Post Views: 106 Zaman qardaşıma! Bahar çiçəyi tək açılsın ömrün, Düşməsin tufana həyatın Zaman! Dostların içində anılsın sözün, Günəştək nur saçsın sabahın Zaman. ******** Arzum var göylərə ucalsın başın, Atasan qəm ilə qüssənin daşın, Yüzdən artıq olsun qoy sənin yaşın, Xoş keçsin dəqiqən, saatın Zaman. ******** Ziyadxan söz yazıb, mətləbə çataq, Səninlə hər zaman oturub-duraq. …
Azərbaycan ədəbiyyatı
Görkəmli şair Rasim KƏRİMLİ.”Verilmədi”
Post Views: 266 Yetirin dərdimi naşı təbibə,Deyin ki, dərmanım düz verilmədi.Sərraflar əlindən düşməyən zərəMisgər bazarında üz verilmədi. İstəsən qəlbinə nur ələsin dağ.Zirvəyə qartalın gözləriylə bax.Günəşin nurunu sevməz yapalax.Əzəldən bayquşa göz verilmədi. Rasim, tək olanda hünər də laldı,Yalqızın talehi gümana qaldı.Qarğa qarıldadı, mükafat aldı.Biçarə bülbülə söz verilmədi Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Əlindən”
Post Views: 252 Hər incə mətləbi anlamaz naşı,Tez düşər, tez düşər kaman əlindən.Könlüm zirvələrlə görüşmək istər,Yol tapa bilmirəm duman əlindən. Ziyarət etdirən bağı bar imiş,Ən uca dağların başı qar imiş.Nə yaxşı, dünyada yaxşı var imiş,Yoxsa tərk olardıq yaman əlindən. Rasim, bu dünyanın nurudur insan,Kim bilməz qədrini yaratsan, yansan.Sən elin, Vətənin haqqını dansan,Yıxılsan tutarmı zaman əlindən? …
Görkəmli şair Rasim KƏRİMLİ.”Səndən savayı”
Post Views: 172 Məftunu olmayıb könlüm heç kəsin,Ay xumar baxışlım səndən savayı.Sığındım eşqinə bir pay görmədim,Dumandan savayı, çəndən savayı. Qaytar eşq havası çalan günləri,Ağlımı başımdan alan günləri.Ömürdən saymıram qalan günləriOduna yandığım gündən savayı. Hanı sədasına uçduğum o səs,Dərdə düşməyənlər dərdimi bilməz.Tərk etdin Rasimi, demədinmi bəsYoxdur bir kimsəsi məndən savayı. Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Qurban olum”
Post Views: 363 Vətən sənin torpağınınQüdrətinə qurban olumKoroğlunun, BabəkininQeyrətinə qurban olum Nurlu yolu, haqqın yolu,Bir sahilsiz çayın qoluDünya dolu, tarix doluŞöhrətinə qurban olum Dəfinə var dənizində,Hər dağında, hər düzündəNəyin yoxdur yer üzündəSərvətinə qurban olum Aşıb-daşan illərinin,Nəğmə qoşan dillərininNur çeşməli göllərininHikmətinə qurban olum Yaz arzulu, yaz diləkli,Duz-çörəkli, düz çörəkliRasim deyər, dağ ürəkliMillətinə qurban olum Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Min yaşasın”
Post Views: 213 Dünya mərdlər dünyasıdır,Ərənləri min yaşasın.Sinəsini tufanlaraGərənləri min yaşasın. Nə gözəldir dağ qüruru,Bulaq kimi gözlər duru.İnsanlara həyat nuruVerənləri min yaşasın. Öz adı var el yanında,Yaxşının da, yamanın da.Hər bir kəsi öz donundaGörənləri min yaşasın. El tanınar çörəyiylə,Torpaq gülü, çiçəyiylə.Nəbzi xalqın ürəyiyləVuranları min yaşasın. Könül gülər beşiyində,Öz evində, eşiyində.Həqiqətin keşiyindəDuranları min yaşasın. Mənbə: https://manera.az/
Xalq şairi Ramiz RÖVŞƏN.”Gəldim”
Post Views: 1. 799 Mən bu ağlamalı, mən bu gülməliDünyaya ağlayıb-gülməyə gəldim.Bir dünya tapılmaz bundan ölməli,Mən də tamahlanıb ölməyə gəldim. Hələ bu dünyada izim yoxuydu,Hər şeyi görürdüm, gözüm yoxuydu,Hələ ruhum vardı, özüm yoxuydum,Mən bura özümü görməyə gəldim. Mənə də yer çatar, dünya dar deyil,Biz balıq deyilik, dünya tor deyil,“Allah göydən baxır, Allah kor deyil!..” –Sizə bunu …
Coşqun XƏLİLOĞLU.”CAVİD”
Post Views: 95 Bakı şəhərində doğulmuş, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cavid Mikayıl oğlu Həsənovun ölməz xatirəsinə ithaf edirəm. Qarabağ savaşında şanlı zəfər çalmışıq,Göydən düşən pay deyil, yüz yol istə, qələbə.Müqəddəs torpaqları yağılardan almışıq,Asan başa gəlməyib düşmən üstə, qələbə. Şirin canından keçdi, saysız qəhrəman igid,Vətənə qurban olmaq, bu da …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Canımda qalmayıb dözüm”
Post Views: 126 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Canımda qalmayıb dözüm,Dodağımda donub sözüm,Yollarına baxan gözüm,Tutulaydı görməyəydi. Qəm şələsi çəkdi ilim,Daha dinmir şirin dilim,Qırılaydı iki əlim,Sevda gülün dərməyəydi. Yoxmu sonu bu həsrətin,Vüsal dada yetə, …
Banu MUHARREM.”Dön getdiyin qollara”
Post Views: 86 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sən gedəndən pəncərəmişıq üzü görməyib.Bayırda nə baş verirYadıma da düşməyib. Günəşi gözüm görmür,Kədər ovcuma dolur.Mənim sənli gicgahımXatirələr yoğurur. Niyə getdin, bilmədim,Mən ki kiçik deyildim.Səndən böyük sevgimləMən nəyinə yetmədim?! Məni atmağa nə var?İki cümlə tabında.Səndən böyük qürur varGördüyün bu qadında. İşdi, birdən qayıtsanO biz gedən …
Xəyalə SEVİL.”Gözümdən itən kimi”
Post Views: 94 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gözümdən itən kimiXəyalın canlandısa,Yarım qalan hər şeyimTək səninlə tamdısa. Gülü solan güldanınTəkliyidi mənimki.Dərd yığılıb üst-üstə,Bu nə birdi, nə iki. Bu payız bir başqadı,Bu yağış kəsən deyil…Məni ki sevənlərinHamısı bir sən …
Arzu HÜSEYN.Yeni şeirlər (2023)
Post Views: 96 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bu şəhərdə payız tənbəl, sarışın,Bu şəhərin küçələri yuxulu.Səsin gəlmir, başın kimə qarışıb?Gülüşlərim sevinclərim yox olub. Qulağını şəkləyibdir qorxular,Yuxularım tədirgindi, qırıqdı.Otağımın hər küncündə qoxun var,Ciyərimə çəkə-çəkə darıxdım. Darıxdıqca dalğalandım, kükrədim,Darıxdıqca leysan oldum, yel oldum.Yenə səni ürəyimdən sökmədim,Yenə …
Esmira RƏHİMLİ.”İbad” (Hekayə)
Post Views: 131 Azərbaycan Rəssamlar İttifaqının üzvü Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir …
Esmira RƏHİMLİ.Yeni şeirlər
Post Views: 79 Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhv Hamının səhvini bağışlayıram, Mən özüm çox şeyi məhv etdiyimçün. Əgər bu dünyaya bir də gəlseydim Yenə səhv edərdim, səhv etdiyimçün. Çoxunun üzünə tüpürdü dünya, Mənə tüpürcəyi çata bilmədi. İffəti, namusu süpürdü dünya, Mənə dişləriylə bata bilmədi. Hər bir şirin meyvə, gül həyatını Kökündə iylənən peyindən alır. İnsan …
Gülnara MAHMUD.”Əsarət” (Hekayə)
Post Views: 121 Bir günün içində eyni yerdə, eyni tor…Dünən sökülən, bu gün qurduğu yeni “evciyi” ilə dünyanı təəccübləndirəcək fitrətə malik dünyadan xəbərsiz adi hörümçək…Əməyindən bezməyən, tutduğunu buraxmayan varlıq sökülən tələsindən qurtulan qurbanlarının arxasınca boylanmışdı.Biri yarıac, o biri yarıcan… Gördüm. Güldüm. Utandım. Gülməyim gördüklərimdən, utanmağım etdiklərimdən idi. Dünən sökdüyüm, yenə də bir gecəyə sanki əsəb telləri ilə …
Narıngül BABAYEVA.Yeni şeirlər
Post Views: 108 Qarışqalar islanır… Tanrı tək məni vurubDeyəsən bu havada.Sən evcik ürəyimdə,Quşlar isti yuvada. Hər gecə şimşək çaxır,Hər gün yağışlar yağır.Göyün tavanı yoxmuşBəs göyü kim saxlayır? Küçələrdə dolaşır,Çətir-çətir adamlar.Güzgü gölməçələrə,Tərs əkilir ağaclar. Bu yağışda, əzizim,Düşürəmmi yadına?Ömür quş kimi uçurİp bağla qanadına. Dünya yağışla doluBir quyuya sallanır.Yağır yağsın, cəhənnəmQarışqalar islanır… Bakıya yağış yağır Göy qəzəbli …
Aysel NƏSİRZADƏ.”Bəxtinə düşən deyiləm”
Post Views: 127 Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtinə düşən deyiləmKirpiklərin şehli çəmən,Baxışların bulanıq çay.Mən- üfüqdə batan günəş,Sən- təzəcə doğulan Ay. Ömrümə vaxtsız gələnim,Vaxtına düşən deyiləm.Mən özgənin qismətiyəm,Bəxtinə düşən deyiləm. Əlimdən mədət ummasın,Yanağından axan yaşlar.Durma yolumun üstündə,Yolumun öz yoldaşı var.
Xalq yazıçısı ANAR.”Balaca” Fuadın son xahişi (Hekayə)
Post Views: 97 Taksi Fəxri Xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik, – dedi. Sürücü: – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər. – Tez qayıdacayıq. Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül …
“O şəkil oğullar, şəhid oğullar torpağa yazılmış tariximizdi…” – Nəriman HƏSƏNZADƏ
Post Views: 107 Vətən himnimiz Səfər yoldaşımız Aygün xanım Zeynalovaya hörmətlə Bakıdan Gəncəyə gedən o yollar mənim könlüm kimi pakdı, təmizdi. O şəkil oğullar, şəhid oğullar torpağa yazılmış tariximizdi. Bir cavan, əlində silahı, gülür, o biri səngərdən qalxır ayağa. Cəbhədə dan yeri təzə sökülür, biri də, durbinlə baxır uzağa. Orda, şəkillərdə Vətən havası, …
Robotlaşan ruhum – NARGİS
Post Views: 84 Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı. Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları beyninin içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı bu burulğan? O harasa hazırlanmaq istəyirdimi? Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qainanın vücudunu da keyləşdirirdi. Əlləri, …
Şeirlər – Həyat ŞƏMİ
Post Views: 128 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Şuşa Musiqi beşiyim, səssiz qalmışdın,Dumanlı dağların bizsiz qalmışdı,Əsir yaşayırdın, susuz qalmışdın,Mən əsgər andımı içdim səninçün. Sən azad olmalı, hürr olmalıydın,Bir gecə içində sirr olmalıydın,Qara sevdamıza yar olmalıydın,Yar bağrım başını, açdım səninçün. Sıldırım qayandan od ələdilər,Qoynunu tənimə yurd elədilər.Ayağın altına “cənnət” dedilər,Mən …
Namiq HACIHEYDƏRLİ.”Basdırmışam sözə dən”
Post Views: 91 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Hər kəs gəlib, dünyanı,Körpü bilib dünyanı,İçdən silib dünyanı,İtirəcəm, itəcəm… Basdırmışam sözə dən,Bir gün çıxar üzə dən,…İtməyəcəm təzədən,Hər gün sözdə bitəcəm. O, gül desə, gülmüşəm,Onu Mütləq bilmişəm,Qucaqlarda gəlmişəm,Çiyinlərdə gedəcəm.
Namiq HACIHEYDƏRLİ.”DAĞ KOLANI DASTANI” poemasından bir parça
Post Views: 129 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Bir azca gec gəldin bu yerlərə sən,Dağlar al yaşıla bürünəndə gəl.Göyləri ulduzlar bəzəyən zaman,Ay ondörd gecəlik görünəndə gəl. Səhərlər yüngül meh əsən zamanda,ətirdən canlılar bihuş olanda,quşları göylərdə cəh-cəh vuranda,duman dağ döşüylə sürünəndə gəl. Kim qıyar, bu …
Coşqun XƏLİLOĞLU.” Mənəviyyat zirvəsisən”
Post Views: 80 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri Böyük şairimiz Məmməd Arazın 90 illik yubileyi münüsibəti iləŞeiriyyət dünyasındaTükənməyən sözün vardır.Keçdiyin çətin yollardaPozulmayan izin vardır. Xalqa sevgi səadətdir,Xalqımıza sədaqətdir,Hər addımın ləyaqətdir,Hər addımda “özün” vardır. Sevdan ilahi sevdadır,Səsin əbədi sədadırAzərbaycan bir dünyadır,Çiçək açan arzun vardır. Xalqımın iftixarısan,Şeirimizin baharısan,Sönməz işıq, ziya, …
Coşqun XƏLİLOĞLU.”Ölməz qəhrəman Davud”
Post Views: 82 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri Bakı şəhərində doğulmuş, Əslən Qazaxın Birinci Şıxlı kəndindən olan, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Davud Taryel oğlu Qurbanovun ölməz xatirəsinə ithaf edirəm. Böyük elə böyükdür, heç zaman kiçiləmməz,Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməzYetişməsə sünbüllər zəmilər …
Banu MUHARREM.”lməsi qaçmış, arasındakı üzərlik otu ovulub tökülmüş..”
Post Views: 93 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini İlməsi qaçmış,arasındakı üzərlik otu ovulub tökülmüş.. -o cib dəsmalı Ən çox sevdiyim adam üçündür. Sulardan yol açan Musa misalı- ocaq ürəyimə ayaq basmalı.. – küçə daşlarını döyən yağışlar. ‘pərvanə xisləti’- başıma dönüb ‘Dayanıb bir əhval maraqlanmamış’ -çiynin saçlarıma qucaq açmalı. Bədəni islanmış, rəngi saralmış, …
Şəfa VƏLİYEVA.”Ovuc-ovuc kədərimi”
Post Views: 80 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Ovuc-ovuc kədərimiDamcı-damcı böldüm.. güldüm…On saatlıq iş günümü“Səslərin”ə böldüm… güldüm… Ürəyimdə qram-qramYaşadım “mesaj” sevgini…Həsrətsiz sevmək də haram…Ödəmişəm bu “vergi”ni… Baxışım yoluna kəniz…Gəlsən xəbər et, olurmu?Mən min lyölük …
Şəfa VƏLİYEVA.”xatirələr şəlalədi bu axşam…”
Post Views: 81 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru xatirələr şəlalədi bu axşam…Axır…Axır gözümdən…Elə məsum yadam sənə…Günahla bəzənəm gərək… Güzgüdəki son naxışam…Sən-günahkar doğmam;“İtin mavi gözləri”ndənBir giləlik öpəm gərək… Tutam yaxasından “Naməlum O”nunAtam bütün qaranlıq mağaralara…Min …
Banu MUHARREM.”Xoş gəldin ömrümün geri qalanı”
Post Views: 104 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Xoş gəldin ömrümün geri qalanı.Gəl otur başında ev ürəyimin.Götür bu istidə, soyuq əlinigətir qoy üstünə ,sev ürəyimi. Sen yoxkən xəzanlar vurdu canımıbilmirdim,ayrılıq yolun tamınıGörəndə damarkən ciyər damımıGördüm kef də sıxır, kef ürəyimi. Qonşu həyətindən oğurluq,xəlvət-əlimdəki çiçək-ağlımda “əlbət.”Sevir-sevmir deyib,qopardım cəhd-cəhdTək saya güldürdüm dəf ürəyimi. O …
Xəyalə SEVİL.”Ürək də dayana bilmir yerində”
Post Views: 82 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Ürək də dayana bilmir yerində,Sinə bilmir, yaxa bilmir.Ruhumun o qədərDüşkünlüyü var,Durub candan çıxa bilmir.Saralan, sozalan xatirələrin,Həsrətin rəngidi payıza çıxan.İçim öz içimdir, çölüm özgənin,Bəs kimin bəxtidi bu qıza çıxan?Bu keçən günlərin,Keçən …
Xəyalə SEVİL.”Axı nəyə lazımıydı”
Post Views: 95 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Axı nəyə lazımıydıO köhnə ayrılığıTəzələmək yenidən?Axı ayağındanŞikəst sevginiTək başınaGücüm yoxdu yeridəm.Qayıtsan, görəcəksən,Görəcəksən ki,Təptəzə qəm çəkirəm.Üstünü dağıdıb getdin,Atlını mən çəkirəm.Qayıtsan, görəcəksən,Görəcəksən ki,Bu depressiv hallarımınSəbəbi sən,Ürəyimin həyəcanı,Təbi sən.Sən olmadın hamı kimi.Yaddaşımda dadın …
Arzu HÜSEYN.Yeni şeirlər
Post Views: 138 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bulaq oldum dum-duru,Dedilər bulanıqdı.Süzüldüm, daşdan süzüldüm,Süzüldüm, qumdan süzüldüm.Torpaq mənə inandı,Adamlar inanmadı… * * * Sussdum, sükutumda öldü arzular,Dondu baxışımda son ümüd, son iz.Gözümün yaşına qarışdı sular,Qorxdum ağlamasam quruyar dənizÖlər balıqlar…
Arzu HÜSEYN.”Dodaqlarında donub qalmışdı”
Post Views: 106 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Dodaqlarında donub qalmışdıAdımın ilk hərfi,Sonra yavaş-yavaş pıçıldadın məni.Gözlərinin içində çağlayanDəniz idim,Elə indi daşacaqdım yanaqların boyu,Səssiz idim, daşmadım. Dodaqlarında donub qalmışdıAdımın son hərfi,Sonra yavaş-yavaş sussdun məni.Gedişimi izləyirdin gecənin bir küncündə,Elə indi dönəcəkdim geri,elə indi, bu saatÖpəcəkdim səni,Dönmədim.
Hərəkətsiz gəmilər dənizə yükdür, dost… – İntiqam Yaşarın şeirləri
Post Views: 103 Mən deyiləm yanında Hansı yerin küləyinə üşüdün,hansı yerin soyuğu var canında?Xəyallarım çox da sənə sarılıb,Nə yazıq ki, mən deyiləm yanında. Düşünürəm hansı işə yarayırƏllərini isitmirsə nəfəsim.Sən gələndən, sən hopandan ömrüməNə sükutum sənsiz olur, nə səsim. Sən demişəm, sən deyəcəm hər nəfəsBir gün əgər qalmasam da yadında.Bircə bunu unutmazsan ömürlük,Mən özümü tapmış idim …
Vüqar ƏHMƏD.”Niqab” (Yeni hekayə)
Post Views: 113 Vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı. Belə ki, institutun müdiri Bilal Qüdrətzadə onun işindən çox razı idi. Çünki vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan, öz işini hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə ordakıları heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin daim …
Aynur QAFARLI.”Əbədidir sən əyləşən taxt, Şuşam”
Post Views: 92 Azərbaycan Yazıçılar Birliyinin üzvü Bahar gəlib, buludunu sərinlət,Yağış olub ürəyimə yağ, Şuşam.Ağır qanlı döyüşlərdən çıxmısanÇox şükür ki, çox şükür ki, sağ, Şuşam. Görüşümə sən gəldikcə röyada,İllər boyu nifrin tökdüm mən yada.Səndən uca şəhər yoxdur dünyada,Dörd tərəfi qala Şuşam, dağ Şuşam. Dolanırsan Natəvanın sözündə,Qoy qalmasın arzu-kamın gözündə,Dönüb İsa bulağına özün dəŞırıl-şırıl zümzüməylə ax, …
Bənövşə MAHMUDQIZI.” Yorğunam, müəllim… “
Post Views: 112 Salam, xəstəliyim…Mən səninlə nə eyləyim?Boşa qoyuram, dolmur,Doluya qoyuram, almır.Və məni kimsə anlamır…Mən xəstəyəm;Xərçəng, talassemiya,Epilepsiya vəs.Dünyada nə qədər xəstəlik var?Hamısından bir azam.Hamısından bir-bir yazam?Yox, ömrüm yetməz.Xəstəliklərdən ölənlər kimi.Qorxum ölmək deyil,Qorxum möhtaclıq,Anlayışa aclıq…Söyləyirəm açıq-saçıq;Mənə dəyməyin.Yorğunam,Qırıq-qırıq,bəlkə parça-parça…Ancaq sizi güldürəcək,Sevəcək qədər gücüm var.Sizin üçün gülürəm,Sevdiyiniz gülüşlərim,Xoşbəxt gördüyünüz gözlərimSizin üçündür, əzizlərim!Bu şeir bütün xəstəliklərin,Bütün xəstələrin dilidir.Xəstə olmayan …
Gülay Tahirlidən yeni şeir
Post Views: 97 Getdin, On oyuncağım vardı, Onunu da apardın. Mənim sağdakı beşim Soldakı beşimə yetmir. Nə var ki addım atmağa? Bilirsən də, mən yıxılan deyiləm. Amma hansı qüvvə qaçırar ayaqlarımı? Hər sığalda çırpınardı ürəyim, İndi yüz çəkic gətir, səsi çıxmaz. Getdin, Gözlərimin yaşı axmaz. Deyirlər, böyüklər ağlamaz, Ruhuma baxma, oyuncağım yoxdur. Dənizə getdim, İslanmamış …
Pərvin Əliyeva – Qəzzada ölüm.
Post Views: 101 Buludlar da at kimi kişnəsəydi, Göy geyib qanlı dağa düşsəydi. Tövləbaşı qışqırsaydı Yasavul, qaravul… O da köməyə gəlsəydi, Olardım ona qurban. Bir iydə çiçəyi köynəkdən çıxınca Gör neçe fesil görür, Qorxurmu, qorxur. Bir körpə də qorxar, Bu vəhşət səslərindən Daha yolçu yolunda olsun deməz Daha yol qalmaz ona. Bir libas ki, bu …
Coşqun XƏLİLOĞLU.”ŞALVAR”
Post Views: 82 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri(EL- OBA SÖHBƏTLƏRİNDƏN)Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara …
Şəfa VƏLİYEVA.”Eşqdən ölsəm…”
Post Views: 114 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Sarı eşqə Tanrı ağlar,Bəndə ağlamaz…Ağlamaz…Qoca palıd çal başınaSarı bağlar…Qara bağlamaz…Bağlamaz… Əyilib səcdə edərəmGetdiyin hər dan üzünə…Məcnuna qibtə edərəm,Leylinin həya rübəndiYaraşmaz nakam üzümə… Yandım…Aman, sarı palıd,Qoynunda koğuşun …
Banu MUHARREM.Yeni şeirlər
Post Views: 138 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * * * Dünyaya doymayan qullar nə tapdılar..Nə tapdılar?!Allahını sevən kəslər nurlu xəzinə tapdılar. Göyün günəşi dönəndə qafil sahibsizdir sanarAşiqlər Rəbbin ananda ruhu divanə tapdılar. Gizlicə bir haldır kədər..ürəkdə ibadət edər.Dərviş nəfsini güdəndə halı viranə tapdılar. Dumanlı köşklərdə ömrün! Vaxtı bitəndə hər ömrünKönlü yanğın-kül …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 130 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Gözümə düşən xəyalınGözümdən axmağa gəlir.Səhər çağı açılan danGecəni yığmağa gəlir. Və mən hələ də oyağam-Hələ də oyaq… yuxulu…Mənə sevdiyini söylə,Söylə, qoy rahat yıxılım. Açılmır yenə başımdanQara buludun …
Arzu HÜSEYN.Yeni şeirlər
Post Views: 95 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Hədərdi bilirəm gecikmiş güman,Xərclədim ömrümü bir heçə getdi.Məndə axtardığın o ucuz yalan,Sənin yalanınla heç-heçə getdi. Tutub-yapışmısan yaxamdan qəti,Söylə ürəyindən keçəni görək!Oynayıb tullamaq köhnə adətin,İndi hər necəyəm nəyinə gərək? İllərlə ahıma bürünən Allah,Gətirib qarşıma nə haqla səni?Kabusun …
Xalq şairi Vahid ƏZİZ.”MƏN…”
Post Views: 89 …Nə olsun ki, gecə keçir,Zaman axır ömrümüzdən,Vaxt onsuz da gedəcəkdirYatmasam da, yatsam da mən. Dünya adlı bu yerdə mənMüvəqqəti yəhərdəyəm,Düşəcəyəm yedəyindənYeddi əlnən tutsam da mən. Cahan kimə yoldaşdı ki,Kimə sirrini açdı ki?Oğurluqdan yaxşıdı ki,Xırda-xuruş satsam da mən! Gör, haradan-hara vardın,Şahlar şahı nə apardın?Arzulardan kam alardım,Bircəsinə çatsam da mən. Mən göylərin öz oğluyam,Gedəm, …
Xalq şairi Musa YAQUB.”Taleyin qisməti”
Post Views: 139 Taleyin qisməti rast saldı bizi.Yolumuz hardasa qırılacaqsa,İtirəcəyiksə bir birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Sən allah,özünə oyrətmə məni,Hicran qoxusuyla göynətmə məni.Əlimi əlinə öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə.Mən bir az baharlı budaq kimiyəmBir azda sadəlövh uşaq kimiyəm,Bala anasına qovuşan kimi,Leylək yuvasına qovuşan kimi,Arı gül-çiçəyə uyuşan kimi,Eh,mən də adama …
Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş yavaş sevdim səni”
Post Views: 96 Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.Ən çox bu qış sevdim səni,Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdikHavalar soyuyanda.Adamlar qalın geyinib,Ağaclar soyunanda. Qar altından baş qaldıranÇiçəktək sevdim səni.İstisinə qızındığımOcaqtək sevdim səni. Hələ bu cür sevməmişdimÖmrüm boyu heç kimi.Səni sevdim qar üstündəYem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağıNə baxırsan göyə …
Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”
Post Views: 110 Dostum, incə barmaqlarınSədəflərin üzündədir.Mənim meylim bir sazında,Bir də şirin sözündədir. Qarayazı meşəsində,Cavan ovçu həvəsində,Qulağın maral səsində,Gözün ceyran izindədir. Tarixi var hər daşın da,Tərlanın on beş yaşında,Bəzən qarlı dağ başında,Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün,Təmtəraqlı yalan sözünCanı yoxdur, dedin özün,Məna sözün düzündədir. Zaya getməz alın tərin,Bir gün bitər şah əsərin,Arzuların, diləklərinHələ sənin …
Xalq şairi Hüseyn ARİF.”AĞAC YENƏ AĞACDIR”
Post Views: 110 Çapıb budaqlarınıQabığını soyma sən.Çox yemisən barını,O ağaca qıyma sən. Çiçəyini qoxlayıbÇox batmısan ətrinə.Amandır belə vaxtdaBelə dəymə xətrinə. Baharda çiçəkləyibGülməsi yadındamı?Zənbil-zənbil dərdiyinMeyvəsi yadındamı? Yadındamı balalarKölgəsinə qaçardıQuşlar da səhər-səhərO tərəfə uçardı? Dünənki əhdi bu günDaşa çalmaq düzdümü?Qocalıb, qarğıyanıGözdən salmaq düzdümü? Bəlkə nəyəsə möhtac,Bəlkə su üçün acdır?!Barlı-barsız həyatdaAğac yenə ağacdır.05.X.88 Ağstafa
Xalq şairi Süleyman RÜSTƏM.O taylı gözələ”
Post Views: 93 Heç bilirsənmi səninçin nə qədər ağlamışam? Bürüyübdür məni hicrində kədər, ağlamışam. Durnalarla sənə göndərdim ürək sözlərimi, Almayıb səndən, aman, yaxşı xəbər ağlamışam. Səpmişəm göz yaşımı şeh kimi Təbriz yoluna, Bağrıqanlar bilər ancaq nə təhər ağlamışam! Evi zindanlar olub orda bu gün haqlıların, Kimsəsiz evlərə saldıqca nəzər, ağlamışam. Vəslinin həsrətidir can evimin ilk …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”
Post Views: 91 Od ürəkli , od nəfəsli diyarımsanOcağına canım qurban , Azərbaycan !Əzilsən də , əyilməyən vüqarımsanBu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında ,Neçə ölkə od aparır ocağından .Azadlığın al rəmzi var …
Xalq şairi Zəlimxan YAQUB.”Sığal”
Post Views: 88 Qәlbim pәrişandı, könlüm nigaran,Ruhumu meh vursun, yel sığallasın.Dәrdimi başımdan dağıtmaq üçünSaçımı bir yumşaq әl sığallasın. Dönsün sevgilimә, dönsün yarıma,Sevgi mәlәklәri gәlsin karıma.Sәslәr sığal çәksin duyğularıma,Tәzәnә xal vursun, tel sığallasın. Alın әllәrindәn ağrının, yasın,İtmәsin içindә ürәk his-pasın.Şair әllәrinә tikan batmasın,Şair barmaqları gül sığallasın. Vurulan durnatәk çıxsam sıradan,Toz kimi әriyib getsәm aradan,Yarıda bilmәsә mәni …
Xalq şairi Nəriman HƏSƏNZADƏnin “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirləri
Post Views: 145 Nəvəm Xanıma I Mən çiçək iyləmişdim, ətrini dərməmişdim. Həyata həyat qədər mən könül verməmişdim. Mən sevinci bu qədər, yaxından görməmişdim. Səni görəndə gördüm, səndə və səndə gördüm! II Eşitmişdim bir mələk var, nə biləydim, o sənsən! Ölkədə bir qəşəng var, nə biləydim, o sənsən! Bir səsdə necə rəng var, nə biləydim, o …
Qəşəm İSABƏYLİ.”Ehtiras” (Novella)
Post Views: 116 *** Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər. Yaşdaş olardıq. İş gəlib çıxmışdı stolumun üstünə, – prokuror kimi qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı, görüş istəyir. – Cənab prokuror, mənə nə qədər iş görünür? – Başın daşdan-daşa dəyib, bilməmiş olmazsan. – Mən …
Azərbaycan, son Savaşın mübarəkdi!.. – Şeirlər. Vahid ƏZİZ
Post Views: 167 Mübarəkdi! Hər səhərim öz Yurdumda oyadırsa – Bundan artıq daha mənə nə gərəkdi? Zəfər çaldıq; Xan – Kəndinə qayıdırsa, Azərbaycan, Qayıdışın mübarəkdi! Doğma Laçın, gözəl Şuşam, Kəlbəcərim… Ürəyimi tərk elədi dərdi-sərim, Haqq yolundan çəkinmədin, yenilmədin, Azərbaycan, uca başın mübarəkdi! Əsarətdən Dünya boyda Bağ qurtardı, “Nidan” ilə dözülməli vaxt qurtardı! Azərbaycan, neçə-neçə dağ …
Şuşanın ayaqları – İradə Aytelin hekayəsi
Post Views: 112 Şəhid Analarına – Şəhid Analara ithaf olunur… …Azər oğlunun kiçik toyuna hazırlaşırdı. Toyxananın bir tərəfi döyüş yoldaşları, o biri tərəfi isə qonşular-qohumlar üçün nəzərdə tutulmuşdu. Bu toy təkcə bir evə yox, bir elə səs salacaqdı. Bu toyu ailə otuz ildən çox idi ki, gözləyirdi… …Azər evin tək oğlu idi. Atası Niyaz Birinci …
Coşqun XƏLİLOĞLU.”QURBAN OLUM”
Post Views: 79 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri Yaralı vəziyyətdə, “Şəhid olsam, dövlətin verəcəyi 11minlə kənd yolunu asfaltlaşdırarsınız” deyən, şəhid gizir Quliyev Nəcməddin Nadir oğlunun əziz xatirəsinə Düşməni azara salanCürətinə qurban olum,Tükənməz Vətən sevginə,Qeyrətinə qurban olum! Vətənə, yurda gərəkdin,Qorxmaz igid, şir ürəkdin,Qamətli, enli kürəkdin,Qamətinə qurban olum! Öləziyər, ölməz …
Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”
Post Views: 91 Duyğuların zirvəsinə baş vurub,Uca sözün ucasından gəlirəm.Gör nələr var üçcə hərfin canında,“Söz”ün bircə hecasından gəlirəm. Ömür üzən, gün qocaldan, yaş yoran,Dincəlməyə aman verə, kaş, yoran.Sualların saç ağardan, baş yoran,“Neyçün”ündən, “necə”sindən gəlirəm. Danışdırdım hər pərdəni, hər simi,Dərk eylədim avandımı, tərsimi.Məktəb açdı, Tanrı verdi dərsimi,Ustadından, xocasından gəlirəm. Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,Hünərin var …
Ülviyyə Əbülfəzqızının şeirləri
Post Views: 133 Canın sağ olsun, canın sağ olsun! Yoxluğunda qələmim iti bir bıçaq,Heç əllərimdə onu istəmir.O da can atmaz, əllər ondan qaçaq…Saniyəölçən matəm havasında sürünür,Dəqiqələr “möhtəşəm yası” davam etdirir.Aritimiya saatı çoxdan unutdurub…Saat sevgidən məhrum olmuş bir qoca,Bu qoca çılğınlıqla ölümü arzular,Arzu Əzrailin gəlişində bayram…Ölüm qurtulmaqmı, de bu bəladan?Ruhun sevdiyin ölüm alarmı?Suallarım qulağında ildırım misalı.Bağışla, …
Gülay Tahirli – Yenə ən kədərli günlərdən biri idi bu gün
Post Views: 81 Yenə ən kədərli günlərdən biri idi bu gün, Daradım saçımı bircə-bircə, incə-incə, Topladım arxadan, Xoşum gəlmədi, açıb bir də topladım. Geyindim ən gözəl paltarımı, oturdum evdə. Yenə ən kədərli günlərdən biri idi bu gün, Dəmlədim qəhvəmi, bol köpüklü, şəkərsiz, Hərkəsləşmək keçdi könlümdən, Çevirdim fincanı, falıma baxım, Unutdum, qaldı eləcə. Yenə ən kədərli …