Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda, mətbu orqanlarda dərc olunan yazılarını bir araya gətirməkdən ibarətdir.Saytın yazarın doğum günü ərəfəsində istifadəyə veriləcəyi ehtimal olunur. Saytın adı söylənilməsə də, Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallardan fərqli olacağı ilə bağlı tədbirlər planı hazırlanıb.
Qeyd edək ki, Kənan Aydınoğlu bu günə qədər yazarlara dəstək olmaq üçün müxtəlif məqsədyönlülüyü layihələr hazırlayıb gerçəkləşdirərək öz töhfəsini verib.
Author: Delphi7
-
Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub
-
Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)
Sonsuz ümüd kimi doldun gözümə
uğurlu yol bilib düşdüm izinə
bir halal ocağın yanmış közünə
bənzəyir gözlərin , əllərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən…..Sıxır boğazımı acı bir qəhər
dözürəm bunada yenə birtəhər
ayılıb görərkən səni hər səhər
üzündə bir gülüş gözlərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən….Tutub əllərimdən dartıb yanına
düşmüsən elə bil damar, qanıma
nə olar əbədi çıxma sonuma
nə acı , nə həsrət nə dəki bir sən
bəlkə də gördüyüm yuxu deyilsən….Uca bir dağ kimi qarlı dayanma
kiminsə esqiylə alışıb – yanma
bu gözəllik sənlə əbədi sanma
qocalar sifətin, hisslərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən….Bir qonaq kimisən gəldin və getdin
ömrümə qəm verib , yaş alıb getdin
Fidanı nələrdən sən məhrum etdin
bu həyat , bu ürək və birdəki sən
bəlkə də gördüyüm yuxu deyilsən -
Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər
Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az,azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.SƏN DÖNYAYA YARAŞIRSAN
Zeynəb bibinin nəvəsi balaca Zeynəbə
Hər ananın arzusudur,
Qismət olsun ona nəvə.
Hər atanın arzusudur,
Qismət olsun ona nəvə.Gözləri göy, xumar Zeynəb,
Hər kəs sənə baxar, Zeynəb.
Baxan gözlər axar, Zeynəb,
Sən dünyaya yaraşırsan.Saçı, qaşı sarı qızdır,
Özü şirin, yaşı azdır,
Hər hərəkəti bir nazdır,
Sən dünyaya yaraşırsan.Sevir səni atan, anan,
Hər zaman dərdinə yanan.
Böyüdükcə, sən də inan,
Sən dünyaya yaraşırsan.Gülüşün özüntək gözəl,
Gəl qucağıma, uzat əl.
İlk dediyin söz “Ata, gəl”,
Sən dünyaya yaraşırsan.Həbibi səntək gözələ
Şeir yazdı gülə-gülə.
Sən də yaşa gülə-gülə,
Sən dünyaya yaraşırsan.15.06.2003.Gürcüstan
XƏYALIMDAN KEÇƏN GÖZƏL
Gecələr çox tənha idim,
Bir şərab, bir badə idim,
Xəyallarda səni sevdim,
Xəyalımdan keçən gözəl.Şahısan yuxularımın,
Şöhrətisən sən şanımın,
İlhamısan qəm dünyamın,
Xəyalımdan keçən gözəl.Arzular var ürəyimdə,
Məhəbbətdir istəyimdə,
Sənsən mənim diləyim də,
Xəyalımdan keçən gözəl.Dağdan axan şəlaləsən,
Eşq şamıma pərvanəsən,
Sən mənimçün bir dənəsən,
Xəyalımdan keçən gözəl.Badə doldu göz yaşımla,
Tufan qopdu harayımla,
Vida etdim xəyalımla,
Xəyalımdan keçən gözəl.02.07.2003.Bakı
O QIZI UNUTMARAM MƏN
Gozlərim bir gozəl gordu,
Məni gorub o da suzdu,
Naz eləyib, həm də uzdu,
O qızı unutmaram mən.Aşiq oldum zumrud gozə,
Həsrət qaldım şirin sozə,
Deyin, bu dərdə kim dozər,
O qızı unutmaram mən.Urəyimdə arzu qaldı,
O qız canımdan can aldı,
Duşduyum bu hal nə haldır,
O qızı unutmaram mən.Həbibi yaralı oldu,
Gozləri əzabdan doldu,
İnsan məhəbbətə quldur,
O qızı unutmaram mən.12.06.2003.Gürcüstan
XOŞBsXT OLSUN BU EKE GsNC
Yığışmışıq bu məclisə,
Xoşbəxt olsun bu iki gənc.
Səbəbkarlar Faiq, Govhər,
Xoşbəxt olsun bu iki gənc.İki urək bir doyunur,
Ata-analar sevinir.
Arzu-istəklər boyuyur,
Xoşbəxt olsun bu iki gənc.Sevən tapar, sevdiyini,
Faiq tapdı sevgisini,
Govhərtək sevgilisini,
Xoşbəxt olsun bu iki gənc.Sevən sevəndən ayrılmaz,
İnsan sevgisiz yaşamaz,
Həbibi də onda yazmaz,
Xoşbəxt olsun bu iki gənc.13.06.2003.Gürcüstan
-
Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı
Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
* * *
Bəlkədə həqiqəti çox cətindir,anlamağı,yaşatmağı,uzun ömür sürdürməyi çox çətindir və bunu qeyd etmekdə həmçinin…Doğularsan ana bətnində olduqda belə kiçicik qəlbin döyünməyə başlar və o andan sevginin qığılcimları başlayar o kiçik qəlbində.Anani sevərsən ilk.Səni qoruyan,sevənin tək o, olduğunu zənn edərsən.Yatdıqda belə ona ehtiyac duyarsan.Valideynini sevərsən,Vətənini sevərsen,ağacı,quşu,çiçəyi sevərsən.Sevərsən,sevərsən və sevgiyə alışarsan.
Elə bir zaman olar ki,ya nağıllarda ki, kimi ən çətin vaxtında ya filmlərdə ki kimi ən təsadüfü halda ya da kitablarda kı kimi ən çətin sevgini yaşayarsan.Baxarsan eyni ağac,eyni budaq,eyni yarpaqdir.Yox!!! Bu ki eyni deyil! Sevərsən amma böyük sevgi ile,toxunmadan,həsrətini çəkərək sevərsən.Bu eyni bildiyin ağac böyüyər,kötüyü qalinlaşar eyni bildiyin budaqlardan budaq törəyər yarpaqlarını töküb yenisi daha gözəl,daha six yaranar.Eyni bu sənin sevginin böyüdüyü kimi.İlk sevgin olmaz amma ilk atan qəlbin olar.Bütün günü düsünərsən,xalqa rüsvay olarsan deyə qorxarsan amma sevgindən qorxmazsan heç düşünməzsən belə.Qəlbində yaşadarsan bir taxt qurarsan sevdiyini orada əyləşdirib padişah edərsən.Hər dəfəysə qəlbinə boylanarsan onun üçün göz yaşı töküb diz çöküb yalvarir ona amma baxarsan ki,onun qəlbində bir başqası var onun üçün döyünür.Bax o zaman budaqların sınar,yarpaqların tökülər,qəlbin daş bağlar amma ondan dönməz hey ona boylanar belkə bir baxışını görərəm deyə.Yenə xeyalların puç olar amma fikirlərin ölməz…
Bir dərd olar qəlbinə.Zamanla unudarsan zənn edərsən.Bəlkədə unutmaq üçün cəhd edərsən başqa gönüllərdə taxt qurarsan lakin o taxta çıxmamış enərsən bir başqasına sığınarsan beləcə ömrün keçər.Dönüb geriyə baxarsan sehvlərin bir romana dönmüş.Beləcə ömrün ötər,o qara torpağa cismini qurban verərsən sevgin uğrunda.Qəlbindəki o əbədi sevgi çökər torpağa yaranan torpaq insanları böyüyər o əbədi sevgidən…Beləcə neçə sevgi dolu ömürlər keçər gedər sevgi dolu dünyadan… -
Hüseyn ARİF.Şeirlər
BİR “DOSTUM” DA VAR
Dostlar arasında bir “dosdum”da var,
Heç vaxt beləsilə zarafat olmaz.
Nə qədər ad alıb, nişan qoparda,
Yenə dirsəklənib, o rahat olmaz.“Xeyirxah” lələsi düşüb get-gələ,
Çoxların tovlayıb, salıb əngələ,
Şöhrət dəlisinə deyən yox hələ
Belə mükafatdan mükafat olmaz!Ey Hüseyn Arif, həyat həyatdı,
Ömür müvəqqəti, gün amanatdı
Müdrik bir kəlam da bir kainatdı,
Şair şer yazar, diplomat olmaz.A TÜLKÜ
Özgə qoltuğuna pənah gətirib,
Özünü başbilən bilmə, a tülkü,
Birinə aşkara yumruq göstərib,
Birinin tozunu silmə, a tülkü.Qədəmin necə də ağır qədəmdi,
Hardasa Allahın ölümü kəmdi
Nə sevincin sevinc, nə qəmin qəmdi,
Yalandan ağlayıb, gülmə, a tülkü.Tutmuşam üzümü zirvəyə sarı,
Ələnib üstümə dağların qarı,
Mən az görməmişəm fırıldaqları –
Hüseyn Arifə gəlmə, a tülkü.“QAYIDAR” DEDİM
Payız getdi qış qabağı
Yaz olar, qayıdar dedim,
Gül ətirli may küləyi
Yuxudan oyadar, – dedim.Ürəyimdə həsrət oxu,
Baş götürüb qaçdı yuxu.
Gəlib keçdi ömrün çoxu,
– Görüşməyə az var, – dedim.Hüseyn Arif düşdü oda
Ala gözlər yumulanda.
Bircə dəfə həmin anda
Mən ona “beyilqar!” – dedim.AY ALİ MƏFTUN
Başdan huş dağıldı, könüldən fərəh,
Can gücü itirdi, ay Alı Məftun!
Nə əkib, nə biçmək arzulayırdıq,
Fələk nə bitirdi, ay Alı Məftun!Haraya baxırıq, yox bir təsəlli,
Hanı o gülər üz, o şirin dilli?..
Ömür yelkənini taleyin əli
Möhnətə yetirdi, ay Alı Məftun!Neyləyək dəli yel əsəndə, ay dost,
Qabağı çən-çiskin kəsəndə, ay dost,
Günah nə məndədir, nə səndə, ay dost,
Baxt belə gətirdi, ay Alı Məftun.GÖR NƏ MEHRİBANDIR BİZİM ADAMLAR
Tanı yurd-yuvanı, dərindən tanı,
Hər cansız daşı da, canLı yadigar,
Dolaş qarış-qarış Azərbaycanı,
Gör nə mehribandır bizim adamlar!..Qocalar əlini sıxar, qocalar,
Qalın saçlarında dağların qarı.
Bacılar qarşına çıxar, bacılar,
Sevincdən gül açar tər yanaqları.Balalar hamıdan oyanar erkən,
Kimisə arzular, kimisə anar.
Qonaq həsrətilə gözü yol çəkən
Nənələr ocağı alovlandırar.Bu onun, o bunun qucar boynunu,
Ötər hər sinədə bir sədəfli saz
Yorğunlar unudar yorğunluğunu,
Qəmlilər bir kəlmə qəmdən söz açmaz.Necə can sirdaşı, könül həmdəmi,
Ucalar yanında ucalır insan.
Açsan hər qapını bir ata kimi,
Neçə qız taparsan, oğul taparsan.Atalar, analar, babalar şirin,
Oğullar, nəvələr, nəticələr şən,
Açıqdır süfrəsi doğma ellərin,
Keçmə samovarın zümzüməsindən.Əhdini, andını pozmayıb hələ,
Nə yalan satandı, nə rüşvət alan,
Bir dəfə duz-çörək kəsdi səninlə,
Dağa arxalanma, ona arxalan.Özgənin işinə qarışan deyil,
Yaşar öz yerində, öz torpağında.
Dəyib-dolaşmasan, dolaşan deyil,
Dəyib-dolaşdınmı, döz qabağında.Bir qeyrət sözü var, bir də etibar –
Uca zirvələrin ucası saydım.
Gör nə mehribandı bizim adamlar,
Onlara yaraşan adam olaydım.KÖLGƏ ÖZ KÖLGƏM İMİŞ…
Ha səslədim, səslədim,
Bilmədin ki, bilmədin.
Ha gözlədim, gözlədim,
Gəlmədin ki, gəlmədin.
Bu necə ağrı-acı,
Bu necə sitəm imiş?..Verib hökmünü bir qəm,
Sağı, solu bağladı.
Neçə bəndi, bərəni,
Neçə yolu bağladı
Nə bilim ki, axırda
Bu qəm öz qəmim imiş.Tezdən eyvana çıxdım,
Eynim açılsın, deyə.
Baxdım, heyrətlə baxdım
Qəfil düşən kölgəyə,
Nə gedən, nə gələn var –
Kölgə öz kölgəm imiş…QAYIDAQ GƏLİN
Günümüz mehriban, ayımız şirin,
O günə, o aya qayıdaq gəlin
Dost dostun necə də bilərdi qədrin,
O haqqa, o saya qayıdaq gəlin.Axşamdan sabaha közərən ocaq,
Pəncərə önündə alışan çıraq,
Siyasətdən uzaq, riyadan uzaq
O dürlü dünyaya qayıdaq gəlin.Qarlı zirvələrdən silinməz izim,
Enişdə, yoxuşda bərkiyib dizim.
Başqadı kökümüz, soyumuz bizim,
O kökə, o soya qayıdaq gəlin.Qəm də yeriş etdi, dərd də ələndi,
Dərələr çiskinə, çənə bələndi,
İyid nərəsindən dağ silkələndi,
O haya, o hoya qayıdaq gəlin.Alovlar qoynunda açdıq səhəri,
Dağıldı yadların çalı, çəpəri,
Stanbul səfəri, Tokat səfəri –
O qola, o boya qayıdaq gəlin.Torpaqdan hədiyyə, yurddan pay olmaz,
Kişilik satılıb, mərdlik pozulmaz,
Hanı “Qəhrəmanı”, hanı telli saz,
Abbasa, Alıya qayıdaq gəlin.Ey Hüseyn Arif, hikmət vaxtıdı,
Məhəbbət, mərhəmət, hörmət vaxtıdı,
İndi hünər vaxtı, qeyrət vaxtıdı,
Cəngi Koroğluya qayıdaq gəlin.SƏN QOCALMA
Ana Kürün sahilində boy atdım,
Ceyran çölü, Qarayazı ovladım.
Gah Gülülü, gah Aveyi dolaşdım,
Damcılıdan gəldi səsim, sorağım.Göyəzənin sağı, solu tamaşa,
Qeyrət yağıb bu torpağa, bu daşa,
Köhlənimi çox sürmüşəm birbaşa,
Xatirəyə çevrilibdi o çağım.Başa kimi bu dünyada kim qalıb,
Kim şadlanıb, kim çağırıb, kim qalıb?
Vurğun getdi, Hüseyn Arif qocalıb,
Sən qocalma, mənim doğma Qazağım.BELƏ GÖRMƏMİŞDİM
Sular birdən-birə coşdu bulandı,
Qəm-qüssə çulğadı eli, obanı.
Yüz oyundan çıxıb satqın qonşular
Nə kökə saldılar yurdu, yuvanı.Qəfil yapışdılar ayağımızdan,
Soruş həqiqəti oğuldan, qızdan,
Bir şəhər silindi torpağımızdan,
Köksündə illərin ahı, amanı.Belə bir zamanda, belə bir gündə
Mərmilər ələndi bərəyə, bəndə,
Yazıq anaların gözü önündə
Axdı balaların günahsız qanı.O bağçaya hayıf, o bağa hayıf,
Şuşada qaralan ocağa hayıf.
Ağdama, Tovuza, Qazağa hayıf,
Sədası, sorağı tutdu hər yanı.Bir vicdanı təmiz, əməli düz yox,
Səbrimiz tükəndi, dözümümüz yox.
Qonaq qabağına çıxası üz yox,
Bazar yağsız qalıb, evdə ət hanı?Aç təzə dəftəri, Hüseyn Arif,
Yaz bu dərdi-səri, Hüseyn Arif,
Sözün müxtəsəri, Hüseyn Arif,
Belə görməmişdim mən bu dünyanı.SƏHƏR OYANMADINSA
Üfüqün dan şöləsi
Yerin əlvan naxşıdı.
Enən qızıl şəfəqlər
Gül-çiçək yağışıdı.Sabahın xoş rüzgarı
Günün sevinc nübarı,
Gülüş ömrün baharı,
Kədər qarlı qışıdı.Yorğan-döşəkdə batan,
Günortayacan yatan,
Gözəlliyə naz satan
Ya xəstə, ya naşıdı.Vədə gödək, vaxt qısa
Çatışmır toya, yasa.
Səhər oyanmadınsa,
Oyanmasan yaxşıdı.AĞSTAFA
Könül qartala bənzər,
Ovlağı Ağstafa.
Dilim qələmə bənzər,
Varağı Ağstafa.Çox şeyin vaxtı bitdi,
Vaxt daşları əritdi,
Uşaqlıq uçdu getdi,
Sorağı Ağstafa.Deyin o gündən, deyin.
Neyləsin ürək, beyin?!.
Alovlu gəncliyimin
Novrağı Ağstafa.Sevinc uzaq, qəm yaxın,
Dövrün hökmünə baxın,
Darıxanda arxamın
Dayağı Ağstafa.Nə deyim belə hala,
Bu dərdə, bu məlala
Uyuyur Arif bala,
Yaşağı Ağstafa.“Ulduz” jurnalı, İyul 2014
-
Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər
Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Həmin filialin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) üzvü, Tələbə Elmi Cəmiyyətinin V və VII konfronslarının iştirakçısıdır.
Şeirləri “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış”, “İlham çeşməsi” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin Mərkəzi Dənətim Kurulunun üzvüdür.İSTƏMİRƏM MƏN
Vaxtinda qocalmaq gözəl bir həyat,
Cavankən qocalmaq istəmirəm mən.
Ucalıb kimsəyə yük olacamsa,
Heç zaman ucalmaq istəmirəm mən.Zaman da ağladır bir vaxt güləni,
Döyüş meydanında göstər hünəri,
Bir kimsə verəndə mənə dəyəri,
Qiyməti üç almaq istəmirəm mən.Qarabağ ürəkdə yara,oxdu ki,
Sorunun həlli də,çara çoxdu ki,
Səbr edib dözürük! Deyən yoxdu ki,
Zamanı uzatmaq istəmirəm mən.TURANDIR
Yaradandır qurandır,
Yıxılarsa durandır,
Türkün bircə yurdu var
Onun adı TURANdır.Haramım olsun
Bütövlük! Bütövlük sorağındayam
Görəvin sonunda Turanım olsun.
Dünyaya yenidən nur saçmaq üçün
Əlimdə müqəddəs “Quran”ım olsun.Bir parça elimdən qoparan olsa,
Xainlər yurduma gər ayaq salsa,
Xainin ayağı yurdumda qalsa,
Düşməni boynundan vuranım olsun.Nə qədər bölünüb olacağam tən,
Cücərdib yenə də torpağında dən,
Səninçün çalışa bilməsəm, Vətən,
Bu vətən çörəyi haramım olsun. -
Nəcibə İLKİN.Yeni şeirlər
BU YAĞIŞ
Döyür pəncərəmi payız yağışı,
Dəli sevgimizin göz yaşı kimi,
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.Elə möhtacam ki, bax bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyə bu yağış yenə
Bəlkə sevgimizin günahın yuyur.Həsrət ünvanlıdı, vüsal gileyli,
Mənə gizli-gizli baxan bu yağış.
Baxışı Məcnundu, gedişi Leyli,
Sevdalı qəlbimə axan bu yağış.Gəl tut əllərimdən ürəyimizi –
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək, yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.MƏNƏ BİR NAĞIL DEYİN
Könlüm nağıl istəyir
Bir məhəbbət nağılı,
Mənə bir nağıl deyin.
Lap nənəmin nağlı tək
O nağıl ki,
içində qalım yarla təkbətək…
Kaş nənəm sağ olaydı…
Başımı dizi üstə
qoyaydım sübhə qədər.Nağıllaşan dünyamda
əriyəydi gecələr.
Dinləyəydim nənəmin
şirin nağıllarını,
Onun nağıllarında tapır
yar öz yarını.
Mənə sevmək öyrətdi,
Nənəm nağıllarıyla,
qalıbdı yaddaşımda
nənəm nağılları tək,
düz əhdi-ilqarıyla.
Mənə bir nağıl deyin.
O nağıl ki, orada
görüm özüm – özümü
deyə bilim sözümü.
Gəlsin Ağ Atlı oğlan
Məni alsın tərkinə,
Dözsün bu məhəbbətin
əzabına, ərkinə.
Bağrını yara-yara
qalxsın ağ buludlara,Aparsın bu dünyadan
məni çox uzaqlara.
Keçək ağ buludlardan
olaq ayrı aləmdə.
Bax, ayılam bu dəmdə.
Göydən üç alma düşə,
Biri mənim, biri nənəmin
Biri də mənim kimi
sevib-sevilənlərin.ÇOX BAXACAQSAN
Küsmüşəm barışan deyiləm daha,
Çıxıb gedəcəyəm bir qərib yerə.
Sənsiz gözlərimdə doğan sabaha,
Baxıb hönkürəcəm gülüm min kərə.Boylanıb qəlbimin pəncərəsindən,
Dikəcəm yoluna həsrət gözümü.
Diksinib qalxacam qəfil səsindən,
Yenə axtaracam özüm – özümüGecələr bürünüb hicran donuna
Vüsal yuxumuza lay-lay çalacam.
Yenə yuxularda qaçıb yanına.
Yenə də bir anlıq sənin olacam.Ayılıb həsrətin qəm yuxusundan,
Eh… məni o qədər axtaracaqsan.
Yapışıb könlümün lal yaxasından,
Mən gedən yollara çox baxacaqsan.
Mən gedən yollara çox baxacaqsan.SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!“Ulduz” jurnalı, İyun 2012
-
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.***
Torpaqdı, – sonunda bir ovuc küldü,
Nəyinə gərəkdi ad, qəbirlərin?
Ölmə, qəbrin üstə bir gül bitər ki,
Sevdası titrəyər yad qəbirlərin.Başını dik saxla düz ağac kimi,
Heç kim köç aramır yolun altında.
Gedəndə, elə get, büdrəmə, yoxsa,
Üç yerdən əzilər qolun, altında.Onsuz da bu ömür köç yolu deyil, –
Tanrı, bu həyatı cır da, pul kimi!
…Mən sənə sevgimi ütülə dedim,
Demədim, çölə at xırda pul kimi.***
Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.***
Ömür nə şeydi ki, – bir göz qırpımı,
Gəlmək də, getmək də bir anlıq olur.
Tale hər adama rəhm eləmir, qız,
Sevdasız ürəklər viranlıq olur.Mən hələ yatıram – ruhum yuxulu,
Sübh tezdən üfürür şamı dan, xəlvət.
Dünyanın son günü bir xəstə qızla,
Kəbin kəsdirəcəm hamıdan xəlvət.Nə çox boylanırsan bu yalqız kəndə,
Bu kəndin bir-iki pir adamı var.
Hardasan, ay ölmüş, gəl, qapımı aç,
Desinlər, bunun da bir adamı var.***
Ərini nifrətə bulayıb
Özgə kişiyə meyl edən qadının
İştahı qədərdi sevgi.
Kama çatan kimi qurtarır.***
Ömür yanımdan ötür,
Bir kölgə, bir fon kimi.
Arzular çəp görünür,
Sonuncu vaqon kimi.Deyən, dərdə xoş gəlir,
Sifətimin ağlığı.
Nə qədər gözləyəcəm,
Burax bu uşaqlığı.Ürəyin ağ varaqdı,
Bir kəlmə yaz, uzat, qız.
Mən gəlməyən yollara,
Gözünü az uzat, qız.***
Mən də tərs sevdanın əsiri oldum,
Eşq məni çürütdü – leş elədi, qız.
Mən dörddən dörd çıxdım, sıfır elədi,
Sən birdən bir çıxdın, beş elədi, qız.Məəttəl qalacaq bu sirrə hamı,
Yer tabut çoxaldır sinəsi üstdə.
Sənin beş arzunun çiçəyi açdı,
Mənim dörd arzumun binəsi üstdə.Ömür hər adama bir qucaq yükdür,
Adamın ölüdən daş fərqi var, qız.
Sən vaxtı dayandır, mən sənə çatım,
Bizim aramızda yaş fərqi var, qız.***
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.BİLMİRƏM
Həsrət – yoxluğu anmaqdır,
Sevmək – taleyi danmaqdır.
Ruhun sevdası yanmaqdır,
Yanım, yanmayım, bilmirəm.Bəxt ki var, məzədir, meydir,
Lütdü, dur ruhumu geydir.
Həyat da pir kimi şeydir,
Danım, danmayım, bilmirəm.Üstünə çıxma yaş daşın,
Olmur həyanı daş daşın.
Yuxuma girir başdaşın,
Anım, anmayım, bilmirəm.***
Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam?“Ulduz” jurnalı, Avqust 2013
-
Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
“Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
“Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri,
AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatıBütün türk dünyasının gözü dikilib sana,
Türk dünyası bir yana, Azərbaycan bir yana,
Yüz milyonluq millətə Azərbaycan bir ana,
O mənim görən gözüm, o mənim cismim, canım,
Ali Baş Komandanım!Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
Ay gecəyə nur çilər, günəş səhərə arxa,
Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
Azadlıq naxışıyla zinətlənir hər anım,
Ali Baş Komandanım!Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
Vətən, millət sevdalı soyuna qibtəsi var,
İnam, güvənc yerimsən – bunu mən necə danım,
Ali Baş Komandanım!Neçə yüz milyonların çörəyi səndən keçir,
Cahanın qan paylayan ürəyi səndən keçir,
İlləri aydan soruş, ayları gündən keçir,
Gör hansı kürsülərdən təriflənir ad-sanım,
Ali Baş komandanım!Heydər baba naxşı var yurdun hər qarışında,
Dünya baş əymiş ona siyasət yarışında,
Bir çözümü olmalı sülhün də, barışın da,
BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
Ali Baş Komandanım!Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
Şovinist ocağında neçə «yan» var – seç dedi.
Önündə bir körpü var – bu körpüdən keç dedi,
Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
Ali Baş Komandanım!Xocalı faciəsi tarixin dərsi bizə,
Neçə tale çarxının fırlandı tərsi bizə,
Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
Bircə anda yetişdi dada Şahi-Mərdanım,
Ali Baş Komandanım!İyirmi faiz torpağım yağıda qala bilməz,
Çala, çapa, talaya, dağıda – qala bilməz,
Bundan artıq millətim ağıda qala bilməz,
Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
Ali Baş Komandanım!Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
Haqqa qılınc çalanın qollarını bükərik,
Yurdun hər kədərinə, sevincinə biz şərik,
Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
Ali Baş Komandanım!Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına,
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
Ali Baş Komandanım!Ulu öndər eşqinə qılıncı qından çıxar,
Gündə min dona girən iblisi dondan çıxar,
Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
Ali Baş Komandanım! -
Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
hərə bir züm-zümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır.
məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isiti saxlayır.gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə.
mən də böyüməyə tərəf qaçardım,
qarqı atım vardı, onun belində.gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə.
“klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə …deyimmi xəlvətcə ağac başına
çıxıb yuvaları yoxlamağımı?
körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı.
sonradan səngərdə döyüşən gördüm,
taxta aftomatla atdıqlarımı …götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi, gəlmədi-
mənim uşaqlığım, ax… uşaqlığım,
kağız gəmilərdə batdı, gəlmədi … -
Doğum gününüz mübarək!
Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.AYB və DGTYB üzvüdür.***
Qayğılar zamana yükdü,
Saatım geriyə dönmür.
Məndən ona sevda yolu,
Ondan bəri yol görünmür.Kimsə düşüb dalımıza,
Hay-haraynan kimdi elə.
Qara bəxtim, qara vaxtım
Əvvəlim, ilkimdi elə.Yolumu ağlım aparır,
Ürək məni sənə çəkir.
Ağardın ağlım, bilmədin,
Nə çəkir ürək, nə çəkir.Hərdən bir qız əl eyləyir,
İllərin o tərəfindən.
Yaman tez-tez ağrı qalxır,
Sinəmin sol tərəfindən.ELƏ GÖZƏLDİ Kİ
Bəzən dünya tarimardı,
Bəzən elə gozəldi ki!…
Bu nizamı yerbəyernən,
Düzən elə gözəldi ki!…Ürəkdən, candan oxuyan,
Damardan, qandan oxuyan.
Əhli-irfandan oxuyan,
Ozan elə gözəldi ki!…Xəyalım dağda, aranda,
Nələr olmur bircə anda.
İçini boşluq saranda
Azan elə gözəldi ki!…Tanrı soyuq baxdı bizə,
Qarğadı kim bəxtimizə?!
Bu dərdi kəm bəxtimizə
Yazan elə gözəldi ki!…OTUZ YAŞIN İLK ŞEİRİ
Bu günlərin qara günü,
Dünənin ağ yolu dərdim.
Doluların boş ünvanı,
Boşluqlardan dolu dərdim.Kök-köməcli sal qara daş,
Kəsərli dil, havalı baş.
Qapısında qul-qaravaş—
Özü sevda qulu dərdim.Səpilməyib qan toxumu,
Ruhum qada, qan qoxumur.
Ürəyimin qan qohumu,
Ululardan ulu dərdim.Arzularım bala quşdu,
Ağrın, acın bala tuşdu.
Səndən gələn bəla xoşdu,
Nə göndərsən olu dərdim.Yellər əsdi başındaca,
Kəklik oxur daşındaca.
Ömrün otuz yaşındaca,
Sipsilə, dopdolu dərdim.BU AXŞAM…
Bu axşam səmada buludlar saya,
Boylanır gecədən ulduzlar qərib.
Ya qismət, bir daha ola-olmaya,
Yaxşı ki, bəxt bizə xoş üz göstərib.Bəlkə də bir ömür bəs edər bizə.
Bu siyah gecədə doğulan sevgi.
Açılar sabaha , çıxar gündüzə,
Ən acı qəhərdən boğulan sevgi.Xurmayı saçların sığala yatar,
Zərif əllərində bir əl yeri var.
İlahi sevgilər nağıla yatar,
Ürəyin bir aləm dərdi-səri var.Bəyaz sifətinə baxıb bu ayın,
Min sevda nəğməsi oxumaq olar.
Qara gözlərinə baxıb arxayın,
Sevgini hüsnünə toxumaq olar.BU DƏRDİ KİMƏ DANIŞSAM…
Bu dərdi kimə danışsam,
Göynəyib göylərə çıxar.
Dilində sızlar bayatı,
Yanğısı neylərə çıxar.Qar tutdu eşqin gədiyin,
Bircə səndin güvəndiyim.
Ah tutar, qoca kötüyün
Ağrısı şüylərə çıxar.Dərdin acı dərdin atmaz,
Dərdbiləni dərd unutmaz.
Sevdalanan qərar tutmaz
Baş alıb köylərə çıxar.QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb—
Süslənərsən, qaragözlüm.Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən—
Bəslənərsən, qaragözlüm.Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.GETMƏ
İçimdəfırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə.Qıyma ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük olsun.
Gedişin birgünlük, beşgünlük olsun
Aradan bir uzun il asıb getmə.Heç mənə gəlmədi səndən gedənlər,
Ömürdən gedənlər, gündən gedənlər.
Yaman uzaq gedir məndən gedənlər,
Yol çəkən gözümdən yol asıb getmə.KÖNLÜMÜN ƏFƏNDİSİ
İbrahim İlyaslıya
İlahi eşqin yolçusu,
Dərd əhli, dərdiş əfəndim.
Könlü haqqa bağlamaqdan
Olmaz ki, mərd iş, əfəndim.Şam gözləyir bu ağ şamdan
Nağıl olmaz bu oxşamdan.
Bu sabahnan, bu axşamnan
Fırlanır gərdiş, əfəndim.Can istər sədam olmağı,
İçimdə edam olmağı.
Adamnan adam olmağı
Eylədim vərdiş əfəndim.Dünyanın kölgə yönümü
Pozmaya keşgə yönümü.
Tutub da eşqə yönümü
Etdim pərəstiş, əfəndim.Sən, o eşqin ta kəndisi,
Səndə qalıb tükəndisi.
Ay könlümün əfəndisi
Sevdalı dərviş əfəndim.DƏRDİNİ YAĞIŞA DANIŞ
Dərdini yağışa danış,
Yuyub acısın aparsın.
İçini kəsib doğrayan
Qara sancısın aparsın.Cücərməz içimdə sevinc,
Soyuq döyür, şaxta kəsir.
İynə ucu ümüdim var,
Ondan tale, baxt da kəsir.Dərd içini yandırdımı,
Qamışa de neyə dönsün.
Budağı puçurlamasın
Saralmış güneyə dönsün.Haqqa yol alsın sevdalar,
Qayıtmasın yer üzünə.
Çöküb dərdin boğazına
Elədiyin vur üzünə.Mən də səndən gələn yolam,
Tükənərmi məndə yolun?!
Bir məktub var eşqimə ver
Nə vaxt düşsə kəndə yolun. -
Qabil ƏDALƏT.Yeni şeirlər
* * *
Gecə telefonda,
başımı başına söykəyib,
dərdlərindən aldığım payımı
başımın altına qoyub,
səsindəki təbəssümə bürünüb,
ümidimi qucaqlayıb yatdım.
Qoparıb ruhumu bədənimdən
sənə sarı gəldim.
Sevginlə məst idim bir az dumanlı…
Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm…
Ümidlərim qucagı boş qayıtmışdı qoynuma.
Bu gecə də telefondan
nefes kimi asıldım.
Günəş yavaş yavaş əritdi gecəni.
Geriyə bir nağıl qaldı gecədən…AĞLAYAN ŞEIR
Qırıldım.
Eşitmədin.
Çiliklərim doğradı içimi, sızıldadım.
Kədərlənməyəsən deyə,
Gülüşümü sərdim
ağrılarımın üstünə..
Qarşılıqsız bir sevginin,
səfil xəyallarına dala-dala
unutmuşam özümü.
Axır bir gün
Çiliklərim doğrayacaq hisslərimi,
Yaxşısı, toxunma.
Yığışdır addımbaşı unutduğun ümidləri,
yığışdır.
Yeriməyim çətin olur.
Dolaşır ayağıma ümidlərin.
Toxunma yalqız qalmaq istəyim var.
Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
Ağladım…Ağladım…
Göz yaşımda həsrət üzdü
ümidimin sahilinə çatmağa.AYIN GÜNƏŞƏ SEVGİ ETİRAFI
Günəş yer üzünü
işıqlandırdığı,
torpağı isidib,
dənizi qabartdığı tək,
o gözəl çöhrən
dünyamı işıqlandırır,
qanımı qaynadır
sinəmi qabardır…
Həsrət qalmışıq bir-birimizə,
qovuşmağımız imkansız.
Sən olanda mən olmuram,
mən olanda sən.
Gecəylə gündüz, günəşlə Ay kimi
Seyrək – seyrək
görüşürük
onu da çox görürlər bizə.
Hərə əlinə bir qazan
bir dəmir alıb
döyəcləyib bizi ayırır,
Çünki qovuşsaq
dünya bitər… -
Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)
Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.Oğlanlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarına baxıb fərəhlənirdi. Oğlanlar Allaha “yaxınlaşdıqca” bir birlərindən uzaqlaşırdılar.”Qardaş”ların sayı artdıqca, aqardaşlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki,namazı da fərqli fərqli qılmağa başladılarArtıq zahiri görünüşləri də dəyişilmişdi.Əvvəlki oxşarlıqdan əsər əlamət qalmamışdı.Hərə özünü haqlı sayır,doğru yolda olduğunu bildirirdi.Dəfələrlə aralarında mübahisələr olurdu.Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermrdi.Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-”Ana mən Suriyaya gedirəm.Orada “qardaşlarımızı “qırırlar.Onlara kömək etmək lazımdır.”-dedi. Ana:-”Ay oğul sənin orada nə işin var.?Sənin bacıların əsirlikdədirlər.Vətənin bir hissəsi düşmən tapdağı altındadı.Bəs onları kim azad edəcək?.Mən sizi böyütdüm ki onları azad edəsiniz.”-deyərək ağlamağa başladı.Ana çox yalvardı,oğul eşitməyib getdi. Bir neçə gündən sonra o biri oğul anaya dedi:-”Ana mən də Suriyaya gedirəm. Ana sevindi.Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.O sevincək oğluna:-” Get ay bala,yolun açıq olsun, qardaşını da götür gəl.Onun orada nə işi var.”-dedi. -”Yox ay ay ana mən onu gətirməyə getmirəm.”-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.Oğlu qardaşının boş çarpayısını göstərərək;-”Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün “qardaş”lara kömək etmək lazımdır.Onlarda gəlib bizə kömək edəcəklər”-deyib,anasının sösünə məhəl qoymayıb getdi. Suriyadan hər iki oğlanlarının ölüm xəbəri gəldi.Ana ağladı,fəryad etdi.Heç kim ananın fəryadını eşitmirdi.Eşitmək də istəmirdi.Ana ğorxurdu ki,sinəsi nə vaxtsa “qardaş”ların hərb meydanına çevirilə bilər.
-
Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib
22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarını bilgiləndirib.Kütləvi informasiya vasitələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başkanı Saqif Qaratorpaq, yazıçı-jurnalist Firdovsi Heydərli, DGTYB və AYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc yazar Rüfət Axundlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Pərvanə Nizaməddin, Dünya Gənc Türk Yazarlar Birliyi Yönətim Kurulunun üzvü, gənc yazar İntiqam Yaşar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının “Poeziya” şöbəsinin müdiri Fərqanə Mehdiyeva və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairi, məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif haqqında öz fikir və düşüncələrini bölüşüblər, öz şeirlərini səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
“Azərbaycanımın Qəhrəman qızı”
Adınla yaşayıram
Pəncərəmi sənin,
Əlinlə döyür külək.
Taqqıltı eşidəndə,
Yamanca ovunuram.
Tələsik addımlarla,
Gedib qapıya tərəf.
Sənin yerişin sanıb,
Özümü unuduram..
Qayıdıb asta-asta,
Üz-üzə dayanıram,
Şəkillə, gəlmək üçün.
Sənsizliyin içində,
Səninlə ölmək üçün.
Gecənin qaranlığı,
Sarılır otağıma.
İsti, ilıq nəfəsin,
Baş qoyur yatağıma.
Hər otağın küncündə,
Xatirələr bağırır.
Günümə, saatıma,
Dəqiqəmə dağılır.
Masa üstü kitabın.
Millətə, xalqa,
Böyütdüyün övladın.
Adımı kölgə kimi,
Adında daşıyıram.
Ey ilk və son sevdiyim,
Adınla yaşayıram.Gülnarə İSRAFİLQIZI
-
Tural ADIŞİRİN.Yeni şeir
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
* * *
O göyçək əlindən tutmağım çətin-
öz evin,öz süfrən,çörəyin-duzun…
Mənim ürəyimdə sənin həsrətin,
Sənin qucağında-körpəcə qızın…Bir nazlı ayrılıq əlində şərbət,
Qapım bağlanandan qapımı döyür.
Mənim nəfəsimlə bir lal məhəbbət,
Sənin nəfəsinlə bir qız böyüyür.Sənin işığından umacağım yox,
O körpən gülürsə-dünya gözəldir
Mənim yerim-yurdum,od-ocağım yox,
Mən yol adamıyam bəlkə yüz ildir.Bəlkə də….eh,bəsdir,daha zarıma,
Bu ömrün əvvəli,sonu şikəstə.
Adın qonaq gəlir dodaqlarıma,
Gözüm süfrə açır yanağım üstə. -
“Mənim qəhrəmanim”
Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən “Armudun yaxşısını ayılar yeyər” düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş,kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda? Bir gün koridorda, qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
– Nişanlınla necə tanış olmusan mənə çox maraqlıdır?
– Bir dini müşavirədə bərabər iştirak edirdik, orda tanış olduq.
– Bəs səni nəyi cəlb etdi?
O, bu sualı heç gözləmirdi. Ziyalı xanım olduğundan, bu cür sualları insanın şəxsi həyatına təcavüz hesab edərək təəccüblə üzümə baxdı. Bir qədər sonra gülümsəyərək: “O, şəhanə bir insandır; O mənim qəhrəmanımdır. Ondan çox şey öyrənmişəm” dedi.
İlk anda duyduğum hiss qısqanclıq oldu. Gözəl bir qadının bir kişiyə ” Sən mənim qəhrəmanımsan” duyğusu ilə baxmasının kişiyə verilmiş ən böyük hədiyyə olduğunu hiss etdim. Bu hədiyyəni həyatım boyu almadığımı bildiyim üçün qısqandım.
-Necə yəni? soruşdum.
– O, uşaq evində böyüyüb. Yetim olmağın nə demək olduğunu bildiyi üçün universitetdə tələbə olarkən, yetimxanadan 2 uşağa böyük qardaşlıq edir. Həftədə 10 saatını onlara ayırır;onlarla görüşüb oynayır,kitab oxuyur,onları gəzməyə aparır. Onların yaxşı yetişməsi üçün əlindən gələni edir. Onlardan biri əməliyyat olunub və nişanlım indi xəstəxanada qalıb ona baxır.
Üzümə şillə yemiş kimi oldum. Mən guya yüksək təhsil dərəcəsinə gəlmiş biriyəm və qarşımdakını hələ də görünüşünə görə mühakimə edir, onu “ayı” olaraq görürdüm. İçimdəki pislikdən utandım. Belə bir məntiq yürütdüm: Niyə mən o adama baxarkən, ilk növbədə “Armudun yaxşısını ayı yeyər” düşündüm. Çünki mən, yetişdiyim mühitdə tez-tez bu bənzətməyi eşidərək böyümüşəm. Mənim mühitim mənə necə təsir edibsə, gözəl tələbəmin böyüdüyü mühit də ona elə təsir etmişdi. Bu ailə məndə maraq oyatmağa başladı.
Bir müddət sonra tələbəmə onlara qonaq gəlmək istədiyimi dedim. Getdim. Ənənəvi gülərüzlüklə qarşıladılar məni. Tələbəmin 4 yaşında bir balaca qardaşı, bir də özündən böyük evli qardaşı var idi. Bu ailədə 2 hadisə diqqətimi çəkdi. Birinci, ata öz 4 yaşlı oğlu ilə danışarkən, aşağı əyilib düz onun göz xəttində dayanırdı. Bunu o qədər təbii edirdi ki, artıq fərqinə belə varmadan edilən davranış olduğu bəlli idi. Tələbəmdən bu haqda soruşdum. O dedi:
– Hə, atamız həmişə bizimlə elə danışdı. Bir qardaşım evlidir və o, da uşaqları ilə elə danışır. Mən də həmişə elə danışacam.
Tüklərim biz-biz oldu. Atasına “Maraqlıdır, uşaqlarınızla göz xəttinə enərək danışırsız” dedim. O, bir az təəccüblə gülümsəyərək:
– Bəli, axı onlar da balaca insanlardır.
O qədər təbii baxırdı ki, mənə, gözləri “Sən belə etmirsən ki?” soruşurdu sanki. Mənimsə verdiyim tək cavab utanc bir gülümsəmə idi.
İkinci diqqətimi çəkən isə onun qardaşının davranışı oldu. Çox zəngin bir biznesmen olan bu insana çay əsnasında zəng gəldi və sabah önəmli bir görüşdə iştirak etməsinin vacibliyi bildirildi. O, isə belə cavab verdi: “Mənim sabah eyni saatda daha vacib görüşüm var, başqa görüşləri təxirə salın” Daha sonra bizə belə açıqlama verdi: ” 4 övladım var və həftədə biri ilə 4-5 saat bir yerdə zaman keçiririk. Sabah qızımla görüşüm var, bunu hec cür ertələmək olmaz. Uşaqlar tez böyüyür, bir də baxırsan böyüyüb və sən heç uşaqlarınla zaman keçirməmisən”
Öz uşaqlarıma içim yandı. Daha sonra uşaqlığıma yandı içim. Və son dayanacaq bütün ölkəmin uşaqlarına yandı içim.
Heç kəsə hirslənə bilməyəcəyimi anlayıb “Bundan sonra nə edə bilərəm?” haqqında düşünməyə başladım. Tələbəmin böyüdüyü mühiti görəndə, onun seçdiyi o insanla nişanlanmasına daha yaxşı məna verə bilirdim. Atası hər dəfə onunla göz xəttinə əyilib danışanda, uşaq “Sən varsan, təbiisən, olduğun kimisən, dəyərlisən, güclüsən, sevilməyə layiqsən” mesajını alıb və onun RUHu bəslənib.
Uşağı ilə görüş vaxtına sadiq qalan ata “Səninlə vaxtımı keçirmək istəyirəm, sənin üçün darıxmışam” sözlərini onun bütün ruhuna yayır. Uşaq bunu yalnız sözlərdə yox, əməllərdə duyur, uşağın xəmiri “Mən sevilməyə layiq biriyəm” düşüncəsi ilə yoğrulur.
Və o, uşaq gələcəkdə bütün insanlara “sevilməyə layiq biriləri” kimi baxır.Bir ata-ananın övladına verə biləcəyi ən böyük miras, sevgi ilə böyümüş, bəslənmiş və buna inanmış güclü bir CANdır.
-
Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)
Kara gəlməz bu gördüyüm röya da,
Bir balığam, səbr udmuşam dəryada…
Bizdən sonra nə qalacaq dünyada,
Şeirimizdən, türkümüzdən savayı?Bir sevginin qaldı ahı ortada,
Mən adlı bir nökər-şahı ortada…
Nə yaşadıq? Nə var axı ortada –
Tənəmizdən, ərkimizdən savayı?Çılğın könül ülvi eşqin odası,
Nə uzaqmış bu Məhəbbət Adası?…
Mənim üçün bu dünyada, qadası,
Bir kimsə yox, ikimizdən savayı… -
Doğum gününüz mübarək!
Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.
Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Yer altından notlar
Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
Dispetçerin səsi gəlir:
– 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!Möcüzə
Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
Birdən qulağıma bir qadın səsi gəlir:
– Dəniz, Dəniz qaçma yıxılarsan.. -
Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)
Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün fəsillərdə payız sehri əta edən gənc şair Kənan Aydınoğlunun yaradıcılığında da əsas qayəçi ruh həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Bu zəruri faktı onun 2010-cu ildə Aida Rəhimovanın redaktorluğu ilə “MK” nəşriyyatı tərəfindən buraxılmış “Ömrün yarı yolunda” şeirlər kitabında da dəqiq müşahidə etmək mümkündür. Səmimi deyək ki, kitabda öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır. İlk əvvəl deyək ki, kitabdakı şeirlər müxtəlif janrda – qoşma, gəraylı, bayatı, təcnis, rübai, qəzəl və ithaflar fonunda təzahür edir və janrlararası səsləşmələr, fikirdaxili ümumiləşmələr və s. kitabın bədii məziyyətlləri barədə dəqiq fikir ifadə etməyə əsas verir.
“Ömrün yarı yolunda” şeirlər kitabında duyğu əsas göstəricidir. Bu kodeks kitaba daxil edilmiş janrları bütünlükdə əhatə edir. Yaradıcılıq qayəsi vətən məhəbbəti olan gənc şair istər qoşmalarında, istər gəraylılarında, istərsə də digər janrlı şeirlərində bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucuya xoş anlar yaşadır, bədii fikir ətrafında müasir yanaşmalara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.…Erkənmi sevginin dadını duydum,
Öyrənə bilibsən üzümdən mənim?!***
Sənin qoynuna gəlmişəm,
Sən könlümü al, a dağlar…
Belə düşünək ki, xoşovqat yanaşma Kənan Aydınoğlunun yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Onun əksər şeirində oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm də qəlbə acı qədər sirayət edən rahatsızlıq da aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır. Bu kimi təsiretmələr şübhəsiz, gənc şairin yaradıcılıq uğurudur.
Kitabın əsas süjet xətti, yuxarıda dediyimiz kimi, torpaq, el-oba, ümumi fonda vətən-insan sevgisidir. Müəllifin isə bu yaşda öz oxucusuna bu tərz sevgi aşılaması açığı, bizdə təəccüb doğurur; əslində onun ictimai dərketməsində bir nizamlanma var və bu, onun bir qədər uzağa baxa bilməsinə zəmin yaradır. Eyni zamanda bütün cəhdlərində intizamlı olması sanki gənc şairin üzərinə yük kimi düşüb. Onun kitab boyu öyüd-nəsihət xarakterli, torpağa sevgiartırma qayəli fikirlər ifadə etməsi həyat-cəmiyyət yanaşmasından doğur.Durub baxdıqca dövrana,
Səndən çıxmır başım, dağlar…***
Zamanın atdığı ox dəydi mənə…
***
Dumantək dağlara çəkiləm gərək…
Kitab boyu bu cür diqqət çəkən yanaşmalara çox rast gəlirik. Müəllif bu tip deyimləri ilə yaddaşının dərin qatlarında çırpınan həyat qayəsini oxucu marağı ilə tarazlaşdırır, həyatı tale çək-çevirməsi üçün bir növ geniş meydan hesab edir. Bu genişliyin özündə bir ictimailik əks olunur. Bəlkə də elə oxucunu bu vacib kodekslə üz-üzə qoyan bu ədəbi hissetmələrdir.
Kitabda ağrı-acı ilə təzahür edən fikirlər də çoxdur. Bu da müəllifin yurd ağrılarından, torpaq yanğısından şaxələnir. Ayrıca, onun özündə ürək ağrısı ifadə edən şeirlərində oxucu bir mübarizlik də görür.Təzələnsin yaddaşım,
Qoy ağlasın dağ-daşım.
Tarixi həqiqətdən
ibrət alsın qardaşım –
Xocalım, ay Xocalım…***
…Qorxma, mərd ol,
çəkinmə sən.
…üsyan elə, Azərbaycan!Ağrı-acıdan mübarizliyə, sadə hissdən zəruri yurd sevgisinə cığır açmaq Kənanın yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri “Ömrün yarı yolunda” kitabının oxucu-şair yanaşmalarına bədii keçid kimi də qəbul etmək olar. Birincisi, ona görə ki, müəllif dediyimiz kimi, yaşının gənc çağındadır, ancaq əxz etdikləri real zəminə əsaslanır; ikincisi, ona görə ki, kitabda yer almış şeirlərin əksərinin obraz və şəkilləri poetik quruluşludur və özündə mürəkkəb həyati məziyyətlər ifadə edir.
Maraqlıdır ki, Kənan Aydınoğlu qoşma xüsusiyyətində təzahür edən ədəbi məziyyətləri gəraylı tipində də xarakterizə edə bilir. Adıçəkilən kitabda yer almış gəraylıların çoxunda bu proses dəqiq ünvanını göstərir.
Kənan kitab boyu səmimi hisslər yaşadan şeirləri ilə poetik-ictimai məğzli fikirlər ifadə edir, oxucusunu real hissi münasibətlərə kökləyir və ünsiyyəti insanlıq dərki kimi verir. Bu fikri-zəmində o, həm də bir həyat qaynarlığı göstərir. Gənc şair təxminən 270 səhifəlik ikinci kitabında həm də dediyimiz kimi, həyat-tale məsələlərini qabardır, uyğun fikirlər ifadə edir və xoş ovqata meyli artırır. Bu yanaşma kitab boyu oxucuda nikbinliyə keçidi təmin edir.Qapımı döyür yenə
hicran, həsrət, ayrılıq.
Gəl, aç qapını!…***
Ömrümün günləri bir qatar kimi
gəlib bir anlığa gözümdən keçir…***
…Bethovenin nəğməsini
eşitmək istəmirəm,
ondansa Şopeni çağırın,
gəlib otursun
piano arxasında…Çox diqqət çəkən haldır ki, “Ömrün yarı yolunda” kitabı Kənanın həyat-tale hesabatı kimi təsir bağışlayır. Bəlkə də müəllif bunu dərk etdiyindən kitaba uyğun ad qoyub. Doğrudan da, kitabdakı şeirlərin çoxu janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə dəqiq baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.
Bilirik ki, həyatın qaynar çağları insan fikrinin ən dəqiq anları üçün şərait yaradır. Bədii fikir çox vaxt məhz bu anlarda formalaşa bilir. Bu zəminyaratma həm də bədii fikrə fəlsəfi yanaşma verir. Heç şübhəsiz, gənc şair Kənanın yeni kitabı da bu zəminə əsaslanır. Və ən vacibi, kitabda əsas arqument yaddaş tərpənmələridir; müəllif burada reallığa varid olmağın yolunu ictimai uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır. Bu kitab oxucunu daha çox mübariz insan olmağa, kamilləşməyə, müdrikləşməyə təhrik edir. Əbəs yerə deyil ki, müəllif özü də kitab boyu (şeirlərinin çoxunda) insanı ictimai varlıq qayəsində kamil özünüdərk kimi xarakterizə edir.
Kitabda rəğbətqazanma, mübahisələrdə qalibgəlmə, düşmən qazanmaqdan qaçma və s. kimi həyat zərurətləri barədə də fikirlər yer alır. Müəllif bu yanaşmada həyatın yaşam sirrinə diqqət çəkir və bu əhatədə bir test-yanaşma aparır. Bu təcrübədə uğur qazanan fərd həyatın qayəcə dürüstolmada məqbulluğuna əmin olur.
Kitabın əsas ictimai məğzlərindən biri fərdi münasibətlərdir. Müəllif bu zərurəti bir az da fəlsəfi həyat keçidləri ilə rəngləyib. Həmçinin, bu sırada işgüzar adam olmağın səbəbləri, işgüzarlıq psixologiyasının bəzi sirləri də gerçək təqdimetmələrlə diqqətə çatdırılır.
Kitabla bağlı daha geniş təhlil işi aparmaq olardı. Təəssüf ki, bir yazı miqyasında bunu etmək mümkün deyil. O səbəbdən, yəqin ki, gənc həmkarımız bizi başa düşər.
Əminik ki, gənc şairin “Ömrün yarı yolunda” kitabının ictimai həyatımızda öz yeri olacaq. -
Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)
Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində ictimai-ədəbi və bədii ovqatdəyişmə mütabiq əksetdirmədir; bu məğzin fəlsəfi-ictimai dərkində vizual yüksəlməyə meyl mistik hissetmələrdən bir qat yuxarıda təcəlla edir. Bəlkə də bu səbəbə poeziya adlı «materik»in «iqlim qurşağı» dəyişkən xarakterlidir.
Vaxtsız yağmış qar altda,
Qar altında qalan şiv,
Haqladı səni bu qar;
Yarpağını tökməmiş
O fəsli qarşıla,
Bu fəsli yola sal…Bu şeir vaxtsızlıq və vaxt zərurətinə ən gözəl nümunələrdən biridir. Xatirə xanım vaxtın yedəyində vaxtsızlığa zəmin yaradan mistik-fəlsəfi və bir az da sürreal vəziyyətlərə modern münasibət sərgiləməklə oxucuda yüksək əhval yaradır. Və bu şeirin təsirinə düşdükdən sonra belə qənaətə gəlirik ki, ümumiyyətlə dünyəvi enmədə fikir dürüstlüyü bəlkə də qlobal məsələdir. Sözün varid olduğu hər kəs bu məsələyə münasibətdə eyni fikir ifadə etmir. Xatirə xanım bu mənada özünün məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketməyə sirayət edir; nəticədə zahirə baxışla daxilə keçiddə bir ortaqlıq yaradır. Və diqqət yetirsək, görərik ki, onun yuxarıda nümunə kimi gətirdiyimiz şeirinin də ədəbi keçid anı məna və məzmunda qabaran ictimai-həyati təsiretmə ilə təzahür edir, üstəlik bu və buk imi şeirlərin ictimai seyretməsi həyat zərurətləri, metafizik (metahissi) əhatədə ruhi təcəlladır. Bu modern-fərqli aspekti müəllifin həyat formatı kimi də qəbul etmək olar.
Zəruri-ədəbi münasibətdə əksləşmə cəmiyyətə bəzən faydasızlıq gətirir. Xatirə xanım bunu dəqiq bildiyindən əxlaq, din, zaman və həyat zərurətlərini bayağı səmtlərdən yayındırır, təfəkkürləri doğru ünvana itələyir. Şübhəsiz, bu zəminə görə onun yaradıcılığında cəmiyyət-həyat reallığı zaman-vaxt cəhdləri qədər önəmlidir və bu şeirlərdəki ruhsallıq özünün modern ovqatdəyişməsi ilə daha təsirlidir.Sarı ilan tək
Boynuma sarılır tənhalıq xofu.
Bir kimsəyə isinməyən
ürəyimin soyuğunda,
sazağında üşüyürəm.Şübhəsizdir ki, son altmış ilin ədəbi çək-çevirləri bir qolunu sürreal-mistik səmtdən götürür. Səmimi deyək, bu istiqamətin beynəlxalq aləmə çıxışı çox olsa da, yalnız bir neçə səmtdə zəruri əbəbi miqyaslar görünən əhatədədir. Bu yöndə sevinə biləcəyimiz məqamlar var. O məqamlar ki, real bədii hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir. Zənnimizcə, modern ovqatlı, yeni ədəbi meyllərə səmt götürmək marağı (çoxlarından) bir qat artıq olan istedadlı şair Xatirə Fərəclinin real yanaşmada mistik-fəlsəfi ovqatdəyişmə manevretməsi bəlkə elə bu modern-hissi yüksəlmədə israrlı olmasından irəli gəlir. Bu fikrə onun ictimai-ədəbi ovqatına bükülə bildiyimiz şeirləri də əsas verir. Cəmiyyətlərin həyat və tale kodekslərini (qismən) özündə ehtiva edən bir sıra mənbələrə nümunə göstərə biləcəyimiz bu şeirlərin süjet xəttində ruhsallığa meyl, tale, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Xatirə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ədəbi yüksəlməyə əhatəli baxışlar sıçratması fəlsəfi-ictimai məğzlərə tam bələd olması ilə xarakterizə edir.
Bəri başdan deyək ki, Xatirə xanımın «təhlilə cəlb etdiyimiz şeirləri yeni poetika qurmaq iddiası güdmür; əksinə bu istiqamətdə mövcud qarışıq vəziyyətlərin açılması, fikirlərrarası gerçək ədəbi prosedurların uyğun xarakterə salınması üçün əsas verir. Və sevindirici haldır ki, müəllif bu şeirlərin poetika və məzmun qavramasını, müasir cəmiyyət reallığını, kamilləşmədə müdrikləşmə məğzlərini, Allahın yeganəlik faktını və s. nüansları yeni baxış və düşüncəyə hesablaya bilib. Ən azından bəlkə də buna görə onun şeirləri insanı bütünlükdə duyğusal bir səmtə aparır – o səmt ki, çoxumuz onun həsrət çalarlarına bükülmüşük və hər ötən gün bizi ona yaxınlaşdırır.Aramağa dostum yox,
Qınamağa düşmənim.
Başım adam küyündə…***
…Hər dəfə naxələflik,
Saxtalıq görəndə
Eybəcərləşəcək o dünya.Xatirə xanımın şeirlərinin ictimai-mistik və fəlsəfi qatlarında yeni meyllərə modern bir yanaşma da var; müəllif səliqəli və ütülü fikirləri ilə (bir fərd olaraq) onu ruhsallıqdan uzaq salan cəmiyyət axınına qarşıdır, müasir yüksəlmə ilə tanışlıq onu həyat qaydaları ilə uzlaşmada israrlı edir. Nəticə etibarilə o, mənəvi sınmalara zəmin yaradan fiziki görkəmləri labüd mütləqə itələmək və işıqlı aləmə uzanan qapılara yol yormaq niyyətindədir.
Bunu da səmimi deyək ki, ömür boyu çoxlarının fərqində olmadığı həyat izharları Xatirə Fərəcli üçün nə vaxtsa fərqində ola biləcəyimiz həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Bu mənada, onun şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir.
Yuxarıda misal gətirdiyimiz şeir parçalarında və onlara söykək olan digər şeirlərdə ruhsal sevgidən sıyrılma, ciddi sosioloji problemlərdən sayılan ünsiyyət modeli sanki araşdırmaya cəlb olunub. Burarda həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur. Bu mənada, deyə bilərik ki, Xatirə xanımın bu tip şeirlərinin ictimai məğzi bir az da taleqavramadır.
Apardığımız təhlillər göstərir ki, hissi dərketmədə ovqat dəyişəndir; buna da real təsiretmələr zəmin yaradır. Xatirə xanımın ovqat dəyişməsi onun dəyişən meyllərə fərqli baxışıdır. O baxış ki, poetika-məzmun kodekslərini dürüst mənalandırır.
Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərinin əksərində (düşünürük ki, bir-bir ad çəkməyə lüzum yoxdur) insan-mənəviyyat dəyərləri, mentalitet – milli kimlik məsələləri zahiri baxışlara, daxili enmələrə öz ictimai dolğunluğu ilə sirayət edir. Sevindirici haldır ki, bu təsiretmədə oxucu yaddaşı da itilənir.
Və zahiri mənada insan yüksəlməyə meyllidir; həyata uyğunlaşa bilməmək bu zərurətin mənsəbidir. Yəqin bu xüsusda Xatirə xanım ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir. Bu gerçək situasiyanı onun əksər şeirinin ədəbi missiyası vasitəsilə də xarakterizə etmək mümkündür.
Mənən aşağılanan insan seyretməsində də hissi-düşüncə kənar şəxsin, seyrçi fərdin ovqatını təlx edir. Məhz buna görə Xatirə xanım ədəbi uzaqgörməsi hesabına öz şeirlərini mənəvi-ədəbi sarsıntıdan qoruya bilir. O, haradasa bütöv yaradıcılığını bu tərz aşınmadan kənar etmək israrındadır. -
Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)
Sevginin şeirini yazacam mən
inanmadığınız
istəmədiyiniz
gizli- gizli yandığınız sevginin
bir dəstə sevgi ilə
bir mələk göndərəcək, Tanrı
öpmək üçün göz yaşımdan
silmək üçün kini, nifrəti
yaddaşımdan
bürünəcəm sevgiyə
sevgi qoxulu
sevgi rəngliSeirin sevgisini yazacam mən
gözəl sözlərlə toxunacam
sevginin qəlbinə
insan ürəyindəki
nifrətin bəndinə
Göy qurşağı kimi rəngli
yağacaq yağmurlar
Göy qurşağı təki rəngarəng
ümidlərBir quşun qanad çırpmasını
bir çiçəyin açmasını
İnsanın sevgi ilə yaşamasını
həyatdan ölümə qaçmasını
sevginin şerini
şeirin sevgisini yazacam mən -
Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)
– Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən?
– Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var
– Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə Zöhrələr. Nə olar ay baba mənə Göy qurşağının nağlını danış, kitabları unutmaq, həqiqəti danmaq, yalnız sənin nağıllarında yaşamaq istəyirəm
– Dinlə o zaman, ay oğul sənə Göy qurşağının, sevginin hekayəsini danışacam.
Bir zamanlar igid bir oğlan yaşayırmış, bir də bu oğlana sevdalı yeddi gözəl qız. Qızlar onu çox sevsə də o kimsəcikləri sevməz, kimsəyə ümid verməzmiş, ancaq yenə də bu gözəl qızlar onu sevməkdən əl çəkmir, ona rəngarəng xalçalar hörür, sevdalarını bu cür dilə gətirirmişlər. Bir gün oğlan savaşların birində ölür, qanlı cəsədi gəlir yaşadığı yerə. Qızlar bu dərdə dözə bilməyib dağlara doğru qaçmağa başlayırlar, o qədər qaçırlar ki, artıq dünya bitir, göy üzü başlayır. Dünyada gözəl xalçalar toxuyan bu qızlar özləri xalça kimi göy üzündə qalırlar. Oğul onlar hər zaman oradadırlar, sadəcə biz onları görə bilmirik. Dünya çox çirklənir, yalnız yağmurlardan sonra kirlər yuyulur və biz onları görə bilirik.
– Bəs mən də qaçsam, dağlara doğru, görəsən çata bilərəmmi göy üzünə?
– Yox, ay oğul . Sən çata bilməzsən, çünki sən yerin kürə formasında olduğunu bilirsən. Bilirsən ki, qaçsan uzaq başı hansısa ölkənin sərhəddini keçəcək və öldürüləcəksən. Onlar isə bilmədən sərhədləri, kitabları qaçdılar, qaçdılar və göy üzünə ulaşdılar.
– Çox acı danışırsan ay baba, canım yanır hər sözündən, hər söhbətindən.
– Canını acıdan mən deyiləm, ay oğul yaşadıqların, daha doğrusu yaşaya bilmədiklərindir.
– Baba, insanlar niyə bu qədər vəfasız olub, insanlar niyə sevməyi, gülməyi unudub?!
– O dağları görürsənmi?
– Bəli
– Bəs, o dağların üzərindəki buludları?
– Bəli, görürəm ay baba
– Bəs, o aradakı boşluğu görə bildinmi?
– Nə yalan deyim, heç ağlıma belə gəlmədi oradakı boşluq
– Görürsənmi, ay oğul. Sən ora baxanda yalnız dağların zirvəsi ilə buludları gördün, görmək istədin. Buradan sənə elə gəldi ki, onlar bitişikdi, ancaq onların arasındakı məsafənin nə qədər olduğunu sən də çox gözəl bilirsən. Bax həyat da belədir. Düşün ki, zirvələr beşiyin, göy üzü isə məzarındır. Ancaq burada bir şey var ki, həqiqəti görmək üçün yaxınlaşmaq yox, uzaqlaşmaq gərəkdir. Uzaqlaşdıqca anlayacaqsan ki, əslində beşikdən məzara olan yol o qədər də uzun deyil, ancaq insanlar bunu bacara bilmir, özlərindən dünyadan ayrı qalmağı bacarmırlar. Onun üçün də sevməyi, gülməyi hər zaman sabahlara ərtələyirlər, sabahlar isə çox zaman gəlmir
– Bir şey də mən deyimmi, ay baba?
– De, sənə qurban olum
– Bu qədər yaşamısan, ancaq sözlərin, fəlsəfənin acıları dindirə bilməyəcəyini öyrənə bilməmisən, bilsəydin bu cür danışmazdın
– Bala, axı sən dedin Göy qurşağının nağlını danışıb
– Sən Sadəcə göy qurşağının nağlını deyil, ölümünü də dedin ay baba, sən də kitablarda fərqsizsən
– ………..
– Daha yaşaya bilmirəm mən, mənə gor qaz ay baba
– Axı, ay oğul o goru sən mənim üçün qazmalısan
– Yox, ay baba sən goru qaz mənim üçün, göy üzünə gedən yol torpağın altından keçir, mən də buna inanıram, sən demədinmi, inansaq başara bilərik. Mən Göy qurşağına getmək istəyirəm, göz yaşlarımı buludlarla siləcəm. Mən gedən bütün sevgililərin saçlarına yağmur olub yağacam
– Oğul, sənin gorunu daha mən qaza bilmərəm, sən Göy qurşağına çoxdan çatmısan -
Doğum gününüz mübarək!
Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb.
2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.
Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.
Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.YASTIQ
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi – düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipək yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına…FUTBOL OYNADIĞIM YADIMDAN ÇIXIB
Yüz yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı.
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan.
İndi unutmuşam,
O günüm, o çağım yadımdan çıxıb.
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən bəriyə nəyim qalıb ki?
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o toplar mənimki deyil,
Dirəklər, dayaqlar mənimki deyil.
Vurulan topların, dəyən daşların
Daha sızıldamır yeri canımda.
Daha yüyürmürəm yıxılanacan,
On il, on beş ilin
təri canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma yıxılanda dizim qanamır,
Amma yıxılanda qolum əzilmir.
Çünki yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan.AĞLA, QAQAŞIM, AĞLA
Sevdaya tutulub bu cavan oğlan,
Oturub ağlayır, durub ağlayır,
Gəzdiyi yolları görmür ayağı.
Ömrün yaşılında, ömrün yazında
Necə ağlamaqdı bu, hönkür-hönkür,
Necə ağlamaqdı məcnunsayağı?!
Bu göz yaşlarından utanma, qardaş –
Ağla, ağlamağa vaxtın tapılmaz,
İndi üzə gülən baxtın tapılmaz.
Hələ oturmusan şahlıq taxtında,
Səni bu taxtdan da düşürəcəklər,
Bir də belə yerin, taxtın tapılmaz.
Hər kişi ömründə bir dəfə yəqin
Bax belə – sənin tək zar-zar ağlayıb.
Aşkarda, gizlində ağlayıb,
İçində, üzündə ağlayıb –
Amma ağlayıb.
İndi yaşamalı sənin halındı,
İndi ağlamalı bizim halımız.
And içsə inanma, desə inanma,
Bir vaxt ağlamışıq bizim hamımız.
İndi də sən ağla,
Ağla, qaqaşım, ağla.
Bu sirrin içində, sehrin içində
Hələ xəbərin yox, ömür gödəkdi.
Bax elə bu həsrət bircə çərəkdi,
Qovuşdun, sevgin də tükənəcəkdir.
Duasan, cadusan başdan ayağa,
Ağlasan, tilsimlər söküləcəkdir.
Ağla, qaqaşım, ağla.
Hələ xəbərin yox bu yer üzündə
Ömür gözləmədi, ömür – dözümdü.
Ömür elə uzun, elə uzundu –
Həsrətlər, sevgilər sığışa bilir,
Həsrətlər, sevgilər yadlaşa bilir.
Bir gün nağıl kimi, ya xəyal kimi,
Adama təzədən yanaşa bilir.
Hələ qarşıdadı qəmin yekəsi,
Hələ qarşıdadı dağ-divar hələ –
Sənə bu sevginin, bu ağlamağın
Gülməli görünən vaxtı var hələ.
Bu ən şirinidi ağlamağların,
Ağla, qaqaşım, ağla.KİMSƏSİZ EV…
Kimsəsiz ev eyvanından bəlli.
Qəlbimdə
boş otaqların
qulaq tutulan səssizliyi –
Üzümdən bəlli sevmədiyim.O YA ƏFSANƏYDİ…
(zarafat)
«Qarşıdan bir sona keçdi»
Bir payız anına gəlmişdi bahar –
Küçələr, səkilər yırğalanırdı.
Bağlı pəncərlər, sakit eyvanlar,
Heyrətli gözlərdə sırğalanırdı –
Ağzını ayırıb baxırdı şəhər.
Qəfil təkərlərin əyləc səsləri,
Karıxan sürücü baxışı – harın.
Küçəni keçməyə çatmaz hünəri –
İşığı yansa da işıqforların.
Bəzəkli maşında əyləşən oğlan,
Bahalı siqnalın «xoruz» buraxar.
Ötəri həvəsi gözündə qalan
Bu bahar səni də yalqız buraxar –
Ağzını ayırıb baxarsan elə.
Boynu əyri bitib yeyin gedənin,
Arxada qalanlar tələsiyirdi.
Küylü uşaqların içində biri
Qonşusu çıxmağa həvəsiyirdi –
Ağzını ayırıb baxırdı şəhər.
İşığa düşmüşdü bir oğlan gözü,
Bilmir yanındakı nə söyləyirdi.
Qolundan yapışan dilavər qızın
Barmağı böyrünü dürtmələyirdi –
Ağzını ayırıb baxırdı oğlan.
Çağrışı boş idi o tumsatanın
Eh, indi o səsi eşidən hanı?
Xəbəri yox idi əsgər oğlanın,
Cibində qalmışdı tum stəkanı,
Ağzını ayırıb baxırdı şəhər.
Elə addımlayır, elə gedirdi –
İşvəli sənəmlər, qəmzəli qızlar
Həsəd aparmırdı, heyrət edirdi.
Çəkdi bir şəhəri o cün çarmıxa,
O ya əfsanəydi, ya da bir tilsim.
Ağzını arayıb söz soruşmağa,
Ağzını ayıra bilmədi heç kim
Ağzını ayırıb baxırdı hamı.QİSAS
Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar.
Gedir, qalmır izi, tozu,
Hər gələn bir yerə yozur,
Adını lap başdan pozub
Lap, lap axıra vururlar.
Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar.QAYIDIR
Yenə nəğmələr qayıdıır, –
Hər sətri səs-səs dirilir,
Damarımda qan tərpənir,
Canımda nəfəs dirilir.
Yadırğadığım o sözlər
Yenə geri dönür bir-bir.
Çoxdan unutduğum hisslər
Gizli-gizli boy göstərir.
Yenə hamıdan gizlicə
Çəkdiyim təlaş qayıdır.
Yenə ürəimə həsrət,
Gözlərimə yaş qayıdır.
Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında.
Yenə uşağa dönürəm
Ömrümün günortasında.
Taledən ən dadlı töhfə,
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür,
Yenə də bahar qayıdır.DÖNDÜM
Səndən qıraqda həyat yox,
Desələr d vardı – döndüm.
Qaçdı ağzımın ləzzəti,
Damağımın dadı, döndüm.
Nə cadular, nə ovsunlar,
Gücləri yox, saxlasınlar.
Məni ən gözəl oyunlar,
Əyləncələr yordu, döndüm.
Bir nəfəs qalmadı canda,
Dörd bölündüm darıxanda –
Qol bir yanda, baş bir anda
Mənəm – məğlub ordu, döndüm.GET
«- Nə olar, qal da bir az
– Burda nə var ki, qalım».
«Sağ ol» demə, vida etmə,
Zamandısa, vaxtdısa, get.
Getməyini gərəkliyi
Qalmağından çoxdusa, get.
Bir mən qalım, bir dərd-sərim
Hədər oldu çəkdiklərim.
Pıçıltıyla dediklərim
Yaddaşından çıxdısa, get.
Qaysaqlanar yenə yaram,
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram –
Soldusa get, sağdısa get.
Bir sözünlə mənalıydı,
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.RUS QARISI
Birdən, söhbət düşdü,
sifətindəki
Alışan, parlayan atəşi gördü.
Çiynində bərq vuran qanadlarını,
Gözündən boylanan Günəşi gördü.
Gördü qəlbindəki bu davanı o,
Duydu uzaqdanca bu havanı o.
Mənim də hər qeylü-qalımı bildi.
Üzümü görmdən halımı bildi.
Bildi ki, ruhumun sənsən yarısı,
Səndən həssas imiş
bir rus qarısı.
***
Sən məni çox istə,
çox sev nə olar
Sən elə istə ki, burda qalmayım
Çəksin maqnit kimi ürəyin məni
Götürüb Sibirin bu şaxtasından
Qızdırsın, isitsin istəyin məni.
Dayana bilməyim,
qala bilməyim
Vəhşi tək darıxıb qaçım yanına
Söyüb bu şaxtaya, soyuğa, qara
Sonra təpik vurub bu şampanlara
Tullanıb da «arxı» qaçım yanına.
Sən mən çox istə,
çox sev nə olar.SAATIM QURULUB SƏNİN VAXTINLA
Saatım qurulub sənin vaxtınla
Mənim günortamdı sənin səhərin
Yerini bilirəm saata baxıb
Harasındasansa qoca şəhərin.
Görürəm yuxudan oyanmağını,
Görürəm yuyunub daranmağını
O rus qarısına çay verməyini,
Evdən çıxmağını, yol getməyini
Mən burda məşğulam
hər addımınla –
Saatım qurulub sənin
vaxtınla.***
Sənsiz qaldım, qəlbimin
Artdı qəmi – darıxdım.
Yanına qayıtmağın
Yetdi dəmi – darıxdım.
İnsafı yox gecənin
Qərib, soyuq gecənin
Oyanaraq gecənin
Bir aləmi – darıxdım.
Yer sıxdı birdən-birə,
Dərd axdı birdən-birə
Darıxdım birdən-birə
Vəhşi kimi darıxdım. -
Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)
(Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr)
Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi.
Bir eşq nağılına qulaq asdı. Bir sazın incə melodiyaları səsləndi qulaqlarında. Anasının laylası, atasının dağdan ağır nəsihəti hər daim onunla idi. “Oğlum, unutma ki, biz Türkük” – deyən bir ananın. “Hər zaman doğru ol, doğruya zaval yoxdur” – deyən atanın sözləri, söhbətləri aldı onu bu günlərə gətirdi.
Türk Türk olalı, bayrağını sevdi. Dalğalanan Türk bayraqları önündə diz çökməsini,öpüb başının üstünə qoymasını bildi. Göy üzü qoşa dalğalanan bayraqlarla bəzənəndə Türkün qürur mənbəyi həmin bayraqlar olur.Göy üzü al bayraqlarla bəzənəndə
Qardaş bayraqlara külək oluram.Göy üzündə dalğalanan qoşa bayraqlara heyran olan, onun uğrunda hətta külək olub əsməyə hazır olan Türk görün övladına nələri tövsiyə edir:
İtkin səhraların tənha balası,
Göylər dağları qarşına gətirməli.
Vətəninə hücumlar olanda
Üfüqlərin Fateh kimi geniş olmalı.Hansı bir ulus, bir millət öz övladına bu qədər dəyərli nəsihətlər edib onu mərdliyə, Mübarizliyə, eyni zamanda haqqa və ədalətə, düşmənə qarşı qılınc kimi sərt, dosta qarşı həlim, yumşaq olmağı öyrədər, göstərin mənə. Göstərə bilməzsiniz, çünki dünya dünya olalı onun məhvərində fırlanan heç bir ulus dünyaya, Tanrıya, onun yaratdıqlarına Türk qədər sayğılı olmayıb. Onu və Onun yaratdıqlarını heç kim Türk qədər sevməyib. Amma heç bir ulus da Türk qədər Onun və yaratdıqlarının hüzuru üçün qılıncını qından sıyırıb qəza etməyib. Qutsal savaşlara qatılmayıb. Fərq etməz bu nədir, Görklü Göy Tanrının yaratdığı hər bir varlıq bu ulus üçün qutsaldır. Şuşada, Cıdır düzündə bitən Xarıbülbül də ola bilər bu, dağlarda əzəməti ilə hamını özünə heyran edən məğrur baxışlı şahin də. Gül də, çiçək, quş da, böcək də, hər şey qutsaldır ona görə. Amma ən əsası onun üçün qutsal olan Ana torpaqdır.
Bura insanlara dayan deyilən yer,
Bir alov məşəlinin min dərd üçün yandığı yer,
Ural – Altay kimi köklü çinarı
Qaşqara kimi uzanan könül gözü
Günəşin sulara təslim olduğu
Küləyin buludları əydiyi yer.Ana torpağı qutsal bilən, ona toxunanın gözlərini oymağa hazır olan Türkün nəzərində bayrağı harda dalğalanırsa, Tanrının nəfəsini hara qədər apara bilibsə, gözü, könlü haranı özünə Vətən sayırsa, ora onun yurdudur, ora onun Vətənidir. Və o, Vətən bildiyi torpaqlara səslənəndə bu cür səslənir:
Ey ürəyimin dalğaları!
Qaf dağı boyda sevdalarım
Həsrətim, vurğun olduğum Xəzərim…
Bilirəm tanıyırsan məni
Balıqlar, qağayılar kimi
Yaxınam sənə;
Dağlar kimi, üfüqlər kimi
Xarıbülbül kimi uzağam sənə…Türkün səbri genişdir. Susub gözləməyi bacarır. Amma intiqamı, qəzəbi və düşmənə qarşı savaşı çox ağır olur. Əslində, bunu bilənlər bilir. Elə ona görə də daim Onun başını qatmağa, xırda – xuruş işlərə müsəllət etməyə çalışırlar. Bilirlər ki, nizami – Aləm onun sancağının asıldığı yerdən başlayır. Çünki anası Türkü bələyəndə, ona baldan şirin laylalar oxuyanda:
Biz Türkük, oğul! Sazı ilə, sözü ilə, inancı ilə…
Bu dağların hər qarşının
Dostluğu da, yarlığı da Türkdür…-deyib ana südü ilə canına, qanına milli – mənəvi dəyərlərini, kimliyini hopdurub, onu özündən uzaqlaşmamağa səsləyib. Çünki, Türk özündən uzaqlaşdıqca əsirə çevrilib. Çünki, Türk özündən uzaqlaşdıqca başı kef – damağa, eyş – işrətə qarışıb, təkrar özünə gəlib toparlanması isə bir çox mətləblərdən uzaq düşməsindən sonra baş verib. Amma, eyni zamanda Türk müharibə istəmir, Türk savaşçı olduğu qədər sülhün tərəfdarıdır. O, bir uşağın gözlərindəki təbəssüm üçün hər şeyi qurban verməyə hazırdır. O, qəlbinin əlacını tapanda bir saniyəsi bir il kimi görünür gözünə. Yəni, nə qədər çılğındırsa, bir o qədər də sevgi doludur.
Varlığı nə qədər gözəl,
Dizə gəldi əbəd, əzəl.
Bir saniyəm ilə bədəl,
Qum saatı doldu bu gün.Bəli, əzəl əbədə yol gedən, hər gördüyünü, hər duyduğunu, hər hissetdiyini könül süzgəcindən keçirib bu günlərə gətirən Türk milləti və onun sevda elçiləri, şairləridir. Qarabağ həsrətimizi, Xarıbülbül nisgilimizi ulus olaraq dünyaya çatdırmağın bir yolu da heç şübhəsiz ki, şeirdir.
Şeir nədir – misra-misra, bənd – bənd həsrətinə doğru çəkilən yol. Elə Anadoludaki Xarıbülbül həsrətli şair Osman Başın Xarıbülbül üçün, Şuşa üçün çəkdiyi yol da Şuşanın, Cıdır düzünün, İsa bulağının özü kimi uğrunda qurban olunası yoldur.Indi bahardayam, yolum Şuşaya
Cıdır düzündə bülbül olacağam…
Xarıbülbülün üstünə qonacağam əvvəlcə,
Düşmənimə şimşək olub çaxacaq
Dostun həsrətinə son qoyacağam…
Bu yol qutsaldır, Osman Baş! Qəzanız mübarək! -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.***
Xəstə baxışların
qaba sızıltılara sürtür özünü,
ürəyinin ritmi pozulur
tez-tez kökdən düşən
piano kimi.
Gözlərin hələ də can verir
yad baxış altda.
Nə vaxtsa
səni istəyənlərin sayı
indi sənə köhnə palaz kimi
baxanların sayı qədər olub
yəqin ki…
Sən də, bir az ayıq ol,
Axsaq, lüt-üryan kölgələrə
rəhm eləmə.
Taleyin heç kimə
yazığı gəlmir.
…Bilirsən,
səni,
bir gün aldadacam deyə
sevmədim…***
İçimin odu qurtarır,
Güc ver da, Xudam, arada.
Bəzən örtük ola bilmir,
Başıma bu dam, arada.Kimdi ki, əzrayıl, kimdi?
Nola, əlimə düşə tək…
Güddüyüm alagöz qızın,
Baxışı sınır şüşətək.Allah da zülümün kəsmir,
Ömür də dada gəlmir ki…
Gedirəm, kölgəm arxamca,
Ya gəlir, ya da gəlmir ki…Adam olmaqdan bezmişəm,
Çiynimdə heybə, gedirəm.
Soruşma, yolun haradır?
Mən artıq Qeybə gedirəm. -
Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər
Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi xidmətini başa vurub. 2007-2011 ci illərdə Qobutan rayon Bəklə kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2011 İldə Anews.az saytında müxbir kimi fəaliyyət göstərib. 2012-ci ildən etibarən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində (ATV) redaktor kimi çalışır.
500-dən çox şeir, 20 hekayə, bir roman müəllifidir. Əsərləri müxtəlif almanaxlarda, qazet və jurnallarda, Elektron dərgilərdə mütamadi olaraq dərc olunub. Bir tərcümə kitabının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ” Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
Dokkuziklim.net ədəbiyyat saytının baş redaktorudur.Ailəlidir. Iki uşaq atasıdır.Bahadur Qobustanın müxtəlif illərdə yazdığı bir neçə şeirini sizə təqdim edirik.
Qaralar bizi dərdilər
Qaralar bizi dərdilər,
Ağ yuyub qara sərdilər
Bizə bir tikə verdilər
Bizim milyon tikəmizdənBağladı qapı-bacalar
Çözülmədi tapmacalar
Qırıldı bap-balacalar
Zərbə gəldi yekəmizdənHərə bir tikə götürdü
Qalnın yekə götürdü
Vətən də ləkə götürdü
Vicdandakı ləkəmizdənBöyümədi adamlar
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi…
Yenə də insan oğlu
Tikana qarğış etdi,
Gülə alqışlar dedi.Beləcə keçdi ömür…
İnsanın atdığı daş
Dəyişdi yavaş-yavaş
Daha da ağır oldu
Böyümədi adamlar
Bitmədi göz yaşları
Yenə quru yer üstə
Elə o yerdən ötrü
Düşdü insan başları.Beləcə bir-birinə
Zənci dedi adamlar
Rus, ingilis, türk dedi
Sığındığı kölgəyə
Güclü dedi admlar.
Biri özünə uca
O biri böyük dedi.
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.Beləcə kölgə oldu
Dünyanın hər bir yanı.
O dedi günəş hanı
Bu dedi ay necoldu
Yenə sevgi qazandı
Yenə dünyadan ötrü ölənlər gülünc oldu
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.Və ən axrıcı dəfə
Yığşdılar adamlar
Məzar üstə əl açıb
Göylərə boylandılar
Allah düşdü yadına
Hər günahkar adamın
Sonra torpaqladılar üstünü yavaş yavaş
Qədirbilməz qonşular
Laqeyid qohum-qardaş
başladılar övgüyə
Biri dedi ay idi
Bir dedi günəş idi
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.O qız desəydi
Görüb onu bircə kərə
Vurulmuşdum birdən-birə…
Bütün aləm ağlasaydı,
Sözünü salmazdım yerə
Gülərdim, o qız desəydi.Çox sevirdim mələyimi,
Puç elədi diləyimi…
Tikə böldüm deməsə də…
İki yerə ürəyimi
Bölərdim, o qız desəydi.Heç kəsə inanmaz idim,
Mən ürəkli qanmaz idim…
Cəhənnəmdə yurd salsaydı,
Yanına yubanmaz idim
Gələrdim, o qız desəydi.İndi ondan təmənna yox,
O qızla bağlı dünya yox..
Sadəcə bir təsəlli tək
Məni sevərdimi ya yox
Bilərdim, o qız desəydi.Bulud var şimşək çaxmayıb,
O su bu arxa axmayıb…
Allahın yazığı gəlib
Şükür, dilindən çıxmayıb
Ölərdim, o qız desəydi.Görünmür
Həyatda çırpışır xeyir ilə şər,
Biri hökm edərkən biri görünmür.
Əzəldən qəribə yaranıb bəşər,
Qəribə dünyanın sirri görünmür.Ömür yollarında mənalar dərin,
Pislər zəpt eyləyib yaxşının yerin,
Mənim gözlərimdə tük seçənlərin,
Gözündə nadanlıq tiri görünmür.Adam var düz deyil heç bir sözündə,
Kiçilib düzlərin itir izində,
Amma nədəndirsə onun gözündə,
Dünyada özündən iri görünmür.Dolanır səhranı şölü dirilər,
Üzmür bu həyatdan əli dirilər,
Yaşayır dünyada ölü dirilər,
Ölərkən yaşayan diri görünmür.Mənasız fikirlər satılır baha,
Insan asi çıxır indi Allaha,
Istərəm dünyadan köçüm mən daha,
Neyləyim bir ümüd yeri görünmür.Gəncə 2002 oktyabr.
Yavaş-yavaş
Yaman dəyişmisən bilmirəm nədən,
Bir zaman eşqimə cavab verdin sən,
Indi gül üzünü alıb duman, çən,
Əllərin buz olub ürəyinsə daş,
Daha ayrılırıq biz yavaş-yavaş.Inciyib küsürsən hər bir sözümdən,
Olmaq istəyirsən uzaq gözümdən,
Məni çıxarırsan niyə özümdən,
Hər gün bir iztirab, hər gün bir təlaş,
Daha ayrılırıq biz yavaş-yavaş.Səni ayrılığa səsləməsəm də,
Ürəyimdə nifrət bəsləməsəm də,
Mən bu ayrılığı istəməsəm də,
Ürəyimdə kədər gözlərimdə yaş,
Daha ayrılırıq biz yavaş-yavaş.Gözümün yaşları sel kimi axır,
gözlər… o gözlər nə məlul baxır,
Ayrılıq qəlbimi yandırıb yaxır,
Bu sevgi məhəbbət olmayaydı kaş,
Daha ayrılırıq biz yavaş-yavaş.Axı niyə
Axı niyə məndən qaçırsan belə,
Yoxsa ki eşqimi yalan bilirsən,
Bəlkə də çoxları kimi sən hələ,
Məni də vəfasız oğlan bilirsən.Ürkək baxışlarla baxırsan hərdən,
Qısqanır gözümü gözünə çoxu,
Səni sevdiyimi soruşma məndən,
Səni sevməyimi gözümdən oxu.Gedirəm deyirsən
Gedirsən, bir addım uzaqlaşdıqca,
Köksümü yerindən qoparırsan sən,
Təmanna ummadın məndən sadəcə,
Vuran ürəyimi aparırsan sən.Baxışın qəlbimdə dönüb dənizə,
Ürək bu dənizdə qəm adlı ada,
Istərəm qovuşaq bir-birimizə,
Sən atlı olmusan, mənsə piyada.Bəlkə alnımıza belə yazılıb,
Bəlkə qismətimiz bu imiş bizim,
Düşüb dərinlikdə yolunu azıb,
Sevgimiz quruyan su imiş bizim.Gedirəm deyirsən dilində ancaq,
Gözlərin başqa cür söz deyir mənə,
Yanır orda ümüd adlı bir çıraq,
Hələ gözlə deyir, döz deyir mənə.Mənimçün nə qədər olmasa asan,
Hələ bu sevgidən alıram qida,
Indi iki yolun ayrıcındasan,
Gəlsən xoş gəlmisən, getsən əlvida.Gərək sevməyəydim
Bir dəfə qoymadın ürəkdən gülüm,
Saxla nəzabını, saxla yadında,
Sən mənə bu boyda dünyada gülüm,
Kiçik çəmən idin, sevgi adında,
Haçan baxsam gördüm çiçəksiz səni,
Gərək sevmıyıydim gərəksiz səni.Tale sevgi adlı şirin barını,
Nə olar aşiqə kal gətirməsə?
Dolanıb boşuna gəzən arını,
Qutuya qoymazlar bal gətirməsə,
Mənsə qarşıladım pətəksiz səni,
Gərək sevməyıydim gərəksiz səni.Keçdi hər dəqiqəm qəmdə, təlaşda,
Getdin özgəsinin baxtına düşdün,
Mən səni sevməzdim indiki yaşda,
Ağlımın kəsməyən vaxtına düşdün,
Tapmışdım arzusuz, diləksiz səni,
Gərək sevməyəytdim gərəksiz səni.Getmisən demirəm geri dön sənə,
Qayıt yaraları dərinə qoy get,
Deyirəm bir dəfə geri dön yenə,
Barı ürəyimi yerinə qoy get,
Mən axı qoymazdım ürəksiz səni,
Gərək sevməyəydim gərəksiz səni -
Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək
Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, bir müddət öncə müəyyən səbəblərdən öz fəaliyyətini dayandırmış “Elimiz.Günümüz” qəzeti sentyabr ayından etibarən, fəaliyyətini bərpa edəcək.
Yazılarının mətbu orqanda dərc olunmasını istəyən yazarlar öz ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını dərc olunmaq üçün aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər:Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, yeddinci mərtəbə.
E-mail : qiymet_549@box.az -
Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)
Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə-
sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə-
nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm,
xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım
budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq düş-
düm.Bir az çərənçilik elədim.Uzun-uzadı müqəddimələrdən elə uşaqlıqdan zəhləm
gedib,istər həyatda olsun,istərsə də hekayədə və ya romanda.
Elə bilmə ki ayrı bir məqsədim var.Yaxud səndən cavab gözləyirəm.Qətiyyən!
Əsla!Heç ağlına belə gətirmə.Bunu özünə dərd eləmə.Heç vaxt istəmərəm ki,sən
dərd çəkəsən,özü də mənə görə.Onu da deyim ki sənin “nə” və “necə” cavab ver-
məyin heç nəyi dəyişməyəcək.Əgər iyirmi il əvvəl-mənim dəliqanlı vaxtlarımda
olsaydı,bəlkə də hər şey başqa cür qurtarardı…Bağışla,filosofluq elədim.
Sadəcə ürəyimi boşaltmaq istədim.Bəlkə bir az yüngülləşim deyə.
Sən o gün ağlamasaydın,heç bu hekayə də yazılmayacaqdı.
…O gün iclas zalı ağzınacan doluydu.Məmmədkərim demiş,iynə atsaydın yerə
düşməzdi.Yeni layihələr müzakirə olunurdu.Sənin də layihən müzakiryə çıxarıl-
mışdı.Heç özündə-sözündə deyildin.Qar kimi ağarmışdın.Layihələr bir-bir mü-
zakirə olunur,əvvəl mütəxəsislər,sonda isə baş direktor öz rəyini bildirirdi.Növbə
sənin layihənə çatdı.Hamının “ifritə” adlandırdığı şöbə müdiri birinci çıxış etdi.
Və sənin layihəni alt-üst elədi.Elə coşdu ki,etika qaydalarını belə- pozdu.Təhqirə
keçdi.
-Rasim müəllim,mən belə işçini bir gün də işdə saxlamazdım.Əgər belə getsə…
-Kifayətdi.Əyləşin! Aman verin başqa yoldaşlar da öz fikirlərini bildirsinlər.
“İfritə” susmağa məcbur oldu.Rasim müəllim üzünü qocaman mühəndis Məm-
Mədkərim müəllimə tutdu:-Sənin fikrin nədir?Məmmədkərim müəllim elə bil
yatmışdı,yuxudan oyandı.Dili topuq vura-vura:-Hə,deməli,deyəsən…bu la…la…
Rasim müəllimin zəhmli sifətinə bir xoş təbəssüm yayıldı.Tarıma çəkilən əsəb-
lər yumşaldı.Hamı bir yüngüllük hiss elədi.Sənin ağarmış üzün birdən birə qıp-
qırmızı oldu.Qısa bir pauza yarandı.
Bir də onda ayıldım ki,ayaq üstəyəm.Səni müdafiə eləyirəm.Özüm özümə mat
qalmışdım.Çünki mən iclaslarda hələm-hələm çıxış eləməzdim.Hələ indi də yadı-
ma sala bilmirəm ki,bu necə baş verdi.Ha fikirləşirəm,bir yana çıxara bilmirəm.
Baş direktor mənim rəyimlə razılaşdı.Xırda-para nöqsanları düzəltmək şərtiy-
lə sənin layihən əsasən qəbul olundu,
İlahi,sən necə sevinirdin.Ucmağa qanadın yoxdu.Gözlərini gözlərimdən çəkmədən gülümsəyirdin.Utanmasaydın bəlkə də yüyürüb məni qucaqlayıb
öpərdin…Heyif ki öpmədin…
İclas başa çatdi.İş saatının sonuna beş dəqiqə qalmışdı.Mən iş stoluma əl gəz-
dirib,aşağı-yeməkxanaya düşdüm ki,heç olmasa bir stəkan çay içim.Yarıyolda
səninlə qarşılaşdım.Daha doğrusu sən qarşımı elə kəsdin ki,aradan çıxmağa macal
tapmadım.Əlini mənə tərəf uzatdın və dedin:
-Çox sağ olun,Hafiz müəllim!Heç bilmirəm Sizə necə təşəkkür edim.
Məni xilas elədiniz.
Əlin əlimi yandırdı.Mənə elə gəldi ki,əlin bax indicə ovcumda əriyib yox
Olacaq.Elə qorxdum ki!Və istədim ki…Bu an sən səssiz-səmirsiz elə ağladın ki!
Bir anda özümü itirdim.Bilmədim neyləyim.Səni necə ovudm.Sifətimin od tutub
Yandığını,Kürəyimdən axan soyuq tərin köynəyimi islatdığını hiss etdim.Əlin
əlimdə ikimiz də donub daşa dönmüşdük.Elə bilirdim bu dördmərtəbəli binada
nə qədər adam varsa,hamısı bizə baxır.Ürəyimdə”Allah-Allah”deyə pıçıldayırdım.
Sən nələrsə danışırdın,ancaq mən heç nə eşitmirdim.Qulaqlarım uğuldayırdı.
…Bəlkə də aradan min il ötdü desəm,yanılmaram.Bəlkə də bir dəqiqə…Yadımda
deyil.Bircə o yadımdadı ki,Sən səssiz-səmirsiz ağlayırdın.Pərişan tellərin üzünə.
Çiyinlərinə dağılmışdı.Nəmli,qıyıq,qara gözlərini gözlərimin içinə zilləyib durmuş-
dun. -
Rüfət AXUNDLU.Yeni şeirlər
* * *
Sevda bizim üçün oyuncağıymış,
Sən demə, oynayıb baş qatırıqmış.
Oynada-oynada bu oyuncağı,
Məcnunun ruhuna daş atırıqmış.Yalanla dolu bir məhəbbət üçün,
Min hiylə, min dona girə bilmişik,
Hələ söylənməyən həqiqət üçün,
Nələri biz qurban verə bilmişik.Nələri itirib, nəyi tapmışıq?
Bunu nə sən bilir, nə mən bilirəm.
Yalan süstlüyündən ayılmamışıq,
Hər yeni günümü dünən bilirəm.Bizə bu sevdadan nə pay düşdü ki?
Ürəyin atəşi söndü günbəgün.
Gözüm gözlərinə çox öyrəşdi ki,
Əsl həqiqəti axtarmaq üçün.Sevda bizim üçün oyuncağıymış,
Sən demə, oynayıb baş qatırıqmış.
Oynada-oynada bu oyuncağı,
Məcnunun ruhuna daş atırıqmış.Görmədimi
Tarixlərdən qopan eşqim,
Yaddaşlara hopan eşqim,
Varlığımı tapan eşqim,
Məni məndə görmədimi?!Xəzan olmuş bağ kimiyəm,
Haqq deyiləm, haqq kimiyəm,
Əyilməyən dağ kimiyəm,
Çəni məndə görmədimi?Yoxdu səndə qayda, qanun,
Dayansam da bəzən susqun,
Dəli deyib, dəli Məcnun,
Ünü məndə görmədimi?Dərd əyləşib dərd üstündə,
Dərdim tarix yeni gündə,
Köhnə Fərhad külüngündə
Yeni məndə, görmədimi?Demə, sənsiz azadmışam,
Səni azad yaşatmışam,
Mən məndə sən yaratmışam,
Səni məndə görmədimi?Gizlənmişəm
Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb,
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.Çöl üzümdə biçim var,
Aralıqda seçim var,
“İki dünya” içim var,
İçimdə gizlənmişəm.Gedirəm
Taleyimdən söz açandan,
Hər gün yeni iz açandan,
Bu dünyaya göz açandan,
Qoymadılar Tam olmağa.Yanır bağrım, yanır niyə?
Ümid qalıb bu taleyə,
Pərvanə yaşasın deyə,
Ürək qaçır şam olmağa.Sözümdə haqq, dilimdə haqq,
Nahaqlara zülümdü haqq,
Əzəmətli ölümdü Haqq,
Hazıram edam olmağa.Əcəl iş-gücünü atıb,
Məni yaman dilə tutub,
Vədə yetib, məqam çatıb,
Gedirəm adam olmağa. -
GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA
Şəfa VƏLİ
(Ruslan Dostəli yaradıcılığı)
Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm elə sirrini açım ki, küsə biləsən… Ummadığından küsməz adam, qardaşım… Və qərara aldım ki, bu gün üçün tanıdığım Ruslandan yazım…
Ruslan ədəbiyyatın o nümayəndəsidir ki, o heç vaxt mövzu axtarmır… Gördüyü, yaşadığı hər nə varsa, onun üçün yeni şeirdi… Elə bil bir çəmənə qədəm basır, orda nə qədər gül var, hamısını eyni cür sevir… Daha bənövşəni hüsnünə, qızılgülü ətrinə, zanbağı məsumluğuna görə seçmir.. Buna görə də onun varlığından süzülən hər söz, hər hərəkət, uşaqlıq ədası da şeir ola bilir…
Yazmasam…Yazmasam, qız, sənə küsmək, incimək,
Sənə şeir yazsam mənə iş düşür…
Yox! Ay xanım… Sənin gözəlliyinə
Şeir düşmür, uzaqbaşı “beş” düşür…Biz “beş”i onda almışıq ki, dərsimizi əzbər bilmişik, misalı düzgün həll etmişik, hər tapşırığı yerli-yerində hazır etmişik… İndi Ruslan bu misralarındaca deyir ki, Tanrının ən gözəl əsəridir bu xanım… Və Tanrı yaratdığı gözəlliklə şair ruhu qarşısında sanki imtahan verir. Axı, şair ruhu elə Tanrının özünə məxsusdur… Deməli, Yaradan öz yaratdığı ilə öz ruhu, eşqi qarşısında özünü sınayır… Və ən gözəl əsəri ilə “beş” alır… Budur, Ruslanın saflığı…
Uşaq məsumluğu… O, qulağına gələn ilahi pıçıltını olduğu kimi barmaqlarının ucuna kimi yaşayır…Barmaqları isə telefonun klaviaturasındakı hərflərə azacıq toxunaraq yeni şeiri bizim hüzurumuzda hazır edir…
Ruslanın elə sözləri var ki, öz aləmində bu kəlmələri elə-belə, vəziyyətə uyğun söyləyir… Və ordaca bitir sanki bu sözlərin sehri.. Yox, qardaşım, yanılırsan… Sənin bir beytin bəsdir ki, pıçıldayam… Və gözlərimi yumub rəngini ayırd edə bilmədiyim hisslərimi kitab kimi oxuyam… Oxuyam…Bu günkü şam yeməyində,
Şamdan başqa heç nə yoxdu…Şam ömrü kimi yaşamırıqmı bütün eşqləri biz?- Yaşayırıq… Və şam yeməyi vaxtı, toran qovuşduğu vaxt daxilimizin çırpıntısını deməyə adam gəzirik… Əlacımız olsa qarşımıza çıxan hər kəsə dərddən söylənərik… Amma, əlacımız yoxdu ki… Ona görə bu söyləntilərimiz ancaq bir-birimizə yetir… Qardaş-bacı ikimizin bir-birimizin misralarında nəyin gizləndiyini anladığımız kimi, yəqin ki, bir evdə yaşadığımız qardaş-bacılarımız bilmir, Ruslan… Duymur… Odur ki, evdə hamıdan gizlətdiyini nə məndən, nə də şeirini oxuyub anlayan qələm adamının heç birindən gizlədə bilməzsən… Məmməd Araz bunu çoxdan deyib bilirsənmi ? –
“Anadan, bacıdan gizlətdiyimi,
Kağızdan-qələmdən gizlətməmişəm”…Sən də şam dərdini demisən bu misralarda… Və sanki bir ömür kitabı yazmısan… Bir də o şeirin var ha…
Sürüdüyüm ömrümün
Sənə kimi eybi yox…Burda yalan demisən… Elə o “sən”ləri ömrümüzə ona görə qatırıq ki, ondan öncəki eyiblərimizə təsəlli tapaq… Hər gələni gülərüzlə qarşılayırıq ki, ağlayaraq yola saldığımızı tez unutdursun bizə… Unutdurmur ki… Unutdurmur…Və onda da məcbur qalırsan ki, tənha skamyanın birində elə tək-tənha oturub içində ağlayasan… Kirpiklərini bir-birinə elə kilidləyəsən ki… “Kişilər ağlamaz”-deyə öyrənmisən axı…
Çiyninə toxunan əldən diksinib ayılanda isə yanında dayanan tanımadığın adamdan soruşasan:Qardaş, sən Allah, deməzsən, Cəhənnəm ha tərəfdədi?!
Budur, bax, tanıdığım Ruslan… Budur, onun “özünü döyməyi”…
Ruhunu ovuclarıyla sıxmağı bacarmasa da yumruqlarını gözlərinə sıxıb ağlamayan Ruslan… Və “o qız”a yazdığın ən səmimi iki misra…Sənə bir şeir yazmışam…
İncimə, səndən qəşəngdi…Sən də məndən incimə, qardaş… İncimə… Burda təsvir etdiyim Ruslan da səndən qəşəng uşaqdı… Ərköyün, şıltaq… Ədalı… Bütün bunları göstəri edən səmimi, kövrək, özünü günahkar saydığı anda ağlamağa hazır balaca Ruslan DOST ALI
-
Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS
AYBƏNİZ
Nigaranam elə səndən,
Danış görüm, həncərisən?
Baxıb durma mənə gendən,
Danış görüm, həncərisən?İLKİN
Mən baxmıram sənə gendən,
Bir saf eşq gözlərəm səndən,
Gəl nigaran qalma məndən
Yaxşıyam, sən həncərisən?AYBƏNİZ
Əllərini üzmə məndən,
Belə kənar gəzmə məndən,
Sən Allah gəl bezmə məndən,
Danış görüm, həncərisən?İLKİN
Əllərini üzən kimdir?
Səndən kənar gəzən kimdir?
Bu sevdadan bezən kimdir?
Yaxşıyam, sən həncərisən?AYBƏNİZ
Mənsiz keçən ildən danış,
Mənsiz bitən güldən danış,
O obadan eldən danış,
Danış görüm, həncərisən?İLKİN
Nə danışım sənə ildən?
Sənsiz əldə solan güldən?
Danışaram oba eldən,
Yaxşıyam, sən həncərisən?AYBƏNİZ
Yollarıma tozmu qonub?
Gözün üstə gözmü qonub?
Dodağına sözmü qonub?
Danış görüm, həncərisən?İLKİN
Yoluma toz qonan deyil,
Gözümə göz qonan deyil,
Dilimə söz qonan deyil,
Yaxşıyam, sən həncərisən?AYBƏNİZ
Qəribsədim, gəldim axı,
Bu hicranı sildim axı,
Bir dillən, din, öldüm axı,
Danış görüm, həncərisən?İLKİN
Gözləyirəm, gəl, gəl daha,
Bu hicranı sil, gəl daha,
Mən sənsizəm bil, gəl daha,
Yaxşıyam, sən həncərisən? -
Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)
Mən Anayam!
Mən Vətənəm!
Gör nə qədər oğul dağı
Verib mənə əzəl düşmən.
Dərbəndimə yas tutmamış
Borçalımı apardılar.
Zəngəzura yas tutmamış,
Bu həsrətə alışamamış
Təbrizimi qopardılar.
Bir yara var ürəyimdə,
Şuşa adlı nazlı gəlin.
Bir acı var ürəyimdə ,
Laçın adlı adlı dağlar qızı.Bu dərdim bu kədərim,
Babəkimin,Koroğlumun
Qeyrətinə yaman dəyib,
Bu ayrılıq,bu həsrətim,
Həcərimin ürəyinə yaman dəyib.
Mən ölmüşəm.
Mən bitmişəm.
Vətənsizlər vətəninə çevrilmişə.
Xocalımın göz yaşları
Buludları parçalayıb.
Kəlbəcərin ah naləsi
Ürəkləri qucaqlayıb.
Itkin balam,
Körpə balam.
Ey,Fizulim!De hardasan?
Düşman ayaqları batıb bağrına.
Ey,bala,
Ey,oğul!
Halın necədi?
Gözlərim qəlbində qalıbdı,Bala!
Mən anayam!
Mən vətənəm!
Mən ürəyi dağlı Vətənəm! -
Fidan ABBASOVA.”Nə qədər oğullar itirdin, Vətən?!” (Yeni şeir)
Nə qədər oğullar itirdin vətən?
sayını artırır düşmən həmləsi
Başın sağ olsun qoy sənin ey Vətən
dilimizdə şüar bu söz kəlməsi…Analar qan tökür göz yaşı deyil
axı bu qanların cavabı yoxmu?
şəhid məzarına hamı baş əyir
o dinclik , uzaqda çoxmu?Mən dözə bilmirəm bu haqsızlığa
gör şəhid anası necə dözəcək
Onlar qovuşacaq bir sonsuzluğa
yenidən dünyaya övlad gələcək.Bir tale yazısı bir vətən dağı
hər gün inlədəcək necə qəlbləri
içində çox övlad şəhid harayı
soyudacaq buz tək isti əlləri… -
Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
ADANA SEVDASI
ADANA’MDAN SELÂM SANA TÜRKİYE’M
Toros güzelleri amber kokuyor,
Adana’mdan selam sana Türkiye’m!
Gönül tezgâhında sevgi dokuyor,
Adana’mdan selam sana Türkiye’m!Bakü petrolünü akıtır Ceyhan,
Ceyhan’a kardeştir eşsizdir Seyhan,
İki kardeş konuk, Çukurova’m han,
Adana’mdan selam sana Türkiye’m!Meşhurdur Kozan’ın mandalinası,
Bucak’ta yetişir meyvenin hası,
Kozan yiğitleri, yiğidin ası,
Adana’mdan selam sana Türkiye’m!Karaisalı’mız merttir, kahraman,
Düşmanı püskürttü, dedirtti aman,
Tertemiz havası, suyu her zaman,
Adana’mdan selam sana Türkiye’m!Güzel ilçelerden biri Karataş,
Taze, leziz balık pişsin olsun aş,
Denizi şahane, bulamazsın taş,
Adana’mdan selam sana Türkiye’m!Yumurtalık dengin var mı dünyada?
Kalesi denizde küçücük ada,
Mavi sular, yeşil orman orada,
Adana’mdan selam sana Türkiye’m!Seyhan ilçemizde hoş olur seyran,
Çukurova’mıza kim olmaz hayran?
Misis’te içilir en güzel ayran,
Adana’mdan selam sana Türkiye’m!Tarih kokar Feke hem Saimbeyli,
Serindir Aladağ ve Tufanbeyli,
Misafirperverler hanımlı beyli,
Adana’mdan selam sana Türkiye’m!Gülek Boğazıyla Şekerpınarı,
Pozantı’dan başlar Tekir’in karı,
Sarıçam ormanlık bal yapar arı,
Adana’mdan selam sana Türkiye’m!Yüreğir ilçesi cennetten bahçe,
Merkez Cami huzur verir gezdikçe,
Ayetler Arapça, dualar Türkçe,
Adana’mdan selam sana Türkiye’m!İmamoğlu, Merkez şehrin incisi,
Adana ülkemin hep birincisi,
Harika gönlümün tek bir incisi,
Adana’mdan selam sana Türkiye’m!8 mart 2009.Adana.
HOŞGÖRÜ
Sevgi köprüsünden geçenler bilir,
Kalpten kalbe giden yoldur hoşgörü.
Dostluk pınarından içenler bilir,
Tadına doyulmaz baldır hoşgörü.Güvercin uçuran mavi semada,
Kubbede kalacak yalnız hoş seda,
Savaşa, kavgaya, kine elveda,
Birlikte, barışta seldir hoşgörü.Ne olursa olsun unvanı, sanı,
Öteki demeden sevmek insanı,
Hayatın en özel, en güzel yanı,
Bülbülce şakıyan dildir hoşgörü.Para, mal mülk, şöhret, güzellik yalan,
Faydalı eserler geride kalan,
Âlemin gamını, derdini alan
Âşığın sazında teldir hoşgörü.Ailede düzen her işin başı,
Anlayışsız olmak gözlerin yaşı,
Sevgi, saygı, huzur temelin taşı,
Yüreklerde açan güldür hoşgörü.Anne- baba evin esas direği,
Büyüklere saygı dinin gereği,
Çocuklara ilgi, sevgi ereği,
Şefkatle okşayan eldir hoşgörü.Vatansever nesil millette inanç,
Sağlam bir aile evlatta güvenç,
Yetişmiş yavrular babada kıvanç,
Yarına uzanan daldır hoşgörü.Allah sevgisinin içten yakışı,
Peygamber yolundan ümmet akışı,
Yavrusunu seven anne bakışı,
Soğuktan koruyan şaldır hoşgörü.Mevlana’dan çağrı: Kim olursan gel,
Yunus’un gönlünden çağlayan bir sel,
Bektaş’tan öğüttür: Dil, el ile bel,
Erenlerden esen yeldir hoşgörü.Güzel hasletlere ulaşan tek tek,
Yetime, öksüze, garibe destek,
Gurbete düşene olmayan köstek,
Gönül mektubunda puldur hoşgörü.Harika, âlemin kahrı çekilmez,
Namerdin suyundan bir tas içilmez,
Onur önem taşır, hiç vazgeçilmez.
Hayatta en güzel haldir hoşgörü.8 aprel 2013.Adana.
-
Esat ERBİL (İrak, Erbil).”Azerbaycan” (Yeni şiir)
Tüm Türk vatanımız birdir bölünmez,
Ağlayanlar gülsün Azerbaycanım,
Turan eller bizim tarih silinmez,
Sevinçle kalp dolsun Azerbaycanım.Bayrağında vardır yeşil kırmızı,
Hep bizleri toplar ayı yıldızı,
Gönül istiyecek arzular sizi,
Sevmeyen ölsün Azerbaycanım.Dokuz İklimin var isterim gezmek,
Serin göllerinde ne hoştur yüzmek,
Tek umudum budur düşmanın ezmek,
Koymam yerin bölsün Azerbaycanım.Azarı dönderin kanımız birdir,
Bu şan şühretini gençlere sürdür,
Düşmanı kahr edin kökünü durdur,
Dost dosta aff kılsın Azerbaycanım.Haydi Turancılar iller bizimdir,
Azer, Irak Türkte hepsi gözümdür,
Birleşme uğruna kesin sözümdür,
Kalpten kini silsin Azerbaycanım.(Esat) hep söyledi hayranam sana,
Canım uğrunadı kurbanam ona,
Karabağ döneydi yanaram anam,
Yeter serbest olsun Azerbaycanım. -
Mayisə ƏSƏDULLAQIZI.”Cənnətə gedəcik” (Yeni şeir)
Hərdən düşürsən yadıma,
Bu vaxtacan çalışaraq qazanılan var-dövləti
həm itirən, peşman olan insan təki,
Üzündəki hər bir çizgin qırış-qırış,
Bilmirəm nəyə görəsə, tale görüşdürdü bizi,
oldun qəlbimin əzizi…
Bu nisgilli, həm alovlu ürəyimin həm söhbəti,
həm də sözü…
Bir xatirə qaldı səndən,
Saxlamışam gözlərimin qarasında,
Sevgi ilə həsrətimin arasında!
Axirətə getsəm belə, ruhum səni arayacaq,tapacaq,
Səhərədək yuxundan getməyəcəm,
Əllərindən tutacam, gözlərindən öpəcəm,
ətrini qoxlayacam!
Ağ atımı səsləyib, tərkinə minəcəyik,
Həsrəti burda qoyub, cənnətə gedəcəyik!!!“Zəfəran ətirli Bakı gecələri” şeirlər kitabı, Bakı-2012
-
Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 33-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur. -
Gülnarə SADİQ.Yeni şeirlər
LALƏM MƏNİM
Bu könül baxçamda,vüsal bağımda,
Nə gözəl açmısan tər Laləm mənim.
Yanan ürəyimdə,solan çağımda,
Solmaz ümidimsən,tər laləm mənim.Qoymaram hüsnünə baxanlar olsun,
Baxıb da,qoxunu alanlar olsun,
Səni eşq oduna salanlar olsun,
Süslənən gülümsən,tər laləm mənim.Sadiqin qələmi hey səndən yazar,
Baxıb camalına yolunu azar,
Loğmansan gəl gör ki,nədir bu azar?
Xəstəyəm,dərmanım sən,laləm mənim.NƏ EDİM MƏN SƏNİ SEVƏ BİLMƏDİM
Sevgidən ürəyi yaralı quşam,
Bağışla sevgini görə bilmədim,
Həsrətdən çatlayan qoca bir daşam
Nə edim mən səni sevə bilmədim.Qara bir gecənin boz səhəriyəm,
Acı bir həsrətin saz dəlisiyəm,
Yad sevdadan qaçağam yol hərisiyəm
Nə edim mən səni sevə bilmədim.Nakam ömrüm tənhalığa alışqan,
Göz yaşına,dərdi-qəmə alışqan,
Bu ruhum ögeyliyə alışqan
Nə edim mən səni sevə bilmədim
.
Söykənib eşqinə yaşamaq olmur,
Sənin ürəyinə sığınmaq olmur,
Qəlbimlə nəfəsinə sarılmaq olmur
Nə edim mən səni sevə bilmədim.Qara taleyimin ağ vərəqləri,
Solğun baharımın tər çiçəkləri,
Çəkib ürəyimdən sən get əlini
Nə edim mən səni sevə bilmədim. -
Gündüz SEVİNDİK.Yeni şeirlər
* * *
Hanı bu bəxtin hakimi?
Oğulsan apar yükümü…
Ömrüm boyu dəniz kimi,
Qabarmışam, çəkilmişəm.Gəldimsə Dərdin xoşuna,
Məni burax özbaşıma –
Anam, bəxtəvər başına,
Böyümüşəm, yekəlmişəm…Səs salma, haldayam, adam,
İçimdən gələn haydayam,
Doğulandan bu boydayam –
Öz əynimə tikilmişəm!…* * *
Bu həyat tanışdı bizə,
Dünya bir qarışdı bizə,
Qızmar yay da qışdı bizə,
Hələ sazağıq, qadası.Təpədən zirvə gözləmə,
Dayanma get…və gözləmə,
Gözləmə, meyvə gözləmə,
Hələ yarpağıq, qadası.Ömür od üstə bişməkdə…
Qəfil dönüb dəyişməkdə,
Dilləşməkdə, deyişməkdə,
Hələ qoçağıq, qadası.İçilməmiş bulağıq biz,
Yazılmamış varağıq biz,
Vallah, hələ uşağıq biz,
Hələ uşağıq, qadası!* * *
Kara gəlməz bu gördüyüm röya da,
Bir balığam, səbr udmuşam dəryada…
Bizdən sonra nə qalacaq dünyada,
Şeirimizdən, türkümüzdən savayı?Bir sevginin qaldı ahı ortada,
Mən adlı bir nökər-şahı ortada…
Nə yaşadıq? Nə var axı ortada –
Tənəmizdən, ərkimizdən savayı?Çılğın könül ülvi eşqin odası,
Nə uzaqmış bu Məhəbbət Adası?…
Mənim üçün bu dünyada, qadası,
Bir kimsə yox, ikimizdən savayı… -
Müsahibimiz gənc yazar İlkin Abbasdı
Müsahibimiz haqqında qısa bilgilər
-Ədəbi-bədii yaradıcılığa neçənci ildə, hansı yazı ilə başlamısınız?
-Əvvəla, çox sağolun ki, məni öz rublikanızda görməyə layiq bildiniz. bunun üçün sizə təşəkkür edirəm.. Ədəbi yaradıcılığa 2008-ci ildə yazdığım “Azərbaycan Dili” adlı şeirlə başlamışam. Əslində ədəbiyyata marağım orta məktəb illərindən başlayıb.
-Son zamanlar dövri mətbuat səhifələrində şeirləriniz dərc olunmur.Bu nə ilə ilgilidi?
-Dövri mətbuat səhifələrində şeirlərimin dərc olunmamasının başlıca səbəbi odur ki, bilirsiz, mən heç bir ittifaqa hələ ki üzv deyiləm.. Çünki həm yaşım gəncdir, həm də özümü hələ ki bu sahədə bir o qədər də professional kimi görmürəm.. Bəlkə elə bir gün gələcək ki, mənim şeirlərimə həmin səhifələrdə tez-tez rast gələcəksiniz…
-Son zaman ədəbi-bədii yaradıcılığınızda yer alan hansı əsərlərə qayıdıb yenidən işləmək istərdiniz?
-Bilirsiz, Kənan müəllim, hər bir yazılan şeir və ya əsər, şair və ya yazıçının düşüncələri, yaşanmış həyat tərzinin ədəbi məhsuludur.. Şeir var 1 ay, şeir var 3 ay və ya daha az və daha çox üzərində işlənməklə möhtəşəm bir əsər kimi oxucuya təqdim olunmalıdır.. Ona görə də özüm boş zaman tapdıqca çatışmazlıqlarımı düzəltməyə çalışıram.
-Yenicə ədəbiyyata ilk addımlarını atan gənc yazarlara məsləhətiniz nə olacaq?
-Yenicə ədəbiyyata ilk addımlarını atan gənclərə demək istərdim ki, yazsınlar, yaratsınlar.. Ağızlarından çıxan sözü, beyinlərinə gələn şeiri uca tutsunlar.. Həmçinin də özüm Bir gənc olaraq.. Böyük klassiklərimiz var ki, hansı ki Azərbaycan Ədəbiyyatının belə desək, “Şah Damarları”dır… Bunlardan Bəxtiyar Vahabzadə, Səməd Vurgun, Mikayıl Müşviq və digər klassiklərimizi göstərmək olar… Amma sırf gənc olaraq bir çox istedadlı gündəmdə olan şairlərimiz var ki, bunlardan Pərviz Arif, Amil Növrəs, Azər Nəsibli, Roma Xosrov, Xəzər Süleymanlı, Nüsrət Həsən, Seymur Əhmədzadə, Fidan Abbasova kimi gənc istedadları göstərmək olar.
-Qarşıdakı yeniliklər dedikdə, şeirdir də, düşüncənə gəlir, yazırsan.. Amma istəyirəm böyük bir Poema yazam ki, o da hazır olan kimi oxuculara və sizə təqdim olunacaq.. Hələlik sürpriz qalsın..-Qarşıdakı günlərdə öz oxucularınızı hansı yeniliklər ilə sevindirəcəksiziniz?
-Qarşıdakı yeniliklər dedikdə, şeirdir də, düşüncənə gəlir, yazırsan.. Amma istəyirəm böyük bir Poema yazam ki, o da hazır olan kimi oxuculara və sizə təqdim olunacaq.. Hələlik sürpriz qalsın..
-Ulu Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?
-Ulu Tanrıdan Azərbaycan xalqına əmin-amanlıq, sülh, müharibəsiz şərait, işğal altında olan torpaqlarımızın tez bir zamanda qayıtmasını arzu edərdim.
-Sonda hansı şeirlərinizi əziz oxucularımıza ərmağan etmək istərdiniz?
-Oxuculara isə demək olar ki, ən sevilən şeirimi təqdim edərdim.
Dönən deyiləm
Elə bir od qoydun qəlbimə mənim,
Diz çöküb yalvarsan, gələn deyiləm.
Məni tənha qoyub getdin, vəfasız,
Bir daha mən sənə dönən deyiləm.Xeyri yox dərya tək göz yaşı töksən,
Min bir məhəbbəti qəlbimə əksən,
Sən daxildə şeytan, üzdə mələksən,
Bir daha mən sənə dönən deyiləm.Qəlbim dərdlər ilə baş alıb gedib,
Gülən gözlərimi yaş alıb gedib,
İçimdən o sevgin boşalıb gedib,
Bir daha mən sənə dönən deyiləm.Bir zaman sən idin mənə vəfadar,
Gülürdü hər zaman bizə rüzigar
Nə sən günahkar ol, nə mən günahkar,
Bir daha mən sənə dönən deyiləmSilinsin qəlbindən məhəbbət izi,
İnan ki bu yolun tək budur düzü,
Daha tanımayaq bir-birimizi,
Bir daha mən sənə dönən deyiləm,
Dönən deyiləm… -
Bahadur ƏLİZADƏ.”Qara paltarlı qadın” (Hekayə)
(Ramiz Rövşənin eyniadlı şeirindən ilhamlanaraq)
2020-ci ilin yay ayı idi. Hər kəsin işlədiyi və pul qazanmaq üçün başı qarışdığı bir dövr idi. Hələ indiyədək Bakını bu qədər insanla dolu görmək mümkün olmamışdı. Mühəndislərə daha çox ehtiyac duyulan bir dövrdə yaşayan Zakir iş baxımından korluq çəkmirdi. Zakirin ailəsi rayonda qalırdı . Həftə sonu olduğu üçün ailəsinə dəyməyə fürsət düşmüşdü. Zakir avtobusla şəhərin istisindən , maşınlardan çıxan qazın iyindən elə təzəcə qurtulmuşdu ki, telefonuna zəng gəldi.
-Alo, eşidirəm.
-Zakir, sənsən?
-Hə.
-Ayə, muştuluğumu ver. Oğlun olub.
-Muştuluğun məndədir. Ay səni xoş xəbər olasan ,Ziya.
-Zakir, oğlunun adını nə qoyacaqsan ?
-Ayə, bir səbr elə görüm. Qoy, bir kəndə çatım, anamın rizasını alım.
-Kimin adını qoyacaqsan?
-Əlbəttə ki, Səfərin.
-Allah Səfərə rəhmət eləsin. Həm yaxşı dost idi , həm də yaxşı silahdaş. Hansısa bir avaranın ucbatından öldü. Nə deyim?! Xeyirlisi olsun, adı ilə böyüsün, amma bəxti əmisinə oxşamasın.
-Çox sağol, Ziya. Kəndə çatım bir qonaqlıq məndən sənə borc olsun. Anam yanındadı?
-Yox. Mənim işim çıxdı qayıdıram.
-Nə olub?
-Nəysə sonra danışarıq. Yol gəlirsən. Çatarsan rahat danışarıq.
-Oldu.
Telefonu sağ cibinə qoymaq istəyirdi ki, yenə telefonuna zəng gəldi. Telefonun ekranında Etibar yazılmışdı. Zakirin Etibardan çox da xoşu gəlmirdi. Hələ uşaqlıq illərindən Səfərlə bir sinifdə oxuyan Etibar ağzında sözü bişirməmiş, düşünmədən cavab verirdi. Onun bu hərəkətinə görə bir neçə dəfə döyülməsinə baxmayaraq , hələ də dediyindən qalmırdı. Sözü yerli-yersiz deyirdi. Etibarın adını görən kimi Zakir üzünü turşutdu. Bir səfərində Etibar hamıdan qabaq bildiyi xəbəri dərsə gecikəndə otağa daxil olan kimi sinif yoldaşı Zivərə atasının öldüyünü qəfl deyəndə qızın ürəyi getmişdi. Hamı el arasında onun adını nəhs Etibar deyə adlandırır. Zakir telefona cavab verdi:
-Alo, eşidirəm.
-Zakir, mənəm Etibar.
-Etibar, səndən nə əcəb? Necəsən?
-Yaxşıyam. Çox sağol. Zəng vurdum təbrik edəm.
-Sən hardan bilirsən? Səndən çıxmayan iş. Həmişə muştuluqçu olasan . Çox sağol.
-İndicə, Ziya bura gələcək. O, xəbər verdi.
-Hardasan ki, indi?
-Səngərdəyəm. Deyəsən vəziyyət getdikcə pisləşir belə getsə müharibə başlayacaq.
Bir qədər sükuta gedib yenə dilinin altında nəhs Etibar deyib sözünə davam etdi:
-Müharibə olsa biz kasıb-kusub yenə pis günə qalacıq. Allah köməyiniz olsun. Bəlkə vəziyyət düzələr.
-İnşallah. Dua edirik ki, belə olmasın çünki Qarabağ müharibəsindən sonra bizim ehtiyatımız xeyli azalıb. Gərək bir müddət keçsin.Bunlar məğlub olmağı hələ də qəbul edə bilmirlər. Nəysə sən işində ol bir daha təbrik edirəm.
Bir qədər kobud görünsə də Zakir bu xəbərdən sonra fikirli halda sağollaşmadan zəngi bitirdi. Telefonunu cibinə qoyanda saatın 4 olduğunu görən Zakir öz oturacağını arxaya çəkib yatmaq istədi , amma düşüncələr onu yatmağa qoymurdu. Müharibə təzəlikcə bitmişdi. Qardaşı 4 il əvvəl müharibədə göstərdiyi qəhrəmanlıqdan sonra, yaşamağın nə olduğunu bilməyən gəncin içkili vəziyyətdə yola çıxması ilə yaratdığı yol qəzasında vəfat etmişdi. Bəlkə müharibədə şəhid olsaydı daha qürur verici olardı. Bu müharibənin vurduğu zərbələrdən sonra ailə həyatı quran Zakir, gələcək günlərin daha yaxşı olacağı düşüncəsiylə yaşayırdı. İndi gələn iki telefon zəngi ona həm xoş , həm də pis xəbəri gətirmişdi. Artıq oğlunun olması sevinci unudulmuşdu , yerini isə qaşqabaqlı bir üz ifadəsi almışdı.Onsuz da ailəsinə o qədər də düşgün deyil.Axı anasının istədiyi qızla evlənmişdi. İndi onu yalnız müharibə maraqlandırırdı. Birdən müharibə başlasa ,ailəsini qoyub getsə, birdən müharibədə şəhid olsa ailəsinə kim baxacaq? İndiki zamanda onsuz da şəhid ailələri çoxdur .Dövlət isə heç bir maliyyə ayırmır. Ölkə müharibədən təzə çıxıb, neft isə qurtarmaq üzrədir. İkinci müharibə olsa dövlət parçalana bilər. Ən azı bir 10 il lazımdır ki, dövlət özünə gəlsin. Ölkədə bir dənə də olsun varlı qalmamışdı. Pulu olan müharibədən əvvəl qaçıb getmişdi. Tək-tükü qalmışdı. O da ki, pulunu xalqa və əsgərlərə xərcləyib kasıblamışdı. Müharibə sanki bir ələk idi. Ələkdən çoxları keçməmişdi. Bunlara rüşvətxorlar və ziyalılar daxil idi. Rüşvətxorlar artıq burda yaşamağın çətin olduğunu görüb qonşu ölkələrə qaçmışdılar. Ziyalıları isə müharibə zamanı şəhid olmuşdular. Ölkənin vəziyyəti ağır olsa da hər kəsdə bir ümid var idi. Çünki Qarabağ alınandan sonra hər kəsə bir güc,qüvvə gəlmişdi. Hamı çalışıb vuruşurdu ki, həyat şəraitləri düzəlsin. Müharibə zamanı dondurmadı , əksinə hər şeyi geriyə atdı…
Zakir fikirli-fikirli kəndə çatdı. Bir dəstə gül alıb xəstəxanaya getdi .Əvvəllər muştuluq kimi pul verərdilər, amma indi pul çətin məsələ idi. Bir dənə gül qapıda duran qadına, bir gül həkimə, bir gül anasına, bir gül də yoldaşına verdi. Həkimə gül verərkən təəssüflə dedi:
-Səkinə xanım, üzürlü hesab edin. Pulum ancaq buna çatdı.
-Ay oğlum, o nə sözdü? Hamımız bir-birimizi başa düşürük. Müharibə olub , oğullar gedib.
Səkinə xalanın gözləri doldu. O, öz oğlunu ikinci Qarabağ müharibəsində itirmişdi. Səsi titrəyə-titrəyə davam elədi:
-Vətən sağ olsun. Mən öz oğlum Vüqarı itirmişəm.
-Allah köməyiniz olsun , Səkinə xanım. Allah sizə uzun ömür versin. Mənim qardaşım müharibədən qayıtdı , amma yol qəzasında öldü. Siz xoşbəxt insansınız ki, oğlunuz vətən uğrunda şəhid olub.
-Düzdü ,oğlum. Allah ölənlərə rəhmət eləsin. Sözüm ondadı ki, burda olan bütün uşaqlar mənim övladımdı. Həm də mənim borcumdu. Çox sağol desəydin belə bəs edərdi.
-Səkinə xanım, çox sağolun. Mən gedim.
-Ged oğlum, bir daha təbrik eliyirəm.
Zakir qapını örtəndə ürəkdən bir ah çəkdi. Anası Dilarə Zakiri görən kimi dedi:
-Ahın dağlara , oğul , nə olub , a bala ?
-Heç nə .
-Düzünü de görüm. Uşağın nəsə xəstəliyi var?
-Şükür elə bir xəstəliyi yoxdu. Xəstə olan mənəm.
-Nə? Nə xəstəsi?
-Dəli olacam, ana. Ürəyim partlayır.
-Niyə? İşlərin yaxşı getmir?
-Min şükür. İndiki zamanda hər adamın işi olmaya-olmaya mənim işim var. Dərd böyük dərddir , ana .
-Ay zalım balası, bir sözünü de, dərdini de, bəlkə çarəsini tapdıq. Niyə uzadıb məni dərdə salırsan?
-Eh ana.
Zakir bir dəfə də ürəkdən ah çəkdi. Dilarə yenə əl çəkmədi:
-Ay bala, Zakir, istiyirsən ürəyim partdasın ölüm?!
-Müharibə təzə qurtarıb. Yaramız təzə-təzə köz bağlıyır. Bir yandan yenə bu məsələ.
-Nə məsələ?
Dilarə özünü göydən buraxıb stula oturdu. Dilarə titrəyə-titrəyə:
-Ay Allah, mənə yazığın gəlsin. Ay bala , deməki müharibədir.
-Ana , özüvə gəl . Hələ heç nə olmuyub. Etibar xəbər verib ki, bəs səngərdə vəziyyət pisdir. Belə getsə başlıya bilər.
-Birdən başlasa?
-Başlasa daha qardaşım kimi olmaya bilər. Qayıtmaya bilərəm.
Dilarə əli ilə ağzını tutub ağlamağa başladı. Dilarə əslində möhkəm qadın idi. Çünki həyat yoldaşını uşaqlar kiçik yaşda olarkən itirmişdi. Oğlu Səfəri isə müharibəyə yollayanda zərrə ağlamamışdı. Səfərə demişdi ki: “Get, oğlum, get. Amma Qarabağsız qayıtma”.
Dilarə məcburi köçkün idi. O, vəhşilikləri gözü ilə görmüşdü. Atasını, anasını düz iki il tapa bilməmişdi. Ancaq iki ildən sonra , Bakıdakı qaçqın və məcburi köçkünlər düşərgəsində tapmışdı. Hər ikisi sağ idi. Amma o bu dəfə həyatın ona verdiyi yükü daşıya bilməzdi.
Zakir astadan və bir qədər əsəbi:
-Ay ana, ay ana. Ağlama da. İndi sözdü də. Mənim bu xoş günümdə niyə qanqaraçılıq edirsən?!
-Yaxşı , yaxşı.
-Mən gedirəm Zərifənin yanına. Bu söhbəti orda açma ha.
-Yaxşı.
Dilarə gözünün yaşını silib ayağa durdu. Dağılmış saçına əl gəzdirib otağa doğru keçdi.
Zərifə adamın üstünə gələn xəstəxana divarlarına gözünü zilləyib uzanmışdı. Zakir otağa daxil olanda Zərifə bir anda öz fikrini cəmlədi. Özünü çox qəribə hiss edirdi. Sanki harda olduğunu kim olduğunu bilmirdi. Zakir sükutu pozub Zərifənin halını soruşdu:
-Zərifə , həkim dedi ki, sabah səhər evə gedə bilərsən.
-Halım yoxdu.
-Nəsə olub?
-Zakir yuxu görmüşəm. Yuxuda bir qadın mənə :”Qara günlər səni gözləyir”,-dedi.
Zakir təəccübünü gizlədib cavab verdi:
-Sən də ki yuxudu da.
Dilarə tez bir şəkildə qapını açıb otağdan çıxdı. Qapıdan çıxan kimi Dilarə ağlamağa başladı. Zakirlə Zərifə içəridə söhbət edirdi. Yarım saatdan sonra içəridən Zakirin qışqırığı eşidildi. Zakir qapını açıb bir daha qışqırdı:
-Ay həkim, həkim çağırın.
-Nə olub ,ay bala?
Zakir həkim çağırmağa qaçdı. Dilarə tez özünü otağa atdı. Zərifə çarpayısı qan içində uzanmışdı. Taqətsiz vücuduyla Dilarəni çağırdı. Dilarə ağlıyıb dedi:
-Qızım , bu nə işdir gəldi başımıza?! Narahat olma indi həkimlər gəlir.
-Yox gecdi, ana,yaxın gəl.
-Ay qızım , o nə sözdü. Bəsdi özünə gəl. Sənə heç nə olmayacaq.
-Gecdi. Oğlumu sənə tapşırıram,ana.
-Ay qız özünə gəl. Oğlunu elə özün böyüdəcəksən ,Zərifə .
Dilarə qışqıra-qışqıra Zərifəni şillələdi:
-Zərifə, Zərifə, Zərifə.
Zakir həkimlə içəri daxil olanda artıq Zərifə keçinmişdi. Bəli, keçinmişdi. O, həyatının ən gözəl çağında , yəni ana olarkən keçinmişdi. Hələ heç körpəni belə qucağına ala bilməmişdi. Həkim nəbzini yoxlayub keçindiyini təsdiqlədi. Zakir yumruğunu divara vurub ağlamağa başladı. Zakir qabağına çıxan hər şeyi sındırmağa çalışırdı. Həkimlərdən biri ona keyidici iynə vurub onu yerə sərdi.
Zərifə yetimlər evində böyümüşdü. Dilarə isə yetimlər evində çalışan müəllimlərdən biri idi. Zərifəni də özü bəyənib evinə gəlin gətirmişdi. Zərifə ailə qayğısını Dilarədən gördüyünə görə qayınanasına ana deyirdi. Dilarə dayanmadan ağlayırdı:
-Zərifə, ay Zərifə, anan ölsün. Məni bu əzabda qoyub hara getdin? Yetim balam mənim, ay Zərifə. Ay Allah, niyə yazığın gəlmədi bu körpəyə ? Niyə anasız qoydun? Niyə?
Zərifənin adını Dilarə xanım qoymuşdu. Hər zaman ona baxarkən “Sehirli Xalat” filmindəki Zərifə obrazı yadına düşürdü. Zərifə də Dilarənin xahişi ilə öz adını dəyişdirmişdi. Zərifənin əsl adı heç özünün də yadında deyildi. Çünki hamı ona Xətərin qızı deyirdi.” Heç bu adda qadınmı olar ?” – deyə Dilarə demişdi. Zərifə qanaxmadan dünyasını dəyişdi. Yuxusunda deyilən sözlər Dilarənin ürəyindən gələnlərlə üst-üstə düşdüyündən Dilarə qara günlərin onu gözlədiyini hesab edirdi. Zərifəni torpağa tapşırmaq üçün bütün dost-tanış yığışmışdı. Zərifəylə bir uşaqlar evində böyüyən qızlar da onunla vidalaşmağa gəlmişdilər. Dilarə isə saçlarını yolub özünü ağlar günə qoyurdu. Artıq vaxt yetişmişdi. Zərifənin tabutu evdən çıxarılmalıydı. Dilarə qapıdan hər qolundan girib ona dəstəy verən qadınların köməyi ilə çölə çıxdı. Ağlamaqdan ayaq üstdə dayanmağa belə taqəti qalmamışdı. Dilarə tabutun arxasıyca dedi:
-Qızım Zərifə, Səfərə oğlum Səfərə salam apar məndən. Deki gözləsinlər gələcəm.
Bayaqdan qadınların gözündə qurumuş göz yaşı yenə axar sular kimi tökülməyə başladı. Hamı ağladı. Zakir də dayana bilmədi gözündən yaşlar axa-axa tabutu daşıdı. Bir qadın bu qədərmi bədbəxt ola bilər. Özü yetim oldu , övladını da yetim qoydu. Kənd dərdin içində boğulurdu. Zərifəyə görə bir il qızlar toy etmədi, gəlin getmədilər. Hamı yas saxladı …
Səhər saat altıydı ki, telefonun xəbərdarlıq zəngi çalındı. Zəfər gözlərini açıb cəld yerindən qalxdı və hamama keçib əl-üzünü yudu. Mətbəxə keçib nənəsinin dünəndən bişirdiyi dolmadan yeməyə başladı. Dilarə çaydanı qazın üstünə qoyanda əvvəl dilinin altında donquldandı sonra səs tonunu qaldırıb dedi:
-Ay bala, nə qədər deyərlər bir adama ki, soyuq dolmanı yemə. Qızdır sonra ye. Özü də səhər-səhər bu nədi yeyirsən. Aç orda şor var,göyərti,pomidor,bal var. Dünən qonşu Rəhimənin gətirdiyi nehrə yağı var. Yemə dolmanı. Qoy günorta gəlib yeyərsən.
-Eee ay ana, çörək də yoxdu onsuz. Bir təhər özümü doydururam.
-Ay bala, çörək yoxdu lavaş var. Özü də axşamnan bişirmişəm. Ye də . Ayrı vaxt elə yeyirsən. İndi nə oldu qudurdun?
-Ay Allah. Mən nə dedim ki, xəbərim yoxuydu.
-Lap yaxşı bilirdin. Özün istəmişdin. Mən də gecə saat 1 də bişirib yatmışam.
-Bütün günümü burnumdan gətirdin. Heç nə yemirəm. Zəhər elədin.
-Zəhər yeyəsən elə. Səni böyütmək yerinə gərək səni öldürərdim.
-Mən gedirəm məktəbə. Görüm bu qiymətlərimlə neynirəm.
-Cəhənnəmə get. Sənə bu qədər əziyyət çəkdim. Axır gedib qoşuldun bu avaralara. Camaatın oğlu gedib oxuyur, iş sahibi olur.Sonra köçüb xaricdə işləyir , anasını da gətirir yanına. Sən də qalmısan bu xarabada. Sabah müharibə olsa gedib elə orda öləcəysən.
-Əvvəla sənin oğlun oxuyub neyniyib?! Sən hələ də burdasan . İkincisi də bayaqdan demirdin ölüm. Mən də gedib ölərəm. Heç olmasa şəhid olaram.
-Atan müharibə vaxtına düşüb. Az qala gözümü çıxardıb ovcuma vermək istiyirsən sabah gedib vətəni necə qoruyacaqsan ?!
-Günümü zəhər elə sonra da məni borclu çıxar. Heç eybi yox gedib ölərəm, onda bilərsən.
-Get öl, sən ölən günü bayram eləməsəm mən öz atamın qızı deyiləm.
Zəfər geyinib tez-tələsik evdən çıxdı. Zəfərin 17 yaşı var və bu 17 il içində Dilarəni çox incitmişdi. Hər zaman qəlbini qırırdı və çox vaxt da özünü günahkar hesab etmirdi. Hər il məktəbdə nəsə bir şuluqluq edir və danlanırdı . Amma heç bir töhmət onun vecinə belə deyildi. Məktəbdən dəfələrlə qovulmasına baxmayaraq , Dilarə gedib məktəb direktoruna üzrxahlıq edirdi. Dilarə Zərifə öləndən sonra Zəfəri böyütməyə söz vermişdi. Zakir anasından razılıq alıb oğlunun adını Səfər qoymaq istədi , ancaq Dilarə icazə vermədi. Dilarə Səfər adını bir daha dilinə gətirə bilməyəcəyini dedi. Onun əvəzində Zakir doğulmamışdan öncə onun qardaşı Səfərin adına uyğun fikirləşdikləri Zəfər adını verdilər. Amma bu Zəfər nənəsi Dilarəni çox incidirdi. Atası Zakir isə Bakıda işləyib hər ay onlara pul yollayırdı. Zakirin gözlədiyi müharibə başlamadı, amma vəziyyət gərgin olaraq qalırdı. Hər il şəhidlərin çox olmasına baxmayaraq , ordu əvvəlkindən qat-qat daha yaxşıydı. Artıq Azərbaycanın böyük məsələsi Qarabağı həll etmiş və növbə Güney-Azərbaycana çatmışdı. Əlbəttə ki, bu hələ xülyadır. İranla müharibəyə başlamaq böyük bir cəfəngiyyatdan başqa bir şey deyil.
Zəfər öz yaşıdlarından fərqli olaraq bu il məktəbi bitirə bilmədi və hərbi komissarlıqdan bildirişin gəlməyinə az qalmışdı. Dilarə öz qorxusuyla qarşılaşmaq istəmirdi. Zəfəri əsgər yollamaq istəmirdi, amma nə çarə o da getməliydi. Dilarə Zəfəri itirəcəyindən qorxurdu. Gözü üstündə saxladığı bu həddini aşmış nəvəsinin hərəkətlərindən nə qədər acığı gəlsə də onu bir o qədər də sevirdi. Oğlu kimi böyütməsinə baxmayaraq , Zəfərin çox pis vərdişləri var idi. Bu vərdişlərin onun ana tərəfdən nənəsi olan dilənçi Xətərdən keçdiyini düşünürdü. Xətərin dilənçi olmasına səbəb oğruluqla məşğul olub dəfələrlə tutulması olmuşdu. Daha sonra evinə belə buraxılmayan bu qadın küçələrdə dilənçilik etməyə başlamışdı . Xətərin qızı isə kimin qızı olduğu bilinmirdi. Dedi- qodulara görə o qız uşağını hələ Bakıda dilənçilik edərkən başqa bir dilənçidən oğurlamışdı. Təzə verilən əmrə görə Bakı bütün dilənçilərdən təmizlənməliydi. Bu ərəfə də qarışıqlıq düşdü və Xətər də qızı götürüb qaçdı. Bakıdan çıxarılan dilənçilər qatarlarla rayonlara göndərildi . Xətər gəldiyi rayonda da oğurluq etmiş , ad çıxarmışdı. Qızına görə heç kim ona heç nə demir , uşağa xətir günahından keçirdilər. Xətər də qızı buna görə yanından ayırmırdı. Rayonda bir neçə şikayətdən sonra uşağı Xətərdən alıb uşaqlar evinə verdilər. Xətər özü də tez bir şəkildə rayondan qaçmağa məcbur oldu. Dilarə də həmin uşaqlar evində işləyirdi. Xətərin qızı gözəl olsa da oxumaq və yazmaq bilmirdi. Ancaq dilənçilik etməyi bacaran bu qıza təlim-tərbiyə öyrədib ona gözəl bir gələcək bəxş etdi. O gələcək ki, puç oldu.Hələ indiyə qədər Zərifənin öldüyü gün otaqda nələrin baş verdiyi bilinmir. Zakir nə isə gizlədirdi. Zərifənin ölüm səbəbini Zakir və başqa bir şəxs daha bilirdi, amma bu şəxs Dilarə deyildi. Dilarə sanki illərin dərdini öz tellərində , qırışlarında saxlamışdı. Dilarənin böyütdüyü Zəfər dəfələrlə oğurluq etmişdi , amma yaşı çatmadığı üçün bəzən də Dilarənin və rəhmətlik anası Zərifənin xətrinə keçmişdilər. Dilarənin gözünün yaşı qurumaq bilmirdi. Zəfərin verdiyi dərdlər, bəlalar onun həyatından illəri bir təqvim kimi qoparırdı. Dilarə artıq işləyəcək halda deyildi. Təzyiq onu hər zaman narahat edirdi. Yüksək təzyiq və ürək tutmaları ona həyatın astanasında olduğunu xatırladırdı. Ürəyində fikirləşməklə içi-içini yeyirdi. Fikri-zikri Zəfərdə idi. Öz oğulları Zakir və Səfərdə heç bu qədər əziyyət çəkməmişdi. Sanki həyat onu əzab çəkmək üçün bu dünyaya gətirmişdi…
Səhər Dilarə çörək almaq üçün çıxanda küçə qapısına ilişdirilmiş zərf gördü.Zərf əsgərliyə çağırış vərəqəsiydi. Dilarə gözünün yaşını tökə-tökə evə qayıtdı.Zəfər yuxudan təzəcə durmuşdu. Dilarəni görüb dedi:
-Nə olub ? Niyə ağlayırsan?
-Gəlib .
-Nə gəlib?
-Vərəqə gəlib.Komisarlıqdan
Zəfər bir an duruxub dedi:
-Buna görə ağlayırsan? Ver baxım görüm hara düşmüşəm?
-Sənə nə var ki.
-Ön cəbhə?
-Hə, ay anası ölmüş.
-Hmm özü də sabah.
-Ay bala , telefonu ver görüm.
-Kimə zəng vurursan?
-Zakirə zəng vururam. Qoy bu gün axşama çatdırsın özünü.
Zəfər nömrəni yığıb telefonu nənəsinə verdi.Zakir yoldaydı işə çatmağına az qalmışdı ki, telefonu zəng çaldı. Telefonu götürdü:
-Salam necəsən ,oğlum ?
-Mənəm , ay Zakir.
-Nə olub ana? Niyə ağlıyırsan? Yenə Zəfər nəsə şuluqluq eləyib? Bu dəfə gəlib onu təpiyimin altına salacam.
-Yox.Kaş şuluqluq eliyəydi. Əsgərlikdən çağırış gəlib.
-Buna görə ağlayırsan?
-Niyə də ağlamayım?! Sənə nə var ki, oğlunu ayda ildə bir dəfə görürsən. Mən bütün günü burdayam bu zalımnan bir yerdə. Öz övladım kimi böyütmüşəm. İndi də bu məsələ. Özü də ön cəbhəyə düşüb.
-Off . Ana, yaxşı bir azdan icazə alıb çıxıb gəlirəm rayona.
-Gəl tez gəl.
-Yaxşı
Zakir bütün əhvalı sönmüş vəziyyətdə işdən çıxıb avtovağzala yollandı. Zakir Zərifə öləndən sonra sevdiyi qız ilə Bakıda ailə qurmuşdu. Oğlu Zəfər isə bir o qədər də onu maraqlandırmırdı. Hər ay müəyyən məbləğ rayona pul göndərirdi. Yol boyu anasını fikirləşdi. Anası bir il tək-tənha rayonda necə qalacağını düşündü. Axırda qərara gəldi ki, anasını bir illik Bakıya gətirsin. Sonra yavaş-yavaş onu bir dəfəlik Bakıya köçməyə razı salar. Zəfər əsgərlikdən qayıdandan sonra ona Bakıda iş tapar, birlikdə yaşayarlar. Gələcək haqqında düşünmək az da olsa onun əhvalını düzəltdi. Bu düşüncələrdən yorulan Zakir bütün yolu yatdı…
Səhər açılan kimi Dilarə yuxudan durub Zakiri və Zəfəri oyatdı. Səhər yeməyində belə Dilarə ağlayırdı. Bu isə Zəfərin əsəblərinə toxunurdu. Öncəbhəyə düşmək heç onun ürəyincə olmamışdı. Dilarə dəsmalı götürüb gözünün yaşını silib Zəfərdən soruşdu:
-Zəfər ,hər şeyi götürmüsən? İsti corablar , şərf qoymuşdum onu götürdün?
-Hə götürdüm.
-Yaxşı-yaxşı bax sonra yadından çıxar.
-Sən yenə başladın ağlamağa. Bəsdi də mən yol gedəcəm sən elə hey dayanmadan ağlayırsan.
-Sənə nə var demək asandı. Anana söz vermişəm ki, səni boya-başa çatdıracam.
-Mən böyümüşəm də.
-Yox hələ bir böyümüsən. Nə yaşın var ki? Sənin yaşıdların universitetdə oxuyur.
-Mən belə adamam. Oxumağnan aram yoxdur.
Zakir əsəbləşməyə başladı:
-Tez ol get geyin gedirik. Burda qalıb hamının əsəblərini korluyursan. Gedib əsgərlikdə ağıllanarsan.
Zəfər çayı nəlbəkiyə elə qoydu ki, isti çay süfrəyə dağıldı. Zakir əsəbi halda Zəfərə bir şillə vurdu.
-Rədd ol içəri.
-Ay bala , Zakir, niyə vurursan?
Zəfər cəld hazırlaşdı və qapını çırpıb evdən çıxdı. Zakir Zəfəri yola salmağa getmədi. Heç anasını da getməyə qoymadı.
-Qoy getsin. Ağıllansın. Belə hərəkətnən onu orda yaxşı çırparlar. Ağlı gələr başına
-Zakir, heç olmasa mən gedim. Sonra uşağın ürəyində qalar.
-Dedim ki, yox.
-Mən gedirəm. Sən mənim anamsan mən sənin ananam ?!
-Özün deyildən şikayətlənən. İndi nə oldu yenə badam gözlü elədin nəvəni?
-Neyniyim , Zakir, mən böyütmüşəm. Oğlumdu. Ürəyim dözmür axı.
Dilarə qapıdan çıxıb tələsik getsə də əsgərlər qatara çoxdan minmişdilər. Qatarın pəncərəsindən Zəfəri gördü. Nə qədər səslədisə də düşüb sağollaşmadı. Həm qatar artıq yola düşürdü, həm də Zəfər öz inadından dönməyib yenə Dilarənin qəlbini sındırdı. Dilarə qatarın dalıycan bir qədər getdi ki, bəlkə baxar, amma nə fayda Zəfər baxmadı. Hətta onunla oturanlar belə ona baxmasını söylədilər. O isə Dilarəyə baxmamaq üçün durub kupedən çıxdı. Dilarə isə gözləri yaşlı evə qayıtdı. Gəlib evdə Zakiri günahkar çıxartdı. Zakir isə öz hərəkətindən utansa da Zəfərin bu hərəkəti onu insafa gətirmədi.Elə axşamdan bilet alıb qayıtmaq fikrində idi, amma anasını heç cürə razı sala bilmədi. Dilarə Zəfər qayıtmayınca o Bakıya köçməyəcəyini dedi…
Artıq 1 ay olardı ki, Zəfər əsgər getmişdi. Dilarə isə nigaran qaldığından bilmirdi nə etsin. Qonşu Qəmər xala ona məsləhət verdi ki, məktub yazsın. Dilarə məktub yazdı, amma bir ay keçməsinə baxmayaraq, heç bir cavab gəlmədi. Artıq məcbur olub hərbi hissənin özünə getməli oldu. Yol çox uzaq olsa da Dilarə gedib çatdı. Zəfərə anasının gəldiyini çatdırdılar. Zəfər isə anasının öldüyünü dedi və Dilarəylə görüşmək istəmədi. Dilarənin xahişini Zəfərə nə qədər başa salmaq istəsələr də heç kim məcbur onu gətirə bilmədi. Dilarə onun üçün rayondan gətirdiyi bağlamanı qoyub yenə qəlbi sınmış halda rayona qayıtdı. Dilarənin artıq ağlamaqdan gözləri zəifləmişdi. Zəfərə görə günlərlə ac qalırdı. Qonşular Zakirə zəng vurub ona bütün olanları demişdilər. Zakir də işdən icazə alıb rayona anasına baxmağa gəldi. Anasının halı olmasa da elə Zəfər deyirdi. Bir ay içində Zakir anasına qulluq etdi. Həkim nəzarətində olan Dilarəni artıq xəstəxanaya aparmağa məcbur oldular. Dilarə xəstəxana da qaldığı müddətdə səhhəti bir qədər yaxşılaşdı.
Zəfər öz dostu ilə gecə növbəsində idi. Zəfər öz şuluqluqlarından danışırdı. Təkcə özündə yox hamını , əsasən də atasını günahkar hesab edirdi. Zəfər danışır dostu isə qulaq asırdı:
-Fərid bilirsən necədi? Mən çox qürur edirəm. Hətta anam belə gəldi, mən görüşmədim. Düz hərəkət etməmişəm, amma atamın şilləsi məni çox alçaltdı.
-Bəs ananın günahı nə idi ? Sən heç düz hərəkət eləməmisən.
Zəfər danışmaq istəyirdi ki, atışma başladı. Atışma zamanı Zəfər ürəyindən güllə zərbəsi alıb yerə uzandı. Fərid əyilib onu güllələrdən kənara çəkəndə Zəfər dedi:
-Ana məni bağışla.
Fərid həyatında bəlkə də ən böyük zərbəni aldı. O zərbə ki, heç zaman onun yaddaşından silinməyəcək. Gözünün qarşısında az öncə söhbət etdiyi dostu onun qollarında keçinmişdi. Fərid kəlmeyi-şəhadəti oxuyub Zəfərin gözlərini bağladı.
Zakir axşamları rayonda öz evlərində qalır. Səhərləri isə anasının yanında olurdu. Ona nəzarət edirdi. Bir gün Zakir axşam evə gələndə qapının qabağında ağlaşan qonşuları gördü. Hamını itələyib həyətə girən Zakir həyətdə tabutun və bir neçə zabitin olduğunu gördü.Zabitləri görən Zakir hər şeyin nə olduğunu anladı. Zakirin ürəyi getdi. Qonşular onu oyadıb ona ürək-dirək verdilər. Zakir şəhid atası olmuşdu. O şəhid ki, anası ona görə xəstəlik tapmışdı. Gecəni qonşular onun yanında oldular. Səhər açıldı. Artıq Zakirin evi başsağlığına gələn adamlarla doluydu. Zakir başını itirmişdi. Qorxurdu ki, Dilarə bundan xəbər tutar. Günorta olmamış Zəfəri torpağa tapşırmaq üçün kişilər tabutu evdən çıxarıb rayonun qəbirsanlığına apardılar. Qonşu qadınlardan bəziləri Dilarəyə xəbəri çatdırmaq üçün xəstəxanaya getmişdilər. Qəmər içlərilərində ən ürəklisi çıxdı. Otağa girib xəbəri ona çatdırdı. Qəmər özüylə bərabər gətirdiyi zərfi ona uzatdı. Zərfi Zəfərin tabutunu gətirən hərbçilər Fəridin adı ilə gətirmişdilər. Dilarə ağlaya-ağlaya yerindən durdu. Zərfi açıb məktubu oxumağa başladı.
Əziz Dilarə ana, bəlkə də mən həyatımın ən ağır anlarını bu məktubu yazanda keçirdim. Amma bu məktubu yazmasaydım bəlkə də həyatımın ən böyük vicdansızlığını edərdim. Vicdanım məni rahat buraxmazdı. Oğlunuz Zəfər öz səhvini anlasa da qüruruna qalib gələ bilmirdi. Ölümündən əvvəl məhz bu haqda demişdi. Zəfər can verməmişdən əvvəl mənə son olaraq bunu dedi: “Ana məni bağışla”. İndi bəlkə də gecdir. Amma o vətən şəhidini bağışlayın , Dilarə ana.
Nur içində yatsın.
Fərid
Məktubu oxuyub qurtaran kimi gücünü toplayıb öz qara paltarını geyindi. Qara şərfini başına bürüyüb qəbiristanlığa getdi. Artıq Zəfər çoxdan torpağa tapşırılmışdı. Zakir isə xəstəxanaya müəyyən müddət də olsa xəbəri ondan gizlətməyə getdi. Qəbiristanlıqdakı işçilərdən yeganə təzə qəbiri soruşub ora sarı getdi. Əyilib qəbirin baş tərəfində oturub ağlamağa başladı. Ağlaya-ağlaya Zəfərin qəbriylə danışmağa başladı:
-Zəfər, anan gəlib oğlum. Mən nə qədər gəldim məni niyə görmək istəmədin?! Ananı niyə görmək istəmədin?! Mənim sözümü yerə vurdun ,oğul. Mən o dünyada Zərifəyə nə deyəcəm? Məni dərd içində qoydun bala. Mən səni bağışladım.
Dilarə əllərini göyə açıb Allaha müraciət etdi:
-Ay Allah, bu qədər dərdi mənə necə yaşatdın ?! Mənim günahım nə idi?
Dilarə gözü yaşlı Qəmərin qoluna girib kor-peşman evinə qayıtdı. Həyat Dilarəni bu yaşında da acılarla boğurdu. Bu qadın sanki dərd ağacıydı. Yaşlandıqca dərdi bəhər verirdi. Dilarə ana ömrünün sonuna qədər yas saxladı. Qara paltara bürünmüş Dilarə ömrünün sonuna qədər ağladı. Hər ay gözü yaşlı Zəfərin qəbrini ziyarət etdi. Zəfər vətənin Dilarə isə oğlunun yolunda şəhid oldu… -
KÜMBET’İN 33 SAYISI YAYINDA!
Kapağında Sultan 2. Abdülhamit Han döneminde Tokat giysilerinin yer aldığı bir fotoğraf bulunan dergimizin 33. sayısı 33. sayısı okuyucularının görüşüne sunuldu.Derginin editör yazısını aşağıya alıyoruz:
EDİTÖRDEN
Ülke dışında ve içinde büyük beğeni kazanan 32. sayımızdan sonra yine sizlerleyiz. Anadolu’da dergi çıkarmanın ve devam ettirmenin güçlüğünü bilen, bundan dolayı bizlere destek konusunda kayıtsız kalmayan kurum ve kuruluşlara, siz değerli okuyucularımıza ne kadar teşekkür etsek azdır.
KÜMBET Dergisi yayın hayatına girdiği günden beri devletimizin, milletimizin bütünlüğü, bekası çerçevesinde Türk-İslam Kültürüne katkıda bulunmayı bir ekip anlayışı içinde devam ettirdi. Bundan sonra da bu anlayış ve ilkelerden kopmadan yolumuza devam edeceğiz.
Ramazan ayının bütün kutsallığının İslam dünyasına dalga dalga yayıldığı bir ortamda bu sayımızda da birbirinden değerli kalemler sizler için araştırdı ve yazdı. Yirmiyi aşkın makale ve yazı sahibi ile birlikte otuza yakın kalem şiir dünyamızda bu kez daha farklı çiçeklerden derledikleri duygularını dile getirmeğe gayret sarf ettiler.
Özellikle kapak konusunda titiz bir çalışma yapan ekibimiz bu kez Sultan Abdülhamit Han’ın Amerika’da bulunan Resim Koleksiyonundan Tokat giyimini büyük bir özenle kapağa taşıdı. Dergimizin sanat danışmanları arasına sanat dünyamızın yakından bildiği Tokat sevdalısı Sevan Çamlıca’da katılarak ekimize apayrı bir güç kazandırdı. Bundan sonra özellikle özlemli yazılarıyla ara sıra aramızda olacak. Kendilerine Kümbet Ailesine hoş geldiniz diyoruz.
Tokat Şairler ve Yazarlar Derneği üç ay içerisinde değerli etkinliklere imza attı. 23 Mayıs 2014’de Tokat Gazi Osman Paşa Lisesi Müdürlüğü ile Türk Halk Müziğinin duayen sanatçılarından rahmetli Necati BAŞARA’ya (Âşık Tokatlı) Vefa Gecesi düzenledi. Bu etkinliğe Başara Ailesi, TRT İstanbul Radyosu sanatçılarından Mirza Başara ve TRT İstanbul Radyosu Yapımcılarından Dursun Taşdelen de katıldı. TRT, bünyesinde yıllarca hizmet etmiş olan bu şahsiyeti unutmayarak TRT Haberlerinde tüm dünyaya duyurdu.
30-31 Mayıs 2014 tarihleri arasında Tokat Valiliği-Tokat Belediyesi-Tokat Kent Konseyi bünyesinde Üstat Necip Fazıl KISAKÜREK anısına düzenlenen 7.Yeşilırmak Kültür Sanat Şöleni’ne Tokat Şairler ve Yazarlar Derneği gerekli katkıyı vererek şiir dünyamıza unutulmaz bir program kazandırdı. Bu etkinliğe ülkemizin tanınmış şairlerinden Bestami Yazgan, Ekrem Kaftan, M. Nuri Parmaksız. İlter Yeşilay, Recep Garip, Mehmet Metin Baş, Sevim Yakıcı, Tayyip Atmaca, Hasan Akar, Nuray Alper, Harika Ufuk, Hüseyin Kaya, Mustafa Uçurum, Sündüs Arslan Akça, katılırken büyük takdir toplayan gecenin sunumunu Tokat Şairler ve Yazarlar Derneği’nin usta yorumcuları Mahmut Hasgül ve Ali Bal yaptılar.
Tokat Şairler ve Yazarlar Derneği-KÜMBET Dergisi Ailesi gelenekselleşen kahvaltılarına devam ederek son kahvaltısında derneğimiz üyesi Turhal İlçe Milli Eğitim Müdürü Şair-Yazar Nihat Aymak’ın “Yüz Şiir” adlı kitabının tanıtımı yaptı.
Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği gelenekselleşen “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın bu yıl 5. başlattı. Yarışma 25 Ağustos 2014 tarihinde sona erecek. Ödül töreni Ekim ayı içinde Niksar’da düzenlenecek olan etkinliklerde verilecek. Bununla birlikte Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği koordineli bir projeye imza atacak. 17-18 Ekim 2014 tarihleri arasında “Niksar’da Ahilik “Konulu bir panel düzenleyerek Anadolu’daki ilk ahilerden Ahi Pehlivan’ın kayıp mezar ortaya çıkarılıp anıt mezarı yaptırılacak.
Şair arkadaşlarımızdan Ahmet Divriklioğlu, Nihat Aymak ve Mustafa Uçurum Sivas Şairler ve Yazarlar Derneğince 21-22 Haziran 2014 tarihleri arasında düzenlenen SİYŞAD 6.Şiir ve Müzik Şöleninde derneğimizi başarıyla temsil ederken, Hasan Akar da 25-26 Haziran 2014 tarihleri arasında Bafra’da Simurg Ateşi şiir etkinliğine katıldı.
2006 yılında ilkini çıkardığımız Tokat’tan Mısralar serisinin üçüncüsü ile okurlarımızın karşısına geldik. Birbirinden değerli 26 şairin şiirlerinden oluşan bu eser güzel ve etkili şiirlerle okurlarına güzel duygular yaşatacaktır. Bu eserle birlikte derneğimizce yayınlanan kitapların sayısı dörde ulaşmış bulunmaktadır. Bu eserin peşinden yine Tokatlı yazarlarımızın makalelerini hâvi yeni bir kitap hazırlığı da yeni hedefimizdir.
Yeni bir sayıda buluşmak dileğiyle tüm okuyucularımıza esenlikler diliyoruz.Remzi ZENGİN
Tokat Şairler ve Yazarlar Derneği Başkanı -
Fidan ABBASOVA.Yeni şeir
Mən boyudum görə görə yalanlar
dərd çəkəni dərdi çəkənlər anlar
əzəl gündən yaxşılarla – yamanlar
bu günlərə gəlib çıxdı bizimlə
mən yamanı görmüş oldum gözümlə…Bir ümüdə sarılanlar çox oldu
bağ salanlar xəzan gəldi yox oldu
ac qarınlar birdən birə tox oldu
bu günlərə gəlib çıxdıq səbirlə
mən yamanı görmüş oldum gözümlə…Niyə qınaq edirik biz başqasın
insan odur öz yolundan azmasın
duzsuz içib evdə bişmiş şorbasın
sabahlara gəlib çıxdıq şükürlə
mən yamanı görmüş oldum gözümlə..İndi varlı – kasıb deyib durmuşuq
özümüzü boş boşuna yormuşuq
hamıdanda axıra biz qalmışıq
bu günlərə gəlib çıxdıq səbirlə
mən yamanı görmüş oldum gözümlə..Mən nə desəm düzəlməz ki, bu dünya
səni necə dəyişiblər ay dünya
bir dəfədə öz əlinizdə ayna
alın baxın özünüzə əlilə
mən yamanı görmüş oldum gözümlə…. -
Fidan ABBASOVA.Yeni şeir
Sən mənimçün bu həyatda ilk nübar payım olsanda
saçlarına ağ dən düşmüş qocalmış qarı olsanda
bənövşətək boynu bükük tez açıb- erkən solsanda
ürəyimdə yana – yana sevgidən bir od olsanda
ümüdümü itirərkən sabahıma doğan günəş
əllərimi buraxmadan isdilikdən yanan atəş
içimdəki coşqun həvəs, qəlbimdəki dəmir qəfəs,
aldığım hər anda nəfəs, gördüyüm hər yerdə varsan
nə yaxşıkı , nə yaxşı ki səndə varsan……
Bilirəmki bitirəcək məni susqun baxışların
inlədədcək kənar olub əhsən deyən alqışların
arxasıyca söylədiyin kobud olan qarğışların
bəlkədə heç ilk həyəcan ehtiraslı baxışların
yeri vardır, ürəyində , bilirəmki lazım olan gərəyində
mən olacam heyif deyib susacaqsan,
uzaq olan yaxın bilib gedəcəyin bu düz yolda azacaqsan
unutma ki, bir gün varsan bir gün yoxsan…
amma mənsə deyirəmki
nə yaxşı ki, nə yaxşı ki,
səflərini görə – görə səndə varsan…… -
Şəfa VƏLİYEVA.”Bilirəm…daha səninçün” (Yeni şeir)
Bilirəm… daha səninçün
Ölmüşəm də… itmişəm də…
Bilmədin… elə səninçün
Ölmüşəm də… bitmişəm də…Bu ikili yalnızlığı
Qovdum… canımdan getmədi…
Dərd sevgilim yalnızlığı
Duydu…yanımdan getmədi…Ürəyim yumruğum boyda…
Nolsun… sən ki yerləşmisən…
Ruhun…hisslərin ovcumda…
Varlığınla çox adisən…Hələ də öyrənmədinmi?
Bu qara qızdı bəxt payın?
Yoxsa sevə bilmədinmi?
Gələn payızdı… bəxt yayın…Ovcumu açdım qaçasan.
Qaça bildiyinə kimi…
Birdən məni unudarsan
Çata bildiyinə kimi! -
Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər
İç dünyam
Nizamlayar, tarazlayar, düzləyər
Dünyam məni, dünyam məni, iç dünyam.
Naqislikdən, nadanlıqdan gizləyər
Dünyam məni, dünyam məni, iç dünyam.Qoymaz məni bölünməyə, bölməyə,
Toxunulmaz əl dəyməmiş ilməyə,
Vaxtsız-günsüz qocalmağa, ölməyə
Dünyam məni, dünyam məni, iç dünyam.Yaradandı, yaşadandı, qurandı,
Məsləkimin keşiyində durandı.
Müqəddəsdən müqəddəsdi, Qurandı –
Dünyam mənim, dünyam mənim, iç dünyam!Ögeyliyə ögeylərdən ögeydi,
Güneyinə həsrət qalmış quzeydi.
Şəhidlərə məzar olmuş muzeydi –
Dünyam mənim, dünyam mənim, iç dünyam!Keçilməyən bir qalamdır – Ərg kimi,
Ümidgahım, səcdəgahım – pir kimi!
Qəbul eylər hər ərkimi – ər kimi –
Dünyam mənim, dünyam mənim, iç dünyam!Baxtım
Mürgülü gözlər kimi
Hərdən mürgülü baxtım.
Ülgülü sözlər kimi
Qəlbi, ülgülü baxtım.Bir hörgü daşısanmı?
Bir bulaq başısanmı?
Eşqimin yaşısanmı –
Eşqi hürkülü baxtım?!Mizan-tərəzimisən?
Tale qərəzimisən?
Bir eşq mərəzimisən –
Dizi bükülü baxtım?!Səni kim oyadar, kim,
Ay sonuncum, ay ilkim.
Bir az qımılda, silkin,
Taxtı sökülü baxtım.Yol qurama, həndəsi,
Haqq tanımaz bəndəsin.
Küt gedəndə kündəsi
Külə tökülü baxtım.Yol getdim yarımadan,
Yarı büt, yarı adam.
Baxtımı yarıdanam,
Məndən küsülü baxtım… -
Təranə ŞƏMS.Yeni şeirlər
SIĞA BİLMƏDİ
Gəlmişdim dünyaya gedirəm dedim
Payımsa yaşamaq sevirəm dedim
Sevginlə, vədinə güvənəm dedim
EY dünya! Mən sənə sığa bilsəm də,Dünyamsa, dünyana sığa bilmədi
Pünhandı bu könlül zar-zar ağladım
İşıqlı düyama, qara bağladım
Sızlayan könlümü, yara bağladım
EY dünya! Mən sənə sığa bilsəm də,Dünyamsa, dünyana sığa bilmədi.
Bir gözüm yaşdısa bir gözüm gülər
Dərdimlə baş-başa dözməksə, hünər
Bu niskil vərdişi yaşayan bilər
Ey dünya! Mən sənə sığa bilsəm də,
Dünyamsa, dünyana sığa bilmədi.27.05.2014.
BİR DİLLƏNSƏNƏ….
Sən demə çətinmiş, sevirəm demək
Dilim də yalan yox, səninəm demək.
Əhdinə vəfalı əminəm demək
Yandıqca, yanmışam bir dillənsənəBağçamın gülüsən, dərənin mənəm
Hər kəsin öz yarı, ərənin mənəm
Gözləsən yollumu gələnin mənəm
Yandıqca, yanmışam bir dillənsənə!Dilində nida yox, üzüldü qəlbim
Baxdıqca gözünə, ağladı dərdim
Nicat ver könlümə, söylə ki, gəldim,
Yandıqca, yanmışam bir dillənsənə!İlmə-ilmə toxundum, dəli eşqinə
Xətalar səninsə, eşqin sözü nə?
Könlümü vermişəm sənsiz, sevginə,
Yandıqca, yanmışam bir dillənsənə!02.06.2014.
-
Sülh üçün birləşək
Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq ifadə etmişdir.
İndi də bu çətin günləri yaşadığımız zamanda türk milləti bizə dəstək oldu, bizim kədərimizi öz kədəri hesab edib dərdimizə ortaq oldu, müharibə olarsa, əsgərləri ilə yardıma hazır olduğunu bildirdi. Lakin burda diqqətinizi bəzi incəliklərə çəkmək istəyirəm: müharibə demək, daha çox şəhid, daha çox gözüyaşlı ana və valideynsiz uşaqlar deməkdir. Müharibə demək, qana qanla cavab vermək və daha çox günahsız insanların öldürülməsi deməkdir. Qarabağ müharibəsində öldürülən, itkin düşən, əsir düşən insanlarımızı düşünün. Öz yurdlarından, evlərindən qovulub çıxarılan məsum insanları xatırlayın. Öz ata-baba yurdlarını yurdunu görmək üçün gizlicə işğal altında olan torpaqlara gedən, əsir alınıb əziyyət görən insanları xatırlayın… Bir anlıq özünüzü onların yerində təsəvvür edin: sərin otağınızda oturduğunuz halda, birdən qapı vurulub açılır, bacınız, ananız, övladınız, həyat yoldaşınız sürüyərək evdən çıxarılır, kişilər gözünün qabağında edam edilir, qızlarınız, həyat yoldaşınız, bacınız və ya ananız isə təcavüzə məruz qalır…
2-3 gündür hər səhər “inşaAllah, bu gün şəhid xəbəri oxumaram” fikri ilə xəbər saytlarına baxıram. Düşünün, müharibə olarsa, hər gün eyni ağrı ilə səhəri açacağıq, hər gün neçə ananın gözü yaşlı qalacaq, körpələr atasız qalacaq. Çünki bu, müharibədir, düşmən itki verirsə, sən də şəhid verəcəksən. Amma biz artıq şəhid vermək istəmirik, günahsız insanların ölməsini istəmirik, dünyaya sülhün hakim olmasını və müharibələrin bitməsini istəyirik. Müharibə yeganə çıxış yolu deyil.
Bu gün günahsız insanların öldürüldüyü yeganə yer vətənimiz deyil, dünyanın hər yerində müsəlmanlar zülm görür. Hər gün İraq, Suriya, Şərqi Türküstan, Birma və s. ölkələrdə günahsız insanlar öldürülür, işgəncəyə məruz qalır. Bəs nə zamana qədər bu zülm davam edəcək? Nə zamana kimi müsəlmanlar zavallı durumda köməyi ancaq ABŞ, AB, NATO-dan gözləyəcəklər? Nə zaman anlayacaqlar ki, türkün türkdən başqa dostu yoxdur. Dini, Peyğəmbəri, Kitabı bir olan İslam dövlətləri nə zaman birləşməyi düşünəcəklər?
İslamın müqəddəs kitabı Quran insanları sülhə, birliyə, bərabərliyə çağırır. Günahsız bir insanı öldürən şəxsin cəzasının əbədi cəhənnəm olduğu bildirilir. Quran bağışlamağa, əfvediciliyə, mərhəmətə təşviq edir. “Qonşusu ac ikən tox yatan bizdən deyildir”, – deyə buyuran Peyğəmbərin (səv) ümmətiyik biz. Və bu ümmətin fərdləri hazırda dağınıq haldadır, ona görə, İslam düşmənləri hər yerdə məsum müsəlmanları öldürür, incidir, işgəncə edir. Məsələnin həll yolu, əslində, çox sadədir: İslam ölkələrinin birliyi.
İslam birliyini qurmaq, İslam ölkələrinin birləşməsi heç də çətin deyil. Azərbaycanla Türkiyənin birləşməsi məhz bu birliyin əsasını qoya bilər. Başda qeyd etdiyim kimi, Türkiyə heç zaman Azərbaycandan dəstəyini əsirgəməmişdir. Prezidentimiz cənab İlham Əliyev: “Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur. O gündən etibarən dəstəyini əsirgəməmişdir. Türkiyə hər zaman bizə dəstək olmuşdur. 21-ci əsr Türk dünyasının əsri olacaqdır”, – sözləri ilə bu dostluğu çox gözəl şəkildə vurğulamışdır.
Qurulmasını çox arzu etdiyimiz İslam birliyi isə yalnız İslam dünyasına deyil, bütün dünyaya sülh və rahatlıq gətirəcək. Çünki İslam birliyi sevgi birliyidir, könül birliyidir. Bu birliyin təməli sevgi, fədakarlıq, yardımsevərlik, mərhəmət, anlayışdır.Aysel Vəlizadə
-
İnsanın xoşbəxt olmasının sirri
“Artıq nə edəcəyimi bilmirəm, belə bir şey necə ola bilər, düzəlməsi artıq mümkün deyil”…
Bunlar bir çox insanın tez-tez istifadə etdiyi və ətrafındakılardan də eşitdiyi sözlərdir. Ümidsizlik ifadə edən və ardından da kədəri gətirən bu ifadələr əslində bu insan xarakterini də bizə təqdim edir.
Kədərə meyili olan insanlar bədbəxtlik və çətinlik üçün hər an bir bəhanə tapacaq qeyri-adi qabiliyyətə sahibdirlər. Hər hansı bir mövzuda mütləq problem çıxaracaq mənfi bir şey taparlar. Haqsızlığa məruz qaldığını düşünmək, içinə qapanıb yanlızlığı seçmək, küsəyənlik, eqoizm, hadisələri yanlış şərh etmək bu insanların yanlış əxlaqındakı təyin edici xüsusiyyətlərdəndir.
Keçmişdəki səhvlər, deyilən hər hansı bir söz, gecikən avtobus, iş yerindəki bir problem, yeməyin gecikməsi, istədiyi şeyi o anda əldə edə bilməmək, hər hansı bir mövzudakı unutqanlıq, qısası, hər mövzu bu insanlar üçün kədər səbəbidir. Hətta bu insanlar heç bir fayda verməməsinə baxmayaraq, keçmişdəki hadisələri xatırlayıb bundan ötrü kədərlənə bilirlər.
Bu ruh halının bir nəticəsi olaraq solğun baxışlı, üzü qırışmış insanlar ortaya çıxır. Bu insanlar çətinliklərini kədərə, kədərlərini də mübahisə edən, bədbin bir şəxsiyyətə çevirirlər.
Bu insanların ortaq problemi iman zəifliyidir. İman etdiklərini söyləsələr də əslində gerçək mənada iman gətirməmiş, Allah’ı lazımi kimi tanımamışlar.
Kədər səbəbi kimi qəbul edilən hadisələrin hamısı xüsusi olaraq var edilir. Dünya imtahan yeridir. Yəni gözəl, yaxud da pis davranıb-davranmayacağımızın sınanması üçün göndərildiyimiz bir yerdir. Xəstəlik, terror, iqtisadi böhran, məktəb imtahanlarında müvəffəqiyyətsiz olmaq, yeməyin yanması, avtomobilə və ya evə dəyən ziyan, təyyarənin gecikməsi, birindən pis söz eşitmək… Bunların hamısı bir-bir və ya bəzən də eyni anda insana imtahan olaraq verilə bilər. Bu həqiqəti bilən insan ümidsizliyə, kədərə ya da çətinliyə düşməyəcəkdir.
Bir çox insanın, hətta iman edən bəzi insanların da xəbərdar olmadığı gerçək isə Allah’ın kədəri haram buyurmasıdır.
Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Al-i İmran surəsi, 139)
Kədər məqbul bir davranış deyil. Peyğəmbərimizin (səv) həyatından nümunələr verərək kədəri normal göstərməyə çalışanlar böyük yanılqı içindədirlər.
Unutmayın ki, hər nə olursa-olsun, insanın kədərdən uzaq olması, kədər qaynağı kimi görünən hadisələrdə xeyirləri görüb gözəlliyə çevirməsi çox asandır. Bu mövzuda veriləcək qəti bir qərar mənfiliklərdə də gözəllik və xeyir olduğunu görməyə vəsilədir.
Qədərin varlığını bilən, Allah’ın iman edənlər üçün hər hadisəni xeyirlə yaratdığını qavrayan insanın çətinliyə düşməsi mümkün deyil. İnsanın xoşbəxt olmasının, hər an ümidvar olmasının tək yolu iman etmək və Allah’ın məmnun olacağı şəkildə yaşamaqdır. Əks halda xoşbəxt yaşamaq mümkün deyil.Nəzakət Bədirova
-
Cığatel.”Ağlayarmı Qəhrəmanlar Anası?!” (Yeni şeir)
Titrətdi qəlbimi ana fəryadın,
Ərşə haray çəkdi ahın, imdad ın?,
Yoxsa gözündəmi qaldı muradın?!
-Söküldü bir gəncin ömür binası,
Ağlama, ağlama, şəhid anası !!!Ordu gərəyimdi, ordu səngərim,
Neçə min keşikçim, neçə min nərim,
O taylı, bu taylı Türküm,Azərim,
Bir əsgərin yası, bütün el yası,
Ağlama, ağlama, şəhid anası..Qarabağ qürbətdə bizdən aralı,
Övlad həsrətinden Vətən saralı,
Vətən də yaralı, sen de yaralı,
Geyinmə əyninə qara libası,
Ağlama, ağlama şəhid anası…Haqqın dərgahına gedənlər min-min,
“Tanrı rəhmət etsin”, biz deyək”Amin”,
Adı tarixlərə düşən gəncimin,
Boynu bükük qaldı göldə sonası,
Ağlama, ağlama, şəhid anası. …Əqli-zəkasıyla bir ümman oğlun,
Həsrətdən vüsalı pay uman oğlun,
“Üzüağ “qayıdır QƏHRƏMAN oğlun,
Ağlayarmı qəhrəmanlar anası???!!!!
-Ağlama, ağlama, şəhid anası !!!…… -
Gülnarə İSRAFİLQIZI.”Utanıram!!!” (Yeni şeir)
Utanıram susqunluqdan,
Acizlikdən, satqınlıqdan,
Yaltaqlıqdan.
Utanıram bədbinlikdən,
Gərginlikdən.
Düşünürəm əsirimi,
Faciəmi…
Utanıram çadırlarda
Sürünməkdən.
Şərəfsizlik simasına,
Bürünməkdən….
Utanıram,
Hissə- hissə bölünməkdən.
Əlçim-əlçim didilməkdən.
Sökülməkdən.
Tikə-tikə ölkələrə tökülməkdən.
Utanıram!!!
Yaddaşlarda tor qurubdur,
Hörümçəklər.
Elə şirin yuxu verib,
Gələn vədlər.
Ayılmaq da istəmirik.
Harınlamış təbəqədən,
Bəhanələr gətiririk…
Utanıram varlığımdan danışmağa,
Utanıram torpağıma qarışmağa. -
Tural SAHAB.”Dənizlərin ən gözəli” (Yeni şeir)
Dalğalanacaq, mənim üçün
Dənizlərin ən gözəli
Günlərin ən özəlində
Günəş batana yaxın
Gündüz sarlıb,
gecənin qoynunda
Yatana yaxın
Balaca bir sandalda
Böyük arzularla
Şeirə qucaq açan
O anlarla
Çıxacam yola
Ürəyim dalğa- dalğa
Dəniz dalğa- dalğa
Öpəcək balıqlar
Baxışlarımı bəzəyən
Masmavi sonsuzluqdan
Daha dönməyəcəm
Dönməyəcəyik
Ürəyimizin bizi apardığı
O qutlu yoldan
Layla deyəcək, gecə
Bütün acılarımıza
Yaşadıqlarmıza, yaşamadıqlarımıza
Güləcək sevgimiz
Elə o gecə
Elə o dənizdə
Ay işığında
Gecənin yaraşığında
Birləşəcək o gecə
Dənizin dibi, göy üzünə
Toxunacaq dodaqlarım
Dəniz təki islaq
Dodaqlarına, üzünə
Bir az sevgi
Bir az ehtiras
Dəniz kimi
Gecə kimi
Həyat təki
Öpəcək sandalımız
ən dəcəl dalğaları.Tural sahab.
Şeirlər doğulacaq
ayrılıqların kölgəsində
körpə kəfənlərində
və boğulacaq sevgi və həyat
insanlığın qəfəsində
uşaqlar balaca qurşunlarla öləcək
xəyallarında
xəyallarında bitirəcək sevənlər qanlı savaşları
Gülə, bir daha yazılmayacaq ezgilər, öykülər
Bülbülün yerini postmodern Qarğalar tutacaq
Şeirlər gül kimi baş qaldıracaq torpaqdan
gül kimi başlar düşəcək torpağa
Şeirlər boğulacaq bir gün
sevgisiz urqanlarda
şeirlər doğulacaq bir gün
səssiz burulğanlarda -
Tural SAHAB.”Doqquz milyon ölmədən olmaz…..!” (Köşə yazısı)
Bu yazımda bir çox mövzulara toxunmaq istəyirəm. Bu günlərdə həyacan və sevincimiz qələbə həsrətimizə qarışıb, biz qələbə istəyirik.
Qələbə nəticədir, bəs biz nəticəni yaradacaq səbəblərə sahibikmi?!
Qılınc və qələmi eyni gücdə, hətta bəzi məqamlarda qələmi üstün tuturlar, bəs bizim qələmlərimiz necə, onlar da savaşmağa hazırmı?!
Son günlərdə nə yazıq ki, qılınıcımız kəskin olsa da, qələmlərimiz ya susdu, ya da özünü doğrultmadı.
Özgə zamanlarda azad sevgidən, pornodan ağız dolusu yazanların çoxsu, bu günlərdə susdu vəya dəstək olmaqdansa dövləti suçlamaqla məşğul oldu.
Əhalini məlumatlandırmaqla görəvli olan saytlar reytinq xatirinə yalan- yalnış xəbərlərlə təşviş və xaos yaratmaq istədilər. Bilərək vəya bilməyərək.
Halbuki, qələmlərimiz bizi qələbəyə, savaşa səsləməliydi. Axı qələm kütləni qələbəyə də, məğlubiyyətə də apara bilər.
Bəli, qələbə nəticədir. Səbəblər isə savaşa hazır olmaq, millət ola bilmək, birlik ola bilmək, “ doqquz milyon ölmədən, öldürülmədən bu torpaqlarda bizə qalib gələ bilməzlər” ülküsünə sahib ola bilməkdir. Bəli, bu qədər insanıq birlik olsaq bizim hamımızı xəzər dənizinə tökmədən bizə qalib gələ bilməzlər. Yetər ki, qələbəyə, haqlı olduğumuz savaşa hazır olaq.
Birinci Qarabağ savaşında xanımlarımız da savaşırdı, ancaq mən bu dəfə istəmirəm heç bir Azərbaycanlı xanımı cəbhədə qurşun yağmuru altında olsun, istəmirəm analarımız, bacılarımız düşmənlə üz- üzə gəlsin, axı hələki bizlər varıq, bizlər onları qorumaq üçün canımızdan keçəcəyik. Xanımlarımız hər zaman bizim yaralarımızı saran, bizə dəstək olan insanlardı.
Yenə yaralarımızı sarsınlar, ancaq savaşa yollanmasınlar. O zərif əlləri, o gözəl gözləri qanı, ölümü görməsin, toxunmasın.
Biz öləcəyik, ancaq vətənə yeni oğullar gərək. O oğulları dünyaya gətirmək, böyütmək sizin işinizdir əziz xanımlar. Lütfən sözlərimizi yanlış anlamayın, sadəcə biz sizi çox sevirik. Başımızın tacısız siz, istəmirik acı çəkəsiz. Bizim ümidlərimiz sizin dünyaya gətirəcəyiniz, böyüdəcəyiniz oğullarda yaşayacaq.
Ən gözəl şeirlər yazılacaq hələ
Ən gözəl sevgilər yaşanacaq
Ən gözəl günlər yaşanacaq
Ən gözəl ölümlərdən sonraTural Sahab
-
Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan AzərbaycanSəndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran AzərbaycanBütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, AzərbaycanBisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman AzərbaycanVətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, AzərbaycanQurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, AzərbaycanYarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycanİgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, AzərbaycanEvladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan AzərbaycanYetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, AzərbaycanŞəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan -
Məmməd ARAZ.”Ayağa dur, Azərbaycan!”
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm! -
Səməd VURĞUN.”Azərbaycan”
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır.