    mən səndən sonra,
    Ümidi özgədən
    asılı qaldım?
    Niyə deməyiblər,
    sən gedən gündən
    mən öz bəxtimə də
    küsülü qaldım.
    Sənə kim deyib ki,
    fərəhlənirəm
    bəxtimə taledən
    alqışlar düşür?
    niyə deməyiblər
    saçlarıma dən ,
    hələ alnimada
    qırışlar düşür?
    Sənə kim deyib ki,
    bəxtəvərəm mən,
    guya gülüşümü qısqanıbdilar.
    Nə bilim, bəlkə də,
    həmin adamlar
    gözümün selində islanibdilar…
    Niyə deməyiblər
    hətta özüm də
    eşqimin gücünə
    heyrət edirəm.
    Niyə deməyiblər,
    gecə sübhəcən
    sənin xəyalınla
    söhbət edirəm?
    Niyə deməyiblər,
    üsyan edəndə
    bir kimsə
    yetishib,
    dadıma gəlmir..
    Niyə deməyiblər ,
    çoxdan ölmüşəm,
    Sənsiz yaşamağım
    yadıma gəlmir…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    AY GÖZƏL

    Səndən başqa çiçəyim yox, gülüm yox,
    Günüm yoxdu, ayım yoxdu, ilim yox,
    Bir bülbüləm, vallah sənsiz dilim yox,
    Canım, gözüm, ürəyimsən, ay gözəl,

    Sən varsansa dünya, aləm mənimdi,
    Sən varsansa kağız, qələm mənimdi,
    Eşqimizə söz qoşuram mən indi,
    Canım, gözüm, ürəyimsən, ay gözəl.

    O baxışın ürəyimi oxşayır,
    O camalın aya, günə oxşayır,
    Ruhum sənin ürəyində yaşayır,
    Canım, gözüm, ürəyimsən, ay gözəl.

    Zülmət olar sənsiz ömür, gün mənə,
    Sən olmasan bürünərəm mən çənə,
    Neçə nəğmə, söz qoşuram mən sənə,
    Canım, gözüm, ürəyimsən, ay gözəl.

    Şükür sənə, yeri, göyü yaradan,
    Yaratmısan belə gözəl, şirin can,
    Əziz deyir, inan sənə hər zaman,
    Canım, gözüm, ürəyimsən, ay gözəl.

    HƏKİM

    Müqəddəs sayılır işin, sənətin,
    Yaılıb hər yana şanın- şöhrətin,
    Hamıya məlumdu halal zəhmətin,
    Şəfalı əllərin var olsun həkim,

    Sevgiylə döyünür sinəndə ürək,
    Sənə qanad verir hər arzu, istək,
    Yoxdu yaxşı insan vallah sənin tək,
    Şəfalı əllərin var olsun həkim.

    Hamıya xoş sözlə ümid verirsən,
    Ən çətin işləri özün görürsən,
    Qəlbinin odunu çıraq edirsən,
    Şəfalı əllərin var olsun həkim

    Həyat bəxş edirsən neçə insana,
    Can calaq edirsən sən xəstə cana,
    İşıq paylayırsan sən yana-yana,
    Şəfalı əllərin var olsun həkim.

    İnamla üz tutur neçəsi sənə,
    Ümidi üzülən qaçır üstünə,
    Bir pirdi, ocaqdı o odlu sinə,
    Şəfalı əllərin var olsun həkim,

    Qocaya, cavana sən əl tutursan,
    Ən çətin məqamda dada çatırsən,
    Hamıdan tez yatıb, sən gec yatırsan
    Şəfalı əllərin var olsun həkim.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

  • Şəfa VƏLİYEVA.”Payıza Xoş Gəldin Deyək… Ürəyimizdən Keçərsə… ” (Esse)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Dünya yaranandan insanlar həmişə dörd ünsürü əsas tutub: od, su, hava, torpaq. Sonra illəri dörd fəslə bölüblər: yaz, yay, payız, qış. Evlərimizin də dörd küncü var, ayrıclar da dörd yol arasındadır. Söhbətimiz dörd rəqəmindən başlasa da, əslində, payızdan danışacağıq- üçüncü fəsildən…

    Qarşıdan payız gəlir. Xəzanlar fəsli. Şairlər ayrılıq gününü payıza bənzədir, sevgililərinin xəyanətini payızın günahına yazırlar. Sarı yarpaqların havada uçub-uçub yerə düşməsiylə müqayisə edirlər ümidlərin ölməyini. Sonra hələ bir payıza qəmli, kədərli nəğmələr də qoşurlar. Sanki payız günahkardı sevgili yarın vəfasızlığına, elə ruhu sevgidən, gözü dünyadan doymayanlar da payızdan ibrət alıb.

    Bəxtiyar Vahabzadə “Yağmurdan sonra”nı qələmə alanda payızın təsvrini şeir dili ilə gözəl verib. Amma, “payızda da eşq başlayarmı?”-sualına cavab olaraq “bəli” də deyib.

    Bir payız axşamı yağırdı gur yağış,
    Saplandı könlümə alovlu bir baxış.

    Bəli, baharda da sevgi yaşanır, payızda da. Əsl sevgilər baharın yaşıllığından da, payızın sarı boyasından da ahənglənir, əlvanlıq ala bilir. Payız-təbiətin ağ, məsum donunu sarı ləçəkli çətirləriylə gətirən gözəl… Soyuqqanlı, laqeyd, bir az da dalğın gözəl… Ana təbiətin bu soyuq qızının da gözləri aladır məncə, elə qarışıq rəngləri kimi. Sarı yarpaqlar, boz küləklər, alatoran sabahlar, nəmli axşamlar… Və payız-dünyanın fani, gələnin bir gün gedəcək ehtimalını insanlara xatırladan “dahi”. Baharda açmağa nə var ki, bir gül kimi?! Ya da elə yayda günəşlə sevgidən danışmağa?! Əsas payızla həmahəng gün keçirməkdir, məncə… Bir az da içində ölən ümidlərdən sarıdonlu soyuq gözəlin payına qatmaqdır, çürüyüb torpağa qarışan yarpaqlar kimi.

    Nə isə… Payız gəlir. Eşidilən addım səsləri uzaqda deyil, baxmayaraq ki, uzaq və yaxın həyatın bahar-payız təzadından heç də fərqli deyil. Bəlkə eşələsək elə eyni kateqoriyadan, eyni sinifdəndilər-elmi dildə desək…

    Yaxınlaşır soyuq deyə-deyə kədərindən də, sevincindən də cuşə gəldiyimiz payız. Toylar fəsli… Babalarımız demişkən (onları yad eləməyi borc bilək, düşünüb deyiblər)…

    Gəlin bu payıza ürəkdən “xoş gəldin” deyək… Ürəyimiz istəyirsə…

    (Gəncə)

    19.08.2009

  • Şəfa VƏLİYEVA.”Kül mənim yazıçı başıma ki…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    öylənti (qaravəlli )

    Mən idim, bir də kompyuterim. Oturmuşduq üz-üzə… O, mənə baxırdı, mən də ona. Bilirdim ki, darıxıb mənimçün. Elə mən də istəyirdim, oturub bir şedevr əsər yazam. Çoxdandı yazmırdım. Yazmırdım da, deyəndə ki, bir az yekəxanalıq çıxır, yazırdım əslində, ağlıma nə gəldi-gəlmədidöşəyirdim ey… Kompyuterin ekranında barmaq boyda təmiz yer qalmamışdı yazılı faylların əlindən. Amma, di gəl ki, nə sirrdisə,bütün fayllarda cızma-qaralarım bir abzas boyundaydı. Ha qulağından tutub uzatmaq istəyirdim, uzamırdı boyları… “Qulağı uzatmaq” ifadəsi sizə elə-belə gəlməsin ha, bizim kənddə adət idi ataların oğullara deməsi:
    -Qulağını çəkib uzadaram eşşək qulağı kimi!

    Hə, bizim kənddə atalar oğullarını belə sevələyirdi…

    Sözüm-söhbətim bitdi… İndi nə yazım bax, bu əhvalatın arxasınca, mat qalmışam…

    -Dünya eşqi başa vurdu, hal qalmadı bədəndə,

    Dünya eşqi daşa vurdu, daş olmadı Asibəndə…

    Səs pəncərənin altından gəlirdi. Özümü təpdim pəncərəyə. Aralıqda gəzib ondan-bundan papiros dənəsi, yarım litrlik araq istəyən şair Asibəndə yenə bizim binanın həyətinə gəlmişdi. Harda yaşadığı, yeri-yurdu məlum deyildi.Əsl adıTanrıqulu idi.Özü demişdi, vallah. Kərim ağanın kəraməti haqqı, hə, düz deyirəm. Bu şairin adı Tanrıqulu, təxəllüsü Asibəndə idi. Bir də görürdün kimsə yazığı gəlib, ona yarım litrlik bir araq alıb verib. O da şüşəni qoltuğuna vurub dayanıb tində. Bar-bar bağırır:

    -Kimin könlü çəkir, bəri başdan gəlsin incilərimə, dürr-sədəflərimə qulaq assın. Bir azdan gedəcəyəm Tanrıyla haqq-hesab eləməyə!

    “İnci, dürr-sədəf” şeirlərinə deyirdi. “Tanrıyla haqq-hesab eləməyə!”-deyəndə də xüsusi bir ədaylaqoltuğundakı şüşəyə sığal çəkərdi… Basalağın kişisi-oğlanı, bekarı-avarası yığılardı onun başına. Bildiyi bütün dillərin sözlərini bir-birinə qatırdı söylədiklərində…

    -Ey bimar edən canımı, nöşş tökdün didəm yaşını?

    Şərabtəkaxıtdın qanımı, prosta ki, mən ləbinün əyyaşı…

    Yaman uzun olur Asibəndənin söyləntiləri. Mən yadımda qalanı yazıram. Axı, mən heç vaxt onun solo çıxışlarında tamaşaçı olmamışam. Elə arada-bərədə pəncərədən bir az boylanıb qaçmışam içəri ki, oturum kompyuterimin qabağında… Yazıçıyam axı.

    Qəfil ağlıma gələnə baxın ey… Kül mənim yazıçı başıma ki, Asibəndənin söyləntilərinə qulaq asanlardan heç biri məni tanımır bu şəhərdə. Tanıyırlar ey,“Minayənin kirəkeşi” kimi, day yazıçı kimi yox …

    Bir dəfə də Asibəndə qəfil pəncərəyə baxanda görmüşdü məni. Başını tezcə aşağı salıb susmuşdu bir az. Mən də pəncərədən çəkilmişdim. Deyəsən, şair tutmuşdu ki, mən onu dinləyirəm. Səsini elə ucaltmışdı ki, yuxarıdakı qonşu söyməyə başlamışdı:

    – Avara köpəkoğlu, avara! Qoymaz başımız-beynimiz dincəlsin! Yenə gəlib sülənir, ondan-bundan dilənir!

    Sonuncu qafiyələnməyə gülmüşdüm. Amma, Asibəndənin o gün mənimçün ucadan nə söylədiyini eşitməmişdim.

    Deyəsən, bu gün şairə heç kim araq almamışdı. Yaman bikef-bikef, asta səslə söylənə-söylənə eləcə həyəti dolaşırdı. Mən də dodaqlarımın ucunda kinayə, baxışlarımda dağdan ağır maraq ona baxırdım. Qəfil başını qaldıranda onunla göz-gözə gəldik. Bir şairin baxışlarında nə ola biləcəyini heç vaxt xəyal etməmişdim… Heç indi də bilmirəm şair baxışı necə olur. Amma Asibəndə ilə baxışlarımız toqquşanda gözlərim heç nə görmürdü. Təkcə qulaqlarımda güyültü vardı…

    – Biz axı günləri böyüdüb ay düzəltdik… Ayların qulağını dartışdıra-dartışdıra il də qondardıq… Amma insanıq nəhayətində… Bezirik hər şeydən… Elə bezdiyimiz üçün də ili başlı-başına buraxdıq. O da ki, sağ olsun, qohumbazlıqda bir dənəymiş ki… Bax, bax, yenə gəlib yığılıblar yaddaşımın xatirə qonaqlığına. Bir vur-çatlasındı ki, orda… Yeyib-içmək, rəqs etmək, gülmək… Hələ “fatihə” oxuyub ağlayanları demirəm. Qəribədi onlar…

    – Kimlər?
    – İllər də, sağ olmuş, illər. Yarım saatdı danışıram, ay Rasif, qulaq ver!

    Rasif qonşununon altı yaşlı oğlu idi. Hazırlıqdan gələndə dayanmışdı şairin yanında. Mən onun hazırlıqdan gəldiyini qoltuğundan az qala sürüşüb yerə düşən “Azərbaycan dili” test kitabçasından anladım.

    Pəncərədən çəkildim, gəlib sinə-sinə kompyuterimin qarşısında oturdum. Hiss edirdim ki, kompyuterim mənə bir az qəribə baxır. Sanki, soruşur:

    – Hə, noldu? Nəsə tapdın yazmağa?

    Başımı buladım… Tanrıqulu Asibəndənin Tanrıyla necə haqq-hesab çəkdiyini düşündüm. Görəsən, doğrudanmı,Tanrısına bəndəlik etmək istəməyən asi bir qulun da Tanrı yanında haqq-hesab çəkməyə haqqı vardı? Sözlər dilimdə dolaşıq düşmüşdü.

    Evdə bir məndim, bir də kompyuterim…Üz-üzə oturmuşduq… Sükut bizə hökm etdiyi an pəncərənin altından fısıltıya oxşar bir nəfəs eşidildi. Ardınca da şüşənin divara dəyən cingiltisi… Elə bil kimsə, qab sındırırdı. Və birdən ani qışqırıqdan səksənib pəncərəyə cumdum. Asibəndə içib boşaltdığı yarımlitrlik araq şüşəsini düz mənim pəncərəmin altında sındırmışdı. İki əlini göyə uzatsa da, başını sinəsinə əymişdi. Elə bilöz sinəsiylə, sinəsinin altındakı ürəklə danışırdı:

    – Tanrı, insafın olsun,

    Adam unudularmı?!

    ***

    Evdə bir məndim, bir də kompyuterim… Bir-birimizdən küsmüşdük… Çünki, onu insan yaratmışdı, mənim isə yaradanımdan hesab soracaqhaqqım günahlarımın altında qalmışdı…

    Şəfa Vəli.Gəncə-2018

    (AYB, DGTYB üzvü, AGİN-in “İlin gənci” mükafatı laureatı)

  • Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

    ARB Cənub televiziyasının Xəbər və Analitik İnformasiya Departamentinin əməkdaşı, jurnalist, şair Əyyub Məmmədovun “Məzarlar da danışır” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen” dərgisinin 102-ci sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə…” devizi ilə üç aydan bir nəşr olunur.
    Jurnalist, şair Əyyub Məmmədovun adıçəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

    Məzarlar da danışır

    Məzarlar da zamanla,
    Dostlaşıb, tanış olur.
    Bəzi daşlar orda da,
    Fəhləyə məmur olur.

    Məzar var ki, başında
    Bir abidə ucalır.
    Məzar var ki, başında,
    Adi bir daş dayanır.

    Məzar var, il boyu
    Həmişə yada düşür.
    Məzar var, tarix boyu,
    Heç ora yolun düşmür.

    Məzar var, yanı hasar
    Bir qoruğa bənzəyir
    Məzar var, kol-kos basır,
    Kim olduğu bilinmir.

    Adama elə gəlir,
    O daşlar da danışır
    Ona yaxın məzarla,
    Öz dərdini paylaşır.

  • Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

    Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 dekabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.

    Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 dekabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

    https://c.radikal.ru/c05/1912/3e/f8e127ac30df.png

    https://a.radikal.ru/a37/1912/6f/4119040c2942.jpg

    https://b.radikal.ru/b30/1912/3e/701e4f3a3ef6.jpg

    https://c.radikal.ru/c29/1912/78/255f2a0b824c.jpg

    https://c.radikal.ru/c07/1912/6c/f82beaf34563.jpg

    https://d.radikal.ru/d28/1912/cd/b38e8503e5e2.jpg

    https://a.radikal.ru/a06/1912/f7/d7f965b83f9c.jpg

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

    Müşavirədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib.

    O, Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək attestasiya, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, mədəniyyət işçilərinin işə davamiyyəti, mədəniyyət müəssisələrində aşkarlanan problemlər, nizam-intizam qaydaları və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

    İdarə rəisi həmçinin, muğam mərkəzində keçiriləcək tədbirlər haqqında da danışıb. Qeyd edib ki, yüksək zövqlə hazırlanan mərkəzdə biz bir-birindən maraqlı konsert proqramları, muğam gecələri təşkil etməli, şəhər əhalisinin və qonaqların mədəni istirahətinin təmin olunması üçün əlimizdən gələni əsirgəməməliyik.
    Sonda mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

    Mənbə: http://gundelik.info/

  • Rahilə xanım DÖVRAN.”Oxşa məni”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Könül dəftərim” – silsiləsindən/

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

  • Rahilə xanım DÖVRAN.”Əsgərəm, Ana!”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Vətənimdir” – silsiləsindən/

    Hisslər atəşlədi qəlbdəki odu,
    Yoxdur sevincimin həddi, hüdudu.
    Tanrıdan istəyim, bax gerçək oldu,
    Əsgərəm, Ana!

    Haqqında minlərcə xəyal qurduğum,
    Səngərdə, sərhəddə hazır durduğum.
    Vətənə ya qazi, şəhid olduğum,
    Əsgərəm, Ana!

    Oğul, ər böyütdün, öndə dayana,
    Qurbandır gənc canım vətənə, sana.
    Düşmən cavab versin tökdüyü qana,
    Əsgərəm, Ana!

    Hünərdir, zəfərdir axşam, sabahım,
    Dilimdə təkbirim, qəlbdə Allahım.
    Əynimdə polad don, əldə silahım,
    Əsgərəm, Ana!

    Görəvim düşməni yurdumdan qovmaq,
    Az qalıb, səbr etsin doğma Qarabağ.
    Sipərim Haçadağ, Soyuq, Murovdağ,
    Əsgərəm, Ana!

    Hər qaya yanımda bir çavuş, gizir,
    Zəhmimiz, gücümüz, düşməni əzir.
    Sayıq dayanmışam, əmrə müntəzir,
    Əsgərəm, Ana!

    Qıracam buxovun əsir dağların,
    Öpəcəm Laçını, Ağdam torpağın.
    Sancacam Şuşaya dövlət bayrağın,
    Əsgərəm, Ana!

    Əsgərəm. Əsgərəm.Əsgərəm Ana,
    Darıxma heç zaman oğlundan yana!.

  • Rahilə xanım DÖVRAN.”Qüssə, kədərdən”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Ömürdən- gündən” – silsiləsindən/

    Hisslərim qərq olub sisə,dumana,
    Taleh dönüb baxmır, sevinc umana.
    Qəm məni döndərib əyri kamana,
    Görən gözlədiyim nədir qədərdən?
    Göz aça bilmədim qüssə, kədərdən.

    Hər dərdim qəlb sökən ovxarlı qəmə,
    Anlada bilmədim dərdi həmdəmə.
    Dizlərim qatlanıb dəydi çənəmə,
    Qaldım səhralarda tənha, sərgərdən,
    Göz aça bilmədim qüssə, kədərdən.

    Yaxınlar oldular uzaqdan baxan,
    Olmadı həmdərdim, bir qəhmar çıxan.
    Oldu qoşa çeşməm , gözlərdən axan,
    İçdim qətrə-qətrə qübar, qəhərdən,
    Göz aça bilmədim qüssə, kədərdən.

    Bitib tükənmədi fələyin xıncı,
    Namərdcə arxadan çəkdi qılıncı.
    Eylədi atdöşü, əldə qırmancı,
    Vermədi heç zaman fürsəti əldən,
    Göz aça bilmədim qüssə, kədərdən.

    Bəxt yırta bilmədi qara pərdəni,
    Ələndi saçlara illərin dəni.
    Tərk etdi əlli qış, əlli yaz məni,
    Bir ömür puç olub getdi hədərdən,
    Göz aça bilmədim qüssə kədərdən.

    Talesiz bir ömür yaşandı,-bəlli,
    Duyğular ruhumda etdi təcəlli.
    Dövranın yazdığı,qəlbə təsəlli,
    Heç qaçmaq olarmı, “atılan zərdən”?
    Göz aça bilmədim qüssə, kədərdən

  • Rahilə xanım DÖVRAN.”Əshabi-Kəhf ziyarətgahı”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Vətənimdir” – silsiləsindən/

    Bilinmir tarixi, bilinmir yaşı,
    Heyrət, möcüzədir hər qaya, daşı.
    Yurdun əfsanəsi, yurdun sirdaşı,
    Olub zəvvarların daş qibləgahı-
    Əshabi-Kəhf ziyarətgahı.

    Qüdrətdən heyrətli,əsatir dağı,
    Əbədi qurtuluş, nicat ocağı.
    Sirlər aləmidir qoynu, qucağı,
    Haqqa sığınanın ümüd, pənahı-
    Əsahabi-Kəhf ziyarətgahı.

    Şanından söz açır Qurani- Kərim,
    Misilsiz hikmətlər, mənası dərin.
    Yeddi Kimsənənin ayaq izlərin,
    Tapa bilməyibdir dövrünün şahı-
    Əshabi-Kəhf ziyarətgahı.

    Arzular, diləklər,dualar, niyyət,
    Könüllər qazanır saflıq, ülviyyət.
    Burda hüzur tapır ruhi-zehniyyət,
    Qayalar qoynunda bir cənnət bağı-
    Əshabi-Kəhf ziyarətgahı.

    Hər gün minlərlədir onun qonağı,
    Daşdandır məscidi, daşdır otağı.
    Nurlu buludlardır qübbəsi, tağı,
    Tanrı qapısıdır, Haqqın dərgahı-
    Əshabi-Kəhf ziyarətgahı.

    Sıxıntı edərkən qəlbi qəmxana,
    Ülvi niyyətlərlə üz tutdum Ona.
    Yalvardım Ya Rəbbim , yol göstər mana,
    Qalmasın Dövranda dövrün günahı-
    Əshabi-Kəhf ziyarətgahı.

  • Rahilə xanım DÖVRAN.”Sənsiz olmayım”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Könül dəftərim” – silsiləsindən/

    Zaman dursun, dayansın,
    Vaxtsız yaşa dolmayım.
    Dünyam od tutsun yansın,
    Amma sənsiz olmayım.

    Kərəmin Haqq sazıyam,
    Hər cəfana razıyam.
    Fərz et şəhid, qaziyəm,
    Amma sənsiz olmayım.

    Cünun təkin saç yolum,
    Zəncirlənsin əl-qolum.
    Eşqinlə Məcnun olum,
    Amma sənsiz olmayım.

    Sənsən əhvalım, halım,
    Gəl ol şəkərim, balım.
    Qırx il zindanda qalım,
    Amma sənsiz olmayım.

    Vuruldum göz, qaşına,
    Sevən baxmaz yaşına.
    Durum dönüm başına,
    Amma sənsiz olmayım.

  • Şairə-publisist Nəcibə İLKİN.”Qayıtma ömrümə, qayıtma ki, sən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Qayıtma ömrümə, qayıtma ki, sən
    Qayıtsan yolumda daşa dönərsən.
    Getdiyin yolunla get ki, təzədən,
    Qayıtsan gözümdə yaşa dönərsən.

    Bahar tək yoluma ələnsən də sən,
    Mən qışam, qış kimi soyuqlaşmışam.
    Sevgimə əl açıb dilənsən də sən
    Mən indi deyiləm, bayaqlaşmışam.

    Gözünə bir anlıq görünsəm əgər
    Sanma ki, mən səni anıb gəlmişəm.
    Eşqin alovundan uçan xəyal tək,
    Ömrün sazağında donub gəlmişəm.

    Günahsız qəlbimə yığmısan çin-çin,
    Tufanlı bir payız, şaxtalı bir qış.
    Görünsəm gözünə nə danış, nə din,
    Bir qara buludam tökrərəm yağış.

    Uzaqdan hay salır ümid,təsəlli,
    Həsrət qamarlayıb tutub əlimdən,
    Qismətin, taleyin hər üzü bəlli
    Ayrılıq kəlməsin alıb dilimdən.

    Qayıtma sən allah, qayıt desəm də,
    Daha ləçək olub tökülmüşəm mən,
    Bu sevda yükünü tək çəkim deyə,
    Hicran yuvasına çəkilmişəm mən.
    1981 noyabr.

  • Şairə-publisist Nəcibə İLKİN.” Yaxşi ki….”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Yaxşı ki, özümdə deyil ürəyim,
    Həsrətin əlində ləçək olardım.
    Kimisə gətirib xəzan ömrümə,
    Baharı qış gəlmiş çiçək olardım.

    Yaxşı ki, özümdə deyil, ürəyim,
    Paslı ümidlərin baxışı idim.
    Bəlkə də taleyin acı gülüşü,
    Bəxtimin qaraca naxışı idim.

    Yaxşı ki, özümdə deyil, ürəyim,
    Hər gün asılardım dar ağacından.
    Gözüyaşlı qalan arzularım da,
    Ölərdi içimdə vallah acından.

    Yaxşı ki, özümdə deyil ürəyim,
    Nə göyə, nə yerə əlim çatardı.
    Gülüb dərdlərimin çiçək üzünə,
    Bəlkə də səbrimə səbir qatardım.

  • Əziz MUSA.”Bu millət”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu milləti elə belə tanıma,
    Səbirlidi, bir gün səbri daşacaq.
    Bir şir kimi oyanacaq, qalxacaq,
    Neçə-neçə bənd, bərəni aşacaq.

    Qəzəbinə etmə heç vaxt şübhə, şəkk.
    Bir çay kimi kükrəyəcək bir zaman.
    Düşmənini yandıracaq ,yaxacaq,
    Verməyəcək haqsızlara bir aman.

    Bircə anda haqsızıı kül edəcək,
    Öz sözünü deyəcəkdir nəhayət.
    Arzusuna, istəyinə yetəcək,
    Püskürəcək vulkan kimi bu millət.

    Sınaqlara çox çəkməyin bu xalqı,
    Azadlığa can atıbdı əzəldən.
    Ümidini , istəyini qırmayın,
    Bir xəyanət gözləməyin bu eldən.

    Od-alovdan adlamışıq, keçmişik,
    Özümüzə güvənmişik həmişə.
    Bu millətə elə belə baxmayın,
    Çətin anda atılacaq döyüşə.

  • Əziz MUSA.”Yazmışam”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Canımdan keçərəm mən sənin üçün,
    Sən yaxşı bilirsən, sevginin gücün,
    Qorxuram yaddaşım pozula bir gün,
    Adını qəlbimə yazmışam, gülüm.

    Səninlə çəkilir həmişə adım,
    Yolumu, izimi heç vaxt azmadım,
    Adını kağıza, daşa yazmadım,
    Adını qəlbimə yazmışam, gülüm.

    Ömrümü, günümü etmədim hədər,
    Yolunu gözlədim hər axşam-səhər
    Səni unutmaram ölənə qədər,
    Adını qəlbimə yazmışam, gülüm.

    Höpmusan şeirimin hər bir sətrinə,
    Hər vaxt bürünmüşəm sənin ətrinə,
    Qəlbimi bəzədim sənin xətrinə,
    Adını qəlbimə yazmışam, gülüm.

    Əziz, qurban olsun sən tək mələyə,
    Səni qısqanıram mən yerə, göyə,
    Mən öləndə ruhum, şad olsun deyə,
    Adını qəlbimə yazmışam, gülüm.

  • Hikmət MƏLİKZADƏ.”Əl yelləmə arzuların xam çağı”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Əl yelləmə arzuların xam çağı,
    Qəmi ölüm çiçəyitək qoxlama.
    Səndən yaxın, səndən uzaq kimi var?
    Məni, hicran üşüdəndə, yoxlama.

    Sən bilməzsən əzab nədir, zülüm nə,
    Yağış evin daşın döyür, ya damın…
    Kölgəm baxır, küçəmizdən qəfil keç,
    Şeytanı var, Allahı var adamın.

    Külək çölün qız vaxtında ulamaz,
    Duman susar axşam üstü təpədə.
    Ürəyini əzrayıla verən qız
    Çarə tapar sahil öpən ləpədə.

    Divanəsən, gözlərindən od yağır?
    Nədən səndə iman azdı, səbir yox?
    Bəlkə quru təsəllidi bu həyat?
    Adamların sayı qədər qəbir yox.

    Edam günü qabaqdadı bu canın,
    Yad adamı yad baxışla oxlama.
    Səndən yaxın, səndən uzaq kimi var?
    Məni, hicran üşüdəndə, yoxlama.

  • Hikmət MƏLİKZADƏ.”Şeytan hər adamdan təmənna güdməz”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Şeytan hər adamdan təmənna güdməz,
    Kimlər ki, qəm içir, zəli sayılmır.
    Sənə kim deyib ki, dəlisən, boş ver,
    Sevda dəliləri dəli sayılmır.

    Yaman tərs baxırsan cırıq şəklimə,
    Kim bilir, o şəkil yadındı bəlkə?
    Gözünün önündə dilənən qadın
    Küçəyə atdığın qadındı bəlkə?

    Hər künc bir günahın bitdiyi yerdi,
    Ölmək əzrayıla yan almaq deyil.
    Pərvanə şam üstə can vermir, çünki
    Şamın qəsd-qərəzi can almaq deyil.

    Tanrı bir qapıda min ünvan görür,
    Qapının ağzına tük asma, gecdir.
    Adam şəkil olur öləndən sonra,
    Ürəyə bu qədər yük asma, gecdir.

    Təsbeh də, dua da baş aldatmaqdır,
    Pula qul olanın imanı olmur.
    Sən qəmi özünə öyrətmə, quzum,
    Eşq sirli adadı, limanı olmur.

    Sevda qarğışı var hər sevən qəlbdə,
    Gizlin vidasıdı su, ayrılığın.
    Bəlkə biz bir daha görüşməyək heç?
    Bəlkə vaxtı çatıb bu ayrılığın?!

  • Xalq şairi Süleyman RÜSTƏM.Seçilmiş sevgi şeirləri

    EŞQİN ÜRƏYİMİN YARASINDADIR

    Dinlə şairini, təbrizli gözəl,
    Yenə həsrətinlə alışır sinəm.
    Tarixi uzundur bu ayrılığın,
    Əzizdir qəlbimə, doğmadır bu qəm.

    Dünyanı versələr etmərəm qəbul,
    Könlüm vüsalını istəyir ancaq.
    Səni qul doğmayıb təbrizli anan,
    Sənindir qan sızan o ana torpaq.

    Silkin, qoy dağılsın başının üstdən,
    Sənə gün verməyən qara buludlar.
    Torpağın altından boylansın bir-bir,
    Bahar müjdəçisi çiçəklər, otlar.

    Mənə elə gəlir, vüsalın yolu
    Gözümlə gözünün arasındadır.
    Yox, mümkün deyildir, səni unutmaq,
    Eşqin ürəyimin yarasındadır!

    BACIM ÜÇÜN

    Görüb rəngi solmuş gül yarpağını,
    Dünən bir kitabın arasında mən.
    Təbrizli bacımın dərdini duydum,
    Yanan ürəyimin yarasında mən!

    Ürək sözlərini deyərək əzəl,
    O gülü vermişdi mənə o gözəl.
    Durur göz önümdə yenə o gözəl,
    Olsam da dünyanın harasında mən!

    Ona havadaram ömrüm uzunu,
    Yox, darda qoymaram anam qızını!
    Görürəm bəxtinin dan ulduzunu
    Ağlar gözlərinin qarasında mən!

    O TAYLI GÖZƏLƏ

    Mən nələr çəkmədim sənin yolunda,
    Sənə toxunmasın ürək sözlərim.
    Ömür qəfəsindən uçdu quş kimi
    Aylı gecələrim, xoş gündüzlərim.

    Çox gəzdik… Nəhayət, günün birində
    Cənubun, Şimalın dağlıq yerində,
    Birləşdi Savalan ətəklərində,
    Ayaq izlərinlə ayaq izlərim!

    Açıldı lalətək eşqimin baxtı,
    Sinəmdən qan deyil, mahnılar axdı.
    Baxdı bir-birinə, doyunca baxdı
    Qara gözlərinlə ala gözlərim!

    AYRILIQ MAHNISI

    Son görüşdə sahilində Arazın,
    Səssiz baxdıq bir-birinin üzünə.
    Qan çiləndi güllərinə bu yazın,
    Culfanınsa od ələndi düzünə.

    Sən də, mən də elimizin dililə
    Birgə sildik gözümüzün yaşını.
    Matəm çökdü bir qırpımda sahilə,
    Duman aldı boz dağlaının başını.

    Bir oldu ki, sənin, mənim düşmənim
    Səni məndən, məni səndən ayırdı.
    Bölünməzkən, yurdum, yuvam, məskənim,
    Bir ürəkli, bir vətəndən ayırdı.

    Mənə: “Getmə, qal” – dedin sən, qardaşım,
    Duydum təzə hicran yaran qan sızır.
    O gündən ta bu günəcən, qardaşım,
    Kəsilməyib ürəyimin ağrısı!

    MİN KÖNÜL QALACAQ

    Yaxamda xatirə səndən bir incə gül qalacaq,
    Gözümdəsə əbədi canlı bir şəkil qalacaq.

    Buna əminəm, əziz dost, sənin üzün güləcək,
    Cahanda zülm evininsə yerində kül qalacaq.

    Yadellilər köçəcəkdir tamam bu torpaqdan,
    Bu qəhrəman, bu vəfalı, bu şanlı el qalacaq.

    Vətənlə bir nəfəs alsa, yolunda can qoysa
    O şairin sözü şəksiz yüz il, min il qalacaq.

    Sabah gedərsən, əzizim, bunu yəqin bilirəm,
    Mənə vəfalı bu Təbrizdə min könül qalacaq.

    DƏNİZƏM MƏN

    Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,
    Məndən uzaq olsan belə, üstündə gözəm mən.

    Qəsd eyləsə iqbalma bir kəs – məni səslə,
    Od parçasıyam, yandıraram, sanma közəm mən.

    Gördüm səni röyada dünən, söylədim, ey bəxt,
    Alqış sənə, cananla yenə üzbəüzəm mən.

    Sənsizliyi az bilmə, gülüm, rəngimə bir bax,
    Hicrində sənin gör necə solğun bənizəm mən.

    Təbrizli gözəl! Sanma Süleymanı vəfasız,
    Qarşında sənin körpə uşaqtək təmizəm mən!

    HARDADIR?

    Öyrənin, ey durnalar, təbrizli yarım hardadır,
    Ellərin istəklisi, gülüzlü yarım hardadır?

    Xeyli vardır həsrətilə qövr edir qəlbimdə qəm,
    Gözləri yolda, əli nərgizli yarım hardadır?

    Ayrılıqdan od tutub hər gün çəkir könlüm haray,
    Eşqimin ilk, son sözü xoş sözlü yarım hardadır?

    Üz-gözündən min kərə öpsəm də azdır, kim desə –
    Ay təbəssümlü, qərənfil gözlü yarım hardadır?

    Şad xəbərlər gözləyir sizdən Süleyman, durnalar,
    Söyləyin, bir göyləri ulduzlu yarım hardadır?

    TƏBRİZLİ GÖZƏLLƏR

    Dünyaya dəyər nazlı, siyah gözlü gözəllər,
    Baldan da, şəkərdən də şirin sözlü gözəllər.

    İlham ala bilməz o qaranlıq gecələrdən
    Vicdanı təmiz, taleyi gündüzlü gözəllər.

    Mən Təbrizi gəzdikcə dünən söylədim, ey bəxt,
    Azdır belə dünyada gülər üzlü gözəllər.

    Bir gün açar öz eşqini öz yarına məncə,
    İllərlə əgər saxlasa da gizli gözəllər.

    Hər gün məni gözlər, bilirəm, gözləri yolda,
    Gəl-gəl, – deyərək əlləri nərgizli gözəllər.

    Təbrizdən uzaqsan, bilirik, qəm yemə,
    Rüstəm, Xatırlayacaqdır səni Təbrizli gözəllər!

    QƏBRİMƏ YAZSIN NƏQQAŞ

    Ey gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,
    Sənin hicrində ürəkdən süzülür gözlərə yaş.

    Sənə əl qaldıranın mən ovaram gözlərini,
    Qoymaram düz yolum üstündə dayansın qara daş

    Səni qurtarmaq üçün təkcə canımdan keçərəm,
    Mənim hər arzuma dünyada özünsən sirdaş.

    Bu uzun yolda məşəqqətlərim azdır, deyirəm,
    Çox bəlalar çəkəcəkdir sənin uğrunda bu baş.

    Deyirəm, bəlkə, gözüm bir də səni görməyəcək,
    Mən nahaq etmirəm, ey qız, yaşım artdıqca təlaş.

    Sakit olsun deyə torpaqların altında könül,
    Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş.

    SEVGİLİM

    Hara getsən belə vurğun könlümü
    Özünlə bərabər apar, sevgilim!
    İşdir aparmasan, ilham atını
    O sənin dalınca çapar, sevgilim!

    Ayrılıq yüküdür kürəyimdəki,
    Götür başından o qara örpəyi.
    Sən gəl öz əlinlə ürəyimdəki
    Yaranın közünü qopar, sevgilim!

    Sıxdı pəncəsində səfalət səni,
    Lakin yaşadacaq məhəbbət səni,
    Hər yana getsən də, nəhayət səni,
    Süleyman axtarıb tapar, sevgilim!

    Təbriz, 1942

  • Xalq şairi Zəlimxan YAQUB.”Hüseyn ARİF haqqında xatirə şeirləri”

    HÜSEYN ARİF HAQQINDA
    XATİRƏ ŞEİRLƏRİ

    Hüseyn Ariflə, ustadımızla,
    Hər yerdə Kərəmlə Lələ kimiydik.
    Baş-başa verərdik eldə-obada,
    Ruhlara saçılan şölə kimiydik.

    Sərbəst dolanardıq, azad yaşardıq,
    Kövrək duyğularla dolub daşardıq.
    Vurğundan deyəndə vurğunlaşardıq,
    Günəş ətrafında halə kimiydik.

    Kür üstə Yəhya bəy Dilqəm olardıq,
    Qəmli könüllərə həmdəm olardıq.
    Ağrıya, acıya məlhəm olardıq,
    Yaralar üstündə pilə kimiydik.

    Əzizlər yanında əzizdən əziz,
    Dənizlər yanında dalğalı dəniz.
    Meh kimi ətirli, şeh kimi təmiz,
    Çiçəklər üstündə jalə kimiydik.

    Ürək geniş olsa, sığmaz darlığa,
    Saçar işığını bütün varlığa.
    Saxtalar içində saxtakarlığa
    Tərsinə açılan şillə kimiydik.

    Ağrılar çökəndə xalqın canına,
    Kədərdən qolları düşdü yanına.
    Qanımız dönəndə şəhid qanına
    Çöllərdə qızaran lalə kimiydik.

    Oğul dağı gördük, qız dağı gördük,
    Dərd yükü daşıdıq, duz dağı gördük.
    Canda qar qalağı, buz dağı gördük,
    Ürəklər yandıran nalə kimiydik.

    Qəlbimiz odluydu, ruhumuz sərin,
    Sözümüz dadlıydı, eşqimiz dərin.
    Bir azca turşməzə, bir az da şirin,
    Narın pərdəsində gilə kimiydik.

    Uymadıq sərvətə, baxmadıq zərə,
    Gəzdik könüllərdən gül dərə-dərə.
    Baharda qarışdıq çəmənliklərə
    Qışda qar-boranlı çillə kimiydik.

    Uçardı şəhərə, qaçardı kəndə,
    Dünyası sığmazdı bərəyə, bəndə.
    Şirin arzulardan söhbət düşəndə
    Göylərə yüksələn pillə kimiydik.

    Bilən tanıyardı izlərimizdən,
    Arı bal çəkərdi sözlərimizdən.
    Yağışlar yağardı gözlərimizdən,
    Şəhlə dodaqları silə kimiydik.

    Tez-tez xatırlardı igidi, əri,
    Gahdan Zal qızını, gah İsgəndəri.
    Nişana alanda böhtanı, şəri,
    Bir qoşalülədə güllə kimiydik.

    O mənə ataydı, mən ona oğul,
    Mən ona ürəkdim, o mənə ağıl.
    Uzun bir dastandı, şirin bir nağıl,
    Damladan yağışa, selə kimiydik.

    Orta yol yoxuydu istəyimizdə,
    Ürəkdən dodağa, dilə kimiydik.
    Yol gedən mən idim, yol göstərən o,
    Hər yerdə Kərəmlə Lələ kimiydik.

    Qağam bu dünyadan köçüb getsə də,
    Allah yaxşı görür, yaxşı göstərir,
    Obaya kimiydik, elə kimiydik.

    II
    SƏNİ MƏNDƏN SORUŞURLAR, AY QAĞA

    Xatirələr dindirəndi, dinəndi,
    Hər nə varsa, xatirəyə dönəndi.
    Şair ömrü ölümləri yenəndi,
    Gözlərimdən heç getmirsən uzağa,
    Səni məndən soruşurlar, ay qağa!

    Ağacların albalısı, alçası,
    Yaylaqların yaşıl çəmən xalçası,
    Bulaqların lilpar adlı dolçası,
    Həsrət ilə baxıb dosta, qonağa,
    Səni məndən soruşurlar, ay qağa!

    Qatarlanıb durna gəlir yanıma,
    Cərgələnib sona gəlir yanıma.
    Oğul dərdli ana gəlir yanıma,
    Səndən ötrü düşüb səsə, sorağa
    Səni məndən soruşurlar, ay qağa!

    Çiçək dərən qız-gəlinə bir də bax,
    Buz üstündə dağ kəlinə bir də bax.
    Gözəlliyin heykəlinə bir də bax,
    Cüyür enir, ceyran gəlir bulağa,
    Səni məndən soruşurlar, ay qağa!

    Qartaldımı qayalara ün salan,
    Həsrətdimi saçlarıma dən salan,
    Əcəldimi səni məndən gen salan,
    Bülbül ötür, qumru qonur budağa –
    Səni məndən soruşurlar, ay qağa!

    Sızıldasa, arı şanım neyləsin,
    Dərdi dərdə qarışanım neyləsin.
    Neçə könlü pərişanım neyləsin,
    Gözəllərin yaşı axır yanağa –
    Səni məndən soruşurlar, ay qağa!

    Yazılmayan varaqların ağ qalıb,
    Şükür haqqa, yazdıqların sağ qalıb,
    Mən nə deyim bu bağçaya, bu bağa?
    Mən nə deyim oxunmamış kitaba?
    Mən nə deyim yazılmamış varağa?
    Səni məndən soruşurlar, ay qağa!

    Dağda qarım, sünbülümdə dənimsən,
    Hər dərdimə, həsrətimə qənimsən.
    El bilir ki, sən hər zaman mənimsən,
    Baş əyirəm uyuduğun torpağa.
    Məni səndən ayrı salmaq çətindir,
    Səni məndən soruşurlar, ay qağa!

  • Xalq şairi Məmməd RAHİM.Seçilmiş şeirlər

    İpəkdir, qumaşdır sən işlədiyin,
    Yarın xəncəridir – gümüşlədiyin.
    Hərdən acıqlanıb o dişlədiyin
    Qızarmış dodağın olaydım, ay qız.

    Rahim əl çəkərmi öz diləyindən,
    Ölüb-qurtarmadıq yar gileyindən,
    Hərdən asılmaqçün ağ biləyindən
    Bir qızıl qolbağın olaydım, ay qız!..

  • Xalq şairi Balaş AZƏROĞLU.”Sən narın yağış kimi”

    Sən narın yağış kimi
    Elə hopmusan qəlbimə
    Sakit-sakit,aram-aram
    Yağış yağar, yer doymaz
    Mən də səndən doymaram
    Gözüm gözündən doymaz
    Qulağım səsindən…
    Sinəm nəfəsindən…

    Deyirlər bu dünyada ən ülvi sevgi,
    Səssiz, sözsüz məhəbbətdir…
    Axı dilə-ağıza salmaz sevən-sevəni.
    Mənə də sənin eşqin kifayətdir.

    Nəyə lazım hamı bilə, sevirəm səni.
    İstəmirəm şıdırğı yağış kimi,
    Selə suya dönəsən…
    Ya da şimşək olub,
    Tez çaxıb, tez də sönəsən…
    Mən də nə yağışına islana bilim,
    Nə oduna yana bilim…
    Neynirik nağıl olub,
    Dillərə düşən şöhrəti…
    Neynirik dağ çayına,
    Dönən məhəbbəti…
    Yamacda hay qopara
    Səhrada nə səsi, nə izi qala.
    Ürəklərə hopmuya,
    Hər yanda sözü qala.

    Sən elə narın yağış ol, əzizim,
    Yağ sakit-sakit, aram-aram.
    Yağış yağar, yer doymaz,
    Mən də səndən doymaram…

  • Xalq şairi Söhrab TAHİR.Seçilmiş şeirlər

    Qoşa qundaq idi iri əlləri,
    İri əllərinə qundaqlanmışam.
    Beşikdən çıxanda uşaq illərim
    Ata sərtliyinə pardaqlanmışam.

    Nə vaxt dəliləşib şuluq salardım,
    Xəmir yoğurardı qulaqlarımdan.
    İti dişlərimin yeri qalardı.
    Zəhimli əlinin qıraqlarında.

    İri bir xırman idi, düyünlü bir vəl,
    Mindim taleyimin xırman vəlinə.
    Bir gün mənə tərəf uzansa o əl
    Səcdəyə enərəm onun əlinə.

    Zaman iki bükdü hündür boyunu,
    Ancaq əlindəki zəhmi saxladı.
    Bir gün qucağıma götürdüm onu,
    Kövrəlib uşaq tək qoca ağladı.

    Verəndə atamın əlidir əlim,
    Alanda cüt ələm, dərin cibəm mən.
    Birinə bir sevinc bəxş etsəm, bilin,
    Boylanır atamın əli əlimdə.

    Dünyanın vəfası uca, bellənə,
    Atam bu dünyada dünya görmədi.
    Nəyi var idisə, verdi o mənə.
    Təkcə öz zəhmini mənə vermədi.

    eposundan fraqment.

    Od tanrısı dindi, göylər gurladı,
    Od olmasa varlıq donar, dayanar.
    Ovcunuza alın odu, qoruyun,
    Od olmasa varlıq donar, dayanar.

    Mən dursamda sizdən azca yuxarı,
    Məndən alır dirrik axar-baxarı,
    Bunca hamı yeyir, içir, otarır,
    Od olmasa varlıq donar, dayanar.

    Birdən baxıb ərənləri gördülər,
    Çağırışa, haraya səs verdilər,
    İti, atı ovlaqlara sürdülər,
    Od olmasa varlıq donar, dayanar.

    Öləndə
    Öləndə kəfənim ikiqat olsun,
    Ruhum o taydadır, qəbrim bu tayda.
    Dözümlü xalqıma heykəl qoyulsun
    Ortadan qurumuş bir dəli çayda.

    Tabutum üstündə oynasın xəzan,
    Bölünsün bir xalqın şairi iki.
    Ayrı bacıların göz yaşlarından
    Mənə iki tayda bir qəbir tikin.

    İkili yaşadım həyatımı mən,
    İkili səsimde birləşdi xalqım.
    Qovdum ikiliyi öz ürəyimdən,
    Böyük ürəyimde birləşdi xalqım.

    Bir gün xalqım üçün şairləşəndə
    Şair torpağına quylanacağam.
    Vətən birləşəndə, xalq birləşəndə
    Mən də öz qəbrimdən boylanacağam.

    Xalq

    Hamı xalq adından danışsın, ancaq
    Xalqın inamına inamı varsa.
    Dünyada ən güclü adam olacaq,
    Kim onu özünə inandırarsa.

    Xalq səngər kimidir, çətin işində
    Hamı boğazacan onda gizlənir.
    Adam var əlinə bir iş düşəndə
    Xalqa minnət vurur, xalqa hirslənir.

    Xalq ümid deməkdir, gələcək demək,
    Ümidsiz nə varsa ondan uzaqdır.
    Dünyada hər bir şey ölüb gedəcək,
    Heç zaman ölməyən, dünyada xalq

  • Xalq şairi Rəsul RZA.Seçilmiş şeirlər

    ANAMIN GƏLİN QIZI

    Bilmirəm ki, tabutun
    şamdır, yoxsa arçandır.
    Sənin son səfərindir;
    bizim səfər haçandır?!
    Səninlə biz,
    bir arçan əkmişdik
    məhləmizdə;
    yasəmən çiçəkləyib,
    qızılgüllər açanda.
    Mən bilmirəm tabutun
    o arçandan çəkilib,
    sarı kəhrəbadandır,
    ya mərcandan çəkilib.
    Bəlkə qan yaş gözümdür
    onu mərcan tək görən,
    anamın gəlin qızı!

    Anamın gəlin qızı.
    yadındamı, bir şeyin
    adını bilməyəndə,
    idey-idey deyərdin
    Tülkü toplan küçüyün
    tutub qulaqlarından,
    qırmızı papışları
    “Al gey!
    Di gey!”- deyərdin
    Toplan mırıldanardı,
    mən gülərdim sözünə.
    Yumruqlarını sürtüb
    qəşəng, qonur gözünə,
    sən ağlayardın onda.

    İndi mən ağlayıram
    Gedər-gəlməz yolunda.

    Mən bilmirəm, tabutun
    qovaqdır, ya arçandır.
    Ölüm hamı üçün var.
    Ancaq vaxtı haçandır,
    Bir bilən yoxdur bunu,
    Hamı bilsə də onun
    qaçılmaz olduğunu.
    Xatirimdə canlanır;
    illərin o tayında,
    əlimdə bir balaca,
    ovxarlı
    dəhrə vardı.
    Bir vuranda
    Sanki bir qu tüküdür
    onunla
    Ortasından kəsəndə
    bir dirəyi.
    (Unutmuşdum hər şeyi
    səni, çayı, çörəyi).
    Birdən
    dəhrəni vurdum,
    üzüldü baş barmağım.
    Çal xoruz uddu onu.
    Sənin:
    “Xoruz dadaşın
    barmağını apardı”
    deyib,
    əvvəl qorxduğun,
    sonra gülüb getdiyin;
    qayğısız, uğun-uğun

    indi düşür yadıma.
    Xatirələrin səsi
    naşı, xaric xal kimi
    qarışır fəryadıma,
    gəlib uzaq yolların
    səfərindən yorulub.
    Ancaq
    bu xatirələr
    elə bil,
    dünən olub.
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı,
    o ağrıya bənzəmir
    indi duyduğum ağrı
    Sinəmdəki bu ürək
    tabutundan ağırdır.
    Gözüm, dilim,
    dodağım
    uzaq-uzaq o gündə
    yaralanmış barmağım,
    inləyir bağır-bağır.

    Mənə yaxın gəlməyə
    qorxurdun
    qanı görüb.
    O qanlı barmaq hara,
    bu sakit ölüm hara!
    Tabutun kölgə salıb,
    indi qəmli yollara.

    Dəhşət dolu gözünlə
    baxırdın qardaşına.
    Nə baxışın,
    nə üzün,
    nə həlqələnmiş gözün,
    yaraşırdı yaşına.
    Tabutunun taxtası
    o gün yarı böldüyüm
    dirəkdən çəkilibsə,
    sağ əlimi biləkdən
    niyə qələm etmədim.
    Ya dirəyi doğrayıb
    o zaman
    tikə-tikə,
    talaşaları yığıb
    çay üstünə getmədim!
    Atmadım
    doğradığım parçaları
    Arvana.
    İndi qalmışam belə
    göynəyib yana-yana
    Bilirəm ki, tabutçun
    taxta azlığı deyil,
    Nədənsə tabutunun
    hər parçası,
    gözümdə
    o dirəkdən çəkilmiş
    taxtalardır elə bil,
    Anamın gəlin qızı!

    Anamın, gəlin qızı!
    Tabutun nə yüngüldür,
    Matəmin nə ağırdır.
    Çiynimdəki cənazən
    sanki bir qu tüküdür
    Qəlbimdəki yoxluğun
    məni yaman ağrıdır.

    Saçların qapqaraydı.
    Qaşların qapqaraydı
    Baxışın ipək kimi
    hanı kiçik, sevimli
    qara, göyçək əllərin,
    gəlib indi
    qəlbimin
    yarasını saraydı.
    Hanı dodaqlarında,
    novruzçiçəyi kimi –
    qəfildən doğan gülüş
    Tabutun nə ağırdır
    Elə bil ki, dünyanın
    bütün dərdi, matəmi
    dönüb bir qurğuşuna
    tabutuna bükülüb,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    On ildən artıq olur
    bu şeri başladığım
    Yazıb-yazıb pozuram
    heç qurtara bilmirəm.
    Yanıqlı xatirələr
    hey gəlir axın-axın.
    Hara qaçım onlardan
    hara, hara bilmirəm!
    Ünvanını bilsəydim
    düz yanında gələrdim
    Sən getdiyin yollardan
    kim geri qayıdıb, kim!
    Bircə anlıq inansam
    o dünyaya,
    cənnətə,

    səni orda axtarar
    orda soraqlayardım,
    Bilsəydim ki, göz yaşı
    məni yetirər sənə,
    gecə-gündüz yorulmaz,
    illərlə ağlayardım.
    Cənnət yaxşı adamlar
    günahsızlarınsa,
    sən inanıram ki,
    orda,
    yəqin ki, cənnətdəsən.
    Bir bilsəydim hardasan,
    gələrdim qaça-qaça.
    Yolum ölümdən belə
    keçər olsa, gələrdim.
    Yol boyu
    gecə-gündüz
    yeyib-içdiyim ancaq
    zəhər olsa gələrdim,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Sən beşikdə yatırdın,
    gəldi qara bir xəbər.
    Mirzə İbrahim öldü!
    Bakıda dəfn etdilər.
    Yüngülcə bir azarmış,
    deyirdilər, azarı.
    Qərib məzarlığında,
    qərib qaldı məzarı.
    (İndi nə o qəbristan,
    nə qəbirdən var nişan.
    Başdaşı itkin olub,

    torpağı pər-pərişan)
    Sən ananın qurumuş
    döşünü sora-sora qaldın,
    Süddən doymadın
    Yaşın tamam deyildi,
    evimizdə güzgüdən
    asıldı qara pərdə
    Nə biləydin ki, getdi,
    insan getdi dünyadan
    Necə şərik olaydın
    çağırılmamış bu dərdə.
    Sən bilmirdin ki, getdi,
    İnsan getdi dünyadan –
    Bizə yetim adını
    verib, yox olan atan,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Bir il gedə bilmədin
    Buzovna bağlarına.
    Ümidli, intizarlı
    bir səbəb vardı buna.
    Biz getdik.
    Ay keçmədi.
    aydın ilıq bir səhər,
    şəhərdən gəldi ora
    yeni, sevincli xəbər.
    Elə lap darvazadan
    səs gəldi:
    Oğlan!
    Oğlan!
    Sağlıq!
    Muştuluq, filan!

    Hələ sevincimizin
    göz yaşı qurumamış,
    həmin gün,
    axşam çağı,
    yağdı güclü bir yağış.
    Qara bulud kölgəsi
    bir anda örtdü bağı.
    Darvazanı döydülər
    Qəlbimizi döydülər.
    Qara bir ilan kimi
    atıldı üstümüzə,
    bir xəbər,
    Anamın gəlin qızı!

    Otaq.
    Masa.
    Masanın üstündə
    bir cənazə
    hansı həyat lövhəsi,
    hansı sənət əsəri
    var ki…
    bir an içində
    çökə ağır dağ kimi,
    insanı birdən əzə.
    Cənazə-sapsarı mum.
    Mən bir yanda qurudum
    Bir yanda,
    bir yanda da…
    Əgər allah var isə,
    Külli ixtiyar isə,
    gərək
    bu mənzərəni görüb
    qan ağlayaydı.
    Əzraili yetmiş il
    belə cinayət üçün –
    əli, qolu zəncirli
    dustaqda saxlayaydı
    Əgər allah var isə,
    külli ixtiyar isə,
    ağsaçlı bir ananın
    qarşısında diz çöküb,
    gərək üzr istəyəydi,
    “Yoxdur,
    yoxdur xəbərim
    Bu, şeytani-ləinin
    əməlidir” deyəydi.

    Lakin…
    nə allah vardı,
    nə onun mərhəməti.
    Bir tabut!
    Bir cənazə!
    Bir də ki…
    yoxluğunun
    amansız həqiqəti.
    Bir də…
    pərişan saçlı,
    tabutun dörd yanını
    dizin-dizin sürünən,
    gah hərəkətsiz duran,
    göz yaşları quruyan,
    mahir bir sənətkarın
    qara daşdan yonduğu
    qəm heykəli:
    ümidsiz,
    yaralı bir ana var,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Son mənzilinə gedir,
    yeriyir yavaş-yavaş
    bir ağır qəm qatarı.
    Gəlin, ötürək onu,
    dünyanın insanları!
    Gəlin, Kübra, Sara və Surə
    sən də, sən də gəl, Nigar!
    Qaldıraq cənazəni
    başımızdan hündürə!
    Yox!
    Tabutu aparsın
    tanışlar və yaxınlar.
    Onların qollarında
    hələ bir az qüvvət var.
    Gəlin, bacılar, gəlin!
    Sən də, sən də gəl, Nigar!
    Sürünək dizin-dizin.
    Yolları hamar olsun
    incikli Turəmizin.
    Neçə-neçə il keçib
    o gündən
    və bu gündən.
    Ürək yüngülləşməyib
    bu itkinin yükündən.
    Toy da, bayram da olur,
    şənlik də, ad günü də.
    Ancaq ki, ürəyimdə
    damğa yanığı kimi
    qalıb,
    sənsiz ananın,
    “Verin mənim balamı!”.
    deyən fəryad günü də,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı,
    kağızda, ürəyində
    neçə layihən vardı
    Ölüm gəldi,
    bir anda,
    yığdı,
    bükdü,
    apardı.
    “Bakıda küçələr var
    nə ensizdir” deyirdin
    Yeni evlər var, çoxu
    cüt əkizdir deyirdin.
    Ağac az,
    gül, çiçək az,
    bağça-bağ,
    yaşıllıq az.
    Sonra inamlı, qəti
    deyirdin:
    “Belə qalmaz!”
    Mən!
    Layihəm!
    Demirdin.
    Sevməyirdin
    “mən”, “mən”i
    Biz yaxşı anlayırdıq
    ürəyindən keçəni.
    Deyirdin: “Evlər olsun –
    pəncərələri geniş.
    Bir otaq da qalmasın
    bir bucaq da qalmasın
    gün işığı düşməmiş.
    Yeri var,
    qiyməti var,

    zövqün də,
    biliyin də
    Kölgəliklər çox olsun
    dəniz çimərliyində
    Yüz ölçüb, bir biçək biz
    hər ağacın yerini
    Əlvan rənglər, biçimlər
    çağırsın bir-birini”,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Nə qədər arzun vardı,
    işin, ümidin vardı,
    Ölüm gəldi,
    bir anda,
    yığdı,
    sökdü,
    apardı.
    Doğrudur,
    mən bilirəm,
    qurtarmamışdır həyat.
    Bu təsəlli
    qəlbimi ovundurmayır, heyhat.
    Bilirəm tək deyildin,
    bir ordu nəfəriydin,
    Ancaq kim deyərdi ki,
    belə bahar çağında,
    bu yaşda, bu həvəsdə
    belə tez səfəriydin,
    Anamın gəlin qızı!

    Bu gün qurur, yaradır
    neçə sənətdaşların

    Ancaq sənin əlinə
    biliyinə, əqlinə
    ehtiyacı var yenə
    neçə küçəsizliyin,
    neçə binasızlığın,
    neçə hamarlanmamış,
    saray, məktəb, düşərgə,
    ev olmamış daşların,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Qəzetlər
    matəmində
    “Vaxtsız öldü”
    yazdılar.
    İnsanlar arasında
    bu qəribə adət var.
    Təbiətin hökmüdür
    bilmirəm, ya taleyin,
    insan nə vaxtı ölsə
    vaxtsız ölmürmü, deyin?
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    deyərdin: “Sən şer yaz,
    Mən layihələr çəkim”.
    İndi sənsizliyinin
    dərdini necə çəkim?
    Niyə pozdun
    o böyük, o yaxşı andımızı,
    Anamın gəlin qızı!

    Zuğulba, 1959-1970

    75-95 ÜÇNƏN

    Yeddi beş-doqquz beş
    üçnən,
    hərləci çəkdim.
    Qulağımı, əlimi yandırdı dəstək.
    …ağır xəstədir.
    … çox ağır xəstə!

    Pillələr –
    sürətli qatar altından
    yüyürüb keçən
    dirəklər kimi
    keçdi ayaqlarımın altından.
    Asfalt sanki eskalatora döndü,
    arxaya qaça-qaça
    Yenə pillələr –

    Dişli çarx,
    uzun-uzun yolla
    qaldırdı üçüncüyə məni.
    Otaq!
    Yataqda mum heykəl.
    Yolu kəsilmiş nəfəsin
    xırıltı səsi.
    Bir yanı açılmış
    pəncərə pərdəsi.
    Ayaqlarımda
    qurğuşun!
    Sinəmdə qurğuşun!
    Dilimdə qurğuşun!
    Qəlbimdə ümidin cənazəsi,
    arzu qurumuşu.
    Doktorların yerə dikilmiş
    baxışları
    bağırır bir-bir:
    möcüzə gərəkdir, möcüzə!
    Yoxsa nə əlac,
    nə işıq ucu var.
    Möcüzə!
    Ümid –
    bir-yüzə.

    Otaq!
    Dörd yanımda
    basım presləri.
    Gözlərimdə dünyanın
    qara rəngi.
    Bu qaranlıqdan
    keçmişə bir ağrı,
    göynək pəncərəsi açılır.

    ***

    Burda şahmat oynayardıq!
    Burda yeni əsərlərini oxuyardıq.
    Burda gülüşlərin
    tökülərdi süfrəyə,
    tikanlı güllər kimi.

    ***

    -Allo!
    -Allo!
    -Kimi?
    Yoxdur!
    Yoxdur!
    Yoxdur!
    Qocalmış Eminin səsi!
    Qulaqlarımda gup-gup,
    döyünür qan damarı.
    Bir xəzri əsəydi,
    bir pəncərə sınaydı barı!
    Qarşımda açılır səhifələr:
    enişli-yoxuşlu ömrün
    sevincli-kədərli fəsilləri.
    Mirzə Cəlilin, Ələkbər Sabirin
    amansız söz nəsilləri!
    Varaq-varaq söz metalı
    qəfəsələrdə durur
    döyüşə hazır,
    bölük-bölük əsgər kimi
    Sandığa basılmış,
    atəşə hazır güllələr kimi
    Bir aləm içindəyəm,
    hər yanım Sabit gülüşü!

    Sabit yanğısı!
    Sabit ifşası!
    Sabit lirikası!
    Sabit sədaqəti!
    Sabit sənətinin klassikası!
    Ortada mum heykəl!
    Daş sükut!
    Sabit yoxluğunun
    ağır yası!
    Çoxmu sürər
    bu ayrılıq dərdi
    bu göynək, bu kədər,
    qardaşım Sabit?
    Həmsevinc, həmdərd, dost, əlvida!
    Əlvida!
    Görüşənə qədər!

  • Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

    AYRILIQ

    Mən ki, doymamışdım heç vüsalından,
    Mənə zülm elədi yaman ayrılıq.
    Nə olardı bir gün durub yuxudan
    Görəydim ki, olub yalan ayrılıq…

    Biz ki, bir ruh idik iki bədəndə,
    O gülüb-sevinsə gülərdim mən də,
    Vüsalın bülbülü uçub gedəndə,
    Daş kimi gəlbimdə qalan ayrılıq.

    Kim qıydı dostların bahar elinə?
    Mehriban sözünə, şirin dilinə,
    Cananın sazını alıb əlinə
    Əğyar mizrabıyla çalan ayrılıq.

    Mən görəndə orda yaz səhəriydi,
    Xoş nəfəs baharın küləkləriydi,
    Açılan ağ badam çiçəkləriydi,
    İndi onlardımı solan, ayrılıq!

    Gün çıxar, dağların əriyər qarı,
    Pozulmaz dostların əhdi, ilqarı,
    Keçər ürək dərdi, könül qubarı,
    Gəl etmə meydanda cövlan, ayrılıq!

    İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ

    Hərdən gülüşün düşür yadımaə
    Hərdən gəmin, məlalın,
    Hər şeyi sezə bilən,
    Hər şeyə dözə bilən
    Qəlbin, pərişan halın.
    Sakit axan sular kimi
    axıb getdin.
    Dostlarının ürəyində ağrı buraxıb getdin.
    Yenə gələcək bahar,
    Yenə çiçək açacaq çəmən.
    Budaqlardan sallanacaq
    salxım-salxım yasəmən.
    Quşlar
    qatar-qatar
    qürbətdən vətənə dönəcək.
    Günəş yenə dənizdən doğacaq,
    dağların dalında sönəcək.
    Ağ göyərçin balası kimi
    çırpınan kiçik qizin
    sevgilisinin sinəsinə yaslanıb
    isti göz yaşları
    tökəcək səninçün.
    Yanıb ağlayacaq
    için-için.
    Sonra həzin bir təbəssümlə
    Qaldıracaq başını,
    siləcək göz yaşını.
    Yenə dünyada vüsal olacaq,
    Olacaq acı hıcran.
    Bircə sən dönməyəcəksən.
    Dönməyəcəksən getdiyin əbədi yoldan…

    QƏZƏL

    Könlün yenə min dərdinə bir çarə tapılmaz,
    Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

    Axşam qızaran göylərə endikdə qaranlıq,
    Könlüm evini yandıran odlarə tapılmaz.

    Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
    Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

    Çıxdım gecələr seyrinə ahəstə o mahin,
    Gördüm ürəyimtək alışan narə tapılmaz.

    Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
    Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

    Min tən eyləyib eşqinə öldürdü Nigarı,
    Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.

    DƏNİZİN SƏSİ GƏLİR

    Unutmaq istəyirəm xatirələri,
    Dənizin səsi gəlir…
    Unutmaq istəyirəm
    Qəlbimin sınıq məhəbbətini,
    İztirablı bir eşqin hekayətini.
    Unutmaq istəyirəm
    Acı-şirin xatirələri,
    Dənizin səsi gəlir.
    Dəniz, sevdalı dəniz,
    Əfsanələr kimi şirin, xəyali dəniz,
    Sevmişəm dalğalarında,
    Günəşində yanmışam.
    Qumlu sahillərini
    Yalınayaq gəzib dolanmışam.
    Məhəbbətim sənə bağlı, dəniz.
    Sinəsi sinəm kimi
    Hicran dağlı dəniz.
    Unutmaq istəyirəm
    Sahilində şirin yuxular kii keçən
    Həzin axşamları,
    Günəşli səhəri,
    Unutmaq istəyirəm
    Yandırıb-yaxan xatirələri,
    Dənizin səsi gəlir…

    DAĞLAR

    Mən sizi bir daha görə bilməsəm,
    Xatirəmi əziz saxlayın, dağlar,
    Döşünüzdən lalə dərə bilməsəm,
    Siz məni aranda yoxlayın, dağlar…
    Uca başınızdan külək göndərin,
    Məxmər döşünüzdən çiçək göndərin,
    Buluddan bir bəyaz örpək göndərin,
    Matəm yaylığını bağlayın, dağlar…
    Mən ki, çox sevərdim dağ havasını,
    Sevən ürəklərin xoş sevdasını,
    Bir qərib gəlinin tutub yasını,
    Dost üçün doyunca ağlayın, dağlar.

  • Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam, bulanmış suyam…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmuş nəğməyəm, çalınmış toyam.

    Nə gücüm çatdı ki, səndən yapışım,
    Nə gücüm çatdı ki, səndən qaçam mən…
    Nə odum oldu ki, yanam, alışam,
    Nə sehrim oldu ki, cavanlaşam mən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çağıydı…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı…

    Nə deyə bildim ki, tutmaz sevdamız,
    Nə deyə bildim ki, tutar bizimki…
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdi…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca…

    Nə deyə bildim ki, sevən çağımdı,
    Nə dedim sevirəm, mənə dayaq ol…
    Nə deyə bildim ki, mənə yaxın dur,
    Nə deyə bildim ki, məndən uza qol…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün eşq badəsi içilmiş idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi…

    Nə deyə bildim ki, ürəksən mənə,
    Nə deyə bildim ki, ürək deyilsən…
    Nə deyə bildim ki, gərəksən mənə,
    Nə deyə bildim ki, gərək deyilsən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi, necə vaxt idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taleydi, necə bəxt idi…

    Nə deyə bildim ki, pənahsızam mən,
    Nə deyə bildim ki, pənah məndədir…
    Nə deyə bildim ki, günahsızam mən,
    Nə deyə bildim ki, günah məndədir…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Özüm öz halıma gülmək istədim…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim…

    Kiçik olmaq istəyirəm

    Kiçiklərlə böyüklərin
    arasında
    pərdə olar…
    Kiçiklərdə günah olmaz,
    günah böyüklərdə olar…
    Kiçiklərin qəlbi böyük,
    böyüklərin
    qəlbi kiçik…
    Kiçiklərin eyni cürdür
    çölü, içi…
    Eyni cürdür beşikləri,
    bəzəkləri…
    Gizlənpaçdır ən məkirli
    Kələkləri…
    Maşınları, kuklaları
    Əllərində
    Oyuncaqdır,
    Ürəkləri yazılmamış
    Ağ varaqdır…
    Uşaq kimi sadə, kövrək,
    Nəcib olmaq
    İstəyirəm…
    İllərimi geri atıb,
    Kiçik olmaq
    İstəyirəm…
    Böyüklərin içi bir cür,
    Çölü bir cür…
    Sözü bir cür, dili bir cür…
    Ürəkləri bir qaranlıq
    Meşə kimi…
    Bir-birinə bənzəməyir
    Nə ölüsü,
    Nə dirisi…
    Nə yaxşısı, nə yamanı…
    Oyuncaq tək oynadırlar
    Bu dünyanı…
    Millətləri bələyirlər
    Qana, şərə…
    Milyonları sövq edirlər
    Ölümlərə…
    Yollayırlar vuruşlara
    Fağırları,
    Kasıbları…
    Xırdaların çiynindədir
    Yekələrin
    Əzabları…
    Böyüklərin hər şeyi var
    Ürəyi yox,
    Kiçiklərin qəlbdən özgə
    Heç nəyi yox…
    Böyük ayrı, kiçik ayrı,
    Böyüklər kiçiyi saymır…
    Böyük ayrı, kiçik ayrı,
    Çoxu kimi nə padşah, nə şeyx,
    Nə də hacı
    Olmaq istəyirəm…
    İllərimi geri atıb, kiçik olmaq istəyirəm…

  • Ümummilli lider Heydər ƏLİYEV: “Sumqayıt kiçik bir Azərbaycandır!”.

    “Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi diqqət veririk, onların canlanması üçün, müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, Sumqayıt şəhəri bütün Azərbaycan üçün nümunə olacaq və burada adamlar xoşbəxt, firavan yaşayacaqlar. Bütün bunlar Azərbaycanın milli azadlığının və dövlət müstəqilliyinin bəhrəsidir”.

    Heydər ƏLİYEV,
    Azərbaycan xalqnın ümummilli lideri.

    “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır”.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti.

  • Xatirə FƏRƏCLİ.”Nəyə çat vermisən, torpaq”

    Nəyə çat vermisən, torpaq,
    kimin həsrətin çəkirsən?
    bu nə sevgi?!
    sənin istəyin bəlli,
    səni istəmək ağır,
    ruhsuz gəlir qucağına
    bağrına basdığın adam,
    qoynuna gələn fağır.
    Üstündə həyat-həyat oynayanlar,
    dünyayla başın qatanlar,
    səni sevənlər,
    səni satanlar
    eyni gözlə baxırsan hamıya
    bu nə böyüklük,
    nə səbir?!
    torpaq, torpaq,
    qoynun gülüstan,
    için qəbir.

    Hörmətli Mayil Tagiyevin qızı Nigar xanımın vaxtsız vəfatından təsirlənib yazdığım şeir.

  • Xəyalə SEVİL.”Sağ çıxa bilmədik…”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Yox! Səni də qınamıram,
    Yox! Məni də qınama.
    Alnımıza yazılanın
    Günahkarı biz deyilik.
    Bir sən varsan bu dünyada,
    Bir mən varam,
    Amma, ikimiz deyilik.

    Göyə qaldırdığım xəyallar daha
    Gözümün altında uçuq qalacaq.
    Eh! Qapım üzünə bağlı olsa da
    Pəncərəm həmişə açıq qalacaq.

    Üzü qara olsun bu ayrılığın,
    Ağ çıxa bilmədik.
    Bircə onu bilirəm ki,
    Bədənimizin sol tərəfindən
    Sağ çıxa bilmədik.

  • Xəyalə SEVİL.”Susarsan”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Sonra
    Səssizlik çökər gözlərinə.
    Kipriyindən asdığın
    Yaş da quruyar,
    Əllərin qoynundan yarıyar.
    Gözəl-göyçək ümidlərlə
    Aranı vuran tapılmaz.
    Hər yerin elə ağrıyar,
    Bir dənə yaran tapılmaz.
    Susarsan,
    Elə susarsan,
    Bircə gözlərin səs eder…
    İlahi, nə çox düşündün,
    Mənə ölüm də bəs edər.

  • Xəyalə SEVİL.”Sən bilmə”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Sən bilmə!
    Mən sənin şəkillərini
    Asdım gözlərimin yol tərəfinə.
    Etiraf məktubu yazıb tulladım
    Bu gün bədənimin sol tərəfinə.

    Bağla, açma qapını,
    Inanma nağıllara.
    Həsrətini sulamağa
    Gözümdə yaş gətirmişəm.
    Mən soyuq qadınam,
    Axı bilirsən.
    Sənə də qış gətirmişəm.

    Qayıt!
    Əllərimdən, üzümdən qayıt,
    Unutmaq…
    Çətini dönənəcəndi.
    Hər nə yaşadıqsa, sənlə
    Bitti…
    Dünənəcəndi.

  • Xəyalə SEVİL.”Ölümün nübar vaxtıdı”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bu uzun gecənin qaranlığında
    Canıma vəlvələ düşüb.
    Bir kəndir özünü asıb tavandan,
    Məndən əvvələ düşüb.
    Gecədən bir az keçir,
    Saat səhərə yaxın.
    Nə intihar vaxtıdı…
    Ruhum üzü göylərədi,
    Ölümün nübar vaxtıdı.
    Yoxdu burdan o tərəfi,
    Nə günəş, nə də ki, ay olasıdı.
    Bir cüt qərənfilə dönüb əllərim
    Sinəmin üstünə qoyulasıdı.

  • Xəyalə SEVİL.”Ayrılıq şəkliyə”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Havalar da soyuq davranır mənlə,
    Aramıza payız giribdi, nədi?
    Bir az axşam, bir az sönən işıqlar,
    Hər şey bir az ayrılıq dilindədi.

    Pəncərəmə bir topa külək dəyir,
    Göyün səsi düşür yerin üstünə.
    Əllərimi ürəyimə tuturam,
    Bu soyuqda qızınıram istinə.

    Yağış yağır, yolları su aparır,
    Bekara dayanıb çətir ağaclar.
    Ayrılıq şəkliyəm, xatirə kimi
    Məni pəncərəmdə çəkir ağaclar.

  • Əziz MUSA.”Savaş”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Torpağa qayıtmaq istəyir hamı,
    Torpağı qaytarmaq istəmir heç kəs..
    Tüfənglər doludu, bəllidi düşmən,
    Tətiyi çəkməyə yoxdu bir həvəs.

    Hamının istəyi, arzusu ölüb,
    Hamı ümidini göyə bağlayıb.
    Bölənlər torpağı lap çoxdan bölüb,
    Şəhidlər bu dərdi çoxdan ağlayıb.

    Yalanlar, boş vədlər hələ diridi,
    Hələ biri gedib, biri gələcək.
    Qarabağ çoxuna gəlir yeridi,
    Gələcək nəsillər bizə güləcək.

    Sağalır yaralar tay yavaş-yavaş,
    Məddahlar mədiyyə deməyindədi.
    Bu necə davadı, bu necə savaş.
    Axı bu millətin günahı nədi?

    Biz ki bölünməyə öyrəncəliyik,
    Hanı Babəklərin itən sevgisi.
    Biz çoxdan düşmüşük qeyrət atından,
    Təkcə sözlə olmur Vətən sevgisi.

  • Əziz MUSA.”Getmə, dayan”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gecə qal yanımda, getmə sənə qurban olum,
    Məni hicrana salıb, og içində qoyma qalım,

    Gecəmin tacına dön, ay başına dolandığım,
    Görmürsən sənsiz gülüm, necə ağır olur halım.

    Ayım ol, ulduzum ol, qoy doyunca baxım sənə,
    Gül üzün gülüm olsun, dil-dodağın qəndim, balım,

    Ətrindən bihuş olum, al məni isti qoynuna,
    Zülfünü yana dara, dolansın boynuna qolum,

    Nazlanıb sübhə qədər şirin -şirin nəğmə oxu,
    Uzansın bəyaz gecəm, qutarmasın sevgi yolum,

    Gözəlim insaf eylə, tək qoyma Əziz Musanı,
    Ay mənim canım, gözüm, getmə dayan qadan alım.

  • Əziz MUSA.”Gözəl nə varsa”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ay güllərin tacı, sən olan yerdə,
    Çiçəyi neynirəm, gülü neynirəm,
    Sən elə mənimçün dünya malısan,
    Qızılı neynirəm, ləli neynirəm,

    Sən olan dünyada ömür bahardı,
    Ətrindən doymuram gülüm, çiçəyim,
    Sən varsan bu dünya könlümə yardı,
    Səninlə xoşbəxtəm hüri, mələyim.

    Zülmətdi inan ki sevgisiz həyat,
    Ömrümün ayı sən, günəşi sənsən,
    Eşqindi qəlbimə ruhuma qanad,
    Vallah gözəllikdə sən bir dənəsən.

    Eşqinlə nəğmələr qoşuram gülüm,
    Məcnundan betərdi bil, Əziz Musa,
    Mən səni de nəyə, bənzədim axı,
    Sənə bənzədirəm gözəl nə varsa.

  • Əziz MUSA.”O da sənsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ayrılığın nə ağırdı ay zalım,
    Bu həsrəti daha çəkə bilmirəm,
    Sənsiz vallah çox ağırdı bu halım,
    Sənsiz daha sevinmirəm, gülmürəm.

    Ahım qalxıb yetişibdi fələyə,
    Əfsanəymiş o son bahar, o görüş,
    Mən nə deyim bu qismətə, taleyə,
    Dodağımdan qaçaq düşüb o gülüş.

    Həsrət bitib indi dildə, dodaqda,
    Səni deyib hönkür-hönkür ağlaram.
    Göz yaşlarım cığır açıb yanaqda,
    Öz əlimlə, öz sinəmi dağlaram.

    Ayrı düşdük, yarımadıq zamandan,
    Ehtirasın odu yanmır gözümdə.
    Ürəyimi hey odlayır bu hicran,
    Sən olmusan hər kəlməm, hər sözüm də.

    Bu ömrümün bəzəyisən bil ki, sən,
    Bir günəş var o da sənsən, cahanda.
    Mən ölmərəm, sən yanıma gəlməsən,
    Özün qapa gözlərimi son anda.

  • Əziz MUSA.”Deyil”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Vaxtında gəlmədim mən bu dünyaya,
    Nə deyim qismətə, nə deyim paya,
    Öyrəşə bilmədim mən qışa, yaya,
    Vallah bu zəmanə mənimki, deyil.

    Qana yerikləyir pulu çox olan,
    Allaha üz tutur gözləri dolan,
    İndi ayaq açıb yeriyir yalan,
    Vallah bu zəmanə mənimki, deyil.

    Yurdumdan,yuvamdan çıxıbdı əlim,
    Qaçqına, köçkünə dönübdü elim,
    Özgələr yanında gödəkdi dilim,
    Vallah bu zəmanə mənimki, deyil.

    Bu necə dövrandı, bu necə zaman,
    Haramla doludu indi pətək, şan,
    Tanrıdan əlini üzübdü insan,
    Vallah bu zəmanı mənimki, deyil.

    Mərdlər möhtac qalıb, namərdə indi,
    Yolumuz, izimiz dumandı, çəndi,
    Yaşamaq çətindi, dözmək çətindi,
    Vallah bu zəmanə mənimki deyil.

  • Əziz MUSA.”Şam işığında”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gecələr bəyaz olsun,
    Həzinləşsin duyğular,
    Nəğmələr qanad açsın,
    Şirinləşsin nağıllar,
    Ürək yansın, alışsıın,
    Gülüm, çam içığında.

    Həsrət, hicran ərisin,
    Həyat nəşəli olsun,
    Gözlər sevgi paylasın,
    Baxışlar nurla dolsun,
    Ömrümün mənasını ,
    Bilim, şam işığında.

    Dara qara saçını,
    Tökülsün sinən üstə.
    Qoy yox olsun qəm, kədər,
    Sən məndən nəğmə istə,
    Gözlərimin yaşını,
    Silim, şam işığında.

    Məni əsir eyləsin,
    O baxışın, o gözün,
    Nazlan bir mələk kimi,
    Can olsun hər bir sözün,
    Əllərinə toxunsun,
    Əlim, şam işığında.

    Ətrindən bihuş olum,
    Unudum bu dünyanı,
    Sən məni xoşbəxt eylə,
    Al əlimdən bu canı,
    Gözəl, dizinin üstə,
    Ölüm, şam işığında.

  • Əziz MUSA.”Hər gecə yuxuma gəl”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qəm, qüssə mənə yardı,
    Bu dünya mənə dardı,
    Sənsizliyim ağırdı,
    Hər gecə yuxuma gəl.

    Gəl belə naz etmə sən,
    Gözlərimdən itmə sən,
    Həyatımdan getmə sən,
    Hər gecə yuxuma gəl.

    Sənsən qismətim, payım,
    Sənsən hayım, harayım,
    Mənim günəşim, ayım,
    Hər gecə yuxuma gəl.

    Sənsiz deyib, gülmərəm,
    Heç özümə gəlmərəm,
    Səndən doya bilmərəm,
    Hər gecə yuxuma gəl,

    Ay ömrümün baharı,
    Əzizin gözəl yarı,
    Gündüz gəlmirsən barı,
    Hər gecə yuxuma gəl.

  • Əziz MUSA.”Mələyim”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən güləndə, gülür yaz,
    Bu nazını eylə az,
    Sən tək insafsız olmaz,
    Mənim arzu, diləyim,
    Gəl yarım ol, mələyim.

    Camalına heyranam,
    Yerişinə qurbanam,
    Qoyma alışam, yanam,
    Ətirli gül, çiçəyim,
    Gəl yarım ol, mələyim.

    Mirvarisən, incisən,
    Ətirli bir qönçəsən,
    İpəkdən də incəsən,
    Mənim gözəl, göyçəyim,
    Gəl yarım ol, mələyim.

    Gözüm qalıbdı səndə,
    Tər çiçəksən çəməndə,
    Sənsiz tərəm çəndə,
    Ruhum , canım , ürəyim,
    Gəl yarım ol, mələyim.

  • Əziz MUSA.”Hələ də”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən də belə adamam,
    Sükutla barışmıram,
    Özgələrin işinə,
    Mən yersiz qarışmıram.

    Öz sözüm, öz işim var,
    Öz yolum , öz düşüncəm,
    Sözümün ağasıyam,
    Çətin ki sözdən keçəm.

    Mən halal bir insanam,
    Düz olmuşam həmişə,
    Düz vaxtında gəlmişəm,
    Bu dünyayla görüşə,

    Vətən soyuq yuvadı,
    Qəriblərə hər zaman,
    Hamı mənə doğmadı,
    Hamı mənə mehriban.

    Hələ də mən gəzirəm,
    Yaşamağa bir yuva.
    Heç xoşuma gəlməyir,
    Dəyişgəndi bu hava.

  • Əziz MUSA.”Deyəsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sonu yoxdu bu nağılın deyəsən,
    Bu gecənin varı mənəm, yoxu sən.
    Təzə nağıl başlayarıq istəsən,
    Bu sevginin acı mənəm, toxu sən.

    Bəxtimizə Günəş doğub, Ay düşüb,
    Nədəndisə tay hamıya hay düşüb,
    Bu ayrılıq ikimizə pay düşüb,
    Bu payın da azı mənəm, çoxu sən.

    Darıxıram gülüm sənsiz qalanda,
    Elə sənsən can verən də, alan da.
    Uzaq gəzmə gözümü çən alanda,
    Bu çəməndə ovçu mənəm, ahu sən.

    Gəl qoymayaq biz sönməyə bu közü,
    Gəl bəzəyək biz göcəni, gündüzü,
    Günəş gülsün üzümüzə dan üzü,
    Bu nəğmənin sözü mənəm, ahı sən.

    Yordu məni xatirələr, xəyallar,
    Qurtarmayıb hələ şirin nağıllar,
    Əziz Musa hara gedir bu yollar,
    Bu dünyada gerçək mənəm, yuxu sən.

  • Əziz MUSA.”Vətən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu nə qardı, nə sazaqdı,
    Yenə kəsibdi yolumu,
    Şaxta , borandan qorxmuram,
    Həsrət bağlayıb qolumu.

    Qərib eldə nə qış, nə yay,
    Səbrimə sığınıb ahım,
    Ayrılıq dərdin betəri,
    Açılmır nurlu sabahım.

    Dağ yolu ürək istəyir,
    Gərək kəhər at minəsən,
    Göylər səni sevsin deyə,
    Qalxıb zirvədə dinəsən.

    O yolları getmək üçün,
    Gərək başda papaq ola,
    Hanı o köhnə kişilər,
    Mən kiminlə çıxım yola.

    Sözümdən qan iyi gəlir,
    Hər misramdan dərd boylanır,
    Bu soyuq qarın içində,
    Vətən adlı bir söz yanır.

  • Əziz MUSA.”Dağlara köç”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dağ çayları bir az coşqun, bir az gur,
    Dağlardadır hər gözəllik, hər uğur,
    Bir qaydadır ay batanda, gün doğur,
    Çalış hər vaxt gözəllikdən ilham al,
    İmkan varsa, öz köçünü dağda sal.

    Gözəllikdi bu dünyanın sərvəti,
    Qartallardan öyrən gücü, cürəti,
    Dildə gəzir o dağların şöhrəti,
    O yerlərdə qeyrətlidi oğullar,
    Zirvələrə hey uzanır o yollar.

    Dağlardadır təmiz hava, təmiz su,
    Tükənməzdi orda insan arzusu,
    Şirin olur o, dağların yuxusu,
    Sədaqət var, düz ilqar var, o yerdə,
    Doğru söz var, etibar var, o yerdə.

    Dağ kəlləri zirvələri dolaşar,
    Dağ yolları dərə keçər, dağ aşar,
    Dağ adamı nə yorular, nə çaşar,
    Zəhmət çəkən zirvə kimi ucalar,
    O yerlərdə halallıqla tac alar.

    İncə olur, zərif olur dağ gülü,
    Səhər-səhər gül-çiçəklər mürgülü,
    Meh darayar gecə gündüz sünbülü,
    Bu gözəllik heyran edir hər kəsi,
    Bir aləmdi büllbüllərin nəğməsi.

  • Əziz MUSA.”Sən üçün boyunbağı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Nə gözəlsən, bir aləmdi qaş-gözün,
    Bir incıdi, bir nəğmədi hər sözün,
    Aydan, Gündən şəfəqlidi gül üzün,
    Nur tacımsan, həyatımsan, bəbəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Günəş kimi nur saçırsan hər səhər,
    Gözəllərin gözü sənsən bəxtəvər,
    Bənövşətək yaraşıqlı, incə, tər,
    Xoş ətirli, qönçə gülüm, çiçəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Hər qəmzənə, hər nazına dözərəm,
    Sən gəzdiyin yolu, izi bəzərəm,
    Elə bilmə həsrətindən bezərəm,
    Ay göylərdən enib gəlmiş mələyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Bir baxışın sevən qəlbə od salar,
    O yerişin, o duruşun can alar,
    Sən güləndə dərdim, qəmim azalar,
    Sən varsansa, yoxdu özgə diləyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Ay könlümün şahzadəsi, sultanı,
    Əziz Musa sənsiz neyər bu canı,
    El-obamın qara gözlü ceyranı,
    Şip-şirinsən, balım, şanım, pətəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim,

  • Əziz MUSA.”Çalış qoyun olma”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Əlini harama öyrətmə heç vaxt,
    Sözünü yüz ölç, biç, yalan danışma.
    Səni sınaqlara çəkəndə həyat,
    Bir az səbrli ol, həddini aşma.

    Azadlıq uğrunda atıl savaşa,
    Qoyma tapdalansın haqqın heç zaman,
    Alnı açıq yaşa, gözü tox yaşa,
    Xoşbəxt olmaq üçün doğulur insan.

    Öyrən bu həyatın qanunlarını,
    Heç kəsi ac qoymur onu yaradan.
    Qeyrətlə qoru sən namus, arını,
    Ayır hər bir zaman ağı, qaradan.

    Hər zülmət gecənin bir səhəri var,
    Bir işi görəndə ehtiyatla ol.
    Hər kəsə inanma, etmə etibar,
    Zirvəyə uzanır halal, doğru yol.

    Heç vaxt boyun əymə özgəyə, yada,
    Çalış aldatmasın dövlət, var səni,
    Qoyun tək yaşama sən bu dünyada,
    Yoxsa yeyəcəkdir canavar səni.

  • Əziz MUSA.”Bu gün”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gün o yerləri gəzdim doyunca,
    Gül-çiçək topladım mən qucaq-qucaq.
    Çiyələk yığdığın çəmən boyunca,
    İndi xatirələr dolaşır ancaq.

    Həsrətin necə də kövrəldib məni,
    Gəzdiyin cığırlar üzümə durub,
    Unuda bilmədim bir anda səni,
    Küləklər bu yerdə oyuncaq qurub.

    Yorğun baxışlarım qəmlidi bir az,
    O nəğmə, o gülüş çıxarmı yaddan.
    Söylə harda qaldı o işvə, o naz,
    O bəxtəvər günlər tez düşdü atdan.

    Yollara boylanan bu həsrət nədi,
    Ürəyim titrədi, gözüm yaşardı,
    Günəş də üzümə baxdı, gülmədi,
    Bir vaxt bu yerlərdə sevinc yaşardı.

    O günlər bir daha qayıtmaz geri,
    Uçdu bir quş kimi sevdalı illər,
    İndi o sevginin göynəyir yeri,
    Bir daha açılmaz o incə güllər.

  • Əziz MUSA.”Gözəlləşir”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dünyanın gülü, çiçəyi,
    İnsanın sevən ürəyi,
    Arının balı, pətəyi,
    Təbəssümlə gözəlləşir.

    Gözlərin axan yaşı da
    Ömrün baharı, qışı da,
    Gözəllərin göz, qaşı da,
    Təbəssümlə gözəlləşir.

    Çöllərin rəngi, naxışı,
    Göylərin qarı, yağışı,
    Təbiiətin hər qarışı,
    Təbəssümlə gözəlləşir.

    Allahın öz mələyi də,
    Qara daşı, ipəyi də,
    Beşiyi də, bələyi də,
    Təbəssümlə gözəlləşir.

    Gülün, gülsün bütün cahan,
    Qəm gətirir. qüssə, hicran,
    Dünyanın əşrəfi insan,
    Təbəssümlə gözəlləşir.

  • Rafiq ODAY.”Yağış yağır”

    Yağış yağır…
    Yuyur asfalt üzlərin
    hisini, pasını.
    Yuyur gecənin qara çuxasını,
    Gündüzün öləzimiş lampasını.

    Yağış yağır…
    Səltənət sahibinin
    ismarıcını
    çatdırır bəndələrə:
    “Az göndərsəm bərəkətdi,
    çox göndərsəm bəla”.
    Sən hələ uyu, gavurun oğlu,
    dərini təslim etmə
    qana susamış rəndələrə.

    Sən hələ uyu, gavurun oğlu,
    çolaq filin
    çirk bağlamış qulağında.
    Nə Tanrının mərhəmətindən,
    nə də göndərdiyi bəladan
    xəbərin olsun.
    Heç hər yedən əlləri üzülən,
    özlərini Allah sayan
    allahsız bəndələrin əməllərindən
    tapdalanan, əzilən
    məzlumların
    göyüzünə bülənd olan
    yalvarışlarını da eşitmə.
    Eşitmə darağaclarının cırıltısını,
    Kəsilən nəfəslərin xırıltısını,
    Tərsinə axan suların şırıltısını,
    Arxalı köpəklərin mırıltısını,
    Eşitmə, gavurun oğlu.

    Yağış yağır…
    Sən, ən yaxşısı,
    Girdiyin deşikdən,
    şəlpə adlı ev-eşikdən
    başını çölə çıxarma,
    gavurun oğlu..
    Çıxarsan,
    Birdən yağış gözlərinin
    çirkini-pasını yuyar,
    Gözlərin görməyə başlar, qulağın eşidər,
    Sonra da ağlın kəsər, qəlbin duyar…
    Onda sənin də faciən başlar,
    gavurun oğlu.
    Sən görməyi, eşitməyi, duymağı –
    bu qədərmi asan sayırsan,
    gavurun oğlu.

    Yağış yağır…

    21.11.2019.

  • Rafiq ODAY.”Cinas bayatı”

    Nur yağmasa göyündən,
    Heç tutarmı göyün dən?
    Yer ahdan silkələnər,
    Lərzə gələr göy ündən.

  • Rahilə xanım DÖVRAN.”Haraya üz tutum indi”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Könül dəftərim” – silsiləsindən/

    Bu necə qismətdir, bu necə yazı?
    Eşqimə, sevgimə qaldım tamarzı.
    Ötməmiş ömrümün baharı, yazı,
    De, sənsiz haraya üz tutum indi?

    Yenicə dəymişkən əlim-əlinə,
    Yenicə dönmüşkən nazlı gəlinə,
    Saratək atılib eşqin selinə,
    De, sənsiz haraya üz tutum indi?

    Eşq atəşin çatdıq, başacan yana,
    Bir ömür boyunca hey alovlana.
    Necə qıydın gülüm, əhdi-peymana?
    De, sənsiz haraya üz tutum indi?

    Bizi sevənlərə nə deyim indi?
    Necə söyləyim ki, eşqindən döndü?
    Sevməyən ha çox ki, hamı sevindi,
    De, sənsiz haraya üz tutum indi?

    Artıq seçəmmirəm ağdan-qaranı,
    Sərgərdən gəzirəm dağı, aranı.
    Bu üzüdönüklük, yaxdı Dövranı,